Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3291/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3291/23 (Açar sözlər: mülkiyyətə maneələrin aradan qaldırılması, qonşu təsirinə dözmək) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), X3 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən evin arxa hissəsində xırda və iri buynuzlu mal-qaranın saxlandığı fermaya oxşar (stilli) tövlənin və cücə saxlanılan damın sökülərək yerlərinin dəyişdirilməsi, orada xırda və iri buynuzlu mal-qaranın və cücələrin saxlanmasına və peyinin tökülməsinə qadağa qoyulması tə ləbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-86/23 nömrəli, 11 may 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə 07 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cəlilabad rayonu, Cəfərxanlı kəndində 0.36 hektar həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi İddiaçı və onun ailə üzvlərinin mülkiyyəti kimi 26 noyabr 2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. 2. 21 noyabr 2013-cü il tarixdə Cəlilabad rayonu, Cəfərxanlı kəndində 0,36 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə və tikililərə dair İddiaçı adına texnik pasport tərib edilmişdir.
3. Cəlilabad rayonu, Cəfərxanlı kəndində 0,44 hektar həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi Cavabdeh və onun ailə üzvlərinin mülkiyyəti kimi 24 yanvar 2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 4. 29 dekabr 2019-cu il tarixdə Cəlilabad rayonu, Cəfərxanlı kəndində 0,44 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə və tikililərə dair Cavabdeh adına texniki pasport tərtib edilmişdir.
5. Cəlilabad rayon Üçtəpə bələdiyyəsi tərəfindən verilmiş 22 aprel 2021-ci il tarixli arayışa əsasən, Cavabdeh bələdiyyə ərazisində yerləşən 0,43 hektar həyətyanı torpaq sahəsi vardır və həmin torpaq sahəsi üzərində 1982-cildən yaşayış evi və mal-qara saxlamaq üçün tövlə inşa etmişdir. Yaşayış evində ailəsi ilə birgə yaşayır, tövlədə iri buynuzlu və xırda buynuzlu heyvan saxlayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaç ı Cavabdeh qarşı cavabdeh tərəfindən evin arxa hissəsində xırda və iri buynuzlu mal-qaranın saxlandığı fermaya oxşar (stilli) tövlənin və cücə saxlanılan damın sökülərək yerlərinin dəyişdirilməsi, orada xırda və iri buynuzlu mal-qaranın və cücələrin saxlanmasına və peyinin tökülməsinə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, hazırda Cəlilabad rayonu Cəfərxanlı kəndində cavabdehlə qonşuluqda yaşayır. Yaşadıqları torpaq sahəsində əvvəllər iddiaçının atası Əzizağa Ağayevin evi olmuş, sonradan iddiaçı həmin torpaq sahəsində cavabdehlə həmsərhəd yerdə özünə fərdi yaşayış evi inşa edərək orada yaşamağa başlamışdır. Daha sonra isə həmin torpaq sahəsi və fərdi yaşayış e vi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 26 noyabr 2013-cü il tarixli, RX ******* seriyalı çıxarışa əsasən 0,36 ha torpaq sahəsi iddiaçının və ailə üzvlərinin xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. İddiaçı ilə qonşuluqda yaşayan Cavabdeh iddiaçının evinin arxa hissəsində tikdiyi ferma stilli tövlədə xırda və iri buynuzlu mal-qara saxlayır. Mal-qaranın ifrazatından qalxan üfunət və qara milçək iddiaçının və ailə üzvlərinin səhhətinə ciddi ziyan vurduğundan dəfələrlə cavabdehə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh mal-qaranı evinin arxa hissəsindəki tikdikləri ferma stilli tövlədə və açıq qəhəldə saxlamaqda davam edir. Bunun nəticəsində üfunətli ifrazatdan yaranan peyini də evinin arxa hissəsinə tökür. Cava bdehə xəbərdarlıq edilmişdir ki, saxladığı malqaranı, əmələ gələn tullantıları iddiaçının evinin yaxınlığından uzaqlaşdırsin və iddiaçının ailəsini zərərli amillərin təsirinə məruz qoymasın, mal- qaranı təcili olaraq həyətin başqa hissəsinə köçürsünlər. Lakin cavabdeh heç bir əhəmiyyət verməyərək qanunsuz əməllərini davam etdirir. Əlavə olaraq bildirmək istəyir ki, cavabdeh tərəfindən evinin arxa hissəsində inşa edilmiş cücə damından axan yağış suları evinin bünövrəsinə tökülməklə evin divarlarına çatlayaraq deformasiyaya uğramasına səbəb olur və evdə çökmələr və çatlar başlayır. Eyni zamanda cücələrin damından gələn üfunəti iyindən yaşamaq mümkünsüz hala gəlmişdir.
8. Birinci instansiya məhkəməsində Cavabdeh Ağababa oğlu iddianı qəbul etməyərək verdiyi izahatında bildirmişdir ki, iddiaç ı ailəsi ilə birlikdə onunla qonşuluqda yaşayır, uzun müddətdir ki, ədavəti var. Bu səbəbdən ona qarşı əsassız iddialar qaldırmaqla dinc yaşamasına mane olur. Sözügedən mübahisəli tövləni yaşadığı evlə birlikdə 1982-ci ildə tikmişdir. Hazırda həmin tövlədə 7-8 baş iri və xırda buynuzlu heyvan saxlayır. Belə ki, kənd camaatı kimi ailəsini dolandırmaq üçün ehtiyacı olan vaxt artım olduqca heyvanlardan satır, dolanışığını təmin edir. O, fərdi yaşayış evini və tövləni tikən zaman iddiaçının yəmin yerdə yaşayış evi olmamışdır. Həmin yer əvvəllər iddiaçının atası Əzizağa Ağayevin yurdu olmuş və iddiaçının atasına məxsus balaca ölçüdə tikilmiş ev həmin həyətin ortasında onun evindən və tövləsindən xeyli kənarda olmuşdur. Onun evi və tövləsi tikiləndən 15-20 il sonra, yəni 1990-cı illərin sonların da İddiaçı ata yurdu olan həmin yerdə onun tikdiyi evin və tövlənin yaxınlığında fərdi yaşayış evi inşa edərək orada yaşamağa başlamışdır, İddiaçı özü də yaşadığı evin həyətində mal-qara saxlamaq üçün tövlə tikmiş və onun tikdiyi tövlə qonşu evinin yaxınlığındadır. Belə olan halda iddiaçının tikdiyi tövlə də gərək sökülsün. İddiaçı uzun müddətdir ki, həmin ərazidə yaşayır və bu müddətdə tövlənin sökülməsi barədə heç bir iddia etməmişdir, indi isə aralarında torpaq mübahisəsi olduğu üçün iddiaçı qərəzli olaraq ona qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. Birinci instansiya məhkəməsinin müvafiq qərardadı əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş 19 avqust 2021-ci il tarixli, 1524 nömrəli mütəxəssis rəyinə əsasən, Cəlilabad rayonu, Cəfərxanlı kənd sakini Cavabdeh həyətyanı sahəsinə yerində baxış keçirilərkən müəyyən olunmuşdur ki, Cavabdeh həyətyanı sahəsində inşa edilmiş 20x10=200 kv.m həcmində olan tövlənin içərisinə və ətrafına yerində baxış keçirilərkən mal-qaranın saxlandığı tövlədə əmələ gələn tullantıların təmizləndiyi, təmiz vəziyyətdə olduğu, iy üfunətin olmadığı, ətraf mühitə heç bir mənfi təsiri olmadığı müəyyən edilmişdir. Hal-hazırda qonşuluqda yaşayan İddiaçı və ailəsinin səhhətinə və normal həyat tərzinə hər hansı ziyanlı təsiri yoxdur.
10. Cəlilabad Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 14 sentyabr 2021-ci il tarixli, 2(073)-339/2021 saylı qətnaməsi ilə (hakim E.Ə.Əmirəliyev) iddia təmin edilməmişdir.
11. B irinci instansiya məhkəməsi müəyyən etmişdir ki, fərdi yaşayış evini və tövləni tikən zaman İddiaçı həmin yerdə yaşayış evi olmamış, həmin yer əvvəllər iddiaçının atasının yurdu olmuş, cavabdehin evindən və tövləsindən aralıda köhnə evi olmuşdur. İddiaçı sonradan, 1990-cı ildə cavabdehin həmin yerdə cavabdehin evinin və tövləsinin yaxınlığında özünə fərdi yaşayış evi tikdirmiş, və orada yaşamağa başlamışdır. Tövləyə mütəxəssis tərəfindən yerində baxış keçirilərkən əmələ gələn tullantıların təmizləndiyi, təmiz vəziyyətdə olduğu, iy üfunətin olmadığı, ətraf mühitə heç bir mənfi təsiri olmadığı, hal-hazırda qonşuluqda yaşayan iddiaçı və ailəsinin səhhətinə və norman həyat tərzinə hər hansı ziyanlı təsiri olmadığı müəyyən edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstit usiyasının 13, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 170.2 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9.1, 14.2, 77.1, 81, 88, 106.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.X.Heydərov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və İ.H.Əhmədov, iş N 2(106)3607/2021) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini birinci instansiya məhkəməsi ilə eyni məzmunda əsaslandıraraq göstərmişdir ki, tərəflər həmkəndli olmaqla yanaşı qonşudurlar. Sözügedən mübahisəli tövləni cavabdeh 1982-ci ildə tikmişdir və hazırda həmin tövlədə özünə məxsus iri və xırda buynuzlu heyvan saxlayır. Cavabdeh fərdi yaşayış evini və tövləni tikən zaman İddiaçı həmin yerdə yaşayış evi olmamış, həmin yer əvvəllər iddiaçının atası Əzizağa Ağayevin yurdu olmuş və həmin yerdə Cavabdeh evindən və tövləsindən aralıda köhnə evi olmuşdur. İddiaçı sonradan yəni, 1990-cı illərin sonlarında ata yurdu olan həyətin yerdə cavabdehin tikdiyi evin və tövlənin yaxınlığında özünə fərdi yaşayış evi inşa edərək orada yaşamağa başlamışdır. İd diaçının qanunsuz hesab edilərək sökülməsini tələb etdiyi tövləyə mütəxəssis tərəfindən yerində baxış keçirilərkən mal-qaranın saxlandığı tövlədə əmələ gələn tullantıların təmizləndiyi, təmiz vəziyyətdə olduğu, iy ufunətin olmadığı, ətraf mühitə heç bir mənfi təsiri olmadığı, halhazırda qonşuluqda yaşayan İddiaçı və ailəsinin səhhətinə və normal həyat tərzinə hər hansı ziyanlı təsiri olmadığı müəyyən edilmişdir.
16. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini iş materialları ilə qarşılıqlı təhlil edərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən evin arxa hissəsində xırda və iri buynuzlu mal-qaranın saxlandığı ferma stilli tövlənin və cücə saxlanılan damın sökülərək yerlərinin dəyişdirilməsi, orada xırda və iri buynuzlu malqaranın və cücələrin saxlanmasına və pe yinin tökülməsinə qadağa qoyulması tələbinə dair birinci instasniya məhkəməsi tərəfindən iddia tələbinin təmin etməməklə bağlı gəldiyi nəticədə qanuni və əsaslıdır.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1, 157.2, 170.2, 171.1, 171.2, 180.1-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
18. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda tərtib edilmiş və əlavə olaraq onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi mütəxəssis rəyinə istinad etmişdir. Halbuki, Azərbaycan Respublikası Ekologiya və Təbi i Sərvətlər Nazirliyi yanında Milli Hidrometeoroloji Xidmətinin 14 avqust 2021-ci il tarixli, 0358 saylı “monitorinq aktı”nda iddiaçının iddia tələbində göstərdiyi fakt, yəni, Cavabdeh heyvandarlıq təsərrüfatında spesifik iy-qoxunun müşahidə edilməsi qeyd edilmişdir. Həmçinin Azərbaycan Respublikası X1 X2 xx.xx.2021-ci il tarixli məktubundan da görünür ki, cavabdehə məxsus tövlədə cavabdeh tərəfindən baytarlıq-sanitariya tələblərinə əməl olunmadığından cavabdehə bu barədə xəbərdarlıq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində qeyd edilən ziddiyyətli halı aradan qaldırmamışdır Məhkəmə əsaslandırıcı hissədə daha çox cavabdehin həqiqətə uyğun olmayan izahatını əsas götürərək həmin hissəyə istinad etmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(10 2)-2313/2022 nömrəli, 25 may 2022-ci il tarixli qərarı ilə (hakimlər Z.Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və İ.R.Xələfov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, tikililərdə heyvanların saxlanmasına və peyinin tökülməsinə qadağa qoyulması barədə tələblərin həllinə aid hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
21. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, sözügedən tikililərdə heyvanların saxlanmasına və peyinin tökülməsinə qadağa qoyulması hissəsində iddia düzgün həll edilməmişdir. Çünki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və m əhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etirazına və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işə mahiyyəti üzrə baxmış apellyasiya məhkəməsi nəinki sözügedən tələbin qanuni əsasını tapmamış, müvafiq normaların dispozisiya şərtləri ilə işin halları arasında uyğunluğu (uyğunsuzluğu) yoxlamamış, hətta q ətnamədə maddi hüquq normasına belə istinad etməmişdir.
22. Baxılan işdə, iddiaçı, qonşuluqda yaşayan cavabdehin ferma kimi istifadə etdiyi tikililərdə xırda və iri buyunzlu mal-qara saxladığını, onların ifrazatından yaranan peyini evin arxa hissəsinə tökdüyünü, bunlardan qaynaqlanan qoxu və digər təsirlərin özünün və ailə üzvlərinin səhhətinə ciddi ziyan vurduğunu, sağlamlıqlarının təhlükə altında olduğunu bildirərək tikililərdə heyvanların saxlanmasına və peyinin tökülməsinə qadağa qoyulmasını xahiş etmişdir. Cavabdeh isə iddiaya etiraz edir.
23. Mülki Məcəllənin 170-171-ci maddələrinə görə, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qan unda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Əgər mülkiyyətçi əhəmiyyətli təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Bundan başqa, torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər (§ 24-26).
24. Eyni zamanda, mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (§ 23).
25. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş “Dövlət şəhərsalma norma və qaydaları”nın (Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması AzDTN 2.6 -1) 4.20-ci bəndinə görə, yaşayış otaqlarının pəncərələrindən mal-qara və quşlar saxlanılan tikililərədək (bloklaradək) olan məsafə: bir və ya iki tikili olarsa -15 m-dən, 8-dək tikili olarsa -25 m-dən, 30-dək tikili olarsa -50m-dən, 30-dan çox tikili olarsa -100 m-dən az olmamalıdır. Məskunlaşma ərazisində yerləşdirilən mal-qara və quşlar saxlanılan tikintilərin (blokların) sayı hər qrup üzrə 30-dan çox olmamalıdır.
26. Kollegiya hesab etmişdir ki, iddianın tikililərdə heyvanların saxlanmasına və peyinin tökülməsinə qadağa qoyulması hissəsinin düzgün həlli üçün işin müəyyən edilmiş faktiki halları ilə yuxarıda göstərilən normaların dispozisiya şərtləri arasında uyğunluğun olubolmamasına dair hüquqi dəyərləndirmə aparılmalı, çəkişmə prinsipinə riayət olunmaqla tərəflərin dəlillərinin tam və hərtərəfli araşdırılması üçün onlara şərait yaradılmalı, cavabdehin istinad olunan hərəkətlərinin iddiaçıya hər hansı formada maneçilik yaradıbyaratmadığı, zərər vurub-vurmadığı aydınlaşdırılmalı, bu xüsusat üzrə ekspertiza rəyləri işdəki digər sübutlarla birlikdə mötəbərlilik baxımından qiymətləndirilməli, zəruri olduqda mütəxəssis və ya ekspertin iştirakı ilə yerində müayinə aparılmalı və əhəmiyyət kəsb edən digər hallar araşdırılmaqla həmin tələblər əsaslandırılmış formada həll edilməlidir.
27. Ona görə də, apellyasiya instansiya məhkəməsinin qətnaməsi tikililərdə heyvanların saxlanmasına və peyinin tökülməsinə qadağa qoyulması barədə tələblərin həllinə aid hissədə ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
28. Azərbayca n Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/5985 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 26 noyabr 2013-cü il tarixli, RX ******* seriyali çıxarışa əsasən Cəlilabad rayonu, Cəfərxanlı kəndində 0,36 hektar həyətyanı torpaq sahəsində yerləşən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan fərdi yaşayış evi ilə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 29 dekabr 2019-cu il tarixli, **********80-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportuna əsasən Cəlilabad rayonu, Cəfərxanlı kəndində 0,44 hektar həyətyanı torpaq sahəsində yerləşən Cavabdeh adına tərtib edilmiş texniki paspo rta əsasən xırda və iri buynuzlu mal-qaranın saxlanıldığı fermaya oxşar (stilli) tövlə və cücə saxlanılan dam arasında 2,1 metr məsafə olduğu və həmin məsafənin Dövlət şəhərsalma norma və qaydaları"nın AzDTN2.6-1 Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılmasının 4.20-ci bəndinə uyğun olmadığı müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.
29. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubuna əsasən, monitorinq zamanı Cəlilabad rayonu, Cəfərxanlı kəndində şikayətçi İddiaçı evinin ətraf ərazilərindən atmosfer havasına buraxılan zərərli qaz qarışıqlarının miqdarını müəyyənləşdirmək məqsədilə BOSEAN səyyar cihazı vas itəsilə ölçmə işləri aparılaraq X4 Monitorinq İdarəsinin əməkdaşı tərəfindən xx.xx.2023-cü il tarixli 00048 saylı akt tərtib edilmişdir. Müəyyən olunmuş nəticələrə əsasən atmosferə atılan zərərli qazın miqdarı CO3,2 mq/m3 (norma:5.0 mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilində olduğu müəyyən edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin 2(106)-86/2023 nömrəli iş üzrə 11 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər C.F.İmanov (sədrlik edən və məruzəçi), P.T.Əhmədov və İ.Q.Əsədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tikililərdə heyvanların saxlanmasına və peyinin tökülməsinə qadağa qoyulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası mərhələsində cavabdehin həyətinə tökülən peyin və heyvanların saxlanıldığı yerlə bağlı monitorinq keçirilməklə mütəxəssislərin rəyləri alınaraq işə əlavə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş 19 avqust 2021-ci il tarixli, 1524 nömrəli və xx.xx.2023-cü il tarixli mütəxəssis rəylərində monitorinq zamanı Cəlilabad rayonu, Cəfərxanlı kəndində şikayətçi İddiaçı evinin ətraf ərazilərindən atmosfer havasına buraxılan zərərli qaz qarışıqlarının miqdarını müəyyənləşdirmək məqsədilə BOSEAN səyyar cihazı vasitəsilə ölçmə işləri aparılaraq X4 Monitorinq İdarəsinin əməkdaşı tərəfindən xx.xx.2023-cü il tarixli 00048 saylı akt tərtib edilmişdir. Müəy yən olunmuş nəticələrə əsasən atmosferə atılan zərərli qazın miqdarı CO-3,2 mq/m3 (norma:5.0 mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilində olduğu müəyən edilmişdir. Həmçinin Cəlilabad rayonu Cəfərxanlı kənd sakini Cavabdeh həyətyanı sahəsində inşa edilmiş 20x10=200 kv.metr həcmində olan tövlənin içərisinə və ətrafına yerində baxış keçirilərkən mal-qaranın saxlandığı tövlədə əmələ gələn tullantıların təmizləndiyi, təmiz vəziyyətdə olduğu, iy ufunətin olmadığı, ətraf mühitə heç bir mənfi təsiri olmadığı müəyyən olunmuşdur. Hal-hazırda qonşuluqda yaşayan İddiaçı və ailəsinin səhhətinə və normal həyat tərzinə hər hansı ziyanlı təsiri yoxdur.
31. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər apelyasiya baxışı zamanı öz təsdiqini tapmadığın dan, onlar qətnamənin ləğvi üçün əsas ola bilməz.
32. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, 170.2, 171.1-171.3, 172.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış,əlavə olaraq göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 152.5, 170.2, Mənzil Məcəlləsinin 15, 29.4, MPM-in 9, 14.2-ci maddələrinin və Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 24 noyabr 2005-ci il tarixli Qərarının tələblərini p ozmuş, Ali Məhkəmənin qərarı ilə qətnaməsi tikililərdə heyvanların saxlanılmasına və peyinin tökülməsinə qadağa qovulması barədə tələblərin həllinə aid hissədə ləğv edilməsi və işin həmin hissədə yeni apelyasiya baxışına göndərilməsi qərara alınsa da, Şirvan Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(106)-86/2023 nömrəli qətnaməsində qeyd edilən ziddiyətləri aradan qaldırmamışdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş “Dövlət şəhərsalma norma və qaydalarının 4.20-ci bəndinə əsasən yaşayış otaqlarının pəncərələrindən mal-qara və quşlar saxlanılan tikililərədək (bloklaradək) bir və ya iki tikili olarsa-15 metrdən, 8-dək tikili olarsa -25 metrdən, 30-dək tikili olarsa -50 metrdən, 130-dan çox tikili olarsa -100 metrdən az olma malıdır. Halbuki, cavabdehin heyvandarlıq təsərrüfatı ilə bizə məxsus olan evin arasındakı məsafə 1 metrdən bir az çoxdur. Bu fakt da apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Həmçinin apellyasiya İnstansiya məhkəməsi yenidən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və təbii sərvətlər idarəsinin 19 avqust 2021-ci il tarixli, 1524 saylı mütəxəssiis rəyinə istinad etmişdir. Həmin orqanın nümayəndələri gəlib mübahisəli yerə baxmamışdan qabaq cavabdeh heyvandarlıq təsərrüfatında olan mal-heyvam oradan yığıdırır, başqa fermaya köçürür, nümayəndələr getdikdən sonra isə yenidə mal-qaranı əvvəlki təsərrüfata, yəni mənim evimin arxasındakı tikiliyə köçürür. (Bu faktı kassasiya şikayətinə əlavə edilmiş DVD disklə də təsdiq edil ir). Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində qeyd edilən ziddiyyətli halları aradan qaldırmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
36. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
37. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
38. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
39. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün norma l təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.
40. Maddə 171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər.
41. Maddə 172.2. Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlarda n istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki ha llarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlav ə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edil mir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə alınmış ekspertiza rəyində iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi ilə cavabdehin xırda və iri buynuzlu mal-qaranın saxlanıldığı fermaya oxşar (stilli) tövlə və cücə saxlanılan dam arasında 2,1 metr məsafə olduğu və həmin məsafənin Dövlət şəhərsalma norma və qaydaları"nın AzDTN2.6-1 Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılmasının 4.20-ci bəndinə uyğun olmadığı müəyyən edilsə də, məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, cavabdeh bu tikililəri iddiaçının həmin ərazidə ev inşa etməsindən əvvəl inşa etmiş və orada mal-heyvan saxlam ışdır. İstinad edilən AzDTN 2.6-1. Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması haqqında” Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin 2001-ci il 12 oktyabr tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmişdir. Yəni cavabdeh tərəfindən tövlə və digər təsərrüfat tikililəri inşa edilərkən bu Qaydalar qüvvədə olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin mövcud tövlələrinin yaxınlığında yaşayış evi inşa edərkən özü də bu halı nəzərə ala bilərdi.
55. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və təbii sərvətlər idarəsinin iki dəfə cavabdehin həyətinə baxış keçirdiyini və hər iki halda da, mal-qaranın saxland ığı tövlədə əmələ gələn tullantıların təmizləndiyi, təmiz vəziyyətdə olduğu, iy ufunətin olmadığı, ətraf mühitə heç bir mənfi təsiri olmadığının müəyyən olunmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.1-171.3-cü maddələrinə əsasən iddianın təmin edilməsi üçün əsaslar mövcud olmamışdır.
56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-86/23 nömrəli, 11 may 2023cü il t arixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.