Məhkəmə qərarları › İş №2(102)-3294/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3294/2021

25.05.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3294/2021 25.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3294/21 (Açar sözlər: evin boşaldılması, torpağın zəbtdən azad olunması və qaytarılması) Bakı şəhəri, 25 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili X2 oğlunun və cavabdeh “xxxx” ASC-nin vəkili Vəkil iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2630/2020 nömrəli iş üzrə 13 noyabr 202 0-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh “xxxx” ASC tərəfindən ayrıayrılıqda verilmiş kasasiya şikayətləri üzrə işə 25 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı “zəbt olunmuş evin boşaldılması, torpaq sahəsinin zəbtdən azad olunması və torpaq üzərinə tökülmüş xam torpağın vulkan külünün götürülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xxxx” ASC tərəfindən Ağstafa rayonu Poylu qəsəbəsində onun adına Daşınmaz Əmlakın Dövlət reyestrində 05.03.2013-cü il tarixdə reyestr nömrəsi **********0610301 saylı texniki pasport və 05.03.2013-cü il tarixli, ******* saylı çıxarışla adına tam mülkiyyət şəklində ümumi sahəsi 77.2 kv.m fərdi yaşayış evinin və 0.012 ha həyətyanı torpaq sahəsinin zəbtdən azad edilərək boşladılması, 14.03.2013-cü il tarixli, ******* nömrəli çıxarışla 0.6619 ha və 14.03.2013-cü il tarixli, ******* saylı çıxarışla 0.2762 ha torpaq sahələrinin cavabdehin vəsaiti hesabına boşaldılması, torpağın üzərinə tökülmüş torpağın və vulkan külünün götürülərək əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağstafa rayonunun Poylu qəsəbəsində onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 05.03.2013-cü il tarixli reyestr nömrəsi **********06-10301 saylı texniki pasport və 05.03.2013-cü il tarixli seriya RX ******* nömrəli çı xarışa əsasən verilmiş ümumi sahəsi 77.2 kv.m fərdi yaşayış evi və 0,012 ha həyətyanı torpaq sahəsi vardır. Bundan başqa onun adına həmin əmlakların yanına yaxın Daşınmaz Əmlakın Dövlət Reyestrində 14.03.2013-cü il tar« seriya RX ******* nömrəli çıxarışa əsasən verilmiş 0,6619 ha və 14.03.2013-cü il tarixli seriya RX ******* nömrəli çıxarışa əsasən verilmiş 0,2762 ha torpaq sahələri vardır. Həmin torpaq sahələrini cavabdeh təşkilat zəbt etmişdir. Belə ki, fərdi yaşayış evində cavabdeh təşkilatın işçiləri qalır və onu öz evinə buraxmırlar. Torpaq sahələrinə əsasən emal etdikləri qum və çınqıl kimi materiallar tökərək zəbt etmişlər. Dəfələrlə cavabdeh xxxx ASC-nin idarə heyətinin sədri X3 Nuri adlı rəhbər şəxslə görüşmüş və o da qeyd etmişdir ki, onun rəhbərlik etdiyi şirkət düzgün etmir və onlara tapşırıq verəcəyini bildirmişdir. Lakin müraciəti nəticəsiz qalmışdır. Bundan sonra həmin təşkilatın bir qolu olan Qazax rayonunun Daş Salahlı kəndində yerləşən sement zavoduna müraciət etmiş və onlar da məsələnin araşdırılması üçün xxxx ASC-nin Departamentinə göndərilməsini bildirmişlər. Lakin yenə də müraciəti nəticəsiz qalmışdır. Həmin əmlakların mülkiyyətçisi olmasına baxmayaraq cavabdeh təşkilat həmin əmlaklardan çıxmaqdan imtina edir. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ağstafa Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 fevral 2019-cu il tarixli, 2(015)-279/2019 saylı qərardadı ilə (hakim İlqar Əliyev) məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Rey estri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 30.10.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, DƏDRX-nin 15 saylı Ərazi İdarəsinin 05.03.2013-cü il tarixli reyestr nömrəsi **********06-10301 saylı texniki pasportda göstərilən torpaq sahəsinin koordinatları bütünlüklə İddiaçı “xxxx” ASC-nin istifadəsi kimi təqdim etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı “xxxx” ASC-nin istifadəsi kimi təqdim etdiyi torpaq sahəsinin koordinatları ilə 14.03.2013-cü il tarixli seriya RX ******* nömrəli çıxaırşa əsasən verilmiş 0.6619 ha torpaq sahəsinin koordinatlarının 4207 kv.m hissəsində və 14.03.2013-cü il tarixli seriya RX ******* nömrəli çıxarışa əsasən verilmiş 0.2762 ha tor paq sahəsinin koordinatlarının isə 1254 kv.m hissəsində üst-üstə düşür. Birinci instansiya məhkəməsinin 02 dekabr 2019-cu il tarixli, 2(015)-279/2019 saylı qərardadı ilə (hakim Zamiq Rəsulov) məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “X1” MMC-yə həvalə edilmişdir. “X1” MMC-nin 02.03.2020-ci il tarixli, 123 nömrəli rəyinə əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 05.03.2013-cü il tarixli reyestr nömrəsi **********06-10301 saylı texniki pasport və 05.03.2013-cü il tarixli seriya RX ******* nömrəli çıxarış üzrə İddiaçı mülkiyyətində olan Ağstafa rayonu Poylu qəsəbəsində yerləşən ümumi sahəsi 77.2 kv.m fərdi yaşayış evi və 0.012 ha həyətyanı torpaq sahəsi cavabdeh “xxxx” ASC tərəfindən zəbt olunmamış və orada cavabdeh “xxxx” ASC-nin inşa etdiyi hər hansı tikili, qum və çınqıl mövcud deyildir. Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 14.03.2013-cü il tarixli seriya RX ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.2762 ha torpaq sahəsinin təqribən 824 kv.m (0.0824 ha) hissəsinin üzərində cavabdeh “xxxx” ASC-nin xam mal kimi istifadə etdiyi vulkan külü mövcud olmuşdur. Lakin cavabdehin inşa etdiyi tikililər 0.02762 ha torpaq sahəsindən kənardadır. Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 14.03.2013-cü il tarixli seriya RX ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.6619 ha torpaq sahəsinin təqribən 2521 kv.m (0.2521 ha) hissəsinin üzərində cavabdeh “xxxx” ASC-nin xam mal kimi istifadə etdiyi vulkan külü mövcud olmuşdur. Lakin cavabdehin inşa etdiyi tikililər 0.02762 ha torpaq sahəsindən kənardadır. Birinci instansiya məhkəməsinin 2(015)-7/2020 saylı, 19.05.2020-ci il tarixli qətnaməsi ilə (hakim Zamiq Rəsulov) iddia tələbinin təmin edilməməsi, iş üzrə keçirilmiş torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci olan 623.72 manatın İddiaçı tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 20 oktyabr 2019-cu il tarixli mütəxəssis rəyindən və “X1” MMC-nin verdiyi 02 mart 2020-ci tarixli 123 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestrində 05.03.201 3-cü il tarixli reyestr nömrəsi **********06-10301 saylı texniki pasport və 05.03.2013-cü il tarixli seriya RX ******* nömrəli çıxarışa əsasən verilmiş Ağstafa rayonunun Poylu qəsəbəsində yerləşən ümumi sahəsi 77,2 kv.m fərdi yaşayış evinin və 0,012 ha həyətyanı torpaq sahəsi, Daşınmaz Əmlakın Dövlət Reyestrində 14.03.2013-cü il tarixli seriya RX ******* nömrəli çıxarışa əsasən verilmiş 0,6619 ha və 14.03.2013-cü il tarixli seriya RX ******* nömrəli çıxarışa əsasən verilmiş 0,2762 ha torpaq sahələri üzərində emal edilmiş qum və çınqıl mövcud deyil, 14.03.2013-cü il tarixli seriya RX ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,2762 ha torpaq sahəsinin təqribən 824 kv.m hissəsinin üzərində “xxxx” ASC-nin xam kimi istifadə etdiyi vulkan külü mövcud olmuş, lakin cavabdehin inş a etdiyi tikililər 0,2762 ha torpaq sahəsindən kənardadır, 14.03.2013-cü il tarixli seriya RX ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,6619 ha torpaq sahəsinin təqribən 2521 kv.m hissəsinin üzərində “xxxx” ASC-nin xam kimi istifadə etdiyi vulkan külü mövcud olmuş, lakin cavabdehin inşa etdiyi tikililər 0,6619 ha torpaq sahəsindən kənardadır. Göstərilənlərə əsasən cavabdeh “xxxx” ASC-nin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi, torpağın üzərinə vulkan külünün tökülməsi işin mötəbər sübutları ilə sübuta yetirilmədiyindən, İddiaçı torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsindən azad edilməsini, onun istifadəsinə verilməsini və torpağın üzərinə tökülmüş vulkan külünün götürülərək əvvəlki vəziyyətinə qaytarılmasını tələb etməkdə haqlı deyildir. Belə ki, iş üzrə iddi açı ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini və torpağın üzərinə vulkan külünün tökülməsini bildirsə də, həmin hal məhkəmə iclasında heç bir mötəbər sübutlarla təsdiq olunmur. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 144-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5, 55, 111.1-ci, “Torpaq islahatı haqqında” Azərbaycan Qanununun 9, 10-cu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ədil Məmmədov - sədrlik edən və məruzəçi, Rəhman Muradov, Fikrət Mehtiyev) 13 noyabr 2020-ci il tarixli, 2(104)2630/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Ağstafa Rayon Məhkəməsinin 2(015)-07/2020 saylı mülki iş üzrə 19 may 2020-ci il tarixli qətnaməsinin iddianın təmin edilməmiş hissəsində qismən - «zəbt olunmuş torpaq sahələrinin zəbtdən azad edilməsi və torpaq üzərinə tökülmüş xam torpağın vulkan külünün götürülməsi və torpağın əvvəlki vəziyyət gətirilməsi» tələbi hissəsində ləğv edilməsi, ləğv edilmiş həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin həmin hissədə təmin edilməsi, 14.03.2013-cü il tarixli seriya RX ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,2762 ha to rpaq sahəsinin 824 kv.metr hissəsi üzərində "xxxx” ASC-nin xammal kimi istifadə etdiyi vulkan külü və 14.03.2013-cü il tarixli seriya RX ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,6619 ha torpaq sahəsinin 2521 kv.metr hissəsi üzərində ‘'xxxx” ASC-nin xammal kimi istifadə etdiyi vulkan külünün “xxxx” ASC-nin vəsaiti hesabına götürülməsi və torpaq sahələrinin əvvəlki vəziyyətə qaytarılması, qətnamənin iddianın təmin edilməmiş qalan hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən iş üzrə ekspertiza təyin edilib, ekspert rəyi alınsa da, qətnamə həmin ekspert rəyində göstərilmiş faktiki hallara uyğun əsaslandırılmamışdır. Belə ki. ''X1’" MMC-nin verd iyi 02 mart 2020-ci il tarixli 123 nömrəli ekspert rəyindən görünür ki,14.03.2013-cü il tarixli seriya RX ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.2762 ha torpaq sahəsinin təqribən 824 kv.metr hissəsinin üzərində “xxxx” ASC-nin xam kimi istifadə etdiyi vulkan külü mövcud olmuş, lakin cavabdehin inşa etdiyi tikililər 0.2762 ha torpaq sahəsindən kənardadır. Həmçinin. 14.03.2013-cü il tarixli seriya RX ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,6619 ha torpaq sahəsinin təqribən 2521 kv.metr hissəsinin üzərində “xxxx" ASC-nin xam kimi istifadə etdiyi vulkan külü mövcud olmuş, lakin cavabdehin inşa etdiyi tikililər 0.6619 ha torpaq sahəsindən kənardadır. Göründüyü kimi, cavabdeh "xxxx"’ ASC tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin müəyyən h issələri zəbt edilmişdir. Ona görə də iddia tələbi qismən təmin edilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətlərinin dəlilləri İddiaçı (vəkili X2 oğlu) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin evin zəbt olunması hissəsinin birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməsinin dəyişdirilmədən saxlanması hissəsində ləğv edilməsi və iddia tələbinni tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci instansiya, həm də apelyasiya instansiyası məhkəmələri ona məxsus evin cavabdeh tərəfindən zəbt edilməsi faktı ilə bağlı, hər hansı bir prosessu al hərəkətlər həyata keçirmədən (məsələn AR MPM-nin 202-ci maddəsində nəzərdə tutulmuş qaydada) iddianın həmin hissədə təmin edilməməsi, yəni faktiki cəhətdən rədd edilməsi qənaətinə gəlmişlər. Halbuki, AR MPM-nin 220.4-cü maddəsinin tələbinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Apelyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən faktiki olaraq mülki hüquq pozuntusunun törətdiyini qeyd etsə də, nədənsə AR MMnin 1096-cı maddəsinə is tinad etməmiş, bu Məcəllənin 1097.1-ci maddəsində nəzərdə tutulmuş qaydada iddiaçıya dəymiş ziyanı müəyyənləşdirməmişdir. İddia ərizəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb qoyulmasa da məhkəmə AR MPM-nin 218.3-cü maddəsində nəzərdə tutulmuş qaydada iddia tələbindən kənara çıxmaqla zərərin ödənilməsi barədə qətnamə çıxarmaqda haqlı olardı. Göründüyü kimi, iddia tələbinin bütün hissələri birbiri ilə əlaqəli olmalarına baxmayaraq, məhkəmə nədənsə qətnamədə bir-biri ilə əlaqəsi olan və eyni şəxsin mülkiyyətçisi olduğu torpaqlar barədə hissəsinə baxmış ev hissəsinə isə baxmamışdır. Əslində isə ev və torpaqlar eyni yerdə bir-biri ilə əlaqəlidirlər və eyni sübuti əhəmiyyətə malikdirlər. Məhkəmənin buraxdığı prosessual səhvlər ucbatından iddiaçı evlə bağlı Ağstafa RPŞ-nə ərizə ilə mürac iət etməsinə baxmayaraq, müvafiq hüquq mühafizə orqanı da məhkəmə kimi Akkord Tikinti İKC ilə bağlı müvafiq araşdırma aparmamış və 02 fevral 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə əsassız qərar qəbul etmişdir. Cavabdeh "xxxx"’ ASC (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsassız olduğundan iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi, öz qətnaməsini demək olar ki, birinci instansiya məhkəməsinin məsələ ilə bağlı toxunduğu hallara yenidən toxunmaq və əks münasibət bildirməklə işini tamamlamış, əlavə araşdırma aparmamış və ədalət mühakim əsinin çəkişmə prinsipi pozulmuşdur. Belə ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsində istinad edilən ekspertizanın rəyinə istinad edərək, birinci instansiya məhkəməsinin orada göstərilənləri nəzərə almadığını bildirmiş, həmin ərazidə vulkan külünün olmasını əsas gətirərək ədalətsiz qərar qəbul etmişdir. Halbuki, MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan ərazidə vulkan külü olmamış, hazırda da yoxdur. Məhz bu səbəbdən birinci instansiya məhkəməsi faktiki həmin yerdə olmayan vulkan külünün təmizlənməsi ilə bağlı qərar qəbul etməmiş və iddianı həmin hissədə rədd etmişdir. Ola bilər birinci instansiya məh kəməsi qətnaməsində ekspertizanın rəyi ilə göstərilənlərlə bağlı mövqeyini və buna münasibətini ətraflı izah edə bilməmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi isə həmin halı araşdırmaq əvəzinə yalnız yazılanlarla bağlı əks mövqeyini bildirmiş və ədalətsiz qərar qəbul etmişdir. Bundan başqa, Ağstafa Rayon Məhkəməsi tərəfindən keçirilən məhkəmə proseslərində iştirakları təmin olunsa da, apelyasiya instansiyası zamanı məhkəmə prosesləri barədə onlara bildiriş göndərməmiş və ya vaxtında göndərilməmiş, işə iştirakları olmadan baxaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipinə zidd olaraq icra etmişdir. Məhz həmin məhkəmə proseslərində iştirakları təmin edilsəydi, əvvəl də qeyd e dildiyi kimi apelyasiya instansiya məhkəməsinin qətnaməsində qeyd olunan torpaqlarda heç bir vulkan külünün olmaması barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilərdilər. Göründüyü kimi, Gəncə Apelyasiya Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına, tərəflərin çəkişmə prinsipinə riayət edilməmiş, iş üçün əhəmiyyəti olan hallar və sübutlar ətraflı tədqiq edilməmiş, habelə gəldiyi nəticə üçün mühüm əhəmiyyətə malik olan sübutları obyektiv aydınlaşdırmamış, iş materiallarına əlavə edilmiş sənədləri sadalamaqla işini bitmiş saymış və nəticədə əsassız qətnamə çıxarmışdır. b) Kasasiya şikayətlərinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili X2 oğlu kasasiya şikayətini müdafiə edərək, iddiaçının kasasiya şikayətinin təmin edilməsini, cavabdehin kasasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, cavabdehin kasasiya şikayətin təmin edilməsini, iddiaçının kasasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki ha lları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən iddianın təmin edilmədiyi hissəsində, cavabdeh tərəfindən isə iddianın təmin edildiyi hissəsində mübahisələndirildiyindən məhkəmə aktı həmin hissələrdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin kasasiya şikayəti təmin edilməməli, iddiaçının kasasiya şikayəti isə qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 13 noyabr 2020-ci il tarixli qətnaməsi iddianın təmin edilmədiyi - zəbt olunmuş evin və evin 0.012 ha həyətyanı torpaq sahəsinin boşaldılması hissəsində ləğv edilməli və mülk i iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İlkin olaraq cavabdehin kasasiya şikayəti üzrə qeyd edilməlidir ki, cavabdeh apelyasiya kollegiyasının iddianı təmin etdiyi hissədə ekspert rəyini əsassız hesab edərək, həmin ərazidə vulkan külü olmadığını bildirsə də, bu barədə hər hansı sübuta istinad edə bilməmiş, ekspert rəyinin bu barədə əsassız olmasını əsaslandıra bilməmişdir. Odur ki, cavabdehin bu barədə dəlili apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Digər tərəfdən cavabdeh kasasiya şikayətində məhkəmə bildirişlərinin cavabdehə göndərilmədiyini, bununla onların məhkəmədə iştirak edib ərazidə vulkan külü olmaması barədə sübutlarını təqdim etmək imkanından məhrum olduqlarını qeyd etsə d ə, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, iş apelyasiya məhkəməsinin icraatına daxil olduqdan sonra keçirilmiş hər məhkəmə iclası barədə tərəflərə bildiriş ünvanlanmış, sonuncu dəfə 09.10.2020-cu il tarixində cavabdehə məhkəmə bildiriş ünvanlanmış (səh128), bununla yanaşı 14.10.2020-ci il tarixində saat 16:00 radələrində cavabdehin nümayəndəsi Zamiq Abdullayevlə onun istifadəsində olan 05-255-35-16 nömrəli mobil telefon nömrəsi ilə məhkəmə iclas katibi telefon əlaqəsi saxlayaraq 13.11.2020-ci il tarixinə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məlumat vermiş (səh 129), lakin 13.11.2020-ci il tarixinə təyin edilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmiş, səbəbləri barədə məhkəməyə hər hansı məlumat ünvanlamamışdır. Belə olan təqdirdə apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxıb qətnamə qəbul etməkdə haqlı olmuşdur. Odur ki, cavabdehin bu barədə də dəlili apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Cavabdehin onların məhkəmədə iştirak edib ərazidə vulkan külü olmaması barədə sübutlarını təqdim etmək imkanından məhrum olduqlarını qeyd etməsi ilə əlaqədar əlavə olaraq bildirilməlidir ki, cavabdehin göstərdiyi xüsusatın formal mülahizə olmasını bir göstəricisi də odur ki, cavabdeh göstərdiklərinin təsdiqi olaraq əgər var idisə, apelyasiya məhkəməsinə təqdim etmək imkanından məhrum olduğu sübutlarını ən azından kasasiya şikayətinə də əlavə edə bilərdi ki, bunu da etməmişdir. Beləliklə, cavabdeh kasasiya şikayətini mülahizələrlə əsaslandırmağa çalışmışdır. İddiaçının kasasiya şikayət inin dəlilləri üzrə isə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, həqiqətən də apelyasiya şikayətində qeyd edildiyi kimi, işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası iddia tələbinin fərdi yaşayış evinin və həyətyanı sahəsinin boşaldılması ilə bağlı hissəsi üzrə birinci instansiya məhkəməsinin qənaətini dəyişdirmədən saxlayarkən iddia tələbinin bu hissəsinə hər hansı münasibət bildirməmiş, bununla da prosessual pozuntuya yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Bundan əlavə, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 30.10.2019-cu il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, DƏDRX-nin 15 saylı Ərazi İdarəsinin 05.03.2013-cü il tarixli reyestr nömrəsi **********06-10301 saylı texniki pasportda göstərilən torpaq sahəsinin koordinatları bütünlüklə İddiaçı “xxxx” ASC-nin istifadəsi kimi təqdim etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. İş materiallarınd a olan RX ******* saylı Çıxarışa əsasən isə 05.03.2013-cü il tarixli reyestr nömrəsi **********06-10301 olan ünvan boşaldılması tələb edilən fərdi yaşayış evi və onun 0.012 ha həyətyanı torpaq sahəsidir. “X1” MMC-nin 02.03.2020-ci il tarixli, 123 nömrəli rəyində isə göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 05.03.2013-cü il tarixli reyestr nömrəsi **********06-10301 saylı texniki pasport və 05.03.2013-cü il tarixli seriya RX ******* nömrəli çıxarış üzrə İddiaçı mülkiyyətində olan Ağstafa rayonu Poylu qəsəbəsində yerləşən ümumi sahəsi 77.2 kv.m fərdi yaşayış evi və 0.012 ha həyətyanı torpaq sahəsi cavabdeh “xxxx” ASC tərəfindən zəbt olunmamış və orada cavabdeh “xxxx” ASC-nin inşa etdiyi hər hansı tikili, qum və çınqıl mövcud deyildir. Göründüyü kimi, əldə edilm iş mütəxəssis rəyi və ekspert rəyi arasında qeyd edilən və hazırda kasasiya şikayətində göstərilən iddia tələbinin fərdi yaşayış evinin və onun həyətyanı torpaq sahəsinin boşaldılması hissəsi üzrə ziddiyyət vardır ki, bu hala işə birinci instansiya məhkəməsində baxılan zaman əhəmiyyət verilmədiyi kimi, apelyasiya kollegiyası da hər hansı qiymət verməmiş, yuxarıda qeyd edildiyi kimi, iddia tələbinin bu hissəsi üzrə ümumiyyətlə hər hansı araşdırma aparmamış, bununla da prosessual pozuntuya yol vermiş, iş üzrə obyektiv həqiqətə nail olunması məqsədilə təkrar ekspertiza təyin etməmiş və ya mütəxəssis rəyi əldə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.2-ci maddəsinə əsasən, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyl əri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Beləliklə, işdən görünür ki, apelyasiya kollegiyası işin hallarını tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, işin hallarına düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qə rardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Göstərilənlərdən başqa qeyd edilməlidir ki, iddiaçı kasasiya şikayətində dəlili olaraq apelyasiya instansiyası məhkəməsinin cavabdeh tərəfindən faktiki olaraq mülki hüq uq pozuntusu törədildiyi üçün iddiaçıya dəymiş ziyanın müəyyənləşdirməməsini pozuntu kimi qeyd etsə, iddia tələbindən də göründüyü kimi, iddiaçının cavabdehə qarşı hər hansı ziyan tələbi olmamışdır. Belə tələb olmadığı halda ziyanın müəyyən edilməsi Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə zidd olardı ki, apelyasiya kollegiyası bu barədə hər hansı pozuntuya yol verməmişdir. Beləliklə, işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin yuxarıda göstərilmiş fərdi yaşayış evinin və onun həyətyanı torpaq sahəsinin boşaldılması ilə bağlı hallarının tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və ə dalətli məhkəmə araşdırmasının təmin edilməsi məqsədilə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.11.2020-ci il tarixli, 2(104)-2630/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Cavabdehin kasasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2630/2020 nömrəli iş üzrə 13 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - fərdi yaşayış evinin və onun 0.012 ha həyətyanı sahəsinin zəbtdən azad edilərək boşaldılması hissəsində ləğv edilərək mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar