Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3275/2025 13.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pulun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2025-ci il tarixli 2(104)-895/2025 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 13 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aş ağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X2 HK1/840 saylı material üzrə qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 sentyabr 2024-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh İddiaçı Bakı şəhəri ərazisində hündürmərtəbəli yaşayış binası tikib ona qazanc verəcəyini vəd edərək 20062007-ci illərdə ondan hissə-hissə olmaqla cəmi ******* manat pul alaraq vədinə əməl etməyib ona külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etdiyini bildirmişdir. Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Həmin araşdırma zamanı izahat verən Cavabdeh İddiaçı verdiyi ******* manat məbləğdən sonuncunun 12000 ABŞ dolları qaytardığını bildirmişdir. Cava bdeh 12000 ABŞ dollarını ona bacısı oğlu X4 gətirdiyini qeyd etmişdir.
2. Apellyasiya şikayətinə əlavə edilmiş **********88 reyestr nömrəli çıxarışdan görünür ki, Qəbələ rayonu Bum kəndində 0,2 ha həyətyanı torpaq sahəsi X5 mülkiyyətindədir.
3. Apellyasiya şikayətinə əlavə edilmiş xx.xx.2007-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsi 600 kv metr + 82,5 kv metr (girişdə əlavə tikili) sahə ümumi dəyəri 700000 ABŞ dolları tam ödənilmişdir. Qeyd olunan sahə X1 tam mülkiyyətindədir və borcu qalmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsində Cavabdeh 325000 (üç yüz iyirmi beş min) manat alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 317500 (üç yüz on yeddi min beş yüz) manat alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh 05 iyun 2024-cü il tarixdə Yasamal Rayon Polis İdarəsinə müraciət edərək bildirmişdir ki, qohumu İddiaçı Bakı şəhəri ərazisində hündürmərtəbəli yaşayış binası tikib ona qazanc verəcəyinə vəd verib, 2006 və 2007-ci il tarixlərdə hissəhissə olmaqla ondan ümumilikdə ******* (bir milyon iki yüz min) manat pul alaraq vədinə əməl etməyib, ona külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İddiaçı cinayət məsuliyyətinə cəlb olunması və ona dəymiş maddi ziya nın qaytarılmasına köməklik olunmasını xahiş etmişdir. Polis İdarəsi tərəfindən 20 sentyabr 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Araşdırma zamanı izahatı alınmış İddiaçı göstərmişdir ki, əvvəllər tikinti işləri ilə məşğul olsa da hazırda heç bir işlə məşğul olmur. Cavabdeh onun yeznəsidir. X7 onun əmisi Hüseyn Əhmədovun oğludur. X3 isə Cavabdeh bacısıdır. 2007-ci il tarixdə Burzu ona Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində "xxxx" MMC-yə ayrılmış 0,29 ha torpaq sahəsində "xxxx" MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsi 600 kv metr sahəni birlikdə pul qoyaraq almağı təklif etmişdir. Həmin obyektin yarı pulunu o, yarı pulunu Burzu qoymalı imiş. Həmin ərəfədə Cavabdeh Rusiya Federasiyasına gedəcəyi üçün həmin qeyri-yaşayış sahəsinin pulunun yarı hissəsini bacısı Kəmalə vasitəsilə göndərəcəyini və qeyri yaşayış sahəsinin bacısı Kəmalənin adına rəsmiləşdirilməsini xahiş etmişdir. Bundan sonra 2007-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində "xxxx" MMC-yə ayrılmış 0,29 ha torpaq sahəsində "xxxx" MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının qeyriyaşayış sahəsinin 1-ci mərtəbəsi 600 kvadrat metr + 82,5 kvadrat metr sahəsi "xxxx" MMCnin direktoru X8 tərəfindən qeyd olunan qeyri-yaşayış sahəsinə dair Kəmalə İsbəndiyarovanın adına maliyyə arayışı verilmişdir. Həmin maliyyə arayışı Kəmalənin adına verilsə də, sonuncuya məxsus olmamış, yarı pulunu o, yarı pulunu Burzu qoyduğu üçün hə min obyekt Burzu ilə ona məxsus olmuşdur. Bir müddətdən sonra Burzu Asimanın vasitəsilə ona müraciət edərək qeyd olunan qeyri-yaşayış sahəsinin əsas hissəsinin ikisinin arasında tam yarı bölünməsini xahiş etmişdir. Həmin ərəfədə Burzu əmisi oğlu Asimanın vasitəsilə Kəmalənin şəxsiyyət vəsiqəsi və Kəmalənin adına olan həmin qeyri-yaşayış sahəsinə dair maliyyə arayışını ona göndərmiş, bu səbəbdən hazırda tarixini xatırlamadığı vaxtda həmin qeyri-yaşayış sahəsinin əsas hissəsinin tən yarı sağ hissəsinin dəyərinin Cavabdeh tərəfindən tam ödənilməsi və "xxxx" MMC-yə heç bir borcunun olmadığına dair "xxxx" MMC-nin direktoru Ramiz Qazaxlı tərəfindən maliyyə arayışı tərtib edilmişdir. Bundan bir müddət sonra, yəni təxminən 7-8 il bundan əvvəl Burzu dəfələrlə ondan borca müxtəlif məbləğlərdə pull ar almışdır. Təxminən 8 il bundan əvvəl Burzu Qəbələ rayonunda torpaq sahəsi almaqdan ötrü ondan 37400 manat borc pul istəmiş, o da, Burzuya çatdırması üçün əmisi oğlu Sakitə qeyd olunan pulu vermiş və Sakit də, həmin pulu aparıb Burzuya çatdırmışdır. Bundan başqa təxminən 5 il əvvəl Burzu əmisi oğlu Asiman ilə birlikdə onun yanına gəlmiş və Burzu Bakı şəhərində mənzil almaqdan ötrü ondan borc pul istəmişdir. O, Asimanın yanında Burzuya 127500 manat borc pul vermiş, bundan başqa təxminən 3 il bundan əvvəl Burzu ilə əmisi oğlu Asiman onunla görüşərək Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsinə yol verilməsini xahiş etmişlər. O da bildirmişdir ki, «narahatlıq yoxdur, qohumluq var, bir metr yol var, yol verirəm». Bundan başqa, təxminən 3 il əvvəl Burzu ilə əmisi oğlu Asiman onun yanına gəlmiş, Burzu qızına Rusiya Federasiyasında mənzil aldığını, kreditini verə bilmədiyindən ondan borc pul istəmiş, o da, Burzuya 132600 manat borc pul vermişdir. Bundan sonra təxminən 2024-cü ilin aprel ayında əmisi oğlu Asiman onun yanına gələrək dayısı Burzuya borc pul lazım olduğunu demiş, o, tərəddüd etdiyi üçün Asiman bildirmişdir ki, «əgər dayım pul verməsə mən pulu qaytaracam, əgər obyekt satılsa həmin pulu çıxarsan». O, razılaşaraq Burzuya aparıb verməsi üçün Asimana 12000 ABŞ dolları (20000 manat) borc pul vermişdir. Asiman da, həmin pulu aparıb tam şəkildə Burzuya vermişdir. Bundan başqa 2023-cü ilin yanvar ayında Burzu anasının hüzr mərasimi ilə əlaqədar ondan 15000 manat borc pul istəmiş, o da, həmin pulu oğlu Taryelin vasitəsilə Burzuya göndərmişdir. Bundan başqa, 2023-cü il ta rixdə Burzu əməliyyat olunması üçün ondan 6000 manat borc pul istəmiş və o da, Asimanın vasitəsilə 6000 manat pulu Burzuya göndərmişdir. Bundan sonra onun pula ehtiyacı olduğu üçün Burzu onun pullarını ona geri qaytarmamaqdan ötrü Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Hazırda həmin qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində yerləşən 600 kv metr qeyri-yaşayış sahəsi boş olaraq qalmaqdadır, 82,5 kv metr qeyri-yaşayış sahəsini isə o, icarəyə vermişdir. Hazırda onun Burzuya hər-hansı bir məbləğdə verəcəyı yoxdur. Burzunun dedikləri yalandır. Burzu ondan borca aldığı pulları ona qaytarmamaqdan ötrü qeyd olunan məzmunda ona şər və böhtan atır. MMC tərəfindən hər hansı qanunsuzluq edilməmişdir. Cavabdeh ayrıca olmaqla MMC tərəfindən ona da, müvafiq sənədlər verilmişdir. Hazırd a da, cavabdehin iddiaçıya 325000 manat pul borcu vardır. Qeyd edilən hal iş araşdırılarkən öz təsdiqini tapmışdır.
6. Ağdam Rayon Məhkəməsinin e-2(013)-77/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Mahir Niftəliyev) iddianın təmin edilməsi, Cavabdeh 317500 (üç yüz on yeddi min beş yüz) manat alınaraq İddiaçı verilməsi, Cavabdeh 607 (altı yüz yeddi) manat 50 (əlli) qəpik dövlət rüsumunun tutulması qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə dindirilmiş şahidlər iddiaçının cavabdehə nə vaxt, harada, hansı şəraitdə və məbləğdə borc verdiyini təsdiq etmişlər. Həmin şahidlərin ifadələri ilə iddiaçı tərəfin ərizəsi və izahatı arasında hər hansı bir ziddiyyət olmamışdır. Məhz göstərilən səbəblərdən məhkəmə şahidlərin həqiqəti danışdığı, cavabdehin iddia çıya 317500 manat borclu olması qənaətinə gəlmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337 və 739-cu maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 104 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh Ağdam Rayon Məhkəməsinin e-2(013)-77/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları ondan ibarətdir ki, İddiaçı onun qaynıdır. Onunla arasında münasibətlər əvvəllər normal olmuş, onun əvvəllər maddi imkanı çox yaxşı olmuşdur. Onun İddiaçı heç vaxt borcu olmamış və hazırda da, ona borcu yoxdur. Emil heç vaxt ona borc verməmişdir. 2006-cı ildə Bakı şəhərində özü üçün mənzil və ya qeyri-yaşayış sahəsi almaq istəmişdir, həmin vaxt bunu bilən qaynı İddiaçı ona təklif etmişdir ki, pulunu mənzilə yatırmaqdansa ona versin və Yasamal rayonunda hündürmərtəbəli yaşayış binasının tikintisinə həmin pulu sərmayə qoysun və oradan qazanc əldə etsinlər. O da, Emilə inanmış və onunla razılaşmışdır. 2007-2008-ci illər ərzində Emilə nağd və bank vasitəsi ilə ümumilikdə ******* manat pul göndərmişdir ki, onun üçün həmin binanın tikintisinə sərmayə qoysun və gələcəkdə həmin mənzillər ona məxsus olsun. Binanın tikintisi davam edən zaman 2007-ci ildə Emil ona xx.xx.2007-ci il tarixli, 01 saylı maliyyə arayışı vermişdir ki, onun ona göndərdiyi pulun qarşılığında 700000 (yed di yüz min) ABŞ dollarına "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində Talıblı küçəsində inşa edilən 16 mərtəbəli binanın 1-ci mərtəbəsində 600 kv metr + 82,5 kv metr qeyri-yaşayış sahəsini onun üçün alsın, lakin o, Rusiyada yaşadığı üçün həmin qeyriyaşayış sahəsini bacısı X1 adına rəsmiləşdirmişdir. O da həmin arayışı gördükdən sonra inanmışdır ki, Emil həqiqətən onun üçün obyekt almışdır və tikinti işləri davam edir. Lakin sonradan ona məlum olmuşdur ki, Emil və MTK-nın rəhbəri Qazaxlı Ramiz onu aldatmışlar və ona yeni bir müqavilə verərək, onun cəmi 300 kv metr obyektinin olmasını və 350000 manat dəyərinin ödənilməsini göstərmişlər. X11 o heç vaxt pul verməmişdir, o, pulu Emilə vermiş və Emildə ona vermişdir. İlkin maliyyə arayışında da Qazaxlı Ramiz 70000 0 ABŞ dolları almasını etiraf etmişdir. Nəticədə İddiaçı onun pulunu mənimsəmiş, obyektinin müəyyən hissəsini ələ keçirmişdir. Cinayət işinin başlanmasının rədd qərarında və məhkəmə iclasında müəyyən olunmuşdur ki, o, həqiqətən Emilə pul göndərmiş və o da, onun üçün obyekt almışdır. Bu işin mübahisəsiz halıdır. Lakin Emilin ona borc pul verməsi barədə şahid ifadələrindən başqa heç bir sübutu yoxdur. O, İddiaçı barəsində polisə və prokurorluğa şikayət etdikdən sonra Emil özünü təmizə çıxarmaq üçün onun barəsində məhkəməyə müraciət etmiş və məhkəmədə heç bir sübut olmadan 317500 manatın ondan alınmasını qət etmişdir. Belə çıxmışdır ki, əgər Emil yazmış olsaydı ki Burzunun ona 10 milyon borcu var, məhkəmədə onu təmin edəcəkdi. Bu tamamilə absurd yanaşmadır, qanunsuzluq və ədalətsizlikdir. Həm in şahidlər hazırda onunla düşmənçilik aparırlar, onlarla mübahisələri var və yalandan onun əleyhinə ifadə vermişlər. Şahidlər biri əmisi oğlu, digəri isə Emilin oğludur. Şahidlər İddiaçı tərəfindən öyrədilmiş, məhkəmədə yalan ifadə vermişlər. X14 məhkəmədə göstərir ki, guya o, Emildən 37400 manat alaraq Qəbələdə torpaq almışdır. Halbuki Asimanın qardaşı Sakit onu aldadaraq pulu ondan almış və torpağı öz adına keçirmişdir, həmin torpaq şahid Asimanın qardaşı Sakitin adındadır və çıxarış vardır. Yəqin ki, apellyasiya məhkəməsi yalandan şahidlik etdiyinə görə həmin şəxslər barəsində xüsusi qərar qəbul edəcəkdir. Ümumiyyətlə, iddiada fantastik rəqəmlər yazılmış, guya həmin pullar ona 8 il əvvəl verilmiş, əgər verilmişdisə niyə 8 il ərzində Emil pulunu tələb etmirdi, niyə Emil o, ondan şikayət etdikdən sonra belə ərizə vermişdir, niyə Emil 8 ildən sonra 2024-cü ildə yenə də ona borc vermişdir, əgər ona borcu vardısa niyə müxtəlif illərdə ona təkrar-təkrar borclar vermişdir, bu tamamilə Emilin əsassız iddialarıdır və məhkəmə həmin iddiaları qanunsuz təmin etmişdir. Məhkəmə maddi hüquq normalarının tələbini kobud şəkildə pozmuşdur. Belə ki, məhkəmə tərəflər arasında olan hüquq münasibətinə borc müqaviləsi kimi qiymət verə bilmədiyi üçün guya əhəmiyyətsiz əqd kimi qiymət vermiş və əhəmiyyətsiz əqd üzrə əldə olunmuşların geri qaytarılması kimi və həmin pul vəsaitini iddiaçının mülkiyyəti kimi qiymətləndirilmişdir. Həmçinin, məhkəmə əsassız varlanma nəticəsində əldə olunmuş əmlakın geri tələb olunması ilə bağlı kəsici və iddia müddətinin ötürülməsini də nəzərə almamışdır. Çünki əgər məhkəmə həmin münasibətə əhəmiyyətsiz əqd nəticəsində əldə olunmuşların qaytarılması kimi qiymət verirdisə o zaman kəsici müddət olan 1 illik müddəti nəzərə almalıdır, lakin məhkəmə heç ümumiyyətlə həmin məsələyə qiymət verməmişdir. Hazırda həbsdə olan "xxxx" MMC-nin direktoru olmuş Ramiz Qazaxlı istintaqda verdiyi ifadəsində göstərmişdir ki, obyektin alınması üçün pulu ona Emil və onun bacısı Kəmalə vermiş, obyekt əvvəlcə Kəmalənin adına rəsmiləşdirilmiş, daha sonra onun adına keçirilmişdir, bu da sübut edir ki, 700000 ABŞ dollarını Emilə o, vermiş, onun üçün bacısının adına obyekt almış, lakin sonradan onu aldatmışdır. Əslində isə o, Emilə ******* manat pul vermişdir. Hazırda obyektin müəyyən hissəsi onun adınadır, Ramiz etiraf etmişdir ki, 700000 ABŞ dollarını ona Emil vermişdir, bur adan belə çıxır ki, Emil onun üçün obyekt almış və pulda ona məxsus olmuşdur. Məhkəmə ədalətli araşdırma aparsaydı bunu görə bilərdi. Bundan başqa, Asiman Əhmədov onun bacısı oğludur və onunla da arasında müəyyən problemlər vardır, buna görə onun əleyhinə ifadə vermişdir, məhkəmədə buna istinad edərək qətnamə qəbul etmişdir. Onun iddiaçı qarşısında hər hansı öhdəliyi yoxdur, heç vaxtda olmamışdır, əksinə iddiaçının onun qarşısında öhdəliyi vardır, lakin məhkəmə öhdəlik münasibətlərinin tələbini də, pozmuşdur və düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə mötəbər sübut olmadığı halda qanunsuz qətnamə qəbul etmiş, şahid ifadələri ilə işin hallarına düzgün hüquqi qiymət verməmiş, şahid ifadələrinin əsaslarının düzgünlüyünü yoxlamamış, şahidlər bildirdiklərinin təsdiq edəcək sübutlar olmadan qan unsuz qətnamə qəbul etmişdir. İşdən görünür ki, məhkəmə sübut olmadan qətnamə qəbul etmişdir, Mülki Prosessual Qanuna əsasən hakim yalnız sübut əsasında qətnamə qəbul etməlidir, lakin göründüyü kimi hakim sübut olmadan da, qətnamə qəbul edə bilirmiş. Məhkəmə işi hərtərəfli araşdırmamış, sadəcə iki şahid ifadəsinə əsasən qətnamə qəbul etmişdir. Məhkəmə araşdırması ədalətli və çəkişmə prinsipi əsasında aparılmış olsaydı o zaman həqiqət aşkara çıxmış olardı. İş materiallarında şahid ifadələrindən başqa heç bir sübut yoxdur, hər hansı yazılı sənəd, müqavilə, telefon danışığı, Whatsap yazışması, video və ya foto görüntü, heç bir sübut yoxdur, necə ola bilər ki, heç bir mötəbər sübut olmadan məhkəmə 317500 manatın Cavabdeh tərəfindən borclu olmasını qət etmişdir, belə qanunsuz qətnamə qəbul edil məsi sadəcə qanunun tələblərinin kobud şəkildə pozulmasıdır. Məhkəmənin hazırkı qətnaməsi bir növ yeni mövqe formalaşdıra bilər ki, istənilən şəxs iki şahidlə külli miqdarda məhkəmə qaydasında istədiyi şəxsdən pul tələb edəcək və məhkəmədə şahid ifadələrinə istinad edib pulu təmin edəcək, nəticədə insanların hüquqları pozulmuş olacaqdır. Buna görə də, hazırkı məhkəmə qətnaməsi ləğv olunmalıdır ki, qanunun tələbləri təmin olunmuş olsun. Məhkəmə işin hallarını ümumiyyətlə araşdırmamış, onun İddiaçı ******* manat borc verməyini, Emilin ona heç vaxt borc verməməsini, şahid Asimanın qeyd etdiyi torpağın qardaşı Sakitin adına olmasını, həmin torpağın iddia göstərilən 37400 manata alınmasını, lakin həmin pulun ondan Emilin tələb etməsini, şahidlərin yanlış ifadə vermələrini, iddiaçının ona hansı şəraitdə, harada borc verməsini, bununla bağlı əlavə sübutların olub-olmamasını aydınlaşdırmamışdır. Qətnamədə göstərilən nəticə işin hallarına uyğun deyildir. O, iddiaçıdan heç vaxt borc almamış, iddiaçının ona hər zaman borcu olmuş, onun iddiaçıya pul verməyi təsdiq olunmuş, lakin iddiaçının ona pul verməsi barədə heç bir sübut yoxdur, olan sübut iki şahiddir, biri oğlu, biri də, əmisi oğludur, onlarda mötəbər sübut hesab oluna bilməz, çünki yaxın qohumdurlar. Cavabdeh Rusiya Federasiyasında yaşadığı üçün birinci instansiya məhkəməsinə müəyyən sübutlar təqdim oluna bilməmişdir. Ona görə də, apellyasiya şikayətinə əlavə olunmuşdur. Həmin sübutlar maliyyə arayışı və çıxarışdan ibarətdir.
11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Mustafa Mustafayev (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev və Rəhman Muradov) 24 iyun 2025ci il tarixli, 2(104)-895/2025 saylı qətnaməsi ilə Ağdam Rayon Məhkəməsinin e-2(013)77/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Ağdam Rayon Məhkəməsinin e-2(013)-77/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 12000 (on iki min) ABŞ dolları məbləğində pul ödənilən anda manata məzənnəsi ilə alınaraq İddiaçı verilməsi və iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
12. Apellyasiya məhkəməsi ilk növbədə apellyasiya şikayətinin iş materiallarında şahid ifadələrindən başqa heç bir sübut olmaması, hər hansı yazılı sənəd, müqavilə, tele fon danışığı, yazışma, video və ya foto görüntü olmaması və iddia tələbinin heç bir mötəbər sübuta istinadlanmaması barədə dəlillərini əsaslı hesab edərək qeyd etmişdir ki, iddiaçı cavabdehə borc verməsi yalnız şahid ifadələrinə əsaslanır. Şahid ifadələrini təsdiqləyəcək hər hansı başqa sübut iş materiallarına əlavə edilməmişdir. Həmçinin X14 birinci instansiya məhkəməsində göstərmişdir ki, cavabdeh iddiaçıdan 37400 manat alaraq, Qəbələdə torpaq almışdır. Halbuki, təqdim olunmuş sübutlardan görünür ki, həmin torpaq şahid Asimanın qardaşı Sakitin adındadır və çıxarış vardır. Apellyasiya şikayətinə əlavə edilmiş **********88 reyestr nömrəli çıxarışdan görünür ki, Qəbələ rayonu Bum kəndində 0,2 ha həyətyanı torpaq sahəsi X5 mülkiyyətindədir. Eyni zamanda iş materiallarında olan xx.xx.2024-c ü il tarixli Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, məhz ilkin olaraq Cavabdeh iddiaçının ondan ******* manat pul alaraq ona qarşı dələduzluq etməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.
13. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin cavabdehin iddiaçıya borcunun olmaması ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı 2007-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində "xxxx" MMC-yə ayrılmış 0,29 ha torpaq sahəsində "xxxx" MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsi 600 kv metr + 82,5 kv metr qeyri-yaşayış sahəsinin Kəmalənin adına verilsə də, sonuncuya məxsus olmaması, yarı pulunu o, yarı pulun u Burzu qoyduğu üçün həmin obyekt Burzu ilə ona məxsus olmasını qeyd etsə də, apellyasiya şikayətinə əlavə edilmiş xx.xx.2007-ci il tarixli maliyyə arayışı ilə müəyyən olunur ki, "xxxx" MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsi 600 kv metr + 82,5 kv metr (girişdə əlavə tikili) sahə ümumi dəyəri 700000 ABŞ dolları tam ödənilmişdir. Qeyd olunan sahə X1 tam mülkiyyətindədir və borcu qalmamışdır. İddiaçının pulun yarısını ödəməsi və ya həmin əmlakın yarısının ona məxsus olması ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir.
14. Apellyasiya məhkəməsi sübutetmə vəzifəsi ilə bağlı qeyd etmişdir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsi iddiaçının, öhdəliyin icra edi lməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür.
15. Hazırkı iş üzrə tərəflər arasında yaranmış münasibətlərdə iddia edilən borcun məbləği 3000 manatdan çox olduğundan və borc müqaviləsinin yazılı formasına riayət edilməsini təsdiqləyən sübutlar olmadığından birinci instansiya məhkəməsi iddianın hüquqi əsası kimi əsassız varlanmaya istinad etməkdə haqlı olmuşdur. Lakin Konstitusiya Məhkəməsinin mövqeyindən görünür ki, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan bir illik müddət məhz ikinci halda, yəni etibarsız əqd üzrə icra edilmişlərin əsassız varlanma əmələ gətirdiyi təqdirdə ondan məhrum olan tərəfin irəli sürdüyü iddiaya tətbiq olunan iddia müddətidir. Lakin birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ba rədə ərizə verilməmişdir.
16. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2024-cü ilin aprel ayında iddiaçının əmisi oğlu Asiman onun yanına gələrək dayısı Burzuya borc pul lazım olduğunu demişdir. O, razılaşaraq Burzuya aparıb verməsi üçün Asimana 12000 ABŞ dolları borc pul vermişdir. Asiman da, həmin pulu aparıb tam şəkildə Burzuya vermişdir. Bu halı məhkəmə iclasında Cavabdeh etiraf etmişdir. Cavabdeh həmin pulun iddiaçının ona olan borcunu qaytarması müqabilində verildiyini qeyd etsə də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, həmin hissədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.
17. Tərəflər onlar arasında olan münasibətlərin 8-il, 5 il, 3 il əvvələ yarandığını qeyd edirlər. İddiaçı borc verməsini təsdiqləyəcə k sübut kimi yalnız şahid ifadələrinə istinad edir. Digər sübutlar məhkəmə araşdırması zamanı təqdim edilməmişdir. Cavabdehin iş üzrə dindirilmiş şahid bacısı oğlu Asimanla münasibətlərinin yaxşı olmamasını bildirməsi barədə izahatı, Qəbələdə Emildən alınmış 37400 manata alınmış torpaq sahəsinin Asimanın qardaşı Sakitin adına olması, iddiaçının Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində "xxxx" MMC-yə ayrılmış 0,29 ha torpaq sahəsində "xxxx" MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsi 600 kvadrat metr + 82,5 kvadrat metr qeyri-yaşayış sahəsinin cavabdehin bacısı Kəmalənin adına verilsə də, həmin obyektin Burzu ilə ona məxsus olmasını bildirməsinə baxmayaraq, həmin əmlakın yarısının ona məxsus olması ilə bağ lı heç bir sübut məhkəməyə təqdim etməməsini və bu baxımdan da, həmin ifadələrin obyektivliyinə şübhələr olduğunu nəzərə alaraq apellyasiya məhkəməsi hesab etmişdir ki, digər sübutlarla təsdiq edilmədiyi üçün, şahid ifadələri iddiaçının cavabdehə borc verməsini təsdiqləyən mötəbər sübut kimi qəbul edilə bilməzdi. Həmçinin qeyd etmişdir ki, qanunverici Mülki Məcəllədə 740.2-ci maddəsini xx.xx.2016-cı il tarixdə yeni, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır redaksiyasında verərkən borc müqaviləsi predmetinin məbləğinin üç min manatdan çox olduğu halda yalnız tərəflər arasında yazılı müqavilənin mötəbər sübut kimi qəbul edilməsini ehtiva etmişdir.
18. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi şahid ifadələrini mötəbər sübut kimi qəbul etməklə düzgün nəticəyə gəlməmiş, mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1, 354.2, 739.1, 739.2, 740.1, 740.2, 337.1, 337.2, 337.5, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiy a məhkəməsi iddiaçı tərəfindən birinci instansiya məhkəməsində təqdim edilmiş sübutlara deyil, cavabdehin sözlə ifadə etdiyi fikirə istinad edərək onları sübut kimi qəbul etmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi və Bakı şəhər Yasamal rayon Prokurorluğunun müstəntiqinin cinayət işinin rədd edilməsinə dair qərarlarına istinad etməmiş və düzgün nəticəyə gəlməmişdir.
22. Həmçinin Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin qismən yəni, 12000 (on iki min) ABŞ dolları məbləğində pulun təmin edilməsi hissəsində ləğv edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin faktiki hallarını düzgün qiymətləndirməmiş, apellyasiya şikayətinə formal cəhətdən yanaşmış, bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur.
24. Apellyasiya və birinci instansiya məhkəməsinin gəldiyi nəticə tam əsassız olmuşdur. Belə ki, 2024-cü ildə o iddiaçıdan pulunu almaq üçün hüquqşünasa müraciət etdikdə ona məhkəmədə pul tələbi ilə iddia qaldırmaq müddətinin ötürdüyü bildirildiyi üçün o iddiaçıdan bacısı oğlu vasitəsilə borcundan müəyyən qədər verilməsini xahiş etmişdir. Əslində 12000 ABŞ dolları iddiaçının ona olan borcunun yanında çox cüzi bir məbləğdir. Lak in bacısı oğlu Asiman məhkəmədə yalandan ona qarşı şahidlik etmiş, pulu alıb verdiyini bildirmişdir. Əslində isə sözügedən pul ona verilməmişdir. Hazırda hüquq mühafizə orqanlarında həm İddiaçı həm də, bacısı oğlu Asimanın ona qarşı etdiyi dələduzluqlarla bağlı araşdırmalar aparılmaqdadır. Bildirmək zəruridir ki, birinci və apellyasiya instansiya məhkəmələri iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Bütün bunlar onu göstərir ki, apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin mövqeyi ilə eyni qənaətə gələrək mövcud olan hallara düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etir az daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
26. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
27. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
28. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
29. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
30. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin işti rakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. (xx.xx.2023-cü il tarixli redaksiyada)
31. Maddə 740.1.Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (xx.xx.2023-cü il tarixli redaksiyada)
32. Maddə 740.2.Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (xx.xx.2016-cı il tarixli redaksiyada)
33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
34. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin dig ər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
35. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
36. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
37. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
38. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Mə cəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam, cavabdeh tərəfindən 12000 (on iki min) ABŞ dolları məbləğində pulun təmin edilməsi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulmas ı və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
51. İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin dəlilləri iddia ərizəsində, iddia ərizəsinə etirazda, cavabdehin apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman tərəflərin irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məh kəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Hesab edir ki, iddianın qismən təmin olunmasında apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur, məhkəmə tərəflər arasında olan münasibətlərə maddi hüquq normalarını düzgün tətbiq etmiş, işə baxılan zaman prosessual hüququ normalarının pozulması hallarına yol verməmişdir.
52. Kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil məsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
53. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutla rı tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-895/2025 nömrəli iş üzrə 24 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.