Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3296/2025 02.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qazla təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər İddiaçı Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2025-ci il tarixli 2(103)3627/2025 nömrəli qətnaməsindən Cavabdeh İB tərəfindən kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkə mələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. “Təbii X1nın pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* nömrəli aktdan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir; 3. “Təbii X1nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir; 4. “Təbii X1nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir;
5. İddiaçı məxsus **********00154 saylı abonent kodu üzrə abonent saldosundan görünür ki, abonentin 2021-ci ilin oktyabr ayı üzrə 345,60 manat, 2022-ci ilin noyabr ayı üzrə 4406,40 manat və 2023-cü ilin yanvar ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməs ində 1468,80 manat borcu mövcud olmuşdur; 6. “Azemis” Elektron Məhkəmə İnformasiya Sisteminin məlumatlarından görünür ki, qaz təchizatına görə İddiaçı borcu 6096,69 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı ünvana (abonent kodu: **********00154) qazdan istifadəyə görə yazılmış 5928,89 manat borcun cavabdeh tərəfindən silinməsi və ödədiyi puldan borc kimi tutulmuş cəmi 291,91 manat pulun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, fərdi ev (abonent kodu: **********00154) ünvanında sayğac iddiaçının adına rəsmiləşdirilmişdir. Cavabdeh nümayəndələri tərəfindən həmin yaşayı ş evinə yoxlama apararkən akt tərtib edərək sayğac yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. Laboratoriya rəyində qeyd edilmişdir ki, güya o, sayğaca müdaxilə etmişdir və ona görə ona haqsız yerə 3 dəfə, ümumilikdə 6220,80 manat cərimə borcu yazılmışdır. Bir müddət sonra puldan tutulmaların olduğunu görmüşdür. Hesab edir ki, ona yazılmış borc qanunsuz və əsassızdır.
9. İş materiallarında olan, Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 3.456 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır.
10. İş materiallarında olan, Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ***** ** saylı akta əsasən 36.720 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır.
11. İş materiallarında olan, Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 12.240 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır.
12. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 31616/2-3/595 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi.
13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2365/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********00154) İddiaçı 2021- 2023-cü illər üzrə hesablanmış 5928,89 (beş min doqquz yüz iyirmi səkkiz manat səksən doqquz qəpik) manat məbləğində borcun silinməsi, 79,28 (yetmiş doqquz manat iyirmi səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun və 65 (altmış beş) manat məbləğində ekspertiza xərcinin Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim Aynur Abdullayeva).
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh istinad etdiyi xx.xx.2021ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı və xx.xx.2023-cü il tarixli, ******* saylı aktl ar üzrə göstərilən sübutlar məhkəməyə təqdim edilməmişdir.
15. Beləliklə, cavabdehin iddiaçıdan 5.928,89 manat məbləğində borcun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Mübahisəli ərazidə abonentin kənar xətt vasitəsilə təbii-qazdan istifadə etməsi ekspert rəyi ilə müəyyən edilməmiş və həmçinin, cavabdeh də həmin halı məhkəmə araşdırılması zamanı sübuta yetirməmişdir. Buna görə də, iddia qismən təmin edilərək, iddiaçıya cavabdeh təşkilat tərəfindən hesablanmış 5.928,89 manat məbləğində borc silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir.
16. Məhkəmə iş materiallarını araşdıraraq hesab etmişdir ki, “ödədiyi puldan borc kimi tutulmuş cəmi 291,91 manat pulun geri qaytarılması” barədə iddia tələbləri təmin edilməməlidir. Belə ki, iş materialları ilə hesablanmış borca görə iddi açıdan tutulmuş məbləğlərin həcmi müəyyən edilmədiyindən, iddia tələbləri həmin hissədə təmin edilməməlidir.
17. Bundan əlavə, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 79,28 manat məbləğində dövlət rüsumu və iddia təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri olan 65 manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
18. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”na və Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 77.2, 88, 217.3, 217.4, 218.1, 220.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
19. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğaca müdaxilə etmək vasitəsilə istifadə etməklə, o cümlədən istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəmədən təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktlarının aşkar olunması, aşkar olunmuş faktların yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilməsi, müvafiq foto şəkillərin çəkilməsi, abonentin təqsirli hərəkətləri nəticə sində Birliyə zərər dəyməsi, aktların təbii qazdan qanunsuz istifadəyə dair əsas olması, iddianın əsassız olması və s. kimi əsaslandırılmışdır.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Rafael Eyvazov – sədrlik edən və məruzəçi, Cəmilə Musayeva və Elşən Kazımov) 01 iyul 2025-ci il tarixli 2(103)-3627/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2365/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən (yəni yoxlanılan hissədə – “Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********00154) İddiaçı 20212023-cü illər üzrə hesablanmış 5.928,89 (beş min doqquz yüz iyirmi səkkiz manat səksən doqquz qəpik) manat məbləğində borc silinsin” hissədə) ləğv olunmuş, həmin hissədə iddia qismən təmin olunaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********00154) İddiaçı Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar üzrə hesablanmış 5875,20 (beş min səkkiz yüz yetmiş beş manat, 20 qəpik) manat məbləğində borcun (əlavə sərfiyyat) silinməsi, iddianın yoxlanılan qalan hissədə (yoxlanılan qalan hissə xx.xx.2021-ci il tarixli ******* nömrəli akt və həmin akta əsasən 53,69 manat həddində iddia tələbidir) təmin olunmaması, qətnamənin həmçinin məhkəmə xərcləri hissədə ləğv olunması, məhkəmə xərclərinin Cavabdehnə aid edilməsi, cavabdehdən aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 65 (altımış beş) manatın tutular aq Məhkəmə Ekspertizası Mərkəzinə, habelə dövlət rüsumuna görə 78,75 (yetmiş səkkiz manat, 75 qəpik) manatın tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
22. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cəmi 3 akt (xx.xx.2021ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* və xx.xx.2023-cü il tarixli ******* nömrəli “Təbii X1nın pozulması haqqında” aktlar) üzrə yaranmış borc məbləğini mübahisələndirmişdir. Lakin, birinci instansiya məhkəməsi isə yoxlanılan hissədə aktlar üzrə ayrı-ayrılıqda araşdırma apararaq onlara hüquqi qiymət verməmiş (2021-ci il tarixdə tərtib olunmuş akta ümumiyyətlə hüquqi qiymət verilməmişdir), aktlar üzrə borc məbləğini düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, qətnamə işin hallarına u yğun əsaslandırılmamışdır.
23. Belə ki, iddiaçının abonent hesabına borcun hesablanmasına dair əsaslar həmçinin cavabdeh qurum tərəfindən tərtib edilmiş aktlar olduğundan, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür.
24. Hazırkı halda isə, cavabdeh orqan tərəfindən qeyd olunan aktlar tərtib olunan zaman abonentin təqsirinin müəyyən olunması üçün müvafiq hüquq-mühafizə orqanlarına müraciət edilməsi və abonentin təqsirinin müəyyən olunması halı aşkar olunmur.
25. Belə olan halda isə, iddiaçının abonent hesabına xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlara görə əlavə sərfiyyatın daxil edilərək onun ödənilməsini n iddiaçıdan tələb olunması qanunvericiliyin qeyd edilən tələbləri ilə uzlaşmamaqla, əsassızdır.
26. Həmin iki akta əsasən hesablanmış əlavə sərfiyyatın ümumi məbləği 5875,20 manat (4406,40 manat + 1468,80 manat = 5875,20 manat) təşkil etdiyindən, iddia həmin hissədə təmin olunmalı, qeyd edilən pul vəsaiti iddiaçıya məxsus abonent hesabından silinməlidir.
27. Bununla yanaşı, məhkəmə kollegiyası mübahisə predmeti olan digər akt, yəni xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış əlavə sərfiyyatın qanuniliyi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir.
28. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən keçirilmiş ekspertiza zamanı təbii qazdan qanunsuz istifadə halı (qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmi, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir) müəyyən edilməsə də, abonent saldosunun təhlilindən görünür ki, 2021-ci ilin yanvar ayından həmin ilin sonunadək abonent tərəfindən qazdan istifadəyə görə cüzi (cəmi 70 manat) ödəniş olunmuş, xüsusən qış aylarında qazıdan istifadəyə görə ümumiyyətlə ödəniş həyata keçirilməmişdir.
29. Həmçinin, iddiaçı həmin müddətdə mübahisəli ünvanda yaşamaması ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə, ünvan üzrə cüzi də olsa ödənişlərin həyata keçirilməsi yaşayış sahəsində təbii qazdan istifadə olunmasını ehtiva edir.
30. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, uzun müddət ərzində təbii qazdan istifadə olunmasına görə iddiaçı tərəfindən ödənilmiş cüzi məbləği əsaslı və ağlabatan hes ab etmir. Bu səbəbdən də xx.xx.2021-ci il tarixli ******* nömrəli “Təbii X1nın pozulması haqqında” aktın tərtib olunması qanunsuz sayıla bilməz.
31. Belə olan halda isə yoxlanılmalı olan növbəti hal, müvafiq akta əsasən hesablanmış əlavə sərfiyyatın düzgünlüyünün müəyyən edilməsidir.
32. İşdə olan xx.xx.2021-ci il tarixli ******* nömrəli “Təbii X1nın pozulması haqqında” aktın surətindən və həmin akt əsasında dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, fərdi ev ünvanında itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 3456 m3 qaz itkisi hesablanmışdır.
33. Eləcə də, işdə olan abonent saldosundan görünür ki, qeyd olunan akt üzrə iddiaçıya 345,60 manat borc hesablanmışdır.
34. Yoxlanılan hissədə iddia tələbinin ümumi hə ddi 5928,89 manat borcun silinməsi olduğundan və yuxarıda qeyd olunduğu kimi xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar üzrə 5875,20 manat borcun (əlavə sərfiyyatın) hesablanması əsassız olunduğundan, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt üzrə iddia məbləği 53,69 manat (5928,89 manat – 5875,20 manat = 53,69 manat) təşkil edir. Çünki, iddia tələbi 291,91 manat pulun qaytarılması hissədə rədd olunmuş, iddiaçı qətnaməni həmin hissədə mübahisələndirməmişdir.
35. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi - xx.xx.2021-ci il tarixli ******* nömrəli akt üzrə yoxlanılan hissədə (həmin məbləğ yoxlanılan hissədə 53,69 manat təşkil edir) rədd olunmalıdır.
36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Resp ublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 4.2, 4.7,4.8, 6.5-ci bəndlərinə, «Qaz təchizatı haqqında» Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə və Mülki Prosessual Məcəlləsinin 107,119.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. Cavabdeh İB (vəkili Vəkil) kassasiya şikayəti verərək, qətnamənin mübahisələndirilən hissəsə (iddianın təmin edilməsi hissəsində) ləğv edilməsi, işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir.
38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsi, Normativ hüquqi aktlar haqqında Azərbaycan R espublikasının Konstitusiya Qanununun 2-ci maddəsi pozulmuşdur.
39. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 №-li qərarı Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytında 5 iyul 2023-cü il tarixdə dərc edilmişdir. Buna görə də onun keçmiş tarix üçün tətbiq edilməsi mümkün deyildir. Lakin məhkəmə məhz 5 iyul 2023-cü il tarixdə dərc edilmiş dəyişikliyin özündən əvvəlki münasibətlərə şamil edilməməsi əsası ilə iddianı qeyd edilən dövr üçün də təmin edərək borcun silinməli olması qənaətinə gəlmişdir. Nəticədə borc məbləği mübahisələndirilən hissəsədə əsassız olaraq silimişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
41. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
42. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
43. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya l azımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
44. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
45. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
46. Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu
47. Maddə 13, 8 -1-ci bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz payla yıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
53. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli mə hkəmə araşdırılma hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
54. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yo xdur.
56. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçının abonent hesabına xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktlara görə əlavə sərfiyyatın daxil edilərək onun ödənilməsinin iddiaçıdan tələb olunması qanunvericiliyin tələbləri ilə uzlaşmamaqla əsassızdır.
57. Qanunvericiliklə müəyyən etmişdir ki, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hak imiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Yalnız bundan sonra, yəni istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdən sonra qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
58. Hazırkı halda isə, cavabdeh orqan tərəfindən qeyd olunan aktlar tərtib olunan zaman abonentin təqsirinin müəyyən olunması üçün müvafiq hüquq-mühafizə orqanlarına müraciət edilməsi və abonentin təqsirinin müəyyən olunması halı aşkar olunmur.
59. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunveric iliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
60. Məhkəmə tərkibi kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir ona görə ki, apellyasiya məhkəməsinin yuxarıda qeyd edilən qənaətə gəlməsinə əsas verən, Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinə 8-1-ci bəndin əlavə edilməsi haqqında Qanun xx.xx.2022-ci ildə qüvvəyə minmişdir.
61. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutu lan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
63. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
64. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bak ı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2025-ci il tarixli 2(103)3627/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.