Məhkəmə qərarları › İş №2(102)-3277/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3277/2022

06.07.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3277/2022 06.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh XXXnə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3277/2022 (Açar sözlər: əmrin ləğv edilməsi və işə bərpa tələbi) Bakı şəhəri, 6 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1240/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qətnaməsindən verilmiş cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaç ı Bakı şəhəri, N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliməsi işləmişdir.

2. Bakı şəhəri, N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin 16 mart 2021-ci il tarixli 25 nömrəli əmrinə əsasən, İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi barədə cavabdeh Bakı şəhəri, N.Nərimanov adma 45 nömrəli tam orta məktəbin 16 mart 2021-ci il tarixli 25 nömrəli əmrinin ləğv edilməsi və onun həmin vəzifəyə bərpa olunması barəd ə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1993-cü ildən Bakı şəhəri, N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliməsi olmuşdur. Bakı şəhəri, N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin ( direktor X8 ) 16 mart 2021-ci il tarixli 25 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin *ç* bəndinə əsasən ləğv edilmişdir. Əmrdən çıxarış iddiaçıya 04 may 2021-ci il tarixdə məktəbin binasında təqdim edilmişdir. Cavabdeh tərəfindən iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad olunmağı qanunsuz və əsassız hesab edir. Əmrdə göstərilir ki, özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəlikləri ni yerinə yetirmədiyinə görə məktəbin ibtidai sinif müəllimi X2 ilə bağlanmış əmək müqaviləsi xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının Omək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilsin. 04,09.2020-ci il tarixində iddiaçını, məktəbin həmkarlar təşkilatının iclasına dəvət ediblər və orada ona bildiriblər ki, ya iddiaçı, 6 saat dərs yükü ilə razılaşmalı, ya da başqa məktəbə dəyişdirilməlidir. Bunun Təhsil Nazirliyindən tərəfindən göndərilən əmr olduğunu bildiriblər. İddiaçıya öz istəyi ilə məktəbdən getməyi barədə ərizəni imzalamasını tələb ediblər. İddiaçı nə 6 saat dərs yükünə, nə də məktəbdən getməyə razılıq verməmişdir. xx.xx.2020-ci il tarixdən məktəbin direktoruna və həmkarlar təşkilatına dəfələrlə müraciət edərək xx.xx.2020-ci il tarixli Həmkarlar təşkilatı nın iclasının protokolunu və işdən azad olunması barədə əmrin təsdiq olunmuş surətini istəmişdir. Həmin vaxt müxtəlif instansiyalara, Təhsil Nazirliyinə, Bakı şəhəri üzrə Təhsil İdarəsinə, həmin idarənin Həmkarlar Təşkilatına, məktəbin direktoruna 45 №li tom orta məktəbin direktorunun xx.xx.2020-ci il tarixli 43 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, guya həmkarlar təşkilatının qərarına əsasən ( xx.xx.2020- ci il tarixli 1 nömrəli protokol) iddiaçının ixtisar olmaması və 6 saat yığma dərs yükü ilə təmin olunması məqsədəmüvafıq hesab edilmişdir. Lakin, həmin protokolun təsdiq olunmuş surəti iddiaçıya təqdim edilməmişdir. Həmin müddət ərzində iddiaçı məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Nazilə Əliyeva tərəfindən şərəf və ləyaqətinin alça ldılması və ona hədə-qorxu gəlməsi barədə Təhsil Nazirliyinə və Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciətlər etmişdir. İddiaçının şikayət ərizələrinə Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən səthi cavablar verilmişdir. Həmin cavablarda ibtidai siniflərdə şagirdlərin sayının 20 nəfər müəyyən edilməsini göstərsələr də, hal-hazırda ibtidai siniflərdə şagirdlərin sayının 30-40 nəfər olması barədə heç bir fakt araşdırılmamışdır. Bakı şəhəri üzrə Təhsil İdarəsinin yalnız 31 mart 2021-ci il tarixli məktubu ilə anama bildirilmişdir ki, Nazilə Əliyevanın təhsil verənlərin adına yaraşmayan hərəkətlərə yol verməklə müəllimlərin etik davranış Qaydalarının tələblərini pozduğu müəyyən edilmişdir və ona Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən yazılı xəbərdarlıq edilmişdir. Həmin ma ddəyə əsasən, xəbərdarlıq intizam tənbehi sayılmır. Beləliklə, iddiaçıya qarşı edilən bütün haqsızlıqlara baxmayaraq, Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsi məktəbin rəhbərliyini və xüsusilə də Nazilə Əliyevanı hər vasitə ilə himayə etməkdə davam edirlər. İddiaçının normal dərs yükü ilə (18 saat) təmin edilməyi barədə müraciətləri isə cavabsız qalmışdır. Bu barədə iddiaçı dəfələrlə məktəbin rəhbərliyinə müraciət etmişdir. Həmin dərs yükü iddiaçıya verilmədiyindən və bunun əsl səbəbi ona izah edilmədiyindən onun işdən çıxarılmağı barədə əmr qanunsuzdur. 2019-2020-ci tədris ilinə qədər iddiaçının dərs yükü 24 saat olmuşdur və onun dərs dediyi uşaqların valideynləri tərəfindən onun hansısa müəllimə yaraşmayan hərəkətə yol verməyi barədə hər hansı bir şikayət olmamışdır. Onun şika yətlərinin nəticəsiz qalmasını gördükdən sonra iddiaçı Nazilə Əliyevanın onu təhqir etməsi, şərəf və ləyaqətini alçaltması barədə səs yazısını mətbuat orqanına vermiş və onlarda həmin səs yazısını sosial şəbəkələrdə səsləndirmişlər. Yalnız bundan sonra 30 aprel 2021-ci il tarixli 42 saylı məktubla 45 saylı tam orta məktəbin direktorunun imzası ilə ona ünvanlanan məktubda bildirilir ki, iddiaçı ilə olan əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. Həmin məktubu və əmrdən çıxarışı iddiaçı 04 may 2021-ci il tarixdə məktəbdə müvafiq qəbzə imza edərək götürmüşdür. iddiaçının hərəkətlərində əmək vəzifələrinin kobud şəkildə pozulması halları yoxdur.

5. Cavabdehin nümayəndəsi və vəkili iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, 45 №-li tam orta məktəbdə sinif komp lektinin olmaması səbəbindən iddiaçıya son iki tədris ilində ibtidai siniflərdə yığma dərs saatları aparmışdır. 2019/2020-ci tədris ilində olduğu kimi, 2020/2021-ci tədris ili üçün şagirdlərin birinci sinfə qəbulunun elektron qeydiyyat vasitəsi ilə həyata keçirilməsi zamanı iddiaçının adı sinif yığılması məqsədi ilə elektron qeydiyyat sisteminə daxil edilmişdir. Lakin buna baxmayaraq yenə də iddiaçının adına nəzərdə tutulmuş sinif komplektləşdirilməmişdir. Bu səbəbdən iddiaçıya müvafiq sinif üzrə dərs saatlarının verilməsi mümkün olmamışdır. Ona görə də iddiaçıya ibtidai sinif müəllimi kimi 2020/2021-ci dərs ili üzrə 45 №-li tam orta məktəbin direktorunun “dərs bölgüsü barədə” xx.xx.2020-ci il tarixli 70 №-li əmrinə əsasən ibtidai siniflərdə yığma saatlar hesabına saat dərs yükü ilə təmin olunmuşdur. Bununla bağlı məktəbdə keçirilmiş müəllim kollektivinin iclasında iddiaçıya da məlumat verilmişdir. Lakin 2020/2021-ci tədris ili başlandıqdan sonra iddiaçı “Virtual məktəb” platformasından dərsləri tədris etməmişdir. Məktəb rəhbərliyi tərəfindən iddiaçı həm yazılı formada göndərilmiş məktublar, həm də telefon vasitəsi ilə məktəbə dəvət edilmiş, lakin bütün bunlara etinasız yanaşmış, davamiyyətsizliyinə son qoymamışdır. 2020-ci ilin oktyabr ayının 1-dən etibarən ümumtəhsil müəssisələrində həftədə 3 dəfə əyani formada dərslərin tədrisi təşkil olunmuşdur. İddiaçıya ayrılmış dərs yükünün 2 saatı “3d” sinfində texnologiya fənni olduğuna görə, bu dərsin əyani formada tədrisi nəzərdə tutulmuşdur. Lakin iddiaçı oktyabr ayının 01-dən cədvələ uyğun əyani formada tədrisi nəzərdə tutulan dərslərdə iştirak etməmişdir. Bu barədə iddiaçıya məktəb rəhbərliyi tərəfindən xx.xx.2020-ci il tarixdə yazılı xəbərdarlıq göndərilmişdir.Lakin buna baxmayaraq iddiaçı 2020/2021-ci tədris ilinin əvvəlindən (2020-ci ilin sentyabr ayından) işdən çıxarıldığı günədək (xx.xx.2021-ci il) nə əyani, nə də distant formada dərslərini tədris etməmişdir. İddiaçı özünün vəzifə funksiyalarını yerinə yetirməmiş, işə çıxmamış, bunun əvəzinə çoxsaylı şikayət ərizələri ilə müxtəlif dövlət orqanlarına müraciət etmiş, həmin şikayətlər aidiyyəti üzrə baxılması üçün Bakı Şəhər Təhsil İdarəsinə göndərilmişdir. Həmin şikayətlər əsasında Bakı Şəhər Təhsil İdarəsində araşdırma aparılmışdır. Araşdırma zamanı İddiaçı şikayətlərində göstərilən xüsusatlar öz təsdiqini tapmamış, 45 №-li tam orta məktəbin rəhbərliyi tərə findən iddiaçı ibtidai siniflərdə yığma saatlar hesabına saat dərs yükü ilə təmin olunmasında hər hansı qanun pozuntusuna yol verilmədiyi təsdiq olunmuşdur. İşə gəlməməsinə aydınlıq gətirilməsi, dərslərin əyani keçirilməsi, dərs cədvəlləri barədə məlumat verilməsi məqsədi ilə dəfələrlə iddiaçıya teleqram, məktub göndərilmiş, sms xəbərdarlıq, telefon zəngi edilmiş, məktub və teleqramlar iddiaçının Bakı şəhərində müvəqqəti məskunlaşdığı – ünvan 1 ünvan üzrə göndərilmişdir. Lakin bütün göndərişləri Ş.Abdullyayeva qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən Nərimanov Rayon Polis İdarəsinə, İddiaçı yaşadığı ərazi üzrə 20 saylı Mənzil Kommunal İstismar Sahəsinə və 52 saylı Poçt Şöbəsinə müraciət olunaraq həmin məktubların İddiaçı çatdırılmasına köməklik edilməsi xahiş, olunmuşdur. Adları qeyd olunan təşkilatlar iddiaçı Ş.Abdullayevə ilə telefon əlaqəsi yaratmış və poçt göndərişlərinin qəbul edilməsi ondan xahiş olunmuşdur. Göründüyü kimi, əmək qanunvericiliyinin tələblərini pozması və bu pozutularaq son qoyulması ilə bağlı 45 №-li tam orta məktəbin rəhbərliyi tərəfindən İddiaçı göndərilmiş məktublar barədə sonuncu məlumatlı olmuş, lakin müxtəlif bəhanələr gətirərək, məktub və teleqramları qəbul etməmişdir. Bundan başqa, iddiaçının iddia ərizəsi, həm də iddia müddətinin ötürülməsi əsası ilə də rədd edilməlidir. İddiaçı tərəfindən sosial şəbəkələrdə, habelə “Youtube” kanalında “Tv.press.az”, “Yenilik.az”, “XəbərBiz.az”, “Set.az.TV” saytlarında xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə 45 №-li tam orta məktəbin direktor müavini X9 aid səs yazısı yayılmışdır. Həmin vide ogörüntülərdən də açıq-aşkar görünür və eşidilir ki, özünü 45 №-li orta məktəbin müəllimi kimi təqdim edən iddiaçı işdən qanunsuz çıxarılması barədə izləyicilərə məlumat verir. Göründüyü kimi, artıq xx.xx.2021-ci il tarixdə iddiaçı, onun işdən çıxarılma barədə verilmiş xx.xx.2021 -ci il tarixli 25 №-li əmrin mövcudluğu barədə məlumatlı olmuş və o, həmin vaxt bu əmri qanunsuz və əsassız hesab etmişdir. İddiaçı işdən çıxarılmasını və bununla da hüquqlarının pozulduğunu artıq xx.xx.2021-ci il tarixdən bilirdi. Belə olan halda, Əmək Məcəlləsində nəzərdə tutulmuş iddia müddətinin axımı iddiaçıya münasibətdə (ən geci) xx.xx.2021-ci il tarixdə başlamış və xx.xx.2021-ci il tarixdə bitmişdir. Lakin iddiaçı xx.xx.2021-ci il tarixdə, yəni iddia müddəti başa çatdıqdan 1 ay 26 gün sonra hazırki iddia ə rizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tərəfindən iddia müddətinin üzürlü səbəbdən ötürülməsi isə iddia ərizəsinin rədd edilməsi üçün əsasdır.

6. Cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 45 №-li tam orta məktəbi xx.xx.2020-ci ildə iddiaçıya ünvanlandığı məktuba əsasən, 2020/2021-ci dərs ilinin əvvəlindən məktəbə gəlməməsi və iddiaçıya ayrılmış 6 saat dərs yükünü tədris etməməsi, dərsləri buraxdığı haqqında məktəbə heç bir formada izahat və açıqlama vermədiyi, dərslərini tədris etməyə dəvət olunduğu, əks halda qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi qeyd edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş məktuba əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi iddiaçıya xx.xx.2020-ci il məktub ünvanlayaraq, dəfələrlə məktəbin rəhbərliyi tərəfindən işə çıxmağı barədə məktub, teleqram ünvanlanladığını, telefon vasitəsilə zəng vurulduğunu, bunlara baxmayaraq heç bir üzrlü səbəb olmadan bu günədək işə gəlmədiyini qeyd etmiş, əmək qanunvericiliyinin tələblərinə əsasən üzrsüz səbəbdən işə gəlməməyi ilə bağlı qanunvericiliyə uyğun barəsində müvafiq tədbirlərin görüləcəyi nəzərinə çatdırılmışdır.

7. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli,xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli aktlara əsasən, İddiaçı 2020/2021-ci dərs ili üzrə əmək funksiyalarını yerinə yetirmədiynə görə, ona ayrılmış dərs saatlarını məktəbin digər müəllimləri tədris etmişdir.

8. Cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 45№-li tam orta məktəbinin İddiaçı 17 mart 2021-ci il tarixli ünvanlandığı 33 saylı məktubuna əsasən, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsi bildirilmiş, məktəbə yaxınlaşaraq əmək kitabçasının təhvil alınması xahiş edilmişdir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim S.Ədilova) 07 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki mübahisə üzrə İddiaçı işdən çı xarılmasına əsas olan Bakı şəhəri, N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin 16 mart 2021-ci il tarixli 25 nömrəli əmri əmək müqaviləsinə (özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) xitam verilərkən, Əmək Qanunvericiliyinin tələblərinə riayət edilmişdir.

11. Belə ki, məhkəmə araşdırması ilə sübuta yetir ki, İddiaçı Bakı şəhəri, N.Nərimanov adma 45 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliməsi olmuşdur. İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini, əmək funksiyalarını yerinə yetirmədiynə görə, yəni 2020/2021-ci dərs ili üzrə məktəbə gəlməyib, Bakı şəhəri, N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin direktoru X4 16 mart 2021-ci il tarixli 25 nömrəli əmri ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci, 83-cü və 84-cü maddələrinin tələbləri pozulmamışdır. İddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə yuxarıda qeyd olunan pozuntuların onun əməllərində mövcud olması arqumenti ilə xitam verilməsi əsaslı hesab edilməlidir, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması işin faktiki halları ilə sübut olunur. İşçinin əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi formal və ümumi mülahizələrdən ibarət olmamış, cavabdeh tərəfindən dəvət edilmiş şahidlərin ifadələri ilə də iddiaçının hərəkətlərindəki pozuntunun varlığı təsdiql ənmişdir.

12. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən əmr əmək qanunvericiliyinin tələblərinə əsasən lazımi qaydada əsaslandırılmış, işçinin “özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə” əsası ilə əmək müqaviləsinə xitam verilərkən həmin hərəkətlərin konkret nədən ibarət olması əsaslandırılmış, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi halının nədə ifadə olunması, yazılı əmək müqaviləsində əks olunmuş hansı öhdəliyin yerinə yetirilməməsi əks olunmışdır.

13. Məhkəmə eyni zamanda iddiaçının istinad etdiyi “həmkarlar ittifaqının qərarının ona verilməməsini, dərs yükünün azaldılması səbəbindən işə çıxmadığını və s.” kimi iddia tələbinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, 04 sentyabr 2020 -ci il tarixli Həmkarlar Təşkilatının qərarının iddiaçıya təqdim edilməməsi hazırda mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Bununla belə, iddiaçıya ünvanlanmış çoxsaylı məktublarda həmin qərarla bağlı lazımi məlumatlar iddiaçıya bildirilmiş, bundan əlavə iddiaçı Həmkarlar Təşkilatının 04 sentyabr 2020-ci il tarixli iclasında şəxsən iştirak etmiş və iclasda qəbul edilmiş qərardan məlumatlı olmuşdur.

14. Məhkəmə dindirilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verərək bildirmişdir ki, iş üzrə şahid ifadələri birbaşa sübut olmamaqla yanaşı cavabdehin iddia etdiyi hallar şahid ifadələri ilə müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə iddiaçı tərəfindən dəvət edilmiş şahidlərin ifadəsinə tənqidi yanaşaraq qeyd etmişdir ki, həmin ifadələrlə iş üzrə əhəmiyyət kəsb edəcə k hallar sübuta yetirilməmişdir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10, 45,68, 69, 70, 71, 72, 75, 80, 83, 84, 86-cı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81-ci maddələrinə, istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti iddia ərizəsində irəli sürülən dəlillərlə yanaşı birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olması, işin hallarının düzgün müəyyən olunmaması və qiymətləndirilməməsi, maddi və prosessual hüquq normalarının pozulması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun olmaması və s. ilə də əsaslandırılmışdır.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər A.İsgəndərli (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) 2(103)-1240/2022 saylı mülki iş üzrə 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Ap ellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinin əsası kimi istinad olunan hallarla eyni məzmunlu olmaqla həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən düzgün və müfəssəl hüquqi qiymət verilmişdir.

21. Apellyasiya şikayətinin digər dəlillərinə, yəni işin hallarının düzgün müəyyən olunmaması və qiymətləndirilməməsi, maddi və prosessual hüquq normalarının pozulması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun olmaması və s. kimi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu dəlilləri əsassız saymış və qeyd et mişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən işin halları tam, obyektiv, hərtərəfli araşdırılmış, işin müəyyən edilən hallarına uyğun gələn maddi və prosessual hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət verilmiş, iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilmişdir.

22. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin və eləcə də apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

23. Apellyasiya instansiya məhkməsi birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmi n edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

25. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası qətnaməsini əsaslandırmaq üçün, ancaq birinci instansiya məhkəməsinin qətnaməsini təkrar etmiş və məsələyə nəzəri cəhətdən yanaşmaqla konkret olaraq apellyasiya şikayətinin dəlillərinin əsassız olmasının nədə ifadə olunması barədə hər hansı bir fikir bildirməmişdir. Apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sənədlərə birtərəfli, cavabdehin mənafeyi əsas götürülməklə qiymət vermiş, iddiaçının bir il ərzində etdiyi şikayətlərin səbəblərini araşdırmamışdır. Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsini ləğv etmək istəyən işəgötürən müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdim atla müraciət etməlidir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Lakin, nə birinci instansiya məhkəməində, nə də apellyasiya instansiyası məhkəməsində nə təqdimat, nə də ki, X3 qərarı tələb etsək də bizə təqdim edilməyib. Halbuki, X3 qərarı iddiaçıya təqdim edilməli idi. Burada məsələ X3 04 sentyabr 2020-ci il tarixli qərarından deyil, iddiaçının işdən çıxarılması barədə olan, yəqin ki, 2021-ci ilin fevral və yaxud mart ayının əvvəllərində qəbul etdiyi qərardan gedir (əgər həmin vaxt belə bir qərar qəbul edilmişdirsə ). Həmin qərar da iddiaçıya təqdim edilməmişdir.

26. Məhkəmə iddiaçının işə çıxmamasının səbəblərini gös tərmədən ( iş materiallarında bu hala dair kifayət qədər sənəd var ) bütün faktlara birtərəfli qaydada cavabehin mənafeyini nəzərə almaqla qiymət vermişdir. Həmçinin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmalı olduğu halda, birinci instansiya məhkəməsi kimi mənim tərəfimdən təqdim edilmiş sübutlara qeyri-obyektiv, qərəzli baxmış və istinad etdiyi prosessual hüquq normalarının tələblərini pozmuşdur.

27. Məhkəmə belə bir faktı araşdırmamışdır ki, hansı səbəbdən 2 tədris ili əvvəl ibtidai sinfi həmişə olan X1 birdən-birə sinfinə şagird yığılmır. Bu barədə məhkəməyə vəsatət verərək, cavabdeh tərəfindən məktəbdə hal-hazırda olan birinci siniflər barədə məhkəməyə məlumat təqdim edilməsini xahiş etmiş, lakin heç bir məlumat məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən belə bir məsələ araşdırılmayıb ki, iddiaçı ilə bütün mübahisələr X8 direktor təyin edildikdən sonra başlamışdır.

28. Bundan başqa, məhkəmə iş üzrə sahid ifadələrinə düzgün qiymət verməmişdir. Belə ki, cavabdeh tərəfindən şahid qismində dindirilmiş 45 saylı tam orta məktəbin X3 sədri Hacıyev, Səlimə Cəlal qızı şahid ifadəsində bildirmişdir ki, Şərafət müəllimə ilə bağlı çoxlu sayda iclaslar keçirilib. Şərafət müəlliməyi zəruri hesab etmədikləri üçün işdən azad edilməsi barədə çıxarışı təqdim etməmişlər. Onlar çıxarışın təqdim edilməsinə hər hansı zərurət görməmişlər. məhkəmə şahid X5 şahid ifadəsinə hər hansı bir qiymət verməmişdir. məhkəmə onun ifadəsini qətnamədə göstərməsinə baxmayaraq, həmin şahid ifadəsinə aydınlıq gətirməmişdir. Məhkəmə tərəfindən Məktəb X3 04 sentyabr 2020-ci il tarixli iclas protokolunun iddiaçıya hansı səbəbdən təqdim edilməməsi məsələsi də araşdırılmamışdır. Məhkəmə kollegiyası müəyyən sənədlərin-Məktəb X3 Təşkilatının 04 sentyabr 2020-cı il tarixli iclas protokolunun, məktəbin ibtidai siniflərin v; müəllimlər barədə sənədlərin ) təqdim edilməsi vəzifəsini cavabdehin üzərinə qoymalı idi. Şahid ifadələrinə yenidən baxmalı idi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmuşdur. Cavabdeh etirazda qeyd etmişdir ki, İddiaçı əmək funksiyalarını yerinə yetirməməsini, uzun müddət heç bir üzürlü səbəb olmadan işə çıxmamasını, habelə Həmkarlar İttifaqı Komitəsinin razılığını nəzərə alaraq xx.xx.2021 -ci il tarixli 25 №-li əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra, ona aid əmək kitabçasının təhvil alınması barədə İddiaçı dəfələrlə yazılı məlumat verilsə də, sonuncu bu müraciətlərə cavab verməmiş, əmək kitabçasını təhvil almaqdan yayınmışdır. Abdullayeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin bütün tələblərinə əməl olunmuşdur. 45 №-li tam orta məktəb üzrə verilmiş xx.xx.2021-ci il tarixli 25 №-li əmr qanuni və əsaslıdır. Əmr verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. X3 qərarının iddiaçıya göndərilməməsi, onun bu qərardan məlumatsız olması, əmək müqaviləsinə xitam verilməsi barədə 45 №-li məktəb üzrə verilmiş əmrin lazımi qaydada əsaslandırılmaması barədə kassasiya şikayətinin dəlilləri əsasızdır və işd ə olan sübktlarla tam təkzib olunur. İddiaçının kassasiya şikayətinin rədd edilməsini, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

30. Maddə

10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur.

31. Maddə

45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Mü ddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

32. Maddə 68 “a”. Tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır.

33. Maddə 69.1-ci bəndi: İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

34. Maddə 69 2-ci bənd: Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

35. Maddə 70 «ç» bəndi: İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmə k müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər.

36. Maddə 71.2-ci bəndi: bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

37. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

38. Maddə

72. Aşağıda kı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

39. Maddə 76.2. Əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

40. Maddə 83.1 Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müə yyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

41. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərba ycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməli dir.

48. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normala ra əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya məhkəməsi həmin əsaslandırma ilə razılşaır.

51. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

52. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdir ilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1240/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev Əhməd Nurməmmədov Abiddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar