Məhkəmə qərarları › İş №2(102)-3286/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3286/2022

20.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3286/2022 20.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh xxx qızına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3286/2022 (açar sözlər: mülkiyyətdən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulması) Bakı şəhəri, 20 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh xxx qızına qarşı “mülkiyyətdən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3179/2021 nömrəli, 30 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaç ı tərəfindən verilmiş kassasiya şikayətinə 20 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən ümumi sahəsi 800 kv.m olan torpaq sahəsini xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 almışdır. İddiaçının mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışla xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır.

2. X3 ilə Cavabdeh (bundan sonra “cavabdeh”) ər-arvad olublar.

3. Cavabdehin X2 (ərinə) qarşı qeyd edilən torpaq sahəsinin üzərində yerləşən evdə yaşayış sahəsindən istifadə hüququnun tanınması və maneələrin aradan q aldırılması tələbinə dair iddiası Tovuz Rayon Məhkəməsinin 4 iyun 2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə, apellyasiya məhkəməsinin qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 3 may 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

4. Cavabdehin X2 (ərinə) qarşı qeyd edilən torpaq sahəsinin alqı-satqı dair xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı müqavilənin etibarsız sayılması barədə iddiası Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 fevral 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamə qeyd edilən hissədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 10 a vqust 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, şəxsi mülkiyyətdə olan Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən torpaq sahəsindən və evdən (bundan sonra - mübahisəli əmlak) cavabdehin çıxarılması və sonuncunun qanunsuz müdaxiləsinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, mübahisəli əmlakı tam olaraq qanuni sahibi X1 almış və həmin yerə də çıxarışı vardır. Bundan bir neçə müddət sonra Bakı şəhərində olan zaman həmkədlisi olan cavabdeh evin qapısını sındıraraq qanunsuz evə daxil olmuş və haz ırda həmin evdə yaşayır.

7. İddiaçı dəfələrlə evindən çıxmağını cavabdehdən tələb etsə də cavabdeh bundan imtina etmişdir. Cavabdeh iddiaçının evində qanunsuz olaraq yaşamaqda davam edir. İddiaçı isə öz şəxsi mülkiyyətindən nəinki istifadə edə, hətta ora girə bilmir.

8. İddiaçı tələbinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə istinad etmişdir.

9. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək göstərib ki, cavabdeh əri Arif Bayramovla birgə nikah vaxtı torpaq sahəsi əldə ediblər. Münasibətləri pozulmaq ərəfəsində olanda cavabdehin əri torpaq sahəsini öz qohumu olan iddiaçıya formal olaraq satıb.

10. Tovuz Rayon Məhkəməsinin 2(062)-772/2019 nömrəli, 15 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehin iddiaçının mülkiyyətində olan T ovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən 0.08 hektar torpaq sahəsindən çıxarılması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. (hakim Rəşad Məmmədov)

11. Birinci instansiya məhkəməsinin iş materiallarına əsasən müəyyən edib ki, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən 0.08 hektar torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olmaqla cavabdehin qanunsuz sahibliyindədir və cavabdeh uzun müddətdir ki, iddiaçını qanunla qorunan mülkiyyət hüquqlarını davamlı şəkildə pozur.

12. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hesab edib ki, cavabdehin qeyd olunan torpaq sahəsində yaşaması iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozduğundan cavabdeh torpaq sahəsindən çıxarılmalıdır.

13. İddianın evdən çıxarılması hissəsi ilə bağlı birinci instan siya məhkəməsinin mövqeyi belə olub ki, həmin ev dövlət qeydiyyatına alınmadığı və iddiaçının mülkiyyətində olmadığı üçün təmin edilə bilməz. Həmçinin cavabdehin torpaq sahəsindən çıxarılması hissəsində tələb təmin edildiyi üçün cavabdehin qanunsuz müdaxiləsinə son qoyulması barədə iddianın təmin edilməsinə də zərurət yoxdur.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 139.3, 152.1, 157.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrin ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. `

16. İddiaçının apellyasiya şikayətinin dəlilləri: - cavabdeh təkcə torpaq sahəsindən deyil, onun üzrəindəki evdən də qanunsuz istifadə etməklə iddiaçının mülkiyyət hüquqlarını pozur; - evin qeydə alınmamsı o demək deyil ki, tikili mövcud deyidir.

17. Cavabdeh də apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdehin apellyasiya şiakyətinin dəlilləri: - İddiaçı ilə cavabdehin keçmiş ərini arasında torpağın alqı-satqısı barədə müqavilə real əqd deyil; - evə istifadə hüququ o əsasla rədd edilib ki, ev dövlət mülkiyyətinə alınmayıb.

19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-804/2020 nömrəli, 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti rədd edilmiş, birinci instansiya məhk əməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində ləğv olunmuş və həmin hissədə iddianın təmin edilməsi, cavabdehin Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən 0,08 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaqla, qanunsuz müdaxiləsinə son qoyulması, qətnamənin cavabdehin iddiaçının mülkiyyətində olan Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən 0,08 hektar torpaq sahəsindən çıxarılması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Rəşad Mamedov, Afiq Hüseynzadə)

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilmiş - cavabdehin iddiaçının mülkiyyətində olan Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən 0,08 hektar torpaq sahəsindən çıxarılması hissəsində gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, X3 mülkiyyətində olan Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən ümumi sahəsi 800 kv.m olan torpaq sahəsini xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmış və sonuncunun həmin torpaq sahəsinə dair mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışla xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. Cavabdeh isə sözügedən torpaq sahəsində yerləşən evdə yaşamaqla, torpaq sahəsinə sahiblik və istifadə edir, bununla da iddiaçının mülkiyyət hüququnu pozur.

21. Cavabdehin apellyasiya şikayətində mübahisəli torpaq sahəsində yerləşən, öz vəsaitləri hesabına tikdirdikləri evdə 2016-cı ildən uşaqları ilə birl ikdə yaşaması və hazırda da yaşaması, iddiaçı ilə onun sabiq ərinin arasında həmin torpaq sahəsinə dair bağlanmış əqdin formal olmaqla, real əqdin olmaması, yəni yalnız görünüş üçün bağlanmış uydurma əqd olması ilə bağlı dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh Tovuz şəhəri Salatın Əsgərova küçəsində yerləşən, üzərində 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi inşa edilmiş 0,08 ha torpaq sahəsinə dair cavabdehlər X3 ilə İddiaçı arasında Tovuz rayonu Notariat Kontorunda bağlanmış 26 fevral 2018-ci il tarixli, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılmasına dair məhkəmə iddia qaldırmış, lakin qüvvədə olan məhkəmə qətnamələrinə əsasən iddiası təmin edilməmişdir. Buna görə də, birinci instansiya məhkəməsi iddianı cavabdehin iddia çının mülkiyyətində olan Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən 0,08 hektar torpaq sahəsindən çıxarılması hissəsində təmin etməkdə haqlı olmuşdur.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın evdən çıxarılması hissəsində həmin evin dövlət qeydiyyatına alınmaması və iddiaçının mülkiyyətində olmaması əsası ilə təmin etməməsi ilə bağlı mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, sözügedən ev iddiaçının adına dövlət qeydiyyatına alınmasa da, həmin ev RX seriyalı ******* saylı çıxarışla iddiaçının xüsusi mülkiyyətində olan 0,08 ha torpaq sahəsində yerləşdiyindən iddiaçının sözügedən evə gözlənilən mülkiyyət hüququ vardır.

23. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə sözügedən ev iddiaçının xüsusi mülkiyyətində olan 0,08 ha torpaq sahəsində y erləşdiyindən, cavabdehin həmin torpaq sahəsindən çıxarılması qət edildiyi halda, cavabdehin həmin evdən çıxarılmaması iddiaçının mülkiyyət hüququnu həyata keçirməsini şərti və qeyri-sabit xarakterli etmiş olur. Yəni nəticə etibarilə cavabdehin həmin torpaq sahəsində yerləşən evdən çıxarılmaması onun torpaq sahəsindən çıxarılmasını mümkünsüz edir və belə olan təqdirdə çıxarılmış məhkəmə aktı xəyali məhkəmə aktına çevrilmiş olur.

24. Apellyasiya instansiyası məhkəməsi cavabdehin evdən çıxarılması tələbinin təmin edilməsi barədə qənaətini həm də onunla əsaslandırıb ki, cavabdeh mübahisəli evə istifadə hüququnun tanınması tələbinə dair məhkəmədə iddia qaldırmış və Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(062)-985/2018 nömrəli qətnaməsi ilə iddiası təmin edilməmiş, həmin qətnamə yu xarı instansiya məhkəmələrində dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən evə qanunsuz daxil olmaqla, iddiaçının torpaq sahəsi və ev üzərində mülkiyyət hüququnu həyata keçirməsinə maneə yaratdığından onun qanunsuz müdaxiləsinə də son qoyulmalıdır.

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 157.2-ci, Torpaq Məcəlləsinin 84, 111.1, 111.2-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

27. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)3425/2021 nömrəli, 26 may 2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin fərdi yaşayış evindən çıxarılması tələbinin təmin olunmasına dair hissədə ləğv olunmuş, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin cavabdehin torpaq sahəsindən çıxarılması tələbinin təmin olunmasına dair hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

29. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: - iddiaçı 26 fevral 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yalnız 0,08 ha torpaq sahəsini almış və həmin əmlaka mülkiyyət hüququ əldə etmişdir. Belə olduqda, cavabdehin həmin torpaq sahəsindən çıxarılması tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci maddələrinə uyğun olmuşdur. Buna görə də cavabdehin torpaq sahəsindən çıxarılması qanuni və əsaslı olduğu üçün qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır; 30. mübahisəli fərdi yaşayış evi alqı-satqı müqaviləsinin predmeti olmamaqla iddiaçı tərəfindən alınmamış və ona mülkiyyət hüququ əldə etməmişdir. Həmin evin tikintisinə çəkilmiş xərclərlə bağlı Arif Bayramovla Cavabdeh arasında mübahisə vardır və həmin mübahisə başa çatmamışdır. Belə olan halda, mübahisəli fərdi yaşayış evinin göstərilən vəziyyətdə iddiaçıya məxsus torpaq sahəsində yerləşməsinin iddiaçının tələbi əsasında cavabdehin evdən çıxarılmasına nə dərəcədə əsas verməsi apellyasiya instan siyası məhkəməsi tərəfindən əsaslandırılmamışdır;

31. Nəzərə alınmamışdır ki, həmin ev iddiaçının deyil, başqasının vəsaiti hesabına tikilmiş və Mülki Məcəllənin 180.3-cü maddəsinin tələbinə müvafiq olaraq ona mülkiyyət hüququ əldə etməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

32. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-3179/2021 nömrəli mülki iş üzrə 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni cavabdehin Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən 0,08 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmasının təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Rəhman Muradov (sə drlik edən və məruzəçi), Fikrət Mehtiyev, Ədil Məmmədov)

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, X3 26 fevral 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında mülkiyyətində olan Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən 800 kv.m torpaq sahəsini iddiaçıya satmışdır. Torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi alqı-satqının predmeti olmamışdır. Mübahisələndirilən fərdi yaşayış evi cavabdehlə Arif Bayramovun birgə nikahda olduqları müddətdə inşa edilmişdir. İddiaçı 0,08 ha torpaq sahəsinə mülkiyyət hüququ əldə etsə də, mübahisəli fərdi yaşayış evinə mülkiyyət hüququ əldə etməmişdir. Belə olan təqdirdə cavabdehin həmin evdən çıxarılması barədə iddiaçının iddiası əsassızdır və təmin edilməsi üçün heç b ir hüquqi əsas yoxdur. Digər fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərclə bağlı Arif Bayramovla cavabdeh arasında mübahisə vardır və həmin mübahisə başa çatmamışdır.

34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 180-ci maddəsi ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

36. Şikayətin dəlilləri: - cavabdehlə Arif Bayramov arasında olan nikah Tovuz Rayon Məhkəməsinin 11 iyul 2013-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Arif Bayramov mübahisə predmeti olan torpaq sahəsini 27 mart 2015-ci il ta rixdə alqı-satqı müqaviləsi əsasında satın almış və mübahisə olunan ev qeyd olunan müqavilədən sonra inşa edilmişdir. İşin bu halını Ali Məhkəmənin 17 may 2019-cu il tarixli və 10 avqust 2020-ci il tarixli qərarları bir daha sübut edir. Lakin qətnamədə evin cavabdeh ilə Arif Bayramovun birgə nikah dövründə inşa edilməsi göstərilmişdir; - qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında mübahisə predmeti olan fərdi yaşayış evində cavabdehin yaşayış hüququnun tanınması və evə köçürülmə tələbi təmin edilmədiyi halda hazırki məhkəmə qətnaməsi ilə cavabdehin həmin evdən çıxarılmasına heç bir əsasın olmaması qeyd edilmişdir. Bu isə MPM-in 82.3-cü maddəsinin kobud pozulması deməkdir; - sözügedən ev iddiaçının xüsusi mülkiyyətində olan 0.08 ha torpaq sahəsində yerləşdiyindən cavabdehin həmin torpaq sa həsindən çıxarıldığı qət edildiyi halda, cavabdehin həmin evdən çıxarılması iddiaçının mülkiyyət hüququnu həyata keçirməyini şərti və qeyri-sabit xarakterli etmiş olur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Cavabdeh kassasiya şikayətinə etiraz edərək, etirazında evin keçmiş əri ilə ümumi vəsait hesabına tikilməsinə, torpağn alqı-satqı müqaviləsini formal bağlanmasına istinad etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.2. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyay a) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə

180. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam v ermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respubli kasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 41 6.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Kassa siya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən, kollegiya qətnaməni həmin hissədə yoxlayır.

40. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyi ndən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir.

42. İşin müəyyən edilmiş hallarına görə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən ümumi sahəsi 800 kv.m olan torpaq sahəsini iddiaçı xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 almış, iddiaçının mülkiyyət hüququ dövlət qeydiyytaından keçmişdir. Cavabdehin ərinə qarşı həmin torpaq sahəsinin üzərində yerləşən evdə yaşayış sahəsindən istifadə hüququnun tanınması və maneələrin aradan qaldırılması tələbinə dair iddiası Tovuz Rayon Məhkəməsinin 4 iyun 2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamə yuxarı instansiya məhkəmə ləri tərəfindən dəyişdirilmədən saxlanmışdır. Eləcə də cavabdehin ərinə qarşı qeyd edilən torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı müqavilənin etibarsız sayılması barədə iddiası da təmin edilməmişdir.

43. Apellyasiya məhkəməsi işin müəyyən edilmiş bu halına baxmayaraq, iddiaçının mülkiyyətində olan torpaq sahəsindəki evin alqı-satqı predmeti olmamasına, həmin evə dair iddiaçının mülkiyyət hüququnun qeydə alınmamasına istinad edərək mübahisəyə Mülki Məcəllənin 180-ci maddəsini tətbiq edərək cavabdehin evdən çıxarılması və qanunsuz müdaxiləyə son qoyulması hissəsində iddianı rədd etmişdir.

44. Əvvəla, cavabdehin mübahisəli evdən istifadə hüququnun tanınması barədə iddiası qanuni qüvvəyə minmiş məhkəmə aktları rədd edilib. Başqa sözlə, iddiaçının müb ahisədə adı keçən evə hər hansı əşya hüququ baxımından bağlılığı (mülkiyyət, istifadə, sahiblik) istisna edilir. Apellyasiya məhkəməsi isə işin bu halını nəzərə almadan cavabdehin evdən çıxarılması barədə iddianı təmin etməmişdir. Halbuki qeyd edilən qətnamələr artıq cavabdehin mübahisədə adı keçən evlə bağlı əşya hüquqlarını tanımayıb. Apellyasiya məhkəməsi iddianın cavabdehin torpaq sahəsindən çıxarılması hissəsini təmin edib, cavabdehin evdən çıxarılması tələbini rədd etməklə, faktiki olaraq mübahisəni həll etməmiş saxlamışdır.

45. Bundan başqa, apellyasiya məhkəməsinin istinad etdiyi Mülki Məcəllənin 180-ci maddəsinin tələbləri baxımından bütün hallarda qeydə alınmayan istənilən evin özbaşına tikili sayılması nəzərdə tutulmayıb. Həmin normaya əsasən tikinti məqsədləri üçün ayrılmayan t orpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. İşin müəyyən edilən mübahisəsiz hallarından biri də odur ki, evin yerləşdiyi torpaq iddiaçının mülkiyyətindədir və torpaq sahəsi məhz tikinti məqsədləri üçün ayrılıb. Həmçinin o da nəzərə alınmalıdır ki, qanunvericiliyin tələbinə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun.

46. Mülki Məcəllənin 180-ci maddəsinə görə özbaşına tikintiyə mülkiyyət hüququ yaranmasa da, həmin tikiliyə sahiblik və istifadə hüquqları istisna edilmir. İşin müəyyən edilmiş hallarına görə iddiaçı torpaq sahəsini üzərindəki evlə birgə alıb, evin altındakı torpağın mülkiyyətçisidir. Belə olan halda, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin üstündəki evə sahiblik etmək hüququ vardır, cavabdehin isə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin üzərindəki evdə yaşaması iddiaçının sahiblik hüququnu pozur. Mülki Məcəllənin 164-cü maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Mülki Məcəllənin 165.1-ci maddəsinə görə isə sahiblik qadağan edilmiş özbaşınalıq yo lu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər.

47. Göründüyü kimi, cavabdehin evdən çıxarılması və onun qanunsuz müdaxiləsinə son qoyulması barədə iddianı rədd edərkən apellyasiya məhkəməsinin mübahisəyə tətbiq etdiyi Mülki Məcəllənin 180-ci maddəsinin təfsiri düzgün olmamış, eləcə də, sahibliklə bağlı normaları tətbiq etməməklə apellyasiya məhkəməsi hüququn tətbiqində səhvə yol vermişdir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın rədd edilən hissəsində apellyasiya məhkəməsinin mübahisələndirilən fərdi yaşayış evinin cavabdehlə Arif Bayramovun birgə nikahda olduqları müddətdə inşa edilməsi, evin tikintisinə çəkilmiş xərclə bağlı Arif Bayramovla cavabdeh arasında mübahisə olması və həmin mübahisənin başa çatmamasına istinad etməsi də düzgün olmamışdır. Çünki əvvəla, cavabdehin öz keçmiş əri ilə evin tikintisinə çəkilən xərclə bağlı mübahisəsinin bu iddiaya aidiyyatı yoxdur, aidiyyatı olsa da, bu, qeyd edilən hissədə iddianın rədd edilməsinə deyil, əksinə, təmin olunmasına əsasdır. Bir halda ki, cavabdeh ərindən evin tikintisinə çəkilmiş xərclə bağlı mübahisə açıb, belə olan halda, evdən istifadə ilə bağlı cavabdeh hər hansı tələbindən əl çəkdiyini nümayiş etdirib.

49. Bu baxımdan, qeyd edilən hallar hüquqi məsələ olduğu üçün məhkəmə kollegiyası hesab edir ki, mülki iş apellyasiya baxışına göndərilmədən iddianın rədd edilən hissəsində qətnamə ləğv, işin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə həmin hissədə iddia təmin edilməlidir.

50. Məhkəmə kollegiyası kassasiya şikayətinə cavabdehin etirazının dəlilləri ilə bağlı qeyd edir ki, bu dəlillər – evin keçmiş əri ilə ümumi vəsait hesabına tikilməsi, torpaq alqı-satqısı müqaviləsinin real əqd olmaması – hazırki mübahisənin predmetinə aid deyil. Üstəlik, alqı-satqı müqaviləsinin etibarsız sayılmaması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur.

51. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi yuxarıda göstərilənlərə əsasən təmin edilməli, cavabdeh Tovuz rayonu, Aşağı Öysüzlü kəndində iddiaçının mülkiyyətində olan 0,08 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaqla, cavabdehin qanunsuz müdaxiləsinə son qoyulmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və MPM- in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3179/2021 nömrəli, 30 avqust 2021-ci il tarixli qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilsin. Cavabdeh Abdıyeva (Bayramova) X5 rayonu, Aşağı Öysüzlü kəndində İddiaçı mülkiyyətində olan 0,08 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılsın, cavabdehin qanunsuz müdaxiləsinə son qoyulsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar