Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3294/2022 23.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zəbt olunmuş torpaq sahəsinin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-86/2022 nömrəli mülki iş üzrə 15 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 23 avqust 2022-ci il tarixində Ali Məhkəmənin inzi bati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Abadlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş XXX saylı xx.xx.2005-ci il tarixli bağın istifadəyə verilməsinə dair müqavilə əsasında ünvan ərazisində İddiaçı 0,12 ha torpaq sahəsindən ibarət 5843 saylı bağ sahəsi ayrılmışdır.
2. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Abadlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş XXX saylı, xx.xx.2006cı il tarixli məktubun surətinə əsasən Bakı şəhər İcra Hakimiyyəti aparatının xx.xx.1986-cı İl tarixli XXX nömrəli və xx.xx.1988-ci il tarixli XXX nömrəli Qərarlarına əsasən İddiaçı icarəsindəki bağ sahəsində h asar tikməyə icazə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan massivində yerləşən 5843 saylı pay torpağı üçün verilmiş və cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 nəfər Qarabağ müharibəsi əlillərinə Bakı şəhər İcra Hakimiyyəti Aparatının Abadlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən 2005-ci ildə ünvan ərazisində pay torpaq bağ sahələri ayrılmışdır. Həmin ərazidə iddiaçıya xx.xx.2005-ci il tarixli XXX saylı müqavilə əsasında 5843 nömrəli bağ sahəsi ayr ılmışdır. Bağ sahələri bölüşdürüldükdən sonra onlar hasar tikmək üçün həmin ərazilərə tikinti materialları gətirməyə başlamışlar. Bu zaman bir qrup Nardaran vətəndaşları həmin əraziyə gələrək onlara maneəçilik törətməyə başlamışlar. Onlar həmin sakinlərə bağların sənədlərini göstərdikdə sakinlər “bura onların ulu babalarının torpaqlarıdır və burada heç kimə hasar çəkdirməyə imkan verməyəckələrini” bildirmişlər. Hətta, bəzi əlillərin tikilmiş hasarlarını uçurmağa başlamışlar. Bir sözlə, həmin sakinlər onlara tikinti işləri aparmağa icazə verməmişlər, həmçinin onun torpağına tökdürdüyü 3 maşın mişar daşını oğurlayıb aparmışlar. Problemlə bağlı Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə, rayon prokurorluğuna, Prezident Aparatına və Ombudsmana müraciət etmişlər. Bundan sonra o, edilən təzyiqlər üzü ndən bağ sahəsinə getməmiş, həmin torpağa çıxarış ala bilməmişdir. Dövlət orqanlarının təsiri nəticəsində həmin cinayətkar qruplar zərərsizləşdirilmiş və bəziləri isə həbs edilmişdir. Yaxın zamanda iddiaçı bağ sahəsinə baş çəkdikdə bağın bir hissəsinin cavabdeh tərəfindən hasara alınaraq zəbt edildiyinin şahidi olmuşdur. O, cavabdehə bağın sənədlərini göstərdikdə, cavabdeh ona həmin bağın başqası tərəfindən satıldığını bildirmişdir. O, cavabdehə torpağın boşaldılmasını xahiş etmişdir. Lakin heç bir nəticə olmamışdır.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 fevral 2018-ci il tarixli, 2(008)-960/2018 nömrəli qərardadı ilə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mər kəzinin 03 may 2018-ci il tarixli, 8142 saylı rəyi ilə iddiaçının adına olan 14 noyabr 2005-ci il tarixli XXX saylı müqavilənin üz tərəfindəki “5843” rəqəmi ilə həmin müqavilədəki digər rəqəmi yazılar-eyni şəxs tərəfindən icra olunmuşdur.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2018-ci il tarixli, 21070 saylı rəyinə əsasən iddiaçının Bakı şəhər İcra Hakimiyyəti Aparatının Abadlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli XXX saylı icarə müqaviləsinə əsasən istifadəsinə verilmiş ünvan massivində yerləşən 5843 saylı bağ sahəsinin və cavabdehə Sabunçu rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin Sərəncamından verilmiş xx.xx.2008-ci il tarixli, XX X saylı çıxarışa əsasən ayrılmış 0.1200 ha torpaq sahəsinin heç bir çıxarış, texniki kadastr sənədi təqdim edilmədiyi üçün (miqyası, koordinatları, hər-hansı istinad nöqtəsindən məsafə və ölçüləri göstərilməklə sxemi və ya cizgi planı) 5843 saylı bağ sahəsinin sxematik planına uyğun olaraq künc nöqtələrinin koordinatlarını və dəqiq olaraq sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Nəticə olaraq belə qənaətə gəlinmişdir ki, ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********12 saylı xx.xx.2018-ci il tarixli məktubu ilə təqdim edilmiş Yerqurluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi XXX tərəfindən imzalanmış mütəxəssis rəyində konkret olaraq məlumat olmadığından bu suallar üzrə tədqiqat aparılmamışdır.
8. Birinci instansiya m əhkəməsinin 2(008)-960/2018 saylı, 11 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Anar Qasımov) iddia tələbi rədd edilmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək onunla əsaslandırmışdır ki, tərəflərin qanuni istifadələrində olan torpaq sahələrinin hüdudlarını məhkəmə araşdırılması zamanı müəyyən etmək mümkün olmadığından, tərəflər bu barədə hər-hansı sübutu məhkəməyə təqdim etmədiklərindən, eləcə də ekspertiza nəticəsində bu halların müəyyən olunması mümkün olmadığına görə iddia tələbi sübuta yetirilməyən tələb kimi təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnam ə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil etmişdir. Əlavə olaraq, iddiaçı bildirmişdir ki, cavabdehin mübahisə predmeti olan torpaq sahəsinə dair qanunsuz hərəkətləri barədə polisə müraciət etmiş, polis araşdırması zamanı məlum olmuşdur ki, cavabdeh ona məxsus torpaq sahəsini zəbt edərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş, lakin həmin vaxtdan 2 il müddət keçdiyinə görə cavabdeh cinayət məsuliyyətinə cəlb edilməmişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Xəyalə Cəmilova, Elşad Şamayev) 23 sentyabr 2019-cu il tarixli 2(103)-10414/2019 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təm in edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
14. İddiaçı (vəkil X10) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayəti ilə eynilik təşkil edir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2020-ci il tarixli, 2(102)-458/2020 saylı qərarı ilə (hakimlər Elşanə Vəliyeva (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Sənan Hacıyev) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli sahənin ətrafında yerləşən dövlət qeydiyyatından keçmiş 5842 bağın koordinatlarından çıxış edərək və işin 7-ci vərəqində olan bağın sxemində 5842 saylı bağın iddiaçıya məxsus bağın yan qonşusu olduğu nəzərə alaraq mübahisələndirilən 5843 saylı sahənin yerində koordinatlarının müəyyən edilməsinin mümkünlüyü ilə bağlı əlavə suallar qoyulmaqla təkrar ekspertiza keçirilməsinin zəruriliyini müzakirə etməmişdir.
18. Həmçinin, apellyasiya instansiyası məhkəməsi mübahisəli bağ sahəsinin cavabdeh tərəfindən özbaşına zəbt edilmə faktının təsdiq edilməsinə, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin 19 aprel 2019-cu i l tarixli «cinayət işinin başlanmasının rədd edilməsi barədə» qəbul edilmiş qərarının mövcudluğuna da diqqət yetirməmişdir. Həmin qərarda aparılmış təhqiqat araşdırması nəticəsində iddiaçının müraciəti əsasında toplanmış materialda zəbt etmə faktı öz təsdiqini tapmışdır. Cavabdehə 12 sot torpaq sahəsi ayrılmış olsa da, o 34 sot torpaq sahəsini hasara alaraq 22 sot ərazini özbaşına zəbt etməklə Azərbaycan Respublikasının CM-nin 188-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Lakin Azərbaycan Respublikasının CMnin 75.1.1-ci maddəsinə əsasən onun barəsində cinayət işi başlanıla bilməz.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaya etirazının əsası kimi ona 0.1200 ha torpaq sahəsinin ayrılması ilə bağlı Sabunçu rayon İcra Haki miyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin Sərəncamı əsasında verilmiş xx.xx.2008-ci il tarixli, XXX saylı çıxarışın Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin tələblərinə zidd olmasına da hüquqi qiymət verməmişdir.
20. Belə ki, torpaqların bölüşdürülməsi səlahiyyətinə dövlət fondu torpaqlarına münasibətdə yalnız icra hakimiyyəti orqanları malikdirlər ki, cavabdehə torpaq sahəsi verilərkən qanunvericiliyin bu tələbinə əməl olunmamışdır.
21. Məhkəmə daha sonra qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni maddi hüquq normalarının tələblərinə müvafiq surətdə araşdırmamış, iddianı rədd edərkən cavabdehin istifadəsində olan torpaq sahəsi ilə iddia ərizəsində qeyd edilən torpaq sahəsinin üst-üstə düşmədiyini və aralarında 10 metrdən daha çox məsafə olmas ına dair cavabdehin hər hansı sübutla təsdiq edilməyən izahatına da istinad etməkdə haqlı olmamışdır.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50, 84, 103, 111, Mülki Məcəllənin 152.2, 157.2, 157.4, 157.8, 158, 164, 165.1, Mülki Prosessual Məcəllənin 14.1, 88, 101.3, 103.2, 206.1-ci maddələri ilə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
23. Apellyasiya məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(103)-371/2021 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 dekabr 2021-ci il tarixli, 10/4563 saylı rəyi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin **********28 saylı, xx.xx.2021-ci il tarixl i mütəxəssis rəyinə əsasən, iddiaçının Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin 17 noyabr 2005-ci il tarixli XXX saylı icarə müqaviləsinə əsasən istifadəsinə verilmiş ünvan massivində yerləşən 5843 saylı bağ sahəsinin və cavabdehə Sabunçu rayon İcra Hakimiyyəti Nardaran nümayəndəliyinin 14 fevral 2008-ci il tarixli XXX saylı sərəncamından çıxarışa əsasən ayrılmış 0,1200 hektar torpaq sahəsinin heç bir çıxarış, texniki kadastr sənədi təqdim edilmədiyi üçün (miqyası, koordinatları, hər-hansı istinad nöqtəsindən məsafə və ölçüləri göstərilməklə sxemi və ya cizgi plani) 5843 saylı bağ sahəsinin sxematik planına uyğun olaraq künc nöqtələrinin koordinatlarını və dəqiq olaraq sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ya nında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, faktiki olaraq ölçülmüş ərazi 0,12 hektar sahədən çoxdur və iddiaçının iddia etdiyi sahə faktiki olaraq ölçülmüş ərazinin şimal-qərb istiqamətində yerləşir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********28 saylı, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, keçmiş BTİ və İB-yi tərəfindən vətəndaşlara torpaq (bağ) sahələri ayrılarkən koordinatlarla ayrılmadığından və vətəndaşlar bağ sahələrində hasarlanma işlərini bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq plan üzrə aparmadıqları üçün bağ sahələrinin naturada yerləşməsi və bağlararası yollar sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bu səbəbdən iddiaçının iddia etdiyi 5 843 saylı bağ sahəsinin yerləşməsini müəyyənləşdirmək mümkün deyil.
25. Apellyasiya instansiyası məhkəməsinin (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Vahid Sadıqov) 2(103)-86/2022 nömrəli mülki iş üzrə 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, cavabdeh tərəfindən zəbt edilmiş mübahisələndirilən torpaq sahəsinin boşaldılması qət edilmişdir.
26. Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza rəyləri hazırki mübahisənin mahiyyətini həll etmədiyindən, məhkəmə kollegiyası iddiaçının və cavabdehin torpaq sərhədlərinin müəyyən etmək məqsədi ilə ekspert X2, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı X3 və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nəzdində olan "xxxx" MMC-nin mühəndisi X7 iştirakları ilə mübahisəli torpaq sahəsini yerində müayinə etmişdir.
27. Yerində müayinə iclası zamanı müəyyən olunmuşdur ki, “mübahisəli torpaq sahəsinin girişi dəmir darvazadan və daş hasardan ibarətdir, ümumi torpaq sahəsi təxminən 24-25 sot civarındadır. Həmin hasarın içində 5884 nömrəli torpaq sahəsi yerləşir. Həmin torpaq sahəsi məhkəmə qətnamələri ilə X6 aid edilmişdir. Cavabdehin izahatına görə, XXX ona etibarnamə vermiş və o hal-hazırda 5884 nömrəli torpaq sahəsindən və üzərində tikilmiş evdən istifadə edir. 5884 nömrəli torpaq sahəsinin şimal-qərb hissəsində təxminən 12-13 sot boş torpaq sahəsi mövcuddur. Həmin boş torpaq sahəsinin daş divardan olan şimal sərhədində yerləşən to rpaq sahəsinin nömrəsi 5842-dir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı X8 bildirdi ki, İdarə tərəfindən təqdim edilmiş bağların yerləşmə sxeminə əsasən, 5842 nömrəli torpaq sahəsinə kimi olan torpaq sahələri, 5841, 5840 və s. özəlləşdirilib və sərhədləri barədə mübahisə yoxdur. 5843-dən başlayaraq, digər torpaq sahələri, yəni 5884, 5885 və s. mübahisəli olduğundan özəlləşdirilməmişdir. İş materiallarına əlavə olunmuş 269-270-ci vərəqələrdə olan foto-plandan görünür ki, 5842 nömrəli torpaq sahəsindən sonrakı 5843 nömrəli torpaq sahəsidir. 5843 nömrəli torpaq sahəsindən sonra isə 5884 nömrəli torpaq sahəsi gəlir.” Bu sıralama iş materialları ilə (i/v 7, 269-270) və XXX izahatı ilə öz təsdiqini tapır.
28. Məhkəmə qeyd etmişdir ki, mü bahisəli torpaq sahəsi cavabdehin istifadəsindədir. İddiaçının həmin torpaq sahəsi üzərində istifadə hüquqlarını həyata keçirə bilməməsi hüquqlarının pozulmasına səbəb olur.
29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50.1, 56.1, 67.4, 84.1, 103.1, 111, Mülki Məcəllənin 152.3, 157.2, 157.4, 158.4, 164.1, 164.2, Mülki Prosessual Məcəllənin 9.1, 88, 217.1, 217.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
31. Şikayət onunla əsaslandırılmışdır ki, ekspert rəyləri bir-birinə zi ddiyət təşkil edir. Cavabdehin istifadə etdiyi torpaq sahəsi 5884 saylı bağ sahəsi ilə üst-üstə düşdüyü halda məhkəmə cavabdehdən iddiaçıya məxsus 5843 saylı bağ sahəsini boşaltmasını tələb edir.
32. Məhkəmə mühəndisin yoxlanılmamış şifahi sözünə əsasən qərar qəbul etmişdir. Məhkəmə birinci mühəndisin dediyi 5840, 5841, 5842 saylı bağ sahələrinin çıxarışlarını və çizgi sxemini DƏDRX-dən tələb edib iş materiallarına əlavə etməli, sonra isə həmin çıxarışlar, sxemlər əsasında əlavə tikinti-texniki ekspertizası təyin etməli idi. Ekspert qarşısında mühəndisin dediyi qaydada yəni 5842 saylı bağ sahəsindən sonra yerində 5843 saylı bağ sahəsinin yerləşib yerləşməməsi sualı qoyulmalıdır.
33. Həmçinin, iddiaçıya xx.xx.2005-ci ildə verilmiş XXX saylı müqavilənin tərtib edilməsində saxtakarlığa yol ve rilmişdir. Müqavilənin 1-ci səhifəsində yazılan 5843 sözləri ilə digər yazılan sözlər eyni şəxslər tərəfindən icra olunmamışdır. Əslində iddiaçıya ayrılmış bağ sahəsinin hüdudları başqa bir yerə düşür.
34. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14.1, 14.2, 76-78, 217.1, 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
36. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
37. Maddə 157.2. mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
38. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
39. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
40. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çək inməlidir.
41. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
42. Maddə 50.1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır.
43. Maddə 56.1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir.
44. Maddə 67.4. Tor paq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
45. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
46. Maddə 103.1. Torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir.
47. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən q əbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
58. İşə baxan Apellyasiya Məhkəməsi kassasiya instansiyasının göstərişlərinə uyğun olaraq iddiaçının tələb etdiyi mübahisəli torpaq sahəsinin koordinatlarını müəyyən etmiş və ondan çıxış edərək mübahisəni həll etmişdir.
59. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiy yəti Aparatının Abadlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş XXX saylı xx.xx.2005-ci il tarixli bağın istifadəyə verilməsinə dair müqavilə əsasında ünvan ərazisində İddiaçı 0,12 ha torpaq sahəsindən ibarət 5843 saylı bağ sahəsi ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Abadlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş XXX saylı, xx.xx.2006-cı il tarixli məktubun surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti aparatının xx.xx.1986-cı İl tarixli XXX nömrəli və xx.xx.1988-ci il tarixli XXX nömrəli Qərarlarına əsasən İddiaçı icarəsindəki bağ sahəsində hasar tikməyə icazə verilmişdir. Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyini n 14 fevral 2008-ci il tarixli, XXX nömrəli sərəncamından çıxarışa əsasən, Cavabdeh Nardaran qəsəbəsi, ünvan massivində 2254a nömrəli torpaq sahəsi ayrılmışdır.
60. İlk növbədə kollegiya qeyd edir ki, kassatorun həmin ərazidə hər-hansı torpaq sahəsinə iddialı olması üçün heç bir qanuni əsaslar mövcud deyil. Bu barədə əvvəlki kassasiya məhkəməsinin qərarında da qeyd edilmişdir. Beləki, cavabdeh ona 1200 kv.m torpaq sahəsinin qanuni əsaslarla ayrıldığına istinad etsə də, məhkəmələr müəyyən etmişdir ki, cavabdehə 0.1200 ha torpaq sahəsi Sabunçu rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2008-ci il tarixli Sərəncamı, XXX saylı çıxarışı əsasında verilmişdir, hansıki, torpaq sahəsinin bu qaydada ayrılması Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin tə ləblərinə zidd olmuş, Sabunçu rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin belə bir səlahiyyəti olmamışdır. Cavabdeh isə həmin ərazidə faktiki olaraq 25-32 (yerli baxış məlumatları, polis orqanlarındakı araşdırma materiallarındakı məlumatlar, ekspertiza məlumatları) sot torpaq sahəsini istifadə edir.
61. Mübahisələndirilən torpaq sahəsinin (5843 saylı bağ sahəsinin) cavabdehin zəbt etdiyi və faktiki istifadəsində olan torpaq sahəsinin hüdudlarında olması halını məhkəmələr sübuta yetmiş hesab etmişlər.
62. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin təqdim etdiyi mübahisəli torpaq sahəsinin orto-foto planına əsasən mübahisəli 5843 saylı bağ sahəsi 5842 saylı bağ sahəsi ilə qonşu yerləşir. 5842 saylı bağ sahəsi özəlləşdirilmişdir və onun koordi natları ilə bağlı mübahisə yoxdur. Cavabdehin zəbt etdiyi torpaq sahəsi məhz 5842 saylı bağ sahəsindən sonrakı sahələrdir.
63. İşə baxan Apellyasiya Məhkəməsi kassasiya instansiyasının göstərişlərinə uyğun olaraq 5842 saylı bağ sahəsinin yerləşmə yerindən asılı olaraq mübahisəli bağın yerini müəyyən etmiş, bunun üçün ekspertin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin mütəxəssislərinin iştirakı ilə yerli baxış keçirmişdir.
64. Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza rəyləri hazırki mübahisənin mahiyyətini həll etmədiyindən Apellyasiya Məhkəməsində işə baxan məhkəmə tərkibi iddiaçının və cavabdehin mübahisələndirdikləri torpaq sahələrinin sərhədlərini müəyyən etmək məqsədi ilə ekspert X2, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin mühən dis-inventarlaşdırıcısı X3 və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nəzdində olan "xxxx" MMC-nin mühəndisi X7 iştirakları ilə mübahisəli torpaq sahəsini yerində müayinə etmişdir. Yerində müayinə iclası zamanı müəyyən olmuşdur ki, “mübahisəli torpaq sahəsinin girişi dəmir darvazadan və daş hasardan ibarətdir, ümumi torpaq sahəsi təxminən 24-25 sot civarındadır. Həmin hasarın içində 5884 nömrəli torpaq sahəsi yerləşir. Həmin torpaq sahəsi məhkəmə qətnamələri ilə X6 aid edilmişdir. Cavabdehin izahatına görə, XXX ona etibarnamə vermiş və o hal-hazırda 5884 nömrəli torpaq sahəsindən və üzərində tikilmiş evdən istifadə edir. 5884 nömrəli torpaq sahəsinin şimal-qərb hissəsində təxminən 12-13 sot boş torpaq sahəsi mövcuddur. Həmin boş torpaq sahəsinin daş divardan olan şimal sərhə dində yerləşən torpaq sahəsinin nömrəsi 5842-dir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı X8 bildirdi ki, İdarə tərəfindən təqdim edilmiş bağların yerləşmə sxeminə əsasən, 5842 nömrəli torpaq sahəsinə kimi olan torpaq sahələri, 5841, 5840 və s. özəlləşdirilib və sərhədləri barədə mübahisə yoxdur. 5843-dən başlayaraq, digər torpaq sahələri, yəni 5884, 5885 və s. mübahisəli olduğundan özəlləşdirilməmişdir. İş materiallarına əlavə olunmuş 269-270-ci vərəqələrdə olan foto-plandan görünür ki, 5842 nömrəli torpaq sahəsindən sonrakı 5843 nömrəli torpaq sahəsidir. 5843 nömrəli torpaq sahəsindən sonra isə 5884 nömrəli torpaq sahəsi gəlir.” Bu sıralama iş materialları ilə (i/v 7, 269-270) və İ.Hacıyevin izahatı ilə öz təsdiqini tapır.
65. Eyn i zamanda məhkəmə müəyyən etmişdir ki, 5884 nömrəli bağ sahəsi də (cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsi) Qarabağ müharibəsi əlili kimi (iddiaçıya ayrılan qaydada) X6 ayrılmış, həmin bağ sahəsi də cavabdehin istifadəsində olan sahəyə düşdüyü üçün X4 Cavabdeh qarşı mülki iddiası əsasında məhkəmə qərarları ilə onun sahibliyinə qaytarılması qət edilmişdir (məhkəmə qərarları mülki işə əlavə olunub).
66. Göründüyü kimi, apellyasiya məhkəməsi tədqiq etmiş olduğu mötəbər sübutlarla iddiaçıya ayrılmış bağ sahəsinin məhz cavabdehin zəbt etdiyi sahənin hüdudlarında olması halını sübuta yetirilmiş hesab etmişdir. Ona görə cavabdehin şikayətinin dəlilləri əsaslı hesab oluna bilməz.
67. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırma lı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 68. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
70. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti t əmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-86/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir və elan olduğu andan qüvvəyə minir.