Məhkəmə qərarları › İş №2(102)-3292/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3292/2025

17.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3292/2025 17.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı və digərlərinin Cavabdeh7 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: qohumluq və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3308/2025 nömrəli iş üzrə 25 iyul 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağı dakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsində yerləşən 137 nömrəli fərdi yaşayış evinin ¼ hissəsi ilə bağlıdır. Evin ¼ hissəsi X24 mülkiyyətindədir.

2. İddiaçılar bacı-qardaşdır. İddiaçı xx.xx.1990-cı ildə, iddiaçı Cavabdeh1 isə xx.xx.1987-ci ildə doğulub. Onların atası X8, anası isə X10r.

3. İddiaçılar iddia edir ki, evin ¼ hissəsinin mülkiyyətçisi olan X35 onların atası X4 babasıdır.

4. Evin ¼ hissəsinin mülkiyyətçisi X24 ölümü barədə məlumat informasiya sistemində aşkar edilməyib. Mülkiyyətçinin övladı olduğu iddia edilən X26 (iddiaçıların babası) xx.xx.1984-cü ildə vəfat edib. Mülkiyyətçinin övladı olduğu iddia edilən X18 övladı X8 (iddiaçıların atası) xx.xx.1956-cı ildə doğulub, xx.xx.2015-ci ildə ölüb. İş üzrə qəbul edilmiş məhkəmə akt ları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı və Cavabdeh1 oğlu iddia ərizəsi ilə (sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə) məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsində yerləşən 137 saylı evin ¼ hissəsi üzərində vərəsəliyin açılma yerinin Bakı şəhəri olmaqla həmin ¼ hissəyə onların payının müəyyən edilməsi, mülkiyyətçi X24 onların ulu babası olması, X24 oğlu X23 olması, onun atası Etibar Bədəlovun isə X18 oğlu olması barədə qohumluq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıların qeydiyyatda olduğu və yaşayış yeri hesab olunan Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 137 saylı evin ¼ hissəsinin mülkiyyətçisi ulu babaları X35 olmuşdur. Babaları X23 oğlanları - onların atası X11, əmiləri X12 və X13 ilə birlikdə həmin ünvanda yaşamışlar. X7 1984-cü ildə vəfat etdikdən sonra miras mülkü Etibar və onun qardaşları Arif və Əziz faktiki qəbul edərək həmin evdə yaşamışlar. Ataları 21 iyul 2015-ci ildə vəfat etmiş və Bakı şəhərində Mərdəkan qəbiristanlığında dəfn edilmişdir. Ataları vəfat etdikdən sonra ona məxsus miras mülk faktiki olaraq qəbul edilmiş, həmin evdə onlar və anaları X14, həmçinin əmiləri Arif və Əziz ailə üzvləri ilə birlikdə olmuşlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin sorğusuna cavab olaraq verilmiş 11 oktyabr 2017-ci il tarixli, **********65 saylı məktuba əsasən Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi 137 saylı fərdi yaşayış evi X24, X15, Məşədi Vahabın, Məşədi Tahir oğlunun və X19 adına ilkin qeydiyyatdan keçmişdir. Həmin mülkün ¼ hissəsi X24 paylı mülkiyyətidir. Keçmiş Əzizbəyov (indiki Xəzər) rayon X5 Qeydiyyatı Şöbəsi tərəfindən verilmiş 14 iyul 1990-cı il tarixli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1990-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X9, ana qrafasında X14 göstərilmişdir. Bakı şəhəri Nəsimi rayon 41 saylı Mənzil Kommunal İstismar Sahəsinin 34 saylı, xx.xx.2017-ci il tarixli və 5 saylı Asan Xidmət Mərkəzinin ******* saylı, xx.xx.2018-ci il tarixli arayışlarına əsasən o, Bakı şəhəri, R.Rza küçəsindəki 137 saylı evdə qeydiyyatdadır. Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 dekabr 2016-cı il tarixli, 1081 saylı ar ayışa əsasən atası X9 08 may 1956-cı ildə anadan olmuşdur. Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZE-İ N 753146 saylı ölüm haqqında şəhadətnaməyə əsasən atası X9 21 iyul 2015-ci ildə vəfat etmişdir. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 noyabr 2017-ci il tarixli arayışa əsasən babaları X23 26 yanvar 1984-cü ildə vəfat etmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Tarix Arxivinin verdiyi 13 fevral 2018-ci il tarixli, R-86 saylı arayışa əsasən Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet Hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində X16 və onun atası X24 doğum tarixlərinə dair heç bir məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Əd liyyə Nazirliyi VVARX-nin verdiyi 21 dekabr 2017-ci il tarixli, 05/2-8732-14 saylı arayışına əsasən X16 doğum tarixi, X24 isə həm doğum, həm də ölüm tarixləri aşkar olunmamışdır. Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 dekabr 2016-cı il tarixli 1081 saylı arayışına əsasən ataları X6 09 iyun 1956-cı il tarixli, 723 saylı doğum haqqında akt qeydində atası X23, anası Cavabdeh4 Mirzə qızı yazılmışdır. Göründüyü kimi ataları Etibarın X16 oğlu olması həmin akt qeydi ilə də təsdiq olunmuşdur. Babaları X16 doğum tarixi sənədlə sübut olunmamasına baxmayaraq onun atasının Əli Qulu oğlu olması qəbrinə qoyulmuş baş daşına X23 yazılması və şahid ifadələri ilə sübut olunur. Bütün faktlara əsasən hesab edir ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, 137 saylı evin ¼ hissəsinin mülkiyyətçisi onların ulu babası X35 olmuşdur. Onun ölümündən sonra miras əmlakı faktiki qəbul edən babaları X32muşdur. O, 1984-cü ildə vəfat etdikdən sonra miras əmlakı üç oğlu, ataları Etibar, əmiləri Arif və Əziz qəbul etmişlər. Hazırda ataları Etibar və əmiləri Arif vəfat etdiklərindən miras əmlakı faktiki olaraq onlar və anaları X14 tərəfindən qəbul edilmişdir. Ulu babaları X24 ¼ hissə ilə mülkiyyətində olan ev onların faktiki sahibliyində və idarəçiliyindədir. Onlar ulu babalarına aid olan həmin ¼ hissədə mirasa vərəsəlik hüququ əldə etmişlər.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Emin Mehdiyev) 2(006)-3296/2018 nömrəli, 23 may 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsində yerləşən 137 saylı evin ¼ hissəsinin m ülkiyyətçisi mərhum X24 iddiaçıların ata tərəfindən ulu babaları olmaqla qohum olması barədə hüquqi əhəmiyyətli faktın və iddiaçıların Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsində yerləşən 137 saylı evin mərhum X24 adına olan ¼ hissəsini miras kimi qəbul etmələri faktı müəyyən edilməsi qət edilmişdir.

8. Məhkəmə, işin faktiki hallarını nəzərə alaraq qeyd etmişdir ki, mübahisəli evin ¼ hissəsi iddiaçıların ulu babası X22 miras qalıb və sonuncu onların atası X4 babasıdır.

9. Məhkəmə, qanunvericiliyin tələblərini, habelə şahid ifadəsini nəzərə alaraq qeyd etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

10. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 11.33.1, 1133.2, 1146, 1147.1, 1151.1, 1202.1, 1243.1, 1243.2, 1243.3, 1252-ci, h abelə MPM-in 307.1, 307.2, 307.2.1, 307.2.3, 307.2.9, 308, 14.2, 77.1, 217.2, 217.3, 217.4, 218.3-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh5 apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsini 23 may 2018-ci il tarixli, 2(006)-3296/2018 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıların atası X11 və iddiaçılar heç vaxt Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsində yerləşən 137 saylı evdə yaşamamışlar. Belə ki, X1 yaşamış və oradan qayıtdıqdan sonra Mərdəkanda yaşamışdır. O, qeyd edilən fərdi yaşayış evini faktiki olaraq qəbul etməmişdir. Hazırkı iddiaçılar isə Bədəlov X2 doğulmuş və yaşamış və eyni zamanda İddiaçı də Türkmənistanda yaşamış və 2005-ildə cavabdehlər Elman, Pərvanə, Emil və Səbinə Hacıbabayevlərin atası Arif Hacıbabayevə xahiş edəndən sonra onları həmin evə qeydiyyata salmışdır. Qeydiyyatda olmalarına baxmayaraq 1 gündə olsa orada yaşamayıblar və özlərinə məxsus evdə yaşayıblar. Bunu təsdiq edən kifayət qədər şahidlər var. İddiaçıların özləri tərəfindən də həmin evdə yaşamaqlarını, oradan istifadə və sahiblik etmələrini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişlər. Cavabdehlərin xəbəri olmadan, 2018-ci ildə məhkəmə qətnaməsi qəbul etdirmişlər. Cavabdehlərin iştirakını məhkəmə təmin etməmiş və onlara xəbərdarlıq etməmişdir. Bundan savayı Hacıbaba Əliqulu oğlunun qızı, birinci növbə vərəsə sağ olduğu halda, onun iştirakı təmin edilməmiş və ondan xə bərsiz məhkəmə qətnamə qəbul etmişdir. Mülki qanunvericiliyin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 iyul 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-3296/2018 saylı qətnaməsi Cavabdeh7 aid hissədə ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

14. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən müəyyən olunmuşdur ki, iddia ərizəsində cavabdehlərdən biri kimi göstərilmiş Cavabdeh7 iddia ərizəsinin verilməsindən əvvəl, yəni xx.xx.2018-ci ildə ölüb. Ölmüş şəxsə qarşı verilmiş iddiaya məhkəmə qaydasında baxıla bilməz (Mülki Prosessual Məcəllənin 261.0.1 və 384.0.5-ci maddələri).

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Namiq Cəfərov (sədrlik edən, məruzəçi) İkram Şirinov və Elşən Kazımov) 2(103)-3308/2025 nömrəli 25 iyul 2025ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli, 2(006)-3296/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsində yerləşən 137 nömrəli fərdi yaşayış evinin X24 mülkiyyətində olan ¼ hissəsinin miras kimi iddiaçılar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi hissəsində ləğv edilmiş və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə tələbin rədd olunması qət edilmişdir.

16. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli evin ¼ hissəsinin mülkiyyətçisi X24 ölümü barədə məlumat informasiya sistemində aşkar edilməyib. Mülkiyyətçinin ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə ərizə verilməyib. Belə olan halda məhkəmə öz təşəbbüsü ilə ölüm faktını müəyyən edə bilməz.

17. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mülkiyyətçinin ölüm faktı, o cümlədən ölümün vaxtı və yeri müəyyən edilmədən mirasın qəbul edilməsi faktı müəyyən edilə bilməz, çünki mirasın qəbul edilməsi üçün əvvəlcə mirasın açılması (miras qoyanın ölməsi) və mirasın açıldığı gün (miras qoyanın ölüm tarixi) müəyyən edilməlidir.

18. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145, 1146-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayət inin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3308/2025 saylı, 25 iyul 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya şikayət verən Cavabdeh5 vəkili və nümayəndəsi Vəkil1 necə ki, qohumluq faktını mübahisələndirmir, eləcə də, X24 ölümünü də mübahisələndirmir. Onların mübahisələndirdiyi hissə yalnız iddiaçıların vərəsəliyi qəbul etdiyi hissədir. Bundan əlavə X24 ölümü 1940-cı ildən öncəyə təsadüf etdiyi üçün və həmin dövrün arxiv sənədləri saxlanılmadığı üçün onun ölümü barədə sənəd əldə etmək mümkün deyil və həmin yaş da insanın yaşamağı da mümkün deyil. Təqdim olunan sübutlara məhkəmə tərəfindən qərəzli, eyni zamanda obyektiv yanaşılmamış, qətnamənin əsasına işin halları və faktlarla uyğunlaşmayan fərziyyələr qoyulmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

23. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməl idir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassa siya instansiyası məhkəməsinin hüquqi mövqeyi

31. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, İddiaçı kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

32. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

33. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisəli evin ¼ hissəsinin mülkiyyətçisi X24 ölümü barədə məlumat informasiya sistemində aşkar edilməyib. Mülkiyyətçinin ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə ərizə verilməyib. Belə olan halda məhkəmə öz təşəbbüsü ilə ölüm faktını müəyyən edə bilməz.

34. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, mülkiyyətçinin ölüm faktı, o cümlədən ölümün vaxtı və yeri müəyyən edilmədən mirasın qəbul edilməsi faktı müəyyən edilə bilməz, çünki mirasın qəbul edilməsi üçün əvvəlcə mirasın açılması (miras qoyanın ölməsi) və mirasın açıldığı gün (miras qoyanın ölüm tarixi) müəyyən edilməlidir.

35. Göstərilənlərə əsasən kassasiya instansi yası məhkəməsi, İddiaçı kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 iyul 2025-ci il tarixli, 2(103)3308/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar