Məhkəmə qərarları › İş №2(102)-3289/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3289/2023

30.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3289/2023 30.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi, torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş qərəzli hərəkətlərə və qəsdlərə son qoyulması, torpaq sahəsində qanunsuz tikilmiş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: torpaqdan çıxarılma, mülkiyyət hüququnun müdafiəsi, hüquqdan sui-istifadə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X2 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 may 2023-cü il tarixli, 2(107)45/2023 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Zaqatala rayon Aqrar İslahat 23 may 1996-cı il tarixli 32 saylı qərarı ilə Zaqatala rayonu Mosul kəndində yerləşən 0,47 ha torpaq sahəsi X3 və İddiaçı2 Əlyar oğlunun mülkiyyətinə verilmişdir.

2. X8 həmin torpaq sahəsində 130 kv.metr sahədən ibarət fərdi yaşayış evi inşa etmiş və ailəsi ilə birlikdə yaşayır.

3. X1 Elyar Zübeyir oğlunun qardaşı oğludur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia əriz əsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Mosul kəndində yerləşən JN 09İF KOD 40200048 olan Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçılara məxsus 0,47 ha torpaq sahəsinin 0,15 ha hissəsindən cavabdehin çıxarılması, iddiaçıların həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilməklə cavabdeh tərəfindən həmin torpaq sahəsində qanunsuz inşa edilmiş 130 kv.m. ölçüdə tikilinin onun özünün hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıların kə nddə yaşamadıqlarından istifadə edən cavabdeh Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında onlara verilmiş 0,47 ha yaşayış məntəqələri kateqoriyalı torpaq sahəsini özbaşına tutmuş, onların razılığı və icazəsi olmadan orada qanunsuz 130 kv.m ölçüdə tikili inşa etmişdir. Həmin torpaq sahəsini boşaltması və qanunsuz inşa etdiyi tikilini sökməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etsələr də, cavabdeh öz qanunsuz əməllərini davam etdirməklə onların mülkiyyət hüquqlarını pozmaqda davam edir.

6. Zaqatala Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2(033)-370/2022 nömrəli qətnaməsi ilə (hakim T.H.Həsənov) iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında mübahisəli torpaq sahəsi ilə bağlı razılıq əldə edilmiş, razılıq nəticəsində cava bdeh özünə məxsus 0,24 ha torpaq sahəsi üzərində yerləşən fındıq bağını iddiaçılara vermiş və iddiaçıya məxsus 0,47 ha torpaq sahəsinin 0,15 ha hissəsində ev (tikili) tikmişdir.

8. Eyni zamanda iddiaçı, cavabdehin həmin torpaq sahəsini boşaltması və qanunsuz inşa etdiyi tikilini sökməsi ilə bağlı dəfələrlə müxtəlif orqanlara şifahi qaydada müraciət etməsini ərizəsində qeyd etsə də, bunu sübut edəcək mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir.

9. Məhkəmə hesab etmişdir ki, həm cavabdehin ona məxsus 0,24 ha torpaq sahəsi üzərində yerləşən fındıq bağından 2008-ci ildən məhrum edilməsi, həm də onun tərəfindən iddiaçılara məxsus 0,47 ha torpaq sahəsinin 0,15 ha hissəsi üzərində inşa edilmiş ümumi sahəsi 120 kv.m. olan evdən (tikilidən) məhrum olması və həmin tikilinin sökülməsi Mülki Məcəllən in 560.1, 560.2 və 158-ci maddələrinə ziddir.

10. Məhkəmənin qənaətinə görə iddia təmin ediləcəyi halda Cavabdeh özünə məxsus 0,24 ha torpaq sahəsi üzərində yerləşən fındıq bağının 2008-ci ildən iddiaçılar tərəfindən istifadə edilərək bəhər götürülməsinin onun üçün heç bir müsbət nəticəsi olmur. Yəni, həm torpaq sahəsindən (gəlirlərindən) məhrum olmuş olur, həm də tərəflərin razılığı ilə 0,15 ha torpaq sahəsi üzərində tikilmiş evin sökülməsi ilə ona külli miqdarda zərər vurulur. Ona görə də, iddia tələbi təmin edilə bilməz.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 152.1, 152.6, 157.4, 157.8, 158.4, 560.1-560.3-cü, Mülki Prosessual Məcəllənin 2.1, 4.1, 14.2, 77.1, 88, 106.1, 107, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı1 apellyasiya şikayəti verərək, Zaqatala Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2(033)-370/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikintitexniki ekspertizasının 06 mart 2023-cü il tarixli rəyinə əsasən mülki iş materiallarında olan Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Zaqatala rayonu Mosul kəndində yer ləşən JN 091F KOD 40200048 olan Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onlara məxsus 0,47 ha torpaq sahəsində tikildiyi iddia etdiyi Zaqatala rayonu Mosul kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən 13 dekabr 2021ci il tarixdə verilmiş 475 nömrəli arayışa əsasən Mosul kənd sakini X8 tərəfindən 2011-ci ildə tikilmiş 130 kv.metr sahədən ibarət fərdi yaşayış evi X4 və İddiaçı2 Əlyar oğlunun adına verilmiş JN-091F KOD 40200048 saylı torpağın mülkiyyət verilməsinə dair şəhadətnamədə göstərilən 0,47 ha torpaq sahəsinin sənəd üzrə cizgiləri daxilində yerləşir. İddiaçılar İddiaçı1 və İddiaçı2 adına verilmiş JN-091F KOD 40200048 saylı Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamədə göstərilən 0,47 ha torpaq sahəsinin cizgiləri daxilində cavabdeh X8 tərəfindən tikilmiş 130 kv.m sa hədən ibarət fərdi yaşayış evinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. X4 və İddiaçı2 Əlyar oğlunun adına verilmiş JN091F KOD 40200048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,47 ha torpaq sahəsinin cizgiləri sənəd üzrə, həmçinin faktiki istifadə edildiyi vəziyyətdə X5 və ailə üzvlərinə verilmiş JN-0497 KOD 40200048 saylı Dövlət Aktında göstərilmiş 2,24 ha torpaq sahəsinin hər-hansı bir cizgiləri ilə üst-üstə düşmür.

14. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 may 2023-cü il tarixli, 2(107)-45/2023 nömrəli qətnaməsi ilə (hakim Ə.T.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Əsədlidən və E.M.Mehdiyevdən ibarət tərkibdə) iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Z aqatala Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2(033)-370/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin tam mülkiyyət hüququ ilə iddiaçılara məxsus olması və onların həmin torpaq sahəsinə olan hüquqları mütəxəssis və ekspert rəyləri ilə təsdiq edilmişdir.

16. Buna baxmayaraq, işin hallarından görünür ki, cavabdeh mübahisəli torpaq sahəsində evi 2008-2011-ci illər ərzində tikmişdir. Keçən uzun müddət ərzində iddiaçıların hansı səbəbdən həmin torpaq sahəsindən cavabdehin çıxarılması barədə iddia qaldırmaması barədə suallara iddiaçıların nümayəndəsi və vəkili cavab verə bilməmiş, iddiaçıların özləri isə nə birinci in stansiya məhkəməsində, nə də apellyasiya baxış iclaslarında məhkəməyə gəlməmişlər. Eyni zamanda iddiaçılar iddia ərizəsində cavabdehin həmin torpaq sahəsini boşaltması və qanunsuz inşa etdiyi tikilini sökməsi ilə bağlı dəfələrlə müxtəlif orqanlara şifahi qaydada müraciət etmələrini qeyd etsələr də, bunu sübut edəcək hər hansı sübut və ya dəlillər məhkəmələrə təqdim edilməmişdir.

17. Habelə, iddiaçıların sakini olduqları kənddə onlara məxsus sahəni uzun illər ərzində başqasının istifadə etməsini görməmələrinin mümkünlüyü (inandırıcılığı), torpağa görə vergilərin kim tərəfindən ödənilməsi, (əgər varsa) dövlət tərəfindən verilən ödənclərin kim tərəfindən alınması məsələlərinin qiymətləndirilməsi iddiaçıların cavabdehin onlara məxsus torpaq sahəsindən istifadə etdiyi və orada tikili inşa etd iyindən məlumatlı olduqlarını deməyə əsas verir. Göründüyü kimi, hazırki iş üzrə iddiaçıların cavabdehin onlara məxsus torpaq sahəsindən istifadə etdiyindən və həmin torpaq sahəsinin 0,15 ha hissəsində özünə ev tikdiyindən məlumatlı olmuş və keçən illər ərzində buna etiraz etməmişlər. Cavabdehin iddiaçılarla arasında gerçəkləşdiyini qeyd etdiyi razılaşma ilə bağlı iddialarının, cavabdeh tərəfindən sübut edilə bilməməklə birlikdə, iddiaçılar tərəfindən də təkzib edilə bilməməsi və bu qətnamədə qeyd olunan hallar həmin razılaşmanın gerçəkdə baş verdiyi ilə bağlı əsaslı şübhələrə gətirib çıxarır.

18. Həmin razılaşmanın cavabdehin iddia etdiyi və ya başqa məzmunda gerçək olması və ya olmamasından asılı olmayaraq, hazırki işin görünən və aydın olan halları iddiaçıların cavabdehin onlara məxsus torpaq sahəsində etdiyi hərəkətlərdən (tikili inşa edilməsi və digər üsullarla istifadə) xəbərdar olmalarını və etiraz etmədiklərini göstərir.

19. Bu hallar Cavabdeh qarşı irəli sürülmüş tələbin həm də qanunvericiliyin hüquqdan sui-istifadənin yolverilməzliyini müəyyən edən müddəaları əsasında nəzərdən keçirilməsini tələb edir.

20. Nəzərə alınmalıdır ki, mübahisəli sahənin cavabdehin istifadəsində olduğundan mülkiyyətçi(lər)in məlumatlı olduqları, özlərinin davranışları ilə əqdi bəyənmələri müəyyən edildiyi halda, hazırkı iddianın irəli sürülməsinə, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi, yəni hüquqdan sui-istifadə baxımından hüquqi qiymət verilməlidir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, bi rinci instansiya məhkəməsi qanunvericiliyin hüquqdan sui-istifadə ilə bağlı normalarına istinad etməklə iddianı rədd etməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

21. İddiaçı1 kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 may 2023-cü il tarixli, 2(107)-45/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 157.2, 157.4, 180.1-180.4-cü, Torpaq Məcəlləsinin 111.1-111.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 101.7, 103.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi mübahisəli torpaq sah əsinin tam mülkiyyət hüququ ilə iddiaçılara məxsus olmasını, 0,47 ha torpaq sahəsinin 0,1692 ha hissəsinin cavabdeh tərəfindən qanunsuz istifadə edildiyinin mütəxəssis və ekspert rəyi ilə təsdiq olunduğunu nəzərə almamışdır. Apellyasiya instansiya məhkəməsi ekspert rəyini işdəki digər sübutlarla əlaqəli şəkildə təhlil etməmiş, ekspert rəyini hərtərəfli araşdırmamış, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir.

23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

24. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apell yasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

26. Apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsi nin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyekt idir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 241.3-cü maddəsinə əsasən bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər. 243.1-ci maddəsinə əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur.

28. Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hal ları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən m üəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürül müş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 29. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellya siya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin sökülməsi və onun həmin tikilidən çıxarılması hissəsində düzgün nəticəyə gəlsə də, tələbi torpaq sahəsinə aid hissədə rədd edərkən tətbiq edilməli olan maddi hüquq norması tətbiq edilməmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulm asına yol verilmişdir.

31. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, iddiaçıların mülkiyyətindəki torpaq sahəsində 130 kv.m. sahəsi olan fərdi yaşayış evinin cavabdeh tərəfindən iddiaçıların razılığı ilə inşa edilməsi məhkəmələrin müəyyən etdikləri işin faktiki halıdır.

32. Belə olan təqdirdə, apellyasiya məhkəməsi əsaslı olaraq həmin tikilinin sökülməsi və cavabdehin çıxarılmasından ibarət iddia tələbini təmin etməmişdir. Ona görə ki, tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçıların mülkiyyətində olsa da, üzərində tikilinin inşasından məlumatlı olmuş və uzun illər buna etiraz etməmişlər. Hazırki vəziyyətdə isə tikilinin sökülməsi cavabdehə mühüm zərər yetirilməsi ilə nəticələnə bilər ki, Mülki Məcəllənin 560.1 və 560.3.4-cü maddələrinə əsasən bu iddiaçılar tərəfindən hüquqlarından sui-istif adə kimi qiymətləndirilməlidir.

33. Bununla belə, məhkəmə kollegiyası cavabdehin torpaq sahəsindən çıxarılmasından, torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının bərpasından imtina olunmasına dair apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmır.

34. Belə ki, iddiaçıların bu hissədə tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsi nəzərdən keçirilə bilər. Həmin normaya əsaslanaraq iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçının cavabdehdən qaytarılmasını tələb etdiyi əşyalara mülkiyyət hüququnun olması; 2) tələb edilən anda əşyaların cavabdehin sahibliyində olması və 3) cavabdehin əmlaka sahiblik hüququ qanunsuz olması.

35. Qeyd olunan şərtlərin birinci və ikincisinin hazırki işdə mövcud o lması mübahisə olunmur. Üçüncü şərt isə əlavə araşdırmanı tələb edir. Belə ki, məhkəmə kollegiyasının qənaətinə Mülki Məcəllənin 157.8, 241.3 və 243.1-ci maddələrini bu mübahisəyə əlaqəli şəkildə tətbiq etməklə, cavabdehin iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin yalnız istifadəsində olan evin yerləşdiyi, habelə həmin evin normal istifadəsi üçün zəruri olan hissəsi üzrə sahibliyi qanuni hesab oluna bilər.

36. Məhkəmə kollegiyasının qənaətinə görə, torpaq sahəsində cavabdehin istifadəsində 130 kv.m. sahəsi olan evin olması, həmin evin ətrafında yerləşən 0,15 ha torpaq sahəsinə ona hər hansı hüquq vermir. Həmçinin, cavabdeh əvvəllər həmin torpaq sahəsindən iddiaçıların icazəsi (və ya susması) ilə istifadə etsə də, hazırda iddiaçıların torpaq sahəsini geri tələb etməsi ilə hüquqdan su i-istifadə etməsi məhkəmələr tərəfindən əsaslandırılmamışdır.

37. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddianı rədd edən birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin müqabilində cavabdeh mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (fındıq bağının) bir hissəsini iddiaçıların istifadəsinə vermişdir.

38. Bununla bağlı məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, məhkəmənin istinad etdiyi həmin halın cavabdeh tərəfindən izahatından başqa, digər sübutlarla təsdiq olunması əsaslandırılmamışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

39. D igər tərəfdən, tərəflər arasında belə razılıq olsa da belə, bunun Mülki Məcəllənin 139.1, 144.1-ci maddələrində müəyyən olunmuş qaydada rəsmiləşirilməsinə dair sübutlar işdə mövcud deyildir.

40. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin qeyd olunan halları üzrə araşdırma aparılmalı, cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hansı hissəsinin onun fərdi yaşayış evindən istifadəsi üçün zəruri olması müəyyən edilməli və Mülki Məcəllənin yuxarıda qeyd olunan müddəalarının hazırki mübahisəyə tətbiqinin mümkünlüyünə hüquqi qiymət verilməlidir.

41. Qeyd olunmalıdır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarların da (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X12rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

42. İşə yenidən baxılarkən apellyasiya məhkəməsi qərarda şərh edilənlərlə bağlı qiymətləndirmə aparmalı, tələbin düzgün qanuni əsası, işin faktiki hallarının tətbiq olunan normaların dispozisiya şərtlərinə uyğunluğu ilə əlaqədar dəyərləndirmə aparmalı və bunun nəticəsindən asılı olaraq mübahisə ilə bağlı yekun qərar qəbul etməlidir.

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara a ldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 may 2023-cü il tarixli, 2(107)-45/2023 nömrəli qətnaməsi qismən, yəni iddianın cavabdeh X6 iddiaçılara məxsus 0,47 ha torpaq sahəsinin 0,15 ha hissəsindən çıxarılmasının, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsinin, torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulmasının rədd edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar