Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3287/2024 02.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh4,Cavabdeh1nə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə QƏRARDADİ İş № 2(102)-3287/2024 (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən imzalanmaması,kassasiya şikayəti vermək hüququnun olmaması) 02 sentyabr 2024-cü il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh4,Cavabdeh1nə və Naiqin-K "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 fevral 2024-cü il tarixli 2(104)-159/2024 nömrəli qətnaməsində cavabdehlər Cavabdeh3, Cavabdeh4,Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətini Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında nəzərdən keçirərək aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. İddiaç ı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh4,Cavabdeh1nə (MMC-yə) və Naiqin-K "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC-yə) qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 483000 manat əsas borcun, kreditin bitmə tarixinə hesablanmış ödənilməmiş 214904.28 manat məbləğində faiz borcunun, 121957.01 (yüz iyirmi bir min doqquz yüz əlli yeddi manat 01 qəpik) manat məbləğində cərimə borcunun və xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 150688.05 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 970549.34 m anat məbləğində borcun Cavabdeh1 MMC-dən və Cavabdeh4, xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13(Ə2) saylı kredit müqaviləsinə əsasən 240230.59 manat məbləğində əsas borcun, kreditin bitmə tarixinə hesablanmış ödənilməmiş 187906.34 manat məbləğində faiz borcunun, 80359.05 manat məbləğində cərimə borcunun və xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 66716.35 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 575212.33 (manat məbləğində borcun Cavabdeh1 MMC-dən, Cavabdeh4 və Cavabdeh3, xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0101-13(Ə3) saylı kredit müqaviləsinə əsasən 121303.49) manat əsas borcun, kreditin bitmə tarixinə hesablanmış ödənilməmiş 71932.91 manat məbləğində faiz borcunun, 110585.26 manat məbləğində cərimə borcunun və xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 37845.1 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 341666.76 manat məbləğində borcun Cavabdeh1 MMC-dən, Cavabdeh4, Cavabdeh3 və Naiqin-K "xxxx"MMC-dən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada tutulmasına, tutmanın öhdəliyin təminatı kimi Naiqin-K "xxxx"MMC ilə"xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 6BİZ-1-0-101-13(İ) saylı ipoteka müqaviləsinə əsasən Tovuz Rayonu İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 933.8 kv.m qeyriyaşayış binasına (alkaqol içkilərin süzülməsi və doldurulması sexi), xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13(İ2) saylı ipoteka müqaviləsinə əsasən Tovuz Rayo nu, İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 1746.4 kv.m qeyri-yaşayış binasına (un kombinatı), xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-10113(İ3) saylı ipoteka müqaviləsinə əsasən Tovuz Rayonu, İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 527.2 kv.m qeyri-yaşayış binasına (ilkin emal sexi) və xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13(İ4) saylı ipoteka müqaviləsinə əsasən Tovuz Rayonu, İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 63.8 kv.m qeyri-yaşayış binasına (spirt çəkmə sexinə), həmçinin kredit müqavilələrindən irəli gələn öhdəliklərin təminatı üsulu kimi "xxxx" MMC ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 6BİZ-1-0-101-13 (G) saylı girov müqaviləsinə əsasən adları müqaviləyə əlavə olunan əmlaka yönəldilməsi və həmin daşınar və daşınmaz əmlakların açıq hərracda s atılması, satışdan əldə olunan pul vəsaitinin borc məbləğlərinə ödənilməsi, həmçinin ipoteka və girov predmetlərinin açıq hərracda satıldıqdan sonra həmin əmlaklardan cavabdehlərin çıxarılması və hərracdan əldə olunan pul vəsaiti kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlərin digər əmlakları və mal varlıqlarına yönəldilməsinə dair qətnamə qəbul etmənizi xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. Tovuz Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(062)-60/2023 saylı qətnaməsi ilə (hakim Z.Hünbətov) iddia qismən təmin edilərək, xx.xx.2013-cü il tarixli, 6BİZ-1-0-101-13(Ə1) saylı kredit müqaviləsinə əsasən 483000 manat əsas borc, kreditin bitmə tarixinə hesablanmış ödənilməmiş 214904.28 manat məbləğində faiz borcu, 1000 mana t məbləğində cərimə borcu, xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 150688.05 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 849592.33 manat məbləğində borc Cavabdeh1 MMC-dən və Cavabdeh4 müştərək qaydada, xx.xx.2014-cü il tarixli 6-BİZ-1-0- 101-13(Ə2) saylı kredit müqaviləsinə əsasən 240230.59manat məbləğində əsas borc, kreditin bitmə tarixinə hesablanmış ödənilməmiş 187906.34 manat məbləğində faiz borcu, 1000 manat məbləğində cərimə borcu, xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 66716.35 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 495853,28 manat məbləğində borc Cavabdeh1 MMC-dən, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada, xx.xx.2014-cü il tarixli, 6-BİZ1- 0-101-13(Ə3) saylı kredit müqaviləsinə əsasən 121303.49 manat əsas borc, kreditin bitmə tarixinə hesablanmış ödənilməmiş 71932.91 manat məbləğində faiz borcu, 1000 manat məbləğində cərimə borcu, xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 37845.1 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 232081,5 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 MMC-dən, Cavabdeh4, Cavabdeh3 və Naiqin-K "xxxx"MMC-dən müştərək qaydada tutularaq, İddiaçı ASC-yə ödənilməsi, tələbin Naiqin K ”Tovuz Baltiya” MMC-yə məxsus Tovuz rayonu İbrahim Hacılı kəndində yerləşən 933.80 kv.m sahəsi olan qeyriyaşayış binası (alkaqollu içkilərin süzülməsi və doldurulması sexi), Tovuz rayon İbrahim Hacılı kəndində yerləşən 1746, 40 kv.m sahəsi olan qeyri-yaşayış binası (un kombinatı), Tovuz rayonu İbrahim Hacılı kəndində yerləşən 527.20 kv.m sahəsi olan qeyri-yaşayış binası(ilkin emal sexi) və Tovuz rayonu İbrahim Hacılı kəndində yerləşən 63,80 kv.m sahəsi olan qeyri-yaşayış binasına (spirt çəkmə sexi) yönəldilməsi, tələbin həmçinin girov predmeti olan aşağıdakı əşya və avadanlıqlara yönəlidilməsi, "xxxx" MMC-yə məxsus Tovuz rayonu İbrahim Hacılı kəndində yerləşən sahəsi 933.80 kv.m olan qeyri-yaşayış binasının (alkaqollu içkilərin süzülməsi və doldurulması sexi) ilkin satış qiymətinin 141.110 manat, Tovuz rayon İbrahim Hacılı kəndində yerləşən sahəsi 1746,40 kv.m olan qeyriyaşayış binasının (un kombinatı) ilkin satış qiymətinin 277.310 manat, Tovuz rayonu İbrahim Hacılı kəndində yerləşən sahəsi 527.20 kv.m olan q eyri-yaşayış binasının (ilkin emal sexi) ilkin satış qiymətinin 43.550 manat və Tovuz rayonu İbrahim Hacılı kəndində yerləşən sahəsi 63,80 kv.m olan qeyriyaşayış binasının (spirt çəkmə sexi) ilkin satış qiymətinin 10.500 manat müəyyən edilməklə açıq hərracda satılması, ipoteka qoyulmuş Naiqin K ”Tovuz Baltiya” MMC-yə məxsus Tovuz rayonu İbrahim Hacılı kəndində yerləşən sahəsi 933.80 kv.m olan qeyriyaşayış binasına (alkaqollu içkilərin süzülməsi və doldurulması sexi), Tovuz rayon İbrahim Hacılı kəndində yerləşən sahəsi 1746,40 kv.m olan qeyri-yaşayış binasına (un kombinatı), Tovuz rayonu İbrahim Hacılı kəndində yerləşən sahəsi 527.20 kv.m olan qeyri- yaşayış binasına (ilkin emal sexi) və Tovuz rayonu İbrahim Hacılı kəndində yerləşən sahəsi 63,80 kv.m olan qeyri-yaşayış binasına tutma yönəld ikdən və satıldıqdan sonra həmin qeyriyaşayış binaları boşaldılması, ipoteka və girov predmetlərinin satışından əldə edilən ümumi vəsait hesabına İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 6-BİZ-1-0- 101-13 (Ə1)nömrəli kredit müqaviləsi, xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13 (Ə2)nömrəli kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli, 6-BİZ-10-101-13(Ə3) nömrəli kredit müqaviləsi üzrə yaranmış, cəmi 1577527.11 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir
3. Qətnamədən narazı qalan Cavabdeh1 MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(062)-60/2023 saylı qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsini xah iş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının nömrəli, xx.xx.2024-cü il 2(104)-159/2024 tarixli qətnaməsi ilə (hakimlər – A.H. Hüseynzadə (sədrlik edən və məruzəçi), İ.T.Həsənov, Ş.Q. Rzaquliyev) apellyasiya şikayəti qismən təmin edilmişdir,birinci instansiya məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(062)-60/2023 saylı qətnaməsi əsas borc, faiz, öhdəliyin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesablanmış məbləğ, buna müvafiq olaraq ümumi borc məbləği və tələbin girov qoyulmuş əşyalara yönəldilməsi hissəsində qismən ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılmış, pul tələbinə dair hissədə iddia qismən təmin edilmiş, xx.xx.2013-cü il tarixli, 6-BİZ-1-0101-13(Ə1) saylı kredit müqaviləsi üzrə 483000 manat əsas borc, 134243,27 manat faiz, 1000 manat cərimə və öhdəliyin icrasının gecikdirilməsinə görə illik 5 (beş) faiz hesablanmış 150688.05 manat faiz məbləği olmaqla, cəmi 768931,32 manat cəmi (yeddi yüz altmış səkkiz min doqquz yüz otuz bir manat, 32 qəpik) manat cavbdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh4, xx.xx.2014-cü il tarixli 6-BİZ-1-0-101-13(Ə2) saylı kredit kredit müqaviləsi üzrə 236627,05 manat əsas borc, 106471,76 manat faiz, 1000 manat cərimə və öhdəliyin icrasının gecikdirilməsinə görə illik 5 (beş) faiz hesablanmış 65631,35 faiz məbləği olmaqla, cəmi 409730,16 (dörd yüz doqquz min yeddi yüz otuz manat, 16 qəpik) manat cavbdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh4 və Cavabdeh3, xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13(Ə3) saylı kredit müqaviləsi üzrə 121303.49 manat əsas borc, 2207,52 manat faiz, 1000 manat cərimə və öhdəliyin icrasının gecikdirilməsinə görə illik 5 (beş) faiz hesablanmış 37845.1 manat faiz məbləği olmaqla, cəmi 409730,16 (dörd yüz doqquz min yeddi yüz otuz manat 16 qəpik) 162356,11 (yüz altmış iki min üç yüz əlli altı manat 11 qəpik) və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavbdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh4, Cavabdeh3 və Naiqin-K "xxxx"MMC-dən tutularaq, İddiaçı ASC-yə ödənilməsi,ipoteka və girov predmetlərinin satışından əldə edilən ümumi vəsait hesabına İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 6-BİZ-10101-13 (Əl) nömrəli kredit müqaviləsi, xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101 -13 (Ə2) nömrəli kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13(Ə3) nömrəli kredit müqaviləsi üzrə yaranmış, c əmi 1.341.017,59 (bir milyon üç yüz qırx bir min on yeddi manat, 59 qəpik) manat borc və 30 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-yə ödənilməsi, birinci instansiya məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(062)-60/2023 nömrəli qətnaməsi, tələbin girov predmeti olan 2002-ci il buraxılışlı 1 ədəd şərab süzmə sexi,1995ci il buraxılışlı 1 ədəd spirt saxlama sexi, 2001-ci ildə inşa edilmiş 1 ədəd qazanxana binası, 1996-cı ildə inşa edilmiş 1 ədəd ehtiyat hissələri anbarı, 1998-ci ildə inşa edilmiş keçid binası, 1995-ci ildə inşa edilmiş 1 ədəd taxta anbar, 1996-cı il buraxılışlı miqdarı 1700 olan daş hasar, 1995-ci ildə inşa edilmiş 1 ədəd qonaq evi, 1994-cü ildə inşa edilmiş quraşdırma anbarı, 2001-ci il buraxılışlı 1 ədəd alkoqollu içki çəkən sex, 1998-ci il buraxılışlı 1 ədəd üzüm em al sexi, 2001-ci il buraxılışlı 1 ədəd şərab süzmə sexi binası, 2004-cü ildə inşa edilmiş 1 ədəd hamam və tualet binası, 2004-cü ildə inşa edilmiş 1 ədəd nəzarətçi postu, 2001-ci il buraxılışlı 1 ədəd spirt çəkən sex, 1994-cü il buraxılılı 1 ədəd quraşdırma anbarı, 2004-cü ildə inşa edilmiş 250 metr uzunluqda dəmir hasar, 1995-ci il buraxılışlı 2,5 km uzunluğunda xarici işıqlandırma xəttinə və təkrar qeyd olunmuş eyni girov əşyalarına aid yönəldilmə hissəsində ləğv edilməsi,həmin hissədə iddianın rədd edilməsi, apellyasiya şikayətinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
5. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və "xxxx " Məhdud Məsuliyyətli Cəmiyyəti (onların nümayəndəsi və vəkili Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)159/2024 saylı qətnaməsinin qismən – iddia tələbinin təmin edilən hissəsində də ləğv edilərək iddia tələbinin tam təmin edilməməsinə dair yeni Qərar qəbul edilməsini xahiş etmişdir.. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etiba rnamədə əks etdirilməlidir. 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 407.1.3. şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması ist ənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; 407.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;... Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 4 07-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
6. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və müvafiq prosessual hərəkətlərin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
7. Belə ki, iş materiallarından müəyyən olunur ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə verilmişdir. Kassasiya şikayəti cavabdehlər Cavabdeh3, Cavabdeh4 tərəflərindən imzalanmam ışdır.Ümumiyyətlə kassasiya şikayəti elektron imza ilə vəkil Nümayəndə2 tərəfindən imzalanmışdır.
8. Cavabdeh4 tərəfindən Nümayəndə2 verilmiş etbarnamədə vəkilin məhkəmə aktlarından şikayət verə bilmə səlahiyyəti nəzərdə tutulmamış, vəkil Nümayəndə2 Cavabdeh3 adından kassasiya şikayətini imzalamaq səlahiyyətini verən müvafiq etibarnamə iş materiallarına əlavə olunmamışdır.
9. Beləliklə, müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh3, Cavabdeh4 adından kassasiya şikayəti buna səlahiyyəti olmayan şəxs tərəfindən elektron imza ilə imzalanmışdır.
10. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi tərəfindən sadəcə Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə baxılaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən hissələr üzrə, yəni cavabdehl ərdən tutulan borc məbləğinin mövcudluğu və əsaslılığı, o cümlədən dolayısı ilə mübahisə edilən tələbin girov qoyulmuş əmlaklara yönəldilməsi hissəsində yoxlanılmış, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borc, faiz, öhdəliyin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesablanmış məbləğ, buna müvafiq olaraq ümumi borc məbləği və tələbin girov qoyulmuş əşyalara yönəldilməsi hissəsində qismən ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılmışdır.
11. Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinə nisbətən iddianın daha az həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilmiş, Cavabdeh3, Cavabdeh4 və "xxx x" Məhdud Məsuliyyətli Cəmiyyəti üçün daha əlverişli şərait yaradılımışdır.Belə olan təqdirdə cavabdehlər Cavabdeh3, Cavabdeh4 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ yoxdur.
12. İş materialları ilə təsdiq edilir ki, iddia kredit müqavilələri üzrə əsas borclu Cavabdeh1 ilə birlikdə zaminlər kimi Cavabdeh3, Cavabdeh4 və Naiqin-K "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı irəli sürülmüş və iddia məhkəmələr tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir.
13. Cavabdeh3, Cavabdeh4,Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən birgə verilmiş kassasiya şikayətində qeyd edilmişdir ki, eyni zamanda Mülkü Məcəllənin 477.0.1 maddəsində göstərilir ki, zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və dəyişikliklər onun məsuliyyətinin artmasına və onun üçün digər əlverişsiz nəticələrə səbəb olarsa zaminliyə xitam verilir. Belə olan halda, hakim iş materiallarından göründüyü kimi “Borcalanların” qarşısında öhdəliyi özbaşına dəyişmiş ona küllü miqdarda ziyan vurmuş, vəziyyəti pisləşmiş, hətta üstəlik “Borcalanı” Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə yoxlama üçün şikayət vermiş, beləliklə hakim MM-nin 477.0.1 maddəsinə istinad etmədən zamin duranları üstəlik banka heç bir borc öhdəliyi qalmadığı bir halda, “Borcalanlarla” birgə borcun ödənilməsi ilə bağlı qərəzli və ziddiyyətli qətnamə çıxarmışdır.
14. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin borcun zaminlərdən də tutulmasına dair hissəsindən Cavabdeh3, Cavabdeh4 və Naiqin-K "xxxx" M əhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilməmiş, bunun nəticəsi olaraq da həmin şəxslərin apellyasiya instansiyası məhkəməsi tərəfindən də təmin olunmayan tələbləri olmamış, birinci instansiya məhkəməsinin qətnaməsi borcun zaminlərdən tutulmasının əsaslılığı hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmamış, həmin məsələyə dair (borcun zaminlərdən tutulmasının əsaslılığı) apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilməmişdir.Belə olan təqdirdə mövcud şərtlər daxilində göstərilən şəxslərin borcun zaminlərdən də tutulmasına dair hissə üzrə kassasiya şikayəti vermək hüquqları yoxdur.
15. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi borcun zaminlərdən də tutulmasına dair hissəsində apellyasiya inst ansiyası məhkəməsi tərəfindən yoxlanılmadığından, qeyd edilən şəxslərin prosessual hüquq normalarının tələbinə əməl etməklə birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissəsindən apellyasiya şikayəti vermək hüquqları vardır.
16. Şərh edilənlərə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi MPM-in 409cu maddəsinin tələbinə zidd olaraq kassasiya şikayətini iş materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərmişdir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
18. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qayd asında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
19. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə kassasiya şikayəti cavabdehlər Cavabdeh3, Cavabdeh4 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə münasibətdə qeyri-mümkün hesab edilməlidir. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmamasına görə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Yuxarıda göstərilən hallarda kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti olduğuna görə, k assasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
20. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.2-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)159/2024 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayəti cavabdehlər Cavabdeh3, Cavabdeh4 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə münasibətdə qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.