Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3278/2023 30.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti, üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka müqaviləsinə xitam verilməsi, ipoteka predmetinin ipoteka ilə yüklülükdən azad edilməsi və çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), Vəliyeva Elşanə Rafiq oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti, üçüncü şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X6 9 sa ylı Qəbələ Ərazi İdarəsinə qarşı ipoteka müqaviləsinə xitam verilməsi, ipoteka predmetinin ipoteka ilə yüklülükdən azad edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-368/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İsmayıllı Rayon Məhkəməsinin 14 yanvar 2013-cü il tarixli 2(037)-16/2013 nömrəli qətnaməsi ilə X1 17987 ABŞ dolları məbləği alınaraq Cavabdeh2 ASC-yə ödənilməsi, 17987 ABŞ dolları kreditin təminatı kimi ipoteka qoyulmuş, İddiaçı mülkiyyətində olan İsmayıllı şəhəri, Mican kəndində mülkiyyətdə olan 0,29 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinə hərrac vasitəsi ilə satılmaqla yönəldilməsi, hərracda ilkin satış qiyməti 69000 manat məbləğində müəyyən edilməsi və ipoteka müqaviləsi üzrə ipoteka predmeti hərracda satıldıqdan sonra 1 ay ərzində İddiaçı evdən çıxarılmasİ qərara alınmışdır. Qətnamə üzrə verilmiş icra vərəqəsi Cavabdeh1 icraatına daxil olmuşdur.
2. Cavabdeh1 sifarişinə əsasən İsmayıllı şəhəri, Mican kəndində 1 mərtəbəli fərdi yaşayış evinin(0,29 ha torpaq sahəsi ilə birlikdə) satılması ilə əlaqədar "xxxx" MMC tərəfindən ilk hərrac 1 fevral 2014-cü il tarixdə, təkrar hərrac 22 sentyabr 2014-cü il tarixdə olmaqla iki dəfə hərrac keçirilmişdir.Hərracların keçirilməsi barədə bildirişlər tələbkar Cavabdeh2ASC-yə və borclu X2 göndərilmişdir. İp oteka predmeti olan əmlak hər iki açıq hərracda satılmamışdır.
3. Növbəti hərrac "xxxx" MMC tərəfindən fərdi yaşayış evinin dəyəri 69000 manat olmaqla 28 iyul 2022-ci il tarixinə təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Açıq Səhmdar Cəmiyyəti, üçüncü şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X6 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək 19 fevral 2009-cu il tarixli 97 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 ASC-nin İsmayıllı filialının xeyrinə ipoteka ilə yüklü edilmiş ona məxsus İsmayıllı rayon Mican kəndi ünvanında 0,29 hektar həyətyanı torpaq sahəsində yerləşən, 1mərtəbəli, 2 otaqlı, 50,3 kv.metr yaşayış, 99,2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi üzrə ipotekaya xitam verilməsi, Cavabdeh2 ASC-nin xeyrinə yüklü edilmiş çıxarış ləğv edilərək ipoteka ilə yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, İsmayıllı Rayon Məkhəməsinin 14 yanvar 2013-cü il tarixli 2(037)16/2013 nömrəli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün İsmayıllı rayon İcra Qrupuna göndərilmişdir. İsmayıllı rayon icra Qrupu tərəfindən 17 dekabr 2013cü il tarixli 624/2013 saylı sifariş məktubu ilə "xxxx" MMC-yə müraciət olunaraq İsmayıllı rayonu Mican kəndində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 69000 manat olmaqla açıq hərracda satışının təşkil edilməsi xahiş edilmişdir. "xxxx" MMC tərəfindən hərra cın keçiriləcəyi barədə tərəflərə bildiriş göndərilmişdir. "xxxx" MMC tərəfindən göndərilmiş bildirişdə 01 fevral 2014-cü il tarixdə birinci hərracda əmlakın ilkin satış qiyməti 69000 manat, 22 sentyabr 2014-cü il tarixdə təkrar hərracda əmlakın ilkin satış qiymətindən 15% aşağı, yəni 58650 manat müəyyən edilmişdir. Keçirilmiş hərraclar zamanı əmlak satılmamışdır. Qanunla müəyyən olunmuş müddətdə ipoteka saxlayana təkrar hərracın baş tutmasını elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25% az olmayan qiymətlə almaq imkanı verilsə də ipoteka saxlayan bundan istifadə etməmişdir. Əldə etdiyim məlumata əsasən İsmayıllı rayon Qrupu tərəfindən icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarmaq haqqında qərar qəbul edərək icra sənədi İsmayıllı rayon Məhkəməsinə qaytarmışdır. Cavabdeh1 icra məmuru icra işi üzrə aparılmış icra hərəkətlərindən məlumatsız olmuşdur. Belə ki, icra məmuru icra sənədinin guya uzun müddət hərəkətsiz saxlanılması və ipoteka saxlayan təşkilatın tələbinə baxmayaraq həmin əmlak satılması üçün açıq hərraca çıxarılmaması qənaətinə gələrək 01 iyul 2022-ci il tarixdə yenidən "xxxx" MMC-yə sifariş məktubu göndərmişdir. Həmin məktubda ona məxsus əmlakın təkrar satılması üçün açıq hərrac keçirilməsi xahiş edilmişdir. Keçiriləcək hərrac bildirişində 28 iyul 2022-ci il tarixdə saat 11:00-da ilk açıq hərrac keçiriləcəyi nəzərdə tutulmuşdur. Cavabdeh1 tərəfindən keçirilmiş hərracın nəticəsi barədə zəruri olan sənədlərin verilməsini xahiş etsə də icra xidmətinin arxivində sənədlərin ta pılmadığından həmin sənədlərin surətləri ona verilməmişdir. Qanunvericilikdə yalnız iki dəfə hərracın keçirilməsi nəzərdə tutulsa da Cavabdeh1 tərəfindən 01 iyul 2011-ci il tarixli 251695/1845-1 nömrəli sifariş məktubuna əsasən mülkiyyətində olan əmlakı təkrar hərraca çıxarılmışdır. Yeni hərracların keçirilməsi qanuna zidd hesab edildiyindən məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İpoteka saxlayan Cavabdeh2 ASC yüklü edilmiş əmlakı bu müddət ərzində Azərbaycan Respublikasının Qanunlarının və normativ xarakterli aktlarının tələblərinə ciddi əməl etməklə əldə etmək imkanı olduğu halda bunu etməmişdir. Cavabdeh2 ASC İsmayıllı rayonu Mican kəndində yerləşən, ona məxsus fərdi yaşayış evini heç bir əsas olmadan qeyri-qanuni bu müddət ərzində yüklülükdə saxlayır. Qanunvericiliyin təl əblərinə əsasən İsmayıllı rayonu Mican kəndində 0,29 hektar həyətyanı torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi üzrə ipotekaya xitam verilməli, ipoteka ilə yüklülükdən azad edilməli və Cavabdeh2 ASC-nin xeyrinə yüklü edilmiş çıxarış ləğv edilməlidir.
6. İsmayıllı Rayon Məhkəməsinin (hakim R.Şirinov) 19 dekabr 2022-ci il tarixli, 2(037)1022/2022 saylı qətnаməsi ilə iddia qismən təmin edilmiş, 19 fevral 2009-cu il tarixli 97 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 ASC-nin İsmayıllı filialının xeyrinə ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus İsmayıllı rayonu Mican kəndi ünvanında 0,29 hektar həyətyanı torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 50,3 kv.metr yaşayış, 99,2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi üzrə ipotekaya xitam verilməsi, İsmayıllı ra yonu Mican kəndi ünvanında 0,29 hektar həyətyanı torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 50,3 kv.metr yaşayış, 99,2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin ipoteka ilə yüklülükdən azad edilməsi qət edilmişdir.
7. Məhkəmə iddia tələbinin ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmetinin ipoteka ilə yüklülükdən azad edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh1 sifarişinə əsasən "xxxx" MMC tərəfindən ilk hərrac 01 fevral 2014-cü il tarixdə, təkrar hərrac 22 sentyabr 2014-cü il tarixdə olmaqla iki dəfə hərrac keçirilmişdir. İpoteka predmeti olan əmlak hər iki açıq hərracda satılmamış və Cavabdeh2 ASC tərəfindən ipoteka predmeti ipoteka haqqında qanunun tələblərinə əsasən əldə edilməmişdir. Keçirilmiş hərracların nəticələri barəsində nə Cavabdeh1ndə, nə də "xxxx" Açıq Səhmdar Cəmiyyətində məlumat yoxdur. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra qanunla müəyyən edilmiş müddət ərzində ipoteka predmetini əldə etmədiyindən iddia tələbi ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmetinin ipoteka ilə yüklülükdən azad edilməsi hissəsində təmin edilməlidir.
8. Məhkəmə iddia tələbinin Cavabdeh2 ASC-nin xeyrinə yüklü edilmiş çıxarışın ləğv edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı iddia tələbində Cavabdeh2 ASCnin xeyrinə yüklü edilmiş çıxarış ləğv edilməsini qeyd etsə də həmin çıxarışın mövcudluğu barədə məhkəməyə mötəbər sübutlarını təqdim etmədi. Həmin fakt məhkəmə iclasında da öz təsdiqini tapmadı.
9. Məhkəmə gəldiyi nəticəni “İpoteka haqqında” A zərbaycan Respublikası Qanunun 43.4, 43.5, 43.6, 43.7, 43.8, 48, 48.2-ci maddələrinə, ““İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konustitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1022/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddi a tələbinin qismən təmin edilməsi, 19 fevral 2009-cu il tarixli 97 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 ASC-nin İsmayıllı filialının xeyrinə ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus İsmayıllı rayonu Mican kəndi ünvanında 0.29 ha həyətyanı torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 50.3 kv.m yaşayış, 99.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi üzrə ipotekaya xitam verilməsi, İsmayıllı rayonu Mican kəndi ünvanında 0.29 ha həyətyanı torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 50.3 kv.m yaşayış, 99.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin ipoteka ilə yüklülükdən azad edilməsi qət edilmişdir. İddianın təmin edilməsinin əsasları barədə qətnamədə istinad olunmuş sübutların hazırkı qətnamənin qəbul edilməsinə aidiyyətinin olmamasını, əksinə qətnamənin prosessual hüq uq pozuntuları ilə yanaşı işə aidiyyəti olmayan sübutlara stinad edilərək qəbul edilməsi aydın şəkildə görsənir. Belə ki, məhkəmə iddiaçının fərziyyələrlə dolu izahatına istinad edərək qətnamə qəbul etmişdir. İddiaçı iddiasını əsaslandırarkən guya İsmayıllı rayon Qrupu tərəfindən icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə qaytarmışdır. Həmçinin Cavabdeh1 icra məmuru icra işi üzrə icra hərəkətlərindən məlumatsız olmuşdur. Qeyd edək ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.8-ci maddəsinin tələblərinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 gün ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etməzsə ipotekaya xitam verilir. Qanunun tələblərindən də məlum olduğu kimi yalnız təkrar hərracın baş tutması və ipoteka saxlayanın onu 30 gün ərzində əldə etməməsi halında ipoteka xitam verilir. Lakin ipoteka saxlayan kimi onların təkrar hərracın baş tutub tutmaması barədə məlumatı olmamışdır. Məhkəmə qətnamə qəbul edərkən mötəbər sübutların təqdim edilməməsini nəzərə almamışdır. Həmçinin qətnamənin obyektiv və qərəzsiz qəbul edilməsinə kömək göstərəcək sübutun əldə edilməsinə ehtiyyac duymamışdır. Məhkəmə iddiaçının mülahizələrinə istinad etmiş lakin iddiasının təsdiq edilməsi barədə sübutların təqdim edilməsini tələb etməmişdir.
12. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – M.A.Əsədli (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və E.M.Mehdiyev) 2(107)-368/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, İsmayıll ı Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(037)-1022/2022 saylı qətnaməsi Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İsmayıllı rayon Məkhəməsinin 14 yanvar 2013-cü il tarixli 2(037)-16/2013 nömrəli qətnaməsinə əsasən X1 19 fevral 2009-cu il tarixli 97 saylı kredit müqaviləsi üzrə 12665 ABŞ dolları əsas borc, 4297 ABŞ dolları faiz borcu, 1025 ABŞ dolları cərimə, cəmi 17987 ABŞ dolları məbləği Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində hesablanmaqla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 14 manat məbləğ alınaraq Cavabdeh2 ASC-yə ödənilməsi, 17987 ABŞ dolları və 14 manat məbləğinin tutulmas ı 50000 ABŞ dolları məbləğində kreditin təminatı kimi ipoteka qoyulmuş, İddiaçı mülkiyyətində olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa uyğun olaraq Cavabdeh2 ASC-nin xeyrinə ipotekaya qoyulması 1 nömrəli reyestr kitabının 147-ci vərəqində **********84-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 27 fevral 2009-cu ildə qeydə alınmış, İsmayıllı şəhəri, Mican kəndində mülkiyyətdə olan 0,29 hektar həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 50,3 kv metr yaşayış, 99,2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,29 hektar həyətyanı torpaq sahəsinə hərrac vasitəsi ilə satılmaqla yönəldilməsi, İpoteka qoyulmuş fərdi yaşayış evinin və 0,29 hektar həyətyanı torpaq sahəsinin birli kdə hərracda ilkin satış qiyməti 69000 manat məbləğində müəyyən edilməsi və ipoteka müqaviləsi üzrə ipoteka predmeti hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində İddiaçı evdən çıxarılması, həmin ipoteka predmeti olan evin və həyətyanı torpaq sahəsinin boşaldılması qət edilmişdir.
14. Daha sonra müəyyən edilmişdir ki, Qətnamə üzrə verilmiş icra vərəqəsi Cavabdeh1 icraatına daxil olmuşdur. Cavabdeh1 sifarişinə əsasən "xxxx" MMC tərəfindən ilk hərrac 01 fevral 2014-cü il tarixdə, təkrar hərrac 22 sentyabr 2014-cü il tarixdə olmaqla iki dəfə hərrac keçirilmişdir. İpoteka predmeti olan əmlak hər iki açıq hərracda satılmamış və Cavabdeh2 ASC tərəfindən ipoteka predmeti ipoteka haqqında qanunun tələblərinə əsasən əldə edilməmişdir.
15. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə müna sibət bildirərək qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil.
16. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mülki iş kifayət qədər araşdırılmış, müxtəlif sorğular verilmiş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də şikayət bu hissədə əsassızdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə olan İsmayıllı rayon Məhkəməsinin icra vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 1 4 yanvar 2013-cü il tarixli 2(037)-16/2013 nömrəli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün İsmayıllı rayon İcra Şöbəsinə göndərilmişdir. 18. "xxxx" MMC-nin 01 yanvar 2014-cü il tarixli 64 saylı və 16 avqust 2014-cü il tarixli 1894 nömrəli bildirişlərinin təsdiq edilmiş surətlərindən görünür ki, İsmayıllı rayonu Mican kəndində 1 mərtəbəli fərdi yaşayış evi (0,29 hektar torpaq sahəsi ilə birlikdə) 01 fevral 2014-cü il tarixdə birinci hərracda əmlakın ilkin satış qiyməti 69000 manat, 22 sentyabr 2014-cü il tarixdə təkrar hərracda əmlakın ilkin satış qiyməti isə 58650 manat müəyyən edilmişdir. Hərracın keçirilməsi barədə tələbkar Cavabdeh2 ASC və borclu X2 məlumat verilmişdir.
19. Cavabdeh1 15 dekabr 2022-ci il tarixli sorğuya cavab məktubu ilə bildirmişdir ki, İsmayıllı ra yon Məhkəməsinin 2(037)-16/2013 saylı 14 yanvar 2013-cü il tarixli icra vərəqəsi Cavabdeh1 böyük icra məmuru işləmiş Ziya Şirinovun icraatında olmuş, vəzifədən azad olduqdan sonra qeyd olunan icra işini təhvil verməmiş və həmin icra işi şöbənin arxivində aşkar olunmamışdır.
20. Göründüyü kimi Cavabdeh1 sifarişinə əsasən "xxxx" MMC tərəfindən ilk hərrac 01 fevral 2014-cü il tarixdə, təkrar hərrac 22 sentyabr 2014-cü il tarixdə olmaqla iki dəfə hərrac keçirilmişdir. İpoteka predmeti olan əmlak hər iki açıq hərracda satılmamış və Cavabdeh2 ASC tərəfindən ipoteka predmeti ipoteka haqqında qanunun tələblərinə əsasən əldə edilməmişdir. Yəni təkrar hərracın baş tutmamamsından 9 ilə yaxın vaxt keçməsinə baxmayaraq Cavabdeh2 ASC-i tərəfindən ipoteka predmetinin əldə edilməsinə dair heç bir hərəkət edilməmiş, qanunvericiliklə müəyyən edilmiş 30 gün müddətini ötürmüşlər.
21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı tərəf qeyd edilən hərracın baş tutmaması barədə sübut təqdim etmişdir. Cavabdeh tərəf isə ümumiyyətlə nə birinci instansiya məhkəməsində nə də apellyasiya məhkəməsinin iclaslarında iştirak etməmiş, şikayətinin dəlillərinə aid hər hansı bir sübut növü təqdim etməmişdir
22. Məhkəmə gəldiyi nəticəni İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 43.4, 43.5, 43.6, 43.7, 43.8, 48, 48.2-ci maddələrinə və ““İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konustitusiya Məhkəməsi P lenumunun 28 oktyabr 2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 14 yanvar 2013-cü il tarixli 2(037)-16/2013 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icra tədbirləri tələbkar Cavabdeh2 ASC-nin ərizəsi əsasında dayandırılmışdır. İcra şöbəsində İsmayıllı Rayon Məhkəməsinin 14 yanvar 2013-cü il tarixli 2(037)-16/2013 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə iş materiallarında həmin ərizə mövcuddur. 2018-ci il tarixində iş üzrə tələbkar olan Cavabdeh2 ASC İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək, İsmayıllı Rayon Məhkəməsinin 14 yanvar 2013-cü il tarixli 2(037)-16/2013 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinin yenidən icraya yönəldilməsi xahiş edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-16/2013 nömrəli mülki işində tələbkar Cavabdeh2 ASC-nin ərizəsi mövcuddur. İşin hərtərəfli, tam və obyektiv tədqiqi üçün İsmayıllı Rayon Məhkəməsinin 2(037)-16/2013 nömrəli mülki işi üzrə müvafiq sənədlər məhkəməyə təqdim edilməlidir.
25. Kassator bildirmişdir ki, hərracın keçirilməsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş,hərracın keçiriləcəyi yer və vaxtı barədə tərəflər məlumatlandırılmışdır. Bundan başqa hərracın keçirilmə vaxtı və yer i barədə qəzetdə elanlar verilmişdir. Eyni zamanda ipoteka predmetinin ilkin satış qiyməti qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
27. Maddə 43.4.İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
28. Maddə 43.5.Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiyməti ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı sə bəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
29. Maddə 43.6.Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.
30. Maddə 43.7.Bu qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı sa tış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
31. Maddə 43.8.İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
32. Maddə 48.İpotekaya ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda, ipoteka predmeti məhv olduqda və bu qanunda nəzərdə tutulmuş digər hallarda xitam verilir.
33. Maddə 48.2.Bu qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. İpoteka haqqında Azərbaycan Respublikası qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konustitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarı: 34. 1. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. 35. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərz ində ipoteka predmetini əldə etmək imkanı vardır.
36. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Mülki Prosessual Məcəllə
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Mad də 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi f aktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Kollegiya bildirir ki, sübutları ara şdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
50. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 sifarişinə əsasən "xxxx" MMC tərəfindən ilk hərrac 01 fevral 2014-cü il tarixdə, təkrar hərrac 22 sentyabr 2014-cü il tarixdə olmaqla iki dəfə hərrac keçirilmişdir. İpoteka predmeti olan əmlak hər iki açıq hərracda satılmamış və Cavabdeh2 ASC tərəfindən ipoteka predmeti ipoteka haqqında qanunun tə ləblərinə əsasən əldə edilməmişdir. Yəni təkrar hərracın baş tutmamamsından 9 ilə yaxın vaxt keçməsinə baxmayaraq Cavabdeh2 ASC tərəfindən ipoteka predmetinin əldə edilməsinə dair heç bir hərəkət edilməmiş, qanunvericiliklə müəyyən edilmiş 30 gün müddətini ötürmüşlər
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
52. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublik ası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 aprel 2023-cü il tarixli 2(107)368/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.