Məhkəmə qərarları › İş №2(102)-3283/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3283/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İca
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3283/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X1 Xidmətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icarə haqqı tələbi, icarə müqaviləsinin ləğvi, qeyri-yaşayış sahəsindən çıxarılma, iddia tələbinin bir hissəsindən imtina, iş üzrə icraata xitam verilməsinin əsasları ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X1 Xidmətinin Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, ödənilməmiş icarə haqqının tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2660/2024 nömrəli, 3 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 08 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X1 Xidməti (bundan sonra “iddiaçı”) ilə Cavabdeh arasında bağlanmış 23 may 2017-ci il tarixli, 317/1432 nömrəli “Özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən iddiaçı ünvan 1 ü nvanındakı 659 saylı elektrik quraşdırma qatarının yerləşdiyi 7120,4 kv.metr torpaq sahəsini illik 12990 manat, aylıq 1082,5 manata icarəyə vermişdir. Müqavilənin 23 may 2032-ci il tarixədək qüvvədə olması razılaşdırılmışdır.

2. İddiaçı tərəfindən ünvanlanmış 22 may 2023-cü il tarixli bildirişdə cavabdehdən xx.xx.2023-cü il tarixə olan 4786,68 manat icarə haqqı borcunun ödənilməsi tələb olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 7120,4 kv.metr qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair cavabdehlə bağlanmış 23 may 2017-ci il tarixli, 317/1432 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, habelə, icarə haqqı borcu üzrə 5430 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, bağlanmış müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. İcarə müqaviləsi ləğv edilmədiyindən hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə ödənilməli olan 5430 manat məbləğində icarə haqqı borcu mövcuddur.

5. Bununla əlaqədar olaraq iddiaçı tərəfindən cavabdehə “dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi tələbi barədə” xx.xx.2023-cü il tarixli, 3-213/2-6562/2023 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir.

6. İddiaçı tələbinin hüquqi əsası kimi “İcarə haqqında” Qanunun 7 və 13-cü maddələrinə istinad etmişdir.

7. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4805/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında ünvan 2 ünvanında yerləşən 7120,4 kv.metr qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair bağlanmış 23 may 2017-ci il tarixli, 317/1432 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, habelə, icarə haqqı borcu üzrə 5430 manat məbləğində pul vəs aitinin cavabdehdən tutularaq iddiaçının bank hesabına köçürülməsi, dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaitinin cavabdehdən dövlət nəfinə tutulması qət edilmişdir. (hakim Etibar Mustafayev)

9. Birinci instansiya məhkəməsi işdəki sənədlərə istinadən müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında 23 may 2017-ci il tarixli, 317/1432 nömrəli “Özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmış, həmin müqavilə üzrə iddiaçı ünvan 1 ünvanındakı 659 saylı elektrik quraşdırma qatarının yerləşdiyi 7120,4 kv.metr torpaq sahəsini cavabdehə icarəyə vermişdir. Cavabdeh illik 12990 manat, aylıq 1082,5 manat olmaqla icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 23 may 2032-ci il tarixədək qüvvədə olması razılaşdırılmışdır. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri tam icra etməmiş, nəticədə cavabdehin icarə haqqı üzrə 5430 manat borcu yaranmışdır.

10. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hesab etmişdir ki, iddiaçı həm qanunvericilik normaları, həm də 23 may 2017-ci il tarixli, 317/1432 nömrəli müqavilənin şərtləri baxımından icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, habelə, icarə haqqı üzrə 5430 manat manat borcun cavabdehdən tutulmasını tələb etməklə haqlıdır və iddia təmin edilməlidir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 389.1. 390.1, 390.2, 421.1, 421.2, 423.1, 423.2, 427.1, 430.1. 442, 448.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi şəxsi hesab vərəqindən də göründüyü kimi iddiaçı 2011-ci ildən xx.xx.2023-cü il tarixədək (məhkəməyə iddia ərizəsi təqdim edilənədək) olan dövr ərzində icarəçinin bütün ödənişlərini nəzərə almamış, borcun dəqiqləşdirilməsi barədə üzləşmə aktı tərtib etməmişdir. İcarəçinin 2011-ci ildən hər ayın ödəniş qəbzlərinə əsasən hesablama apararkən məhkəməyə iddia verildiyi günədək cavabdehin borcunun xx.xx.2023-cü il tar ixədək 5430 manat deyil, 4590,11 manat olduğu, qətnamə çıxarılan xx.xx.2023-cü il tarixədək isə əlavə 3700 manat ödəniş nəzərə alındıqda isə həmin vaxt borcunun 890,11 manat (4590,11 manat-3700 manat= 890,11 manat), 11,12,16 dekabr tarixlərində olan 700 manat ödənişini də nəzərə aldıqda isə ilin sonunda onun 190 manat borcunun qaldığı müəyyən edilmişdir. Yəni icarəçinin icarə haqqı borcunu gecikdirməsi nəticəsində vurduğu zərər elə əhəmiyyətli pozuntu deyildir ki, bunun nəticəsində icarəyəverən müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş olsun. Belə ki, mütəmadi olaraq ödəniş edən icarəçiyə qarşı icarəyəverənin nəinki az miqdarda olan icarə haqqı borcunun məhkəmə qaydasında tələb etməkdə, habelə icarə müqaviləsi ləğv edilməklə, özəlləşdirmə nəticəsində ic arəçinin xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb etməkdə də heç bir ciddi əsası olmadığından bu barədə iddianın təmin edilməsi barədə məhkəmə qətnaməsi də əsassız olmuşdur. Xəbərdarlıq məktubundan göründüyü kimi cavabdeh yalnız 23 may 2017-ci il tarixli, 317/1432 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2023-cü il tarixinə 4786,68 manat məbləğində borcun ödənilməsi, əks halda yaranmış icarə haqqı borcunun ödənilməsinin təmin edilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar olunmuşdur. Yəni icarə müqaviləsinin ləğvi haqqında razılaşma müqavilə ilə eyni formada bağlanmalı, müqavilənin ləğvi təklifinə icarəçinin imtinası və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilə cəyi halda, iddiaçı tərəfindən bu qaydalara əməl edilməmişdir. Buna görə də məhkəmənin icarə borcunun ödənilməsi ilə yanaşı, 23 may 2017-ci il tarixli, 317/1432 nömrəli icarə müqaviləsinin ləğvi tələbini də təmin edilməsi barədə qətnaməsi həmin hissədə qanunsuz olmuşdur. İcarəyəverən torpağın icarə haqqını hesablayarkən “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 8-ci və 81-ci bəndində nəzərdə tutulan tələbləri nəzərə almamış, aylıq icarə haqqını 1082,5 manatdan hesablamaqla icarəçiyə əsassız olaraq borc yaratmışdır. Məhkəmə də icarə müqaviləsinə istinad edərək əsassız olaraq, 7120,4 kv.metr torpaq sahəsinin cavabdehə icarəyə veri lməsinə görə cavabdehin illik 12990 manat, aylıq 1082,5 manat olmaqla icarə haqqını ödəməyi öhdəsinə götürdüyü və öhdəliyi tam icra etməməsi nəticəsində 5430 manat icarə haqqı borcunun yaranması qənaətinə gəlməklə qətnamə çıxarmışdır. İddiaçının boşaldılmasını tələb etdiyi qeyri-yaşayış sahəsi özəlləşdirmə nəticəsində icarəçinin xüsusi mülkiyyətinə verilmiş, orada olan bina, anbar və qurğular müvəqqəti tikili deyil, daşınmaz əmlak olaraq xüsusi mülkiyyət hüququ ilə icarəçiyə məxsusdur. Belə ki, icarəyəverən həmin binaların və qurğuların dəyərini ödəmədiyi halda məhkəmənin “qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” barədə qənaəti əsassız olmaqla, cavabdehin mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. İcarəçi həmin bina və qurğuların xüsusi mülkiyyətində olması b arədə ona verilmiş xx.xx.1999-cu il tarixli, 1119 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamənin (Reyestr kitabı №3, səhifə 17) dəyişdirilməsi və icarəyəverənlə aralarında bağlanmış 23 may 2017-ci il tarixli, 317/1432 nömrəli icarə müqaviləsinin DƏDRX-də qeydiyyata alınması barədə xx.xx.2023-cü ildə müraciət etmişdir. ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehə həm bütövlükdə əmlak kompleksinə (**********9812301 reyestr nömrəli), həm də icarə müqaviləsinə dair (**********98 reyestr nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Məhkəmə hazırkı mübahisə ilə əlaqədar iddiaçının müvafiq subyektiv hüquqa malik olmadığını araşdırmadan iddianın qismən təmin edil məsi barədə qərar qəbul etmişdir.

14. Apellyasiya baxışında iddiaçının adından elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə daxil olmuş, ərizəni imzalayan xxx hazırkı iş üzrə iddianın ünvan 3 ünvanında yerləşən 7120.4 kv. m torpaq sahəsinin icarəyə verilməsi barədə bağlanılmış 23 may 2017-ci il tarixli, 317/1432 nömrəli icarə müqaviləsinin ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsindən imtina etdiyini bildirmiş və imtinanın nəzərə alınmasını xahiş etmişdir.

15. Apellyasiya baxışında cavabdehin nümayəndəsi və vəkil elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək, iddiaçını cavabdehə qarşı iddia ərizəsindən qismən imtina etməsinə etiraz etmədiyini bildirmiş, iddia tələbinin digər hissəsi ilə əlaq ədar 5430 manat icarə borcunun cavabdeh tərəfindən artıq ödənildiyinin nəzərə alınmasını xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2660/2024 nömrəli, 3 iyun 2024-cü il tarixli qətnaməsi ilə cavabdehin şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4805/2023 saylı işi üzrə xx.xx.2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Azad İmanov)

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ol a bilən dəlillər qarşı iddianın əsasını təşkil edən borcun qəbul edilərək onun ödənilməsi ilə istisna edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi iddiaçının adından iddiadan imtina barədə verilən ərizəyə münasibətdə göstərmişdir ki, icraatda olan iş üzrə cavabdehin qətnamənin mübahisələndirdiyi hissədə iddiaçının iddiadan (qismən) imtinası məntiqlə işin icraatına (qismən) hissəvi xitam verilməsinə əsas ola bilərdi ki, qanunvericilikdə belə bir nəticənin mümkünlüyü istisna edilir. Diqqətə çatdırılmalıdır ki, iddia tələbinin irəli sürülməsi müstəsna olaraq iddiaçının (müstəqil tələb irəli sürən üçüncü şəxsin) subyektiv hüquqlarına aiddir ki, məhkəmə buna dair yalnız təklif və izahlar vermək, iddia tələblərini bir icraatda birləşdirmə və ya ayrıca icraata ayırmaq kimi prosessual səlahi yyətlərə malikdir. İddiadan qismən imtina isə mahiyyət üzrə iddia həcminin azaldılması deməkdir ki, apellyasiya icraatı (məhkəmə baxışı) zamanı isə bunun mümkünlüyü prosessual qanunvericiliklə məhdudlaşdırılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddianın dəyişdirilməsi, onun əsasını və ya predmetini dəyişmə, iddia tələbinin həcmini artırma və ya azaltma, iddia tələbindən tam və ya qismən imtina, habelə bu əsaslar müstəvisində məhkəmə aktların qəbulu və prosessual hərəkətlərin aparılması hüququ prosessual qanunvericiliklə nəzərdə tutulmuş qayda ilə (qanunla) müəyyən edilmiş hədlərlə mədudlaşmışdır. Belə ki, iddianın dəyişdirilməsi anlayışı - onun əsasını və ya predmetini dəyişməsini, iddia tələbinin həcminin artırma və ya azaltmasını ehtiva etdiyi halda, məhkəmə icraatı zamanı (əsası və ya predmeti tam fərqli olan) yeni iddia tələbinin verilməsi və ya iddia tələbindən qismən imtina etmə halları qanunvericiliklə müəyyən edilməmiş nəticələrin hasil olmasına səbəb olmaqdadır.

20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki iş üzrə cavabdeh tələb edilən borcu birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra tam olaraq ödədiyindən və hazırda bu hissədə mübahisə olmamasına baxmayaraq, iddiaçı tam olaraq (borc hissədə) iddiadan imtina etmədiyindən işin icraatına (qismən) xitam verilməsi mümkün deyildir və birinci instansiya məhkəməsinin əsassız olması istisna edilir. Buna görə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar olmadığından, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

21. Diqqətə çatdırılmalıdır ki, iddiaç ının (nümayəndəsinin) apellyasiya məhkəməsində icraat zamanı verdiyi izahatında iddianın əsasını borc təşkil etdiyi və borcun ödənilməsi təmin edildiyi təqdirdə tələbin digər hissələrinin əhəmiyyətinin olmadığını bildirsə də, nəticə olaraq mübahisəyə son qoyulması üçün işin icraatına xitam verilməsi üçün müraciət etməmişdır. Belə ki, iddiaçı iddianın icarə müqaviləsinin ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsindən imtina etdiyini rəsmi ərizə ilə müraciət etməsi və tərəflərin bildirdiyi kimi, 5430 manat borcun iddia qaldırılandan sonra icarə müqaviləsi üzrə borcun ödənilməsi, bir hissədə icra sənədinin icrasını, digər hissədə isə tələbin olmaması müəyyən edir və bu da apellyasiya icraatı mərhələsində artıq mübahisənin olmadığını, birinci insta nsiya məhkəməsinin icra sənədinin icra mərhələsində (icra icraatı üzrə məhkəmə nəzarəti qaydasında) icraatına xitam verilməsinə və ya qaytarılmasına əsasdır.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324, 385-390, 442, 677.1. 685.1, 686. 719.7-ci, Mülki Prosessual Məcəlləsinin 52.1. 52.5, 77.1, 88, 191.1-191.4, 261.04. 370.1 və 370.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Şikayət belə əsaslandırılmışdır ki, apellyasiya icraatında iddiaçının icarə müqaviləsinin ləğv edilməsi və qey ri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsindən imtina etməsinə baxmayaraq məhkəmə işin icraatına (qismən) hissəvi xitam verilməməsini, iddiadan qismən imtinanın mahiyyət üzrə iddia həcminin azaldılması kimi təfsir etməklə, apellyasiya icraatı (məhkəmə baxışı) zamanı bunun mümkünlüyünün prosessual qanunvericilklə məhdudlaşdırılması ilə əlaqələndirmişdir. Qətnamədə qeyd edilmişdir ki, iş üzrə cavabdeh tələb edilən borcu birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra tam olaraq ödədiyindən və hazırda bu hissədə mübahisə olmamasına baxmayaraq iddiaçı tam olaraq (borc hissədə) iddiadan imtina etmədiyindən işin icraatına (qismən) xitam verilməsi mümkün deyildir və birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması istisna edilir. Yəni apellyas iya instansiyası məhkəməsi iddiaçının borc tələbindən imtina etmədiyinə görə, iddianın 23 may 2017-ci il tarixli, 317/1432 nömrəli icarə müqaviləsinin ləğv edilməsi və qeyriyaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsinə də xitam verməmişdir. Lakin məhkəmə kollegiyası nəzərə almamışdır ki, icarə müqaviləsinin ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi borc tələbi ilə əlaqəli olsa da iddiaçı həmin tələblər üzrə iddia verərkən Mülki Məcəllənin 423.1 və 423.2-cimaddələrinin tələblərini pozmaqla vermişdir ki, işə baxan məhkəmələr də həmin hüquq normalarını tətbiq etməmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcə lləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Maddə 710.1. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. Maddə 710.3. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməl idir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxu d qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Kassasiya şikayətində qətnamə tam mübah isələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası icarə haqqının tutulması barədə (həmin hissədə birinci instnasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması barədə) apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

30. Belə ki, cavabdehin icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməməsi, onun iddiaçıya icarə haqqı üzrə 5430 manat borcunun olması müəyyən edilib.

31. İcarə müqaviləsinin şərtləri və qanunvericiliyin tələbləri baxımından həmin hissədə iddianın təm in edilməsi işin hallarına uyğun olmuşdur.

32. Cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra həmin borcu tam olaraq ödəməsi və hazırda bu hissədə mübahisə olmaması, bunun apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmaması barədə dəlilinə gəldikdə, məhkəmə kollegiyası bu dəlili əsaslı saymır.

33. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi işə baxarkən mövcud sübutlar əsasında cavabdehin icarə haqqı üzrə borcunun olmasını müəyyən etməklə iddianı təmin edib. Cavabdehin qətnamə ilə qət edilən məbləği sonradan ödəməsi işə baxılan dövrdə mövcud sübutlar əsasında qəbul edilmiş qətnamənin ləğvinə əsas ola bilməz. Üstəlik, ondan tutulmalı məbləği ödəyibsə, bu, o deməkdir ki, cavabdeh məhz həmin hissədə qətnamənin əsaslı və qanuni olmasını qəbul edər ək, onu icra etmişdir.

34. Buna görə də məhkəmə kollegiyası icarə haqqının tutulması hissəsində (həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması barədə) apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qanuni və əsaslı sayır.

35. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin icarə müqaviləsinin ləğvi və qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlməmişdir.

36. İşdən görünür ki, apellyasiya baxışında iddiaçının adından elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə daxil olmuş, ərizəni imzalayan xxx hazırkı iş üzrə iddianın 23 may 2017-ci il tarixli, 317/1432 nömrəli icarə müqaviləsinin ləğv edilm əsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissələrindən imtina etdiyini bildirmiş və imtinanın nəzərə alınmasını xahiş etmişdir.

37. Apellyasiya instansiyası məhkəməsi iddiadan imtina barədə verilən ərizəni qəbul etməyərkən, bunu onunla əsaslandırmışdır ki, iddiaçının iddiadan (qismən) imtinası məntiqlə işin icraatına (qismən) hissəvi xitam verilməsinə əsas ola bilərdi ki, qanunvericilikdə belə bir nəticənin mümkünlüyü istisna edilir. İddiadan qismən imtina mahiyyət üzrə iddia həcminin azaldılması deməkdir ki, apellyasiya icraatı (məhkəmə baxışı) zamanı isə bunun mümkünlüyü prosessual qanunvericiliklə məhdudlaşdırılmışdır.

38. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq, bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

39. Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsinə görə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

40. Mülki Prosessual Məcəllənin 50.2-ci maddəsinə görə özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər... iddiaçılar hesab edilirlər.

41. Mülki Prosessual Məcəllənin 52.1 və 52.5-ci maddələrinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi... qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

42. H əmçinin prosessual qanunvericiliyə görə iddiaçının iddiadan imtina etməsi... məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə... bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini... təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə... məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə iddiaçının iddiadan imtina etməsini... qəbul etmədikdə... bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. (MPM, 191.1. 191.2, 191.4, 261.0.4-cü maddələr)

43. Qanunvericiliyin qeyd edilən normalarından görünür ki, məhkəmədə iş o hallarda başlanır ki, bunun üçün hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun. Belə bir müraciət yoxdursa, məhkəmədə iş də yoxdur. Özünün mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər isə iddiaçılar hesab edilir.

44. Eyni zamanda məhkəmədə iş başladıqdan sonra iddiaçının öz iddiasından imtina etmək hüququ vardır və qanunla müəyyən edilmiş qaydalara uyğun olan belə bir imtinaya yol verilirsə, işə xitam verilməlidir. Bu, həm də mülki mühakimə icraatının dispozitivlik prinsipindən irəli gələn bir qaydadır və məhkəmələr qanunla müəyyən edilmiş istisnalar (qanuna zidlik və ya hər hansı bir şəxsin hüquqlarının və qanunla qorunan mənafeyinin pozulması) nəzərə alınmaqla məhkəmədə iş başlayan şəxsin iradəsi əleyhinə qərar qəbul edə bilməzlər.

45. Nəzərə almaq lazımdır ki, mülki mühakimə icraatında məhkəmələrin fəaliyyəti iddianın predmeti və tərəflərin dispozitiv iradə ifadəsindən asılıdır. Öz subyektiv mülki hüquqlarını hansı həcmdə realizə etməsi tərəfin hüququdur.

46. Bu baxımdan, iddianın ilk iki hissəsindən – icarə müqaviləsinin ləğvi və icarəyə verilən əmlakın boşaldılması hissəsindən imtina barədə iddiaçının adından ərizə daxil olduğu üçün apellyasiya instansiyası məhkəməsi həmin ərizəyə, ərizəni verən şəxsin qeyd edilən hissədə iddiadan imtina ilə bağlı səlahiyyətinin mövcudluğu və ərizənin məzmunu, iddiadan imtinanın qanuna zidd olub-olmaması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozub-pozmamasına qiymət verməli idi.

47. İddiadan qismən imtinanın prosessual qanunvericilikdə yol verilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin dəlilinə gəldikdə, qeyd edilməlidir ki, iddiadan qismən imtina edilməsi mümkündür. Belə ki, iddianın bir hissəsindən və ya hansısa cavabdehə qarşı hissəsindən imtina edilməsi qalan hissə üzrə işin davam etdirilməsinə və həmin hissədə mahiyyəti üzrə qərar çıxarılmasına mane olmur. Hazırki işdə iddianın icarə müqaviləsinin ləğvi və icarəyə verilən əmlakın boşaldılması hissələri müstəqil tələblər olmaqla, icarə haqqının tutulması barədə iddia tələbindən ayrıla bil ən tələbdir. Başqa sözlə, iddiaçı icarə müqaviləsinin ləğvi barədə tələb irəli sürmədən də icarə müqaviləsi üzrə icarə haqqının tutulması barədə müstəqil iddia qaldıra bilərdi. Buna görə də hazırkı iş üzrə iddiadan qismən imtinanın yolverilməzliyi barədə gəlinən nəticənin hər hansı prosessual hüquqi əsası yoxdur.

48. Həmçinin qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsində düzünə olaraq nəzərdə tutulub ki, iddia tələblərindən tam və ya qismən imtina edilməsi ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.

49. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini... qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxu d qismən ləğv edib, bu Məcəllənin... 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

50. Göründüyü kimi, prosessual qanunvericilik iddia tələblərindən həmçinin qismən imtina edilməsi səlahiyyətinin nümayəndəyə verilən etibarnamədə xüsusi göstərilməli olmasını, eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməklə işin icraatına xitam verilməsini nəzərdə tutmaqla iddiadan qismən imtina edilməsi imkanını istisna etməmişdir. Qətnamənin qismən ləğv edilib, işin icraatına xitam verilməsi isə o deməkdir ki, iddiadan qismən imtina edilə bilər. Əks təqdirdə, işin icraatına xitam verilməsi halında qətnamənin qismən ləğv edilməsini də qanunvericilik nəzərdə tutmazdı.

51. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, iddiadan imtina barədə ərizəyə prosessual qanunvericiliyin müəyyən etdiyi qaydada (ərizənin məzmunu, ərizəni verən şəxsin qeyd edilən hissədə iddiadan imtina ilə bağlı səlahiyyətinin, iddiadan imtinanın qanuna zidd olub-olmaması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozub-pozmaması) qiymət verməklə, həmin hissədə qanuni və əsaslı qərar qəbul etməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır.

52. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2660/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli qətnaməsi 23 may 2017-ci il tarixli, 317/1432 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yeni apelyasiya baxışına qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar