Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-329/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh1 vəkili Vəkil2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-1885/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfind ən verilmiş kassasiya şikayəti üzrə işə 10 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********08-10301 reyestr nömrəli, 22.11.2017-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ümumi mülkiyyət kimi dövlət qeydiyyatına alınmaqla evin ¾ hissəsi, torpaq sahəsinin 1/3 hissəsi Cavabdeh1, ¼ hissəsi, torpaq sahəsinin 1/3 hissəsi Cavabdeh2 və torpaq sahəsinin 1/3 hissəsi X2 mülkiyyətindədir. X6 02.06.2002-ci ildə ölmüşdür. İddiaçı ilə Cavabdeh2 2005-ci ildə ailə quraraq bir yerdə mübahisəli evdə yaşamağa başlamış və birgə təsərrüfat aparmışlar, nikahları isə 2007-ci ildə rəsmiləşdirilmişdir. İddiaçı Xudat şəhəri, 1 may küçəsi, ev 24 ünvanında qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəmədə iddia qaldıraraq onun azyaşlı uşaqları 30.01.2007-ci il təvəllüdlü Cavahir Abduləzizova və 05.07.2010-cu il təvəllüdlü Buxsay Abduləzizovla birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus Xudat şəhəri, 1 may küçəsi, 24 ünvanında yerləşən yaşayış evindən istifadə hüququnun tanınması və həmin yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Cavabdeh2la ailə qurarkən cavabdehlərə məxsus Xudat şəhəri 1 May küçəsi 24 ünvanda yerləşən yaşayış evinə onların razılıqları əsasında hər hansı qeyd-şərt olmadan gəlin köçmüş və özünə məxsus əmlaklarını da həmin evə yerləşdirmişdir. Uzun müddət 15 il mübahisəli evdə birgə yaşamaqla ümumi təsərrüfat aparmışlar. Cavabdeh2lla aralarında narazılqlar yaranmış və cavabdeh onu heç bir səbəb olmadan evdən çıxarmışdır. Məcburiyyət qarşısında qalaraq hazırda uşaqları ilə birlikdə kirayədə qalır. Evdən zorla çıxarıldıqdan sonra həmin evə qayıdıb yaşamağa cəhd etsə də, bu mümkün olmamışdır. Başqa yaşayış yeri yoxdur. O, mübahisəli evdə uzun müddətdir ki, ailə üzvü kimi qeydiyyatdadır. Hesab edir ki, mübahisəli evə gəlin köçdüyü və 15 ildən artıq müddət daimi olaraq həmin mənzildə yaşadığı üçün həmin evdən istifadə etmək hüququnu əldə etmişdir. Xaçmaz Rayon Məhkəməsinin (hakim Anar Sadıqov) 2(067)-261/2021 saylı, 01.04.2021-ci il tarixli qətnaməsi ilə iddia tə min edilmiş, İddiaçı azyaşlı uşaqları 30.01.2007-ci il təvəllüdlü X8 və 05.07.2010-cu il təvəllüdlü X9 ilə birlikdə ünvan 2 ünvanında yerləşən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması və İddiaçı azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsi, ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında ailə hüquq münasibətləri 2007-ci ildən yaranmışdır. İddiaçının köçmək istədiyi mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla faktiki olaraq mövcuddur. İddiaçı Cavabdeh2 ilə ailə qurduqdan sonra müəyyən müddət həmin evdə yaşamışdır. İddiaçı son dövrlər cavabdehin onun mübahisəli evdə yaşamasına ica zə vermədiyini bildirir, oraya köçürülməsini tələb edir. Cavabdehlər isə iddianı qəbul etməyərək iddiaçının mübahisəli evə köçürülməsini əsassız hesab edirlər. Məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan ev cavabdehlərə məxsusdur, iddiaçı 2005-ci ildə cavabdehlə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və ailə üzvü kimi onların evinə qeyd şərtsiz yaşamaq üçün gəlin köçmüş, onlar yaşadıqları evdə ümumi təsərrüfat aparmışlar. Onların birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Ona görə də iddia təmin edilməlidir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki və mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq iddiaçıya cavabdehlərə məxsus yaşayış evindən istifadə hüququnun verilməsi üçün heç bir əsas mövcud d eyildir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya instansiyası məhkəməsinin soğusuna əsasən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən daxil olmuş sənədlərə əsasən məhkəmə müəyyən etmişdir ki, 20 noyabr 1980-ci il tarixli, 10-3346 saylı notariusun müqaviləsi ilə ünvan 2 ünvanında yerləşən 340 kvadrat metr torpaq sahəsində olan 1 otaqlı mənzil mülkiyyət hüququ əsasında X3 adına rəsmiləşdirilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli, 08 saylı qərarı ilə X4, Cavabdeh1, X7 fərdi yaşayış evinin tikintisi üçün 0,03 ha torpaq sahəsi verilmişdir. Müəyyən edilmişdir ki, X6 02.06.2002-ci ildə ölmüşdür. Ər-arvadın ümumi əmlakından paya sağ qalmış ərə (arvada) veirlən mülkiyyət hüququ h aqqında 15.05.2003-cü il tarixli şəhadətnamədən görünür ki, 02.06.2002-ci il tarixdə ölmüş X1 qalmış arvadı X5 onların birgə nikahı müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mükiyyət hüququ vardır. Mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlak Xaçmaz rayonu, Xudat şəhəri, 1 May küçəsi 24, 340 kvadrat metr torpaq sahəsində yerləşən, tikilişi çiy kərpicdən, üç yaşayış otağından ibarət evdir. Bundan başqa 15.05.2003-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 02.06.2002-ci il tarixdə ölmüş X2 vərəsələri arvadı Cavabdeh1 və Cavabdeh2dur və onların hər biri miras əmlakan bərabər pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 2, 340 kvadrat metr torpaq sahəsində yerləşən, tikilişi çiy kərpicdən, üç yaşayış otağından ibarət evin ½ hissəsindən ibarətdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Lətifə Məmmədova - sədrlik edən və məruzəçi, Telman Quliyev, Gülnarə Tağızadə) 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh2 ilə 2005-ci ildə ailə quraraq bir yerdə mübahisəli evdə yaşamağa başlamışlar və birgə təsərrüfat aparıblar, nikahları isə 2007-ci ildə rəsmiləşdirilmiş, birgə nikahdan 2 uşaqları var. İddiaçı cavabdehlə ailə qurduqdan sonra mübahisəli evə köçərək orada yaşamış, uşaqları doğulmuş, həmin evdə qeyiyyatdadır. 2002-ci ildə cavabdehin atası X6 vəfat etdikdən sonra iddiaçının əri-Cavabdeh2 2003-cü ildə vərəsə lik haqqında şəhadətnaməyə əsasən atasından miras qalmış əmlaka pay hüququ əldə etmişdir. Yəni onun həmin evə gözlənti hüququ yaranmışdır. Bundan sonra 22.11.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən evin 1/4 hissəsinə, torpağın isə 1/3 hissəsinə Cavabdeh2 mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı Cavabdeh2 ailə üzvü kimi (digər ailə üzvlərinin razılığı ilə) mübahisəli mənzilə köçərək yaşamış, uşaqları doğulmuş və ora istifadə hüquşqu əldə etmişdir. Ona görə də birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etsə də, şikayətini əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təq dim etməmişdir. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdeh gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən Cavabdeh1 qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı: 2000-ci ilin sentyabr ayının 1-dək yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsini n qaydalarına uyğun, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarına malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: (2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş) Maddə
53. İcarədar ilə birlikdə yaşay an ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayı ş sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nə ticələnsin və ya nəticələnə bilsin. Maddə 217.1 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlillə ri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şika yəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-1885/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.