Məhkəmə qərarları › İş №2(102)-3276/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3276/2022

22.06.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3276/2022 22.06.2022 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından Azərbaycan Respublikası Ali Məhkəməsi MülkiKollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilk, Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası üzrə QƏRARİ Açar sözlər: (istifadə hüququnun həyata keçirilməsinə yaradılmış maneənin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən istifadə hüququnun həyata keçirilməsinə yaradılmış maneənin aradan qaldırılması və daş hasarın sökülməsi tələbi barədə ilk, Cavabdeh2 cavabdeh İddiaçı qarşı evdən istif adə hüququna xitam verilməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2824/2021 nömrəli, 25 avqust 2021 il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 22 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı X2 ilə 18 dekabr 1997-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahdan iki uşaqları olmuşdur.

2. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə onun Gəncə şəhəri Totanlı küçəsi 35 saylı fərdi yaşayış evinə istifadə hüququ tanınaraq yetkinlik yaşına çatmamış uşaqları 05 dekabr 1998-ci il təvəllüdlü X1 və 15 aprel 2000-cı il təvəllüdlü X3 ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir.

3. Qeyd e dilən qətnamədən apellyasiya və kassasiya şikayəti verilmiş, lakin, şikayətlər təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Totanlı küçəsi 35 saylı fərdi yaşayış evinin İddiaçı faktiki yaşadığı sahəsi ilə cavabdehlərin yaşadığı sahənin arasından hamama bitişik şəkildə çəkilmiş daş hasar sökülməklə İddiaçı evdən istifadə hüququnun həyata keçirilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılıb ki, uşağın səhhəti ilə bağlı o müvəqqəti olaraq Rusiya Federasiyasına getmiş, qayıdanda görmüşdür k i, cavabdehlər məhlənin içərisində divar çəkiblər, bu səbəbdən də o evin ayaqyolundan, hamamından, mətbəxindən və bağından istifadə edə bilmir.

6. Cavabdeh2 məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı evdən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(044)121/2021 saylı qətnaməsi ilə (hakim Zaur Hünmətov) ilk iddia tələbinin təmin edilməsi, Gəncə şəhəri Totanlı küçəsi 35 saylı fərdi yaşayış evinin İddiaçı faktiki yaşadığı sahəsi ilə cavabdehlərin yaşadığı sahənin arasından hamama bitişik şəkildə çəkilmiş daş hasar sökülməklə İddiaçı evdən istifadə hüququnun həyata keçirilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılmas ı, qarşılıqlı iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

9. Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2824/2021 nömrəli, 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F. Mehtiyev (sədrlik edən və məruzəçi) Ə.Məmmədov, Ş.Rzaquliyev) apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(044)-121/2021 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, ilk iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, İddiaçı Gəncə şəhəri, Nizami rayonu, Totanlı küçəsi, ev 35-ə olan istifadə hüququna xitam verilməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

23. Kassasiya şikayətinə yazılı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə152.2 Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

26. Maddə 228.2 Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

28. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır

29. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Gəncə şəhəri Totanlı küçəsində yerləşən 35 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur.

33. İddiaçı isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə uşaqları ilə birlikdə həmin evə köçürülmüş və evdən istifadə hüququ əldə etmiş şəxsdir.

34. İddiaçı görə Cavabdeh1 və qızı Cavabdeh2 evin həyətində hasar çəkməklə onun həmin həyətdən və orada yerləşən ayaqyolu, hamam və mətbəxdən istifadə etmək imkanından məhrum etdiklərindən həmin hasar və eləcə də ona ayrılmış otaqdan pəncərəsi qarşısında tikilmiş ayaqyolu sökülməlidir.

35. Həmin iddia tələbi üzrə Cavabdeh2 qarşılıqlı iddia tələbinə görə İddiaçı ona ayrılmış yaşayış sahəsindən 7 il müddət ərzində istifadə etmədiyinə görə onun evdən istifadə hüququna xitam verilməlidir.

36. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı mübahisəli fərdi yaşayış evinə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə köçürülsə də və həmin qətnamə icra olunsa da, o, həmin evdə yaşamamış, ondan istifadə etməmiş və bununla da onun həmin yaşayış sahəsinə olan ehtiyacı aradan qalxmışdır.

37. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarına əsaslanaraq hesab etmişdir ki, İddiaçı mübahisəli evdən istifadə hüququna kompensasiya verilmədən xitam verilməlidir.

38. Plenumun həmin qərarına görə Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kom pensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas(yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.

39. Apellyasiya instansiyası məhkəməsinə görə İddiaçı uzun müddət ərzində mübahisəli mənzildə yaşamamış və hazırda Gəncə şəhəri, 20 Yanvar küçəsi, dalan 14, ev 3-də yaşayır.

40. Apellyasiya instansiyası məhkəməsi işin həmin hallarına əsaslanaraq İddiaçı iddia tələbinin əsassız, Cavabdeh2 isə qarşılıqlı iddiasının əsaslı olması barədə nəticəyə gəlmişdir.

41. Kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıdığından kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

42. Ş ərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 25 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar