Məhkəmə qərarları › İş №2(102)-3279/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3279/2023

07.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3279/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(005)-840/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər 2012-ci ildə rəs mi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin hər ikisi məcburi köçkündür. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. 2. 20 saylı MKİS-in arayışına əsasən Babayev X1 rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 127 Q, mənzil 13 qeydiyyatındadır.

3. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli 3-36/2-512/2023 saylı məktubunda göstərilmişdir ki, Laçın rayonunun Hətəmlər kəndindən məcburi köçkünlər - İddiaçı, Cavabdeh və X2 ünvan 1 ünvanında müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışlar.

4. Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Başçısının aparatının xx.xx.2023-cü il tari xli, 5-14/2-105/2023 saylı məktubunda ünvan 2 ünvanında yerləşən, keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 2 mərtəbəli, 2 girişli və 16 otaqdan (mənzildən) ibarət sözügedən yataqxana binası Müdafiə Nazirliyinin balansında olduğu, yataqxanadakı otaqlar sakinlər tərəfindən qarışıq və anlaşılmaz şəkildə dəfələrlə nömrələndiyindən qeyd edilən 13-cü otağı tapılıb dəqiqləşdirilməsinin mümkün olmadığı, həmçinin Cavabdeh Laçın rayonundan olan keçmiş məcburi köçkün kimi qardaşı X2 ilə müvəqqəti qeydiyyatda olmaqla məskunlaşaraq, hal-hazırda faktiki həmin ünvanda yaşadıqları bildirilmişdir.

5. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 04 aprel 2023cü il tarixli 02/842 nömrəli məktubunda göstərilmişdir ki, Laçın rayonundan məcburi köçkün Cavabdeh qardaşı X2 ilə birli kdə Komitənin Nərimanov rayonu üzrə nümayəndəliyinin 052226 saylı qeydiyyat vərəqəsinə əsasən Bakı şəhəri Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsi ev 127 q, mənzil 16 (Müdafiə Nazirliyinin inzibati binası) ünvanında müvəqqəti qeydiyyatda olmaqla məskunlaşmışlar. Cavabdeh keçmiş həyat yoldaşı İddiaçı Nərimanov rayonu üzrə nümayəndəlikdə məskunlaşması və qeydiyyatı ilə bağlı heç bir məlumat yoxdur.

6. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Bakı şəhəri Qaradağ rayonu üzrə Sektor tərəfindən verilmiş 01 may 2017-ci il tarixli 4111 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı Laçın rayonundan məcburi köçkündür və Lökbatan qəsəbəsi 11 saylı yataqxanada məskunlaşmışdır. 7. 20 saylı MKİS-in 034079 nömrəli arayışına əsasən Babayev X1 rayonu, M.T.Uluqbəy küçəsi 127Q (keçmiş Y.V.Çəmənzəminli küçəsi) nömrəli evin 16 nömrəli otağında qeydiyyatda deyil və yaşamır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 127Q saylı, evin 13 saylı mənzilinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir

9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1972-ci ildə Laçın rayonu Şəlvə kəndində doğulmuşdur. Laçın rayonundan məcburi köçkündür. 1-ci Qarabağ müharibəsi iştirakçısı olmuşdur. 2012-ci ildə ailə həyatı qurmuş, lakin birgə nikahdan cavabdehlə övladları olmamışdır. Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 127 Q, mənzil 13 ünvanında 12 ildir məskunlaşmışdır. Həmin mənzilin təmirinə indiyə kimi 30000 manat vəs ait xərcləmişdir. Son vaxtlar həyat yoldaşı, hazırki cavabdeh ilə münasibətləri pisləşmiş, polis əməkdaşlarının iştirakı ilə mənzildən çıxarılmışdır. Müvafiq mənzilin heç bir rəsmi sənədi yoxdur, onlar orada məcburi köçkün kimi məskunlaşmışlar.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 03 mart 2023-cü il tarixli 2(005)-840/2023 saylı qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia təmin edilmiş, İddiaçı ünvan 3 ünvanına köçürülməsi qət edilmişdir.

11. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 127 Q ünvanında hazırda iş üzrə Cavabdeh yaşamaqdadır. İddiaçı uzun müddət həmin ünvanında yaşamış, sonradan Cavabdeh tərəfindən çıxarılmışdır. Cavabdehin qardaşı hazırda həmin mənzildə yaşayır. Cavabdeh İddiaçı mənzildə yaşamağa maneə yaradır. Mübahisəli mənzilə dair verilmiş Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli 3-36/2- 512/2023 saylı məktubunda, İddiaçı adının olması onun həmin mənzilə köçüb oradan yaşayış sahəsi kimi istifadə etmək hüququnu ehtiva edir, o isə bu hüququn ona tanıdığı imkandan istifadə edərək həmin mənzilə köçürülməsini tələbi edir.

12. Məhkəmə qeyd etmişdir ki, mübahisəli mənzilə dair tərəflərin hər hansı hüquqmüəyyənedici sənədləri olmasa da, həmin yaşayış sahəsi iddiaçı və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Bu baxımdan, iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ olduğundan iddia tələbi təmin edilməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü mad dəsinin 1-ci hissəsinə, 25-ci maddəsinə, Mülki Məcəllənin 6.1.1, 27, 158.1, 158.2, 158.4, 164, 165.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətində göstərilmişdir ki, onun iştirakı olmadan məhkəmə iclası keçirilmişdir. Mübahisəli mənzil bir otaqlıdır, hazırda o və qardaşı yaşayır. İddiaçı nikahdan əvvəl də nikah dövründə də Qaradağ rayonu ünvanında qeydiyyatda olmuş və yaşamışdır. Laçından məcburi köçk ün düşərkən mübahisəli evdə valideynləri, qardaşı, bacısı və o, məskunlaşmışdır. İddiaçı isə onunla 2012-ci ildə nikaha girərək ailə qurmuş, nikahları faktiki pozulduqda isə evi tərk etmişdir. Mənzilin təmirinə guya 30000 manat xərcləməsi isə sübuta yetirilmir. Mənzil ümumiyyətlə təmirsizdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3258/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi) Akif İsgəndərov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-840/2023 saylı iş üzrə 03 mart 2023cü il tarixli qətnaməsi ləğv edilərək İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbinə dair” iddiası rədd edilmişdir.

17. Kollegiya qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarına əsasən tərəflərin hər ikisi məcburi köçkündür. İddiaçı Qaradağ rayonu Lökbatan qəsəbəsində məskunlaşmış, cavabdeh isə Nərimanov rayonunda mübahisəli mənzildə məskunlaşmışdır. Tərəflər 2012ci ildə nikaha daxil olaraq ailə qurmuş, bundan sonra iddiaçı cavabdehin məskunlaşdığı evə köçərək, birlikdə yaşamışlar. Faktiki nikah münasibətləri pozulduqdan sonra isə iddiaçı evdən çıxarılmışdır.

18. İddiaçı hazırda mübahisəli evə köçürülməsini tələb etmiş və 20 saylı MKİS tərəfindən verilmiş arayışı təqdim edərək, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 127 Q, mənzil 13 ünvanında qeydiyyatda olmasına istinad etmişdir. Birinci instansiya məhkəməsi isə qeyd olunanlara istinad edərək göstərmişdir ki, mübahisəli mənzilə dair tərəflərin hər hansı hüquqmüəyyənedici sənədləri olmasa da, həmin yaşayış sahəsi iddiaçı və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Bu baxımdan, iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ olduğundan iddia tələbi təmin edilməlidir.

19. Kollegiya hesab etmişdir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmamışdır.

20. Təqdim edilmiş 20 saylı MKİS-in 034079 nömrəli arayışına əsasən Babayev X1 rayonu, M.T.Uluqbəy küçəsi 127Q (keçmiş Y.V.Çəmənzəminli küçəsi) nömrəli evin 16 nömrəli otağında qeydiyyatda deyil və yaşamır.

21. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Bakı şəhəri Qaradağ rayonu üzrə Sektor tərəfindən verilmiş 01 may 2017-ci il tarixli 4111 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı Laçın rayonundan məcburi köçkündür və Lökbatan qəsəbəsi 11 saylı yataqxanada məskunlaşmışdır.

22. İ ddiaçı mübahisəli evdə qeydiyyatda olmamışdır, Qaradağ rayonu Lökbatan qəsəbəsində məskunlaşmış və qeydiyyatı da həmin ünvan üzrə olmuşdur.

23. İddiaçının mübahisəli mənzildən (cavabdehin ailəsi ilə birlikdə məskunlaşdığı yataqxana otağından) istifadə etməsi ailə münasibətlərinə əsaslanmışdır. Lakin hazırda bu münasibətlərə xitam verilmişdir. Belə olan halda iddiaçının cavabdeh və sonuncunun qardaşı ilə birlikdə məskunlaşdığı və cəmi 1 otaqdan ibarət olan yaşayış sahəsindən birgə istifadəsi üçün heç bir əsas qalmamışdır. İddiaçının mübahisəli mənzilə köçürülməsi tərəflərin təhlükəsizliyi baxımından da yolverilən deyildir.

24. Kollegiya onu da qeyd etmişdir ki, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən birbaşa norma yoxdur. Buna baxmayaraq tərəflər arasında münasibətlərin 2012-ci ildə yaranmasını nəzərə alsaq, hazırki mübahisəyə analogiya üzrə Mənzil Məcəllənin 30-cu maddəsini tətbiq etmək mümkündür.

25. Məcəllənin 30.4-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

26. Baxılan işdə iddiaçı cavabdehlə ailə qurduqdan sonra mübahisəli evə köçmüş, hazırda isə ailə münasibətlərinə xitam verilmişdir. Belə olan halda keçmiş ailə üzvü kimi onun həmin evə istifadə hüququ itirilmişdir.

27. Kollegiya gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dek abr tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması” Qaydasının 19-cu bəndinə, Mülki Prosessual Məcəllənin 13.4, 14.2, 77.1, 384.0.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı kassasiya şikayəti verərək (Vəkil2) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü Respublikasının maddəsinin 1-ci hissəsi insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi mənzildə yaşayıb və hazırda keçmiş həyat yoldaşı onun burada yaşamasına maneçilik törədir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilən şəxsin mənzil və digər bu kimi yerlər üzərində hər hansı hüququ olmasın. Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz" məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, qeyd olunan normada “mənzil" ifadəsindən istifadə olunur, “mənzil" anlayışı mənzil qanunvericiliyində müəyyən olunub (Mənzil Məcəlləsi, maddə 13.3), əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil" anlayışı ilə məhdudlaşsa onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz" məzmunlu normanın məqsədi insanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlərdən qanunsuz məhrum edilməsinin qarşısını almaqdır. Çünki insanın yaşadığı obyektin nədən ibarət olmasından (mənzil, ev, yataqxana, özbaşına inşa olunmuş tikili və s.) asılı olmayaraq onun yaşayış yerindən məhrum edilməsinin nəticələri eynidir: insan, təbiətinə görə ehtiyac duyduğu sığınacağı itirir. Ona görə də “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz" məzmunlu normada istifadə olunan “mənzil" anlayışı obyektiv amillə (yəni mənzil qanunvericiliyinin müəyyən etdiyi əlamətlərə görə) deyil, subyektiv amillə (yəni insanın obyektdən hansı məqsədlə istifadə etdiyi nəzərə alınaraq) müəyyən olunmalıdır. Əgər insan obyektdən yaşamaq məqsədilə istifadə edirsə, qeyd olunan normanın məqsədi baxımından həmin obyekt mənzil sayılır. Konstitusiyanın maddəsinə bu cür yanaşma qanunvericiliyə zidd deyil, çünki maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq var, maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq olanda isə genişləndirici şərhə yol verilir (“Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunu, maddə 90.4). İnsanların yaşamaq məqsədilə istifadəyə etdiyi bütün obyektlərin, o cümlədən özbaşına inşa olunan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən tikililərin mənzil hesab olunması maddənin mətnindəki “mənzil" ifadəsinin genişləndirici şərhidir. İddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması ilə nəticələnmir. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Lakin apellyasiya instansiyası məhkəməsi sözügedən halları nəzərə almamış və maddi hüquq normalarının tətbiqində əskikliyə yol vermişdir.

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də məxsus ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Yuxarıdakı maddələrin də məzmunundan göründüyü kimi əmlaka sahiblik edən şəxsin iradəsi olmadan sahibliyindən məhrum edilməsi yolverilməzdir və qanunla qorunan mənafelərinə xələl gətirilməsi deməkdir. Hazırkı məhkəmə mübahisəsində də iddiaçı ilə cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi olmadan ondan bərabər formada istifadə hüquqlarına malik olmuşlar. Lakin cavabdeh öz hüquqlarından sui-istifadə edərək iddiaçının iradəsi və razılığı olmadan, qadağan edilmiş özbaşınalıq yolu ilə iddiaçını yaşadığı mənzildən çıxarmış və onun sahibliyinə mane olmağa çalışmışdır. Lakin apellyasiya instansiya məhkəməsi qeyd edilən faktı görməzdən gələrək qanunvericiliyin sözügedən normalarını görməzdən gəlmiş, öz əsaslandırmasında bununla bağlı hər hansı məsələyə toxunmamışdır.

31. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini əsaslandırarkən tətbiq edilən hüquq normalarının seçilməsində yanlışlığa yol vermişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələrinə istinad edərək həmin maddələrin məzmununu rəhbər tutmuşdur. Maddələrin də məzmunundan göründüyü kimi qeyd edilən hüquq münasibətlərinin tətbiqi zamanı söhbət məhz yaşayış sahəsinin mülkiyyətçisindən gedir. Lakin hazırkı məhkəmə mübahisəsinin detallarına fikir versək, köçürülmə tələb olunan mənzil heç kimin mülkiyyətində olmamaqla bərabər məcburi köçkünlərin məskunlaşdırılması üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən sonuncuların müvəqqəti yerləşdirilməsi üçün nəzərdə tutulmuşdur. İşin mübahisəsiz hallarından biridir ki, hazırkı iş üzrə İddiaçı cavabdehlə, yəni Cavabdeh və həmçinin X2 ilə birlikdə Laçın rayonunun Hətəmlər kəndindən məcburi köçkün olmuş, Mü dafiə Nazirliyinin binası olan və məcburi köçkünlərin sıx məskunlaşma obyekti olan ünvan 6 ünvanında məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışlar (Bu faktı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubu da təsdiqləyir). Bu da onu deməyə əsas verir ki, nə iddiaçı, nə də cavabdeh sözügedən mübahisəli mənzilin mülkiyyətçisi olmamış, həmin evdən istifadə olunmaqla bağlı bərabərhüquqlu şəxslər olmuşlar. Buna görə də iddiaçının cavabdehlə aralarında bağlanmış nikahın pozulması və ailə münasibətlərinə xitam verilməsi hal-hazırda heç bir önəm daşımamaqla bərabər cavabdehə iddiaçını mənzildən çıxarmaqla bağlı hər hansı hüquq verməmi şdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi dövlətin mülkiyyətində olan inzibati bina ilə bağlı Mənzil Məcəlləsinin fiziki şəxslərə aid olan yuxarıda göstərilən maddələrinə istinad etməsi qanunsuz və əsassız olmuşdur.

32. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, "İddiaçı hazırda mübahisəli evə köçürülməsini tələb etmiş və 20 saylı MKİS tərəfindən verilmiş arayışı təqdim edərək, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 127 Q, mənzil 13 ünvanında qeydiyyatda olmasına istinad etmişdir. Təqdim edilmiş 20 saylı M KİS-in 034079 nömrəli arayışına əsasən Babayev A k if Babakişi oğlu Nərimanovrayonu, M.T.Uluqbəy küçəsi 127Q (keçmiş Y.V.Çəmənzəminli küçəsi) nömrəli evin 16 nömrəli otağında qeydiyyatda deyil və yaşamır". Lakin məhkəmə nəyə görə iddiaçının 16-cı mənzildə qeydiyyatda olmamasını açıqlamamış və həmin mənzilin adının, ümumiyyətlə, niyə çəkildiyinə aydınlıq gətirməmişdir. İşin həqiqi halı bundan ibarətdir ki, hamıya məlum olduğu kimi, məcburi köçkünlərin məskunlaşdığı bəzi yaşayış sahələri müasir standartlara uyğun olmamaqla bərabər həmin ərazidə yaşayan insanların özləri tərəfindən müəyyən formalara salınmış, mənzillər orada yaşayan vətəndaşların özləri tərəfindən formal və simvolik olaraq nömrələnmişdir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubunda da İddiaçıBabakişi oğlu cavabdehlə, yəni Cavabdeh və həmçinin X2 ilə birlikdə Laçın rayonunun Hətəmlər kəndindən məcburi köçkün olmaları, Müdafiə Nazirliyini n binası olan və məcburi köçkünlərin sıx məskunlaşma obyekti olan Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 127 Q ünvanında məskunlaşmaları qeyd olunmuş və konkret hansısa mənzilə köçürüldükləri bildirilməmişdir. Çünki həmin mənzillər vətəndaşlar tərəfindən simvolik olaraq sonradan və dəfələrlə nömrələnmişdir. Digər bir maraqlı fakta diqqət yetirək. Bakı Şəhər Nərimanov Rayon icra Başçısının Aparatından Nərimanov Rayon Məhkəməsinə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, “yataqxanadakı otaqlar sakinlər tərəfindən qarışıq və anlaşılmaz şəkildə dəfələrlə nömrələndiyindən qeyd edilən 13-cü otağı tapıb dəqiqləşdirməyin mümkün olmadığı, həmçinin sorğuda adıçəkilən vətəndaş Cavabdeh Laçın rayonundan keçmiş məcburi köçkün kimi qardaşı vətəndaş X2 ilə (Cav abdeh öz bildirdiyinə əsasən yataqxananın 16-cı otağında) müvəqqəti qeydiyyatda olmaqla məskunlaşaraq halhazırda faktiki həmin ünvanda yaşadıqları rəsmi qaydada bildirilmişdir". Məktubun məzmunundan da göründüyü kimi cavabdehin, yəni Cavabdeh məhz 16-cı mənzildə yaşaması hansısa rəsmi formada müəyyən olunmamış, “Cavabdeh özünün bildirdiyinə əsasən yataqxananın 16-cı otağında" yaşaması qeyd olunmuşdur. Üstəlik mənzillər qarışıq və anlaşılmaz şəkildə nömrələndiyindən nəinki 13-cü mənzili, 16-cı mənzil də daxil olmaqla heç bir mənzilin dəqiq nömrəsini müəyyən etmək mümkün olmadığına baxmayaraq, yalnız cavabdehin şifahi bildirdiyinə əsasən 16 - cı otaqda yaşamasını əsas götürən apellyasiya instansiyası məhkəməsi heç bir araşdırma etmədən, yerli baxış və ya ekspertiza təyin etmədən və təqdim ol unan sübutları tam və obyektiv formada araşdırmadan yanlış qənaətə gəlmiş, bununla da qanunvericiliyin normalarını kobudcasına pozmuşdur.

33. Məhkəmə öz qətnaməsində iddiaçının cavabdeh və sonuncunun qardaşı ilə birlikdə məskunlaşdığı və cəmi 1 otaqdan ibarət olan yaşayış sahəsindən birgə istifadəsi üçün heç bir əsas qalmadığını, iddiaçının mübahisəli mənzilə köçürülməsi tərəflərin təhlükəsizliyi baxımından da yolverilən olmadığını qeyd etmişdir. Buradan da məhkəmə tərəfindən lazımi araşdırmanın aparılmadığı və absurd yanaşmanın sərgiləndiyini demək olar. Belə ki, iddiaçının haqqı olan və köçürülməsini tələb etdiyi mənzil 1 otaqlı deyil, 2 otaqlı olmuşdur. Bununla bağlı “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqı nda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli qərarının 4-cü bəndində də Məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilən yaşayış sahəsinin həcminə dair müddəalar əks olunmuş, ailə tərkibi 2-3 nəfərdən ibarət olanlara 2 otağın verilməsi müəyyən olunmuşdur. Artıq daha öncədən də məlum olduğu kimi hazırkı iş üzrə 3 nəfər İddiaçı, Cavabdeh və X2 həmin mənzilə köçürüldüklərindən nəzərdə tutulan və təmin olunan mənzil də məhz 2 otaqlı olmuşdur. Lakin məhkəmə hər hansı yerli baxış və ya ekspertizanın keçirilməsini təmin etmədiyindən və lazımi qaydada araşdırma aparmadığından bu faktı da müəyyənləşdirməsi mümkün olmamışdır. O cümlədən, məhkəmə tərəflərin arasındakı nikahın pozulması səbəbindən iddiaçının həmin mənzilə köçürülməsinin onların təhlükəsizliyi üçün məqbul olmadığı kimi heç bir əsası olmayan və absurd bir qənaətə gəlmişdir. Məhkəmənin sözügedən mövqeyi heç bir qanunvericilik norması və ya məhkəmə təcrübəsində mövcud deyildir və nəyə görə cavabdehin yox, məhz iddiaçının həmin evdə yaşamamasının təhlükəsiz olması, ümumilikdə təhlükəsizlik dedikdə nəyin nəzərdə tutulması kimi suallar cavabsız olaraq qalmışdır. İddiaçı sadəcə öz qanunla qorunan mənafelərinin qorunması və öz yaşayışını məhrumetmədən əvvəlki formada davam etdirməsi üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə bütün bunları görməzdən gələrək heç bir qanuni əsası olmadan yanlış qətnamə qəbul etmişdir.

34. Oxşar məhkəmə mübahisəsi zamanı, yəni tərəflərin hər ikisinin məcburi köçkün olduğu, öz mülkiyyətlərində deyil, dövlət mülkiyyətində olan mənzilə köçürüldüklə ri və tərəflər arasındakı nikahın pozulmasından sonra birinin digərini sahiblikdən məhrum etdiyi bir vəziyyətdə hər 3 instansiya məhkəməsi bu məhrumetməni qanunsuz hesab etmiş və nəticədə hüquqları pozulan iddiaçının hüquqlarını bərpa edərək mənzilə köçürülməsi barədə yekun məhkəmə aktı qəbul etmişdir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 1154/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı) b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmuşdur.

36. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ilə 2012-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşuq. Hər ikisi də məcburi köçkündür. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 127 Q, 13 saylı mənzil bir otaqlıdır, hazırda cavabdeh və qardaşı orada yaşayır. İddiaçı nikahdan əvvəl də, nikah dövründə də Qaradağ rayonu ünvanında qeydiyyatda olmuş və yaşamışdır. Laçından məcburi köçkün düşərkən mübahisəli evdə cavabdehin valideynləri, qardaşı, bacısı və özü həmin mənzildə məskunlaşmışdır. İddiaçının mənzilin təmirinə 30000 manat xərcləməsi isə tam yalandır, çünki mənzil ümumiyyətlə təmirsizdir. Bundan əlavə iddiaçı tərəf kassasiya şikayətində İddiaçı cavabdehlə, Cavabdeh və həmçinin X2 ilə birlikdə Laçın rayonunun Hətəmlər kəndindən məcburi köçkün olmuş, Müdafiə Nazirliyinin binası olan və məcburi köçkünlərin sıx məskunlaşma obyekti olan ünvan 6 ünvanında məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzi llə təmin olunmamışlar (Bu faktı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubu da təsdiqləyir). Məhkəmənin nəzərinə çatdırılır ki, İddiaçı Laçın rayonu Şəlbə kəndindən köçkün olmuşdur. Onlar bununla məhkəmənin aldatmaq istəyirlər. Həmin mənzil cavabdehə və ailə üzvlərinə verilmişdir. İddiaçı ilə 2012-ci ildə rəsmi nikaha daxil olmuşlar. Bundan sonra, iddiaçı cavabdehin yaşadığı ünvana köçmüşdür. Buna qədər isə iddiaçı ünvan 9 yataqxanada məskunlaşmışdır. Bundan əlavə iddiaçı tərəfindən Nərimanov rayon məhkəməsinə saxta yollarla əldə edilmiş arayışlar təqdim edilmişdir. Kassasiya şikayətində onlar mənzil 13 mübahisələndirsələr də, əsasən həmin mənzil 16 ünvanında yerləşən mənzildir. Həmin mənzil 1 otaqdan ibarətdir. Onlar həmin mənzili iki yerə bölərək iki otaqlı mənzil etmişlər. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, nikahın pozulmasına dair məhkəmə işləri Qaradağ rayon məhkəməsində olmuşdur. Əgər iddiaçı Qaradağ yox, Nərimanov rayonunda qeydiyyatda olsaydı o halda Qaradağ rayon məhkəməsi tərəfində baxıla bilməz, aidiyyətlə Nərimanov rayon məhkəməsinə göndərilərdi. İddiaçı tərəf özü ünvan 9 yataqxanada qeydiyyatda olması ilə bağlı arayış təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması” Qaydası Məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılmas ı şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiyaların qərarı və nəzarəti ilə həyata keçirilir.

37. Etiraz əsaslandırılarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması” Qaydasına, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.4-cü, Mülki Prosessual Məcəllənin 13.4, 14.2, 77.1-ci maddələrinə istinad edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi

38. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

39. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçm iş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması” Qaydası

40. Məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiyaların qərarı və nəzarəti ilə həyata keçirilir. Mülki Prosessual Məcəllə

41. Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

42. Maddə 14.2. Mə hkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətn amə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəb ul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası m əhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin i ş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

56. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kolle giyasının 2(103)-3258/2023 nömrəli, 23 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar