Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3284/2024 11.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi, kütləvi informasiya vasitələrində yayılmış məlumatların təkzib edilməsi və cavabdehin üzr istəməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı “şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi” tələbində dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərərin kompensasiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 may 2024-cü il tarixli, 2(103)3165/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Cavabdeh “Azxeber.com” internet saytına verdiyi müsahibədə İddiaçı barəsində “manyak, narkoman, aqressiv, dözülməz adam, belə ər olar, belə kişi olar, keçmiş arvadını əxlaqsız çıxarmaq istəyən” ifadələrini işlətmişdir.
2. İddiaçı “Youtube” sosial platformasında yaradılmış “Prime TV” kanalına verdiyi müsahibədə Cavabdeh barəsində “etibar etmək olmaz, tamah salıb, deyir görüşək, müəllim, əslində sevgili, evli bir qadına hərəkətlər edə bilirmiş” ifadələrini işlətmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, dəymiş maddi zərərin əvəzi olaraq 5000 manat, mənəvi zərərin əvəzi olaraq 50000 manat məbləğində pulun, 240 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 55240 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması, cavabdehin “Azxeber.com” saytına verdiyi müsahibədə onun barəsində qeyd edilən həqiqətə uyğun olmayan məlumatları həmin saytda təkzib etməklə, üzr istəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 28 iyun 2013-cü ildə X1 ilə nikaha daxil olmuş, birgə nikahlardan iki övladları doğulmuşdur. 2020- ci ilin sentyabr ayından başlayaraq, arvadı iddiaçıya xəyanət etmişdir. Bunların üstü açılanda, Xumar Cabbarova uşaqların iddiaçının himayəsində qalmasına razılıq vermiş və evdən çıxıb getmişdir. Bundan sonra kompüterə baxış keçirərkən iddiaçı arvadının Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavabdeh ilə əxlaqsız yazışmasını aşkar etmiş, yazışmanı aşkar edəndən sonra “Prime TV” internet televiziya kanalına bununla bağlı müraciət edib, yazışmanı təqdim etmişdir. Buna cavab olaraq Cavabdeh “Azxeber.com” saytına müsahibə verərək, onu təhqir etmiş, barəsində həqiqətə uyğun olmayan, qərəzli və yalan məlumatlar yaymışdır. Cavabdeh bildirmişdir ki, iddiaçı manyak, narkoman, uşağı döyən, dözülməz bir adamdır, aqressivdir, hakimiyyəti pisləyir, Xumar Cabbarova dözülməz şəraitdə yaşayıb, ondan çoxdan ayrılıb, belə ər, belə kişi olar? Cavabdeh bildirmişdir ki, Xumar Cabbarovanı tanımır, guya sonuncu parlamentə müraciət etmiş, onlar da müraciəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərmişlər. Cavabdeh Milli Məclisin İnsan hüquqları və beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin üzvüdür. Əgər Cavabdeh X.F.Cabbarovanı tanımırsa, necə olub ki, 2018-2021-ci illər ərzində onlar daim mobil telefonla danışıqlar aparıblar? Əgər Cavabdeh X.F.Cabbarovanı tanımırsa, demək iddiaçını da tanımır, belə olan halda hansı əsasla barəsində şər və böhtan xarakterli məlumatlar yayır? İddiaçı heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, sübut üçün analiz də vermişdir. Həmçinin heç vaxt hakimiyyəti pisləməmiş, əksinə hər zaman cənab Prezidentin fəaliyyətini var gücü ilə dəstəkləmişdir. O, “Hanwha” şirkətinin Azərbaycan Respublikasındakı rəsmi distributoru olmuşdur. Barəsində yayılan yalan məlumatlara görə “Hanwha” şirkəti aralarında bağlanılan müqaviləni pozmuşdur. Cavabdehin hərəkətlərinə görə iddiaçıya maddi və mənəvi zərər vurulmuş, şər-böhtan nəticəsində keçirdiyi mənəvi iztirablar sağlamlığına mənfi təsir göstərmiş, dəfələrlə qohum və tanışlar tərəfindən sorğu-suala tutulmuş, barəsində yazılan yalanlarla bağlı dəfələrlə izahatlar vermişdir.
5. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-linqvistik ekspertizası üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 sentyabr 2022-ci il tarixli rəyinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixdə “Azxeber.com” internet portalına “onun əri narkomandır” başlığı altında verdiy i müsahibənin mətnində işlədilmiş bəzi ifadələr (manyak, narkoman, aqressiv, dözülməz adam, belə ər olar, belə kişi olar, keçmiş arvadını əxlaqsız çıxarmaq istəyən) təsdiqini tapmadığı təqdirdə İddiaçı şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumat hesab olunur. Mətndə işlədilən ifadələrin böhtan olub-olmamasının araşdırılması xüsusi bilik tələb etmədiyindən ekspertin səlahiyyətinə aid deyildir.
6. İddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş maddi zərərin əvəzi olaraq 50000 manat, mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğində pulun və 270 manat məbləğində dövlət rüsumunun pulun həmin tələb üzrə cavabdehdən iddiaçının xeyrinə tutulması, habelə yayılmış məlumatların “Prime TV” sosial platforması vasitəsilə təkzib edilməsi və cavabdehin ond an üzr istəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Həmin iddia belə əsaslandırılmışdır ki, cavabdeh İddiaçı “Youtube” sosial şəbəkəsində evli tələbəsi ilə eşq yaşayır, Cavabdeh haqda şok iddia” adı ilə yerləşdirilən 1 dəqiqə 57 saniyədən ibarət məlumatda onun şərəf və ləyaqətini alçaltmaqla, habelə işgüzar nüfuzunu gözdən salmaqla, 50000 manat məbləğində maddi və 10000 manat məbləğində mənəvi ziyan vurmuşdur. Həmin videoçarxda qeyd olunur ki, Cavabdeh kimi adama vəzifə etibar etmək olmaz, bir adam ki, elmi rəhbəri olduğu evli bir xanıma tamah salıb, onunla sevgi münasibətində olursa, görün tabeliyindəki işçilərə necə rəhbərlik edər? Həmçinin, həmin məlumatda qeyd olunmuşdur ki, guya cavabdeh İddiaçı öz şəxsi kompüterində hələ evli olarkən arvadı X.Cabbbarovanın onun ilə sevgi mesajlarını tapmış, habelə evinə quraşdırdığı gizli kamera vasitəsilə arvadının anası ilə telefon danışıqları zamanı müxtəlif şəxslərlə yanaşı Cavabdeh haqqında da danışılmışdır. Qeyd olunanlar şər və böhtandır. Cavabdeh bu qanunsuz hərəkətləri ilə ondan qisas almaq, işgüzar nüfuzunu, şərəf və ləyaqətini alçaltmaq məqsədilə həmin məlumatlarla internet xəbər agentliyinə müraciət etmiş, habelə həmin məlumatların qeyd olunan məqsədlərlə yayılmasına nail olmuşdur. Belə ki, həmin şər və böhtan xarakterli məlumatlar “Youtube” sosial şəbəkəsində yayıldıqdan sonra o, müəyyən araşdırmalar aparmış və məlum olmuşdur ki, vətəndaş X.Cabbarova tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı olaraq ona ünvanlanmış şikayət ərizəsi məhkəmə qərarlarının icrası və icra məmurunun hərəkətləri ilə bağlı olduğundan həmin şikayət ərizəsi baxılıb müraciət müəllifinə cavab verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə göndərilmişdir. Həmin şikayət ərizəsi qeyd olunan dövlət orqanına göndərildikdən sonra icra xidməti tərəfindən vətəndaş şikayətinə dərhal reaksiya verilərək, dövlətin adından çıxarılmış məhkəmə qərarının icrası təmin edilmişdir. Cavabdeh məhz onun İcra Baş İdarəsinə etdiyi müraciətdən sonra uşaqların ondan alınıb analarına verildiyinə görə ondan qisas almaq üçün belə bir ittihamla internet xəbər agentliklərinə müraciətlər edərək, barəsində yalan və böhtan xarakterli məlumatlar yaymağa başlamışdır. Cavabdeh qeyd olunan qanunsuz hərəkətləri ilə ona millət vəkili və elmisiyasi-xadim olaraq maddi və mənəvi ziyan vurmuşdur. Belə ki, qeyd olunan şər və böhtan xarakterli məlumatlar cavabdeh tərəfindən internet sosial şəbəkələrində yayıldıqdan sonra o, mənəvi və fiziki iztirablar keçirdiyinə görə bir çox ağır müalicələr almış, habelə həmin məsələ ilə bağlı bir çox aidiyyəti qurumlarda izahat və ifadələr vermişdir, yaxın qohum və dostlar yanında açıqlamalar verməyə məcbur olmuşdur. Nəticə etibarı ilə şərəf və ləyaqəti, işgüzar nüfuzu kölgə və şübhə altına alınmışdır.
8. Birinci instansiya məhkəməsində iddialar bir icraatda birləşdirilmişdir.
9. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində keçirilmiş məhkəmə-linqvistik ekspertizası üzrə 07 noyabr 2023-cü il tarixli rəyə əsasən “Youtube” internet sosial şəbəkəsində olan “Prime TV” kanalındakı İddiaçı çıxışında Cava bdeh barədə ifadə etdiyi məlumatlar – “etibar etmək olmaz”, “tamah salıb”, “deyir görüşək”, “müəllim, əslində sevgili”, “evli bir qadına hərəkətlər edə bilirmiş” öz təsdiqini tapmadığı təqdirdə şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən məlumatlar hesab olunur. Həmin məlumatların doğruluğunun müəyyən edilməsi hüquqi araşdırmaya aid məsələdir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(004)56/2023 nömrəli qətnaməsi ilə (hakim O.Q.Məmmədli) hər iki iddia tələbi rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mülki iş üzrə tərəflərin tələblərinin əsaslı olması öz təsdiqini tapmadığı üçün məhkəmə hər ilk, həm qarşılıqlı iddianın maddi və mənəvi ziyana görə pulun ödənilməsi, üzr istəmək vəzifəsinin qoyulması hissələri təmin edilə bilməz. 1
2. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı, Mülki Məcəlləsinin 23.1, 23.2, 23.4, 23.5-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 101.3, 103.1, 206.1, 218.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il tarixli və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. İlk iddia üz rə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddia tələbinin rədd olunduğu hissədə ləğv edilərək, həmin iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Həmçinin ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia tələbinin rədd olunduğu hissədə ləğv edilərək, həmin iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 may 2024-cü il tarixli, 2(103)-3165/2024 nömrəli qətnaməsi ilə (hakim İ.M.Cəfərovun sədrliyi və məruzəsi ilə, hakimlər F.V.Abdıyevdən və X.Ə.Sarıyevdən ibarət tərkibdə) apel lyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(004)56/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, ilkin və qarşılıqlı iddia tələblərinin hər ikisi şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən məlumatların yayılması ilə əlaqədar olaraq dəymiş maddi və mənəvi zərərin qarşı tərəfdən tutulması, məlumatların yayıldığı internet saytı və sosial şəbəkədə yaradılmış internet kanalı vasitəsilə təkzib edilməsi və qarşı tərəfin iddia edən tərəfdən üzr istəməsindən ibarət olmuşdur. İddia tələbi şərəfi, ləyaqəti ləkələyən məlumatların məhkəmə qaydasında təkzib olunması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23- cü maddələri, habelə əlaqəli normalar əsasında həll edilməlidir.
17. Apellyasiya kollegiyası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək, mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktiki halları kimi müəyyən etmişdir ki, ilkin iddia tələbinin əsasını təşkil edən və ilkin iddia üzrə Cavabdeh “Azxeber.com” internet saytına verdiyi müsahibədə ilkin iddia üzrə İddiaçı barəsində “manyak, narkoman, aqressiv, dözülməz adam, belə ər olar, belə kişi olar, keçmiş arvadını əxlaqsız çıxarmaq istəyən” məlumatlarını ifadə etmişdir. Qeyd olunan məlumatlar ın ilkin iddia üzrə iddiaçının şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab olunub-olunmadığının müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin olunmuş və ekspert rəyi əsasında müəyyən edilmişdir ki, həmin məlumatlar təsdiqini tapmadığı təqdirdə İddiaçı şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab olunur.
18. Bununla yanaşı, qarşılıqlı iddia tələbinin əsasını təşkil edən və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “Youtube” sosial şəbəkəsində yaradılmış “Prime TV” kanalına verdiyi müsahibədə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh barəsində “etibar etmək olmaz, tamah salıb, deyir görüşək, müəllim, əslində sevgili, evli bir qadına hərəkətlər edə bilirmiş” məlumatlarını ifadə etmişdir. Qeyd olunan məlumatların qarşıl ıqlı iddia üzrə iddiaçının şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab olunub-olunmadığının müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin olunmuş və ekspert rəyi əsasında müəyyən edilmişdir ki, həmin məlumatlar təsdiqini tapmadığı təqdirdə Cavabdeh şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab olunur.
19. Apellyasiya instansiyası kollegiyası belə nəticəyə gəlmişdir ki, hər iki tərəfin birbiriləri barədə ifadə etdikləri məlumatlar həqiqətəndə əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında hazırkı tərəflər barəsində mənfi rəy yaranması ilə nəticələnmişdir. Bu hal həmçinin keçirilmiş ekspertizalar nəticəsində də öz təsdiqini tapı r.
20. Həmin məlumatların ilkin iddia üzrə iddiaçıya münasibətdə doğru olubolmaması ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında yer alan, “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsində xx.xx.2021-ci ildə tərtib olunmuş, “Narkotik, sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” 1892 nömrəli aktdan müəyyən olunur ki, ilkin iddia üzrə İddiaçı verdiyi analizdə mənfi hallar aşkar edilməmişdir.
21. Həmçinin, qeyd olunan qurumun xx.xx.2021-ci il tarixli, 976 nömrəli arayışından müəyyən olunur ki, ilkin iddia üzrə İddiaçı Bakı Şəhər Narkoloji Mərkəzində qeydiyyatda yoxdur.
22. İş materiallarında olan 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 655 nömrəli arayışından müəyyən olunur ki, ilkin iddia üzrə İddiaçı baza məlumatlarına əsasən, müəssisənin psixiatriya kabinetində dispanser qeydiyyatında yoxdur.
23. Göründüyü kimi, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı barəsində ifadə etdiyi (“narkoman”, “manyak”, “aqressiv” və “dözülməz adam”) məlumatların doğru olmaması yuxarıda qeyd olunan sənədlərlə öz təsdiqini tapır. Bununla yanaşı, ilkin iddia üzrə Cavabdeh ifadə etdiyi həmin və digər (belə ər olar, belə kişi olar və keçmiş arvadını əxlaqsız çıxarmaq istəyən) məlumatların doğru olması barədə də məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.
24. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh barəsində ifadə etdiyi məlumatlara münasibətdə isə qeyd olunmalıdır ki, həmin məlum atların doğru olması da iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, E.İddiaçıNəsirov barəsində məlumatları yayarkən, bu hərəkətlərinin əsaslılığını ilkin iddia ərizəsinə əlavə etdiyi sosial şəbəkədə yazılmış mesajların ekran şəkilləri və telefon danışıqları barədə müvafiq operatordan əldə olunmuş çıxarışlarla sübut etməyə çalışsa da, qeyd olunan sübutların mötəbərliyi şübhə altında qalmışdır. Belə ki, sosial şəbəkədə aralarında keçdiyi iddia olunan danışıqların həqiqətəndə Cavabdehla X.Cabbarovaya məxsus olması sübuta yetirilmir. Hazırkı dövrdə elm və texnologiyanın inkişafını, bununla əlaqədar olaraq, belə formada mesajlaşmış şəxs tərəfindən müəyyən qərəzli məqsədlər naminə hazırlanmasına şərait yaradacaq kifayət qədər tətbiqi proqram təminatları mövcuddur. İş materiallarında yer al an həmin ekran şəkillərinin montajla hazırlanma ehtimalı da onların mötəbərliyini şübhə altına salan digər məqamlardan biridir. Belə olan halda, həmin ekran şəkillərinin mövcudluğu cavabdeh barəsində belə məlumatların ilkin iddia üzrə iddiaçı tərəfindən yayılmasına əsas verə bilməz. Bununla yanaşı, iş materiallarında yer alan telefon danışıqları barədə müvafiq operatordan əldə olunmuş çıxarışlarda da, sadəcə zənglərin tarixi və vaxtı, zəng olunan nömrə, zəngi qəbul edən operator, danışıq müddəti, hesablanan məbləğ və s. iş üçün əhəmiyyət kəsb etməyən məlumatlar qeyd olunmuşdur. Qeydə alınmış həmin zənglər vasitəsilə tərəflərin aralarında nə barədə danışıq apardıqları və həmin danışıqların ilkin iddia üzrə iddiaçı tərəfindən cavabdeh barədə belə məlumatlar yaymasına əsas verib-vermədiyi müə yyən edilmir. Odur ki, həmin çıxarışlar da hazırkı mübahisələr üzrə iş üçün əhəmiyyətli sübut kimi qiymətləndirilə bilməz.
25. Həmçinin, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, habelə apellyasiya şikayəti verərkən dəlillərində qeyd etmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli qərarı ilə X.Cabbarovanın xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina olunmuş və qərar qanuni qüvvəyə minmişdir. Həmin qərarda qeyd edilmişdir ki, İddiaçı yalan məlumat paylaşmadığı, arvadının adı çəkilən şəxslə xəyanət etdiyi təqdim olunmuş sübutlarda öz əksini tapmışdır. Bu barədə məhkəmə kollegiyası izah etmişdir ki, həmin qərardan xüsusi ittiham qaydasında şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Ci nayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(103)-1468/2021 nömrəli qərarı ilə xüsusi ittiham qaydasında verilmiş apellyasiya şikayəti təmin edilmiş, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-199/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X.Cabbarovanın xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə materiallar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilmişdir. Daha sonra xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X.Cabbarova məhkəmənin xx.xx.2021-ci il tarixli hazırlıq icla sında ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı bağışlayır və xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edir. Bu səbəbdən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli, 1(010)-199/2021 nömrəli qərar qəbul edərək, X.Cabbarovanın İddiaçı qarşı xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunmuş və qərar qanuni qüvvəyə minmişdir. Beləliklə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv olunduğundan, hazırda sübut əhəmiyyətinə malik deyil və mübahisə üzrə hər-hansı məna kəsb etmir.
26. Göründüyü kimi, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh barəsində ifadə etdiyi (“etibar etmək olmaz”, “tamah salıb”, “deyir görüşək”, “m üəllim, əslində sevgili”, “evli bir qadına hərəkətlər edə bilirmiş”) məlumatların doğru olması yuxarıda qeyd olunan sənədlərlə öz təsdiqini tapmır.
27. Lakin, hazırkı iş üzrə nə ilkin iddia üzrə iddiaçı, nə də ki, ilkin iddia üzrə cavabdeh öz iddialarının, yəni qarşı tərəfə qarşı işlətdiyi ifadə və məlumatların doğruluğunu sübuta yetirə bilməmişlər. Nəticədə, hər iki tərəfin bir-biriləri barədə ifadə etdiyi məlumatlar həqiqətə uyğun olmayıb, öz təsdiqini tapmadığı üçün şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən məlumatlar hesab olunmalıdır.
28. Hazırkı mübahisələr üzrə tərəflərin müvafiq olaraq “Azxeber.com” internet saytına və “Youtube” sosial şəbəkəsində yaradılmış “Prime TV” kanalına verdiyi müsahibələr nəticəsində doğru olmayan məlumatlar qeyri-müəyyən şəxslər dairəsinə bildirildiyi ü çün yayılmış hesab olunmalıdır.
29. Beləliklə, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli qərarında nəzərdə tutulmuş üç element (məlumatın şərəf və ləyaqəti ləkələməsi, məlumatların doğru olmaması və məlumatların yayılması) məcmu şəkildə hər iki tələbə münasibətdə mövcuddur.
30. İlkin və qarşılıqlı iddia üzrə tərəflərin hərəkətlərinin şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələməsi ilə nəticələndiyini müəyyən edən apellyasiya kollegiyası, bu hərəkətlərin hüquqi nəticələrini hər iki iddia tələbləri ilə birlikdə təhlil edərək qeyd etmişdir ki, hər iki iddia tələbində tərəflər şərəf və ləyaqətlərinin, habelə işgüzar nüfuzlarının lənkələnməsini əsas gətirərək, dəymiş maddi və mənəvi zərərin qarşı tərəfdən tutulmasını tələb etmişlər.
31. İlkin iddia üzrə İddiaçı iddia etmişdir ki, yayılmış məlumatlara görə keçirdiyi mənəvi iztirablar sağlamlığına mənfi təsir göstərmiş, əlavə olaraq distributoru olduğu “Hanwa” şirkəti onunla bağladığı müqaviləni həmin məlumatlarla əlaqədar olaraq pozmuş və nəticədə ona 5000 manat məbləğində maddi zərər dəymişdir.
32. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə iddia etmişdir ki, yayılmış məlumatlara görə mənəvi və fiziki iztirablar keçirmiş, bununla əlaqədar bir çox ağır müalicələr almış və nəticədə ona 50000 manat məbləğində maddi zərər dəymişdir.
33. İddia olunan maddi zərərlərlə bağlı apellyasiya kollegiyası izah etmişdir ki, əgər tərəf hüquq pozuntusu nəticə sində ona hər hansı miqdarda maddi ziyanın dəydiyini iddia edirsə, bu zərərin həqiqətəndə mövcud olduğunu sübuta yetirməli, dəymiş maddi zərəri isə nəyə istinadən hesablayaraq tələb etdiyi əsaslandırmalıdır.
34. Lakin tərəflər formal mülahizələrə əsaslanaraq, onlara maddi zərərin dəydiyini iddia etsələr də, bu halların həqiqiliyini sübuta yetirə bilməmişlər. İlk iddia üzrə İddiaçı “Hanwa” şirkətinin onunla bağladığı müqaviləni məhz həmin məlumatlarla əlaqədar olaraq pozduğunu, bu müqavilənin, habelə sağlamlığının pozulması nəticəsində ona həqiqətəndə 5000 manat məbləğində maddi ziyanın dəydiyini, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə hansı ağır müalicələr aldığı və bu müalicələr nəticəsində ona həqiqətəndə 50000 manat məbləğində maddi ziyanın dəydiyi barədə məhkəməyə hər hansı mötəbər sübutlar təqdim etməmişlər. Odur ki, birinci instansiya məhkəməsi sübutları qiymətləndirərək, hər iki iddia tələblərini maddi zərərin tutulması hissəsində əsassız hesab etdiyinə görə rədd etməklə qanunauyğun nəticəyə gəlinmişdir.
35. Bununla yanaşı, ilkin iddia üzrə İddiaçı iddia etmişdir ki, yayılmış məlumatlara görə mənəvi iztirablar keçirmiş, bu iztirablar sağlamlığına mənfi təsir göstərmiş, bu müddət ərzində qohum və tanışları tərəfindən sorğu-suala tutulmuş, dəfələrlə izahlar vermişdir. Həmin məlumatlar onun qonşular və cəmiyyət arasında hörmətini aşağı salmış, nüfuzuna xeyli miqdarda zərər vurmuşdur. O, dəymiş mənəvi zərərin əvəzi olaraq 50000 manat məbləğində pul tələb etmişdir.
36. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə iddia etmişdir ki, yayılmış məlumatlara görə mənəvi və fi ziki iztirablar keçirmiş, bununla əlaqədar bir çox ağır müalicələr almış, məsələ ilə bağlı bir çox aidiyyəti qurumlarda izahat və ifadələr vermiş, yaxın qohuməqrəba, dostlar yanında açıqlamalar verməyə məcbur olmuşdur. Həmin məlumatlar onun etibarını, şərəf və ləyaqətini, habelə işgüzar nüfuzunu kölgə və şübhə altına almışdır. O, dəymiş mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğində pul tələb etmişdir.
37. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.4-cü maddəsi, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyun 2002-ci il tarixli qərarına və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məh kəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına, eyni zamanda Avropa Məhkəməsinin presedent qərarlarına istinad edən apellyasiya məhkəməsi göstərmişdir ki, iş materiallarının araşdırılması zamanı, habelə ekspert rəylərindən ilkin və qarşılıqlı iddialar üzrə tərəflərin hərəkətlərinin bir-birinin şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkəlməsi ilə nəticələndiyi işin mübahisəsiz halına çevrildiyindən, təbii olaraq, onların hər birinin müəyyən müddət ərzində nigarançılıq, ruhi sarsıntı, iztirab, həyəcan, sarsıntı, məyusluq və s. hisslər keçirməsi halları da mövcud olmuşdur. Tərəflər bir-biriləri barədə doğru olmayan məlumatlar yaymaqla anadangəlmə və ya qanun əsasında onlara məxsus olan qeyrimaddi nemətlərə aid hüquqlarını pozmuşlar.
38. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztira bların xarakteri və dərəcəsini, eləcə də tərəflərin təqsirini və s. vacib halları nəzərə alan apellyasiya kollegiyası qeyd etmişdir ki, ilkin və qarşılıqlı iddialar üzrə tərəflər eyni mövzudan qaynaqlanan mübahisələr nəticəsində bir-biriləri barəsində doğru olmayan məlumatlar ifadə etmiş, bu məlumatlar internet şəbəkəsində yayılmış, nəticədə, hər ikisi təqsirli olmuş və onlar oxşar xarakterli və dərəcəli mənəvi, habelə fiziki iztirablar keçirmişlər. Bu səbəbdən də, onlar bir-birilərinə bərabər miqdarda mənəvi zərər vurmuşlar.
39. Hazırda hər iki tərəfin hüquqlarının onların təqsirli hərəkətləri nəticəsində pozulduğunu və bu hüquq pozuntusu nəticəsində bir-birilərinə bərabər miqdarda mənəvi zərər vurduqlarını nəzərə alan apellyasiya kollegiya izah etmişdir ki, tərəflərin hüquqlarının bərp a edilməsi məqsədilə mənəvi zərərin əvəzi olaraq onların hər birindən eyni miqdarda pul vəsaitinin tutulmasındansa, heç birindən tutulmaması daha səmərəli və ədalət anlayışına cavab vermiş olar.
40. Belə ki, tərəflərin hər birindən vurduqları mənəvi zərərə görə eyni miqdarda pul vəsaitinin tutulması onlar barəsində hər-hansı müsbət hüquqi nəticə verməyəcək, əksinə onların arasındakı mübahisənin yekunlaşmaması, uzanması, habelə məhkəmədə və icra orqanında iş yükünün artması ilə nəticələnəcəkdir. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mənəvi zərər hissəsində də rədd edilməsi məqsədəuyğun və qanunamüvafiq olmuşdur.
41. İlkin və qarşılıqlı iddia tələblərinin məlumatların yayıldığı sosial platformalar vasitəsilə təkzib edilməsi və qarşı tərəfin iddia edən tərəfdən üzr istəməsi hissəsinə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 23.1-ci maddəsinə görə, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.
93. Həm şərəf, həm də ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu olsa da şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edirsə, ləyaqət həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Tərəflər bir-biriləri barəsində şərəf və ləyaqəti, habelə işgüzar nüfuzu ləkələyən ifa dələr işlətdikləri üçün onların hər-birinin şərəf və ləyaqəti ləkələyən məlumatların təkzib edilməsi barədə qanuni və əsaslı tələb hüquqları yaranmışdır. Lakin nəzərə almaq lazımdır ki, məhkəmə prosesi iddiaçı ilə cavabdehin toqquşan hüquqlarının araşdırılması üzərində qurulur və onların qanuni hüquq və mənafelərinin təsdiq edilməsinə xidmət edir. Buna görə də, məhkəmə işə baxılarkən, mühakimənin doğru istiqamətdə getməsini təmin etmək üçün əvvəlcə iddiaçı və cavabdehin müvafiq prosessual statusda tanınması, tələbin cavab verməli şəxsə qarşı sürülməsi və s. zəruri şərtlərin mövcudluğunu müəyyən etməlidir. Həmin şərtləri müəyyən edilməsi üçün isə ilk növbədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq normalarına diqqət yetirilməlidir. Belə ki, prosessual qanunvericiliy ə görə, prosesdə tərəflər iddiaçı və cavabdehdir. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər iddiaçı, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər isə cavabdeh hesab olunurlar (50-ci maddə). Göründüyü kimi, iddiaçı özünün və ya başqasının mənafeyi naminə iddia qaldırır, həmin iddianın tələbi isə cavabdehə yönəlir.
42. İlkin və qarşılıqlı iddia ərizələrində isə məlumatların məhz müvafiq olaraq yayıldığı internet saytı və sosial şəbəkə vasitəsilə təkzib edilməsi iddiaçı və cavabdeh tərəfindən tələb edilmiş, lakin onlar öz ərizələrində cavabdeh qismində sadəcə təqsirkar fiziki şəxsləri göstərmişlər. Bu baxımdan məlumatın təkzib edilməsi vəzifəsinin ilkin və qarşılıqlı iddialar üzrə cavabdehlərlə yanaşı onların müsahibələrini paylaşmış internet saytı və sosial şəbəkə kanalının üzərinə də qoyulması zərurəti yaranmışdır. Odur ki, bu hal (həmin internet saytı və sosial şəbəkədə fəaliyyət göstərən kanal hazırkı tələblər üzrə cavabdeh qismində iştirak etməmələri) məlumatların məhz müvafiq olaraq yayıldığı internet saytı və sosial şəbəkə vasitəsilə təkzib edilməsi tələblərinin təmin olunmasını da mümkünsüz etmiş və haqlı olaraq rədd olunmuşdur.
43. Bununla yanaşı nəzərə alınmalıdır ki, qanunvericilikdə həqiqətə uyğun olmayan məlumatların yayılmasına görə zərərin ödənilməsi və məlumatın təkzib olunması öz əksini tapsa da, üzr istənilməsi barədə müddəa nəzərdə tutulmamışdır. Odur ki, hər iki iddia tələbi qarşı tərəfin üzr istəməsi hissəsinə münasibətdə əsassız olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
44. İlk iddia üzrə iddia çı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 may 2024-cü il tarixli, 2(103)-3165/2024 nömrəli qətnaməsinin apellyasiya şikayətinin təmin edilməməsi hissəsində ləğv edilməsi və iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
45. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 46-cı, Mülki Məcəllənin 23-cü, Mülki Prosessual Məcəllənin 76-78, 385.1-ci maddələri pozulmuşdur.
46. Belə ki, Cavabdeh iddiaçının şərəf və ləyaqətini ləkələyən, həqiqətə uyğun olmayan məlumatları yaymasını qəbul etsə də, iddianı təmin etməməklə ədalətsiz qətnamə qəbul etmişdir.
47. Həmçinin, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin onun apellyasiya şikayətinin təmin olunmaması hissəsində ləğv edilməsi və iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
48. Həmin kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 23.4-cü, Mülki Prosessual Məcəllənin 8-ci maddəsinin tələbləri pozulmuşdur.
49. Belə ki, İddiaçı hərəkətlərinin Cavabdeh şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkəlməsi ilə nəticələn iyinin isin mübahisəsiz halı olması, Cavabdeh müəyyən müddət ərzində nigarançılıq, ruhi sarsıntı, iztirab, həyəcan, sarsıntı, məyusluq və s. hisslər keçirməsi hallarının mövcudluğu İddiaçı C avabdeh barəsində doğru olmayan məlumatlar yaymaqla anadangəlmə və ya qanun əsasında Cavabdeh məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozması öz təsdiqini tapsa da, apellyasiya instansiyası məhkəməsi heç bir maddi və prosessual əsaslandırma olmadan Cavabdeh hüquqlarının bərpa edilməsi məqsədi ilə mənəvi zərərin əvəzi olaraq İddiaçı pul vəsaitinin tutulmasından imtina etmişdir.
50. Kassasiya şikayətlərinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
51. Kassasiya şikayətlərinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
52. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhk əməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
53. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tərəflərlə qarşılıqlı olaraq mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
54. Azərbaycan Respublikası Konstitusiyasının: 46-cı maddəsinin birinci və ikinci hissələrinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. 60-cı maddəsinin birinci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, hə min məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 56. “Azər baycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zə rər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. 57. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999cu il tarixli qərarında məhkəmələrə izah olunmuşdur ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz.
58. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəll ədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya dü zgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına və hər iki tərəfin hazırkı kassasiya şikayətlərinin dəlillərinə uyğun olan apellyasiya şikayətlərinin dəlillərinə, o cümlədən şərəf və ləyaqətin müdafiəsi üzrə işlərə baxılarkən müəyyən olunmalı olan hər bir hal üzrə araşdırma aparmış və müfəssəl hüquqi qiymət verilmiş (bax bənd 16-43), gəldiyi nəticəsini qanunvericiliklə əsaslandırmışdır. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır və prosessual qənaət prinsipinə əsasən kassasiya şikayətlərinin dəlilləri üzrə təkrarən əsaslandırma aparılmasını zərurət bilmir.
61. Odur ki, məhkəmə kolleg iyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfind ən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 may 2024-cü il tarixli, 2(103)-3165/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.