Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3274/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8) qarşı iş üzrə QƏRARİ (kateqoriya: Mənzilə istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8) qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2175/2024 n ömrəli, 27 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhər XDS tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli 205898 saylı orderə əsasən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 63, yerləşən 3 otaqdan ibarət 10 saylı mənzil (keçmiş Bakı şəhəri, Profsoyuznaya küçəsi, 2949-cu məhəllə, ev 63, mənzil 10) ailəsi ilə birlikdə yaşaması üçün İddiaçı1 verilmişdir. Orderdə icarədarın ailə üzvləri qismində X2 və İddiaçı2 qeyd olunmuşdur.
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli, ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışına əsasən, Cavabdeh1, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 63 saylı evin 10 saylı mənzilində pasport qeydiyyatındadır.
3. Bakı şəhəri Xətai rayon İH nəzdində 114 saylı MTK-nın xx.xx.2022-ci il tarixli, 32 saylı arayışına əsasən, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 63 saylı evin 10 saylı mənzilində faktiki olaraq yaşamır.
4. Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinin rəisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən, İddiaçı1 xx.xx.2023-cü il tarixində ölmüş və apellyasiya icraatı zamanı İddiaçı2 vəfat etmiş İddiaçı1 prosessual hüquq varisi kimi cəlb edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhk əməyə müracət edərək cavabdehin Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 63 saylı evin 10 saylı mənzilindən (mübahisəli mənzil) istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 63, yerləşən 3 otaqdan ibarət 10 saylı mənzil (keçmiş Bakı şəhəri, Profsoyuznaya küçəsi, 2949-cu məhəllə, ev 63, mənzil 10) Bakı Şəhər X5 İcraiyyə Komitəsi Mənzillərin uçotu və bölünməsi İdarəsinin xx.xx.1982-ci il tarixli 205898 nömrəli orderi əsasında onlara verilmiş və İddiaçı1, X2 və İddiaçı2 ibarət ailə üzvləri göstərilən ünvanda yerləşən mənzilə köçüb yaşamışlar. xx.xx.2020-ci il tarixdə ataları X2 vəfat etməsi ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. xx.xx.1981-ci il təvəl lüdlü Cavabdeh1 mənzilə qeydiyyata düşmüşdür. İddiaçı2 qardaşı, İddiaçı1 oğlu olan Cavabdeh1 Rusiya Federasiyasının vətəndaşlığını qəbul edərək, 2005-ci ildən Rusiya Federasiyasında yaşayır. Azərbaycanı uzun müddətdir tərk edib, harada yaşaması barədə məlumat verməmiş və onlar da məlumat əldə edə bilməmişlər. Onun Bakıya gəlib-getməsi barədə də dəqiq məlumat yoxdur. Cavabdeh1 Viktorovic 2005-ci ildən başlayaraq halhazıra kimi 17 il müddətində Bakı şəhəri, Məhəmməd Hadi küçəsi, 63 saylı evin, 10 nömrəli mənzilində formal olaraq qeydiyyatda olmasına baxmayaraq, bir gün də olsun yaşamamışdır və qanun normalarına əsasən onun qeyd edilən yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməlidir.
7. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin olunm asını xahiş etmiş, əlavə olaraq izahatında göstərmişdir ki, qardaşı Cavabdeh1 axırıncı dəfə 2019-cu ildə Azərbaycanda olmuş, bütün əşyalarını özü ilə götürərək Rusiya Federasiyasına köçüb getmişdir. Qardaşının Rusiya Federasiyasının Mıtişi şəhərində öz evi var.
8. Məhkəmə iclasınında iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X1 ifadələrində iddiaçıların qonşuları olduqlarını, 30 ildən çox həmin ünvanda yaşadıqlarını, Cavabdeh1 heç vaxt görmədiklərini, onun başqa yerdə yaşadığını göstərmişdirlər.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5209/2022 nömrəli iş üzrə 4 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddianın təmin edilməsi, cavabdehin B akı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 63 saylı evin 10 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qeyd olunan hüquq münasibətlərinə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinin qaydaları tətbiq olunmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60- cı maddəsində təsbit edilmişdir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başda yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququ itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər istifadəçılərin iddiası üzrə məh kəmə tərəfindən həyata keçirilir.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarına görə Mənzil Məcəlləsinin 60-cı mddəinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqdarından məhrum etmir. Həmin Qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddət yaşamama ğın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tətqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
13. Beləliklə, məhkəmə işin araşdırılmış hallarına qiymət verib hesab etmişdir ki, cavabdehin yaşayış üçün Rusiya Federasiyasına köçməsi, iddiaçıların qanuni istifadəsində və sahibliyində olan mənzildə yaşamaması, həmin mənzildə formal olaraq qeydiyyatda qalması təsdiq edildiyindən iddia tələb təmin edilməli, cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olan) 60-cı maddəsinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, 9-cu maddəsinin 5-ci bəndinə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217.2, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5209/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv edərək, iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, Cavabdeh1 uzun müddətdir ki, mübahisə predmetini təşkil edən mənzildə yaşayır və ailə üzvü olaraq istifadə hüququ vardır. Birinci instansiya məhkəməsinin iş üzrə düzgün araşdırma aparmadığı, mübahisə tərəfini qanunvericilikdə nəzərdə tutulan qaydada məlumatlandırmadığı və sübutlara düzgün hüquqi qiymət vermədiyi açıq-aşkar öz təsdiqini tapmışdır. Sədrlik edən hakim öz qətnaməsini cavabdehlərin mənzilə yaşayış (istifadə) hüququnun yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinə istinad etmişdir. Həmin maddənin normalarına əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır. Halbuki iş materialları və əlavə edilən sənədlərdən də bu qeyd edilənlərin əsassızlığı görünmüşdür. Cavabdeh1 Rusiya Federasiyasına işləməyə getdiyindən məhkəmə prosesində iştirak etməmişdir. Belə ki, məhkəməyə istifadə hüququnun itirilməsi barədə iddia ərizəsi verən şəxslər anası İddiaçı1 və qardaşı X2, yəni ailə üzvləri olmuşlar. Onlar istəsəydilər bu barədə ona məlumat verərdilər. Lakin bu barədə ona hər hansı bir məlumat verməmişlər. Cavabdehin ümumiyyət lə məhkəmə prosesinin gedişi haqqında hər hansı bir məlumatı olmamışdır. Yalnız Azərbaycana qayıtdıqdan sonra anasının yas mərasimində mənzildən istifadə hüququnun itirilməsindən xəbəri olmuşdur. Cavabdeh1 anası İddiaçı1 6 avqust 2023-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Cavabdeh1 məhkəmə prosesində iştirak etmədiyi üçün iş üzrə izahat vermək hüququndan məhrum olunmuşdur. Bundan əlavə, iddiaçılar məhkəmədə izahat verərkən bildirmişlər ki, xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh1 mənzilə qeydiyyata düşmüşdür. İddiaçı2 qardaşı, İddiaçı1 oğlu olan Cavabdeh1 Rusiya Federasiyasının vətəndaşlığını qəbul edərək, 2005-ci ildən Rusiya Federasiyasında yaşamışdır. Azərbaycanı uzun müddətdir tərk edib, harada yaşaması barədə məlumat verməmiş və onlar da məlumat əldə edə bilməmişlər. Onun Bakıya gəlib-g etməsi barədə də dəqiq məlumat yoxdur. Cavabdeh1 2005-ci ildən başlayaraq hal-hazıra kimi 17 il müddətində mübahisəli mənzildə formal olaraq qeydiyyatda olmasına baxmayaraq, bir gün də olsun yaşamamışdır. Məhkəmə iddiaçılar tərəfindən cavabdehin Rusiya Federasiyası vətəndaşı olması barədə hər hansı bir subut təqdim etməmişlər. Məhkəmə iclasında İddiaçı2 izahatında göstərmişdir ki, qardaşı Cavabdeh1 axırıncı dəfə 2019-cu ildə Azərbaycanda olmuş, bütün əşyalarını özü ilə götürərək Rusiya Federasiyasına köçüb getmişdir. İddaçı özü etiraf etmişdir ki, qardaşı 2019-cü ilə qədər həmin mənzildən istifadə etmişdir. Bu bir daha dəlalət etmişdir ki, iddiaçıların cavabdehi mənzildən istifadə hüququnun itirilməsinin məqsədi gələcəkdə həmin mənzilin müqəddaratını özləri tərəfindən maneəsiz həll edilməs i anlamına gəlmişdir. Məhkəmə araşdırmasını bütünlükdə cavabdehin üzərində aparmış, Cavabdeh1 həmin mənzildə yaşayıb-yaşamaması, yaşamışsa hal-hazırda yaşaması ümumiyyətlə araşdırma aparmamışdır. Bakı şəhəri Xətai rayon İH nəzdində 114 saylı MTK-nın səlahiyyətli nümayəndəsi cavabdehin yaşamadığını qeyd etsə də, burada da Cavabdeh1 mübahisə predmetini təşkil edən mənzildə yaşamaması barədə bir kəlmə də olsun qeyd edilməmişdir. Hazırda bir çox vətəndaşlar xarici ölkədə işləmək üçün yaşayır, bu da o anlama gəlmir onların yaşadığı mənzildən ailə üzvləri istifadə hüququna xitam verilməlidir. Məhkəmə bu halı nəzərə almamışdır. Mübahisəli mənzil 6 saylı Bakı “ASAN xidmət” mərkəzində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 4Ə-2044 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X4 bağışlanmışdır. Həmin mənzil üzərində X3 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Bu, bir daha dəlalət etmişdir ki, Cavabdeh1 qeyd olunan mənzildən istifadə hüququnun itirilməsi məhz qardaşı tərəfindən özəlləşdirilərək adına keçirmək, daha sonra isə İddiaçı2 həyat yoldaşı X4 bağışlama məqsədi güdmüşdür.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 2005-ci ildə ailə qurduğunu və ilk övladının 2007-ci ildə Bakıda anadan olduğunu, işlə əlaqədar olaraq 2011-ci ildə Rusiyaya getdiyini, lakin 2019-cu ilə kimi daimi olaraq gəlibgetdiyini, Rusiyada kirayədə qaldığını, atası, anası və qardaşı ilə həmişə əlaqəsinin olduğunu, 2019-cu ildən sonra isə pandemiya səbəbindən və maddi vəziyyəti imkan vermədiyindən gəlib-gedə bilmədiy ini qeyd etmişdir. Anası ilə rəhmətə gedənə qədər danışdığını, anasının mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə ona hər hansı bir söz demədiyini, qeyriqanuni olaraq onu qeydiyyatdan çıxardıqlarını bildirmişdir. İkili vətəndaşlığının olduğunu və 2019-cu il tarixində Azərbaycana gələrkən Rusiya Federasiyası pasportu ilə gəldiyini, Azərbaycan Respublikasına aid şəxsiyyət vəsiqəsinin müddətinin 2021-ci ildə bitdiyini və pandemiya səbəbindən yenisi ilə əvəzləyə bilmədiyini, lakin Azərbaycan Respublikası vətəndaşlıqdan imtina etmədiyini qeyd etmişdir.
18. Apellyasiya icraatı zamanı X8 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 cavabdehin 2 005-ci ildə ailə qurduqdan sonra 2006-cı ildə cavabdehin arvadına məxsus Neftçilər metrosu yaxınlığındakı evə köçdüklərini, 2009-cu ildə Rusiyaya getdiklərini, bir neçə dəfə Azərbaycana gəlib-getdiklərini, lakin hər dəfə gələndə mübahisəli mənzildə deyil, başqa yerdə qaldıqlarını, yalnız gəlib 2-3 saatlıq valideynlərinə baş çəkib getdiyini, sonuncu dəfə isə 2019-cu ildə gəldiklərini və daha sonra gəlmədiklərini bildirmişdir. Əri İddiaçı2lə üç yaşlı insana qulluq etdiklərini və cavabdehlə aralarında olan münasibətlərin pozulmasına səbəb kimi də məhz onun hər hansı şəkildə maddi dəstək göstərməməsini göstərmişdir. Məhkəməyə ilk növbədə qayınınasının müraciət etdiyini, məhz onun cavabdehin mənzilə olan istifadə hüquqlarına xitam verilməsini istədiyini, qayınanasının çəkdiyi əziyyətlərə qarş ılıq olaraq mənzili məhz ona vermək istədiyini və bu səbəbdən qırx mərasimindən sonra iddiaçı olan ərinin bağışlama yolu ilə mənzili ona hədiyyə etdiyini qeyd etmişdir.
20. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publi hüquqi şəxsi 1 saylı Bakı Əriazi İdarəsi tərəfindən verilmiş 13.10. 2023-cü il tarixli məktubun surətinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 63, 10 nömrəli mənzil Bakı şəhər X5 İcraiyyə Komitəsi Mənzillərin uçotu və bölünməsi İdarəsinin xx.xx.1982- ci il tarixli, 205898 nömrəli orderinə, Xətai Rayon Xalq Deputatları Soveti İcraiyyə Komititəsinin xx.xx.1982-ci il tarixli, 60/6a nömrəli qərarına, 114 saylı Mənzil Tikinti Kooperativinin xx.xx.2023 -cü il tarixli 01 nömrəli “kooperativ mənzilin maliyyə vəziyyəti barədə” arayışa, İddiaçı1 Bakı şəhəri 36 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2022ci il tarixli, 8İ-3843 reyestr nömrəli razılıq ərizəsinə əsasən İddiaçı2 adına xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin mənzil 6 saylı Bakı “ASAN xidmət” mərkəzində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 4Ə-2044 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X4 bağışlanmışdır. Həmin mənzil üzərində X3 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.
21. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti xidmətinə sorğu edilmiş və sorğu əsasında məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli mək tubla müəyyən edilir ki, xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində Cavabdeh1 Rusiya vətəndaşlığı ilə Azərbaycan Respublikasına giriş-çıxış etmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2175/2024 nömrəli mülki iş üzrə 27 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
23. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin faktiki münasibətlərə müvafiq hüquqi əsası olmayan dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, apellyasiya şikayəti üzrə qeyd edilən dəlillər (cavabdehin mübahisəli ünvanda daimi və xarici dövlətdə müvəqqəti yaşaması) öz təsdiqini tapmır. İşin müəyyən edilmiş halı ondan ibarətdir ki, cavabdeh 2006-cı ildən 2011-ci ilədək Azərbaycan Respublikasına müvəqqəti səciyyə daşımaqla gəlib-getmiş, 2011-ci ildən 2018-ci ilədək gəlməmiş, 2018 və 2019-ci illərdə müvafiq olaraq ildə bir dəfə (qanunvericilik ikili vətəndaşlığa yol verilmədiyi halda) ümumiyyətlə xarici vətəndaşlıq statusund a müvəqqəti olaraq gəlibgetmiş və iddia verilən tarixədək ölkəyə daxil olmamışdır. Qeyd edilənlər istinad edilən maddi hüquq normasının dispozitv şərtinə aiddir və maddi (prosessual) hüquq normasının tətbiqində yanlışlığın ifadə edilmədiyini bir daha təsdiq edir.
24. Qeyd edilməlidir ki, hər hansı bir ölkə vətəndaşının mənsubiyyəti onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri ehtiva edir. Cavabdehin məhz xarici vətəndaş qismində Azərbaycan Dövlətinə gəlməsi (getməsi) və qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət etməməsi onun Azərbaycan Respublikası ilə siyasi və hüquqi bağlılığını (qarşılıqlı hüquq və vəzifələri) istisna edir.
25. Birinci instansiya məhkəməsinin qətnaməsinin giriş hissəsində cavabdehin adının yanlış qeyd edilməsi isə məhkəmə qətnaməsin in ləğvi və ya dəyişdirilməsi üçün əsas deyidir. Belə ki, qətnaməni qəbul etmiş məhkəmə öz təşəbbüsü və ya müvafiq müraciət əsasında yanlışlıqların aradan qaldırılmasını təmin etmək hüququna malikdir.
26. Beləliklə, kollegiya hesab edir ki, mübahisə edilən hissədə müzakirə edilən apellyasiya şikayətinin öz təsdiqini tapmayan dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalı, əsassız apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.
27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43, 52-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1, 7.2, 7.3-cü maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) 53, 60, 123-cü madd ələrinə, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10, 18-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, BakıApellyasiya Məhkəməsinin2(103)-2175/2024 saylı xx.xx.2024 -cü il qətnaməsini ləğv edib yeni qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki iş materiallarında olan və tərəflərindən də apellyasiya şikayətinə əlavə edilən sübutlardan da görünür ki, Cavabdeh1 uzun müddətdir ki, mübahisə predmetini təşkil edən mənzildə yaşamış və ailə üzvü olaraq istifadə hüququ vardır. İstər birinci instansiya istərsə də apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində ca vabdeh mənzilə yaşayış (istifadə) hüququnun yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsi ilə istinad etmişdir. Məhkəmə qərarlarında qeyd olunan yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmamış, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmamış və əsaslandırılmamışdır. Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsi ilə öz q anuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «İcarə haqqında» Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələrində icarə müqaviləsinin pozulmasının digər əsasları da nəzərdə tutulmuşdur. Nə birinici insatnsiya məhk əməsi nə də ki, apellyasiya məhkəməsi işinin faktiki hallarını araşdırmamışlar. Yalınzı iddaçının gətirdiyi dəlilləri əsas tutub qərar qəbul etmişlər. Bu səbəbdən də o qənaətdədirlər ki, məhkəmənin qətnaməsi Cavabdeh1 Azərbaycan Respublikasının Konstitusiyası və mülki qanunvericiliyi ilə qorunan hüquqlarını kobud şəkildə pozulmuşdur. Həmiçinin apellyasiya məhkəməsinin qərarında cavabdehin ikili vətəndaşlığa malik olması qənaətinə gələrək hər hansı bir ölkə vətəndaşının mənsubiyyəti onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri ehtiva etməsini, cavabdehin məhz xarici vətəndaş qismində Azərbaycan dövlətinə gəlməsi (getməsi) və qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət etməməsi onun Azərbaycan Respublikası ilə siyasi və hüquqi bağlılığını (qarşılıqlı hüquq və vəzifələri) istisna etməsi qənaətinə gəlmişdir. Məhz bu halı məhkəmə öz öz qərarında göstərməklə apellyasiya şikayətlərini təmin etməmişdir.
30. Cavabdeh1 Rusiya Federasiyasına işləməyə getdiyindən birinci instansiya məhkəməsində iştirak etməmişdir. Belə ki məhkəməyə istifadə hüququnun itirilməsi barədə iddia ərizəsi verən şəxslər anası İddiaçı1İvanovna və qardaşı X2, yəni ailə üzvləri olmuşlar. Onlar istəysdilər bu barədə ona məlumat verərdilər. Lakin bu barədə ona hər hansı bir məlumat verməmişlər. cavabdehin umumiyyətlə məhkəmə prosesinin gedişi haqqında hər hansı bir məlumatı olmamışdır. Yalnız Azərbaycana qayıtdıqdan sonra anasının yas mərasimində mənzildən istifadə huququnun itirilməsindən xəbəri olmuşdur. Cavabdeh1 anası İddiaçı1 06 avqust 2023-cü il tarixdə Bakı şəhərində olmuş dur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil X10 apellyasiya şikayətini müdafiə etmiş və şikayətin məzmununa uyğun izahat verməklə, cavabdehin məhkəmə proseslərindən xəbərdar olmadığını, məhkəmədə iştirakının təmin edilmədiyini, iddiaçı tərəfin məhkəmə bildirişləri barədə ona hər hansı şəkildə məlumat vermədiyini, cavabdehin işi ilə əlaqədar olaraq Rusiyaya gedib-gəldiyini, Rusiyada müvəqqəti yaşadığını, işlədiyini və Azərbaycan vətəndaşlığından imtina etmədiyini, Azərbaycan Respublikası ərazisində hərbi xidmət keçdiyini, bir çox vətəndaşın xarici ölkədə işləmək üçün yaşadığını, bunun onların yaşadığı mənzildən istifadə hüququna xitam verilməli olduğu anlamına gəlmədiyini, cavabdehin 2019-cu ilə qədər əşyalarının mübahisəli mənzildə olduğunu bildirmişdir. Cavabdehin anası ilə daimi əlaqəsinin olduğunu və ona istifadə hüququnlarından məhrum edəcəkləri barədə hər hansı bir söz demədiyini, cavabdehin yalnız anasının qırx mərasimində qeydiyyatdan çıxarıldığı və istifadə hüquqularına xitam verildiyindən xəbərdar olduğunu və bundan bir gün sonra İddiaçı2 mənzili bağışlama yolu ilə həyat yoldaşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 adına keçirmiş və faktiki olaraq cavabdehi vərəsəlik hüququndan məhrum edilmişdir. Məhkəmə verilən izhatlara heç birinə hüququ qiymət verməmişdir. Bundan əlavə birinci instansiya məhkəməsində iddacı özü etiraf edir ki, qardaşı 2019-cü ilə qədər həmin mənzildən istifadə etmişdir. Bu bir daha dəlalət edir ki, iddaçıların cavadehi mənzildən istifadə hüququnun itirilməsinin məqsədi gələcəkdə həmin mənzillin müqədd aratını özləri tərəfindən maneəsiz həll edilməsi anlamına gəlmişdir.
31. Bundan əlavə məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X1 ifadələrində iddiaçıların qonşuları olduqlarını, 30 ildən çox həmin ünvanda yaşadıqlarını, Cavabdeh1 heç vaxt görmədiklərini, onun başqa yerdə yaşadığını göstərmişlər. Bir seyi anlmaq olmur ki, qeyd olunan şahidlər iddaçının evində kimin yaşayıb yamaması haradan məlumat əldə edə bilər. Bu bir daha təsdiq edir ki, həmin şahidlərin bu işdə maraqlı olmuşlar. Bundan əlavə iş materiallarında olan Bakı şəhəri Xətai rayon İH nəzdində114 saylı MTK-nın xx.xx.2022-ci il tarixli, 32 saylı arayışından da Cavabdeh1 mübahisə predmetini təşkil edən mənzildə yaşamaması barədə bir kəlmə də olsun qeyd edilməmişdir. Nəzərə alsaq ki, MKİS-dən mənzildə yaşayanlar barədə sə thi məlumatlar olur, bu da ona əsas vermir ki, onun həmin mənzilədə yaşamadığı qeyd olunsun. Hazırda bir çox vətəndaşlarımız xarici ölkədə işləmək üçün yaşayır, bu da o anlama gəlmir onların yaşadığı mənzildən ailə üzvləri istifadə hüququna xitam verilməlidir. Məhkəmə bu halı nəzərə almamışdır.
32. Cavabdeh1 qeyd olunan mənzildən istifadə hüququnun itirilməsi məhz qardaşı tərəfindən özəllşədirilərək adına keçirmək, daha sonra isə İddiaçı2 həyat yoldaşı X4 bağışlama məqsədi güdmüşdür. Lakin bu hal istər birinci instansiya istərsə də apellyasiya istansiya məhkəməsində umuiyyətlə nəzərdən keçirməmişdir.
33. Bakı Apellyasiya Məhkəməsinin mülki mühakimə icraatının fundamental prinsipini pozaraq yalnız və yalnız tərəflərin çəkişmə prinsipi əsasında təqdim etdikləri sübut və dəlillərə qiymət verm əli olduğu halda, belə bir iradə ifadəsi olmadan, yalnız bir tərəfin- iddacının iradə ifadəçisi rolunda çıxış etməsi, cavdehin dəlillərinə isə hüquqi qiymət verməyərək səhv nəticəyə gəlmişdir. Apellyasiya icraatı zamanı X8 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi iddacı və cavadeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunması barədə məsələni tərəflərlə müzakirə etməli olduğu halda öz təşəbbüsü ilə qeyd olunan şəxs X6 şahid qismində dindirmişdir.
34. Mülki prosesdə əsas sübut növlərindən biri də şahid ifadələridir. Bu baxımdan şahidin dindirilməsi yalnız tərəflərin vəsatəti əsasında mümkündür. Məhkəmənin öz təşəbbüsü ilə şahid dindirməsi isə sübut etmə yükünü öz üzərinə götürməsi deməkdir və bu, çəkişmə və dispozitivlik prinsipləri ilə bir araya sığmır. Lakin baxılan iş üzrə apelyasiya instansiya məhkəməsi öz təşəbbüsü ilə şahid dindirməklə mülki prosessual qanunvericilin yuxarıda sadalanan prinsip və müddəalarını pozmuşdur.
35. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8, 14.1, 76.1, 217-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
37. Maddə 43. (hissə İ) Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
38. Maddə 43.(hissə İİ) Dövlət yaşayış binalarının və evlə rin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
39. Maddə
52. Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş)
40. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidir lər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
41. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına mal ikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
42. Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda— müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman v ə müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə—həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə—onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə.Uşaqların çıxdıqları yaşayı ş sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli X5 icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə—bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; 7) həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; Bu maddənin 1-7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
43. Maddə
123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublika sı Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarı
44. Mənzil Məcəlləsinin 60-cı mddəinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqdarından məhrum etmir. Həmin Qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddət yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada təlqiq olunmalı və məhkəmənin müvafiq qərar ında əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının s übut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassas iya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmənin öz təşəbbüsü ilə X6 şahid qismində dindirdiyi barədə dəlilini əsaslı hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə 29 aprel 2024-cü il tarixli və 20 may 2024-cü il tarixli məhkəmə iclasının protokolları ilə təsdiq edilir ki, X8 tərəflərlə müzakirə edilməklə iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə həmin qisimdə də izahatı alınmışdır.
57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfin dən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.
59. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 may 2024-cü il tarixli 2(103)2175/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın