Məhkəmə qərarları › İş №2(102)-3276/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3276/2025

04.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3276/2025 04.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, hüquqdan sui-istifadə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-542/2025 nömrəli, 16 iyul 2025ci il tarixli qətnaməsindən Cavabdehn kassasiya şikayətinə 04 noyabr 2025-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəb ul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 597 nömrəli Qeydiyyat vəsiqəsi ilə İddiaçı adına qeydə alınmışdır.

2. Cavabdeh iddiaçının razılığı ilə ailə üzvləri ilə birlikdə 2000-ci ildən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində hal hazırki tarixədək yaşayır. Tərəflər arasında evin alqı-satqısı müqaviləsi bağlanmayıb.

3. İddiaçı 15 mart 2012-ci il tarixdə Cavabdeh qeyd edilən ünvana dair sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqavilə imzalamağa dair etibarnamə vermişdir.

4. Bu müddət ərzində Cavabdeh evin sahibi kimi Azərsu ASC, Azərişıq ASC, Azəriqaz İB və Aztelekom MMC ilə xidmətlərin göstərilməsi üçün müqavi lə bağlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1-dən Cavabdeh (bundan sonra “cavabdeh”) və ailə üzvlərinin əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya qarşı ünvan 2 ünvanının adına rəsmiləşdirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddia ərizəsi Şəki Rayon Məhkəməsində e-2(075)-2434/2024-007 nömrə ilə qeydiyyata alınaraq icraata götürülmüşdür. Halbuki ünvan 1 iddiaçının xüsusi mülkiyyətində olan evdir və həmin evin cavabdehə heç bir aidiyyatı yoxdur. İddiaçı Bakı şəhərində yaşadığında n həmin evi bu iddianı qaldıran şəxsə kirayə vermişdir. Lakin cavabdeh iddiaçının mənzilinə sahib çıxmağa çalışır, qanunsuz olaraq iddiaçının iradəsinə zidd olaraq evində qalır, kirayə haqqını da vermir. İddiaçı cavabdehdən evi tərk etməsini tələb etdikdə, sonuncu övladının xəstə olmasını bəhanə gətirərək bir müddət evdən çıxmalarını uzatmışdır. Daha sonra iddiaçıya SMS gəlmişdir ki, cavabdeh ona qarşı iddia qaldıraraq məhkəməyə müraciət etmişdir. Cavabdehin qaldırdığı iddianın heç bir hüquqi əsası yoxdur, evin sahibi iddiaçıdır. Cavabdeh isə iddiaçıya tamamilə yad bir adamdır, ailə üzvü, qohumu deyil və özünün ondan saxlanılmasını tələb etmək hüququ olmayan bir şəxsdir. Buna görə də, qanun və hüquq çərçivəsində məsələyə hüququ qiymət verilərək xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan evdən cavabdehin öz ailəsi ilə çıxarılmasını xahiş edir.

7. Cavabdeh iddiaya yazılı etiraz vermişdir.

8. Etiraz onunla əsaslandırlıb ki, iddiaçı iddia ərizəsində Şəki şəhəri, Vidadi küçəsi, saylı evin onun xüsusi mülkiyyətində olmasını, Bakı şəhərində yaşadığından həmin evi cavabdehə kirayə verdiyini, cavabdehin onun mənzilinə sahib çıxmağa çalışdığını, qanunsuz olaraq onun iradəsinə zidd olaraq evində qaldığını, kirayə haqqını da vermədiyini göstərmişdir. Qeyd edilməlidir ki, iddiaçının yazdıqları tamamilə yalandır və bu yalan-yanlış məlumatlarla məhkəməni yanıltmağa və öz əsassız iddissının təmin olunmasına çalışır. Belə ki, cavabdeh 2000-ci ildə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini 2000 ABŞ dollarına razılaşaraq iddiaçıdan satın almışdır. 2000-ci ilin may ayında onlar həm in evi alan kimi cavabdeh və ailə üzvləri evə köçmüş və hal-hazıradək həmin evdə yaşayırlar. İşin faktiki halları və etiraza əlavə edəcəyi sənədlər iddiaçının tamamilə yalan danışdığını və cavabdehin həmin evdə kirayadə yox, həmin evi satın alaraq yaşadığını tam təsdiq edir. Belə ki, cavabdeh həmin evi 2000-ci ilin may ayında alarkən iddiaçı evin sənədlərini cavabdehə təqdim etmiş və sənədlərin əslləri halhazıradək də cavabdehdədir. Bundan əlavə iddiaçı evi cavabdehə satdığından, iddiaçı özü cavabdeh və ailə üzvlərini həmin evə pasport qeydiyyatına saldırmış və halhazıradək cavabdeh və ailə üzvləri həmin evdə pasport qeydiyyatındadırlar. Həmçinin 15 mart 2012-ci il tarixdə iddiaçı evi öz adına sənədləşdirə bilməyi üçün cavabdehin adına 50 (əlli) il müddətinə etibarnamə də vermişdir. Həmçin in ünvan 4 ünvanının qaz, işıq, su, telefon və internet təchizatı ilə təmin edilməsi ilə bağlı bütün müqavilələr cavabdehin adınadır. Göründüyü kimi, qeyd edilən aktlar tam şəkildə təsdiq edir ki, artıq 24 ildir həmin fərdi yaşayış evi cavabdehə məxsusdur və ev iddiaçı tərəfindən cavabdehə satıldığından evlə iddiaçının heç bir bağlılığı qalmamışdır. İddiaçının iddia ərizəsində özü də təsdiq edir ki, artıq uzun müddətdir ki, Bakı şəhərində yaşayır və hazırda da Bakı şəhəri, Xətai r-nu, ünvan 5 ünvanında pasport qeydiyyatındadır. Göründüyü kimi evin sənədlərinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, cavabdehin və ailə üzvlərinin həmin evdə pasport qeydiyyatında olması, evin sənədləşdirilməsi ilə bağlı iddiaçı tərəfindən etibarnamənin təqdim edilməsi və evin bütün kommunal müqaviləl ərinin cavabdehin adına olması onun evdə kirayədə yaşamamağını və evi satın almağını tam sübut edir.

9. Məhkəmə baxışında cavabdeh əlavə olaraq bildirmişdir ki, iddiaçıdan 2000-ci il may ayında 2000 ABŞ dollara Şəki şəhəri Vidadi küçəsi, ev 20 ünvanında olan evi satın almışlar. Həm maddi imkanı olmadığı, həm də əri spirtli içki düşkünü oduğu üçün sonradan ərinin evi satacağından ehtiyat etdiyindən mənzili öz adlarına rəsmilşədirməmişlər. Əri öldükdən sonra mənzili adlarına keçirtmək üçün ASAN xidmətə getmiş lakin orada ona iddiaçının evi satdıqdan sonra ailə qurduğu üçün yeni şəxsiyyət vəsiqəsinin sürəti lazım olmuşdur. İddiaçıya şəxsiyyət vəsiqəsinin sürətinin verilməsi üçün zəng etdikdən sonra evi hələ də adlarına keçirtmədiklərini bilib verdiyi etibarnaməni ləğv etdirmişdir. Bundan sonr a iddiaçıya etibarnamə verməyi xahiş etsə də, evi satan zaman ərinin onun üstünə qışqırdığını bəhanə edərək etibarnamənin verilməsindən yayınmışdır. Onların başqa yaşayış yerləri yoxdur.

10. Məhkəmə baxışında cavabdehin vəsatəti əsasında dindirilən şahidlər X18, X14 və Gülizar Tahirova oxşar ifadələr veərərk bildirmişlər ki, iddiaçı əvvəllər onların qonşusu olmuş, cavabdeh isə təxminən 2000-ci ildən onların qonşusudur. Hər iki şəxslə normal münasibətləri olmuşdur. Hazırda mübahisə edilən evi qeyd edilən vaxtda iddiaçının cavabdehə satdığını bilmişlər. Həmin dövrdən sonra hazırda da cavabdeh ailəsi ilə birlikdə həmin evdə yaşayır. Keçən bu müddət ərzində iddiaçı, ümumiyyətlə, mübahsəli mənzilə gəlməmişdir. İddiaçının onların qonşuluğunda olan digər evlərini də uzun müddət öncə satıb Bakı şə hərində yaşadığını bilirlər.

11. Məhkəmə baxışında şahid X19 bildirmişdir ki, elektrikdir, təxminən 2000-ci ilin may ayında cavabdeh ona yaxınlaşaraq yeni ev aldığını və işıqlarının yanmadığını bildirib, elektirik xətlərinin təmir edilməsini xahiş etmişdir. Bundan sonra o, həmin evin elektrik xətlərini düzəltmişdir.

12. Məhkəmə baxışında şahid X10 göstərmişdir ki, cavabdeh gəlinləri, yəni qardaşının arvadı olub. 2000-ci ildə ata yurdlarını satıb hər kəsin payına düşəni götürmüşlər. Həmin vaxtı o, qardaşı ilə birlikdə hazırki mübahisə olunan evi 2000 ABŞ dollarına özü və qardaşı ilə birlikdə adını xatırlamadığı qadına verərək evi qardaşının arvadı olan cavabdehin adına keçirtmək şərti ilə almışlar.

13. Şəki Rayon Məhkəməsinin e-2(075)-363/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, qətnaməsi il ə iddia tələbi təmin edilməmişdir. (hakim Elşən Vəliyev)

14. Birinci instansiya məhkəməsi müəyyən edib ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 597 nömrəli Qeydiyyat vəsiqəsi ilə iddiaçının adına qeydə alınmışdır. Cavabdeh isə iddiaçının razılığı ilə ailə üzvləri ilə birlikdə həmin evdə 2000-ci ildən hazırki tarixədək yaşayır. Bundan başqa iddiaçı 15 mart 2012-ci il tarixdə cavabdehə mübahisə edilən ünvana dair sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqavilə imzalamağa dair etibarnamə vermişdir. Eyni zamanda keçən bu müddət ərzində cavabdeh mənzilin mülkiyyətçisi kimi Azərsu ASC, Azərişıq ASC, Azəriqaz İB və Aztelekom MMC ilə xidmətlərin göstərilməsi üçün müqavilə bağlamışdır.

15. Birinci instansiya məhkəməsi mülkiyyət hüququ, onun müdafiəsi, daşınmaz əşyalarla bağlı əqdlərə aid Mülki Məcəllənin normalarına istinadən göstərmişdir ki, qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır və daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Hazırki halda tərəflər arasında daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilə bağlansa da, həmin müqavilə qanunla müəyyən olunmuş qaydada yazılı formada bağlanmamış və həmin müqavilə notariat qaydasında təsdiqlənməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında fərdi yaşayış evinin alğı-satqısına dair 2000-ci ildə razılaşma olduğu, hə min razılaşmaya uyğun olaraq, iddiaçı tərəfindən cavabdehə xx.xx.2012-ci il tarixli 7E-2/2789 reyestr nömrəli etibarnamə verildiyi müəyyən edilir. Bu hal iş materiallarında olan şahid ifadələri ilə də öz təsdiqini tapır.

16. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında 2000-ci il tarixdə fərdi yaşayış evinin alğı-satqısına dair şifahi bağlanmış müqavilə etibarsız olmuşdur. Lakin hazırda məhkəmə tərəfindən hüquqdan suiistifadə hallarının mövcud olub-olmadığı yoxlanılmalı iddianın uğurluluğu hüquqdan sui-istifadənin movcudluğundan asılı olaraq, qiymətləndirilməlidir.

17. Birinci instansiya məhkəməsi hüquqdan sui-istifadə ilə bağlı qiymətləndirmə aparaq, qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi iddiaçının mülkiyyətində olsa da, cavabdeh güvəndiyi və güvənmiş olduğu iddiaçının rəftarına əsasında 2000-ci ildən həmin evdə yaşamışdır. İddiaçı 2000-ci il tarixdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü il tarixədək ötən 24 il müddətində mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə, eləcə də mənzil üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun pozulması ilə əlaqədar hüquq mühafizə orqanlarına müraciət edilməmişdir. Bundan başqa, iddiaçı mübahisəli evin kirayəyə verildiyini qeyd etsə də, ümumiyyətlə, iş materialları ilə həmin halı müəyyən etmək mümkün deyildir.

18. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan aç ıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki mülki hüquqlar hüquqa uyğun həyata ke çirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

19. Birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdehin ünvan 1 ünvanından təyinatı üzrə istifadə etməsinin onun həmin əmlaka vicdanlı sahib olması baxımından iddiaçının hərəkətləri hüquqdan sui-istifadə kimi qiymətləndirilməli və iddiaçı qızı tərəfindən cavabdehə fərdi yaşayış evinin satılması ilə əlaqədar pulun verildiyi və bu barədə aralarında razılaşma olduğu halda, 2000-ci ildən hazırki tarixədək mənzildən istifadə etmələrini mübahisə etməməsi d ə əsas olmaqla mülkiyyət hüququnun müdafiəsinə dair Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.7-ci maddəsinin hazırki mübahisəyə tətbiqinin mümkünlüyü müzakirə edilməlidir. Lakin iddiaçı hər hansı məbləğdə pulun verilməsi ilə razılaşmamış və bu halı qətiyyətlə təkzib etmişdir. Buna görə də iddia təmin olunmamalıdır.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 144.1, 144.2, 146.1, 146.2, 152.1, 157.2, 329.1, 337.5, 407.2, 425.1, 560.1, 560.2, 560.3.4, 562.1, 1091.1, 1091.2, 1092.1, 1092.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. İddiaçı аpellyаsiyа şikаyəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiç etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırı lmışdır ki, etibarnamə şəxsin adından təmsilçilik hüququ verir, şəxs etibarnamə ilə öz adına əqdlər bağlaya bilməz. İddiaçı və cavabdeh arasında etibar formalaşmış, bu səbəbdən iddiaçı cavabdehə etibarnamə vermişdir. İddiaçı Bakı şəhərində, yaşadığından evin satılması və s. işlərin həyata keçirilməsi üçün etibarnamə vermişdir. Maraqlı məqam burasındadır ki, cavabdeh də həmin evi istənilən qohumunun adına rəsmləşdirə bilərdi. Lakin bunu etməmişdir. İlkin olaraq vicdanlı davranmışdır. Etibarnamənin ləğv olunması məhz cavabdeh tərəfindən kommunal xidmətlərə dair müqavilələrin öz adına bağlanmasından sonra baş vermişdir. Daşınmaz əmlakla bağlı alğı-satqı əqdləri hökmən notarial qaydada bağlanmalıdır. Məhkəmə etibarnaməni alğı-satqı sənədi kimi qəbul edir. Halbuki, etibarnamənin verilməsi ilə c avavdehin iddia etdiyi alğı-satqı arasında 12 ildən çox vaxt keçmişdir. Yəni alğısatqını həyata keçirən şəxs 12 il ərzində guya aldığı evdə hər-hansı sərəncam hüququ keçirmədən yaşayır. Məhkəmənin bu cür dəlillərə inanması da absurddur. Şahidlərin heç biri evin bilavasitə alğı-satqısında iştirak etməmişdir. Sadəcə cavabdehin evdə yaşaması faktını təsdiq etmişlər, bu hal isə, ümumiyyətlə, mübahisəsizdir. X1 adını xatırlamadığı qadına pul verməsi ifadəsi, ümumiyyətlə, ziddiyyətlidir. Belə ki, həmin şəxs 25 il əvvəl pulun verilməsi faktını xatırlayır, ancaq cavabdehdən iddiaçının adını öyrənə bilmir?! Onun ifadəsindən belə çıxır ki, pul istənilən qadın cinsinə mənsub şəxsə istənilən məqsəd üçün verilə bilərdi. Buna səbəb isə, ondan ibarətdir ki, şahid hər halda məsuliyyətdən qorxaraq, sadə bi r manipulasiya edir. Məhkəmə isə bu tip ifadələri qətnamənin əsası kimi qəbul edir. İş materiallarında olan sənədlərdən də görsənir ki, cavabdeh ev üçün kommunal xidmətlərlə bağlı müqavilələrin əksəriyyətini 2021-ci ildən sonra öz adına bağlamışdır. Elə bu hərəkətlərin nəticəsində iddiaçı həmin etibarnaməni ləğv etmişdir. Məhkəmə isə bu sadə səbəb-əlaqəni görməmişdir. Məhkəmə evin kirayə verilməsi və s. məqamlara toxunmuşdur. Lakin bu məqamla bağlı qeyd olunmalıdır ki, necə olur ki mülkiyyətə dair hər-hansı sənəd təqdim edə bilməyən şəxsin və onun qohumların ifadələri mütləq həqiqət olaraq qəbul olunur, onlar üçün isə kirayəni sübut edən fakt mövcud olmalıdır. Bu məqamla bağlı qeyd olunmalıdır ki, regionlarda bir çox evləri sadəcə ev yiyəsiz qalmasın deyə, simvolik məbləğə kirayə verirlər. Bu tip əqdlərin əsas məqsədi sadəcə evin boş və baxımsız qalmamasından ibarətdir. Lakin məhkəmə bu tip halların mövcudluğuna da göz yummuşdur. Məhkəmə düzgün qərar qəbul etməsi üçün, aşağıdakı faktiki halları aydınlaşdırmamışdır: alğı-satqı 2000-ci ildə olmuşdursa, niyə etibarnamə 2012-ci ildə verilir? Hansı səbəbdən etibarnamə əsasında hüququ olan guya mənzili almış cavabdeh 2012-ci ildən olan müddətdən bugünə qədər fərdi yaşayış evini özəlləşdirmir? Niyə şəxs bir çox kommunal xidmətlərə aid müqavilələri 2021-2022-ci illərdə bağlayır və bundan sonra etibarnaməsi ləğv edilir? Hansı səbəbdən 2000-ci ildən bu yana tərəflər notarial qaydada müqavilə bağlamırlar? Məhkəmə bu faktları aydınlaşdırsaydı, aydın olacaqdı ki, tərəflər arasında ümumiyyətlə alğı-satqı olmamışdır.

23. Apellyasiya baxış ında iddiaçının nümayəndəsi (vəkil) əlavə olaraq bildirmişdir ki, cavabdeh iddiaçının evində uzun müddət yaşadıqdan sonra iddiaçı cavabdehə olan inamından ona etibarnamə vermişdir ki, evi kimə istəyir satsın, ya da evi cavabdeh özü alsın. Cavabdeh də uzun müddət iddiaçının inamını qırmamış, ona xəyanət etməmiş,etibarnaməsi olmasına vaxmayaraq heç bir qeyri-qanunu hərəkət etməmişdir. Ancaq uzun müddətdən sonra etibarnamə və güvəndən istifadə edərək cavabdeh kommunal xidmətlərini öz adına sənədləşdirmişdir. Bunu bilən iddiaçı etibarnaməni ləğv etdirmiş, eyni zamanda cavbdehə evi tərk etməsini bildirmişdir. İşdə qeyri-müəyyənlik ondan ibarətdir ki, məhkəmə əqdi etibarsız hesab etsə də, iddianı təmin etməyib. Cavabdehin istifadə hüququ ilə bağlı sualar vardırsa, onda bunu da hər hansı formada həll etmək olardı.Ancaq ümumən iddianın təmin olunmaması mümkün deyil. Ona görə ki, ya tərəfə kompensasiya verilmək yolu ilə yaşamaq hüququna xitam verilməli, ya da kirayəçi evdən çıxmalıdır.

24. Cavabdeh apellyasiya şikayətinə etiraz vermiş, etirazın məzmunu iddia ərizəsinə verilmiş etirazla eyni məzmunda olmuşdur.

25. Həmçinin apellyasiya baxışında cavabdeh əlavə olaraq göstərmişdir ki, iddiaçı əvvəlcə deyib ki, evi ona kirayəyə verib, apellyasiya baxışında isə deyib ki, onu evə nəzrtəçi qoyub, bu, belədirsə, iddiaçı niyə onu evə qeydiyyata aldırıb, niyə kommunal xidmətlər onun adınadır, niyə evi o, təmin etdirib kimi suallar yaranır. O, evi təmir edəndə, hasar çəkəndə iddiaçı ona xeyir-dua verib, etiraz etməyib. Evə 30 min xərc qoyub.

26. Apellyasiya baxışında şahid X11 bildirmişdir k i, 2019-cu ildən bəri Cavabdehin faktiki yaşadığı evin qonşuluğunda, iddiaçının ailəsinə məxsus başqa evdə yaşayır. Evi ona və ailə üzvlərinə iddiaçının bacısı X7 vermişdir. Heç bir kirayə haqqı ödəmədən 6 ildir həmin evdə yaşayırlar. Evə baxmaları, təmirə ehtiyacı olan yerlərini təmir etmələri və s. qarşılığında nə iddiaçı, nə də onun bacısı onlara kirayə haqqı almadan həmin evdə yaşamağa icazə verir.

27. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-542/2025 nömrəli, 16 iyul 2025-ci il tarixli qətnaməsi ilə аpellyasiya şikayətinin təmin olunmuş, Şəki Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(075)-363/2025 nömrəli qətnaməsinin ləğv edilmiş, iş üzrə yeni qətnamənin qəbul edilərək, iddia ərizəsinin təmin edilməsi, xx.xx.1999-cu il tarixli Şəki Rayonlararası Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüququnun qeydiyyatı İdarəsi tərəfindən verilmiş 597 nömrəli Qeydiyyat vəsiqəsi əsasında iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdeh və ailə üzvlərinin (X15 və X13) əşyaları ilə birlikdə çıxarılması, dövlət rüsumu olaraq ödənilmiş 100 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Taleh Musayev, Elman İsayev).

28. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, işin mübahisə edilməyən hallarına görə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.1999-cu il tarixli Qeydiyyat Vəsiqəsi ilə iddiaçının mülkiyyətində olmaqla 2002-ci ildən əvvəldən hazıradək cavabdeh tərəfindən istifadə edilir. İddiaçı anası X9 həmin evi 2002-ci ildə boş qal maması, evə baxılması, təmirə ehtiyacı olduqda təmir işlərinin görülməsi məqsədilə yaşamaq üçün cavabdeh və onun ailəsinə verdiyini, qarşılığında kirayə haqqı istəmədiyini iddia etməklə hazırda cavabdehin həmin evdən çıxarılmasını tələb edir. Cavabdeh isə 2000-ci ildə 2000 ABŞ dolları pul qarşılığında həmin evi iddiaçının anasından aldıqlarını, həmin pulun 1200 ABŞ dolları hissəsini iddiaçının anasına, 800 ABŞ dolları hissəsini isə iddiaçının özünə verdiklərini, lakin sənədləşdirmə etmədiklərini bildirməklə iddiaya etiraz etmişdir

29. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 152-ci maddəsinə istinadən bildirmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dai r sərəncam vermək hüquqdur. Mülkiyyətçi həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçinin öz mülkiyyətində olan əmlaka dair hərəkətlərinin hüquqdan sui-istifadə hesab edilməsi halı da müəyyən edilmişdir. Belə ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir. Bu zaman nəzərə alınmalıdır ki, istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Həmçinin, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə verə bilər və bu hal mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir

30. Göründüyü kimi, mülkiyyətçi öz mülkiyyətində olan əmlakı istifadə etməyə və onu başqa şəxsin idarəçiliyinə verə bilər. Belə olan halda, mülkiyyət hüququ idarəçiyə keçmədiyindən mülkiyyətçinin həmin əmlakı idarəçidən geri alma hüququ saxlanılmalıdır. Hazırki halda isə cavabdeh mübahisəli evi iddiaçıdan alğı-satqı vasitəsilə aldığını, lakin müqaviləni yazılı formada və qanunda göstərilmiş digər şərtlərə uyğun bağlamadığını iddia edir.

31. Apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisəli evi iddiaçıdan alqısatqı vasitəsilə alması, lakin müqaviləni yazılı formada və qanunda göstərilmiş digər şərtlərə uyğun bağlamaması barədə dəılillərinə münasibət qeyd etmişdir ki, hazırkı iddia tələbinə hüquqdan sui-istifadə nöqteyi-nəzərindən yanaşılmanın mümkünlüyü tərəflər arasında forma tələbinə riayət edilmədən olsa belə, müqavilənin bağlandığı faktının müəyyən olunmasından asılıdır.

32. Birinci instansiya məhkəməsi iddiaçının cavabdehdən mübahisəli evi qarşılığında hər hansı məbləğdə pul alınması və evin cavabdehə satılması iddialarını təkzib etdiyini qeyd etmiş, lakin buna baxmayaraq, müqavilənin mövcudluğu halının şahid ifadələri ilə təsdiq olunduğunu hesab etməklə, iddianı hüquqdan sui-istifadə əsası ilə rədd etmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində dindirilmiş şahidlər barəsində göstərmişdir ki, şahid X10 cavabdehin mərhum ərinin qardaşıdır. Cavabdeh iddiaçı tərəfə pulu X5 və cavabdehin mərhum ərinin birlikdə verdiklərini iddia edir. Ona görə də, X5 ifadəsi özlüyündə faktın sübut olunması anlamına gələ bilməz. Onun ifadəsi cavabdehin öz iddiasını təsdiq etmək üçün təqdim etdiyi dəlildir. Həmçinin, X10 dindirilərkən bildirmişdir ki, 2000 ABŞ dollarını özü və qardaşı ilə birlikdə adını xatırlamadığı qadına vermişdir. Göründüyü kimi, şahidin pulu kimə verdiyi bəlli deyil.

34. Digər şahid X4 elektrik ustasıdır və ifadəsində cavabdehin onu evində təmir işi görməyə dəvət edərkən ona dediyi sözləri xatırlamışdır. Həmin izahat heç bir halı sübut etmir.

35. Digər şahidlər X18, X14 və Tahirova Gülizar isə mübahisəli evin qonşuluğunda yaşayan şəxslərdir. Həmin şahidlər evin iddiaçı tərəfindən cavabdehə satıldığını bildirmişlər. Lakin onlar bu zaman, həmçinin, iddiaçının onların qonşuluğunda olan digər evlərini də uzun müddət öncə sat ıb Bakı şəhərində yaşadığını bildirmişlər. Halbuki apelyasiya baxışında iddiaçı tərəfindən onun ailəsinə məxsus olan həmin evin qonşuluğunda yerləşən digər evdə hal-hazırda faktiki olaraq yaşayan şəxs - X11 şahid qismində təqdim edilmiş, X11 ifadəsində bildirmişdir ki, 2019-cu ildən bəri cavabdehin faktiki yaşadığı evin qonşuluğunda, iddiaçının ailəsinə məxsus başqa evdə yaşayır. Evi ona və ailə üzvlərinə iddiaçının bacısı X7 vermişdir. Heç bir kirayə haqqı ödəmədən 6 ildir həmin evdə yaşayırlar. Evə baxmaları, təmirə ehtiyacı olan yerlərini təmir etmələri və s. qarşılığında iddiaçının bacısı onlara kirayə haqqı almadan həmin evdə yaşamağa icazə verir.

36. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin apellyasiya baxışılnda müəyyən edilən hallarına görə şahid X6 hazırda yaşadığ ı ev ünvan 6 ünvanıdır. Göründüyü kimi, qonşuların həmin evi də iddiaçının satdığını bildirmələrinə baxmayaraq, həmin evdə yaşayan şəxs özü evin ona satılmadığını, yalnız, idarə etməsi üçün istifadəyə verildiyini bildirmişdir. Belə olan halda, həmin qonşuların digər ifadələrinin də doğruluğu şübhə altına alınır.

37. Apellyasiya instansiyası məhkəməsi həmçinin bildirmişdir ki, cavabdehin məhkəməyə təqdim etdiyi CD diskdə olan səs yazılarında isə cavabdehlə üç ayrı şəxsin telefon danışıqları yer alır. Üç şəxsdən biri cavabdeh tərəfindən tədqiqatçı olaraq qeyd olunmuş, kimliyi dəqiq müəyyən edilməmişdir. Həmin şəxslə səs yazılarında tərəflər arasında bağlandığı iddia olunan müqavilə ilə bağlı dəlillər mövcud deyildir. Digər iki şəxsin kimliyi iddiaçı tərəfindən bacıları İradə və Gülbəniz olar aq müəyyən edilmişdir. İradə adlı şəxslə olan səs yazısı cavabdeh tərəfindən qonşu İradə olaraq qeyd olunsa da, iddiaçı tərəfindən iddiaçının bacısı İradə olduğu bildirilmişdir. Həmin şəxs səs yazısında cavabdehin 22 ildir həmin evdə yaşadığını etiraf etmiş, lakin həmin ərazidə yaşamadığını, ora “ildə-ayda bir dəfə” gəldiyini bildirməklə, cavabdehin əri və qayınatası tərəfindən iddiaçıya və ya onun anasına hər hansı pul verildiyini gördüyü iddiasını rədd etmişdir. İddiaçı tərəfindən bacısı Gülbəniz olduğu deyilən şəxslə səs yazısında isə həmin şəxs cavabdehin evi satın aldığı iddiaları ilə mübahisə etməmiş, lakin hər hansı məbləğin verildiyini gördüyünü də etiraf etməmişdir. Həmin səs yazısı cavabdeh tərəfindən “qonşu Aytəkin adı” ilə qeydə alınmış, səs yazısında danışan şəxs isə özünün Aytəkin deyil, onun bacısı olduğunu bildirmişdir. Bundan başqa, iddiaçı tərəfindən bacısı İradə məhkəməyə şahid qismində təqdim edilmiş, cavabdeh isə məhkəmə iclasına gələn şəxsin İradə deyil, Gülbəniz olduğunu iddia etmişdir. Həmin şəxs əvvəlki məhkəmə iclaslarında iştirak etdiyindən və artıq məhkəmə prosesinin gedişatından məlumatlı olduğundan kollegiya onun şahid qismində dindirilməsini məqsədəuyğun hesab etməmişdir. Nəticədə, iddiaçı tərəfindən bacısı Gülbəniz olduğu deyilən həmin şəxsin həqiqətən kim olması, həmçinin onunla səs yazısında deyilənlərin nə dərəcədə həqiqətəuyğun hesab oluna biləcəyi dəqiq olmadığından, həmin səs yazısı “şübhədənkənar sübut” prinsipinə uyğun hesab edilməmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, birinci instansiya məhkəməsi iddiaçı t ərəfindən xx.xx.2012-ci ildə cavabdehə verilmiş etibarnaməyə istinad etmişdir. Halbuki, məhkəmə kollegiyasının iclasında hansı səbəbdən evin 2000-ci ildə alındığı halda, 2012-ci ildə iddiaçıdan etibarnamə aldıqları barədə sədrlik edən hakimin sualına cavabdeh tərəf cavab verə bilməmişdir. Həmin etibarnamənin hansı səbəbdən verilməsi barədə suala isə iddiaçı belə cavab vermişdir ki, iddiaçının həmin vaxt maddi cəhətdən ehtiyacı olduğundan evi satmaq qərarına gəlmiş, lakin özü Bakı şəhərində yaşadığına görə sənədləşmə işlərinin həll olunması üçün cavabdehə etibarnamə vermişdir. Daha sonra iddiaçının maddi vəziyyəti düzəldiyindən evi satmaq fikrindən daşınmış, etibarnamə isə eləcə qalmışdır. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, yalnız cavabdehin həmin etibarnamə əsasında mübahisə li evlə bağlı kommunal xidmətlərlə bağlı müqavilələr bağladığını öyrəndikdən sonra, həmin etibarnamənin qüvvəsinə xitam vermişdir. Cavabdeh sədrlik edən hakimin evi aldıqları vaxt niyə sənədləşmə etmədikləri barədə sualına cavab olaraq bildirmişdir ki, onun əri əyyaş və qumarbaz olmuşdur. O, və uşaqları ərindən qorxmuşdur. Ev sənədləşdirilərdisə, əri olduğu halda, evi öz adına sənədləşdirə bilməzdi. Ərinin adına sənədləşdirildiyi halda isə, ərinin evi içki və ya qumar üçün satacağından qorxmuşdur. Ona görə də, sənədləşdirmə işinə əri xx.xx.2021-ci ildə öldükdən sonra cəhd etmişdir.

39. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı bildirmişdir ki, cavabdehin əri X20 2012-ci ildə hələ sağ olduğundan həmin vaxta qədər cavabdehin ərinin qorxusundan evi sənədləşdirməməsi, lakin 2012-ci ildə sənədləşmə işlərini aparmaq qərarına gələrək iddiaçıdan bu məqsədlə etibarnamə alması ziddiyyət təşkil edir. Bu səbəbdən də, 2012-ci ildə iddiaçı tərəfindən cavabdehə verilmiş etibarnamənin verilmə və daha sonra ləğv edilmə səbəbləri barədə iddiaçının izahatları daha ağlabatandır və məhkəmədə daxili inam yaradır. Cavabdeh evi satın aldığının təsdiqi kimi həmin evə iddiaçı tərəfindən qeydiyyata salındığını dəlil olaraq gətirmiş, iddiaçı isə bildirmişdir ki, cavabdehin uşaqlarının məktəbə qeydiyyatı zamanı yaşayış yeri üzrə qeydiyyat tələb olunduğundan cavabdehin xahişi ilə onu və ailə üzvlərini həmin evə yaşayış yeri üzrə qeydiyyata salmışdır.

40. Göstərilənlər əsasında apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı və cavabdeh arasında mübahisəli evlə bağlı yazılı qaydada b ağlanma forma tələbinə cavab verməyən alğı-satqı müqaviləsinin mövcud olduğunu deməyə əsas verən heç bir şübhədənkənar sübut aşkar edilməmişdir. Belə olan halda, hazırki iddia tələbində hüquqdan sui-istifadə halları sübut edilmir və hazırki iş üzrə iddiaçının öz mülkiyyətində olan daşınmaz əmlakını cavabdehin faktiki sahiblik və istifadəsindən geri alma hüququnu məhdudlaşdırmağa əsas verən hallar mövcud deyildir.

41. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı tələbində cavabdehin və ailə üzvlərinin əşyaları ilə birlikdə mübahisəli evdən çıxarılmasını tələb etmişdir, lakin cavabdehin ailə üzvlərinin adlarını konkret olaraq göstərməmişdir. Lakin dəqiqləşdirilmişdir ki, cavabdehin həmin ünvanda yaşayan ailə üzvləri övladları X15, X13 və nəvəsi X12r. Bu hal Şəki şəhər “Dəmirçibulağı” məhəllə nümayəndəsinin verdiyi xx.xx.2025-ci il tarixli 71 nömrəli Arayış və tərəflərin izahatları ilə təsdiq edilmişdir. Cavabdehin mərhum əri X20 da həmin ünvanda yaşamış, xx.xx.2021-ci ildə ölmüşdür. Cavabdehin nəvəsi X16 xx.xx.2016-cı il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmamışdır. Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

42. Buna görə də, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin və onun iki nəfər ailə üzvü olan X15 və X8 evdən çıxarılmaları yetkinlik yaşına çatmamış uşağın da həmin evdən çıxması anlamına gəldiyindən bu barədə m əhkəmə qətnaməsinin qəbul edilməsinə ehtiyac yoxdur.

43. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 144.1, 144.2, 146.1, 146.2, 152.1, 157.2, 329.1, 337.5, 407.2, 425.1, 560.1, 560.2, 560.3.4, 562.1, 1091.1, 1091.2, 1092.1, 1092.2-ci; Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

44. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin ləğv edilməsi və mülki işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında mövcud biri bi rini tamamlayan mötəbər sübutlarla cavabdehin həmin evi 2000-ci ilin may ayında 2000 ABŞ dollarına satın aldığı tam təsdiq edilsə də, məhkəmə qətnamədə guya cavabdehin həmin evə 2002-ci ildən həmin evdən istifadə etdiyini qeyd etməklə tətbiq olunmalı hüquq normalarını dəyişmiş və bununla da Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ bəndini kobud şəkildə pozmuşdur. Hazırkı işin faktiki hallarından görünür ki, işə baxan apellyasiya instansiya məhkəməsi Azərbaycan RespublikasınınKonstitusiyasının 127-ci maddəsinin İİ bəndini kobud surətdə pozaraq işə qanuna müvafiq qaydada, faktlara əsasən baxmamış və nəticədə tam ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi cavabdeh 2000-ci ildə ünvan 3 ünvanında yerləşən fərdi yaşayı ş evini 2000 ABŞ dollarına razılaşaraq iddiaçıdan satın alıb. 2000-ci ilin may ayında həmin evi alan kimi cavabdeh və ailə üzvləri həmin evə köçmüş və hal-hazıradək həmin evdə yaşayırlar. Buna görə də cavabdeh və ailə üzvləri 2000-ci ilin may ayından həmin evə köçdüyüklərinə və hazıradək həmin evdə yaşadıqlarına görə 2000-ci ilin may ayından həmin evdə istifadə hüququ əldə ediblər. Buna görə də tərəflər arasındakı münasibətlər 2000-ci ilin may ayında yaranmış və bu münasibətlər hal-hazıradək davam etdiyindən, mübahisə 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan Mənzil Məcəlləsinə uyğun həll edilməlidir. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi işin faktiki hallarını bilərəkdən təhrif edərək guya cavabdehin həmin evdə 2002-ci ildən yaşadığını qeyd etməklə 01 oktyabr 2009-cu il ta rixinədək qüvvədə olan Mənzil Məcəlləsini tətbiq etməmişdir. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Belə ki, 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabə r tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müəyyənləşdirmişdir. 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Göründüyü kimi cavabdeh 2000-ci ilin may ayından heç bir qeyd şərt olmadan iddiaçının razılığı ilə həmin evə köçmüş və hal-hazıradək orada yaşayır və orada pasport qeydiyyatındadır, həmin mənzildə istiadə hüququm vardır. Apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 144.1-ci maddəsinə istinad etməkdə haqlı olmamışdır. Belə ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsi ilə əqdin notariat formasına riayət edilməməsinin nəticələri müəyyən edilirdi. Eyni zamanda, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial tə sdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prin sipinə zidd hesab edilməlidir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhz bu səbəbdən, məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (Mülki Məcəllənin 339.3-cü maddəsi). Hazırkı mübahisənin hallarından görünür k i, mübahisəli fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi barəsində cavabdehlə iddiaçı arasında 2000-ci il tarixində alğı-satqı müqaviləsi bağlanmış və həmin vaxtdan etibarən həmin fədri yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi cavabdehin aşkar sahibliyik və istifadəsində olmuşdur. Həmin fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsi və texniki pasportun əsli də cavabdehə təhvil verilmişdir. Həmçinin 15 mart 2012-ci il tarixdə iddiaşı həmin evi öz adına sənədləşdirə bilməyi üçün cavabdehin adına 50 (əlli) il müddətinə etibarnamə də vermişdir. 2022-ci ildə həmin etibarnamə iddiaçı tərəfindən ləğv edilənədək aralarında həmin fərdi yaşayış evi ilə bağlı hər hansı mübahisə olmamışdır. İddiaçı evi cavabdehə satdığından özü tərəfindən cavabdehi və ailə üzvlərini həmin evə pasport qeydiyy atına saldırmış və hal-hazıradək cavabdeh və ailə üzvləri həmin evdə pasport qeydiyyatındadırlar. Bundan əlavə ünvan 4 ünvanının qaz, işıq, su və telefon və internet təchizatı ilə təmin edilməsi ilə bağlı bütün müqavilələr cavabdehin adınadır. Qeyd edilən hallar tam şəkildə təsdiq edir ki, artıq 25 ildir həmin fərdi yaşayış evi cavabdehə məxsusdur və evi iddiaçı tərəfindən satıldığından evə iddiaçının heç bir bağlılığı qalmamışdır. İddiaçl artıq uzun müddətdir ki, Bakı şəhərində yaşayır, hazırda da Bakı şəhəri, Xətai r-nu, ünvan 5 ünvanında pasport qeydiyyatındadır. Göründüyü kimi həmin fərdi yaşayış evinin sənədlərinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, iddiaçının və ailə üzvlərinin həmin evdə pasport qeydiyyatında olması, həmin evin sənədləşdirilməsi ilə bağlı iddiaçı tərəfind ən cavabdehə etibarnamə təqdim edilməsi, həmin evin bütün kommunal müqavilələrinin iddiaçının adına olması, ev satılandan sonra iddiaçının həmin evdən pasport qeydiyyatından çıxması sübut edir ki, iddiaçı tərəfindən həmin ev cavabdehə satılmışdır. Mülki Məcəllənin 16.1, 560.1 və 560.2-ci maddələri digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. İşə birinci instansiya məhkəməsində baxılarkən şahidlər X18, X14, X19, X10 və Gülizar Tahirova cavabdehin həmin evi 2000-ci ildə satın aldığını və 2000-ci ildən həmin evə köçərək yaşadığını təsdiq etmişlər. Lakin buna baxmayaraq işə baxan apelyasiya instansiya məhkəməsi öz qanunsuz və əsassız qətnaməsində qeyd etmişdir ki, “2002-ci ildən əvvəldən hal-hazıradək cavabdeh tərəfi ndən istifadə edilir.” Lakin iş materiallarında cavabdehin həmin evdə 2002-ci ildən yaşadığını təsdiq edəcək sübut mövcud deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. İddiaçı kassasiya şikayətinə qarşı etiraz ərizəsi təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olmasını qeyd edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 13 9.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. stifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.

4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadə yə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi xüsusən hüquqdan sui-istifadədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayə t həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apel lyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məh kəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

49. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmir.

51. İddia tələbinə görə iddiaçı mülkiyyət hüququ ilə ona məxsus fərdi yaşayış evindən cavabdehin çıxarılmasını xahiş edir. Cavabdeh isə etirazında həmin evi 2000-ci ilin mayında 2000 ABŞ dollarına faktiki aldığını, həmin vaxtdan da bu günədək orada yaşamasını bildirmişdir.

52. İşdən görünür ki, birinci instansiya məhkəməsi cavabdehin izahatı və şahid ifadələri ilə iddiaçının razılığı ilə cavabdehin ailə üzvləri ilə birlikdə həmin evdə 2000-ci ildən hazırki tarixədək yaşamasını, iddiaçı ilə cavabdeh arasında 2000-ci il tarixdə fərdi yaşayış evinin alğı-satqısına dair şifahi bağlanmış müqavilənin etibarsız olmasını, bununla belə, iddiaçının hüquqdan sui-istifadə etməsini müəyyən edərək iddianı təmin etməmişdir.

53. Apellyasiya instansiyası məhkəməsi isə mübahisədə adı keçən evdən cavabdehin 2002-ci ilin əvvəlindən hazıradək istifadə etdiyini işin mübahisəsiz halı kimi müəyyən edərək tam əks qərar qəbul etmişdir.

54. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə bağlı aşağıdakıları qeyd edir.

55. Ape llyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində işin müəyyən edilən hallarından fərqli halları müəyyən edərək, cavabdehin mübahisədə adı keçən evdən 2002-ci ilin əvvəlindən hazırkı günə qədər istifadə etdiyni işin mübahisəsiz halı kimi müəyyən etsə də, işdən görünür ki, bu, heç də mübahisəsiz deyil, cavabdeh bunu qəbul etmir və 2000-ci ilin may ayından həmin evdə yaşamasını bildirir.

56. İşin hər hansı xüsusatının mübahisəsiz hal kimi qəbul edilməsi o deməkdir ki, bu halı tərəflərin hər biri qəbul edir. Hazırki halda isə bu, belə olmayıb, qeyd edildiyi kimi cavabdeh işin həmin halı ilə bağlı fərqli illəri göstərmişdir.

57. Bundan əlavə, cavabdehin mübahisədə adı keçən evdən 2002-ci ilin əvvəlindən istifadə etdiyi halını apellyasiya instansiyası məhkəməsi hansı sübutu arar şdırmaqla müəyyən etdiyini qətnamədə göstərməmişdir. Məhkəmə iclas protokollarından da bu, görünmür. Eləcə də, iddiaçı özü də apellyasiya şikayətində cavabdehin həmin evdə 2000-ci ildən hazırki tarixədək yaşaması barədə dediklərinə və məhkəmənini müəyyən etdiyi bu hala etiraz etməyib.

58. Halbuki işin bu və ya digər halının müəyyən edilməsi yalnız həmin hallarla bağlı sübutların Mülki Prosessual Məcəllənin 77, 80, 81 və 88-ci maddələrinə uyğun tədqiqi ilə müəyyən edilən bilər.

59. Mülki Prosessual Məcəllənin 218.1 və 220.4-cü maddələri də tələb edir ki, məhkəmə qətnamə çıxararkən sübutları qiymətləndirməli, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq e dilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməli, qətnamənin əsaslandırıcı hissəsində işin müəyyən edilən hallarını, işin halları barədə əsaslandığı sübutlar və bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlilləri, habelə qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktları göstərməlidir.

60. Cavabdehin mübahisədə adı keçən evdən yaşaması vaxtının müəyyən edilməsi münasibətlərin yaranma anını və bundan çıxış edərək həmin vaxt qüvvədə olan hansı maddi hüquq normasının işə tətbiq edilməsi üçün mühüm əhəmiyyət daşımışdır.

61. Bu baxımdan, mübahisəyə köhnə və ya yeni Mülki Məcəllənin, yaxud həmin dovrdə qüvvədə olan Mənzil Məcəlləsinin normalarının tətbiqi nəzərdən keçirilə və iş in hallarına uyğun olan norma tətbiq edilə bilərdi.

62. Apellyasiya instansiyası məhkəməsi isə qeyd edildiyi kimi cavabdehin mübahisədə adı keçən evdən 2002-ci ilin əvvəlindən istifadə etdiyi halını prosessual qanunverciliyə uyğun müəyyən etməmiş, nəticədə iddia tələbinə tətəbiq edilən maddi hüquq normalarının əsaslı olub-olmaması məsələsi qeyri-müəyyən qalmışdır.

63. Apellyasiya instansiyası məhkəməsi həmçinin göstərib ki, iddiaçının anası X9 həmin evi 2002-ci ildə boş qalmaması, evə baxılması, təmirə ehtiyacı olduqda təmir işlərinin görülməsi məqsədilə yaşamaq üçün cavabdeh və onun ailəsinə verdiyini, qarşılığında kirayə haqqı istəmədiyini, cavabdehin isə 2000-ci ildə 2000 ABŞ dolları pul qarşılığında həmin evi iddiaçının anasından aldıqlarını, həmin pulun 1200 ABŞ dolları hissəsini iddi açının anasına, 800 ABŞ dolları hissəsini isə iddiaçının özünə verdiklərini bildirdiyini göstərmişdir. Lakin bu yöndə nə iddiaçının, nə də cavabdehin hər hansı izahatı iş materiallarından görünmür, məhkəmə iclas protokolunda da belə bir məlumat əks edilməyib.

64. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində cavabdehin təqdim etdiyi şahidlərin ifadəsinə tənqidi yanaşmış, lakin apellyasiya baxışında iddiaçının təqdim etdiyi şahid X6 ifadəsini iddianın təmin edilməsi üçün əsaslardan biri kimi nəzərə almışdır.

65. Əvvəla, işdən görünür ki, iddiaçı birinci instansiya məhkəməsində iki vəkillə təmsil edilmiş, hazırlıq iclasında cavabdeh şahidlərin dindirilməsi barədə vəsatət versə də, iddiaçının nümayəndəsi (vəkilləri) şahid təqdim edilməsi barədə heç bir vəsatət verməmişdir.

66. Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

67. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə görə isə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsi nin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

68. Qanunvericilik sübutların bir qayda olaraq birinci instansiya məhkəməsinə, özü də işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməsini müəyyən edib. Əlavə sübutların apellyasiya məhkəməsi tərəfindən qəbul edilməsinə o halda imkan verilir ki, iddiaçı həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

69. Nəzərə alınmalıdır ki, prosessual qanunvericilik şahid ifadəsini də sübutun bir növü kimi qəbul edir.

70. Apellyasiya instansiyası məhkəməsi şahidin birinci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəblərini araşdırmadan, həmin səbəblərin üzrlü və ya üzrsüz olmasını müəyyən etmədən iddiaçının apellyasiya baxışında təqdim etdiyi şahidin ifadəsinə istinad etmiş, üstəlik, iddianı təmin edərkən həmin şahidin ifadəsini də nəzərə aldığını göstərmişdir.

71. Bu isə apellyasiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin sübutların təqdim edilmə qaydası ilə bağlı tələblərinin pozulması deməkdir.

72. Baxmayaraq ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalalan pozuntularla sübut qəbul edib (şahidi dindirib), eyni zamanda həmin şahidin ifadəsinə əsasən iddiaçının digər evinin (Şəki şəhəri, Vidadi küçəsi, ev 25) də kirayə verildiyini, bununla da iddiaçının dəlillərini təsdiq edildiyi nəticəsinə gəlib.

73. Lakin bu nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi şahidin yaşadığı Şəki şəhəri, Vidadi küçəsi, ev 25-in həqiqətən də iddiaçının mülkiyyətində olub-o lmamasını müvafiq sübutlarla müəyyən etməyib. Daşınmaz əmlakın mülkiyyətçisi barədə məlumat yalnız dövlət reyestrinin çıxarışı ilə müəyyən edilə bilər. Buna görə də Şəki şəhəri, Vidadi küçəsi, ev 25-in mülkiyyətçisinin də iddiaçı olmasının nə ilə müəyyən edilməsi işdən görünmür.

74. Həm də qeyd edilməlidir ki, şahid X2 şəhəri, Vidadi küçəsi, ev 25-i ona və ailə üzvlərinə kirayəyə iddiaçının bacısı X3 verdiyini bildirmişdir.

75. Göründüyü kimi, A.Abdullayevanın apellyasiya baxışında şahid qismində dindirilməsi prosessual baxımdan əsaslandırılmamış, həmçinin sübutların qiymətləndirilməsi ilə bağlı prosessual tələblərə əməl edilmədiyi üçün onun ifadəsi əsasında ziddiyyətli hallar müəyyən edilmişdir.

76. Mübahisədə adı keçən evin alqı-satqısı hazırkı mübahisəsin premdeti olmadığı üçün bütün bu qeyd edilənlər iddiaçının hüquqdan sui-istifadə edib-etməməsi baxımından zəruri hallar olmuşdur.

77. Mülki Məcəllənin 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

78. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə görə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi xüsusən hüquqdan sui-istifadə hesab edilir.

79. Apellyasiya instansiyası məhkəməsi hazırki iddia tələbində hüquqdan suiistifadə hallarının sübut edilməməsini göstərsə də, cavabdehin evi təmir etdirməsi, hasarlaması, buna 30 min xərc çəkməsi barədə dəlillərinə qiymət verməmişdir.

80. İddiaçının nümayəndəsi (vəkili) də apellyasiya baxışında bildirmişdir ki, cavabdeh iddiaçının evi ndə uzun müddət yaşadıqdan sonra iddiaçı cavabdehə etibarnamə vermişdir ki, evi kimə istəyir satsın, ya da evi cavabdeh özü alsın. Cavabdehin istifadə hüququ ilə bağlı suallar vardırsa, onda bunu da hər hansı formada həll etmək olardı. Ancaq ümumən iddianın təmin olunmaması mümkün deyil. Ona görə ki, ya tərəfə kompensasiya verilmək yolu ilə yaşamaq hüququna xitam verilməli, ya da kirayəçi evdən çıxmalıdır.

81. Başqa sözlə, iddiaçının nümayəndəsi də cavabdehə etibarnamənin evin ya başqa şəxsə satılması, ya da cavabdehin öz adına keçirilməsi məqsədilə verilməsini, bundan çıxış edən cavabdehin də uzun müddət iddiaçının evində sonuncunun əvvəlki rəftarına güvənərək yaşadığını, buna görə hətta kompensasiya verilmək yolu ilə cavabdehin istifadə hüququna xitam verilməli olmasını deməklə, dolayı sı ilə hüquqdan sui-istifadənin olmasını inkar etməmişdir.

82. Cavabdehin hazırda mülkiyyət hüququ iddiaçıya məxus evdən iddiaçının öz iradəsi ilə istifadə etməsi, həmin evin təmiri ilə bağlı vəsait sərf etməsi barədə dəlili mübahisəyə Mülki Məcəllənin 560-cı maddəsinin tətbiqinin müzakirə olunmasını zəruri edirdi.

83. Apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisədə adı keçən evdə öz vəsaiti ilə tikinti-təmir işləri aparması barədə dəlillərini yoxlamamış, dəlillər təsdiqini tapdığı halda, cavabdehin bu işləri iddiaçının əvvəlki rəftarına güvənərək aparması kimi işin hallarına qiymət verməmiş, iddiaçı tərəfindən hüquqdan sui-istifadəyə yol verilibverilmədiyini müzakirə etməmiş, uzun illər etirazsız şəkildə istifadə etdiyi evdən cavabdehin hər hansı əvəz ödənilmədən çıxarılmasını tə min etməklə ədalətsiz vəziyyətin yaranmasına şərait yaratmışdır.

84. Halbuki Mülki Məcəllənin 560-cı maddəsinin tətbiqi mümkün sayıldığı halda, iddiaçının cavabdehə kompensasiya ödəməklə onun evdən çıxarılması barədə tələbinin təmin edilməsindən söhbət gedə bilərdi.

85. Bundan əlavə, iddiaçı iddia ərizəsində qeyd edib ki, cavabdeh ona qarşı mübahisəli evin adına rəsmiləşdirilməsinə dair Şəki Rayon Məhkəməsində iddia qaldırmış, iddia ərizəsi məhkəmənin icraatına qəbul olunmuşdur.

86. Mülki Prosessual Məcllənin 254.1.4-cü maddəsinə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmə iş üzrə icraatı dayandırmalıdır.

87. O da qeyd edilməl idir ki, prosessual qanunvericilik iş üzrə icraatın dayandırlmasının iki qaydasını – imperativ (MPM, 254 ) və dispozitiv (MPM 255) – müəyyən etmişdir.

88. İşdən görünür ki, cavabdehin mübahisəli evin öz adına sənədləşməsi barədə iddiaçıya qarşı qaldırdığı iddia ilə bağlı işin xüsusatı, ümumiyyətlə, diqqətdən kənarda qalmış, bu istiqamətdə tərəflərin fikri öyrənilməmiş, cavabdehin iddiaçıya qarşı həmin iddiasının hansı mərhələdə olması, onun nəticəsi ilə bağlı heç bir qiymətləndirmə aparılmamış, işin icraatının imperativ qaydada dayandırılmasına aid olan həmin iddia ilə bağlı Mülki Prosessual Məcllənin 254.1.4-cü maddəsi üzrə hazırkı işin də dayandırlması zərurəti tərəflərlə müzakirə edilməmişdir.

89. Həmçinin işdən görünür ki, iddiaçı cavabdehlə yanaşı, onun ailə üzvlərinin də mübahisəli e vdən çıxarılmalarını tələb etmiş, lakım cavabdehin ailə üzvlərinin kimlərdən ibarət olması barədə hər hansı məlumat verməmiş, həmin şəxsləri cavabdeh qismində göstərməmişdir.

90. Buna baxmayaraq, apellyasiya instansiyası cavabdehin həmin ünvanda yaşayan ailə üzvlərinin övladları X15, X13 və nəvəsi X16 olmasını müəyyən etdiyini göstərərək, cavabdehin ailə üzvləri olan X15 və X8 (xx.xx.2016-cı il təvəllüdlü nəvəsi X16 istisna olmaqla) da əşyaları ilə birlikdə evdən çıxarılmasını qət etmişdir.

91. Əvvəla, işin yuxarıda göstərilən digər halları ilə yanaşı, apellyasiya instansiyası məhkəməsinin cavabdehin ailə üzvlərinin dairəsini də nə ilə müəyyən etməsi işdən görünmür, məhkəmə bunu tərəflərin izahatı ilə müəyyən edilməsini göstərsə də, məhkəmə iclas protokolunda bununla bağlı tərəflərin sorğu -sual edilməsi barədə hər hansı məlumat yoxdur.

92. İkincisi, Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

93. Cavabdehin ailə üzvlərinə daxil olan şəxslər iddia ərizəsində cavabdeh qismində göstərilmədiyi, başqa sözlə, iddia tələbi onlara qarşı yönəlmədiyi üçün, onlara münasibətdə hazırki iddianın təmin olunması üçün nə maddi, nə də prosessual əsas olmamışdır.

94. Mülki Prosessual Məcəllənin 418.4.6-cı maddəsinə görə də məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir.

95. Be ləlilklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, mübahisənin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

96. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-542/2025 nömrəl i, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar