Məhkəmə qərarları › İş №2(102)-3293/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3293/2024

17.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3293/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Səlahəddı̇ n oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Mülki hüquq pozuntularından (deliktdən) irəli gələn mübahisələr, qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisiallığı, ekspert rəylərinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Səlahəddı̇ n oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024cü il tarixli, 2(103)-2967/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh1 qarşı “ortaq iş görmək (maldarlıqla məşğul olmaq) üçün ödədiyi 55500 manat və 800 ABŞ dollarının, həmçinin əldə olunan qazancdan ona çatası 9400 manat maddi ziyanın, 10000 manat mənəvi ziyanın ödənilməsi” barədə iddiasına Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılaraq, məhkəmənin 2(005)-2060/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddianın rədd olunması qət edilmiş, sözügedən qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5431/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 2925/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı Abşeron rayonu, Məhəmmədi kəndi ərazisində yerləşən 0,24 ha torpaq sahəsində inşa edilmiş ferma kompleksinə, fermada istifadə olunan avadanlıqlara və qolştin cinsli 33 baş inəyə 1/3 hissədə pay hüququ müəyyən edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7.400 manat məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı verilməsi qət edilmiş, sözügedən qətnamə qanuni qüvvəyə minmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-3421/18 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 İddiaçı qarşı Abşeron Rayon Məhkəməsində iddia qaldıraraq birgə fəaliyyət ilə bağlı xərclərin 1/3 hissəsinə uyğun pul məbləğinin (cəm i 23627,35 manatın) tutulmasını istəmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-3260/2017 saylı qətnaməsi ilə həmin iddia təmin edilməsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)3149/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv olunmuş və iddianın qismən təmin edilməsi, İddiaçı 10999,69 manat pulun alınaraq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Kassasiya instansiyası məhkəməsi həmin qətnaməni dəyişdirilmədən saxlamışdır.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2017-ci il tarixli həmin qətnaməsindən müəyyən olunmuşdur ki, İddiaçı inəklərin Cavabdeh1 tərəfindən satılması, münasibətlərinin 2013-cü il oktyabr ayından kəsilməsi və bu səbəblərə görə inəklərin saxlanmasına görə xərcin ondan tələb edilməsi nin mümkünsüz (əsassız) olması arqumentləri ilə iddiaya etiraz etmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2017-ci il tarixli həmin qətnaməsi icraya yönəldilmiş, icra hərəkətləri həyata keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 461000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər həmin inəkləri satmış və pulunu ona ödəməmişlər. Kənd Təsərrüfatı Nazirliyinin məktubunda göstərildiyi kimi 11 inək hər il 8-12 bala verir və 2 0 il yaşayır. Ekspert rəyi ilə müəyyən edilmiş keçən 11 il ərzində inəklərin 8-12 bala verməsini və sonrakı 3 ildən sonra isə balaların da 8-12 bala verməsini, eyni zamanda 10% itkiləri nəzərə alındıqda, ana inəklərin sayı 129, bala inəklərin sayı isə 277 baş edir. Hazırda bir baş ana inəyin qiyməti bazarda 2.500 manat təşkil edir və 322.500 manat ziyan əmələ gəlir. Bir baş bala inəyin qiyməti isə bazarda 500 manat təşkil edir və 138.500 manat ziyan əmələ gəlir. Beləliklə cavabdehlər ona ümumilikdə 461.000 manat ziyan vurmuşlar.

8. Cavabdeh1 iddia ərizəsinə etiraz təqdim edərək, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və ərizəsi belə əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2014-cü il tarixli qətnaməsi və həmin qətnamənin qüvvədə s axlanması barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsindən göründüyü kimi, iddiaçı həmin iddia ərizəsində hazırda qaldırdığı iddia ilə eyni məsələni mübahisələndirərək Cavabdeh1 eyni əsaslarla, eyni predmeti tələb edərək hazırda mübahisə predmeti olan əldə edilmiş qazanca görə pul tələb etmiş, müvafiq qətnamələrlə iddia rədd edilmişdir. Həmçinin, iddiaçı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə dəyişdirilmiş Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2015-ci il tarixli qətnaməsinə istinad edərək onun inəklərinin pulunu və həmin inəklərdən əldə ediləcək gəlirin ona ödənilməli olmasını qeyd etsə də, elə həmin qətnamədən göründüyü kimi iddiaçı həmin iddia ərizəsində hazırda qaldırdığı iddia ilə eyni məsələni mübahisələndirərək Cavabdeh1 eyni əsaslarla, eyni predmeti tələb edərək hazırda mübahisə predmeti olan inəklər, fermadakı avadanlıqlara ona məxsus payın müəyyən edilib ayrılmasını, həmçinin Cavabdeh1 birgə əmlakdan götürdüyü gəlirlərin 33,3 faizini təşkil edən 12.487 ABŞ dolları və 31.968 manatın, mənəvi zərərin və məhkəmə xərclərinin ona verilməsini tələb etmişdir. Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək hazırda mübahisə predmeti olan 33 baş inəyə İddiaçı 1/5 hissədə payı müəyyən edilmiş, cavabdehlərdən 5000 manat pulun tutularaq ona ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, həmin qətnamə qismən dəyişdirilmiş İddiaçı 33 baş inəyə 1/3 hissədə pay hüququ müəyyən edilmiş və əldə edilmiş gəlirə görə iddiaçıya 7.400 manat ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamə icraya yönəldilmiş və hazırki iş üzrə Cavabdeh1 iddiaçıya qətnamədə qeyd olunan onun payına düşən 33 baş inəkdən 11 baş inəyi yaxud inəyin satış pulunun ödənilməsini təklif etmiş, lakin İddiaçı inəklərin salış pulunu deyil, hazırda mövcud olan bazar qiymətindən də artıq məbləğ istəmiş, inəkləri qəbul elməmişdir. Yəni, iddia ərizəsində qeyd olunduğu kimi inəklər qısır olduqlarından və bala vermədiklərindən 2015-ci ilin dekabr ayında satılmış və həmin inəklərdən heç bir gəlir əldə edilməmişdir. Həmçinin, Cavabdeh1 və “AQROLİZİNQ" ASC arasında bağlanmış 27 mart 2013-cü il tarixli 31-LD/13 saylı lizinq müqaviləsindən göründüyü kimi lizinqə verilən damazlıq heyvan lar üzərində müstəsna mülkiyyət hüququ onun dəyəri Lizinq alan tərəfindən tam ödənilənədək Lizinq verənə məxsusdur. Həmin lizinq müqaviləsi üzrə ödənişlər bu günədək ödənilməmişdir. Digər tərəfdən də hazırki iş üzrə iddiaçıya qarşı Abşeron Rayon Məhkəməsində iddia qaldıraraq onun payına düşən 11 inəyin lizinq pulunun ödənilməsini xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin 31 may 2017-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qeyd olunan qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş və mübahisə predmeti olan 11 inəyə görə qalıq lizinq borcunun cavabdehə düşən hissəsi, yəni 10999,69 manatın ona ödənilməsi qət edilmiş, lakin cavabdeh indiyədək qeyd olunan məbləği tam ödəməmişdir. Həmin qətnamədən də göründüyü kimi hazırki iş üzrə İddia çı iddiaya etiraz kimi 11 baş inəyin satıldığını bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Yəni, qeyd olunan inəklər lizinq ödənişi tam ödənilmədiyindən, o cümlədən İddiaçı özünə düşən hissəsinin dəyərini ona ödəmədiyindən İddiaçı mülkiyyətinə keçməmiş, digər tərəfdən də iddiaçının özünün də bildiyi kimi inəklər qısır olduqlarından satıldıqları üçün həmin inəklərdən gəlir də əldə edilməmişdir (inəklərin qısır olmaları onların dəfələrlə mayalandırılmaları barədə qəbzlərlə sübut olunur). İddiaçının özünün də iddia ərizəsində qeyd etdiyi və tərəflər arasında olan mübahisələr üzrə çıxarılmış məhkəmə qətnamələrindəki izahatlarında göstərdiyi kimi inəklərin satıldığından xəbəri olmuş, beləliklə, inəklər onda olmadığı üçün onlardan da heç bir gəlir və fayda götürmədiyi də iddiaçıya m əlum olmuşdur. Digər tərəfdən də hazırki iddia ərizəsindən göründüyü kimi iddiaçının Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə mülkiyyət hüququ deyil, həmin inəklərə payı müəyyən edilmiş, lakin lizinq müqaviləsi üzrə ödənişlər, o cümlədən İddiaçı payı müəyyən edilmiş hissədə ödənilmədiyindən, hazırki iddia mülkiyyətlə bağlı ola bilməz, digər tərəfdən də iddiaçının hazırki iddiası payı tanınmış inəklərlə bağlı deyil, həmin inəklərə görə əldə edilmiş gəlirlə bağlı pul tələbi olduğundan onun bununla bağlı iddia müddəti keçmişdir.

9. Cavabdeh1 həmçinin iddia müddətinin tətbiqi barədə ərizə də təqdim edərək, iddia tələbi ilə bağlı iddia müddəti keçdiyindən iddiadan imtina barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı iddi ası mülkiyyət hüququ ilə bağlı deyil, artıq Baki Apellyasiya Məhkəməsinin xx.xx.2016-ci il tarixli qətnaməsi ilə payı müəyyən edilmiş inəklərin satış pulu və həmin inəklərlə bağlı əldə edilmiş gəlirlə bağlı pul tələbi olduğundan onun bununla bağlı iddia müddəti keçmişdir. Belə ki, iddia ərizəsindən və məhkəmə mübahisələri ilə bağlı qətnamələrdən göründüyü kimi iddiaçının onun payı müəyyən edilmiş inəklərin satılmasından 2015-ci il tarixdə məlumatı olmuş, hətta Sumqayıt Apellyasiya Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli qətnaməsindən göründüyü kimi o, Cavabdeh1 iddiasına etiraz kimi 11 baş inəyin satıldığını bildirərək, iddianın rədd edilməsini xahiş etmiş, beləliklə onun inəklərin satılmasından xəbəri olduğu vaxtdan 7 ildən artıq müddət keçdikdən sonra pul tələbi ilə bağlı hazırki iddia əizəsi ilə məhkəməyə müraciət etmişdir.

10. Cavabdeh2 məhkəməyə yazılı izahat təqdim edərək bildirmişdir ki, ferma yarandığı gündən və inəklər satılana qədər, yəni, 2013-cü ilin mart ayından, 2015-ci ilin dekabr ayına qədər fermada yaşamışdır. İddiaçı da mütəmadi olaraq fermaya gəlirdi. İnəklər təkrar mayalanandan sonra, demək olar ki, doğuşu olmayıb. 2014-cü ildə 7 (yeddi) inək bala verib, ondan doğuş zamanı 2 (iki) bala anası ilə birlikdə ölüb, 2015-ci ildə isə 4(dörd) inək bala verib, ondan da 2 (iki) bala anası ilə birlikdə ölüb. Dəfələrlə inəkləri mayalamaqlarına baxmayaraq, inəklər mayalanmırdı, ona görə də inəklərin öz sortundan olan “Holden Friz” erkək buğası aldıq, baxmayaraq ki, təbii yolla inəkləri mayalamaq, müqaviləyə görə qadağan edilmişdir. Süni yolla mayalaya bilərdik, biz də fermanı dirçəltmək üçün, müqavilənin əksinə gedərək inəkləri təbii yolla mayalamaq istədik (mayalama qəbzlərini də məhkəməyə təqdim etmişik), amma o da bir nəticə vermədi, çünki inəklər qısır idi və bizim başqa yolumuz olmadığı üçün inəkləri satmaq məcburiyyətində qaldıq. Satmamışdan qabaq İddiaçı şəxsən zəng edərək bildirmişdir ki (2015-ci ildə), inəkləri satırıq səndə gəl bir şərik kimi iştirak et, o dedi ki, mənim pay bölgüm müəyyən olunmayıb, gələ bilmərəm. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsində 33 (otuz üç) baş inəyin 45000 (qırx beş min) manata satılmasını təsdiqləyib. Yuxarıda qeyd edildiyi kimi iddiaçı mütəmadi olaraq fermaya gəlib, yəni bu o deməkdir ki, iddiaçı hər şeyi öz gözləri ilə görürdü, hər şeydən də xəbəri var idi. İddiaçı bizimlə 3-də 1 pay bölgüsü ilə şərik olduğ u halda zərərə durmaq istəmir və bizdən şikayətçi olmağı çox yersizdir.

11. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Şöbəsinin icra məmuru X10 izahat verərək bildirmişdir ki, icra işi əvvəl başqa icra məmurunun icraatında olmuş, 2020-ci ildə onun icraatına daxil olmuşdur. İcra tədbirləri Cavabdeh1 qarşı həyata keçirilirdi, digər cavabdehin isə qeydiyyat ünvanı başqa olduğu üçün onun işi başqa icra şöbəsinə göndərilmişdi. Cavabdeh1 qətnamənin icra edilməsi məqsədilə İcra şöbəsinə dəvət etmiş, o, isə inəklərin satıldığını bildirmişdir. Məlumat almaq üçün iddiaçıya zəng vurduqda, iddiaçı satılması barədə dəqiq məlumatının olmadığını bildirmişdir. Bundan sonra fermaya baxış keçirmək üçün 7 dekabr 2021-ci ildə ora tə rəflərlə birlikdə getmişlər. Fermanın fəaliyyəti dayandırılmışdı, bir hissəsi başqa şəxslərə icarəyə verilmişdi, başqa inəklər olsa da, holşteyn-friz cinsli inəklər yox idi. Fermada olan inəklər isə icarəyə göürən şəxslərə məxsus idi. Cavabdeh inəklərin dəyərini ödəməyə hazır olduqlarını bildirsə də, tərəflər onların dəyəri ilə bağlı razılığa gələ bilmədilər. Qətnamədə də inəklərin dəyəri müəyyən edilmədiyindən, onların bu istiqamətdə hər hansı məcburi icra tədbirləri həyata keçirmələri mümkün olmamışdır. Həmçinin cavabdeh qətnamədə göstərilən növ inəkləri deyil, başqa 11 baş inək alıb verməyi təklif etmiş, iddiaçı isə yalnız holşteyn-friz cinsli inəkləri alıb verməli olduğunu bildirmişdir. Cavabdeh bununla razılaşmamışdır. Göstərilənlərə əsasən icra sənədinin mübahisələndirilən hissədə icra edilməsi mümkün olmamışdır.

12. İddiaçı tərəfin sifarişi əsasında əldə edilmiş X8 Mərkəzinin xx.xx.2022-ci il tarixli, YDQM 099-209/2022 saylı qiymətləndirmə rəyində göstərilmişdir ki, Holtşeyn-Friz cinsli heyvanların (inəklərin) 2013-cü ildən bu günə kimi orta bazar qiyməti 2013-cü ildə 6.7 manatdan qalxaraq bu günə olan qiyməti 8.4 manat təşkil edir. Holtşeyn- Friz cinsli heyvanlardan (inəklərdən) alınan balaların orta bazar qiyməti 500-600 manat, HoltşeynFriz cinsli heyvanlardan (inəklərdən) alınan südün satışı nəticəsində aylıq gəlir 572,75 manat və illik gəlir 6873 manat təşkil edir;

13. Cavabdeh1 sifarişi əsasında əldə edilmiş “X6” MMC-nin 232 nömrəli, xx.xx.2022ci il tarixli qiymətləndirmə rəyində göstərilmişdir ki, 1 baş Holtşeyn-Friz cinsli 6 yaşlı inəyin mart 2017-ci il tari xinə olan diri çəkisinin qiyməti 2103,3 manat, 11 baş Holtşeyn-Friz cinsli 6 yaşlı inəyin mart 2017-ci il tarixinə olan diri çəkisinin qiyməti 23136,7 manat, 1 baş Holtşeyn-Friz cinsli 11 yaşlı inəyin mart 2022-ci il tarixinə olan diri çəkisinin qiyməti 977,4 manat, 11 baş Holtşeyn-Friz cinsli 11 yaşlı inəyin mart 2022-ci il tarixinə olan diri çəkisinin qiyməti 10751,5 manat, 1 baş Holtşeyn-Friz cinsli 6 yaşlı inəyin mart 2017-ci il tarixinə olan1 kq-nın diri çəkisinin qiyməti 3,95 manat, 1 baş Holtşeyn-Friz cinsli 11 yaşlı inəyin mart 2022-ci il tarixinə olan1 kq-nın diri çəkisinin qiyməti 1,84 manat müəyyən edilmişdir.

14. Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(005)-3932/2022 saylı qərardadı ilə qoyulmuş suallara c avab olaraq göstərilmişdir ki, 1) Azərbaycanda kiçik həcmli təsərrüfatlarda 80 baş, orta həcmli təsərrüfatlarda 432 baş və irihəcmli təsərrüfatlarda 3032 baş heyvan saxlanılır. 2) Holşteyn-friz cinsli heyvanlar əsasən südlük istiqamətlidir, həmin cinsə aid olan erkək heyvanlar isə ətlik istiqamətində saxlanılır. 3) Fermerlərin istəyindən asılı olaraq istənilən yaşda satıla bilər. 4) Holşteyn-friz cinsli iribuynuzlu inəklər adətən 20 yaşa qədər yaşayır. Lakin 8-12 ildən sonra onların süd vermə qabiliyyəti aşağı düşdüyü və təsərrüfat yararlılığını itirdiyi üçün ətlik məqsədilə satılır. 5) Hoşteyn-friz cinsli iribuynuzlu inəklərin bala vermə müddəti 8-12 ildir. 6) Fermerlərin istəyinə uyğun olaraq balalar doğulduğu andan etibarən hər bir yaş dövründə satıla bilər. 7) Bu cinsə aid inəklərin di ri çəkisi 400450 kq, yeni doğulmuş buzovların isə diri çəkisi 25-40 kq arasında olur. Hazırda həmin cinsdən olan inəklərin bazar qiyməti onun məhsuldarlığından və digər xüsusiyyətlərindən asılı olaraq 2500-3500 manat, yeni doğulmuş buzovların qiyməti isə 500-600 manat civarındadır. 8) Holşteyn-friz cinsli iribuynuzlu heyvanlar əmtəəlik təsərrüfatlarda südvermə qabiliyyətindən asılı olaraq 8-12 ilə qədər saxlanılır. Damazlıq reproduktor təsərrüfatlarda isə 5-6 yaşa qədər saxlanılır. 9) Bazara uyğun yeni doğulmuş buzovların təxminən qiyməti 500-600 manat, 1 yaşdan yuxarı erkək danaların 1 kq diri çəkisi 5,5-6 manat təşkil edir. 10) Gəlirlər südün bazar qiymətindən və dəyər zəncirindən, yem ehtiyatlarının olmasından, yerləşdiyi ərazidən, heyvanların məhsuldarlığından və bir sıra digər amillər dən asılıdır. Gəlirlər hər bir təsərrüfat üzrə fərdi hesablanmalıdır. Holşteyn-friz cinsli iribuynuzlu inəklərin gündəlik süd məhsuldarlığı 25-30 kq təşkil edir. 11) Holşteyn-friz cinsli iribuynuzlu heyvanların inək və buzovlar üzrə günlük və aylıq və illik xərcləri bir çox amillərdən asılıdır. Belə ki, heyvanların rasiona uyğun yemlənməsi, baytarlıq xidmətləri, qulluq, işçilərin əmək haqqı və bir sıra texniki amillər təsir edir. 12) Holşteyn-friz cinsli iribuynuzlu heyvanların inək və buzovlar üzrə xərcləri çıxmaqla günlük, aylıq və illik gəlirləri bir çox amillərdən asılıdır. Yəni bu xərclərə yem, baytarlıq xidmətləri, qulluq, işçilərə verilən əmək haqqının miqdarı, məhsuldarlığına görə, fizioloji vəziyyətinə, eksteryer quruluşuna və bir sıra amillər təsir edir. Yemlərin bazar qiyməti də yişir.

15. Cavabdeh1 sifarişi əsasında alınmış “X6” MMC-nin 08 nömrəli, xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyinə görə isə, 1 baş Holtşeyn-Friz cinsli 4 yaşlı sağlam inəyin mart 2015-ci il tarixinə olan diri çəkisinin qiyməti 2747,22 manat, 1 baş Holtşeyn-Friz cinsli 4 yaşlı 9 aylıq sağlam inəyin dekabr 2015-ci il tarixinə olan diri çəkisinin qiyməti 2490,08 manat, 1 baş Holtşeyn-Friz cinsli 4 yaş 9 aylıq qısır inəyin dekabr 2015-ci il tarixinə olan diri çəkisinin qiyməti 1494,05 manat, 11 baş Holtşeyn-Friz cinsli 4 yaşlı sağlam inəyin mart 2015-ci il tarixinə olan diri çəkisinin qiyməti 30219,42 manat, 11 baş Holtşeyn-Friz cinsli 4 yaşlı 9 aylıq sağlam inəyin dekabr 2015-ci il tarixinə olan diri çəkisinin qiyməti 27390,88 manat, 11 baş Holtşeyn-Friz cinsli 4 yaş 9 aylıq qısır inəyi n dekabr 2015-ci il tarixinə olan diri çəkisinin qiyməti 16434,53 manat, 1 baş Holtşeyn-Friz cinsli 4 yaşlı sağlam inəyin mart 2015-ci il tarixinə olan 1 kqnın diri çəkisinin qiyməti 5,16 manat, 1 baş Holtşeyn-Friz cinsli 4 yaş 9 aylıq sağlam inəyin dekabr 2015-ci il tarixinə olan 1 kq-nın diri çəkisinin qiyməti 4,68 manat, 1 baş HoltşeynFriz cinsli 4 yaş 9 aylıq qısır inəyin dekabr 2015-ci il tarixinə olan 1 kq-nın diri çəkisinin qiyməti 2,81 manat müəyyən edilmişdir.

16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır.

17. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6424 saylı rəyinə əsasən 1) Azərbaycanda kiçik həcmli təsərrüfatlarda 80 baş, orta həcmli tə sərrüfatlarda 432 baş və iri həcmli təsərrüfatlarda 3032 baş heyvan saxlanılır. 2) Holşteyn-friz cinsli heyvanlar əsasən südlük istiqamətlidir, həmin cinsə aid olan erkək heyvanlar isə ətlik istiqamətində saxlanılır. 3) Fermerlərin istəyindən asılı olaraq istənilən yaşda satıla bilər. 4) Holşteyn-friz cinsli iribuynuzlu inəklər adətən 20 yaşa qədər yaşayır. Lakin 8-12 ildən sonra onların süd vermə qabiliyyəti aşağı düşdüyü və təsərrüfat yararlılığını itirdiyi üçün ətlik məqsədi ilə satılır. 5) Holşteyn-friz cinsli iribuynuzlu inəklərin bala vermə müddəti 8-12 ildir. 6) Fermerlərin istəyinə uyğun olaraq balalar doğulduğu andan etibarən hər bir yaş dövründə satıla bilər. 7) Bu cinsə aid inəklərin diri çəkisi 400-450 kq, yeni doğulmuş buzovların isə diri çəkisi 25-40 kq arasında olur. Hazırda həmin cinsdən olan inəklərin bazar qiyməti onun məhsuldarlığından və digər xüsusiyyətlərindən asılı olaraq 2500-3500 manat, yeni doğulmuş buzovların qiyməti isə 500-600 manat civarındadır. 8) Holşteyn-friz cinsli iribuynuzlu heyvanlar əmtəəlik təsərrüfatlarda südvermə qabiliyyətindən asılı olaraq 8-12 ilə qədər saxlanılır. Damazlıq reproduktor təsərrüfatlarda isə 5-6 yaşa qədər saxlanılır. 9) Bazara uyğun yeni doğulmuş buzovların təxmini qiyməti 500-600 manat, 1 yaşdan yuxarı erkək danaların 1 kq diri çəkisi 5.50-6 manat təşkil edir. 10) Gəlirlər südün bazar qiymətindən və dəyər zəncirindən, yem ehtiyatının olmasından, yerləşdiyi ərazidən, heyvanların məhsuldarlığından və bir sıra digər amillərdən asılıdır. Gəlirlər hər bir təsərrüfat üzrə fərdi hesablanmalıdır. Holşteyn-friz cinsli iribu ynuzlu inəklərin gündəlik süd məhsuldarlığı 25-30 kq təşkil edir. 11) Holşteyn-friz cinsli iribuynuzlu heyvanların inək və buzovlar üzrə günlük, aylıq və illik xərcləri bir çox amillərdən asılıdır. Belə ki, heyvanların rasiona uyğun yemlənməsi, baytarlıq xidmətləri, qulluq, işçilərin əmək haqqı və bir sıra texniki amillər təsir edir. 12) Holşteyn-friz cinsli iribuynuzlu heyvanların inək və buzovlar üzrə xərclən çıxmaqla günlük, aylıq və illik gəlirləri bir çox amillərdən asılıdır. Yəni bu xərclərə yem, baytarlıq xidmətləri, qulluq, işçilərə verilən əmək haqqının miqdarı, məhsuldarlığına görə, fizioloji vəziyyətinə, eksteryer quruluşuna və bir sıra amillər təsir edir. Yemlərin bazar qiyməti (növünə görə) dəyişir. 13) 11 yaşlı Holşteyn-friz cinsli inək orta çəkidə və orta məhsuldar olduğu ha lda hazırkı orta bazar qiyməti təxminən 2.600 manat müəyyən edilir.

18. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5 fevral 2024-cü il tarixli, 2(005)63/2024 nömrəli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia qismən təmin edilərək, cavabdehlərdən 27500 manat məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 820,25 manat pulun 172,5 manat hissəsinin müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, 60 manat ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

19. Məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasındakı əvvəlki mülki işlər üzrə qəbul edilmiş məhkəmə aktları ilə onların şərikli fermer təsərrüfatı yaradaraq birgə maldarlıqla məşğul olduqları öz təsdiqini tapmış, Bakı A pellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2925/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Abşeron rayonu, Məhəmmədi kəndində inşa edilmiş ferma kompleksinə, fermada istifadə olunan avadanlıqlara və qolştin cinsli 33 baş inəyin 1/3 hissəsinə iddiaçının pay hüququ müəyyən edilmişdir. Tərəflər Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2925/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçının 1/3 hissədə pay hüququnun tanındığı 33 baş Holşteyn-friz cinsli inəklərin satıldığını və inəklərin satılmasından əldə edilən puldan iddiaçının payına düşən hissənin ona ödənilmədiyini mübahisələndirmirlər. Cavabdeh1 işin qeyd edilən halını etiraf etmiş (istər icra işində, istərsə də hazırkı işə baxılarkən), iddiaçı isə işin məhz həmin halına istinadən hazırkı iddi anı qaldırmışdır. Tərəflər arasındakı mübahisə inəklərin dəyəri ilə bağlıdır. İddiaçı iş üzrə əldə edilmiş mütəxəssis və ekspert rəylərinə əsaslanmaqla Holşteyn-friz cinsli 1 baş inəyin hazırkı bazar dəyərinin 2500 manat olaraq nəzərə alınmalı olduğunu bildirdiyi halda, Cavabdeh1 mövqeyinə görə inəkləri qısır olmaları səbəbindən 2015-ci ildə satmışdır və buna görə qiymət inəklərin qısır olmaları nəzərə alınmaqla 2015-ci il üçün müəyyən edilməlidir.

20. Məhkəmə Cavabdeh1 qeyd edilən arqumentlərini əsassız hesab etmişdir. Belə ki, iddiaya etirazının əsası kimi istinad etdiyi halları (inəklərin qısır olduqlarını) sübutetmə yükü bilavasitə cavabdehin üzərinə düşsə də, o, istinad etdiyi həmin halı biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir, hər hansı mötəbər sübutla dəstə klənmədiyi halda isə onun həmin dəlillərini əsaslı hesab etmək mümkün deyildir.

21. Bu mənada məhkəmə hesab etmişdir ki, 1 baş inəyin hazırkı bazar dəyəri kimi 2500 manat əsas götürülməlidir. Belə ki, iş üzrə məhkəmə tərəfindən əldə edilmiş mütəxəssis və ekspert rəylərində Holşteyn-friz cinsindən olan inəklərin bazar qiymətinin onun məhsuldarlığından və digər xüsusiyyətlərindən asılı olaraq 2500-3500 manat civarında olduğu göstərilmişdir. Məhkəmənin qənaətinə görə, mübahisə mövzusu olan inəklər hazırda mövcud olsa idilər, təxminən 12 yaşları olacaqdı və müvafiq rəylərlə müəyyən edilir ki, bu yaşda inəklərin süd vermə qabiliyyəti aşağı düşdüyü və təsərrüfat yararlılığını itirdiyi üçün adətən ətlik məqsədilə satılırlar. Göstərilən səbəbdən, habelə iddiaçının mövqeyinin də bu yöndə olduğunu n əzərə alaraq məhkəmə hesab edir ki, qiymətin minimum müəyyənləşdirilməsi daha ədalətlidir. Həmçinin cavabdehin bu yaşda heyvanın yalnız ətlik məqsədilə satılmasının mümkünlüyü, bu səbəbdən dəyərinin 1 kq. çəkisinin qiymətinə uyğun hesablanmalı olduğu dəlili ilə bağlı məhkəmə qeyd edir ki, mübahisələndirilən inəklərin məhsuldarlığının maksimum azaldığı yaşa gəlib çatmalarının əsas səbəbkarları cavabdehlərdir. Belə ki, qanuni qüvvəyə mindikdən sonra qəynamə icra edilərək iddiaçıya müvafiq inəklər təqdim edilsəydi, o, həmin inəkləri daha yüksək qiymətə satmaq imkanına malik ola bilərdi. Bu səbəbdən, cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində inəklərin dəyərinin azalması mülkiyyətçinin ziyanına şərh edilə bilməz.

22. Məhkəmə qeyd etmişdir ki, bu hesabla Holşteyn-friz cinsindən olan inəkl ərin iddiaçının payına düşən hissəsinin ümumi dəyəri 27500 manat təşkil edir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının payına düşən hissənin əvəzi kimi 27500 manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Həmin pul vəsaitinin Cavabdeh1 ilə yanaşı digər Cavabdeh2 da tutulmalı olması qənaətinə gələrkən məhkəmə nəzərə almışdır ki, adı çəkilən cavabdehin inəklərin satılmasından xəbəri və bu yöndə razılığı olmuşdur (bunu Cavabdeh2 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli yazılı izahatı təsdiq edir).

23. Məhkəmə cavabdehin mübahisələndirilən inəklərin lizinq ödənişi tam ödənilmədiyindən, o cümlədən İddiaçı özünə düşən hissəsinin dəyərini ona ödəmədiyindən İddiaçı mülkiyyətinə keçməməsi dəlili ilə bağlı qeyd etmişdir ki, qanuni qüvvəyə minmi ş məhkəmə qətnaməsi ilə mübahisələndirilən inəklər üzərində iddiaçının paylı mülkiyyət hüququ tanınmışdır.

24. Bununla belə məhkəmə “əldən çıxmış faydanın (inəklərdən əldə edilmiş bəhərin/buzovların dəyərinin) cavabdehlərdən tutulması” hissəsində iddianı əsaslı hesab etməyərək bildirmişdir ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırkı iş üzrə iddiaçı həmin hissədə iddiasını kifayət qədər əsaslandıra və həmin tələbin söykəndiyi tutarlı sübutları məhkəməyə təqdim edə bilməmiş dir. Həmçinin yuxarıda da qeyd edildiyi kimi, inəklər cavabdehlər tərəfindən satılmış, fermanın fəaliyyəti isə dayandırılmış olduğu müəyyən edilmişdir. Belə olan halda, inəklərdən balaların (buzovların), gəlirin əldə edilməsi mümkün deyildi. Üçüncüsü, Cavabdeh1 iddiaçının payına düşən hissədə inəkləri naturada ayırıb ona versə idi belə, iddiaçı onlara baxmaq iqtidarında olduğuna, adi mülki dövriyyə şəraitində gəlir əldə edə biləcəyinə dair sübutları məhkəməyə təqdim etməmişdir. İşin hallarından da göründüyü kimi, iddiaçı müvafiq fəaliyyətlə məşğul olmamış, təsərrüfat fəaliyyətini əsasən cavabdehlər idarə etmişlər.

25. İddia müddəti (bu müddətin keçib-keçmədiyi) irəli sürülən iddia tələbinin təmin edilib-edilməməsinə birbaşa təsir etdiyindən məhkəmə, Cavabdeh1 iddia müddətinin tətbiq edilmə sinə dair ərizəsinə də qiymət verməyi zəruri hesab etmişdir. Məhkəmə iddia tələbinin paylı mülkiyyət hüququnun müdafiəsi ilə əlaqədar olmasına dair yuxarıda gəlmiş olduğu qənaətin məntiqi davamı olaraq Cavabdeh1 iddia müddətinin ötürülməsi barədə dəlillərini əsassız hesab edərək, qeyd etmişdir ki, hazırkı iddia tələbləri paylı mülkiyyət hüququnun müdafiəsi ilə bağlıdır və bu baxımdan həmin iddiaya iddia müddətinin tətbiq edilməsi ümumiyyətlə istisna edilir.

26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, Mülki Məcəllənin 213, 215.4, 215.5-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbu l edilməsini xahiş etmişdir.

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin inəklərin cavabdehlər tərəfindən satılması, fermanın fəaliyyətinin isə dayandırmasına görə inəklərdən balaların (buzovların), gəlirin əldə edilməsinin qeyri-mümkün olması barədə dəlili əsassızdır. Əvvəla, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2016cı il tarixli qətnaməsi ilə Abşeron rayonu, Məhəmmədi kəndində inşa edilmiş ferma kompleksinə, fermada istifadə olunan avadanlıqlara və qolştin cinsli 33 baş inəyin 1/3 hissəsinə iddiaçının pay hüququ müəyyən edilmişdir. Artıq bu qətnamə hazırkı mübahisə üçün preyudisial əhəmiyyət kəsb edir. Yəni Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası faktiki olaraq mövcud olan inəklər üzərində pay hüququnu müəyyən etmişdir ki, Nərimanov Rayon Məhkəməsi inəklərin satılması qərarına gələ bilməz. İnəklərin Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnaməsindən sonra satılması isə birbaşa iddiaçının hüququnun pozulmasıdır və bu qanun pozuntusu onun gələcəkdə gəlir əldə etmək hüququndan məhrum etmişdir. Digər tərəfdən əldən çıxmış fayda şəxslərin əmlak hüquqlarından məhrum olmasına görə ondan gələcəkdə gəlir əldə etmək, bəhər götürmək və digər formada faydalanmaq hüququndan məhrum olmasıdır. Yəni heyvanların satılmaqla iddiaçının əmlak hüququndan məhrum olması əldən çıxmış faydanın əvəzini tələb etməyə əsas verir. Bu baxımdan heyvanların satılmaqla iddiaçının əmlak hüququndan məhrum olması onun əldən çıxmış faydanı tələb etməsinə maneə ola bilməz. Əvvəla iddiaçının gəlir əldə etməsinə dair ilkin sübut bundan ibarətdir ki, o və cavabdehlər şərikli heyvandarlıqla məşğul olmaları barədə razılıq əldə etmişdirlər. Cavabdehlər iddiaçıya qarşı mülki hüquq pozuntusu törətmişlər. Cavabdehlərin yol verdiyi pozuntu nəticəsində iddiaçının maddi itkilərə məruz qaldığı, bu itkilərin heyvanların təhvil verilməməsi nəticəsində ondan istifadə etmək və faydalanmaq hüquqlarından məhrum olmasından qaynaqlandığı şübhəsizdir. İddiaçı məhkəmə qətnaməsi ilə heyvanların üzərində pay hüququ müəyyən edildiyi vaxtdan etibarən əmlakından fayda götürmənin hüquqi cəhətdən təmin edilmiş imkanlarından məhrum olduğundan, bu tarixdən əldən çıxmış fayda ödənilməlidir. Göründüyü kimi cavabdehlərin inəkləri iddiaçıya qaytarmaması tam şəkildə sübut olunur. Bununla da cavabdeh maddi ziyana məruz qalmışdır ki, bunu da əlavə sübutlarla isbat etməy ə zərurət yoxdur.

29. Həmçinin Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd olunmasını xahiş etmişdir.

30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən inəklərin məhsuldarlığının maksimum azaldığı yaşa gəlib çatmalarının əsas səbəbkarı cavabdehlər deyildirlər. Belə ki, qanuni qüvvəyə mindikdən sonra qətnamənin icra edilməməsi, yəni inəklərin alınıb-verilməsi, məhz iddiaçının inəklərin saxlamağa imkanının olmaması əsası ilə imtina etməsi nəticəsində baş vermişdir. Həmçinin qeyd edilənlərdən görünür ki, birinci instansiya məhkəməsinin iddiaçını 11 baş inəyə münasibətdə onların mülkiyyətçisi adlandırmasının da əsası yoxdur. Belə ki, yuxarıda istinad olunan lizinq müqaviləsi açıqaydın bir şəkildə inəklərin mülkiyyətçisini n mülki işə birinci instansiya məhkəməsində baxıldığı ərəfədə də məhz lizinq verən "xxxx" ASC olduğunu bəyan edir. Bu baxımdan qanuni qüvvədə olan məhkəmə aktı ilə iddiaçının 11 baş inəyə pay hüququnun müəyyən edilməsi iddiaçının həmin inəklər üzərində mülkiyyət hüququnun müəyyən edilməsi, yaxud həmin inəklər üzərində mülkiyyət hüququnun yaranması kimi şərh edilməməlidir. Doğrudur, mülki işə əlavə edilmiş qanuni qüvvədə olan məhkəmə aktları ilə tərəflərin şərikli fermer təsərrüfatı yaradaraq birgə maldarlıqla məşğul olduqları öz təsdiqini tapmışdır. Lakin bu hal tərəflər arasında hər hansı yazılı müqavilənin bağlanmamış olduğu vəziyyətini dəyişdirmir. Bu isə o deməkdir ki, iddiaçı ilə cavabdehlər arasında şərikli fermer təsərrüfatı yaradaraq birgə maldarlıqla məşğul olma münasibətləri yaln ız şifahi razılaşmalar, başqa sözlə əhəmiyyətsiz əqdlər əsasında mövcud olmuşdur. 33 baş inəyin satıldığı 2015-ci ilin dekabr ayında iddiaçının 11 baş inəyə pay hüququ hələ müəyyən edilməmişdir. Satınalma ərəfəsində inəklər hələ də Lizinq verənin mülkiyyətində olduğundan Lizinq alan Cavabdeh1 da mülkiyyətində deyildi. Bu mənada iddiaçının 11 baş inəyə münasibətdə məhkəmə tərəfindən tanınmış pay hüququ, bu tanınmaya qədər artıq satılmış olan, digər tərəfdən də, hələ də Lizinq verənin mülkiyyətində olan inəklərin özləri üzərində deyil, onların satışından əldə edilmiş vəsait üzərində tanına bilərdi və bu, belə də olmuşdur. Başqa cür yanaşma lizinq verənin mülkiyyət hüququnun pozulması olardı. Nə qədər ki, 11 baş inək heç vaxt iddiaçının mülkiyyətində olmamışdır və məhkəmələr tərəfindən də idd iaçının 11 baş inəyə mülkiyyət hüququ deyil, 33 baş inəyə münasibətdə 1/3 hissədə pay hüququ müəyyən edilmişdir, iddia tələbinin inəklərin bala verməsi və həmin balaların, bəhər olaraq, satışından əldə oluna biləcək vəsaitin də iddiaçı tərəfindən tələb edilməsi əsassızdır. İddiaçı pay hüququ müəyyən edilmiş, lakin buna qədər satılmış, digər tərəfdən də satıldığı vaxt hələ də Lizinq verənin mülkiyyətində olan 11 baş inəyin dəyərinin, nə qədər ki, 11 baş inəyə pay hüququ müəyyən edilmişdir, ona ödənilməsini tələb edə bilərdi. Lakin yuxarıda istinad edilən sübutlardan görünür ki, inəklərin alınıb ona verilməsini, yaxud da dəyərinin ona ödənilməsini məhz iddiaçı istəməmişdir. İddia müddəti ilə bağlı hesab edir ki, mübahisəyə əvvəla Mülki Məcəllənin 354.1-ci maddəsi tətbiq edilməli idi. Yuxarıd a da qeyd edildiyi kimi tərəflər arasında olmuş bütün münasibətlərin məhz əhəmiyyətsiz əqd/əqdlər əsasında baş verdiyi müəyyən edilmişdir. İddiaçı inəklərin satılmış olduğunu ən geci 2017-ci ildə, inəklərin lizinq verənin mülkiyyətində olduğunu, lizinq müqaviləsinin də Cavabdeh1la bağlandığını, lizinq pulunun əvvəla yarısının ödənilmədiyini, ödənilmiş yarısının isə Cavabdeh1 tərəfindən və sonuncunun öz adından ödənildiyini lap əvvəldən, yəni 2013-cü ildən bilmişdir. İnəklərin süni mayalandırmasını həyata keçirmiş texnik X7 məhkəmədə şahid qismində dindirilməsi, onun həmin dövrdə xəstə olması səbəbindən mümkün olmamışdır. Bu əsasla həmin texnikin ifadəsinin inəklərin qısır olub-olmadıqları halının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, apellyasiya instansiyası mə hkəməsində şahid qismində dindirilməsini vacib hesab edir. Lizinq müqaviləsi üzrə qalan borcun Cavabdeh1 tərəfindən ödənildiyini təsdiq edən qəbzlər, ödəniş tapşırığı. Bu ödənişlər işə birinci instansiya məhkəməsində baxıldıqdan sonra edildiyindən ödənişin edildiyini təsdiq edən sənədlərin həmin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır.

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) xx.xx.2024-cü il tarixli, 2(103)-2967/2024 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 5 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

32. Apellyasiy a instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasındakı əvvəlki mülki işlər üzrə qəbul edilmiş və qüvvədə olan məhkəmə aktları ilə onların şərikli fermer təsərrüfatı yaradaraq birgə maldarlıqla məşğul olduqları öz təsdiqini tapmış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Abşeron rayonu, Məhəmmədi kəndində inşa edilmiş ferma kompleksinə, fermada istifadə olunan avadanlıqlara və qolştin cinsli 33 baş inəyin 1/3 hissəsinə iddiaçının pay hüququ müəyyən edilmişdir.

33. Mülki-prosessual qanunvericiliyin müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. 34. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz ola raq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.

35. Məhz bu prinsipi əsas götürərək apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, yuxarıda qeyd olunan məhkəmə aktları ilə tərəflərin şərikli fermer təsərrüfatı yaradaraq birgə maldarlıqla məşğul olması ilə bağlı məsələlərə faktiki olaraq hüquqi qiymət verilmişdir. Məhkəmə aktları ilə müəyyən edilən həmin hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur.

36. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında isə qeyd olunmuşdur ki, məhkəmə qərarlarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qəra rının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.

37. Tərəflər arasında mübahisə inəklərin dəyəri ilə bağlıdır.

38. İddiaçı iş üzrə əldə edilmiş mütəxəssis və ekspert rəylərinə əsaslanmaqla Holşteyn-friz cinsli 1 baş inəyin hazırkı bazar dəyərinin 2500 manat olduğunu bildirir.

39. Cavabdeh1 isə inəkləri qısır olmaları səbəbindən 2015-ci ildə satdığını və buna görə qiymətin inəklərin qısır olmaları nəzərə alınmaqla 2015-ci il üçün müəyyən edilməli olduğunu bildirir

40. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

41. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları həmin hissədə sübut edə bilməmişdir.

42. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6424 saylı rəyində Holşteyn-friz cinsindən olan inəklərin bazar qiymə tinin onun məhsuldarlığından və digər xüsusiyyətlərindən asılı olaraq 2500-3500 manat civarında olduğu göstərilmişdir.

43. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisə mövzusu olan inəklər hazırda mövcud olsa idi, təxminən 12 yaşları olacaqdı və müvafiq rəylərlə müəyyən edilir ki, bu yaşda inəklərin süd vermə qabiliyyəti aşağı düşdüyü və təsərrüfat yararlılığını itirdiyi üçün adətən ətlik məqsədilə satılırlar. Göstərilən səbəbdən, habelə iddiaçının mövqeyinin də bu yöndə olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, qiymətin minimum müəyyənləşdirilməsi daha ədalətlidir. Həmçinin, cavabdehin bu yaşda heyvanın yalnız ətlik məqsədilə satılmasının mümkünlüyü, bu səbəbdən dəyərinin 1 kq çəkisinin qiymətinə uyğun hesablanmalı olduğu dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən inəklərin məhsuldarlığının maksimum azaldığı yaşa gəlib çatmalarının əsas səbəbkarları cavabdehlərdir. Belə ki, qanuni qüvvəyə mindikdən sonra qəynamə icra edilərək iddiaçıya müvafiq inəklər təqdim edilsəydi, o, həmin inəkləri daha yüksək qiymətə satmaq imkanına malik ola bilərdi. Bu səbəbdən, cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində inəklərin dəyərinin azalması mülkiyyətçinin ziyanına şərh edilə bilməz.

44. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanı lmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

45. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 213, 215.4, 215.5, maddələrinə, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 82.3, 233.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

46. İddiaçı Səlahəddı̇ n oğlu (Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2967/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsin ləğv edilməsini və mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir.

47. İddiaçı kassasiya şikayətini belə əsaslandırmışdır ki, iddiaçı kifayət qədər inandırıcı sübutları məhkəməyə təqdim etmişdir. Birincisi, cavabdehlər iddiaçıya qarşı mülki hüqu q pozuntusu törətmişdir. Belə ki, məhkəmənin özü müəyyən edib ki, “beləliklə, tərəflər arasındakı əvvəlki mülki işlər üzrə qəbul edilmiş məhkəmə aktları ilə onların şərikli fermer təsərrüfatı yaradaraq birgə maldarlıqla məşğul olduqları öz təsdiqini tapmış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2925/2016 saylı, xx.xx.2016cı il tarixli qətnaməsi ilə Abşeron rayonu, Məhəmmədi kəndində inşa edilmiş ferma kompleksinə, fermada istifadə olunan avadanlıqlara və qolştin cinsli 33 baş inəyin 1/3 hissəsinə iddiaçının pay hüququ müəyyən edilmişdir”. Məhkəmə müəyyən edib ki, “qanuni qüvvəyə mindikdən sonra qətnamə icra edilərək iddiaçıya müvafiq inəklər təqdim edilsəydi, o, həmin inəkləri daha yüksək qiymətə satmaq imkanına malik ola bilərdi. Bu səbəbdən, cavabdehlərin qanunazidd h ərəkətləri nəticəsində inəklərin dəyərinin azalması mülkiyyətçinin ziyanına şərh edilə bilməz”. Cavabdehlərin yol verdiyi pozuntu nəticəsində iddiaçının maddi itkilərə məruz qaldığı, bu itkilərin heyvanların təhvil verilməməsi nəticəsində ondan istifadə etmək və faydalanmaq hüquqlarından məhrum olmasından qaynaqlandığı şübhəsizdir. İddiaçı məhkəmə qətnaməsi ilə heyvanların üzərində pay hüququ müəyyən edildiyi vaxtdan etibarən əmlakından fayda götürmənin hüquqi cəhətdən təmin edilmiş imkanlarından məhrum olduğundan, bu tarixdən əldən çıxmış fayda ödənilməlidir. Göründüyü kimi cavabdehlərin inəkləri iddiaçıya qaytarmaması tam şəkildə sübut olunur. Bununla da cavabdeh maddi ziyana məruz qalmışdır ki, bunu da əlavə sübutlarla isbat etməyə zərurət yoxdur.

48. Əldən çıxmış fayda (artım) eksper t və mütəxəssis rəyləri ilə sübut olunmuşdur. Belə ki, Ədliyyə Nazirliyinin Məhkəmə EkspertizasıMərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6424 saylırəyində ekspert qarşısında qoyulan suala cavab olaraq göstərilmişdir ki, 1) Holşteyn-friz cinsli heyvanlar əsasən südlük istiqamətlidir, həmin cinsə aid olan erkək heyvanlar isə ətlik istiqamətində saxlanılır. 2) Holşteyn-friz cinsli iribuynuzlu inəklər adətən 20 yaşa qədər yaşayır. Lakin 8-12 ildən sonra onların süd vermə qabiliyyəti aşağı düşdüyü və təsərrüfat yararlılığını itirdiyi üçün ətlik məqsədi ilə satılır. 3) Holşteyn-friz cinsli iribuynuzlu inəklərin bala vermə müddəti 8-12 ildir. 4) Bu cinsə aid inəklərin diri çəkisi 400-450 kq, yeni doğulmuş buzovların isə diri çəkisi 25-40 kq arasında olur. Hazırda həmin cinsdən olan inəklərin bazar qiyməti onun məhsuldarlığından və digər xüsusiyyətlərindən asılı olaraq 2500-3500 AZN, yeni doğulmuş buzovların qiyməti isə 500-600 AZN civarındadır. 5) Holşteyn-friz cinsli iribuynuzlu heyvanlar əmtəəlik tesərrüfatlarda südvermə qabiliyyətindən asılı olaraq 8-12 ilə qədər saxlanılır. Damazlıq reproduktor təsərrüfatlarda isə 5-6 yaşa qədər saxlanılır. 6) Bazara uyğun yeni doğulmuş buzovların təxmini qiyməti 500-600 manat, 1 yaşdan yuxarı erkək danaların 1 kq diri çəkisi 5.50-6 manat təşkil edir. 7) Gəlirlər südün bazar qiymətindən və dəyər zəncirindən, yem ehtiyatının olmasından, yerləşdiyi ərazidən, heyvanların məhsuldarlığından və bir sıra digər amillərdən asılıdır. Gəlirlər hər bir fərrüfat üzrə fərdi hesablanmalıdır. Holşteynfriz cinsli iribuynuzlu inəklərin gündəlik süd məhsuldarlığı 25-30 kq təşkil edir. 7) 11 yaşlıHolşteyn-friz cinsli inək orta çəkidə və orta məhsuldar olduğu halda hazırki orta bazar qiyməti təxminən 2600 manat müəyyən edilir. Göstərilən ekspert rəyinə əsasən 11 baş inəkdən əldə ediləcək artımı hesablayıb məhkəməyə təqdim etmişik. Hesab edirik ki, məhkəmənin inəklərin cavabdehlər tərəfindən satılması, fermanın fəaliyyətinin isə dayandırmasına görə inəklərdən balaların (buzovların), gəlirin əldə edilməsinin qeyri mümkün olması barədə dəlili də əsassızdır. Əvvəla, BakıApellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2925/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Abşeron rayonu, Məhəmmədi kəndində inşa edilmiş ferma kompleksinə, fermada istifadə olunan avadanlıqlara və qolştin cinsli 33 baş inəyin 1/3 hissəsinə iddiaçının pay hüququ müəyyən edilmişdir. Artıq bu qətnamə hazırki mübahisə üçün preyudisial əhəmiyyət kəsb edir. Yəni BakıApellyasiya Məhkəməsinin Mülki Kollegiyası faktiki olaraq mövcud olan inəklər üzərində pay hüququnu müəyyən etmişdir ki, Nərimanov rayon Məhkəməsi inəklərin satılması qərarına gələ bilməz. İnəklərin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən sonra satılması isə birbaşa iddiaçının hüququnun pozulmasıdır və bu qanun pozuntusu onun gələcəkdə gəlir əldə etmək hüququndan məhrum etmişdir. Digər tərəfdən əldən çıxmış fayda şəxslərin əmlak hüquqlarından məhrum olmasına görə ondan gələcəkdə gəlir əldə etmək, bəhər götürmək və digər formada faydalanmaq hüququndan məhrum olmasıdır. Yəni hevyanların satılmaqla iddiaçının əmlak hüququndan məhrum olması əldən çıxmış faydanın əvəzini tələb etməyə əsas verir. Bu baxımdan heyvanların satılmaqla iddiaçının əmlak hüququndan məhrum olması onun əldən çıxmış faydanı tələb etməsinə maneə ola bilməz.

49. İddiaçının gəlir əldə etməsinə dair ilkin sübut bundan ibarətdir ki, o və cavabdehlər şərikli heyvandarlıqla məşğul olmaları barədə razılıq əldə etmişdirlər.

50. Məhkəməyə vəsatət yazaraq (nümayəndə kimi) məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Elektron məhkəmə informasiya sistemindəki 2(103)2967/2024 saylı məhkəmə işinin elektron kabinetinə vəsatət yazıb yerləşdirmiş, vəsatəti səhər saat 09.00 olmamış göndərmişdir. Nizami Rayon Məhkəməsində xx.xx.2024-cü il tarixdə saat 11.40-da təyin edilmiş məhkəmə iclası barədə elektron məhkəmə informasiya sistemindən çıxarışı 2(103)-2967/2024 saylı məhkəmə işinin elektron kabinetinə yerləşdirmişdir. Bununla kifayətlənməyib Bakı Apellyasiya Məhkəməsinin emailinə də vəsatətini əlavə etmişdir. Bundan başqa təmsil etdiyi İddiaçı da teleqramma göndərib X11dan xahiş edib ki, “Nümayəndəm Vəkil1 bu gün-xx.xx.2024-cü il tarixdə saat 11.40-da BakıŞəhəri Nizami rayon məhkəməsində hakim Ülkər Yusifovanın sədrliyi ilə keçiriləcək e2(007)-1667/2024 saylımülki iş üzrə iclasda iştirak etməli olduğu üçün iclasa gələ bilməyəcək. Mən onun hüquqi yardımı olmadan iclasda iştirak etmək istəmirəm. Odur ki, iclası təxirə salmağınızı xahiş edirəm.” 2(103)-2967/2024 saylı məhkəmə işinin elektron kabinetinə məhkəmə iclasının təxirə salınması məqsədilə yerləşdirdiyi vəsatətlər, o cümlədən Nizami Rayon Məhkəməsində xx.xx.2024-cü il tarixdə saat 11.40də iclasın olmasını təsdiq edən elektron inf ormasiya sistemindən çıxarış, həmçinin nümayəndəsi olduğu İddiaçı teleqrammasını və Bakı Apellyasiya Məhkəməsinin emailinə göndərdiyi vəsatət 2(103)-2967/2024 saylı məhkəmə işinin elektron kabinetində sədrlik edən X11 tərəfindən iclas başlamamış təhvil alınmışdır. Hətta Nizami Rayon Məhkəməsində olarkən xx.xx.2024-cü il tarixdə saat 12.08-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Akif İsgəndərovun məhkəmə iclas katibi Axundova Ülkər xanım 051 *** ** ** mobil nömrəsindən istifadə etdiyi 050 *** ** ** mobil nömrəsinə zəng vurub iclasa gəlib-gəlməyəcəyini soruşmuş, o da bildirmişdir ki, hazırda Nizami Rayon Məhkəməsində iclasın başlamasını gözləyirəm, çünki iclas hələ başlamayıb, vəsatətlər vermişdir, Nizami Rayon Məhkəməsində xx.xx.2024-cü il tarixdə saat 11.40-də iclasın olmasını təsdiq edən elektron informasiya sistemindən çıxarış təqdim etmişdir və nümayəndəsi olduğu İddiaçı teleqramma təqdim etmişdir, xahiş edir ki, növbəti iclasın vaxtını onunla dəqiqləşdirsinlər. O da bildirmişdir ki, hələ iclas başlamayıb, X11a məlumat verəcək, bundan sonra iclasın vaxtını dəqiqləşdirmək olar. Bu barədə telefonundan screen edib şəklini çıxarıb əlavə edir. Məhkəmə iclasının təxirə salınması üçün tam qanuni əsasın olmasına baxmayaraq sədrlik edən X11 məhkəmə iclasını təxirə salmamışdır. Hesab edir ki, hakim ona qarşı qərəzli mövqe nümayiş etdirmişdir. Məlum olduğu kimi belə vəziyyətlərdə hakimlər iclası təxirə salırlar. Çünki bu hal obyektiv səbəbdən yaranan bir vaxt toqquşmasıdır ki, həmişə üzrlü hal kimi qəbul edilir və məhkəmə iclasları tərixə salınır. Bu qədər təxirə salınma üçün əsasl arın olmasına baxmayaraq X11un iclası təxirə salmaması və onları dinləmədən təmsil etdiyi şəxsin əleyhinə yekun qətnamə qəbul etməsi məni dərindən narahat edir. X11 iclası bitirən kimi yekun qərarın nəticə hissəsini elektron məhkəmə sistemində vaxtında yerləşdirməmişdir. Çünki mən xx.xx.2024-cü il tarixdə saat 18.00-dən sonra elektron məhkəmə informasiya sisteminə daxil olmuş, hələ də qətnamənin qəbul edilməsi barədə bildiriş olmamışdır. Bunu da başa düşür ki, işlər çox olduğu üçün məhkəmə işçiləri məlumatları vaxtında sistemə yerləşdirə bilmirlər. Bəs onlar niyə başa düşülmür? Niyə onlara gələndə üzrlü səbəb nəzərə alınmır?

51. Qətnamənin “Apellyasiya instansiyasıməhkəməsinin mövqeyi” hissəsinin 23-41ci bəndlərində iddiaçının apellyasiya şikayətinin dəlillərinə heç bir münasibət bildirilm əmişdir. Həmin bəndlərdə ancaq Cavabdeh1 apellyasiya şikayətinə münasibət bildirilib.

52. Cavabdeh1 (Vəkil3) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin MülkiKollegiyasının 2(103)-2967/2024 saylı xx.xx.2024 tarixli qətnaməsinin qismən, inəklərin dəyərinin müəyyən edilməsi hissəsində ləğv edilməsi, işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə əlavə sübutların yoxlanılması üçün geri göndərilməsi, yeni sübutlar əsasında 11 baş inəyə qiymət qoyulması və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

53. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə iş materiallarında olan rəylərin bir-biri ilə ziddiyyət təşkil etməsinə baxmayaraq rəylərdən birinə üstünlük verib qəbul etməsini, digər rəyləri qəbul etməməsi əsaslandirmamış, ziddiyyətli rəylər arasında (o c ümlədən məhkəmə ekspertiza mərkəzinin rəyləri arasında ziddiyyət) araşdrılmamış, ekspertlər dindirilməmiş, və komisson ekspertiza təyin edilməmiş, qısır inəklə balı cavabdehlərin arqumentləri yoxlanılmamışdır.

54. Qanuni qüvvəyə minmiş əvvəlki məhkəmə qərarlarında 33 baş mübahisələndirilən inəyin 45000 manata satılması faktı müəyyən edilmiş və iddiaçı tərəf də bu faktı mübahisələndirməmiş, nəticə etibarilə sadə riyazi hesablama yolu ilə hesablasaq 1 baş inək 1300-1400 manatdan çox qiyməti olmaması işin mübahisəsiz halı olmuşdur. Lakin məhkəmə mübahisələndirilən qərarda ekspert rəylərindən birinə istinadən 2500 manat minimum məbləğ hər inəyə görə hesab edərək 27500 manat pul öhdəliyini Cavabdeh1 üzərinə qoymuşdur. Halbuki cavabdeh elə həmin preyudisial əhəmiyyətə malik olan məhkəmə qərarl arından irəli gələrək 11 baş inəyə görə hər inək maksimum qiymət 1400 qəbul edərək 15400 manat ödəməyə etiraz etmir.

55. Məhkəmə əvvəlki preyudisial əhəmiyytə malik olan məhkəmə qərarlarını nəzərə almamışdır.İş materiallarında olan əvvəlki preyudisial əhəmiyyətə malik məhkəmə qətnamələrində 2017-ci ildə iddiaçınnın pay qiyməti müəyyən edilib. Normal balaverən inəyin qiyməti 2103.3 manat qeyd edilsə də, pasportlar üzrə inəyin 6 yaşı olmuşdur.2013cü ilin aprelin 22-cində alınıb. Qısır inəyin qiyməti isə müəyyən məhkəmə gedişində nə ekspert, nə mütəxəssis rəyi ilə müəyyən edilməyib.

56. İnəklərin süni mayalandırmasını həyata keçirmiş texnik( mütəxəsis) X7 birinci instansiya məhkəməsində şahid qismində dindirilməsi, onun həmin dövrdə xəstə olması səbəbindən mümkün olmamışdır. Bu əsasla cavabde h X1 Bakir Qaçay oğlunun ifadəsinin inəklərin qısır olub-olmadıqları halının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsində şahid qismində dindirilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi isə bunu nəzərə almamışdır. Halbuki qətnamədə qeyd edilir ki, cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi halları(inəklərin qısır olduqlarını) sübutetmə yükü bilavasitə cavabdehin üzərinə düşsə də, o, istinad etdiyi həmin halı biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir. Cavabdeh1 iddiaya etirazın sübutunu təqdim edə bilməməsini əsaslandırsa da sonradan apellyasiya instansiyasında bu sübutu təqdim edilməsinə imkan verilməmişdir. X2 ifadəsi mübahisənin tam həllinə gətirib çıxaracaqdı.

57. Məhkəmə iş üzrə komisyon ekspertiza təyin etməli və Kənd Təsərrüfatı Nazirliyindən mütəxəssis dəvət edərək rəyləri qiymətləndirməli olduğu halda bunu etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

58. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

59. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

60. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəx sin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

61. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

62. Maddə

213. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülki qanunvericiliyə görə, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər.

63. Maddə 215.4. Hər bir mülkiyy ətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar.

64. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Mülki Prosessual Məcəllə

65. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

66. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

67. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəm ə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

68. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

69. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

70. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

71. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məh kəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

74. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesa b edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

75. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

76. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

77. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

78. Hazırkı kassasiya şikayətlərinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

79. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq no rmalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

80. Məhkəmə kollegiyası iddiaçı tərəfin kassasiyta şikayətinin məhkəmə iclasının təxirə salınması barədə vəsatət verdikləri, məhkəmə iclasının təxirə salınması üçün tam qanuni əsasın olmasına baxmayaraq sədrlik edən X11un məhkəmə iclasını təxirə salmadığı barədə dəlili ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsində məhkəmə iclasının məcburi olaraq təxirə salınması halı müəyyən edilməmişdir.Belə ki, həmin maddəyə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə işti rak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Qeyd edilən maddədən məlum olur ki, işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda belə işin baxılmasının təxirə salınması məhkəmənin vəzifəsi deyil, hüququdur.

81. Məhkəmə kollegiyası Cavabdeh1 kassasiya şikayətinin B.Nəcəfovun şahid qismində dindirilməsi barədə xahişlərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmadığı barədə dəlili ilə əlaqədar bildirir ki, iş materialları ilə şahidin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan (yəni Cavabdeh1) asılı olmayan səbəblərə görə mümkün olmadığının əsaslılığını təsdiq edən sübut təqdim etməsi təsdiq edilmir. Halbuki Azərbaycan Respublikasının MPM-in 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tə ləblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

82. Məhkəmə kollegiyası Cavabdeh1 kassasiya şikayətinin məhkəmə iş üzrə komisyon ekspertiza təyin etməli və Kənd Təsərrüfatı Nazirliyindən mütəxəssis dəvət edərək rəyləri qiymətləndirməli olduğu halda bunu etmədiyi barəd dəlili ilə əlaqədar bildirir ki, dəlil kifayət qədər əsaslandırılmamış və əsaslılığı iş materialları ilə təsdiqlənmir. Apellyasiya instansiyası məhkəməsinin 5 iyun 2024-cü il tarixli məhkəmə iclasının protokolu ilə təsdiqlənir ki, cavabdeh və nümayəndəsi (vəkil) məhkəmə iclasında iştirak edərək izahat vermiş, lakin əlavə və vəsatətləri olmamışdır.

83. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətlərində göstərilən digər hüqiqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

84. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kass asiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

85. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

86. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı Saləddin oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 iyun 2024-cü il tarixli 2(103)2967/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar