Məhkəmə qərarları › İş №2(102)-3299/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3299/2022

04.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3299/2022 04.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh və Azərbaycan Respublikasının İqtisadiyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı ilk, Cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı qarşılıqlı tələblər barədə iş üzrə QƏRARİ iş № 2(102)-3299/2022 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi, pul tələbi, əsassız varlanma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh və Azərbaycan Respublikasının İqtisadiyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı əsassız varlanma qarşısında pul tələbinə dair qarşılıqlı iddialar barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-175/2022 nömrəli, 11 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 4 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin dövlət rey estrindən verilmiş Çıxarışlara əsasən İddiaçı MTK (bundan sonra – MTK) xx.xx.2005-ci ildə qeydiyyata alınmış, əvvəlki qanuni təmsilçisi X13, hazırki təmsilçisi Cavabdehdur. Əvvəlki təsisiçilər və onların nizamnamə kapitalındakı mayalarının miqdarı aşağıdakı kimi olmuşdur: X13 40%, X2 15%, X6 15%, X22 15% və X3 15%. Hazırki təsisçilər və onların nizamnamə kapitalındakı mayalarının miqdarı aşağıdakı kimi olmuşdur: X13 8 pay, X2 10 pay, X6 3 pay, X22 3 pay, X3 3 pay və Cavabdeh 1 pay.

2. MTK-nın İdarə Heyətinin sədri X4 X14 ilə bağladığı 17 yanvar 2006-cı il tarixli 097 nömrəli müqavilə ilə MTK Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 1 ünvanda 1 nömrəli 15 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 56 nömrəli, ümumi sahəsi 178,97 kv.m təşkil edən 3 otaqlı mənzili 3579 4,60 manata X7 verməyi üzərinə götürmüşdür. Müqavilədə tikinti müddəti xx.xx.2006-cı il başlanması və xx.xx.2009-cu ildə başa çatdırılmasının nəzərdə tutulması qeyd edilmişdir. (Müqavilənin 1.2, 4.1, 5.1-ci bəndləri) Müqavilənin giriş hissəsində və tərəflərin rekvizitləri qrafasında X5 adına olan seriya AZE 06822048 №li şəxsiyyət vəsiqəsinin ona Suraxanı RPİ tərəfindən xx.xx.2008-ci il tarixdə verilməsi göstərilmişdir.

3. MTK-nın İdarə Heyətinin sədri X4 Cavabdeh ilə bağladığı 17 yanvar 2006-cı il tarixli 097 nömrəli müqavilə ilə MTK Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 1 ünvanda 1A nömrəli 15 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 56 nömrəli, ümumi sahəsi 178,97 kv.m təşkil edən 3 otaqlı mənzili 35794 manata Cavabdeh verməyi üzərinə götürmüşdür. Müqavilədə tikinti müddəti xx.xx.2006-cı il başlanması və xx.xx.2009-cu ildə başa çatdırılmasının nəzərdə tutulması qeyd edilmişdir. (Müqavilənin 1.2, 4.1, 5.1-ci bəndləri) Müqavilənin giriş hissəsində və tərəflərin rekvizitləri qrafasında Cavabdeh adına olan seriya AZE 16761407 №li şəxsiyyət vəsiqəsinin ona Asan 4 tərəfindən xx.xx.2016-cı il tarixdə verilməsi göstərilmişdir.

4. MTK–nın sədri Q.Ə.Yaqubovun Cavabdeh adına verdiyi xx.xx.2006-ci il tarixli 007 nömrəli arayışa əsasən o, (şəxsiyyət vəsiqəsi seriya AZE № ********) Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 1 ünvanda MTK inşa etdiyi 1A saylı 15 mərtəbəli yaşayış binasının 9 mərtəbəsində yerləşən, sahəsi 178.97 kv.m olan, 56 nömrəli mənzilin dəyərini 097 nömrəli müqaviləyə əsasən istilik sistemi də daxil olmaqla xx.xx.2006-cı il tarixdə tam ödəmiş dir.

5. MTK–nın sədri Q.Ə.X1 adına verdiyi xx.xx.2008-ci il tarixli 049 nömrəli arayışa əsasən o, (şəxsiyyət vəsiqəsi seriya AZE № 06822048, Suraxanı RPİ, xx.xx.2008-ci il) Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 1 ünvanda MTK inşa etdiyi 1A saylı yüksəkmərtəbəli yaşayış binasının 9 mərtəbəsində yerləşən 56 nömrəli mənzilin dəyərini, xx.xx.2006-cı il tarixli 97 nömrəli müqaviləyə əsasən tam ödəmişdir.

6. MTK-nın İdarə Heyətinin sədri Cavabdeh özü ilə bağladığı 17 may 2019-cu il tarixli 097 nömrəli müqavilə ilə MTK Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 1 ünvanda 1 nömrəli 15 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 56 nömrəli, ümumi sahəsi 168,24 kv.m təşkil edən 3 otaqlı mənzili 48789,60 manata Cavabdeh verməyi üzərinə götürmüşdür. Müqavilədə tikinti müddəti xx.xx.2006-cı il başlanması və xx.xx.2009-cu ildə başa çatdırılmasının nəzərdə tutulması qeyd edilmişdir. (Müqavilənin 1.2, 4.1, 5.1-ci bəndləri) Müqavilənin tərəflərin rekvizitləri qrafasında hər iki tərəf olaraq Cavabdeh imza etmişdir.

7. MTK–nın sədri Cavabdeh özünün adına verdiyi xx.xx.2019-cu il tarixli 194 nömrəli arayışa əsasən o, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 1 ünvanda MTK inşa etdiyi 1 nömrəli yüksəkmərtəbəli yaşayış binasının 9 mərtəbəsində yerləşən, sahəsi 168,24 kv.m olan 56 nömrəli mənzilin tam dəyərini və kommunalını 097 nömrəli müqaviləyə xx.xx.2019-cu il tarixində tam ödəmişdir.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış a əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Yavər Əliyev küçəsi, 1 nömrəli binada yerləşən ümumi sahəsi 154.9 kv.m olan 56 nömrəli mənzil (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 56, M9, m. 8) xx.xx.2019-cu il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir.

9. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Çıxarışlara əsasən MTK-nın əvvəlki təmsilçisi Cavabdeh, hazırki təmsilçisi X10r. Əvvəlki təsisiçilər və onların nizamnamə kapitalındakı mayalarının miqdarı aşağıdakı kimi olmuşdur: Cavabdeh 1 pay, X3 3 pay, X6 3 pay, X2 10 pay, X22 3 pay. Hazırki təsisiçilər və onların nizamnamə kapitalındakı mayalarının miqd arı aşağıdakı kimi olmuşdur: X8 5%, X18 15%, X3 15%, X2 50 %, X22 15%. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. MTK cavabdehlər Cavabdeh və Azərbaycan Respublikasının İqtisadiyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə və daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, MTK-nın inşa etdiyi, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən mənzil üzərində Cavabdeh tərəfindən mülkiyyət hüquqlarının əldə edilməsi hərəkətlərinin qanunsuz hesab edilməsi, həmin mənzillə bağlı Cavabdeh ilə MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin, cavabdehin adına verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışının, MTK üzvlərinin ümumi yığıncağının 015 nömrəli xx.xx.2019 -cu il tarixli protokolundan çıxarışın, yəni həmin mənzil üzərində cavabdehin adına hüquq verən bütün sənədlərin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Yavər Əliyev küçəsində yerləşən 1 nömrəli evin, 56 nömrəli mənzilinə dair cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi, həmin mənzilin cavabdehin hesabına boşaldılması və MTK-ya təhvil verilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını və Cavabdeh MTK-nın təsisçisi və qanuni təmsilçisi olduğu müddətdə əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179, 308 və 313-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərə yol verildiyinə əsaslı şübhələr olduğu üçün onun barəsində xüsusi qərardad çıxarılmasını və araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsini xahiş etmişdir.

11. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, MTK-nın keçmiş sədri Cavabdeh MTK sədri vəzifəsində çalışdığı müddətdə MTK-ya məxsus mənzili saxta möhürdən və digər saxta sənədlərdən istifadə edərək, qeyri-qanuni yolla mənimsəyərək, Daşınmaz Dövlət Reyestrindən mənzilə çıxarış alaraq özəlləşdirmişdir. Qeyd etmək lazımdır ki, cavabdeh əmlakın özgəninkiləşdirilməsilə ilə bağlı saxta ümumi yığıncağın iclas protokolunu tərtib etsədə faktiki olaraq iclas çağrılmamışdır. Digər tərəfdən cavabdeh tərəfindən tərtib olu nmuş saxta maliyyə arayışı cavabdeh tərəfindən imzalanmış, mühasib və kassirin imzaları oxşadılaraq başqa şəxs tərəfindən imzalanmışdır. MTK-da aparılan daxili audit zamanı cavabdeh tərəfindən digər mənimsəmə və oğurluq faktlarıda müəyyən olunmuşdur. Bununla bağlı tərəflərindən Prokurorluq orqanına müraciət olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Mülki Məcəlləsinin 152, 157.2, 165, 178.8-ci maddələrinə, eləcə də, «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarına əsasən cavabdehin əməlində mənimsəmədən əlavə dələduzluq faktı da tam olaraq öz əksini tapmışdır. Cavabdeh tərəfindən məhkəmə iş materiallarına təqdim olunmuş – 2 ədəd müqavilənin və 2 ədəd maliyyə arayı şının müqayisəli tədqiqi onu sübut etmişdir ki, cavabdehin MTK-nın qanuni təmsilçisi olaraq, MTK-da işlədiyi dövr ərzində sənədləri saxtalaşdırmış və vəzifəsindən sui-istifadə edərək özünə maddi nemət əldə etməkdən ötrü, hazırda iddia predmetinin obyekti olan mənzil üzərində qanunsuz olaraq hüquq əldə etmişdir. Belə ki, Cavabdeh mənzil üzərində mülkiyyət hüququnun yaranmasını belə izah etmişdir ki, atası Eyvaz ilə MTK arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilə və xx.xx.2008-ci il tarixli 049 nömrəli maliyyə arayışı əsasında həmin mənzili atasından almış, MTK ilə xx.xx.2019-cu il tarixdə müqavilə imzalamışdır. Cavabdeh tərəfindən iş materiallarına təqdim olunmuş cavabdehin atası X14 ilə MTK arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilədən açıq-aşkar müəyyən olunmuşdur ki, h əmin müqavilə sonradan, məhz cavabdehin özü və ya atası tərəfindən tərtib olunmuşdur. Belə ki, həmin müqavilənin 1-ci səhifənin 1-ci abzasında və 3-cü səhifəsinin axırında Yaqubov K.Ə imzasının üstündə qeyd edilmiş Şəxsiyyət vəsiqəsinin (AZE № ********) xx.xx.2008-ci il tarixdə verildiyi göstərildiyindən, artıq şərhə ehtiyac qalmamışdır ki, həmin sənədin saxtalığını müəyyən edilsin. Həmin müqavilə cavabdehin qanunsuz əməlini həyata keçirməkdən ötrü və şəxsən onun təşəbbüsü ilə tərtib edilmişdir. Digər tərəfdən, X5 adına yazılmış maliyyə arayışında xx.xx.2020-cu il tarixdə tərtib edildiyini nəzərə alınsa tam sübut olunmuşdur ki, bu halda da ş/v-nin xx.xx.2008-ci il tarixdə verildiyi halda həmin maliyyə arayışının həmin tarixdə tərtib olunması açıq-aşkar saxta olmuşdur. Bundan başqa, həm qey d olunan müqavilədə, həm də maliyyə arayışında MTK-nın sədri Q.Ə.Yaqubovun imzası saxtalaşdırılmış, yəni həmin imza qeyd olunan şəxs tərəfindən deyil, yəqin ki, cavabdehin özü və ya qeyrisi tərəfindən icra olunmuşdur. Yuxarıda göstərilən hallar onu sübut etmişdir ki, MTK ilə X14 adından müqavilə imzalanmamış, göstərilən mənzilin həmin şəxsə satılması üçün MTK-nın iradə ifadəsi olmamışdır. Belə olan halda, cavabdehin MTK-ya qarşı bilə-bilə törətdiyi qanunsuz əməllərinin üzə çıxması onu sübut etmişdir ki, cavabdehin qarşılıqlı iddia tələbində göstərdiyi dəlilləri, yəni həmin mənzilin vaxtı ilə atası tərəfindən alınması halı mövcud olmamış və göstərilən dəlil açıq-aşkar yalandır. Həmin əqd mövcud olmadığı üçün, yəni hazırda cavabdeh tərəfindən təqdim olunmuş həmin saxtalaşdırılmış əqd əhəmiyy ətsiz olmaqla, heç bir hüquqi nəticə yarada bilməz və həmin müqavilə özü-özlüyündə etibarsız əqddir. Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərdiyi həmin mənzili atasından almışdır və MTK ilə xx.xx.2019-cu il tarixdə müqavilə imzalamışdır dəlilinin də yalnız formal mülahizə olduğu müəyyən olunmuşdur. Cavabdehin və ya onun atasının MTK-ya ödədiyi vəsait saxtalaşdırılmış maliyyə arayışları ilə deyil, yalnız və yalnız MTK-nın mədaxil kassa orderi ilə sübuta yetirmək olardı ki, həmin sənəd də ümumiyyətlə mövcud olmamışdır. Həmin sənəd mövcud olsa da, yəqin ki cavabdeh tərəfindən məhkəmə iş materiallarına təqdim olunardı. MTK üzvlərinin ümumi yığıncağının 015 No-li xx.xx.2019-cu il tarixli Protokolundan çıxarışın da cavabdehin özü tərəfindən tərtib olunması faktdır. Belə ki, həmin sənəddə koop erativ üzvlərinin güya 74 nəfərinin iştirak etdiyi cavabdehi MTK-ya üzv kimi qəbul edilməsi; həmin mənzilin mülkiyyətə verilməsi və s. göstərilmişdir. Həmin protokol cavabdehin özü tərəfindən imzalanmış və həqiqəti əks etdirməmişdir. Ümumiyyətlə, cavabdeh həmin dövrdə təsisçi və MTK-nın qanuni təmsilçisi olaraq, onun yenidən MTK-ya üzv kimi qəbul edilməsi heç bir məntiqlə uzlaşmır. Hesab edir ki, iddia olunan tələblərinin əsası kimi istinad edilən hallar ərizədə tam sübut olunmuş və qarşılıqlı iddia tələbinin isə tam əsassız olması öz təsdiqini tapmışdır. Bundan başqa, cavabdehin MTK-ya qarşı bilə-bilə etdiyi qanunsuz hərəkətlərində cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərin olması istisna edilmədiyi üçün onun barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Belə ki, cavabdeh xid məti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib MTK-nın qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgənin külli miqdarda əmlakını vahid qəsdlə mənimsəmə və israf etmə yolu ilə talamış və tamah niyyəti ilə rəsmi sənədlərə bilə- bilə yalan məlumatların və saxta imzaların daxil edilməsi ilə vəzifə saxtakarlığı törətmişdir. Cavabdeh tərəfindən iddia ərizəsində göstərilən normativ hüquqi aktların müvafiq müddəaları bilə-bilə pozulduğundan və həmin hərəkətlərə qərəzli və davamedici qaydada yol verildiyi üçün, deməli cavabdehin hərəkət lərində həmin maddələrə uyğun cinayət tərkibinin yaranması istisna edilmədiyinə görə onun barəsində xüsusi qərardadın çıxarılmasına əsas yaranmışdır.

12. Cavabdeh MTK-ya qarşı «əsassız varlanma qaydasında pul tələbinə» dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MTK-nın ona qarşı mənzilin boşaldılması və MTK-ya təhvil verilməsi barədə ilkin iddia ərizəsinin təmin edilməməsini, qarşılıqlı iddia üzrə cavabdeh MTK-dan 16008 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir.

13. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddiaçı ilk iddianı qəbul etməyərək bildirmişdir ki, o, MTK-nın qanuni üzvü və sədri olmuş, bir payçı kimi payına uyğun mənzili alan zaman heç bir saxtakarlığa yol verməmiş, heç bir sənədi və ya möhüru saxtalaşdırmamışdır. Mübahisəli mənzili onun atası X14 17 yanvar 2006-cı ildə 178,97 kv.m ümumi sahə adı ilə Kooperativin üzvü, yəni payçı kimi almış, mənzilin tam dəyərini 2008-ci ildə ödəyib qurtarmışdır. 2019-cu ildə isə atası həmin mənzili ona satmış, o da mənzilin dəyərini 48 789,6 manat olmaqla ödəmişdir. O həmin mənzili alan zaman isə mənzilin sahəsi 168,24 kv.m göstərilmiş, həmin mənzili 31 avqust 2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ ilə Dövlət Reyestrində qeydə aldıran zaman isə mənzilin ümumi sahəsinin cəmi 154,9 kv.m olmasını bilmişdir. Ona görə də o iddiaçı MTK-nın iddia tələbinə qarşı qarşılıqlı iddia ərizəsi verərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1ci Yavər Əliyev küçəsi, 1 nömrəli evin 56 nömrəli mənzilinə görə ondan artıq alınmış 13,34 kv.m sahənin indiki bazar qiyməti ilə dəyərinin MTK-dan alınaraq ona qaytarılmasını tələb etmişdir. MTK ilə bağlanmış müqaviləyə əsasən MTK X7 35794 manat ödəmək şərti ilə 178,97 kv.m ümumi sahəsi olan 3 otaqlı mənzili 30 dekabr 2009-cu il tarixdə təhvil verməyi öhdəsinə götürmüş, həmin tarixə qədər X14 müqavilə üzrə nəzərdə tutulan 35794 manat məbləğində pul vəsaitini ödəmiş, cavabdeh isə X7 178,98 kv.m ümumi sahəsi olan 3 otaqlı mənzil təhvil vermək əvəzinə ona ümumi sahəsi 154,9 kv.m olan mənzil təhvil vermişdir. Yəni həmin tarixdən X5 ona təhvil verilməyən 24 kv.m sahənin ödənilmiş dəyərinin əsassız varlanma qaydasında geri tələb etmək hüququ yaranmışdır. 2019-cu il tarixdə isə atası X14 həmin mənzilə çəkdiyi xərcin dəyərində mənzili ona satmaq istədiyini bildirmiş, bundan sonra o atasına həmin mənzil üçün 48789,6 man at ödəyərək mənzili almışdır. Lakin bu alqı-satqı atasının mənzilin dəyərini alaraq, Koopertivin üzvlüyündən çıxma və onun da mənzilin dəyərini ödəyərək Kooperativin üzvlüyünə daxil olmağı yolu ilə həll edilmişdir. Yəni, onunla MTK arasında 7 may 2019-cu il tarixli 097 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən o Kooperativin üzvü kimi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Yavər Əliyev küçəsi, ev 1-də yerləşən ümumi sahəsi 168,24 kv.m olan mənzili 48789,6 manat ödəməklə almışdır. X25 həmin mənzili aldıqdan sonra mənzili o öz vəsaiti hesabına təmir etdirmiş, mənzili təmir etdirdikdən sonra həmin mənzildə yaşamış, ona görə də atası həmin mənzilə olan hüquqlarını ona 48789,6 manata müqabilində güzəşt etmişdir. Əslində isə həmin mənzili, yəni həmin ərazidə yerləşən mən zillərin kv.m dəyəri 1200 manat təşkil etmişdir. O özündən əvvəlki payçının hüquqlarını aldığına görə həmin sahəyə olan tələb hüququ da ona keçmişdir. Bu üzdən ona onlara təhvil verilməyən 13,34 kv.m sahənin pulunun geri tələb etmək hüququ yaranmışdır. Həmin ərazidə yerləşən mənzillərin bir kv.m dəyərinin 1200 manat olmasını nəzərə alaraq, onun qarşılıqlı iddia üzrə cavabdehdən əsassız varlanma qaydasında 16008 manat pul tələb etmək hüququ vardır.

14. Məhkəmə sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı MTK-nın Cavabdeh adına çıxarış verilməsinə əsas olan sənədlərdən İddiaçı MTK-nın Cavabdeh özünün imzaladığı 080 saylı xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən onun Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 1 ünvanda İddiaçı MTK inşa etdiyi 1 nömrəli 15 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 168,24 kv.m olan 56 nömrəli mənzilin tam dəyərini 097 nömrəli müqaviləyə əsasən tam ödəmiş və kooperativə heç bir borcu olmamışdır.

15. Məhkəmə sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı MTK-nın Cavabdeh adına çıxarış verilməsinə əsas olan sənədlərdən İddiaçı MTK-nın üzvlərinin ümumi iclasının 015 №li protokolundan çıxarışa əsasən xx.xx.2019-cu il tarixdə keçirilən iclasda 136 nəfər kooperativ üzvündən 74 nəfər iştirak etmiş, iclasın sədri MTK-nın sədri Cavabdeh, katibəsi T.Q.Yaqubova, gündəlikdə olan məsələrə MTK üzv lüyünə qəbul haqda və pay haqqı tam ödəmiş kooperativ üzvlərinə mənzilləri özəlləşdirib, mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən Çıxarış alınması haqqında olmuşdur. İclasın sədri Cavabdeh iclasa məlumat verərək, vətəndaş Cavabdeh (özü) MTK-ya ərizə ilə müraciət edərək onun kooperativə üzv qəbul edilməsini xahiş etmişdir. İclasda qərara alınmışdır ki, vətəndaş Cavabdeh MTK-ya üzv qəbul edilsin və ünvan 2 ünvanda İddiaçı MTK inşa etdiyi 1 nömrəli 15 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 168,24 kv.m olan 56 nömrəli mənzili onun mülkiyyətinə verilsin. Cavabdeh protokoldan çıxarışı həm iclasın sədri kimi, həm də bu çıxarışı təsdiq edən MTK-nın sədri kimi imza etmişdir.

16. Məhkəmənin şifahi sorğusu əsasında əldə olunmuş MTK tərəfindən verilmiş 001Q nömrəli 4 noyabr 2020-ci il tarixli məktuba əsasən MTK ilə X14, eləcə də Cavabdeh arasında mənzilin alqı-satqısına dair faktiki olaraq hər hansı bir müqavilə bağlanmamış və həmin şəxslər tərəfindən MTK-nın kassasına nağd və ya hesablaşma hesabı ilə hər hansı bir pul vəsaiti ödənilməmişdir.

17. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş X15 ifadəsində göstərmişdir ki, o sözügedən binanın sakinidir. Cavabdeh da həmin binada yaşayır. Ümumi yığıncaq olmuş, o da orada iştirak etmişdir. Ümumi yığıncaqda təqribi 15-20 nəfər iştirak edib.

18. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Rusiya Federasiyasının vətəndaşı Quseynov Ruslan ifadəsində göstərmişdir ki, o, binanın sakinidir. 2018-ci ilin yay ayında çağırdılar ki, evi satırlar. Həmin vaxt o da iştirak edərək qol çəkmişdir. Ümumi yığıncağın iclasında cəmi 20-30 nəfər adam olmuş, onlardan 10-15 nəfəri tanıdığı adamlar olmuşdur.

19. MTK ərizə ilə müraciət edərək, iddia tələbinin xüsusi qərardad çıxarılması hissəsində baxılmamış saxlanılmasını xahiş etmişdir.

20. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 5 noyabr 2020-ci il tarixli qərardadı ilə ilk iddia ərizəsinin xüsusi qərardadın çıxarılması hissəsində baxılmamış saxlanılması qərara alınmışdır.

21. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-3034/2020 nömrəli iş üzrə 5 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.

22. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhk əmə baxışı zamanı Cavabdeh X25 tərəfindən mənzilin tam dəyərini 2008-ci ildə ödəyib qurtarandan sonra 2019-cu ildə həmin mənzili ona satmasını göstərsə də, bu faktı təsdiq edən hər hansı sübut növünü məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə baxışı zamanı ilk iddia üzrə Cavabdeh X25 ilə bağlanmış 17 yanvar 2006-cı il tarixli 097 nömrəli müqavilənin qanuni olmasını israrla bildirsə də, 2006-ci ildə bağlanması qeyd edilən müqavilədə, eləcə də, MTK-nın 2008-ci ildə sədri olmuş Q.Ə.Yaqubovun imzaladığı görünən X5 adına verilmiş xx.xx.2008-ci il tarixli 049 nömrəli arayışda sonuncunun adına olan Suraxanı RPİ tərəfindən xx.xx.2008-ci il tarixdə verilən seriya AZE 06822048 №li şəxsiyyət vəsiqəsinin əks etdirilməsinin səbəblərini izah edə bilməmişdir.

23. Məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə iddia predmeti olmayaraq qanuniliyi mübahisələndirilməyən X5 adına olan sözügedən müqavilə və arayışın məhz xx.xx.2006 və xx.xx.2008-ci il tarixlərdə tərtib edilməməsi açıq-aydın aşkar olmuşdur. Bu hal ən azından həmin sənədlərdə X7 hələ Suraxanı RPİ tərəfindən xx.xx.2008-ci il tarixdə veriləcək seriya AZE 06822048 №li şəxsiyyət vəsiqəsinə istinad edilməsində öz təsdiqini tapmışdır. Belə ki, 2006-cı il tarixli müqavilədə 2008-ci il tarixli şəxsiyyət vəsiqəsinin məlumatlarının daxil olması mümkün deyildir.

24. Məhkəmə qeyd etmişdir ki, ilk iddia üzrə cavabdeh tərəf X5 mübahisələndirilən mənzilə görə MTK-nın hesabına iki il ərzində pul ödəməsini təsdiq edən mədaxil qəbzlərini də təqdim edə bilmədiyindən, onun atasının bu mənzilə görə MTK-ya 35794,00 manat ödəməməsinə dair ilk iddiaçı tərəfin dəlillərini məhkəmə inandırıcı hesab etmişdir.

25. Məhkəmə hazırki iş üzrə iddia predmeti olmamaqla qanuniliyi mübahisələndirilməməsinə baxmayaraq ilk iddia üzrə cavabdehin atası X5 adına olan xx.xx.2006 və xx.xx.2008-ci il tarixlərdə tərtib edilməsi sözügedən müqavilə və arayışı əhəmiyyətsiz əqdlər (sənəd) kimi qiymətləndirmiş və həmçinin də hesab etmişdir ki, həmin əqd özü-özlüyündə etibarsız olduğundan heç bir hüquqi nəticə də yarada bilməzdi.

26. Məhkəmənin qənaətinə görə müəyyən edilmiş bu hallar, qanuna uyğun surətdə tərtib edilməməsi aşkar surətdə görünən sənədlərdən məhz Cavabdeh MTK-da rəhbər vəzifəli məsul şəxs olaraq (sədr) işlədiyi dövrdə istifadə etməklə, mübahisəli mənzili qanunsuz yolla öz adına rəsmiləşdirməyə nail olmasına dair ilk iddiaçının irəli sürdüyü dəlillə rinin əsaslı olmasına tam dəlalət etmişdir.

27. Məhkəmə Cavabdeh öz-özü ilə bağladığı 7 may 2019-cu il tarixli 097 nömrəli müqavilənin qanuniliyinə qiymət verərək hesab etmişdir ki, sözügedən müqavilənin məzmunundan görünmüşdür ki, bu müqavilə əvvəlki, yəni, atası ilə 2006-cı ildə bağlanmış müqavilənin mətni üzərində işlənmiş, bəzi bəndləri ixtisar edilmiş müqavilədir. Məsələn hər iki müqavilənin 4.1-ci bəndində layihə üzrə göstərilən ərazidə yeni yaşayış binasının tikintisinin xx.xx.2006-cı ildə başlanması və xx.xx.2009-cu il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. Halbuki, tərəflərin özlərinin izahatları ilə müəyyən edilmişdir ki, 7 may 2019-cu il tarixdə mübahisəli mənzilin yerləşdiyi bina artıq inşa edilmişdir. Daha sonra, Eyvaz Yaqubovla bağlanmış müqavilədə 5.2-ci bəndi qeyd e dilsə də, Cavabdeh ilə bağlanmış müqavilədə bu bənd qeyd edilməmişdir. Halbuki, Eyvaz Yaqubovun müqaviləsindən fərqli olaraq Cavabdeh müqaviləsində 48789,60 manat pulun hansı müddətə ödənilməsi qeyd edilməmiş, başqa sözlə, müqavilənin məzmununa görə həmin məbləğ guya dərhal ödənilməlidir. Lakin, Cavabdeh öz adına tərtib etdiyi arayışında bu məbləği guya MTK-ya xx.xx.2019-cu il tarixdə tam ödəməsini göstərmişdir.

28. Digər tərəfdən məhkəmə mübahisəli mənzili atasının 2006-cı ildə 35794,60 manata aldığı halda mənzili oz doğma oğluna 2019-cu ildə artan qiymətlə, yəni, 48789,60 manata satması, sonuncunun da mənzilin dəyərini 48 789,6 manat olmaqla atasına ödəməsinə dair ilk iddia cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi hallarını inandırıcı saymaraq bu izahatlara tənqidi yanaşmı ş və hesab etmişdir ki, ilk iddia üzrə cavabdeh bu məzmunlu izahatları ilə qeyri-səmimilik nümayiş etdirmişdir.

29. Məhkəmənin qənaətinə görə əgər həqiqətən də mübahisəli mənzil ilk iddia üzrə iddiaçı və onun atası tərəfindən əldə edilməsi, sonradan ata və oğlu arasında bu mənzillə bağlı alqı-satqı münasibətləri mövcud olmuşsa, bu faktları təsdiq edən mötəbər və tutarlı sübutlar təqdim edilməli idi. Belə sübutlar olmadığından məhkəməyə bu göstərilən halların (müqavilələr, arayışlar) formallığı və sözügedən mənzilin Cavabdeh tərəfindən məhz bu yollarla əldə edilməsinə dair ilk iddiaçı tərəfin irəli sürdükləri dəlillərinin daha inandırıcı olması qənaətinə gəlməsinə kifayət qədər əsas verir.

30. Məhkəmə həmçinin ilk iddiaçı tərəfin MTK üzvlərinin ümumi yığıncağının 015 №li xx.xx.2019-cu il ta rixli Protokolundan çıxarışın da cavabdehin özü tərəfindən tərtib olunmasına dair ilk iddiaçı tərəfin dəlillərini işin araşdırılmış halları baxımından qiymət verərək əsaslı saymışdır. Belə ki, bu halın doğruluğu həm protokolun məzmunu, həm də ilk iddiaçı tərəfin təşəbbüsü ilə dindirilmiş şahidlərin ifadələrinin məzmunununun bəzi hissələri ilə təsdiqlənmişdir. MTK üzvlərinin ümumi yığıncağının 015 №-li xx.xx.2019-cu il tarixli Protokolundan çıxarışında 136 nəfər kooperativ üzvlərindən 74 nəfərinin iştirak etməsini iş üzrə şahidlər ifadələrində təsdiq etməmişlər. Həmçinin də onların ifadələrinə görə guya keçirilən iclasın ofisdə kiçik bir otaqda olmaqla ora birdən-birə 134 nəfəri yığmaq olmazdı. X17 ifadəsində iclasda 15-20 nəfərin, digər şahid Ruslan Quseynov isə 25-30 nəfərin iştirakını göstərmələri faktı da onu təsdiq etmişdir ki, keçirilməsi güman edilən iclasda 74 nəfər MTK üzvü iştirak etməmiş və edə də bilməzdi. Belə ki, məhkəmənin qənaətinə görə bu iclas keçirilməmiş və formal çıxarış tərtib edilmişdir. Cavabdeh iddiaya olan etirazının əsaslarına diqqət yetirildikdə o, guya mübahisəli mənzili 2019-cu ilin may ayında əldə etmiş və xx.xx.2019-cu ildə artıq onun dəyərini tam ödəmişdir. Belə olan halda müqavilə bağlandıqdan sonra onun kooperativ üzvlüyünə qəbul məsələsinin xx.xx.2019-cu il tarixdə iclas çağırılaraq müzakirə olunması özü-özlüyündə ziddiyyətlidir. Məhkəmə şahid ifadələrinin ziddiyyətli olmasını qeyd etməklə bu ifadələrin ilk iddiaçının maraq və mənafeyi üçün verilən ifadələr kimi qiymətləndirmişdir. Şahidlərin verdiyi məlumatlar şübhədənkənar, faktla bağl ı halları təsdiq edən obyektiv məlumatlar olmadığı üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməmişdir. Belə ki, şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanmışdır. Şahidlər iclasla bağlı bildiklərini aydın və müfəssəl təsvir etməmiş, hər birinin verdiyi ifadələr bir-biri ilə uzlaşmamış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilməmişdir. Göstərilən hallar şahid ifadələrinin mötəbər olmamasına dəlalət etmişdir.

31. Məhkəmə qeyd etmişdir ki, məhkəmə baxışı zamanı Cavabdeh Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 1 ünvanda MTK inşa etdiyi 1 saylı yüksəkmərtəbəli yaşayış binasının 9 mərtəbəsində yerləşən, sahəsi 168,24 kv.m olan 56 saylı mənzilin tam dəyərini və kommunalını 097 nömrəli müqaviləyə xx.xx.2019-cu il tarixində tam ödəməsinə dair özünün adına verdiyi xx.xx.2019-cu il tarixli 194 nömrəli arayışın olduğu halda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə demək olar ki, eyni məzmunlu xx.xx.2019-cu il tarixli 080 nömrəli maliyyə arayışının verilməsinin səbəblərini tam izah edə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, əgər mənzil alınması ilə əlaqədar payçı tərəfindən mənzilin dəyəri tam ödənildikdən sonra bu barədə yalnız bir dəfə ciddi maliyyə sənədi hesab edilən maliyyə arayışı verilə bilər. İkinci dəfə maliyyə arayışının verilməsi üçün ciddi əsaslar olmalıdır. Məhkəmə eyni mənzilə cavabdeh tərəfindən öz adına müxtəlif tarixlərdə maliyyə arayışlarının verməsinə də qiymət verərək bu qənaətə gəlmişdir ki, Cavabdeh MTK sədri vəzifəsində işlədiyi dövrdə sənədlərin və arayışların nömrə ilə sıralanması qaydas ına riayət edilməmişdir. Bu hal da ona istənilən nömrə altında öz mənafeyinə uyğun məzmunda arayış yazması üçün bir növ şərait yaratmışdır. Bunun nəticəsidir ki, xx.xx.2019-cu il tarixdə verilən maliyyə arayışının sıralanma nömrəsi 194 olduğu halda xx.xx.2019-cu il tarixli arayışın sıralanma nömrəsi 080 nömrəli olması göstərilmişdir. Həmçinin, məhkəmə MTK üzvlərinin ümumi yığıncağının 015 №-li xx.xx.2019-cu il tarixli Protokolundan çıxarışında cavabdehin guya keçirilən iclasda özünün sədrlik etməklə özünün də əldə etdiyi mənzilin onun tam mülkiyyətinə verilməsinə dair göstərilənlərin formal olaraq, bu sənədlərin yalnız mübahisəli mənzilin özəlləşdirilməsi məqsədi ilə tərtib olunmasına dair də ilk iddiaçının dəlilləri ilə razılaşmışdır.

32. Məhkəmə qarşılıqlı iddia üzrə irəli sürülən tələbl ərin əsası kimi istinad edilən hallarla bağlı qeyd etməyi zəruri saymışdır ki, iddiaçının özünün göstərdiyi kimi X25 mübahisəli mənzili aldıqdan sonra mənzili o öz vəsaiti hesabına təmir etdirməsini mənzili təmir etdirdikdən sonra həmin mənzildə yaşasa da, özü 2014-2019-cu illər ərzində MTKnın sədri vəzifəsində işlədiyi dövrdə atası X14 guya ona təhvil verilməyən 24 kv.m sahənin ödənilmiş dəyərinin əsassız varlanma qaydasında MTK-dan geri tələb etmək hüququndan istifadə etməməsinin səbəbini məhkəmədə izah edə bilməmiş, bunu mənzili xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydə aldıran zaman mənzilin həqiqi ərazisinin 168,24 kv.m deyil, 154,9 kv.m olmasını bilməsi, mənzilin ilkin müqaviləsinə əsasən isə ümumi sahəsinin 178,97 kv.m təşkil etməli olması, özündən əvvəlki payçının hüquql arını aldığına görə həmin sahəyə olan tələb hüququnun da ona keçməsi, bu üzdən də ona onlara təhvil verilməyən 13,34 kv.m sahənin pulunun geri tələb etmək hüququ yaranması isə əsaslandırmağa çalışmışdır. Lakin məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddiaçı özü ilə bağladığı xx.xx.2019-cu il tarixli müqavilədə isə guya atasından aldığı mənzilin sahəsinin artıq 178,97 kv.m deyil, 168,24 kv.m olmasını özünün qeyd etməsinə diqqət yetirməmiş və bu halı da qarşılıqlı tələbində göstərməmişdir.

33. Məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə cavabdehin hərəkətlərində əsassız varlanma ilə bağlı hər hansı bir hal müəyyən edilməmişdir. Məhkəmə xüsusilə qeyd etməyi zəruri saymışdır ki, əgər qarşılıqlı iddia üzrə cavabdehin hərəktlərində əsassız varlanma ilə bağlı hallar müəyyən edilmiş olsa idi b elə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

34. Qarşılıqlı iddiaçı özündən əvvəlki payçının hüquqlarını aldığına görə həmin sahəyə olan tələb hüququ da ona keçməsinə istinad etsə də, məhkəm qeyd etmişdir ki, əvvəlki payçı kimi göstərilən Eyvaz Yaqubovun guya 2006-cı ildə əldə etdiyi mənzilin sahəsindəki fərq ilə bağlı MTK-ya hər hansı formada iradı, şikayəti və iddiası olması öz təsdiqini tapmamış, onun MTK ilə bağlı hər hansı bir tələbinin oğluna güzəşt edilməsi barədə ərizəsi olmamış, eləcə də, qarşılıqlı iddiaçının özü–özü ilə bağl adığı xx.xx.2019-cu il tarixli müqavilədə hər hansı tələb hüququnun güzəşt edilməsi ilə bağlı heç bir qeyd yoxdur.

35. Məhkəmə qarşılıqlı iddianın ilk iddia veriləndən sonra verilməsi halının mühüm və diqqətəlayiq məqam olmasını qeyd etməklə yanaşı həmçinin hesab etmişdir ki, qarşılıqlı iddia tələbində göstərilənlər vaxtilə həmin MTK-da uzun müddət sədr vəzifəsində işləmiş, hazırda isə MTK-nın yeni rəhbərliyi ilə mübahisəli münasibətdə olan Cavabdeh subyektiv mülahizələri kimi qiymətləndirilməlidir.

36. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5, 337.1-337.3, 340, 404.1, 404.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

37. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin rə dd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

38. Cavabdeh vəsatəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2021ci il tarixli qərardadı ilə kompleks məhkəmə-xəttşünaslıq və sənədlərin texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 5/1172-4/1498 nömrəli 18 noyabr 2021-ci il tarixli ekspert rəyi ilə sənədlərin texniki ekspertizası üzrə:

1. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 136-139-cu vərəqlərində olan 20 yanvar 2008-ci il tarixli 049 nömrəli arayışda və 17 yanvar 2006-cı il tarixli 097 nömrəli müqavilədə, 140-143-cü vərəqlərdəki 17 yanvar 2006-cı il tarixli 007 nömrəli arayışda və 17 yanvar 2006-cı il tarixli 097 nömrəli müqavilədə olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur.

2. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 136-139-cu vərəqələrində olan 20 yanvar 2008-ci il tarixli 049 nömrəli arayışda və 17 yanvar 2006-cı il tarixli 097 nömrəli müqavilədə olan möhür əksləri ekspertizaya təqdim edilmiş MTK-nın möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etməmişdir.

3. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 140-143-cü vərəqlərdəki 17 yanvar 2006-cı il tarixli 007 nömrəli arayışda və 17 yanvar 2006-cı il tarixli 097 nömrəli müqavilədə olan möhür əksləri ekspertizaya təqdim edilmiş MTK-nın möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmişdir.

4. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 136-139-cu vərəqlərində olan 20 yanvar 2008-ci il tarixli 049 nömrəli arayışda və 17 yanvar 2006-cı il tarixli 09 7 nömrəli müqavilənin çap mətnləri və mülki işin materiallarının 140-143-cü vərəqlərdəki 17 yanvar 2006-cı il tarixli 007 nömrəli arayışının və 17 yanvar 2006-cı il tarixli 097 nömrəli müqavilənin çap mətnləri fərqli printerlərdə çap edilmişdir.

5. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 136-139-cu vərəqlərində olan 20 yanvar 2008-ci il tarixli 049 nömrəli arayışda və 17 yanvar 2006-cı il tarixli 097 nömrəli müqavilənin çap mətnlərinin və mülki işin materiallarının 140-143-cü vərəqlərdəki 17 yanvar 2006-cı il tarixli 007 nömrəli arayışının və 17 yanvar 2006-cı il tarixli 097 nömrəli müqavilənin çap mətnlərinin şriftləri eynilik təşkil etmişdir. Məhkəmə-xəttşünaslıq ekspertizası üzrə:

1. Ekspertizaya təqdim olunmuş, X14 və MTK-nın adlarından olan 17 yanvar 2006-cı il tarixli 0 97 nömrəli müqavilənin (i.v. 137-139) 1-3-cü vərəqələrində X4 adından olan imzalar, X5 mənzilin dəyərini ödəməsi barədə xx.xx.2008-ci il tarixli 049 nömrəli arayışda (i.v. 136) “Q.Ə.Yaqubov” yazılarının qarşısındakı imza – X9 tərəfindən icra olunmuşdur.

2. Ekspertizaya təqdim olunmuş, X14 və MTK-nın adlarından olan 17 yanvar 2006-cı il tarixli, 097 nömrəli müqavilənin (i.v 141-143) 1-3-cü vərəqələrində X4 adından olan imzalar, Cavabdeh mənzilin dəyərini ödəməsi barədə xx.xx.2006-cı il tarixli 007 nömrəli arayışda (i.v. 140) “Q.Ə.Yaqubov” yazılarının qarşısındakı imza – X9 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

39. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-175/2022 nömrəli mülki iş üzrə 11 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Xəyal Sarıyev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

40. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə tədqiq edilmiş sübutlarla mübahisəli mənzilə dair X5 adına olan 17 yanvar 2006-cı il tarixli, 097 nömrəli müqavilənin və xx.xx.2008-ci il tarixli, 049 nömrəli arayışın, həmçinin Cavabdeh adına olan 7 may 2019-cu il tarixli, 097 nömrəli müqavilənin və xx.xx.2019-cu il tarixli, 194 nömrəli arayışın əhəmiyyətsiz olması təsdiq edilmişdir.

41. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsində işə ba xılan zaman ilk iddia üzrə Cavabdeh X25 tərəfindən mübahisəli mənzilin tam dəyərini 2008-ci ildə ödəyib qurtarandan sonra 2019-cu ildə həmin mənzili ona satmasını göstərsə də, bu faktı təsdiq edən hər hansı sübut növünü məhkəməyə təqdim etməmiş, apellyasiya baxışı zamanı isə fəqrli izahat verərək, mənzilin atası tərəfindən ona satılmamasını, bağışlanmasını bildirmişdir.

42. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5, 337.1-337.3, 340, 404.1, 404.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 aprel 2021-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassas iya şikayətinin dəlilləri

43. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

44. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh 21 yanvar 2014-cü il tarixdən MTK-nin payçısı və qanuni təmsilçisi olmuş, onun həmin MTK-nın nizamnamə kapitalındakı mayasının miqdarı 1 pay olmuşdur. Apellyasiya şikayətində nizamnamə kapitalının miqdarını, həmin miqdarın Cavabdeh payına düşən hissəsini, həmin paya uyğun onun mənzil əldə etmək hüququnun olub-olmamasının araşdırılmalı olmasını göstərsək də, məhkəmə işin bu halını araşdırmamışdır. Halbuki, qarşılıqlı iddia üzrə iddiaçının mənzil-tikinti kooperativində üzvlü yü etibarsız hesab edilməyincə onun adına mənzilə dair verilmiş sənədlər etibarsız hesab edilə bilməzdi. Qanunvericiliyin tələbinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. İşin hallarından da görünmüşdür ki, Cavabdeh MTK-nın nizamnamə kapitalında 1 paya sahib olmuşdur. Onun pay haqqının miqdarına müvafiq olaraq mənzil əldə etmək hüququ olmuşdur. Yəni pay haqqının əvəzi olaraq mənzil əldə etməsi üçün MTK ilə Cavabdeh arasında müqavilə bağlanmalı olması qanunvericiliyin imperativ tələbi deyildir, bağlanmış müqavilə isə MTK ilə kooperativ üzvünün arasında olan münasibətlərin tənzimlənməsi üçün imzalanmışdır, həmin müqavilənin əsasında kooperativə üzvlük durduğuna görə, müqavilə etibarsız hesab edilə bilməzdi. Belə olduq da isə apellyasiya instansiyası məhkəməsi qeyd edilən mənzilə dair bağlanmış müqavilənin etibarsızlıq məsələsinə və mənzilin Cavabdeh alınması məsələsinə baxan zaman Mənzil Məcəlləsinin 8.0.5, 110.1, 112.1, 112.2, 113.1, 113.2, 113.3, 117.1, 117.2, Mülki Məcəllənin 110.1, 110.2 və 112.1-ci maddələrini tətbiq etməli, həmin normaların tələbini nəzərə alaraq işə baxmalı idi. Beləliklə də Cavabdeh Qaraxan MTK-nın nizamnamə kapitalında 1 paya sahib olması və onun həmin payın dəyəri müqabilində mənzil əldə etmək hüququnun olması, artıq onun qeyd edilən mənzili qanuni yolla əldə etməsinin təsdiqi olmuşdur. Həmin sənədləşmənin düzgün aparılmaması və ya sənədləşmədə texniki səhvlərə yol verilməsi, kooperativ üzvünün mülkiyyətindən məhrum edilməsinə səbəb ola bilməz.

45. Kassator qeyd etmişdir ki, m əhkəmə Eyvaz Yaqubovla MTK arasında bağlanmış 17 yanvar 2006-cı il tarixli 097 nömrəli müqavilədə Eyvaz Yaqubova məxsus 2008-ci ildə verilmiş şəxsiyyət vəsiqəsinin məlumatların göstərilməsini əsas götürərək həmin müqaviləni əhəmiyyətsiz hesab etmişsə də, Cavabdehla MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin əhəmiyyətsiz hesab edilməsi üçün konkret əsas göstərməmişdir. Cavabdeh adına verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışını isə həmin arayışda göstərilən məbləğin MTK-nın hesabına mədaxil edilməməsi əsası ilə əhəmiyyətsiz hesab etmişdir. Bununla əlaqədar kassator qeyd etmişdir ki, həmin maliyyə arayışında göstərilən məbləğin həqiqətən də MTK-nın hesabına keçirilməməsi qeyd edilən maliyyə arayışının əhəmiyyətsiz hesab edilməsi üçün əsas ola bilməzdi. Çünki, Cavabdeh həmin mənzili atasından aldığı üçün pulu MTK-nın hesabına mədaxil etməmişdir. Maliyyə arayışında qeyd edilən mənzilin dəyərinin ödənilməsinin göstərilməsi həmin mənzilin xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydə alınması üçün zəruri olduğuna görə, maliyyə arayışında mənzilin dəyəri göstərilməklə ödənilməsi qeyd edilmişdir.

46. Kassator qətnaməni əsassız hesab edərək qeyd etmişdir ki, ilkin iddia üzrə iddiaçı öz iddia tələbində Cavabdeh adına hüquq verən bütün sənədlərin etibarsız hesab edilməsini tələb etsə də, tələbini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, məhkəmə də heç bir mötəbər sənədə istinad etmədən, yalnız sənədlərdə göstərilən texniki səhflərə və ehtimallara əsaslanmaqla onun iddiasını təmin etmişdir. Belə ki, ilkin iddia üzrə iddiaçı mübahisəli mə nzillə bağlı Cavabdehla MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin, Cavabdeh adına verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışının və MTK üzvlərinin ümumi yığıncağının 015 N-li xx.xx.2019-cu il tarixli Protokolundan Çıxarışın etibarsız hesab edilməsi üçün əsas ola biləcək mötəbər sübutları məhkəməyə təqdim etməli idi. İlkin iddia üzrə iddiaçının yeganə sübutu isə X14 ilə bağlanmış 2006-ci il tarixli müqavilədə onun 2008-ci ildə verilmiş şəxsiyyət vəsiqəsinin nömrəsinin göstərilməsi, Ümumi yığıncağın protokolunda Cavabdeh kooperativə üzv qəbul edilməsinin göstərilməsi olmuşdur. Onun mübahisələndiridiyi sənədlərdə olan imzaların isə həqiqətən də MTK-nın sədri tərəfindən imzalanması ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Sadəcə həmin dövrdə vurulan möhürün hal-hazırda ekspertizaya təqdim edilmiş möhürlə eynilik təşkil etməməsi təbii olmuşdur, çünki, bu dövr ərzində MTK-nin möhürü xarab olduğuna görə dəyişdirilmişdir. İlkin iddiaçı da eksperimental nümunə üçün əvvəlki möhürü deyil, yeni möhürü ekspertə təqdim etmişdir. Əgər məhkəmə işin obyektiv halını araşdırmaq istəyirdisə, bu zaman həmin dövrdə tərtib edilmiş sənədlərdə olan möhürü eksperimental nümunə kimi istifadə etməli idi. Artıq ilkin iddia üzrə mübahisələndirilən müqavilə və arayışın həmin zamanlar MTK-nın sədri tərəfindən imzalanması öz təsdiqini tapmışdır.

47. Məhkəmənin “məhkəmə baxışı zamanı Cavabdeh X25 tərəfindən mənzilin tam dəyərini 2008-ci ildə ödəyib qurtarandan sonra 2019-cu ildə həmin mənzili ona satmasını göstərsə də, bu faktı təsdiq edən hər hansı sübut növünü məhkəməyə təqdim etmə mişdir” əsası ilə əlaqədar kassator qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı öz qarşılıqlı iddia ərizəsində də və məhkəmədə verdiyi izahatında da göstərmişdir ki, alqı-satqı atasının mənzilin dəyərini alaraq, Koopertivin üzvlüyündən çıxma və Cavabdeh da Kooperativin üzvü kimi mənzilin dəyərini ödəyərək mənzili almağı yolu ilə bağlanmışdır. Yəni bu halda Kooperativin kassasına 2019-cu ildə faktiki olaraq heç bir məbləğdə pul daxil olmamışdır. Yəni məhkəmə heç bir əsas olmadan həmin maliyyə arayışını əhəmiyyətsiz hesab etmişdir.

48. Məhkəmənin “2006-ci ildə bağlanması qeyd edilən müqavilədə və X5 adına verilmiş xx.xx.2008-ci il tarixli 049 saylı arayışda sonuncunun adına olan Suraxanı RPİ tərəfindən xx.xx.2008-ci il tarixdə verilən seriya AZE 06822048 N-li şəxsiyyət vəsiqəsinin məlu matlarının daxil olması mümkün deyildir.” əsası ilə əlaqədar kassator qeyd etmişdir ki, mənzilə dair bağlanmış müqavilədə və tərtib edilmiş maliyyə arayışında olan tarix texniki səhv ola bilər. Kassator hesab etmişdir ki, həmin müqavilə 2009-cu il tarixdə bağlanmış, lakin səhvən tarix 2006-cı il göstərilmişdir. Məhkəmə isə bu halı araşdırmamış, vəsatət versə də, iddiaçıdan MTK-da saxlanılan müqavilələrin qeydiyyatı jurnalını tələb etməmiş, ilkin iddiaçı da öz etirazını bu hissədə əsaslandırdığı halları məhkəməyə təqdim etməmişdir. X14 ilə MTK arasında bağlanmış həmin müqavilə MTK-nın həmin dövrdə sədri olan X9 tərəfindən imzalanmışdır. Bu hal ekspert rəyi ilə təsdiqini tapdığına görə işin mübahisə edilməyən halı olmuşdur.

49. Məhkəmənin “məhkəmə hazırki iş üzrə iddia predmeti olmamaqla qan uniliyi mübahisələndirilməməsinə baxmayaraq ilk iddia üzrə cavabdehin atası X5 adına olan xx.xx.2006 və xx.xx.2008-ci il tarixlərdə tərtib edilməsi sözügedən müqavilə və arayışı əhəmiyyətsiz əqdlər (sənəd) kimi qiymətləndirir və həmçinin də hesab edir ki, həmin əqd özü-özlüyündə etibarsız olduğundan heç bir hüquqi nəticə də yarada bilməzdi.” bu mövqeyi ilə əlaqədar kassator qeyd etmişdir ki, məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünmüşdür ki, X5 adına olan müqavilə MTK-nın sədri tərəfindən imzalanmış, yəni həmin müqavilədən ilkin iddia üzrə iddiaçının artıq uzun illər bundan əvvəl məlumatı olmuş və bununla əlaqədar həmin müqavilənin əhəmiyyətsizliyi (etibarsızlığı) mübahisələndirilməmişdir. Məhkəmənin əhəmiyyətsiz hesab etdiyi həmin müqavilə qanuna zidd müqavilə olmamış, X14 tərəf indən və MTK-nın sədri Qaraxan Yaqubov tərəfindən imzalanmaqla onlar arasında qanuni surətdə bağlanmış, bu zaman heç bir məcburi hüquq normaları pozulmamışdır. Müqavilənin tərtib edilməsi zamanı edilmiş texniki səhf isə müqavilənin əhəmiyətsiz hesab edilməsinə əsas ola bilməz. Məhkəmə iddiaçının irəli sürdüyü dəlillərinin əsaslı olması qənaətinə gələrkən yalnız müqavilədə və sənədlərdə yol verilmiş texniki səhflərə istinad etmişdir. (2006-cı il tarixli müqavilədə və 2008-ci il tarixli arayışda 2008-ci il tarixli şəxsiyyət vəsiqəsinin məlumatlarının göstərilməsi) Bundan əlavə məhkəmə Cavabdehla MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin məzmununun hər bir bəndinə hərfi mənada qiymət verərək, həmin müqavilənin qanunsuz olmasına əsas yaratmaq istəmişdir.

50. Məhkəmənin “məhkə mə mübahisəli mənzili atasının 2006-cı ildə 35794,60 manata aldığı halda mənzili oz doğma oğluna 2019-cu ildə artan qiymətlə, yəni, 48789,60 manata satması, sonuncunun da mənzilin dəyərini 48 789,6 manat olmaqla atasına ödəməsinə dair ilk iddia cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi hallarını inandırıcı saymaraq bu izahatlara tənqidi yanaşır və hesab edir ki, ilk iddia üzrə cavabdeh bu məzmunlu izahatları ilə qeyri-səmimilik nümayiş etdirir.” bu əsası ilə əlaqədar kassator qeyd etmişdir ki, məhkəmə əgər bu hala qiymət vermək istəyirdisə bu zaman həmin mənzilin hazırki dövr üçün qiymətini müəyyən etməli idi. Çünki Cavabdeh X25 sahəsi 155 kv.m olan həmin mənzili Cavabdeh satan zaman mənzilin bazar qiyməti 180-190000 manat olmuş, atası isə mənzili ona dəyərindən dəfələrlə aşa ğı qiymətə satmışdır.

51. Məhkəmənin “Məhkəmə həmçinin ilk iddiaçı tərəfin MTK üzvlərinin ümumi yığıncağının 015 N-li xx.xx.2019-cu il tarixli Protokolundan çıxarışın da cavabdehin özü tərəfindən tərtib olunmasına dair ilk iddiaçı tərəfin dəlillərini işin araşdırılmış halları baxımından qiymət verərək əsaslı sayır.... Belə ki, məhkəmənin qənaətinə görə bu iclas keçirilməmiş və formal çıxarış tərtib edilmişdir. Cavabdeh iddiaya olan etirazının əsaslarına diqqət yetirildikdə o, guya mübahisəli mənzili 2019-cu ilin may ayında əldə etmiş və xx.xx.2019-cu ildə artıq onun dəyərini tam ödəmişdir. Belə olan halda müqavilə bağlandıqdan sonra onun kooperativ üzvlüyünə qəbul məsələsinin xx.xx.2019-cu il tarixdə iclas çağırılaraq müzakirə olunması özü-özlüyündə ziddiyyətlidir.” kassator hesab etmişdir ki, məhkəmə bu hissədə də yalnız ehtimallara və sənədin məzmununda göstərilən şablon və hərfi mənalara istinad etmişdir. Belə ki, MTK üzvlərinin ümumi yığıncağının 015 N-li xx.xx.2019-cu il tarixl Protokolundan çıxarışında 136 nəfər kooperativ üzvlərindən 74 nəfərinin iştirak etməsi göstərilmişdir. Bununla əlaqədar şahidlər ifadə verərək həmin yığıncağın keçirilməsini təsdiq etmişlər. Sadəcə şahidlərin biri yığıncaqda 15-20 nəfərin, digəri isə 25-30 nəfərin iştirak etməsini göstərmişlər. Kassator hesab etmişdir ki, şahidlərin yığıncaqda iştirak edən şəxslərin sayı barədə yanlış ifadə vermələri onların bu halı necə dərk etmələrini göstərmişdir. Yəni bu hal tam ağlabatan olmuşdur ki, əgər şəxs içində olan kütlənin sayına fikir verməmişdirsə, bir ildən sonra ondan soruşulduğu zaman həmin ş əxs 80 nəfər olan bir kütləni təxmini 25-30 nəfər kimi qiymətləndirsin. MTK üzvlərinin ümumi yığıncağının 015 N-li xx.xx.2019-cu il tarixli Protokolunda Cavabdeh Kooperativin üzvlüyünə daxil olması texniki səhf olaraq göstərilmişdir. Çünki həmin gün keçirilən yığıncaqda bir çox şəxslər kooperativə üzv kimi daxil olmuş, bəzilərinin isə artıq üzv olması təsdiq edilmiş bu üzdən həmin protokoldan çıxarışda Cavabdeh da kooperativə üzv olması texniki olaraq qalmışdır. Məhkəmə isə bu halı da etibarsızlıq üçün əsas saymışdır. Halbuki, məhkəmə öz qətnaməsində ilk olaraq Cavabdeh 2014-cü ildən həmin kooperativə sədr olmasını, Kooperativin nizamnamə fondunda 1 paya sahib olmasını göstərmiş, yəni artıq onun həmin tarixdə kooperativin üzvü olması işin mübahisə edilməyən halı kimi qeyd etmişdir.

52. Kas sator qeyd etmişdir ki, məhkəmə öz qətnaməsində ayrı-ayrı tarixlərdə verilən maliyyə arayışlarının sıralanma nömrələrində olan uyğunsuzluğu da, bir hala görə iki dəfə maliyyə arayışının verilməsini də ilkin iddia üzrə iddiaçının tələbinin əsası kimi qiymətləndirmiş, heç bir hüquqi nəticə yaratmayan hallara hüquqi qiymət verməyə çalışmışdır. Halbuki, qanunvericlik maliyyə arayışını təkrarən verilməsini qadağan etməmişdir. Əgər bu hallara hüquqi qiymət vermək istəyirdisə bu zaman məhkəmə iş üzrə auditor yoxlaması müəyyən edə, bütün maliyyə və mühasibatlıq sənədlərinin düzgünlüyünü yoxlaya bilərdi. Hətta o məhkəmə iclasında ilk iddia üzrə iddiaçıdan onun iddia tələbini təsdiq edən auditor rəyinin məhkəməyə təqdim etməsini təklif etdikdə də, iddiaçı belə bir sənədin olmamasını bildirmişdir.

53. Kassator qətnaməni ədalətsiz hesab edərək qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Yavər Əliyev küçəsində yerləşən 1 nömrəli evin, 56 nömrəli mənzili 2008-2009-cu ildən Cavabdeh ailəsinin sahibliyində olmuşdur. Artıq 5 ildən çoxdur ki həmin mənzil Cavabdeh atası tərəfindən təmir edilmiş, onlar həmin mənzilə köçmüş, mənzilə qanuni əsaslarla sahiblik etmiş, lakin Cavabdeh MTK-nın üzvlüyündən çıxması ilə onun MTK-da payı əlindən alınmış, onun MTK-da olan payının dəyəri ona ödənilməmiş, eyni zamanda onun MTK-nın üzvü kimi əldə etdiyi mənzil də məhkəmə tərəfindən onun mülkiyyətindən alınmaqla daha böyük ədalətsizlik törədilmişdir. Yəni əgər məhkəmə Cavabdeh qeyd edilən mənzili saxta sənədlərə əsasən əldə etməsi qənaətinə gəlmişdirsə, bu zaman Cavabdeh MTK-nın ni zamnamə kapitalındakı payının dəyərinin ona qaytarılıb-qaytarılmaması barədə dəlilləri də araşdırmalı, tərəflər arasında ədalətli balansı gözləməli idi. Bir sözlə qeyd edilən qətnamə ilə Cavabdeh bir tərəfdən MTK-nın nizamnamə kapitalındakı payından məhrum olmuş, digər tərəfdən həmin paya əsasən əldə etdiyi mənzildən.

54. Kassator qətnaməni qərəzli hesab edərək qeyd etmişdir ki, apellyasiya məhkəməsində ilkin iddia üzrə iddiaçı məhkəməyə guya Cavabdeh ilə MTK arasında bağlanmış 17 yanvar 2006-cı il tarixli, 097 nömrəli saxta müqavilə (iş vər. 141-143) və Cavabdeh mənzilin dəyərini ödəməsi barədə xx.xx.2006-cı il tarixli 007 nömrəli saxta arayış (i.v. 140) təqdim etmişdir. Halbuki, elə bir müqavilə və arayış olmamış, Cavabdeh elə bir müqavilə imzalamamış, həmin sənədlər saxta olması ilə yan aşı iş üçün hər hansı bir əhəmiyyət kəsb etməmiş, buna baxmayaraq məhkəmə həmin müqaviləni və arayışı sübut kimi qəbul etmiş və 21 sentyabr 2021-ci il tarixli xəttşünaslıq ekspertizası təyin edilməsi barədə qərardadla ekspert qarşısında həmin müqavilədə olan MTK-nın həmin zaman sədri olmuş Qaraxan Yaqubova məxsus olub-olmamasını müəyyən etmək sualı qoymuşdur. Belə ki, məhkəmə Cavabdeh adına tərtib edilmiş saxta sənədləri iş materiallarına əlavə etməklə Cavabdeh saxta sənədlərdən istifadə etməsi fikrini yaratmağa çalışmışdır. Halbuki, kassator məhkəmədən qeyd edilən müqavilədə olan imzaların Cavabdeh məxsus olub-olmamasının müəyyən edilməsi barədə sual qoyulmasını xahiş etmiş, lakin məhkəmə öz qərardadında belə sual qoymamışdır. Beləliklə də ilkin iddia üzrə iddiaçının məhkəməyə hazırki i ddia üçün heç bir əhəmiyyət kəsb etməyən saxta sənəd təqdim etməsi ekspert rəyi ilə də öz təsdiqini tapmış, məhkəmə isə öz qətnaməsində həmin sübutun kim tərəfindən məhkəməyə təqdim edilməsini göstərməmiş, məhkəməyə təqdim edilmiş saxta sənədə hüquqi mövqeyini bildirməmişdir.

55. Qarşılıqlı iddianın təmin edilməməsi hissəsinə münasibətdə məhkəmə öz qətnaməsində qarşılıqlı iddia üzrə irəli sürülən tələblərin əsası kimi istinad edilən hallarla bağlı göstərmişdir ki, “məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı özü ilə bağladığı xx.xx.2019-cu il tarixli müqavilədə isə guya atasından aldığı mənzilin sahəsinin artıq 178,97 kv.m deyil, 168,24 kv.m olmasını özünün qeyd etməsinə diqqət yetirməmiş və bu halı da qarşılıqlı tələbində göstərməmişdir.” Bununla əlaqədar kassator qeyd etmişdir ki, qarşılıq lı iddia ərizəsində qarşılıqlı iddiaçı atasına məxsus hüquqların ona keçməsini göstərsə də o, bu hüquqlardan deyil, yəni çatışmayan 24 kv.m sahənin deyil, öz imzaladığı müqaviləyə uyğun çatışmayan 13,34 kv.m sahənin dəyərini tələb etmişdir.

56. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 110.1, 110.2, 112.1-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8.0.5, 110.1, 112.1, 112.2, 113.1113.3, 117.1, 117.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 maddələrini istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

57. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

58. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya g örə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

59. Maddə 337.1. Bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

60. Maddə 337.2. Müqaviləni mübahisələndirmək qərarına gəlmiş tərəf bu barədə öz iradəsini digər tərəfə bildirməlidir. Əhəmiyyətsiz əqddən fərqli olaraq mübahisə edilən əqdləri əgər müvafiq tərəf mübahisəndirmirsə, onda nəzərdə tutulmuş bütün hüquq və vəzifələr yaranır və onlar real xarakter aldığından həyata keçirilməlidir.

61. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız əqddir.

62. Maddə

339. Hakimiyyətdən sui-istifadə, aldatma, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niy yətlə razılığa gəlməsi və s. üsullarla bağlanmış əqdlər mübahisə edilən əqdlərdir.

63. Maddə

340. Uydurma və yalan əqdlər əhəmiyyətsiz əqdlərdir. Onlar məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə bağlandığı andan etibarsızdır. Mübahisə edilən əqdlər səlahiyyətli şəxslər tərəfindən mübahisələndirildikdə bağlandığı andan etibarsız sayılırlar.

64. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdəki müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

65. Maddə 404.2. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə tərəfindən həmçinin bütün müvafiq hallar, o cümlədən, müqaviləyə qədərki danışıqlar və yaz ışmalar tərəflərin münasibətlərində yaranmış qarşılıqlı praktika işgüzar adətlər, tərəflərin sonrakı hərəkətəri nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarı

66. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

67. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın dü zgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

68. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməl idir.

71. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

72. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

73. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

74. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət hədd ində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

75. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

76. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

77. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətinin dəlillərinə uyğun bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

78. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

79. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

80. Cavabdeh kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

81. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, məhkəmələrin nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

82. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

83. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-175/2022 nömrəli, 11 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar