Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-329/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-329/21 (Açar sözlər: lizinq müqaviləsinin ləğv edilməsi) 26.01.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: “xxxx” MMC-nin vəkili X1 iştirakları ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)1643/2020 saylı qətnaməsindən Cavabdeh verdiyi kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Mə hkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, tərəflər arasında bağlanmış xx xxxx 2017-ci il tarixli lizinq müqaviləsinin ləğv edilməsi, cavabdehdən həmin lizinq müqaviləsi üzrə xx xxxxxx 2018-ci il tarixə 4.124,21 manat əsas, 1.895,25 manat mükafat, həmin günə hesablanmış 3.233,25 manat dəbbə pulu və 5.690 manat dəymiş zərər olmaqla, cəmi 14.942,71 manat pulun tutulub iddiaçıya ödənilməsini iddia edib və iddia tələblərini belə əsaslandırıb ki, tərəflər arasında bağlanmış xx xxxx 2017-ci il tarixli lizinq müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan “Mersedes Benz C-240” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehin müvəqqəti istifadəsinə verib. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh 24 ay müddətinə, illik 30 faiz ödəmək şərti ilə, hər ay sabit məbləğində 377,60 manat olmaqla, cəmi 9.062,13 manat pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürüb. Ödənilməli olan 9.062,13 manat pulun 6.750 manat hissəsi əsas borcu təşkil edir. xx xxxxxx 2018-ci ildə cavabdeh sözügedən avtomobili istifadəyə yararsız vəziyyətdə iddiaçıya təhvil verib və servis mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktına əsasən avtomobilə 5.690 manat maddi ziyan dəyib. Cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş xx xxxxxx 2017-ci il tarixdə 400 manat olmaqla aparılıb. Sözügedən lizinq müqaviləsi üzrə cavabdehin lizinq obyektindən müvəqqəti istifadəyə görə xx xxxxxx 2018-ci il tarixə 4.124,21 manat əsas, 1.895,25 manat mükafat və həmin günə hesablanmış 3.233,25 manat dəbbə pulu olmaqla, cəmi 9.252,71 manat borcu vardır. Cavabdeh lizinq müqaviləsinin şərtlərinə və ödəniş cədvəlinə əməl etməyib və bununla da lizinq müqaviləsi üzrə öhdəliklərini pozub. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Cəlilabad Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, məruzəçi hakim Q.H.Paşayev) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus cavabdehin lizinq müqaviləsinə əsasən idarə etdiyi “Mersedes Benz C-240” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəyib. Yol-nəqliyyat hadisəsi baş verənədək cavabdeh lizinq müqaviləsi ilə üzərinə gö türdüyü öhdəlikləri vaxtlı-vaxtında icra edib və lizinq müqaviləsinin şərtlərini pozmayıb. Yol-nəqliyyat hadisəsi baş verdikdən sonra isə cavabdeh nəqliyyat vasitəsini iddiaçıya təhvil verib. Cəlilabad rayon məhkəməsinin xx xxxxxx 2019cu il tarixli inzibati xəta haqqında qərarı ilə yol-nəqliyyat hadisəsinə görə Cavabdeh deyil, Rüstəm Şərifov Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, lakin inzibati xətanın törədildiyi gündən bir ildən artıq müddət keçdiyi üçün, həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilib. Beləliklə də sözügedən lizinq müqaviləsi üzrə öhdəliklərin pozulması Cavabdeh olmadığı haldan irəli gəldiyi üçün o, öhdəliyin pozulmasına görə məsuliyyət daşımır. Bi rinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.B.Babayev sədrlik edən və məruzəçi, Q.B.Kərimov və N.F.Mirzəyev) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi-lizinq müqaviləsinin ləğv edilməsi, maddi zərərin əvəzinin ödənilməsi tələblərinin rədd edilməsi hissəsində ləğv edilib, həmin hissədə iddia tələbləri təmin edilərək, tərəflər arasında bağlanmış xx xxxx 2017-ci il tarixli lizinq müqaviləsinin ləğv edilməsi və cavabdehdən dəymiş maddi zərərə görə 5.690 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə qətnamənin iddiaçının apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilib. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan tələblər üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb ki, qeyd etmişdir ki, cavabdeh sözügedən avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, həmin avtomobil xx xxxxxx 2017-ci ildə, saat 20 radələrində Ələt-Astara yolunun Cəlilabad rayonunun ərazisindən keçən 131,7 kilometrliyində Rüstəm Şərifovun şəxsi təsərrüfatında olan iri və xırda buynuzlu heyvanlara çırpılıb və nəticədə maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Cavabdehin idarə etdiyi həmin nəqliyyat vasitəsinə maddi zərər dəyib. Cəlilabad rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında qərarına əsasən, Rüstəm Şərifov Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, lakin inzibati xətanın törədildiyi gündən bir ildən artıq müddət keçdiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilib. Həmçinin Cəlilabad rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə X2 Əliyevə qarşı “9.000 manat maddi ziyanın ödənilməsi” barədə iddiası təmin edilərək, Cavabdeh vurulmuş maddi zərərə görə 7.075 manat pulun tutulub Rüstəm Şərifova verilməsi qət edilib. Eyni zamanda cavabdeh tərəfindən sözügedən avtomobil xx xxxxxx 2018-ci il tarixdə ist ifadəyə yararsız vəziyyətdə iddiaçıya təhvil verilib və servis mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktına əsasən həmin avtomobilə 5.690 manat maddi zərər dəyib. Beləliklə də apelyasiya instansiyası məhkəməsi müəyyən edib ki, cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərini pozub və məhz onun təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi zərər dəyib. Bu hal mülki iş materialları, Cəlilabad Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında qərarı və həmin məhkəmənin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə təsdiq olunur. İddiaçıya dəymiş maddi zərərin miqdarı “xxxx” MMC tərəfindən tərtib edilmiş xx xxxxx 2019cu il tarixli qüsur aktına əsasən 5.690 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097.1-ci maddəl ərinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, iddiaçının mülkiyyətində olan avtomobilə dəymiş zərərə görə cavabdeh mülki məsuliyyət daşımır. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı etiraz ərizəsində kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkə məsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edib. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı “xxxx” MMC-nin vəkili Vüqar Şahinov kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh və vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna mal ik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həc mdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: H əmin Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin s übutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədl əri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi qismən- lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələblərinin rədd edilməsi hissəsində ləğv edilib, həmin hissədə iddia t əmin edilməsinə və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmasına baxmayaraq, iddiaçı qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə kasasiya şikayəti verməyib. Cavabdeh isə kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın bütövlükdə rədd edilməsini xahiş etsə də, əslində qətnaməni ondan iddiaçının xeyrinə dəymiş maddi zərərə görə 5.690 manat pulun tutulması hissəsində mübahisələndirib. Ona görə də kasasiya instansiyası məhkəməsi hesab edir ki, kasasiya şikayətində və ona etirazda ifadə olumuş dəlillərə əsasən mübahisənin predmeti bölünən olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqey i Kasasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi həmin hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işin mübahisə olunmayan hallarına görə, tərəflər arasında bağlanmış xx xxxx 2017ci il tarixli lizinq müqaviləsinə əsasən, iddiaçı mülkiyyətində olan “Mersedes Benz C-240” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə lizinqə verib. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən, cavabdeh 24 ay müddətində, illik 30 faiz ödəmək şərti ilə, hər ay sabit pul məbləğində 377,6 0 manat ödəməklə, cəmi 9.062,13 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürüb. Cavabdeh tərəfindən sonuncu dəfə iddiaçıya xx xxxxxx 2017ci il tarixdə 400 manat pul ödənilib. Cavabdehin istifadəsində olan avtomobil, Bakı şəhəri istiqamətində hərəkətdə olarkən xx xxxxxx 2017-ci il tarixdə saat 20 radələrində Ələt-Astara yolunun Cəlilabad rayonu, ərazisindən keçən 131,7 kilometrliyində asfalt örtüklü yolda Rüstəm Şərifovun şəxsi təsərrüfatında olan iri və xırda buynuzlu heyvan sürüsünə çırpılıb və maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi baş verib. İnzibati xəta hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan cavabdehin idarə etdiyi sözügedən avtomobilə maddi zərər dəyib. Cəlilabad rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında qərarı ilə Rüstəm Şərifov avto qəza hadisəsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, lakin inzibati xətanın törədildiyi gündən bir ildən artıq müddət keçdiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilib. xx xxxxxx 2018ci il tarixdə cavabdeh sözügedən avtomobili iddiaçıya təhvil verib. Hazırda iddiaçı, avtomobilə dəymiş maddi zərərə görə “xxxx” MMC tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli qüsur akına əsaslanaraq cavabdehdən 5.690 manat pul iddia edir. Cavabdeh isə avtomobilə dəymiş maddi zərərə görə mülki hüquqi məsuliyyət daşımadığını və qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən, baş vermiş yol-nəqliyyat hadisəsinə görə Rüstəm Şərifovun təqsirli sayıldığını göstərib iddiaya etiraz edir. Əvvəla, tərəflər ara sında bağlanmış lizinq müqaviləsinin 12.1-ci bəndinə əsasən, tərəflər razılaşmışlar ki, lizinq obyektinin sığortalanması könüllülük əsasında həyata keçirilir. Belə ki, lizinq alan öz vəsaiti hesabına lizinq obyekti ona verildikdən sonra könüllü şəkildə həmin obyektizədələnmə, korlanma, məhv olma, talan edilmə və oğurlanma risklərindən sığortalaya bilər. Həmin Müqavilənin 11.3-cü bəndində göstərilir ki, lizinq obyekti sığortalanmamışdırsa, lizinq obyekti olan avtomobil zədələndikdə, tam məhv olma halı istisna olmaqla, lizinq obyekti dəymiş zərərin 800 manat məbləği lizinq alan tərəfindən ödənilməklə, lizinq verən tərəfindən bərpa edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə görə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığort ası- mexaniki avtonəqliyyat vəsitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 50.2.1.1-ci maddəsində göstərilir ki, minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir. Eyni zamanda, Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsinə görə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə- fiz iki şəxslər...əlli manat məbləğində cərimə edilir. Göründüyü kimi minik avtomobillərinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir və sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər inzibati məsuliyyət daşıyırlar. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinə görə, avtomobil sığortalanmadığı halda zədələndikdə, ona dəymiş zərərin yalnız 800 manat hissəsi lizinq alandan tutula bilər, avtomobilə dəymiş digər zərər isə lizinq verən tərəfindən bərpa edilməlidir. Apelyasiya instansiyası məhkəməsi ümumiyyətlə işin bu hallarına, habelə tərəflər arasında bağlanmış lizinq müqaviləsinin şərtlərinə diqqət yetirməyib. Belə ki, sözügedən nəqliyyat vasitəsinin zədələnmə, korlanma, məhv edilmə və sair risklərdən sığortalanıb-sığo rtalanmamasını, avtomobilə dəymiş zərərə görə iddiaçıya sığorta ödənişinin verilib-verilməməsini aydınlaşdırmadan, zərurət yarandığı halda avtomobilin sığorta edilməsinə dair sənədləri məhkəməyə təqdim etməyi tərəflərə təklif etmədən və ya həmin sənədləri aidiyyəti orqanlardan tələb edib onlara baxış keçirmədən və qanunverciliyə görə, sığortalının təqsirinin dərəcəsindən asılı olmayaraq, sığortaçının hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini ödəməyə borclu olmasını nəzərə almadan, yalnız “xxxx” MMC-nin xx xxxxx 2019-cu il tarixli qüsur aktına istinad edərək, avtomobilə dəymiş maddi zərərə görə iddia edilən 5.690 manat pulu cavabdehdən tutmuşdur. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.1 və 77.3-cü maddələrinin mənasına görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtər əfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməlidir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməlidir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir. Digər tərəfdən, sözügedən qüsur aktından görünür ki, qeyd olunan avtomobilə yalnız “xxxx” MMC-nin işçisi D.Orucov tərəfindən ilkin texniki baxış keçirilib və həmin aktda avtomobilin ehtiyat hissələrinin yenisi ilə əvəz edilməsinə 5.690 manat məbləğində xərc tələb olunduğu göstərilib. Göründüyü kimi avtomobilə ilkin texniki baxış keçirilərkən ümumiyyətlə cavabdehin iştirakı təmin edilməyib və həmin qüsur aktı onun tərəfindən imzalanmayıb. Kasasiya şikayətinin dəllilərindən g örünür ki, cavabdeh avtomobilə dəymiş maddi zərərə görə ümumiyyətlə mülki hüquqi məsuliyyət daşımadığını bildirir və qüsur aktında göstərilən məbləğlə razılaşmır. Apelyasiya instansiyası məhkəməsi qeyd olanan hallara əhəmiyyət vermədən, sözügedən qüsur aktının xüsusi bilik tələb edən hər hansı suallara aydınlıq gətirməməsinə diqqət yetirmədən, həmin qüsur aktının yazılı sübut kimi Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2, 97.1-ci maddələrinin tələblərinə cavab verməməsini nəzərə almadan, habelə zərurət yarandığı halda avtomobilə dəymiş real zərərin məbləğini müəyyən etmək üçün iş üzrə müvafiq ekspertiza keçirib əsaslandırılmış rəy almadan, yalnız qüsur aktına istinad edərək avtomobilə 5.690 manat məbləğində maddi zərər dəyməsi qənaətinə gəlmişdir. Sadalanan prosessual normaların mənasına görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilə bilər. Göründüyü kimi mülki prosessual qanunvericilikdə ekspertizanın keçir ilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməsə də, formalaşmış məhkəmə təcrübəsi nəticəsində belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən sualların aydınlaşdırılması üçün iş üzrə ekspertiza təyin edilə bilər. Eyni zamanda, nəzərə almaq lazımdır ki, ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq olunmalı və digər sübutlarla yanaşı qiymətləndirilməlidir (MPM-nin 103.1 və 205.1-ci maddələri). Apelyasiya instansiyası məhkəməsi iddiaçının apelyasiya şikayətinin dəlilləri il ə qismən razılaşıb gəldiyi nəticəni sözügedən qüsur aktı ilə əsaslandırsa da, həmin aktı iş üzrə toplanmış digər sübutlarla, o cümlədən cavabdehin izahatı, iddiaya etirazı ilə yanaşı yoxlayıb qiymətləndirməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 88, 106.1-ci maddələrinin tələblərinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hər bir halda məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verməlidir. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi, Cəlilabad Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında qərarına, elə cə də Cəlilabad Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinə istinad edərək, məhz cavabdehin iddiaçıya zərər vululmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əmələ yol verdiyini və buna görə də onun mülki hüquqi məsuliyyət daşıdığını göstərsə də kasasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, əvvəla, iddiaçının mülkiyyətində olan avtomobilə maddi zərərin məhz yol-nəqliyyat hadisəsi nəticəsində vurulması mülki iş materialları ilə istisna edilmir. Digər tərəfdən, qanuni qüvvəyə minmiş Cəlilabad Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında qərarı ilə yol-nəqliyyat hadisəsinə görə cavabdeh deyil, məhz Rüstəm Şərifov Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutlan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati mə suliyyətə cəlib edilib. Lakin inzibati xətanın törədildiyi gündən bir ildən artıq müddət keçdiyi üçün, Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən, onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilib. Eləcə də, kasasiya şikayətinin dəlillərindən görünür ki, Cəlilabad rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh dəymiş maddi zərərə görə 7.075 manat pulun tutulub Rüstəm Şərifova verilməsi qət edilsə də, sonradan Cavabdeh apelyasiya şikayətinə əsasən Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə sözügedən qətnamə ləğv edilərək, X2 Əliyevə qarşı “dəymiş maddi zərərə görə pul tələbinə dair” iddiası rədd edilib. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, cavabdehin idd iaçıya qarşı birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa ziddi əmələ yol verib-verməməsini tam, hərətəfli və obyektiv arışdırmadan, istinad etdiyi qətnamənin qüvvədə olubolmamasını yoxlamadan, sonradan ləğv edilmiş məhkəmə aktına istinad edərək iddianı mübahisələndirilən hissədə təmin etmişdir. Halbuki, mülki qanunverciliyə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (xərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunverciliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində hüquqi şəxsin əmlakına...vurulmuş zə rərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (Mülki Məcəllənin 1096.1, 1096.2, 1097.1-ci maddələri). Daha sonra, işdən görünür ki, qeyd olunan avtomobil cavabdehin istifadəsində cəmi bir ay olub və həmin bir aya görə cavabdeh tərəfindən iddiaçıya xx xxxxxx 2017-ci ildə 400 manat pul ödənilib. İddia ərizəsindən isə görünür ki, iddiaçı, avtomobilin cavabdeh tərəfindən yararsız vəziyyətdə xx xxxxxx 2018-ci il tarixdə təhvil verildiyini iddia edir. Apelyasiya instansiyası məhkəməsi, cavabdeh tərəfindən avtomobilin iddiaçıya nə vaxt, hansı vəziyyətdə təhvil verildiyini, bu barədə tərəflər arasında hər hansı rəsmiləşdirmənin aparılıbaparılmadığını, qüsur aktının nəyə görə xx xxxxx 2019-cu il tarixdə tərtib edildiyini araşdırmadan, həmin sənədlərin (aktın) surətlərini məhkəməyə təqd im etməyi tərəflərə təklif etmədən, avtomobilin təhvil verilməsindən 1 il, 8 ay sonra tərtib edilmiş qüsur aktına istinad edərək, iddianı 5.690 manat məbləğində təmin etmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən- cavabdehdən avtomobilə dəymiz maddi zərərə görə 5.6 90 manat pulun tutulub iddiaçıya verilməsi hissəsində ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə həmin hissədə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kasasiya şikayəti qismən təmin edilməsin. İş üzrə Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il t arixli, 2(106)1643/2020 saylı qətnaməsi qismən- Cavabdeh avtomobilə dəymiş maddi zərərə görə 5.690 manat pulun tutulub iddiaçı “xxxx” MMC-nə verilməsi hissəsində ləğv edilsin, mülki həmin hissədə yenidən baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-329/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-329/2021
26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver