Məhkəmə qərarları › İş №2(102)-3276/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3276/2019

13.05.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3276/2019 13.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 09 yanvar 2019-cu il tarixli qətnaməsindən Maraqlı şəxs2 və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin (hakim E.Məmmədov) 17 sentyabr 2018-ci il tarixli, 2(033)-848/2018 saylı qətnaməsi ilə İddiaçı 19 fevral 1994-cü ildə vəfat etmiş anası X1 miras qalmış Zaqatala şəhəri, Vidadi küçəsi, 2 saylı evin 23 saylı mənzil üzrə qanunla müəyyən edilmiş müddətin ötürülmə səbəbi üzürlü hesab edilərək həmin müddətin bərpa edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli, 2(107)-189/2019-saylı qətnaməsi ilə (hakimlər A.Mahmudov sədrlik edən, məruzəçi, E.Hüseynov və M.Hüseynov) apelyasiya şikayəti təmin olunmayaraq Zaqatala Rayon Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli, 2(033)-848/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək 19 fevral 1994-cü ildə vəfat etmiş anası X1 miras qalmış ünvan 1 ünvanda olan mənzilə dair mirasın qəbulu müddətinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh Maraqlı şəxs2 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, maddi və prosessual hüquq normaları pozulduğudan Şəki Apellyasiya Məhkəməsinin MK-nın 09 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və ərizənin baxılmamış saxlanılmasını xahiş edrilər. Məhkəmə kollegiyası, İddiaçı məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsin ə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 09 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktl ara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Zaqatala rayon məhkəməsinin 04 fevral 2016-cı il tarixli 2(033)-72/2016 saylı qətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən mərhum X1 miras qa lmış mənzilə dair X4 adına Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən 20 sentyabr 2013-cü il tarixdə verilmiş 2V103 reyestr nömrə ilə təsdiq olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə və həmin mənzilin X6 bağışlanmasına dair bağlanmış 05 oktyabr 2013-cü il tarixli bağışlama müqaviləsi ləğv edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Zaqatala rayon məhkəməsninin 06 sentyabr 2017-ci il tarixli 2(033)1512/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. ünvan 2 ünvanlanmış 05 noyabr 2018-ci il tarixli, 2V-704 reyestr nömrəli notariat işinin surətindən görünür ki, İddiaçı anası X1 miras qalmış ünvan 3 ünvana dair “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadət namə”almaqla anasından miras qalmış əmlakı rəsmi qaydada qəbul etmişdir. Zaqatala rayon MİS-nin 07.12.2018 tarixli, 1045 saylı arayışından görünür ki, X3 həqiqətən ünvan 4 ünvanda yaşamış, 19.02.2014-cü ildə vəfat etmiş, vəfat etdikdən sonra həmin mənzildə X8 yaşamış 24.02.2016-cı ildə vəfat etmişdir. Hal-hazırda heç kim yaşamır. Zaqatala rayon MİS-nin 23.11.2018 tarixli, 1002 saylı arayışından müəyyən edildi ki, İddiaçı ünvan 3–də yaşamış X2 yeganə vərəsəsidir. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Birinci instansiya məhkəməsi mübahisə predmeti ilə bağlı maddi hüquq normalarına istinad etməsə də, mübahisənin faktiki halları baxımından düzgün nəticəyə gəlmişdir. Lakin apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsinin bu səhvini davam etdirmədən aşağıdakıları qeyd edir. Belə ki, miras qoyan şəxs – X5 1994-cü il il tarixdə vəfat etmişdir. Ona görə də notarius tərəfindən şəhadətnamənin rəsmiləşdirmə tarixindən asılı olmayaraq hazırki vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il redaksiyalı) müddəaları əsasında həll olunmalıdır. Mübahisəli miras əmlak –yəni ünvan 4 miras qoyan X5 adına rəsmiləşdirilmişdir. Miras qoyan X51994-cü il tarixdə vəfat etdiyindən həmin gün mirasın açıldığı vaxt sayılır (19 64-cü il redaksiyalı Mülki Məcəllənin 528-ci maddəsi). Miras qoyan Zaqatala rayonunda yaşadığından mirasın açıldığı yer Zaqatala rayonudur (həmin Məcəllənin 529-cu maddəsi). X5 öldüyü məqamadək malik olduğu ünvan 4 miras əmlak siyahındadır. Məhkəmə araşdırması zamanı miras qoyan X5 vəsiyyətnamə qoyması və ya vərəsələrin hər hansının miras əmlakdan məhrum edilməsi halı müəyyən edilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, miras qoyanın öldüyü məqamda sağ olmuş oğlu İddiaçı onun qanun üzrə birinci növbə vərəsəsi olmuşdur (MM-nin 530-cu maddəsi). Beləliklə, birinci instansiya məhkəməsinin gəlmiş olduğu mövqeyi düzgündür. Belə ki, İddiaçı anası X51994-cü ildə vəfat etdikdən sonra ondan miras qalmış ünvan 4 -ü mərhumla heç bir qohumluq münasibətində olmayan X8 20 sentyabr 2013-cü il tarixli, 2V103 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında öz adına keçirmiş, sonra isə X6adlı şəxsə bağışlamışdır. Lakin sonradan Zaqatala rayon Məhkəməsinin 04.02.2016-cı il tarixli, qətnaməsi ilə 20 sentyabr 2013-cü il tarixli, 2V-103 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə və ondan sonra rəsmiləşdirilmiş bağışlama müqaviləsi və çıxarışlar etibarsız hesab edilmiş, həmin qətnamə Şəki Apellyasiya Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Buradan da belə məlum olur ki, iddiaçı anasından miras qalmış əmlakı qəbul etmək üçün müvafiq notariat kontoruna müraciət etsə də, sonda notarius vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edərək, mirasın qəbulu üçün müəyyən edilmiş müddətin ötürüldüyü bildirilmişdir. Həmin mübahisəli miras əmlak qeyri-qanuni sənədlərlə başqa şəxslərin əlinə keçdiyindən və həmin şəxslər heç bir hüquqi əsas olmadan orada yaşamaqda davam etdiklərindən, qanuni vərəsə İddiaçı öz iradəsindən asılı olmayan səbəbdən mübahisəli miras əmlaka daxil ola bilməmiş və mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddət üzrlü səbəbdən ötürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, Maraqlı şəxs2 mübahisəli evi 1993-cü ildə X5alqı-satqı yolu ilə aldığını bildirmişdir. Onda belə bir sual yaranır, əgər Maraqlı şəxs2 həmin evi X.İbrahimovadan 1993-cü il tarixdə alqı-satqı yoli ilə almışdırsa, onda 20.09.2013-cü il tarixdə onun (Maraqlı şəxs2) atası X7 tərəfindən qeyriqanuni əsaslarla “qanun üzrə vərəsəlik hüququ haqqında şəıhadətnamənin” alınmasına nə ehtiyac var idi və buna səbəb nə olmuşdur. Məhkəmə kollegiyası maraqlı şəxs tərəfindən təqdim olunmuş 1993-cü il tarixli “akta” da münasibət bildirir ki, həmin akt tərəflər arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi kimi qiymətləndirilə bilməz. Beləliklə də nə qədər ki, apellyasiya şikayəti vermiş Maraqlı şəxs2 atasının adına verilmiş vərəsəlik şəhadətnaməsi və onun əsasında verilmiş hüquq müəyyənedici sənədlər etibarsız hesab olunub və miras əmlak əvvəlki hüquqi vəziyyətinə qaytarılıb, onda Maraqlı şəxs2 ümumiyyətlə maraqlı şəxs kimi mübahisəli miras əmlakla bağlı iddia qaldırmaq, onunla bağlı qəbul olunmuş qərarlaradan şikayət vermək üçün subyektiv hüququn sahibi deyil. Ona görə də apelyasiya tələbi ilə razılaşmaq olmaz və birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qə dər araşdırmış və mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri və işin həqiqi halları üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona grə də apellyasiya şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli, 2(033)-848/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrini aşağıdakı maddi hüquq normaları ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərar ı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il redaksiyalı) 101-ci maddəsinin 2ci hissəsinə əsasən bir yerdə yaşayan ər-arvadın və onların həddi-buluğa çatmayan uşaqlarının şəxsi mülkiyyətində onlardan birinə məxsus olan və ya onların hamısının ümumu mülkiyyətində olan bir yaşayış evi və ya on un müəyyən hissəsi ola bilər. Həmin maddənin ikinci hissəsində göstərilən vətəndaşlardan birinin və ya bir neçəsinin evin bir hissəsinə olan mülkiyyət hüququ, bu vətəndaşların qalanlarını həmin evin digər hissəsinə (hissələrinə) olan mülkiyyət hüququndan məhrum etmir. Həmin Məcəllənin 527-ci maddəsinin 1-ci hissəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinin tələblərinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə həmin Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Qeyd olunan Mülki Məcəllənin 530-cu maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə-miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. Qeyd olunan Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinin tələbinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin Məcəllənin 555-ci mad dəsinin tələblərinə görə vərəsə, digər vərəslərin gəlməsini gözləmədən, miras əmlakına sahiblik etməyə və ya onu idarə etməyə başlaya bilər. Azərbaycan SSR Mülki Məcəlləsinin 556-cı maddəsinin 3-cü hissəsinə əsasən vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina, vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-s atqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini t ələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il ta rixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: 'Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv nənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə "hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, apellyator Maraqlı şəxs2 atasının adına verilmiş vərəsəlik şəhadətnaməsi və onun əsasında verilmiş hüquq müəyyənedici sənədlər etibarsız hesab olunduğundan və miras əmlak əvvəlki hüquqi vəziyyətinə qaytarıldığından, Maraqlı şəxs2 ümumiyyətlə maraqlı şəxs kimi mübahisəli miras əmlakla bağlı iddia qaldırmaq, onunla bağlı qəbul olunmuş qərarlardan şikayət vermək üçün subyektiv hüquqa malik deyil. Ona görə də apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayaraq düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiy ası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, maraqlı şəxsin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edi lmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassız olmaqla həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilmədiyi üçün kassasiya şikayəti təmin edilməməli, mahiyyəti üzrə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs2 kassasiya şikay əti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 09 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar