Məhkəmə qərarları › İş №2(102)-3293/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3293/2022

20.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3293/2022 20.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3293/2022 Açar sözlər: evə köçürülmə Bakı şəhəri 20 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3910/2021 nömrəli iş üzrə 03 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 20 iyun 20 22-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra-iddiaçı) Cavabdeh1 (bundan sonra-1-ci cavabdeh) ilə 2006-cı ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 2 övladı var. Cavabdeh2(bundan sonra 2-ci cavabdeh) məxsus evə gəlin köçmüş, qayınanasına məxsus evdə 5 il yaşadıqdan sonra həmin kənddə torpaq sahəsi alıb ev tikdirmişlər və həmin evə köçüb yaşamışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşaqları ilə birlikdə Şəmkir rayonu, Yeni Həyat kəndində yerləşən evə köçürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2006-cı ildə toyu olmuş və qaynanasına məxsus evə gəlin köçmüşdür. Birgə yaşadıqları dövrdə iki uşaqları doğulmuşdur. O, qayınanasına məxsus evdə 5 il yaşadıqdan sonra elə həmin kənddə torpaq sahəsi alıb əri ilə ev tikdirmiş və həmin evə köçmüşlər. 2021-ci ildə o, cavabdehlər tərəfindən döyülərək uşaqları ilə birlikdə evdən qovulmuşdur. Hal-hazırda ona məxsus cehiz əşyaları həmin evdə qalmışdır. Hazırda o uşaqları ilə birlikdə valideynlərinə məxsus evdə yaşayırlar. Bir neçə dəfə cavabdehlərdən mübasiəli evə köçürülmələrini tələb etdə də bir nəticə verməmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur.

4. Birinci instansiya məhkəməsində 2-ci cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli evi ərinin vəsaiti hesabına özləri üçün tikdirmişlər, evin və yerləşdiyi torpaq sa həsinin heç bir sənədi yoxdur.

5. Şəmkir Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(076)-2269/2021 saylı qətnaməsi ilə (hakim Z.İmanov) iddia tələbi təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının evə köçürülməsi üçün ilk növbədə istifadə hüququnun yaranması şərti olmalıdır. İddiaçı mübahisəli evə istifadə hüququnun yaranmasına dair heç bir sübut məhkəməyə təqdim etməmiş, həmçinin mübahisəli ev müvafiq qeydiyyata alınmadığından iddiaçı həmin evə köçürülə bilməz.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM-nin) 152.1, 152.3 və MPM-nin maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçı ape llyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir.

9. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – A.H.Hüseynzadə sədrlik edən və məruzəçi, L.S.Süleymanov və Ş.Q.Rzaquliyev) 03 dekabr 2021-ci il tarixli 2(104)-3910/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(076)-2269/2021 saylı qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək, İddiaçı yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 ilə birlikdə Şəmkir rayonu, Yeni-Həyat kəndində yerləşən, çıxarıldığı evə köçürülməsi qət edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə r azılaşmayaraq qeyd etmişdir ki, şəxsin yaşadığı evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması onun daimi olaraq yaşadığı evdən qanunsuz olaraq çıxarılmasına əsas verə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

11. Apellyasiya instansiyası məhkəməsi müəyyən edimişdir ki, mübahisəli ev özbaşna tikili olmaqla, onun yerləşdiyi torpaq sahəsinin də tərəflərə məxsus hər hansı bir hüquq müəyyənedici sənədi mövcud olmamışdır. Lakin, həmin evin iddiaçı və onun keçmiş ərinin sahibliyində və istifadəsində olmuşdur ki, məhkəmə həmin evin mübahisə tərəfləri olan iddiaçı ilə Cavabdeh1 və övladlarının yaşaması üçün inşa edilməsi və hər hansı bir məhkəmə qərarı olmadan iddiaçının məcburi qaydada hə min evdən qanunsuz olaraq çıxarılması qənaətinə gəlmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, yaşayış binasından isifadə və ya ümumilikdə mülkiyyət hüququ Mülki Məcəllə və Mənzil Məcəlləsi ilə tənzimlənir. Lakin, hazırkı iddiada mübahisələndirilən yaşayış evi özbaşına tikili olduğu üçün, həmin evdən istifadə və ya mülkiyyət hüququ ilə bağlı məsələlər həmin Məcəllələrlə tənzimlənmir, bu münasibətləri tənzimləyən analoji hüquq normaları da yoxdur. Bu əsasla isə mübahisəyə baxılmasından imtinaya yol verilmir. Mübahisəli mənzilin dövlət qeydiyyatından keçməməsi iddiaçının həmin mənzilə köçürülməsinə mane ola bilməz.

13. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçının mübahisəli evə köçürülməsinə məhdudiyyət qoyula bilməz və onun hazırkı vəziyyətdə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində təsbit edilmiş mənzil hüququnun reallaşdırılmasının yeganə mənbəyi, hazırda həmin hüququn həyata keçirilməsi üçün yeganə vasitə olan mübahisəli evə köçürülməsidir. Bundan əlavə tərəflərin izahatından və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan göründüyü kimi tərəflər birlikdə xeyli müddət ərzində mübahisəli evdə yaşayaraq Konstitusiyada təsbit edilmiş öz mənzil hüququnu gerçəkləşdirmişdir. Əgər iddiaçı həmin müddətdə evdə yaşamaqla öz konstitusiyon hüququnu, yəni mənzil hüququnu reallaşdırmışdırsa, hazırda da mənzil hüququnun reallaşdırılmasına məhdudiyyət qoyula bilməz.

14. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 46, MM-nin 11.1, 11.5, 180.2, 180.4-cü maddələrinə istinadən ə saslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri 15. 2-ci cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisəli mənzildə istifadə hüququ olmamışdır. Məhkəmə Mülki Məcəllənin 228-ci maddəsinin tələblərini pozaraq iddiaçını evə köçürmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

17. Maddə 43, bənd

1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

19. Maddə

27. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.

20. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

21. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

22. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

23. Maddə 180.2 Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mənzil Məcəlləsi:

24. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürül müşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiy i nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

29. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

31. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt ə sas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

33. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunm uşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Məhkəmə kollegiyası izah edir ki, Ali Qanunun 43-cü maddəsi ümumi norma olmaqla, şəxsin yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkəti qadağan edir. Bu normanı mənzilə köçürülmə dair tələblərə tətbiq edərkən 3 halın aydınlaşdırılması zəruridir: 1) şəxs köçmək istədiyi yaşayış sahəsində yaşamışdırmı?; 2) şəxs yaşadığı sahədən məhrum edilmişdirmi?; 3) məhrum edilmə qanuni olmuşdurmu?.

36. İşin faktiki hallarını araşdıran məhkəmələr müəyyən etmişlər ki, mübahisə predmeti olan yaşayış sahəsi özbaşın a tikilidir və iddiaçı nikaha daxil olduqdan sonra tərəflərin ailə münasibətləri faktiki pozulduğu tarixədək azyaşlı övladları ilə birgə həmin yaşayış sahəsində yaşamış, əmlakı hazırda da həmin evdədir.

37. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının yaşadığı sahədən məhrum etmənin qanunsuz olması müəyyən olunmuşdur.

38. Belə ki, məhrum etmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın.

39. Lakin hazırki iş üzrə cavabdehlərin mübahisələndirilən evə iddiaçıya münasibətdə hər hansı üstün hüququnun (mülkiyyət, istifadə, icarə və s.) olmasını təsdiq edən sənəd məhkəmələrə təqdim olunmamışdır.

40. Odur ki, apelyasiya instansiyası məhkəməsi iddiaçı nın mənzildə yaşamaq hüququnu bərpa etməklə, düzgün nəticəyə gəlmişdir.

41. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

42. Mübahisəli tikili cavabdehlərin mülkiyyətində olmadığından Mülki Məcəllənin 228-ci maddəsinin məhkəmə tərəfindən pozulması barədə kassasiya şikayətinin dəlili əsassızdır.

43. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hə rtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

44. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3910/2021 nömrəli iş üzrə 03 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qəra

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar