Məhkəmə qərarları › İş №2(102)-3289/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3289/2022

09.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3289/2022 09.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh və cavabdeh2na qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh, və cavabdeh2na qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 sentyabr 2021 il tarixli 2(104)-2876/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfind ən verilmiş kassasiya şikayətinə 9 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra-iddiaçı) ilə Cavabdeh (bundan sonra-cavabdeh) 2013-cü ilin avqust ayının 28-də rəsmi olaraq ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X6 adlı iki uşaqları doğulmuşdur.

2. Ailə qurduqdan sonra iddiaçı cavabdehin yaşadığı ünvana, Goranboy rayonu XXX kəndinə gəlin köçmüşdür.

3. Tərəflər hal-hazırda ayrı yaşayır, uşaqlar ananın himayəsindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, uşaqları X3 və X1, cavabdehin yaşadığı Goranboy rayo nu XXX kəndindəki evdə yaşayış sahəsindən istifadə hüquqlarının tanınması və evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh ona tez-tez işgəncələr vermiş, onu təhqir edərək, iki uşaqla evdən qovmuşdur. Ona o qədər mənəvi əzab vermişdir ki, az qala dəli olmuşdur. O, həddindən artıq psixoloji sarsıntılar keçirmişdir. Ən sonda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik M.A.Topçubaşov adına X2 xx.xx.2019-cu ildə “intubasion anesteziya altında tireoidektomiya və sağ tərəfli Lateral boyun limfadisseksiyası” əməliyyatları olmuşdur. Bunlar hamısı cavabdehin ona verdiyi əzablardan əmələ gəlmiş əsəbləşmələrin nəticəsidir. Ən sonda ona Qalxanabənzər vəzinin bədxassəli (xərçəng xəstəliyi) yenitörəməsi diaqnozunu qoymuşlar. 3 ay ərzində iki dəfə əməliyyat olunmuşdur. O, xəstəxanada olarkən uşaqlara anası baxmışdır. İndi artıq tamam ayrılmışlar. Toyda alınan qızıl-zinət əşyalarını cavabdehin qorxusundan istifadə edə bilmədiyi üçün onlarda qalmışdır. Çünki cavabdeh qızılları taxmağa ona icazə vermirdi. Guya qısqanclıqdan qızılları istifadə etməyə icazə vermirdi. Beləliklə qızıl-zinət əşyaları onlarda qalmışdır. O, məcbur olub uşağını da götürüb valideynlərinin yanına getmişdir. Beləliklə ailələri dağılmışdır. Artıq ayrı yaşayırlar. Yəni atasıgilin evində qalırlar. Atası evi iki otaqdan ibarətdir. Qaçqınlar üçün tikilmiş evlərdəndir. İki otaqda üç ailənin yaşaması çətindir. Onun uşaqları körpə olduğu üçün isə həm atasıgili, həm də qardaşının ailəsini narahat edir və evlərində söz-söhbət yaranır. Uşaqları onun him ayəsində qalırlar. Cavabdeh uşaqların saxlanması üçün kirayə tutmaq üçün heç bir köməklik göstərmir. O, özü isə xəstə olduğu üçün işləmir, heç bir yerdən gəliri yoxdur. Uşaqların saxlanması üçün çox çətinlik çəkir. Köməyi yoxdur, çox imkansız vəziyyətdə yaşayır. Hər bir valideyn də uşaq hüquqlarına hörmət bəsləməyə, onların cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşmasında üzərinə düşən vəzifələri yerinə yetirməyə borcludur. Bunları qeyd etməklə ailələrinin imkansız şəraitdə yaşamasını bildirir. O, və uşaqları da atasıgilin dolanışığını daha da çətinləşdirirlər. Onun başqa yaşayış yeri yoxdur. O, iki uşağı ilə bütün hüquqlardan hələlik məhrumdurlar. Başqa evlərdə (yəni kirayənişin) yaşamağa imkanı olmadığından o, iki uşağı ilə gəlin köçdüyü Goranboy rayonu Qaradağlı kəndində Cavabdeh yaş adığı evə köçürülməsini istəyir.

6. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya etiraz edərək, göstərib ki, iddiaçı gəlini, Cavabdeh isə oğludur. İddiaçı 2013-cü ildə gəlin köçərək onun evində yaşasa da 2019-cu ildən kirayə yaşayır. İddianın rədd edilməsini xahiş edir.

7. Goranboy Rayon Məhkəməsinin 2(045)-414/2021 nömrəli iş üzrə 15 aprel 2021ci il tarixli qətnaməsi ilə (hakim Samir Mayılov) iddia tələbi təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, iddiaçı, xx.xx.2013-cü il tarixdə qeydiyyat orqanında Cavabdeh ilə nikah bağlayaraq mübahisəli fərdi yaşayış evinə gəlin köçmüşdür. Onların birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü XXX və xx.xx.2016-cı il təvəllüdlü XXX adlı iki uşaqları var.

9. İddianı təmin edən bi rinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.

11. Apellyasiya şikayətində iddiaçı işin faktiki hallarına düzgün qiymət verilməməsi ilə yanaşı, maddi hüquq normalarının düzgün tətbiq edilməməsinə də istinad etmişdir.

12. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2876/2021 nömrəli iş üzrə 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Ədil Məmmədov və Rəşad Mamedov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia təmin edilməmişdir

13. Apellyasiya instansiyası məhkəməsi birinci instan siya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, bu kateqoriyadan olan işlərə baxılarkən iddiaçının ailə üzvü olub-olmaması, həmçinin köçürülməsini xahiş etdiyi daşınmaz əmlakın statusu müəyyən edilməlidir. Hazırki iş üzrə müəyyən edilmişdir ki, iddiaçı cavabdehin ailə üzvü deyildir, sözügedən ev isə cavabdeh X4 məxsusdur. Bu barədə qeydiyyat vəsiqəsi mülki işə əlavə olunmuşdur. Bundan başqa fərdi yaşayış fonduna daxil olan yaşayış evinin dekabr 2005-ci il tarixli Texniki Pasportundan bir daha görünür ki, Goranboy rayonu XXX kəndindəki fərdi yaşayış evinin sahibi X5r.

14. İşdə olan sənədlərə əsasən evin mülkiyyətçisi X5r. İddiaçı cavabdehlərin ailə üzvü deyildir, yəni mülkiyyətçi onun keçmiş qaynatasıdır. Hazırda həmin mülkiyyətçinin iddiaçının saxlanması ilə bağlı hər hansı bir öhdəliyi yoxdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı (Vəkil) kassasiya şikayəti verib, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim olunmuş sübutlara hüquqi qiymət verilməyib, maddi hüquq normaları düzgün tətbiq edilməyib. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

17. Kassasiya şikayətinə qarşı cavabdehlərin yazılı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

20. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

21. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

22. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşay ış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq norm alarına uyğun çıxarılmalıdır.

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

30. Kassasiya instansi yası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiy ası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli ev iddiaçının qayınatasına məxsusdur və iddiaçı ilə keçmiş qayınatası arasında evdən istifadə ilə bağlı notariusda təsdiq edilmiş razılaşma yoxdur. Ona görə Mülki Məcəllənin 228-ci maddəsinə uyğun olaraq iddiaçının evə istifadə hüququ yaranmamışdır.

34. Mübahisəli ev cavabdeh X4 məxsusdur. Bu barədə qeydiyyat vəsiqəsi mülki işə əlavə olunmuşdur. Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin dekabr 2005-ci il tarixli Texniki Pasportundan görünür ki, Goranboy rayonu Qaradağlı kəndindəki fərdi yaşayış evinin sahibi X5r.

35. Yəni, idddiaçı gəlin köçməmişdən uzun illər əvvəl həmin ev inşa olunmuş və mülkiyyətçi keçmiş qayınatadır. Ona görə mülkiyyətçinin (qayınatanın) iddianın rədd edilməsi barədə etirazları əsaslıdır. 36. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən v ə mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

37. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq norm alarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 sentyabr 2021 il tarixli 2(104)-2876/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar