Məhkəmə qərarları › İş №2(102)-3287/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3287/2025

28.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3287/2025 28.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı mülki iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı cavabdehin övladları və əmlakları ilə birlikdə fərdi yaşayış evindən çıxarılması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-859/2025 nömrəli, 19 sentyabr 2025-ci il tarixli qərardad ından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağcabədi rayonunun Muğanlı kəndində yerləşən və xüsusi mülkiyyətində olan 0,10 ha torpaq sahəsindən və onun üzərində yerləşən 100 kv.m-dən ibarət fərdi yaşayış evindən Cavabdeh1 övladları və əmlakları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Məhkəmə iclası zamanı iddiaçı tərəfin vəsatəti əsasında Cavabdeh2 cavabdeh qismində işə cəlb edilmişdir.

3. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-142/2025 nömrəli, 10 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakim - Rəşad Nuriyev), iddianın təmin edilməsi, JN-118 A, K OD 60811018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş, Ağcabədi rayonunun Muğanlı kəndində yerləşən 0,29 ha torpaq sahəsinin 0,10 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən 100 kv.m-də ibarət fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 yetkinlik yaşına çatmayan övladı-25 oktyabr 2008ci il təvəllüdlü X1 əmlakları ilə birlikdə çıxarılması qət edilmişdir.

4. Qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Mirlətif Sadıqov və Aytən Novruzov), 2(104)859/2025 nömrəli, 19 may 2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-142/2025 nömrəli, 10 mart 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

6. Cavabdeh1 və onun vəkili Vəkil3 tərəfindən kassasiya şikayəti, eyni zamanda müddətin bərpası barədə ərizə verilərək buraxılmış müddətin bərpa edilməsini xahiş edilmişdir.

7. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Tofiq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Aytən Novruzov), 2(104)-859/2025 saylı, 2 sentyabr 2025-ci il tarixli qərardadı ilə Cavabdeh1 və onun vəkili Vəkil3 tərəfindən kassasiya şikayəti verilməsi üçün buraxlmış müddətin bərpası barədə verilmiş ərizə təmin ed ilməmiş, kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

8. Qərardaddan Cavabdeh1 və onun vəkili Vəkil3 tərəfindən kassasiya şikayəti verilmişdir.

9. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-859/2025 saylı, 19 sentyabr 2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.

10. Apellyasiya məhkəməsi kassasiya şikayətinin MPM-nin 405.0.2-ci maddəsinin tələbinə uyğunluğunu yoxlayarkən, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)859/2025 nömrəli, 2 sentyabr 2025-ci il tarixli qərardadının xx.xx.2025-ci il tarixdə Cavabdeh1 və onun vəkili Vəkil3 məxsus şəxsi elektron kabinetlərə yerləşdirilməsini müəyyən etmişdir.

11. Apellyasiya məhkəməsi onu da qeyd etmişdir ki, Cavabdeh1 və onun vəkili Vəkil3 tərəfindən verilmiş kassa siya şikayəti qərardad rəsmi qaydada təqdim edildiyi gündən 10 gün ərzində verilməli olduğu halda təqdim olunduğu gündən 15 gün sonra yəni xx.xx.2025-ci il tarixdə elektron sistemə yerləşdirilmişdir. Bununla da kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş müddət ötürülmüşdür. Belə olan halda kollegiya hesab etmişdir ki, kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verildiyindən və kassasiya şikayətinə buraxılmış müddətin bərpa edilməsinə dair ərizə əlavə edilmədiyindən geri qaytarılmalıdır.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1, 130.2, 130.3, 365, 400, 402, 408.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətin in dəlilləri

13. Cavabdeh (vəkil – Vəkil3) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(106)-859/2025 saylı qərardadının ləğv edilərək kassasiya şikayəti verilməsi müddətini bərpa edərək kassasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə təqdim edilən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış və həmin sübutlar əsasında hüquq normalarına müvafiq qiymət verməyərək prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardad qanuna zidd olaraq qəbul edilmişdir. Kassasiya şikayətini isə vaxtında vermişlər. Çünki həmin qərar ona poçt vasitəsilə xx.xx.2025-ci il tarixdə gəlmişdir. O da 10 gün müddətin keçməm əsini gözləyərək xx.xx.2025-ci il tarixdə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasında tətbiq olunan “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə sənədlərin təqdim olunması imkanı yaradılmışdır. Lakin bu sahədə bilik və bacarıqları olmadığına görə, elektron sistemdən istifadə edə bilmir. Kompüter və internet texnologiyalarında yetərincə təcrübəyə malik deyil, bu səbəbdən elektron məhkəmə sistemində qeydiyyatdan keçmək, sənəd əlavə etmək və digər texniki əməliyyatları icra etmək imkanı yoxdur. Bu vəziyyət onun konstitusion hüquqlarının — məhkəməyə müraciət və müdafiə hüququmun həyata keçirilməsini çətinləşdirir. Elektron məhkəmə sistemini aydın bilmədiyi üçün qərarın hansı tarixdə elektron sistemə yerləşdiyini bilmir. Bunun üçün də qərar ona poçt vasitəsilə gəldiyi zaman hə min vaxta əsasən kassasiya şikayətini vermişdir. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən, tərəflər öz hüquqlarını sərbəst həyata keçirmək imkanına malikdirlər. O isə yalnız kağız daşıyıcı üzərində sənədləri hazırlayıb məhkəməyə təqdim edə bilir. Bütün əsaslara görə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli və kassasiya şikayətim icraata qəbul edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə etiraz verərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)-859/2025 saylı qərardadının qüvvədə qalması və kassasiya şikayətinin təmin olunmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosess ual Məcəlləsi

16. Maddə 10-1.3. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

17. Maddə

365. Apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur.

18. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

19. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

20. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır.

21. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

22. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

23. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

24. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. İddaçı kassasiya şikayətinəqarşı verdiyi etirazına sənədlər əlavə etsə də məhkəmə kollegiyası bildirir ki, kassasiya məhkəməsi sübutlar qəbul etmir və işə şikayət həddində baxaraq və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgü n qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin 2 sentyabr 2025-ci il tarixli qərardadının kassasiya şikayəti verən cavabdehə 4 sentyabr 2025-ci il tarixində onun “elektron kabinet”inə yerləşdirilməklə rəsmi qaydada verilməsi apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir. Belə olan təqdirdə apellyasiya məhkəməsi 2 sentyabr 2025-ci il tarixli qərardadından 19 sentyabr 2025-ci il tarixində verilmiş kassasiya şikayətini qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verildiyindən və kassasiya şikayətinə buraxılmış müddətin bərpa edilməsinə dair ərizə əlavə edilmədiyindən geri qaytararkən prosessual hüquq normalarının tələbinə riayət etmişdir.

30. Azərbaycan Respublikasının MPM-in 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

31. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

32. Məhkəmə kollegiyası kassasiya şikayətinin kompüter və internet texnologiyalarında yetərincə təcrübəyə malik olmaması, bu səbəbdən elektron məhkəmə sistemində qeydiyyatdan keçmək, sənəd əlavə etmək və digər texniki əməliyyatları icra etmək imkanı olmadığı, elektron məhkəmə sistemini aydın bilmədiyi üçün qərarın hansı tarixdə elektron sistemə yerləşdiyini bilmədiyi barədə dəlilləri ilə əlaqədar bildirir ki, həmin hallar qərardaddan prosessual normalarla müəyyənləşdirilmiş müddətdən sonra kassasiya şikyəti verilməsini mümkün etmir.

33. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılsın.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası q ə r a r a aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-859/2025 nömrəli, 19 sentyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar