Məhkəmə qərarları › İş №2(102)-3287/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3287/2020

03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3287/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçı1 və vəkili X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı1 və Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(037)706/2019, hakim R.S.Şirinov) İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası qismə n təmin edilmiş, cavabdehlərin iddiaçıların paylı mülkiyyətində olan XXXyerləşən qeyriyaşayış sahəsindən çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçılara təhvil verilməsi qət edilmiş, Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddiası təmin edilmiş, İddiaçı1 və İddiaçı2 38.375 manat məbləğində pulun alınaraq Cavabdeh1 və Cavabdeh2 verilməsi, qətnamənin eyni vaxtda icra edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(107)-498/2020, hakimlər M.A.Əsədli, Ə.T.Məcidov və A.A.Mahmudov) İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilmiş, qətnаmə qismən, qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı1 və İddiaçı2 38375 manat məbləğində pulun alınaraq Cavabdeh1 və Cavabdeh2 verilməsi hissəsində ləğv edilmiş, qarşılıqlı iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı1 verdiyi kassasiya şikayətində qətnamənin qismən ləğv edilib ilk iddianın tam təmin edilməsi, Hakim və Cavabdeh2lar isə verdikləri kassasiya şikayətində qətnamənin ləğv edilib qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətlərində olan XXXyerləşən ticarət mağazasının xx xxxxxxxx 2013-cü il tarixdən ötən müddətdə fasiləsiz olaraq avtomobil ehtiyat hissələri mağazası kimi işlədilməsi ilə əlaqədar iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi günədək olan müddətə görə isti fadə, istismar və icarə haqqı kimi hər ay üzrə 500 manatdan az olmamaqla yaranmış borc məbləğinin, xx xxxxxxxx 2019-cu il tarixdən həmin mağazanı heç bir istifadə və icarə haqqı ödəmədən işlətdikləri, dəfələrlə tələblərinə baxmayaraq heç bir əsas olmadan özbaşına olaraq boşaltmaqdan imtina etdikləri, özlərinin işlədərək aylar üzrə daha artıq gəlirlər və fayda əldə edə biləcəklərinə dair real vəziyyət nəzərə alınmaqla hər ay üzrə götürdükləri gəlirlərindən əldən çıxmış fayda formasında iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi günədək ötən bütün müddətə görə hər ay üzrə 400 manatdan az olmamaqla yaranmış borc məbləğində pulun Cavabdeh1 və Cavabdeh2 alınaraq onlara təhvil verilməsi və mağazanın boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 və İddiaçı2 dəymiş zərərin əvəzi kimi, mağaza binasının hazırkı bazar qiyməti kimi 38.375 manat məbləğin alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri, kassasiya şikayətlərinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları İddiaçı1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, tərəflər arasında şifahi qaydada razılaşdırılmış icarə müqaviləsinin mövcudluğuna ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətlə rini onunla əsaslandırmışlar ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən iş üzrə əhəmiyyət kəsb edən faktiki hallar araşdırılmamış, təqdim edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında ilkin iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Tərəflər arasındakı mübahisə XXXyerləşən 30.7 kv.metr qeyri-yaşayış sahəsiilə bağlıdır. Həmin əmlak xx xxxxxx 2016-cı il tarixdə X2 adına (o, xx xxxxxxxx 2013-cü il tarixdə vəfat etmişdir), xx xxxxxx 2016-cı il tarixdə isə İddiaçı1 və İddiaçı2 paylı mülkiyyəti kimi onların adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı1 və İddiaçı2 həmin qeyri-yaşayış sahəsinin 2013-cü ilin sentyabr ayından halhazıradək Hakim və Cavabdeh2ların sahibliyində olmasına istinad edərək həmin əmlakın göstərilən müddətdə fasiləsiz olaraq avtomobil ehtiyyat his sələri mağazası kimi işlədilməsi ilə əlaqədar istifadə, istismar və icarə haqqı kimi hər ay üzrə 500 manat olmaqla, cəmi 35.000 manat borcun, o cümlədən 28.000 manat məbləğində əldən çıxmış faydanın alınıb onlara verilməsi, eyni zamanda Hakim və Cavabdeh2ların həmin qeyri-yaayış sahəsindən məcburi çıxarılmaqla mağazanın boşaldılması və onlara təhvil verilməsi barədə iddia qaldırmışlar. Hakim və Cavabdeh2lar isə həmin qeyri-yaşayış sahəsinin əslində Cavabdeh1 məxsus olmasını, sadəcə formal olaraq İddiaçı1 və İddiaçı2 adına rəsmiləşdirildiyini, İddiaçı1 və İddiaçı2 həmin əmlakı mənimsəməklə onlara 38.375 manat zərər vurulduğunu göstərərək onlardan həmin məbləğin tutulması barədə qarşılıqlı iddia tələbini irəli sürmüşlər. İlk iddianın təmin edilməsi hissəsində apellyasiya instansiyası məhkəmə sinin qətnaməsi mübahisələndirilmir. Apellyasiya məhkəməsinin qətnaməsi icarə haqqının və əldən çıxmış faydanın ödənilməsinə dair ilk iddianın təmin edilməməsi hissəsində ilkin iddia üzrə iddiaçılar tərəfindən və qarşılıqlı iddianın rədd edilməsi hissəsində qarşılıqlı iddiaçılar tərəfindən mübahisələndirilir. İddiaçı1 və İddiaçı2 hazırda Hakim və Cavabdeh2lardan 70 aylıq icarə haqqı kimi 35.000 manat, eyni zamanda həmin əmlakın özlərinin istifadəsində olacağı halda əldə edəcəkləri gəlirdən məhrum olduqlarına görə əldən çıxmış fayda kimi 28.000 manat məbləğində pulun alınıb onlara verilməsini tələb edirlər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 700-cü maddəsi ilə icarə müqaviləsinin əsasları müəyyən edilmişdir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələb lərinə görə, icarəyə verənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd - icarə müqaviləsidir. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyə verənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyə verənə qaytarmaq vəzifəsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Q anununun 19.1ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Sadalanan normaların məzmunundan göründüyü kimi, daşınmaz əmlaklarla bağlı icarə müqaviləsi birmənalı qaydada yazılı şəkildə bağlanılmalı və müddəti on bir aydan çox olan icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. İş materialları ilə tərəflər arasında icarə müqaviləsinin bağlanması müəyyən edilmir. Azərbаycаn Respublikаsı Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 2 1-ci maddəsinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar onlara 28.000 manat əldən çəxm ış fayda qismində zərər vurulmasına dair iddialarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərlərinə düşən sübut etmə vəzifəni yerinə yetirə bilməmişlər. Eyni zamanda qarşılıqlı iddiaçılar Hakim və Cavabdeh2larİddiaçı1 və İddiaçı2 qeyri-yaşayış sahəsinin dəyərinin tutulmasını tələb edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəlik anlayışını müəyyən edən 385-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin öhdəlikl ərin əmələ gəlməsi əsaslarını müəyyən edən 386-cı maddəsinin tələblərinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi əsasları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Deməli, iddiaçı kreditor kimi digər şəxsdən vəzifəsinin icrasını məhkəmə qaydasında tələb etməsi üçün cavabdehin borclu kimi öhdəliklərinin əmələ gəlməsinin hüquqi əsasını sübut etməlidir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırki iş üzrə qarşılıqlı iddiaçıların mübahisəli qeyri-yaşayış sahəsinin onlara məxsus olduğuna, formal olaraq İddiaçı1 və İddiaçı2 adına rəsmişləşdirilməsinə istinad edərək hazırkı bazar dəyəri kimi pul tələbi irəli sürməsinin hüquqi əsası yoxdur. Azərbaycan Respub likası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, qətnamə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Mə hkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar