Məhkəmə qərarları › İş №2(102)-3281/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3281/2023

07.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3281/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul tələbinə” dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3150/2023 nömrəli, 16 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh il ə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 278 nömrəli müqaviləyə əsasən “Əmlak mülkiyyətçisi” Nərimanov rayonunda yerləşən yaşayış sahəsini sökülmək üçün təhvil verməyi, müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən T.Şıxəliyev və Qarabağ küçələrinin kəsişməsində yeni inşa edilən çoxmənzilli hündürmərtəbəli yaşayış evinin 5-ci blok 3-cü mərtəbəsində onun üçün nəzərdə tutulmuş 50 kv.m təmirsiz mənzili qəbul etməyi öhdəsinə götürür.

2. Tərəflər arasında eyni tarixdə bağlanmış 279 nömrəli müqaviləyə görə isə “Əmlak mülkiyyətçisi” Nərimanov rayonunda yerləşən yaşayış sahəsini sökülmək üçün təhvil verməyi, müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən T.Şıxəliyev və Qarabağ küçələrinin kəsişməsində yeni inşa edilən çoxm ənzilli hündürmərtəbəli yaşayış evinin 5-ci blok 3-cü mərtəbəsində onun üçün nəzərdə tutulmuş 81,8 kv.m təmirsiz mənzili qəbul etməyi öhdəsinə götürür.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 43.60 kv. metr olan, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 57,59, mənzil 1 (yeni qaydalarla- Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 59, M3, m1) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 73.50 kv.metr olan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 57,59, mənzil 2 (yeni qaydalarla- Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 59, M3, m2) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh MTK-ya qarşı “pul tələbinə dair” iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 18 may 2018-ci il tarixli 278 saylı müqaviləyə əsasən cavabdehdən alınan Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 59, M3, 1 saylı mənzilin kəsir verilmiş 4.6 kv.m hissəsinin və 18 may 2018-ci il tarixli 279 saylı müqaviləyə əsasən Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 59, M3, 2 saylı mənzilin kəsir verilmiş 6.4 kv.m hissəsinin, cəmi 11 kv.m sahənin hər kvadratına görə 1500 manat olmaqla, cəmi 16500 manat (11 kv.m X 1500 AZN = 16500 manat) pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, MTK tərəfindən inşa edilən bina təhvil verdikdən sonra Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 59, M3, 2 saylı mənzil xx.xx.2021-ci il tarixində daşınmaz əmlakın dövlət qeydiyyatından keçirilməklə çıxarış ilə təmin olunmuş, işin faktiki hallarına əsasən ona 81.80 kv.m mənzil təhvil verilməli olsa da, çıxarışa əsasən mənzilin ümumi sahəsinin 73.50 kv.m olması müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 59, M3, 1 saylı mənzil xx.xx.2021-ci il tarixində daşınmaz əmlakın dövlət qeydiyyatından keçirilməklə çıxarış ilə təmin olunmuş, ona 50 kv.m mənzil təhvil verilməli olsa da, çıxarışa əsasən mənzilin ümumi sahəsinin 43.60 kv.m olması müəyyən edilmişdir. Göstərilən iddia tələbi ilə bağlı Cavabdeh MTK-yə pretenziya məktubu göndərilmişdir, lakin iş üzrə cavabdeh pretenziya məktubuna münasibət bildirməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2022-ci il tarixli 10/6074 saylı ekspertiza rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 59 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş hündiirmərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 1 saylı mənzilin faktiki sahəsinin (azaltma əmsalları nəzərə a lınmadan) 45.4 kv.m, 2 saylı mənzilin isə faktiki sahəsinin (azaltma əmsalları nəzərə alınmadan) 75.4 kv.m təşkil etdiyi müəyyən edilmişdir. MTK ilə 18 may 2018-ci il tarixli 278 saylı müqavilə əsasən Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 59, M3, 1 saylı mənzilin sahəsi 50 kv.m, 18 may 2018-ci il tarixli 279 saylı müqaviləyə əsasən Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 59, M3, 2 saylı mənzilin sahəsi 81.8 kv.m müəyyən edilmişdir. Belə ki, Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 59, M3, 1 saylı mənzilin sahəsi 50 kv.m olmalı olduğu halda 45.4 kv.m, Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 59, M3, 2 saylı mənzilin sahəsi 81.8 kv.m olmalı olduğu halda 75.4 kv.m müəyyən edilmişdir. Beləliklə, Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 59, M3, 1 saylı mənzil üzrə sahələ r arasındakı fərq 4.6 kv.m, Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 59, M3, 2 saylı mənzil üzrə sahələr arasındakı fərq 6.4 kv.m müəyyən olunur. 7.Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək, tərəflər arasında bağlanmış müqavilələr podrad müqaviləsi olması nəzərə alınmalıdır, Mülki Məcəllənin 773-cü maddəsinin tələbinə görə isə əgər sifarşçi məmulatı qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Həmin Məcəllənin 776.1-ci maddəsinin tələbəinə görə isə sifarşçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində irəli sürə bilər. İddiaçı isə mənzilləri 2020-ci ilin əvvəllərində təhvil alsa da və həmin mənzillərə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərd ə çıxarış əldə etsə də, hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci ildə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. Bu isə iddianın rədd olunması üçün əsasdır.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Solmaz Ədilova) e-2(005)3112/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2022-ci il tarixli, 10/6074 saylı rəyinə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin tələbləri nəzərə alınmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 59 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 1 saylı mənzilin ümumi sahəsinin (yaşayış və köməkçi sahə ilə birgə) 43,6 kv.metr, 2 saylı mənzilin ümumi sahəsi isə (yaşayış və köməkçi sahə ilə birgə) 73,5 kv.metr təşkil etdiyi müəyyən edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 59 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 1 saylı mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 50,0 kv.metr, 2 saylı mənzilin isə divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 81,8 kv.metr təşkil etdiyi müəyyən edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prosp ekti 59 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 1 saylı mənzilin faktiki sahəsinin (azaltma əmsalları nəzərə alınmadan) 45,4 kv.metr, 2 saylı mənzilin isə faktiki sahəsinin (azaltma əmsalları nəzərə alınmadan) 75,4 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Mənzillərin faktiki sahələri ilə çıxarışlarda göstərilən sahələr arasında 1 saylı mənzil üzrə 1,8 kv.metr, 2 saylı mənzil üzrə isə 1,9 kv.metr fərq olduğu, yaranmış fərqin isə mənzillərin faktiki sahələri hesablanarkən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 saylı qərarı ilə təsdiq olunmuş, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8 bəndinin tələbləri, yəni ki lociya tikilisinə tətbiq olunan azaltm a əmsalının nəzərə alınmaması səbəbindən olduğu müəyyən edilmişdir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Solmaz Ədilova) e2(005)-180/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 278 nömrəli və 279 nömrəli müqavilələr üzrə cavabdeh təşkilat tərəfindən iddiaçının mübahisələndirdiyi öhdəlik pozulmayıb, bu səbəbdən də iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, müqavilələrin müvafiq olaraq 1.1.1 və 1.1.2ci bəndinə əsasən cavabdehin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzillərin ümumi sahəsi 50 kv.metr və 81,8 kv.metr göstərilmişdir. Göründüyü kimi, qeyd edilən müqavilə üzrə müvafiq mənzilin sahəsi məhkəmə araşdırm ası zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyi ilə mənzillərin (divar altı sahə, həmçinin yardımçı sahə nəzərə alınmaqla) ümumi sahəsi 50 kv.metr və 81,8 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, mübahisənin kökündə duran mənzilin sahəsi məsələsi tərəflərin bağladıqları müqavilədə aydın və dəqiq şəkildə qeyd olunmuşdur. Yəni, cavabdehin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzillərin ümumi sahəsi 50,0 kv.metr və 81,8 kv.metr göstərildiyi halda, ekspert rəyinə əsasən “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə əsasən 1 saylı mənzil üzrə 43,6 kv.m, 2 saylı mənzil üzrə 73,5 kv.metr təşkil edir. Lakin həmin ekspert rəyi ilə müəyyən edilir ki, divarlarının və arakəsmələrinin, dəhliz və eyvanları n sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 50,0 kv.metr və 81,8 kv.metr təşkil edir.

11. Məhkəmə göstərmişdir ki, yaşayış binalarında mənzillərin ümumi sahəsinin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələrin nəzərə alınmadan hesablanması barədə Şəhərsalma və Tikinti Məcəllsinin 59.3-cü maddəsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normadır. Həmin müddəa, alqı-satqı münasibətinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində satılan əşyanın sahəsini öz razılaşmalarına uyğun şərtləşdirmək sərbəstliyini aradan qaldırmır.

12. Hazırkı işdə tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə icra edilmədiyi, bu səbəbdən də artıq ödənişin olması faktının qeyd edilməsi yolverilməzdir.

13. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, iddia tələbi təmin edilmədiyindən cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə prosessual qənaət prinsipi baxımından hüquqi qiymət verilməsinə lüzum yoxdur.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 385.1, 386.1, 390, 421.1, 421.2, 437.1, 568.1, 577.1, 578.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

15. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi ni xahiş etmişdir.

16. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh mənzil təhvil verərək, mənzil otaqlara bölünmüş vəziyyətdə vermiş və texniki cəhətdən hesablanmış cədvəl təqdim edilmişdir. Həmin texniki cədvəllərə baxılan zaman isə mənzillərin kv.m-nin daha yüksək olması müəyyən edilir.

17. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Sadiqov, - sədrlik edən və məruzəçi, A,İsgəndərov və M.Rüstəmli) 16 may 2023-cü il tarixli, 2(103)-3150/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-180/2023 saylı iş üzrə 17 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilmiş, Cavabdeh MTK-dan 16.500,0 (on altı min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, tərəflər arasında müxtəlif əqdlərin ünsürlərini özündə əks etdirən qarışıq (alğı-satqı və podrat) müqavilələri bağlanmışdır. 19. 278 nömrəli müqavilədə 1 saylı mənzilin ümumi sahəsi 50 kv.m, iddiaçıya verilmiş çıxarışda isə 43,60 kv.m; 279 nömrəli müqavilədə 2 saylı mənzilin ümumi sahəsi 81,8 kv.m, iddiaçıya verilmiş çıxarışda isə 73,50 kv.m göstərilmişdir.

20. Məhkəmə tərəfindən keçirilmiş ekspertiza rəyi ilə 1 saylı mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 50,0 kv.m, 2 saylı mənzilin isə div arlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 81,8 kv.m müəyyən edilmiş, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin tələbləri nəzərə alınmaqla, 1 saylı mənzilin ümumi sahəsinin (yaşayış və köməkçi sahə ilə birgə) 43,6 kv.m, 2 saylı mənzilin ümumi sahəsi isə (yaşayış və köməkçi sahə ilə birgə) 73,5 kv.m təşkil etdiyi müəyyən edilmişdir.

21. Mənzilin faktiki sahəsinin (azaltma əmsalları nəzərə alınmadan) 45,4 kv.m, 2 saylı mənzilin isə faktiki sahəsinin (azaltma əmsalları nəzərə alınmadan) 75,4 kv.m təşkil etdiyi müə yyən edilmişdir. Mənzillərin faktiki sahələri ilə çıxarışlarda göstərilən sahələr arasında 1 saylı mənzil üzrə 1,8 kv.m, 2 saylı mənzil üzrə isə 1,9 kv.m fərq olduğu, yaranmış fərqin isə mənzillərin faktiki sahələri hesablanarkən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 saylı qərarı ilə təsdiq olunmuş, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8 bəndinin tələbləri, yəniki lociya tikilisinə tətbiq olunan azaltma əmsalının nəzərə alınmaması səbəbindən olduğu müəyyən edilmişdir.

22. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə görə yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

23. Qeyd olunmalıdır ki, istinad olunan bu maddələr, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normalardır.

24. Göründüyü kimi ekspert rəyinə əsasən, divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə 1 saylı mənzilin ümumi sahəsi 50,0 kv.m, 2 saylı mənzilin ümumi sahəsi isə 81,8 kv.m təşkil edir.

25. Azaltma əmsalları nəzərə alınm adan 1 saylı mənzilin sahəsi 45,4 kv.m, 2 saylı mənzilin sahəsi isə 75,4 kv.m təşkil edir.

26. Yaşayış sahəsinin alınması ilə bağlı formalaşmış praktika, işgüzar adətlər mövcuddur. Yaşayış sahəsinə ehtiyacı olan şəxsin həmin münasibətlərə girərkən əldə edəcəyi əsas məqsədlərdən biri mənzilin ümumi sahəsinin ölçüsüdür. Müqavilədə ümumi sahənin ölçüsünün göstərilməsi, ilk olaraq alıcının həmin ölçüyə uyğun yaşayış sahəsinə sahib olacağına əminlik verir.

27. Tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yolverilməzdir.

28. Formalaşmış məhkəmə təcrübəsinə görə də anal oji işlərdə mənzilin ümumi sahəsi eyvan (lociya) sahələrinə əmsal tətbiq edilmədən, daxili sahələr isə divaraltı sahələr nəzərə alınmadan hesablanır.

29. Nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil.

30. Cavabdeh tərəf ona istinad edir ki, mənzillərin ümumi sahəsi müvafiq olaraq 50 kv.m və 81.8 kv.m olmuşdur, Müqavilələrdə sahəsi göstərilən mənzillərin neçə otaqdan ibarət olması göstərilmir. Bunun səbəbi ondan ibarətdir ki, həmin mənzillər qonşu mənzillərlə sərhəd divarlarından başqa, arakəsməsiz və daxili divarlar olmadan (openspace) iddiaçıya təhvil verilmişdir. İddiaçı isə sonradan öz mülahizəsinə uyğun olaraq həmin mənzildə çoxsaylı arakəsmələr inşa etmiş və divarların qalınlığın özü müəyyən etmişdir.

31. Kollegiya cavabdehin bu dəlilini əsassız hesab edərək, göstərir ki, müqavilədə otaq sayı göstərilməsə də, arakəsmə olmadan mənzilin təhvil verilməsi də nəzərdə tutulmamışdır.

32. Müqavilədə arakəsmə, həmçinin divaraltı nəzərə almadan göstərilən sahədə mənzillərin verilməsi nəzərdə tutulmamışdır.

33. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslıdır.

34. Müqavilədə 1 saylı mənzilin ümumi sahəsi 50 kv.m olduğu halda ekspert rəyinə əsasən mənzilin ümumi sahəsi (əmsalsız) 45.4 kv.m olduğundan, 2 saylı mənzilin ümumi sahəsi isə 81,8 kv.m olduğu halda ekspert rəyinə əsasən mənzilin ümumi sahəsi (əmsalsız) 75,4 olduğundan aradakı fərqə uyğun olaraq yaranmış məbləğ ona geri qaytarılmalıdır. 35. 1 saylı mənzil üzrə yaranmış fərq 4,6 kv.m, 2 saylı mənzildə isə 6,4 kv.m olmaqla, ikisi birlikdə 11 kv.m təşkil edir.

36. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsində hər kv.m üçün 1500 manat hesablamaqla yaranmış fərqi tələb etmiş, apelyasiya baxışı zamanı sədrlik edənin sualına cavab olaraq cavabdehin nümayəndəsi-vəkili bildirmişdir ki, mənzillərin 1 kv.m-nin təmirsiz vəziyyətdə 1500-1600 manatdan başlamaqla satışı həyata keçirilir. İnternet resurslarından da həmin mənzilləri 1 kv.m-nin 1500 manat başlayaraq satıldığı müəyyən edilmişdir

37. Odur ki, ümumilikdə 11 kv.m üçün yaranmış 16500 (11x1500) manat fərq məbləği cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmalıdır.

38. Koll egiya həmçinin hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumları iddiaçının özünə, 50 manat ekspertiza xərci isə cavabdehə aid edilməlidir.

39. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsində iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmiş, Mülki Məcəllənin 773 və 776.1-ci maddəsinə istinad edərək, iddia müddətinin ötürüldüyünü bildirmişdir.

40. MM-nin 776.1-ci maddəsinə görə, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Göründüyü kimi, “binaya aid tələb”ə beş illik iddia müddəti nəzərdə tutulmuşdur ki, hazırki işdə də həmin müddət keçməmişdir, belə ki, cavabdehin nümayəndəsinin bildirməsinə görə, iddiaçıya mənzillər 2020-ci ilin əvvəllərində təhvil verilmişdir.

41. Kollegiya xüsusi ol araq qeyd edir ki, podratın digər növlərindən fərqli olaraq, bina, tikili və qurğuların inşası, rekontsruksiyası və təmiri işlərinin keyfiyyətsiz görülməsi üzrə iddialara 5 illik iddia müddəti tətbiq olunur. Başqa sözlə, 5 illik iddia müddəti o vaxt tətbiq olunur ki, podratın obyektini bina, tikili və qurğuların inşası, rekonstruksiyası və ya təmiri təşkil edir. Qısaldılmış 1 illik iddia müddəti isə yalnız podrat müqaviləsi üzrə görülən işlər bina və qurğularla xarici bağlılıq təşkil etdiyi hallarda tətbiq olunur, məsələn, şüşələnmə, rəngsaz işləri və s. oxşar işlər.

42. Hazırki işdə hər iki müqavilə üzrə cavabdeh üzərinə sahəsi 50 və 81,8 kv.m olan iki təmirsiz mənzil tikib iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür, yəni müqavilələrin predmetini tininti işləri təşkil etmişdir. Lakin c avabdeh həmin işi lazımi keyfiyyətdə görməmişdir. Ona görə də iddiaçının tələbinə 1 illik iddia müddəti tətbiq oluna bilməz.

43. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 568.1, 577.1, 578.1, 752.1, 752.2, 776.1-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

44. Cavabdeh MTK (vəkili Vəkil2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2023-cü il tarixli, 2(103)-3150/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qərara qəbul edilməsini xahiş etmiş dir.

45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmənin nəzərinə çatdırırıq ki, tərəflər arasında bağlanmış podrat müqavilələri bina tikintisinə dair müqavilə deyildir. Daha aydın desək, sözügedən müqavilələr tikilmiş binada sakinə ayrılacaq mənzillərin müəyyən edilməsinə yönəldilmiş müqavilələrdir. Göründüyü kimi, məhkəmə hazırki maddi hüquq normasınıda düzgün tətbiq etməmiş, tərəfimizdən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəni əsassız olaraq qəbul etməmişdir.

46. Məhkəmə hazırki məsələyə birmənalı olaraq, vətəndaş mövqeyindən yanaşmış, iddiaçı ilə əvəzləşdirmə müqaviləsi bağlanan zaman ona edilmiş güzəştləri, əvvəlki mənzilinin sahəsindən dəfələrlə artıq yeni mənzillərin verilməsini nəzərə almamış, çox absurd mövqe ilə iddiaçının xeyrinə qətnamə qəbul etmişdir. Məhk əmənin mövqeyindən belə absurd nəticəyə gəlmək olar ki, MTK tərəfindən təmirsiz olaraq təhvil verilmiş 1 və 2 otaqlımənzilləri, öz mülahizəsi ilə 3 və daha artıq otaqlara çevirən və ya mənzildə özü üçün qarderob, köməkçi sahə inşa edən iddiaçı, əlavə olaraq inşa etdiyi arakəsmələrin tutduğu sahənin əvəzini təşkil edən məbləği MTK-dan tələb etməkdə haqlıdır. Yəni, iddiaçımənzilləri təmir edərkən, həmin mənzillərdə istədiyi qədər arakəsmə inşa etmə hüququnu özündə saxladığı kimi, sonradan inşa edilmiş arakəsmələrin tutduğu sahə üçün də itirilmiş sahəyə görə məsuliyyəti MTK-nın üzərinə yıxa bilməz. Mövqeyimizdən də tam aydın göründüyü kimi, qeyd edilənlər müqavilə öhdəliklərinin icra edilməməsi və yaxud qüsurlu icra edilməsi mənasına gəlmir və buna görə də cavabdeh üzərinə 16 500 manat məbləğ in ödənilməsi öhdəliyinin qoyulması tamamilə ədalətsiz və absurd mövqedir və hazırki maddi hüquq normasının tələblərinin kobud surətdə pozulmasından başqa bir şey deyildir.

47. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən müqavilə şərtlərini təhrif etmiş, müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmiş cavabdeh üzərinə absurd yanaşma ilə 16500 manat məbləğində öhdəlik qoymuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrdən də göründüyü kimi, Cavabdeh MTK iddiaçıya 50 kv.m və 81.8 kv.m təmirsiz mənzil təhvil verməli idi. Həmçinin, tərəflər arasında bağlanmış müqavilələrdə otaq sayısı göstərilməmişdir, çünki MTK tərəfindən mənzillər sakinlərə təhvil verilərkən, mənzil mülkiyyətçiləri öz istəklərinə uyğun mənzillərini təmir etməsi üçün, arakəsmələr hörülmədən onlara təhvil ver ilir. Mənzil mülkiyyətçiləri isə öz mülahizələrinə uyğun, həmin mənzillərdə arakəsmələr hörür və otaq sayılarını özləri müəyyənləşdirirlər. İş materiallarında olan ekspert rəyindən də göründüyü kimi, Cavabdeh MTK müqavilə üzrə öhdəliklərini tam olaraq yerinə yetirmiş, 50 kv.m və 81.8 kv.m təmirsiz mənzilləri iddiaçıya təhvil vermişdir. Hazırda bina tikintisini həyata keçirən bütün tikinti şirkətlərində olduğu kimi, Cavabdeh MTK təmirsiz mənzilləri satarkən və ya əvəzləşdirərkən arakəsmə materiallarını evin içində saxlayaraq, iddiaçıya arakəsməsiz şəkildə təhvil vermiş və ona təmiri öz istəyinə uyğun həyata keçirməsinə şərait yaratmışdır. Birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə alaraq qanuni və ədalətli qətnamə qəbul etsə də, apellyasiya instansiyasıməhkəməsi hazırki maddi hüquq normasının tələblərini pozaraq, işgüzar adətlərə uyğun gəlməyən və cavabdehin vəziyyətini ağırlaşdıran qətnamə qəbul etmişdir. Nəzərə alınmalıdır ki, qeyd edilən yaşayış kompleksində 450- dən çox mənzil mülkiyyətçisi vardır və hər mülkiyyətçinin belə iddia qaldırması və uğurlu olması nəticəsində şirkət böyük məbləğdə zərərə uğrayacaqdır.

48. Hazırkı işdə məhkəmənin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları- kassasiya şikayətinin 5-cı bölməsində sadalanan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Şikayətin 5-ci bölməsində sadalananlardan da göründüyü kimi, məhkəmə iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş, tərəflər arasında bağlanmış müqavilənin şərtlərini təhrif etmiş, istinad edilən ekspert rəyinə düzgün qiymət verməyərək, cavabdehin hüquqlarını kobud surətdə pozan qətnamə qəbul etmişdir.

49. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1, 442,776.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 88 və 217-ci maddlərinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə

442. Öhdəliy in icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. Maddə 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

30. Maddə 577.1. Alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər.

31. Maddə 578.1. Satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləş dirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.

32. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

33. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

34. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi

35. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.

36. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1 Hər bir tə rəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisə ləndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi işə aid hallara mül ki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

48. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh “Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2023-ci il tarixli 2(103)3150/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar