Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-328/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddaçı İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölünməsi, açıq hərracda satılması və əldə edilmiş vəsaitin bölünməsi” tələbinə dairmülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdehtərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında ba xaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim X.Məhərrəmova) İddiaçı iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh ümumi paylı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsi, 2 saylı evin 34 nömrəli mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan pulun mülkiyyətçilərin paylarına mütənasib, yəni ½ hissəsi İddiaçı, digər ½ hissəsi isə Cavabdeh verilməsi, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri qismində 50 manat məbləğində pul vəsaitinin Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən X.Mərdanova, hakimlər E.Hə sənov və F.Babayev) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi bar ədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddaçı İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölünməsi, açıq hərracda satılması və əldə edilmiş vəsaitin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsi, 2 saylı evin 34 saylı mənzilinin naturada bölünməsi, daşınmaz əmlakı naturada bölmək mümkün olmasa onun açıq hərraca çıxarılaraq satılması və əldə edilmiş vəsaitin bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasi ya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər xx xxxx 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar və birgə nikahda olduqları zaman xx xxxxxx 2015-ci il tarixdə dəyərini tam ödəməklə “xxxx” MTK-dan mübahisəli mənzili almışlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı, X3 və “xxxx” MTK-ya qarşı müqavilənin etibarsız sayılması, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddiası qismən təmin edilərək, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsi, 2 saylı evin 34 saylı mənzilinə dair “xxxx” MTK ilə X3 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli kooperativ mənzi l tikintisi haqqında müqavilə etibarsız sayılmış, Cavabdeh ilə İddiaçı birgə nikah dövründə əldə etdikləri “xxxx” MTK-nın inşa etdiyi mənzilin İddiaçı adına sənədləşdirilmiş 34 saylı mənzilə olan pay haqqının ikidə bir hissəsinə Cavabdeh, ikidə bir hissəsinə İddiaçı pay hüquqları müəyyən olunmaqla iddia tələbi qalan hissədə təmin olunmamışdır. Həmin qətnamə ilə üçüncü şəxs X2 Ayşən və İddiaçılara qarşı evdən çıxarma tələbinə dair iddiası təmin edilməmişdir. Qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi iddiaçıya və 3-cü şəxsə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış və xx.xx.2018-ci il tarix də Cavabdeh tərəfindən qəbul edilmiş təklifdən görünür ki, İddiaçı birgə nikah dövründə əldə edilmiş, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsi, 2 saylı evin 34 saylı mənzilinə dair 1/2 hissədə müəyyən edilmiş iddiaçının payı əvəzinə, cavabdeh tərəfindən ona 35000 manat ödənilməklə Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsi, 2 saylı evin 34 saylı mənzildə olan payını almağı cavabdehə təklif etmişdir. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsi, 2 saylı evin 1 otaqlı ümumi sahəsi 56,4 kv.m. olan 34 saylı mənzilinin paylara uyğun 1/2 hissədə naturada ayrılıb bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01,89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun qaydada bölünməsi mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunan normanın tələbləri baxımından birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsi, 2 saylı evin 34 saylı mənzilə olan pay haqqının ikidə bir hissəsinə Cavabdeh, ikidə bir hissəsinə İddiaçı pay hüquqları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edildiyindən, həmin hallar məhkəmə kollegiyası tərəfindən yenidən araşdırılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin məcəllənin 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydası ilə bağlı münasibətlə ri tənzimləyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyəti n digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin məcəllənin 220.6-cı maddəsinə əsasən, bu məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı təkliflə Cavabdeh müraciət edərək, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsi, 2 saylı evin 34 saylı mənzilinə dair 1/2 hissədə müəyyən edilmiş iddiaçının payı əvəzinə, cavabdeh tərəfindən ona 35000 manat ödənilməklə Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsi, 2 saylı evin 34 saylı mənzildə olan payını almağı cavabdehə təklif etmiş, lakin cavabdeh bununla bağlı münasibət bildirməmişdir. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsi, 2 saylı evin 1 otaqlı ümumi sahəsi 56,4 kv.m. olan 34 saylı mənzilinin paylara uyğun 1/2 hissədə naturada ayrılıb bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01,89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun qaydada bölünməsinin mümkün olmaması müəyyən olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, paylı mülkiyyətdə olan mübahisəli mənzilin real bölgüsü mümkün olmadığından, iddiaçı p aylı mülkiyyətində olan həmin mənzildən istifadə edə bilmədiyindən, iddiaçı tərəfin kompensasiya ödənilməsi ilə bağlı təklifinə cavabdeh tərəf cavab vermədiyindən, İddiaçı ilə Cavabdeh ümumi paylı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsi, 2 saylı evin 34 nömrəli mənzili açıq hərracdan satılmalı, satışdan əldə edilən pul cavabdehlə iddiaçı arasında paylarına mütənasib surətdə bölünməlidir. Məhkəmə kollegiyası mübahisəli mənzilin hərracda satılarkən ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-qiymətləndirmə ekspertizasının keçirilməsi təyin edilməsinə baxmayaraq, cavabdeh tərəf evə ekspertlər tərəfindən baxış keçirməsini şərait yaratmadığından, ekspertlərin rəy verməsi mümkün olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin ilkin satış qiyməti hərracda satılarkən müəyyən edilməlidir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehkassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxx 2019-cu il tarixli qətnaməs i dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-328/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-328/2020
28.01.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver