Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3279/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı işi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi ) 17.10.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (X20 və X31 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3747/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazı lı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən sahəsi 300 kv.m olan torpaq sahəsi üçüncü şəxs X11 faktiki sahibliyindədir. Qurbanova Almas digər üçüncü şəxs Cəfərova Təranəyə həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etməsinə və sair səlahiyyətlərə dair «bu etibarnamə digər şəxslərə etibar edilə bilər» qeydi ilə etibarnamə vermişdir.
2. Cəfərova Təranə həmin etibarnamə əsasında eyni səlahiyyətlərlə xx.xx.2021-ci il tarixdə hazırki iş üzrə cavabdeh olan X25 atası X26 etibarnamə vermişdir. X35 xx.xx.2021-ci il tarixdə eyni səlahiyyətlərlə AR-İİ seriyalı, 467264 nömrəli etibarnaməni hazırki iş üzrə iddiaçı olan İddiaçı vermişdir.
3. Qeyd olunan etibarnamələr əsasında Cəfərova Təranə 9000 manat məbləğində pul vəsaitini X21, X38 isə 15000 manat məbləğində pul vəsaitini İddiaçı almışdır.
4. İddiaçı xx.xx.2022-ci il tarixdə polisə hazırki mübahisə ilə əlaqədar şikayətlə müraciət etmişdir. Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi X27 tərəfindən xx.xx.2022-ci il tarixli cinayəti işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15.000 manat pulun və 135 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, dul qadındır bir qızı var, onlarla birlikdə yaşayır. Nəvələri də onlar kimi əziyyət çəkməsin deyə, onların gələcəkdə rah at təhsil almaları üçün Bakı kəndlərinin birindən ev almaq istəyirdi. Bu minvalla eşitmişdir ki, Bakı şəhəri, Ramana Südçülük sovxozu ərazisində 3 sot həyətyanı sahəsi və 3 otaqlı mənzili olan fərdi yaşayış evi satılır. Beləliklə, o, sözügedən fərdi yaşayış evini satan Cavabdeh ilə tanış olmuş və xx.xx.2021-ci il tarixdə həmin mənzili 15.000 manat nağdı pul ödəməklə etibarnamə əsasında almışdır. Bundan sonra sözügedən mənzilə ev əşyalarını yığıb, qapını açarla bağladıqdan sonra Saatlı rayonuna qayıtmışdır. Lakin 2022-ci ilin iyun ayında həmin mənzilə baş çəkmək istəmiş, amma darvazanın sökülərək ləğv edildiyini, iki həyətin arasında olan daş çəpərdən qapı açıldığını görmüşdür. O, həyətə daxil olduqdan bir qədər sonra həyətdə olan digər mənzildən özünü X9 təqdim edən şəxs onun həyətində nə gəzdiyini soruşmuşdur. O da həyətdə olan digər 3 otaqlı mənzili 15000 manata aldığını, öz evinə gəldiyini bildirmişdir. Almas Qurbanova həyət və evlərin ona məxsus olduğunu, heç kimə heç nə satmadığını, pulu ödədiyi adamdan geri istəməyini bildirmişdir. Bundan sonra o, aldandığını anlamış və Cavabdehla görüşüb, iradlarını ona bildirmişdir. Məcbur qalıb Sabunçu Rayon Polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Sabunçu Rayon Polis İdarəsində izahatı alınan Əhmədov X36 rayonu, Ramana Südçülük sovxozu ərazisində 3 sot torpaqda yerləşən 3 otaqlı fərdi evi etibarnamə əsasında ona 15.000 manat müqabilində satdığını etiraf etmişdir. Lakin hər dəfə, o, pulunu tələb etdikdə, o müxtəlif bəhanələrlə pulu ödəməkdən imtina etmiş, Təranə Cavadovaya ödədiyi pulu alandan sonra onun pulunu qayt aracağını bildirmişdir.
7. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 iddiaya etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsini qeyd etməkdə haqlı olmamışdır. Belə ki, cavabdeh iddiaçının qarşısında hər hansı bir borc öhdəlikləri götürməmiş və onların arasında hər hans bir formada borc müqaviləsi bağlanmamışdır. Öhdəlik anlayışını əhatə edən normadan belə qənaətə gəlmək olur ki, tərəflərdən biri (iddiaçı) digər tərəfə pul verir, digər tərəf isə (cavabdeh) iddiaçıya əmlak verir. Cavabdeh tərəfindən fərdi yaşayış evi iddiaçıya təhvil verilmişdir. Hətta iddiaçı ev əşyalarını həmin evə yığmışdır. Başqa sözlə, cavabdeh üzərinə düşən öhdəliyi icra etmişdir - satdığı əşyanı alıcıya, yəni iddiaçıya təhvil vermişdir. Üçüncü şəxsin qəsdi nəticəsində, yəni X11 qanunsuz hərəkətləri nəticəsində aldığı əşya iddiaçının əlindən çıxmışdır. Belə olan halda, bu deliktə görə cavabdeh məsuliyyət daşıya bilməz. "Elektron notariat" avtomatlaşdırılmış informasiya sistemindən edilmiş çıxarışdan da görünür ki, X6 qəsəbəsində yerləşən özünə məxsus 1000 kv.metr torpaq sahəsindən 300 kv.metrini istifadə, həmin sahədə tikinti işləri aparılması və sair hüquqları X22 ötürmüş, sonuncu həmin hüquqları X26, bu sonuncu şəxs isə həmin hüquqları xx.xx.2021ci il tarixdə 39 saylı notariat ofisində təsdiq olunmuş müvafiq etibarnamə əsasında hazırki İddiaçı ötürmüşdür. Başqa sözlə, X20 faktiki istifadəsindən olan 1000 kv.metr torpaq sahəsindən 300 kv.metrini əvvəlcə X4, daha sonra bu sonuncu şəxs həmin 300 kv.metr torpaq sahəsini X8 v ə sonda cavabdeh tərəfindən X17 alınmış torpaq sahəsini və üzərində inşa edilmiş fərdi yaşayış evində təmir işləri apararaq yaxşılaşdırılmış vəziyyətdə hazırki İddiaçı satmışdır. Torpaq sahəsinə və fərdi yaşayış evinə dair hüquq müəyyənedici sənədlərin olmaması səbəbindən bu əməliyyatlar etibarnamə vermək yolu ilə həyata keçirilmişdir. Lakin xeyli müddət (ən azı 7-8 ay) evi boş görən X20 yaranmış vəziyyətdən öz xeyrinə istifadə edərək həmin torpaq sahəsini və fərdi yaşayış evini zəbt etmiş, küçəyə çıxan darvazanı ləğv etmiş, öz həyəti ilə mübahisəli torpaq sahəsinin arasında olan daş hasardan (çəpərdən) əlavə qapı açmışdır. Bu hallar isə ona dəlalət edir ki, mübahisəli torpaq sahəsi X12 məxsus torpaq sahəsindən təcrid olunaraq (daş hasarla) onun tərəfindən başqa şəxşə satılmışdır.
8. Məhkə mə tərəfindən X20 və X31 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (Hakim: X32) 2(008)-5686/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh həmin torpağa dair hər hansı hüquqmüəyyənedici sənədi olmadan etibarnamə əsasında satmaq adı ilə iddiaçıdan 15.000 manat pulu almış, torpağın faktiki sahibi iddiaçı ilə heç bir hüquq münasibətləri olmadığı üçün onu həmin torpaq sahəsinə buraxmamış və bunun nəticəsində iddiaçı 15.000 manat məbləğində ziyana düşmüş, cavabdeh isə həmin məbləğdə əsassız varlanmışdır. 11.Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1091, 1092-ci; Mülki Pros essual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5686/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin torpaq sahəsi və mənzil üzərindəki hüquqları X23 etibarnamə əsasında X22, ikinci şəxs isə yenidən etibarnamə ilə ona vermişdir. X2 Təranə İsa qızına verdiyi etibarnaməni ləğv etməsi barədə onlara hər hansı bir məlumat verilməmişdir. Həmçinin həmin etibarnamə əvvəldən ləğv olunsa da onun əsasında digər etibarnamələr verilə bilməzdi. Qətnamə bu əsassız varlanmağa əsasla nıb iddianı təmin etmişdir. Lakin onun hansı əməli əsassız varlanmaya səbəb ola bilər ki?! Pul verib ev, torpaq alıb. Təmir işləri görüb. Daha sonra həmin torpağı ev ilə barəbər satmışdır. Ev və torpağı digər şəxs qanunsuz olaraq zəbt etmişdir. Ondan isə pul tutulur?! İşə baxan zaman prosessual hüquq norması pozulmuşdur. Əsassız varlanmağa dair heç bir mötəbər dəlil təqdim olunmamışdır. Həmin torpaq sahəsini digər şəxsdən almışdı, onun polisdə də bu barədə izahatı var, lakin məhkəmə onu dindirmədən yekun qərara gəlmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) (hakimlər X18 (sədrlik edən və məruzəçi), X33 və X28) 2(103)-3747/2024nömrəli mülki iş üzrə 13 iyun 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apelly asiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2(008)-5686/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında daşınmaz əmlakın satılmasını özündə ehtiva edən hər hansı etibarlı müqavilə bağlanmamış, cavabdeh özünə məxsus olması müəyyən edilməyən Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən sahəsi 300 kv.m olan torpaq sahəsini müvafiq məbləğ müqabilində xx.xx.2021-ci il tarixli, AR-İİ seriyalı, 467264 nömrəli etibarnamə əsasında iddiaçının sahibliyinə verməyi, iddiaçı isə müqabilində 15.000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının mübahisəli torpaq sahəsinin sa hibliyinə verilməsi üçün 15.000 manat məbləğində pul ödədiyi, müqabilində isə torpaq sahəsinin verilmədiyi işin mübahisələndirilməyən hallarındandır. Mübahisəli torpaq sahəsinə cavabdehin hər hansı aidiyyəti müəyyən edilməmiş, o, bu əmlakın nə əvvəlki, nə də indiki sahibi deyildir.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, daşınmaz əmlakla bağlı müəyyən hərəkətlərin həyata keçirilməsinə dair verilmiş etibarnamə alqı-satqı müqaviləsinin baş tutmasının sübutu kimi qəbul edilməsi yolverilməzdir. Çünki etibarnamənin təyinatı fərqlidir və əmlakın adına özgəninkiləşdirilməsinə dair hər hansı öhdəliyin nə cavabdeh, nə də torpağın qanuni sahibi tərəfindən üzərinə götürülməsi həmin etibarnamədə göstərildiyi müəyyən edilməmişdir. Bununla da mübahisənin cavabdehin apellyasiya şikayətin də göstərdiyi kimi Mülki Məcəllənin alqı-satqı müqaviləsinə aid müddəaları əsasında həll edilməsi istisna edilir.
17. Belə olan halda məhkəmə kollegiyası Mülki Məcəllənin 1091 və 1092.1-ci maddələrinə istinadən mübahisəli torpaq sahəsi üçün 15.000 manat məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə əlaqədar birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi hazırkı işdə qeyd olunan maddələrin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur.
18. Yuxarıda göstərilən normaların mənasına görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya ha qq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
19. Beləliklə cavabdeh qaytarılmamış məbləğ həddində iddiaçının hesabına əsassız olaraq varlanmışdır. İddiaçı da həmin əmlakdan məhrum olan şəxs olaraq əsassız varlanmaya əsasən “varlanmış” borclunun hüquqi əsas olmadan artmış əmlakın əvvəlki vəziyyətə qaytarılmasını tələb etmək hüququna malikdir. Belə ki, cavabdeh məhrum olan kreditorun hesabına heç bir hüquqi əsas olmadan varlanmış şəxsdir.
20. Beləliklə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olun muşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Bunlardan başqa, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas olmadığı qənaətinə gəlmişdir.
22. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllə sinin 386.1, 1091.1, 1091.2, 1092.1, 1092.1.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14.1, 14.2, 88, 217.1, 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (nümayəndə və Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-3747/2024 saylı qətnaməsinin ləğv olunmasını, iddia tələbinin rədd edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə X23 həmin evi quda olmaq niyəti ilə verdiyini desə də, digər şəxs pul ilə almağını qeyd edir. Eyni zamanda həmin evə və torpaq sahəsinə 3 şəxs ardıcıllıqla pul verərək, almış, faktiki olaraq sahiblik etmişdir. 2
5. Həmin torpaq sahəsi və mənzil üzərindəki hüquqları X23 etibarnamə əsasında X22, ikinci şəxs isə yenidən etibarnamə ilə ona vermişdir. X2 Təranə İsa qızına verdiyi etibarnaməni ləğv etməsi barədə onlara hər hansı bir məlumat verilməmişdir. Həmçinin həmin etibarnamə əvvəldən ləğv olunsa da onun əsasında digər etibarnamələr verilə bilməzdi. Qətnamə bu əsassız varlanmağa əsaslanıb iddianı təmin etmişdir. Lakin hansı əməli əsassız varlanmaya səbəb ola bilər ki? Pul verib ev, torpaq almışdır. Təmir işləri görmüşdür. Daha sonra həmin torpağı ev ilə barəbər satmışdır. Ev və torpağı digər şəxs qanunsuz olaraq zəbt etmişdir. Ondan isə pul tutulur?
26. İş üzrə təyin olunmuş məhkəmə iclasından əvvəl “Electron Məhkəmə Portalı” vasitəsi ilə ərizələr, vəsatətlər və iş üzrə əhəmiyyət kəsb edən sənəd t əqdim olunmuşdur. Lakin işə baxan məhkəmə həmin sənədləri prosessdən əvvəl və proses zamanı qəbul etməmiş, ümumiyyətlə əhəmiyyət verilməmişdir. Electron sistem vasitəsi ilə gələn smsdən məlum olmuşdur ki, göndərilmiş ərizə, vəsatət və sübutu sistem vasitəsi ilə proses bitdikdən 4-5 saat sonra qəbul etmişlər. Bununla da işə baxan hakim kobud qanun pozuntusuna yol verməklə, bir baxış iclasında bu qədər aydınlaşdırılmalı işi aydınlaşdırmadan yekun qərar çıxarmışdır.
27. Cavabdehin atası X35 özü də pul verib həmin evi almış, əlavə də pul xərcləyib təmir işləri görmüşdur. Burda hansı əsassız varlanmadan söhbət gedə bilər axı? X3 özü dəfələrlə həmin torpaq sahəsinin satılmasını bildiyini etiraf edir. X31 da həmin torpaq sahəsi üçun X22 pul ödədiyini və həmin torpağı X1 etiraf edir. Ayrıca bu idd ia niyə Cavabdeh qarşı qaldırılmışdır? Həmin evi X10 almış və X5. Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəsinin qətnaməsində apellyasiya şikayəti vermişdir. Eyni zamanda məhkəmənin təyin olunmuş iclasına ərizə və vəsatətlər göndərılmışdir. Lakin nə apellyasiya şikayəti nə də vəsatətləri araşdırılmadan iş üzrə qərar qəbul edilmişdir.
28. Apellyasiya məhkəməsi ilk öncə birinci instansiya məhkəməsunin istinaq etdiyi qanun normasının düzgün olmadığını aydınlaşdırmadan iş üzrə yekun qərar çıxarmışdır. Eyni zamanda iş üzrə cavabdeh şəxs kimi Cavabdeh qoyulması da şəxsin hüquqlarının pozulmasına, işə əsl olmayan cavabdeh qoyulmaqla baxılmasına səbəb olmuşdur.
29. Əslində hər şey sübut olunsa belə, məhkəmə eyni mövqeydən yanaşmışdır. Kim kimin evinə əsassız dəfələrlə girib çıxa bilər ki? Hansı ki o evi atam almış, daha sonra hazırda iddiaçıya satmışdır. Bunu da bütün proseslərdə iddiaçı özü etiraf edir.Başqa nə olsun ki? Əlavə olaraq X35 həmin evi X13 alarkən öz xətti ilə 9.000 manat satdığını qeyd etmiş, şahidlərdə imza ilə təsdiq etmişdir. Həmin şahidlərin iştirakı iş üşün olduqca əhəmiyyət kəsb etdiyini üçün, onların dindirilmələrini xahiş olunsa da, buna əhəmiyyət verilməmişdir.
30. Hazırkı mülki iş üzrə tərəflərin izahatlarından, işin materiallarından çox aydın məlum olur ki, əsassız varlanmadan söhbət gedə bilməz. X35 yaşı ilə əlaqər oğlunun iştirakı ilə pul verib almış, daha sonra satmışdır. Bu halı bütün iş materialları, əks tərəflər belə təsdiq edir.
31. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-5686/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qətnaməsinin özündə də zidd iyyətlər var. Qətnamənin giriş hissəsində İddiaçı ifadəsi qeyd olunub. Həmin hissədə Vəzifə xanım, qeyd edir ki, xx.xx.2021-ci il tarixində evi məndən etibarnamə əsasında almış və mənzilə ev əşyalarını yığıb, qapını açarla bağlayıb Saatlı rayonuna getmişdir. Daha sonra qətnamənin nəticə hissəsində qeyd edilir ki, “X38 həmin torpağa dair hər hansı hüquqmüəyyənedici sənəd olmadan etibarnamə əsasında satmaq adı ilə iddiaçıdan pul almışdır. Lakin həqiqətən də həmin torpaq sahəsi və mənzili etibarnamə ilə Vəzifə xanıma satmışdır. Çünki artıq üzun dövrdür ki, bu tip hüquqmüəyyənedici sənədi (çıxarışı) olmadan alqı-satqı predmenti olan daşınmaz əmlakın alqı-satqısı məhz bu tip etibarnamələrlə həyata keçirilir və də bu artıq işgüzar adət halını almışdır. Bu da həmin həyətyanı sahənin və 3 otaql ı mənzilin onun mülkiyyəti olduğunu deməyə əsas verir. X7 da həmin torpaq sahəsi və mənzili etibarnamə əsasında ona satdığını etiraf edir. O da Ramana Südçülük sovxozu ərazisisndə yerləşən 3 sot həyətyanı sahəni və 3 otaqlı mənzili İddiaçı satmışdır. Hal hazırda da mülkiyyətçi həmin şəxsdir. Odur ki, X23 qanunsuz olaraq İddiaçı mülkiyyətini ələ keçirmişdir. Hazırkı iddia üzrə cavabdeh olan şəxs o deyiləm. İddiaçı tamamilə səhv yöndə iddia qaldırılmışdır. Ona məhkəmə vaxtı hakim bir neçə dəfə pulu yox, torpaq sahəsini tələb etməyi təklif etmiş, lakin o bundan imtina etmişdir. Deməli işə ilk baxmış məhkəmə iddianın düzgün qaldırılmağını bilmişdir. Lakin buna baxmayaq iddianı təmin etmişdir. Hazırkı problemin həlli üçün İddiaçı X14 qarşı torpaq sahəsinin qaytarılması barədə məhkəmədə iddia qa ldıraraq mülkiyyətini geri tələb edə bilər. Çünki ona torpaq sahəsinə və evinə daxil olmağa maneçilik yaradan və evi, torpaq sahəsini zəbt edən məhz X15r. Əvvəl torpaq sahəsini içərisindəki evi ilə etibarnamə əsasında barəbər satmış, daha sonra həmin etibarnamələri ləğv edərək, əsassız varlanmışdır. Hətta onda olan məlumata əsasən X23 həmin evi yenidən satışa çıxaracaq.
32. İş üzrə X23 həmin evi quda olmaq niyəti ilə verdiyini desə də, digər şəxs pul ilə almağını qeyd edir. Eyni zamanda həmin evə və torpaq sahəsinə 3 şəxs ardıcıllıqla pul verərək, almış, faktiki olaraq sahiblik etmişdir. Məsələnin bu qədər başa düşülən olmasına baxmayaraq məhkəmə işə tamam başqa mövqedən yanaşmış, iddia ilə bağlılğı olmayan qanun normasını tətbiq etmişdir, iş üzrə qoyulmuş cavabdehin əsl cavabdeh olmamasın ı aydınlaşdırmamış, iş üzrə verilmiş ərizə, vəsatət və sübutlara əhəmiyyət verilməmişdir.
33. Cavabdeh şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.5, 157.8, 166.3, 366.1, 1091.1, 1091.2, 1092.1-ci maddələri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.2, 418.3, 418.4.5, 418.4.6-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
35. Cavabdeh vəsatətlə müraciət edərək verilmiş kassasiya şikayətinə yazılı icraatda yox, tərəflərin iştirakı təmin edilməklə məhkəmə iclasında baxılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
37. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
38. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 39. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əld ə edilənlərdən götürülən faydaya;... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallar ının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 414.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına, yaxud Kommersiya kollegiyasına işlə birlikdə daxil olmuş qətnamələrdən verilmiş kassasiya şikayətinə onun daxil olduğu gündən 3 ay müddətində, bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda qərardaddan verilmiş kassasiya şikayətinə isə 1 ay müddətində yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə işdə iştirak edən şəxslərə məlumat verilir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 49. 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya d üzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahi sələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
53. Cavabdeh vəsatətlə müraciət edərək verilmiş kassasiya şikayətinə yazılı icraatda yox, tərəflərin iştirakı təmin edilməklə məhkəmə iclasında baxılmasını xahiş etsə də məhkəmə kollegiyası işə məhkəmə iclasında baxılması üçün əsaslar müəyyən etməmiş, ona görə də işə yazılı icraat qaydasında baxmışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəm əsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Məhkəmə kollegiyası kassasiya şikayətinin iş üzrə qoyulmuş cavabdehin əsl cavabdeh olmamasını aydınlaşdırılmadığı dəlili ilə əlaqədar qeyd edir ki, məhkəmələr tərəfindən, o cümlədən apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının mübahisəli torpaq sahəsinin sahibliyinə verilməsi üçün 15.000 manat məbləğində pulu Cavabdeh ödədiyi, müqabilində isə torpaq sahəsinin verilmədiyi işin mübahisələndirilməyən halı kimi müəyyən edilmişdir.Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinə cavabdehin hər hansı aidiyyəti müəyyən edilməmiş, o, bu əmlakın nə əvvəlki, nə də indiki sahibi deyildir.
56. Digər tərəfdən kassasiya şikayətində də hansı əməlinin əsassız varlanmaya səbəb ol a biləcəyi, pul verib ev, torpaq aldığı, təmir işləri gördüyü, daha sonra həmin torpağı ev ilə barəbər satdığı, həqiqətən də həmin torpaq sahəsi və mənzili etibarnamə ilə Vəzifə xanıma satdığı göstərilmişdir.
57. Məhkəmə kollegiyası kassasiya şikayətinin iş üzrə təyin olunmuş məhkəmə iclasından əvvəl “Electron Məhkəmə Portalı” vasitəsi ilə ərizələr, vəsatətlər və iş üzrə əhəmiyyət kəsb edən sənəd təqdim olunduğu, lakin işə baxan məhkəmənin həmin sənədləri prosessdən əvvəl və proses zamanı qəbul etmədiyi, ümumiyyətlə əhəmiyyət verilmədiyi, şahidlərin iştirakı iş üşün olduqca əhəmiyyət kəsb etdiyi üçün, onların dindirilmələri xahiş olunsa da, buna əhəmiyyət verilmədiyi barədə dəlilləri ilə əlaqədar bildirir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsa təşkil etmir.Belə ki, apellyasiya instansiyası məhkəməsinin 13 iyun 2024-cü il tarixli məhkəmə iclas protokolu ilə təsdiq edilir ki, cavabdeh tərəfin məhkəmə iclasının təxirə salınması haqqında vəsatəti müzakirə olunaraq məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi qərara alınmışdır. Şahidlərin dindirilməsi barədə dəlilə gəldikdə isə cavabdeh tərəfin X16 şahid qismində dindirilməsi barədə vəsatətində yaşadığı yer göstərilməmiş, “Vüqar” adlı şəxsin şahid kimi dindirilməsi haqqında vəsatətdə isə onun soyadı, atasının adı və yaşadığı yer göstərilməmişdir. Halbuki Azərbaycan Respublikasının MPM-in 104.6-cı maddəsinə əsasən şahidin çağırılması barədə vəsatət qaldıran şəxs şahidin soyadını, adını, atasının adını və yaşadığı yeri göstərməyə borcludur. Digər tərəfdən iş materialları i lə cavabdeh tərəfin şahidlərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırması təsdiq edilmir. Azərbaycan Respublikasının MPM-in 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
58. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət veril məklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
60. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyun 2024-cü il tarixli 2(103)3747/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.