Məhkəmə qərarları › İş №2(102)-329/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-329/2024

16.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-329/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Əhməd qızına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-329/2024 Açar sözlər: evin boşaldılması və təhvil verilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı evin qanunsuz sahiblikdən alınıb təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 sentyabr 2023cü il tarixli, 2(103)-1902/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mü lki işə 16 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İşin hallarına görə, mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Albalı qəsəbəsi, Yeni yaşayış massivində yerləşən ev özbaşına tikilidir.

2. Sabunçu rayonu, Bilgəh bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli qərarı ilə həmin ünvanda yerləşən 400 kv metr torpaq sahəsi alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilib və sonuncu həmin torpaq sahəsinə görə 22 aprel 2005-ci il tarixli kassa mədaxil orderinə əsasən Bilgəh bələdiyyəsinin hesabına 5.440.000 manat (AZM) pul ödəyib.

3. İddiaçı həmin torpaq sahəsinə dair torpaq və əmlak vegisi ödəyicisidir və mübahisəli evdə işıq, su və qaz ödənişləri üzrə abonent kimi o, qeydiyyata alınıb.

4. Sabunçu rayonu, Bilgəh bələdiyyəsi tərəfindən verilmiş 30 oktyabr 2021-ci il tarixli arayışa əsasən, mübahisəli ev və onun yerləşdiyi torpaq sahəsi İddiaçı məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Albalı qəsəbəsi, Yeni yaşayış massivində yerləşən iddiaçıya məxsus və cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş tikilinin boşaldılması və cavabdehin oradan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələblərini onunla əsaslandırıb ki, cavabdeh onun mərhum X7un qeyri-rəsmi nikahdan olan arvadıdır. Mərhum X7 kirayədə qaldığı üçün ona onun tərə findən inşa edilən və ona məxsus olan yarımtikili evdə yaşamasına icazə verib. X7 05 avqust 2021-ci il tarixdə öldükdən sonra o, cavabdehdən evin boşaldılmasını tələb edib, lakin cavabdeh bundan imtina edib. O, özü mühəndisdir və mühəndis dostu X2 ilə birlikdə evin layihəsini çəkərək orada ev inşa edib. Sözügedən evi inşa edərkən orada başqa tikililər olmayıb və hər hansı bir qonşu həmin ərazidə yaşamayıb.

7. Cavabdeh isə iddiaya qarşı etiraz edərək göstərib ki, adıçəkilən evi o və qeyrirəsmi nikahda olan əri Aydın Həsənov inşa edib və uzun illərdir ki, həmin evdə yaşayır. İddiaçının evə heç bir aidiyyəti yoxdur və ümumiyyətlə iddiaçının ona qarşı belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. Odur ki, iddianını rədd edilməsini xahiş edir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmi ş X2 ifadəsində göstərmişdir ki, o iddiaçının dostudur və onlar ikisi də mühəndisdirlər. Uzun müddətdir ki, iddiaçını və onun ailə üzvlərini tanıyır. Onlar ikisi birlikdə adıçəkilən evi layihələndirməklə inşaasını həyata keçiriblər. İddiaçı mərhum X7 kirayədə qalmasın deyə evi ona yaşaması üçün verib.

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Ə.Əsədova) iddia təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Albalı qəsəbəsi, Yeni-yaşayış massivində yerləşən iddiaçıya məxsus və cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş tikilinin cavabdeh tərəfindən boşaldılması və onun oradan çıxarılması qət edilib.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, mübahisə predmeti olan sözügedən ev özbaşına tikilidir. Evin yerləşdiyi 4 00 kv.metr torpaq sahəsi alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilib. İddiaçı 5.440.000 manat (AZM) ödəməklə həmin torpaq sahəsini satın alıb. Torpaq sahəsinə dair torpaq, əmlak vergisi iddiaçı tərəfindən ödənilib və mübahisəli evin işıq, su və qaz ödənişləri üzrə abonent kimi iddiaçı qeydiyyata alınıb. Bilgəh bələdiyyəsinin arayışına görə mübahisəli ev və onun yerləşdiyi torpaq sahəsi iddiaçıya məxsusdur. Göründüyü kimi, mübahisəli ev və evin yerləşdiyi torpaq sahəsi cavabdehin qanunsuz sahibliyindədir. Cavabdeh həmin evi və evin yerləşdiyi torpaq sahəsini könüllü boşaldıb iddiaçıya təhvil vermək istəmir. Mübahisəli evin cavabdeh və onun mərhum əri Aydın Həsənov tərəfindən inşa edilməsi inandırıcı, ağlabatan görünmür. Belə ki, torpaq sahəsi 2005-ci ildə alqı-satqı yolu ilə İddia çı mülkiyyətinə verilib, cavabdeh isə 2011-ci ildən həmin evdə yaşayır, yəni cavabdeh artıq hazır olan evdə yaşamağa başlayıb. Cavabdeh iddiaçının ailə üzvü deyil və onun uzun müddət mübahisəli evdə yaşaması iddianın rədd edilməsi üçün əsas ola bilməz.

11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 164.1, 164.2, 165.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib.

13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən belə nəticəyə gəlib k i, mübahisə predmeti olan sözügedən ev özbaşna tikilidir. Həmin tikilinin yerləşdiyi torpaq sahəsi Bilgəh bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli qərarı ilə iddiaçıya alqı-satqı yolu ilə satıldıqdan sonra həmin ev inşa edilib. Həmçinin, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, guya həmin ev 2011-ci ildən əvvəl inşa edilib və o, mərhum əri Aydın Həsənovla birlikdə həmin evə iddiaçının razılığı ilə köçüb. Məhkəmə belə bir nəticəyə gələrkən, hər hansı sübuta deyil, fərziyələrə əsaslanıb. Çünki, onun təqdim etdiyi beş nəfər şahidin imzaladıqları ərizələrlə təsdiq olunur ki, mübahisəli torpaq sahəsinin üzərində olan evi o, və mərhum əri Aydın Həsənovla faktiki yaşadıqları müddətdə, yəni 2011-ci ildə inşa ediblər. Məhkəmə həmin şahid ifadələrini sübut kimi qəbul etmədən belə b ir nəticəyə gəlmişdir ki, guya ev 2011-ci ildən artıq hazır vəziyyətdə olub və onlar iddiaçının razılığı ilə həmin evə köçüblər. Halbuki, iddia ərizəsində iddiaçı evi 2013-cü ildə inşa etdiyini, özü usta olduğu üçün evin layihəsini özü tərtib etməklə tikdiyini və bunu qonşuluqda yaşayan qonşularında təsdiq edə biləcəyini göstərib. Göründüyü kimi, mübahisəli evin 2011-ci ilədək hazır vəziyyətdə olduğunu nə o, nə cavabdeh, nədəki şahidlər təsdiq etməmişlər və bütün bunlar isə məhkəmənin hər hansı sübuta istinad etmədən səhv nəticəyə gəldiyini göstərir. Bu baxımdan iddiaçının istər torpaq sahəsinə, istərsə də tikiliyə hər hansı hüququnun olması sübut olunmadığı üçün hazırki iddia subyektiv hüquqa malik olmayan şəxs tərəfindən qaldırılmış iddia kimi qiymətləndirilərək rədd edilməlidir.

14. Bak ı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov sədrlik edən, məruzəçi, Akif İsgəndərov və İlham Kərimli) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilib, iddia rədd edilib.

15. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, hazırki işin faktiki halları hər hansı maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından, həmçinin cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayıla bilməz. Belə ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla düzgün olmayan qətnamə qəbul edib. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, f aktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə (özbaşına tikiliyə) iddiaçının hər hansı bir aidiyyətinin, yaxud hansısa hüququnun olub-olmaması ilə bağlıdır. İddiaçı qeyd olunan mübahisəli özbaşına tikilinin həqiqətən öz vəsaiti ilə inşa etməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməyib. Çünki, qeyd olunan xüsusatları sübut etmək yükü iddiaçının üzərinə düşsə də, bu hallara dair məhkəməyə mötəbər sübut təqdim etməyib. Düzdü, iddiaçının şahid qismində dindirilmiş Eldar Məmmədov adlı dostu ifadəsində mübahisəli evi layihələndirib inşaatını həyata keçirdiklərini, iddiaçının mərhum qardaşı kirayədə qalmasın deyə iddiaçının bu evi ona yaşaması üçün verdiyini bildirsə də, bu ifadələr mö təbər sübut kimi qəbul edilə bilməz. Çünki, sözügedən şahid iddiaçı ilə dost olmaqla faktiki olaraq işdə hüquqi marağı olan şəxsdir. Bununla yanaşı, şahid cavabdehin də qeyd olunan özbaşına tikilinin inşa olunmasında bu və ya digər formada rolu, əməyi, zəhməti olmasını, o cümlədən vəsait xərcləməsini təkzib etməyib. Əksinə, cavabdehin məhkəməyə təqdim etdiyi 6 nəfərin notarial qaydada təsdiq olunmuş ərizələrində göstərilir ki, mübahisəli torpaq sahəsi uzun illərdir ki, cavabdehin istifadəsində olub, mübahisəli evi də mərhum əri Aydın Həsənovla faktiki yaşadıqları müddətdə tikiblər və 2011-ci ildən halhazıradək orada yaşayır, Elvin Həsənov adlı şəxs isə həmçinin 2011-ci ildə evin suvaq və təmir işlərini gördüyünü bildirmişdir. Göründüyü kimi, bu hallar da mübahisəli özbaşına tikilinin han sısa formada iddiaçıya aid olduğunu təkzib edir. İddia tələbinin məzmununun qeyri-dəqiq və mücərrəd olmasına baxmayaraq məhkəmənin bu cür tələbi olduğu kimi təmin etməsi ən azından ziddiyyətli bir vəziyyət yaratmaqla yanaşı ədalət mühakiməsinə nüfuz gətirmir. Çünki, Bakı şəhəri, Sabunçu rayonu, Albalı qəsəbəsi, Yeni yaşayış massivi ünvanı dedikdə həmin ərazidə yüzlərlə tikili və hissələrə bölünmüş torpaq sahələri mövcud ola bilər. Burada ilk növbədə hansı torpaq sahəsinin və hansı tikilinin iddiaçıya məxsus olduğuna dair iddiaçı məhkəməyə mötəbər sübut təqdim etməli idi. Çünki, istinad etdiyi bu halları sübut etmək yükü iddiaçının üzərinə düşürdü. Lakin iddiaçı ilk növbədə mübahisəli ərazidə həqiqətən ona qanuni əsaslarla torpaq sahəsi ayrılmasına və cavabdeh tərəfindən qanunsuz olaraq zəb t edildiyini iddia etdiyi özbaşına tikilinin məhz ona qanuni əsaslarla ayrılmış torpaq sahəsində yerləşməsinə dair məhkəməyə mötəbər sübut təqdim etməli idi, ancaq bunu etməyib. Təqdim etdiyi və işə surəti əlavə edilmiş Bakı şəhəri Bilgəh bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli, 094 nömrəli qərarı ilə ayrılması göstərilən 400 kv.metr torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmasına dair hər hansı bir sübut, o cümlədən torpaq sahəsinin plan ölçüsü təqdim olunmayıb. Çünki, analoji işlər üzrə Bakı şəhəri üzrə bələdiyyə torpaqlarının xəritə məlumatlarının təsdiq edilməsi məsələləri yekunlaşmadığı üçün sözügedən ərazinin bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə aid olması təsdiq olunmur. Reyestr Xidmətinin 11 aprel 2022-ci il tarixli məlumatında da İddiaçı adına torpaq sahəsinin dö vlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməyib. Qeyd olunan məlumatla təsdiq olunur ki, mübahisəli torpaq sahəsi ümumiyyətlə bələdiyyənin mülkiyyətində yaxud sahibliyində və istifadəsində olmayıb. Olsaydı yəqin ki, iddiaçı da 17 il ərzində “qanuni əsaslarla” ona ayrıldığını iddia etdiyi torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması üçün hansısa formada təşəbbüs və cəhd göstərərdi. Baxmayaraq ki, torpaq sahəsi ilə bağlı mübahisə hazırki iddianın və icraatın birbaşa predmeti deyil bu cür vəziyyətdə Bilgəh bələdiyyəsinin mübahisəli torpaq sahəsini “iddiaçıya ayırması”nın da hüquqi əsası olmayıb. Demək, istər iddiaçının, istərsə də cavabdehin mübahisəli torpaq sahəsinə hər hansı bir hüququ yarana bilməzdi. Torpaq sahəsinə hansısa hüquqların yaranmadığı üçün iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquq da yaranmayıb. Hazırki iddianın rədd olunması o demək deyil ki, cavabdehin həmin torpaq sahəsinə hansısa hüququ mövcuddur yaxud bu iddianın rədd olunması ona torpaq sahəsinə dair hansısa üstünlük yaxud imtiyaz verə bilər. Əlbətdə ki, cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüquqi mövcud deyildir. Ən azından həm də ona görə ki, o, da bu barədə məhkəməyə hansısa hüquqmüəyyənedici sənəd təqdim etməyib. Başqa sözlə, bələdiyyə tərəfindən istər iddiaçıya, istərsə də cavabdehə qanuni əsaslarla torpaq sahəsi ayrılmış olsaydı mütləq təqdim olunmalı bələdiyyə aktları kimi həmin qərarlar inzibati nəzarət icraatı qaydasında baxılması üçün Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə də təqdim edilərdi. Lakin tərəflərin heç biri məhkəməyə bu barədə də sübut təqdim etməyib. Məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yerləri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Hazırki iş üzrə iddiaçının cavabdehin ailə üzvü və yaşayış sahəsinə ehtiyacı olmadığı bəllidir. Əgər iddiaçının başqa yaşayış yeri olmasaydı ən azından bunu iddia ərizəsində yaxud izahatlarında göstərə bilərdi. Əksinə, iddiaçı bunu, yəni başqa yaşayış yeri olmasını heç vaxt inkar e tməyib. Bu cür vəziyyətdə onun heç vaxt yaşamadığı, yaşayış sahəsinə hansısa formada ehtiyacı yaranmadığı, eləcədə ailə üzvü olmayan, mərhum qardaşı ilə uzun illər faktiki ər-arvad münasibətlərində olmuş, başqa bir əks cinsdən olan cavabdehin yaşadığı özbaşına tikilidən çıxarılması necə zəruri ola bilərdi ki, məhkəmə də bunu təmin etmişdir. Əlbətdə ki, belə bir zərurət də olmayıb. İddaçının adına həmin ünvanda işıq, qaz və su sayğacının olması da qanunsuz tikilinin ona aid olması üçün əsas ola bilməz. Çünki, iddiaçıya həmin ünvanda kommunal xidmətlərin göstərilməsi özbaşına inşa olunmuş tikili üzərində hansısa hüquq vermir. Əksinə, apellyasiya baxışı zamanı cavabdeh faktiki ər-arvad münasibətlərində olduğu şəxsin, yəni iddiaçının qardaşının birinci nikahdan olan övladlarının bu tikiliyə ha nsısa iddialarının olmaması üçün sayğacların iddiaçının adına rəsmiləşdirilməsini təklif etdiyi və o, da bununla razılaşdığı barədə izahatları daha inandırıcı və işin hallarına uyğundur. Məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, tərəflər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacib idi ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq mün asibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda torpaq sahəsi əldə edilməsinin qanunvericiliyin imperativ tələblərinə uyğun xüsusi prosedur qaydalara uyğun həyata keçirilməli olması, eləcə də özbaşına tikinti və onun nəticələri institutunun yaranmasına da zərurət və əsas olmazdı. Bununla yanaşı, mübahisəli torpaq sahəsinə və üzərindəki tikiliyə gələcəkdə hansısa şəxs(lər)in daşınmaz əmlakın Dövlət Reyestrində qeydə alınmış hansısa hüquqları yarandığı halda bununla əlaqədar qeyd olunan tikili yaxud torpaq sahəsi ilə bağlı yeni əsasla məhkəmə müdafiəsi hüquqndan istifadə olunması istisna olunmur.

16. Ape llyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 11.1, 11.2, 13.4, 157.8, 158.4, 180.1, 180.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

17. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(102)5270/2022 nömrəli qərarı ilə (hakimlər X4 (məruzəçi), X6 və X1 ibarət tərkibdə) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 iyun 2022-ci il tarixli, 2(103)-4289/2022 saylı qətnaməsi ləğv edilməsi, mülki işə yenidən b axılması üçün həmin məhkəməyə göndərmişdir.

19. Kassasiya məhkəməsinin qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Reyestr Xidmətinin 11 aprel 2022-ci il tarixli arayışına istinad edərək, torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumatın aşkar edilmədiyini əsas tutub, iddiaçının torpaq sahəsinə hər hansı hüququnun olmadığı qənatinə gəlsə də, onun həmin torpaq sahəsinə sahiblik, istifadə hüququnun olubolmaması ilə bağlı işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır.

20. Bundan başqa, bələdiyyənin qərarı, alğı-satqı Aktı qüvvədə olduğu, ümumiyyətlə məhkəmə qaydasında mübahisələndirilmədiyi, həmin qərarın və alğı-satqı Aktının qanunilyinin və əsaslılığının yoxlanılması hazırki işə baxılmasının predmeti olmadığı halda, apellyasiy a instansiyası məhkəməsi həmin qərarı, alğı-satqı Aktını müzakirə predmetinə çevirməklə, habelə iş üzrə müvafiq ekspertizalar keçirib torpaq sahəsinin kateqoriyasına, statusuna, ölçüsünə, həmçinin qərarda, alğı-satqı Aktında göstərilən torpaq sahəsinin mübahisəli evin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsinə aydınlıq gətirmədən, başqa sözlə bələdiyyənin mübahisəli məsələyə münasibətini öyrənmədən, bələdiyyə qərarının müvafiq icra hakimiyyəti orqanına təqdim edilib-edilmədiyini araşdırmadan, hər hansı mötəbər yazılı sübuta istinad etmədən sözügedən qərarın, alğı-satı Aktının mübahisəli torpaq sahəsinə aidiyyətinin və torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə aid olmamasına dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Halbuki, işə əlavə edilmiş sübutlarla, o cümlədən Bi lgəh bələdiyyəsinin 30 oktyabr 2021-ci il tarixli arayışı ilə müəyyən olunmuşdur ki, Bilgəh qəsəbəsi, Yeni yaşayış massivində yerləşən 400 kv.metr torpaq sahəsi bələdiyyəyə məxsusdur və sonuncunun 22 aprel 2005-ci il tarixli, 094 saylı qərarına və eyni tarixli alğı-satqı Aktına əsasən torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alğı-satqı yolu ilə) iddiaçının mülkiyyətinə verib və sonuncu 22 aprel 2005-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən bələdiyyənin hesabına ******* manat (AZM) pul ödəyib və işdə, bunun əksini təsdiq edən başqa sübutlar yoxdur.

21. Həmçinin, cavabdeh, etiraz ərizəsində, apellyasiya şikayətində bələdiyyənin sözügedən qərarının, alğı-satqı Aktının qanunuliyini mübahisələ ndirmədiyi və bu barədə hər hansı dəlil irəli sürmədiyi halda, apellyasiya instansiyası məhkəməsi həmin qərarın və alğı-satqı Aktının etibarlılığını "yoxlayıb” iddianı rədd etməklə, əslində iddiaçının torpaq sahəsinə "qanuni gözləntiyə” malik əmlak hüququnu pozmaqla yanaşı, cavabdehin həmin torpaq sahəsinə yiyələnməsi üçün qanunsuz əsas yaratmışdır. Bu baxımdan kassasiya instansiya məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab etmişdir ki, əksi, yəni mübahisəli evin sözügedən torpaq sahəsində deyil, başqa torpaq sahəsində yerləşməsi, ünvanların fərqli olması və sair hallar sübuta yetirilmədiyi üçün, habelə mülki qanunverciliyə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayıldığından, mülkiyyətçi olmayan iddiaçının söz ügedən torpaq sahəsinə əmlak hüquqları istənilən şəxs, o cümlədən cavabdeh tərəfindən pozulmaqdan müdafiə edilməlidir.

22. Daha sonra apellyasiya instansiyası məhkəməsi, cavabdehin sözügedən torpaq sahəsinə hər hansı sənəd əldə etmədən, 2011-ci ildə mərhum əri Aydın Həsənovla birlikdə mübahisəli evi rəsmi icazə almadan özbaşına tikərək uzun müddət orada yaşadığını, həmin evin iddiaçıya heç bir aidiyyətinin olmadığını qeyd edib, gəldiyi nəticəni cavabdehin məhkəməyə təqdim etdiyi Məmmədxan Hacıyev, Gülnar Əhmədova, Gülbacı İbadullayeva, Dadaş İbadullayev və Elvin Həsənovun notarial qaydada təsdiq edilmiş yazılı ərizələri ilə əsaslandırmağa çalışsa da, kassasiya instansiyası məhkəməsi bununla da razılaşmır.

23. Belə ki, əvvəla iddiaçı, sözügedən evin 2011-ci ildə cavabdeh və onun mərhum əri Aydın Həsənov tərəfindən inşa edildiyini qəti şəkildə inkar edir, əksinə iddia edir ki, sözügedən evi 2013-cü ildə inşa edib və kirayədə yaşamaması üçün həmin evi X7un və onunla qeyri-rəsmi nikahda olan arvadı Cavabdeh istifadəsinə verib. Digər tərəfdən, işə əlavə edilmiş çoxsaylı sübutlarla müəyyən olunmuşdur ki, sözügedən tikili iddiaçıya məxsusdur, torpaq və əmlak vergisi onun tərəfindən ödənilir. Hətta mübahisəli ünvan üzrə qazdan, işıqdan və sudan istifadəyə görə alğı-satqı müqavilələri də iddiaçı ilə bağlanıb, abonent kodu və abonent saldoları da onun adınadır. Bütün bu faktları cavabdeh özü də izahatında, etiraz ərizəsində, apellyasiya şikayətində inkar etməmişdir.Apellyasiya instansiyası məhkəməsi, cavabdehin təqdim etdiyi sözügedən yazılı ərizələrin iş üçün əhəmiyyətli hansı halla r barədə məlumat verməsini lazımi şəkildə araşdırmadan, həmin ərizələrdə göstərilən hallar barədə məlumatların mötəbərliliyini ərizələri imzalamış şəxsləri şahid qismində məhkəmə iclasında dindirməklə yoxlamadan, iş üzrə toplanmış və iddiaçının təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət vermədən, iddiaçı tərəfindən təqdim edilmiş yazılı sübutların mötəbərliliyini nəyə görə və hansı yazılı sübutlara əsasən qəbul etmədiyini qətnamədə göstərmədən, yalnız cavabdehin etirazının əsası kimi istinad etdiyi sözügedən yazılı ərizələrə istinad edərək, sözügedən evin 2011-ci ildə cavabeh və onun mərhum əri Aydın Həsənov tərəfindən tikildiyi və evin iddiaçıya məxsus olmadığı qənaətinə gə lmişdir.

24. Beləliklə, kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir.

25. Kassasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 11.1, 11.2, 13.4, 157.8, 158.4, 180.1, 180.4-cü maddələrinin və digər maddi, prosessual hüquq norm alarının tələbləri ilə əsaslandırılmışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

26. Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi iş üzrə maraqlı şəxslər kimi işə cəlb edilmişdir.

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 sentyabr 2023-cü il tarixli, 2(103)-1902/2023 nömrəli qətanaməsi ilə (hakimlər F.Ş.Talışinski (sədrliyi və məruzəsi ilə), A.N.İmanov və M.A.Məmmədov) Cavabdeh apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1056/2022 nömrəli işi üzrə 23 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasını qət etmişdir.

28. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 139-180, 385-388, 560; Mülki Prosessual Məcəllənin 76, 77, 80-82, 106.2, 217.4, 385-390, 420-ci maddələrinə istinadən hesab etmişdir ki, müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətləri üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti rədd edilməlidir. Belə ki, Bilgəh bələdiyyəsinin 30 oktyabr 2021-ci il tarixli arayışı ilə müəyyən olunur ki, Bilgəh qəsəbəsi, Yeni yaşayış massivində yerləşən 400 kv.metr torpaq sahəsi bələdiyyəyə məxsusdur və sonuncunun 22 aprel 2005-ci il tarixli, 094 saylı qərarına və eyni tarixli alğı-satq ı Aktına əsasən torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alğı-satqı yolu ilə) iddiaçının mülkiyyətinə verib və sonuncu 22 aprel 2005-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən bələdiyyənin hesabına ******* manat (AZM) pul ödəyib və işdə bunun əksini təsdiq edən başqa sübutlar yoxdur, qərarın və alğısatqının qanuniliyi və əsaslılığı mübahisələndirilməmişdir.Cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinə "qanuni gözləntiyə” malik əmlak hüququnu pozmaqla yanaşı, cavabdehin həmin torpaq sahəsinə yiyələnməsi üçün qanunsuz əsas yaradır. Həmçinin, torpaq sahəsinın mülkiyyət hüquqi əsası ilə iddiaçının sahibliyində olması, daşınmaz əmlakın kimin tikməsindən asılı olmayaraq, üzərində olan tikililəri n də ona mənsubluğunu müəyyən edir. Halbuki, cavabdeh heç bu tikililərin onun və ya onunla hüquqi bağlılığı müəyyən edilməyən iddiaçının qardaşı tərəfindən tikilməsinə dair belə sübutlar təqdim etməmiş, torpaq vergisi və digər kommunal münasibətlər üzrə iddiaçının çıxış edərək ödənişlərin onun adına olduğu sübuta yetirilmişdir. Qeyd edilməlidir ki, tikintidə kiminsə faktiki iştirakı belə, hələ o əmlaka sahibliyin əldə edilməsini sübut etmir. Belə ki, əmlak-pul dövriyyə səciyyəsi daşıyan bu hərəkətlərin ixtiyar sahibi tərəfindən aparılmasından əlavə əmlak hüquqlarının yaranması dayanıqlı və təkzibedilməz sübutlarla təsdiq edilməlidir. Diqqətə çatdırılmalıdır ki, pul-əmlak vəsaitlərin dövriyyəsi ilə əlaqədar çıxış edə bilən sübutlar onların dəyəri, məbləği və çeşidini dəqiq əks etdirən təkzi bedilməz və mötəbər olmalıdır. Digər sübutlar bu sübutların vəhdətində qiymətləndirilə bilər. Hazırki münasibətlərə tətbiqi baxımından mötəbər sübutların olmaması və qanunvericiliyin tələbinə müvafiq bunların yazılı sənəddə ifadə edilməməsi, habelə dispozitiv müstəvidə digər halların sübut kimi təqdim edilməməsi birinci instansiya məhkəməsinin qənaətindən fərqli əsaslar müəyyən etmir.

29. Beləliklə, iddaçının mülkiyyət hüququ üzrə gözləntiləri müəyyən edən və qüvvədə olan bələdiyyə aktı ondan irəli gələn inzibati münasibətləri əhatə etsə də, hazırki münasibətlərdə cavabdeh tərəfindən istifadə etdiyi (iddia edilən) tikilinin iddiaçıya aid torpaq sahəsində olduğunu təsdiq edildiyindən artıq bəlli olan hal kimi ekspertizanın keçirilməsinə zərurət qalmır. Məhkəmə kollegiyasının iclasında işt irak edən bələdiyyə orqanı iddiaçının sahibliyini təsdiq edir, maraqlarına toxuna bilən və cəlb edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi iş üzrə proseslərə gəlməmiş və etiraz təqdim etməmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 139-180, 385-388, 560; Mülki Prosessual Məcəllənin 76, 77, 80-82, 106.2, 217.4, 385-390, 420-cı maddələrinə və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

32. Kassator şikayətini Mülki Məcəllənin 159, 164.1, 164.2-ci və Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarlarına, Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsini rəhbər tutaraq əsaslandırmışdır. Belə ki, iddiaçı mübahisəli mənzilə faktiki sahiblik etmir, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Ona görə də o, cavabdehə qarşı hazırki iddianı qaldıra bilməz. Bundan əlavə, subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. B elə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mübahisə predmetinin torpaq sahəsi deyil, onun üzərindəki tikili olduğuna görə və həmin tikilinin iddiaçının mülkiyyətində və ya faktiki sahibliyində olması barədə, həmin tikilinin onun tərəfindən inşa edilməsi barədə məhkəməyə mötəbər sübut təqdim edilməməsinə görə iddiaçının həmin tikiliyə dair subyektiv hüququ müəyyən olunmur. Belə ki, qətnamə iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ olmadığı halda qəbul edilmişdir.

33. Bundan əlavə kasator qeyd etmişdir ki, iş üzrə mötəbər sübutlar olmadan qərar qəbul edilmişdir. Hakim tərəfindən təyin edilmiş ekspertizadan imtina edilmiş, mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılan torpaq sahəsilə eynilik təşkil etməsi müəyyən edilməmişdir.

2. Reyestr Xidmətinin 11 aprel 2022-ci il tarixli məlumatında da İddiaçı adına torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməyib. Qeyd olunan məlumatla təsdiq olunur ki, mübahisəli torpaq sahəsi ümumiyyətlə bələdiyyənin mülkiyyətində yaxud sahibliyində və istifadəsində olmayıb. Mülkiyyətində olmayan torpaq sahəsinin bələdiyyə tərəfindən hər hansı bir şəxsə ayrılması qanunsuzdur.

3. Bakı şəhəri Sabunçu rayon Bilgəh Bələdiyyəsinin nümayəndəsi-sədri Nümayəndə3 torpaq sahəsinin bələdiyyə torpağı olduğunu və bələdiyyə tərəfindən İddiaçı satıldığını, buna dair müvafiq sənədin olduğunu və qüvvəsini saxladığını, iddiaçının həmin torpaq sahəsinə g örə hər il ödəniş etdiyini, portalda onun adının qeyd olunduğunu qeyd etmiş, torpaq sahəsinin koordinatlarını müəyyən edən hüquqmüəyyənedici sənədlərin olmadığı, həmin torpaq sahəsində bir tikilinin yerləşdiyini bildirmişdir. Hesab edirəm ki, şəxsin izahatı sübutlar olmadan əsas götürülə bilməz. Bilgəh Bələdiyyəsinin nümayəndəsi-sədri Nümayəndə3 məhkəmə iclasında bildirdiklərinin heç bir əyani sübutu olmamışdır. O, mübahisəli torpaq sahəsində bir tikilinin olmasını bildirsə də, hakim bununla bağlı yerində müayinə təyin edib şəxsin izahatının düzgünlüyünü yoxlaya bilərdi b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırki kassasiya şikayətində cavabdeh tərəfindən qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

36. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır;

37. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın m ülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər;

38. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir;

39. Maddə

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir;

40. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur;

41. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır;

42. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillə r üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətn aməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

51. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Həmçinin işə təkrar baxan apellyasiya məhkəməsi bu məsələ ilə bağlı kassasiya məhkəməsinin iş üzrə qərarında əks olunmuş hüquqi mövqelərini də nəzərə almış və MPM-nin 420-ci maddəsinin tələblərin tam riayət etmişdi r.

52. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, sübutların düzgün qiymətləndirilməməsinə dair dəlillərdir.

53. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olu nan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

55. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. apellyasiya instansiyası

56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 sentyabr 2023-cü il tarixli 2(103)-1902/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar