Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-33/2021 28.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar X və X cavabdehlər “xxxx” MMC-yə,X və Cavabdeh2 ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş ipoteka predmetinin ilkin satış qiymətinin yenidən müəyyənləşdirilməsinin yolverilməzliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-309/2020 nömrəli iş üzrə 08 yanvar 2020-ci il tarixli q ətnaməsindən iddiaçılar X və X tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 28 yanvar 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(060)-11034/2017 saylı, 19 iyul 2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 13.06.2017-ci il tarixə Banka borclu olduğu 40554,33 manat məbləğində əsas borcu, 8768,75 manat məbləğində faiz borcu, 53,04 manat məbləğində cərimə borcu, ümumilikdə isə 49376,12 manat məbləğində pul və 30 manat dövlət rüsumunun ondan Cavabdeh2 ASC-nin xeyrinə tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, ev 197 ünvanında 0,03 ha torpaq və üzərində yerləşən 166,2 kvadrat me tr ümumi sahədən, 104,3 kvadrat metr yaşayış sahəsindən, 61,9 kvadrat metr yardımçı sahədən ibarət yaşayış sahəsinin satış qiymətinin 90000 manat məbləğində müəyyən edilməsi, əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına, cəmi məbləği 49376,12 manat və ödənilmiş 60 manat dövlət rüsumunun “Cavabdeh2 ASC-yə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 2. “xxxx” MMC-nin hərracın nəticələri haqqında Y-398 nömrəli yekun protokoluna əsasən X məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllədə yerləşən 0,03 ha torpaq sahəsindəki 197 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 90000 manat, satılmış son qiyməti 57375 manat məbləğində müəyyən edilmişdir. 3. 01 noyabr 2018-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqaviləyə əsasən həmin ev “xxxx” MMC tərəfindən 57375 manata Cavabdeh2 ASC-yə satılmışdır. 4. “xxxx” MMC-nin Sumqayıt şəhər, Corat qəsəbəsi, məhəllə 2, ev 197, 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin satışı ilə bağlı hərracın 29.08.2018-ci il və 03.10.2018-ci il tarixlərdə keçiriləcəyi barədə bildirişlər iş materiallarına əlavə edilmişdir.
5. İş materiallarından görünür ki, mübahisəli mənzilin satılmaq üçün açıq hərraca çıxarılması barədə X ipoteka predmeti olan həmin mənzilin yerləşdiyi ünvana, yəni iddiaçıların yaşadığı ünvana bildirişlər göndərilmişdir. 6. “Market” Reklam və Elanlar qəzetinin 27.07.2018-ci il, 31.08.2018-ci il və 05.10.2018-ci il tarixli buraxılışlarından görünür ki, “xxxx” MMC Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllədə yerləşən 0,03 ha torpa q sahəsindəki 197 saylı fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satılması, mənzilin satış qiymətləri barədə elanlar vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. X və X “xxxx” MMC-yə, Sumqayıt şəhəri üzrə icra idarəsinə və Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onlara məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, ev 197 ünvanında yerləşən fərdi yaşayış evinin qiymətləndirilməsinə dair cavabdeh “xxxx” MMC-nin 01.11.2018-ci il tarixli əmlakın qiymətlənirilməsi barədə hesabatının ləğv olunması və onun əsasında bağlanmış alğı-satqı müqaviləsi və hərracın nəticələri haqında yekun V-398 saylı protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi o nunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 19 iyul 2017- ci il tarixli qətnaməsi ilə X 13.06.2017-ci il tarixə banka borclu olduğu 40554,33 manat məbləğində əsas borcu, 8768,75 manat məbləğində faiz borcu, 53,04 manat məbləğində cərimə borcu, ümumilikdə isə 49376,12 manat məbləğində pul və 30 manat dövlət rüsumunun ondan Cavabdeh2 ASC-nin xeyrinə tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, ev 197 ünvanında 0,03 ha torpaq və üzərində yerləşən 166,2 kvadrat metr ümumi sahədən, 104,3 kvadrat metr yaşayış sahəsindən, 61,9 kvadrat metr yardımçı sahədən ibarət yaşayış sahəsinin satış qiymətinin 90000 manat məbləğində müəyyən edilməsi, əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsai ti hesabına, cəmi məbləği 49376,12 manat və ödənilmiş 60 manat dövlət rüsumunun “Cavabdeh2 ASC-yə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsi üzrə icraata başlanılmışdır. Sumqayıt şəhər icra şöbəsinin sifarişli məktubuna əsasən əmlakın qiymətləndirilməsi işini həyata keçirən “xxxx” MMC tərəfindən iddiaçıya məxsus mənzilin ilkin satış qiyməti 90000 manat məbləğində müəyyən olunmuş və ona məxsus mənzilin satış qiyməti 57375 manat olmuşdur. “xxxx” MMC-nin 01.11.2018ci il tarixli hərracın nəticələri haqqında yekun protokolu (V-398) tamamilə qanunsuz və əsassızdır. Belə ki, iddiaçıya məxsus mənzilin hazırkı bazar qiyməti 200000 manat təşkil edir. Belə olan halda cavabdeh tərəfi ndən iddiaçıya məxsus əmlakın həmin qiymətə satılması tamamilə qanunsuzdur. Həmin qiymət mənzilin real bazar qiymətindən dəfələrlə aşağıdır. Hesabat həqiqəti əks etdirmir.
9. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1013/2019 saylı 15 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddiaçılar X və X cavabdehlər “xxxx” MMCyə, Sumqayıt şəhəri üzrə icra idarəsinə və Cavabdeh2 ASC-yə qarşı onlara məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, ev 197 ünvanında yerləşən fərdi yaşayış evinin qiymətləndirilməsinə dair cavabdeh “xxxx” MMC-nin 01.11.2018-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatının ləğv olunması və onun əsasında bağlanmış alğı satqı müqaviləsinin və hərracın nəticələri haqqında yekun V-398 saylı protokolun etibarsız hesab edilməsi barədə iddiaları təm in edilməmişdir.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisəli evin ilkin satış qiyməti Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11034/2017 saylı 19 iyul 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir və həmin qətnamə qanuni qüvvəsini almışdır. Qətnamə icraya yönəldilmiş ve ev həmin qiymətə hərraca çıxarılmışdır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 82.3-cü maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Qətnamədən iddiaçılar apellyasiya şikayəti vermişlər.
13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-309/2020 nömrəli iş üzrə 08 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Məmmədov (sədrlik edən və məruzəçi), L.Məmmədova və M.Rzayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2(060)-1013/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mənzilin satış qiymətinin müəyyən edilməsi hazırkı iddianın predmeti ola bilməz. Mənzilin ilkin satış qiyməti Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11034/2017 saylı 19 iyul 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir və həmin qətnamə qanuni qüvvəsini almışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçılar kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəmə sinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmlakın satılmasına dair onlara hər hansı bildiriş gəlməmiş, əmlakın aşağı qiymətə satılacağı barədə nə şifahi nə də rəsmi məlumat verilməmiş, torpaq sahəsinin bilərəkdən aşağı qiymətə satılması istiqamətində hərəkətlərə yol verilməklə əmlak bankın balansına keçirilmişdir. Apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçıların vəkili məhkəmə iclasında kassasiya şikayətinin təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi.
19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçılar apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
24. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qa nununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. (maddə 41.2)
25. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. (maddə 41.3) “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu
26. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. (maddə 61.2) Mülki Prossesual Məcəllə
27. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətna məsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. (maddə 82.3)
28. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. (maddə 218.3)
29. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
30. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətb iq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Əmlakın satılmasına dair iddiaçılara hər hansı bildirişin gəlməməsi, onlara əmlakın aşağı qiymətə satılacağı barədə nə şifahi nə də rəsmi məlumat verilməməsi, torpaq sahəsinin bilərəkdən aşağı qiymətə satılması istiqamətində hərəkətlərə yol verilməklə bankın balansına keçirilməsi barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, iddia ərizəsindən göründüyü kimi iddia tələbi mübahisəli əmlakın ilkin satış qiymətinin düzgün müəyyənləşdirilməməsi və bu əsasla “xxxx” MMC-nin 01.11.2018-ci il tarixli əmlakın qiymətlənirilməsi barədə hesabatının ləğv olunması və onun əsasında bağlanmış alğı-satqı müqaviləsi və hərracın nəticələri haqında yekun V-398 saylı protokolun etibarsız hesab edilməsindən ibarətdir. Göründüyü kimi hərracın keçirilməsi qaydalarının pozulması əsası ilə qeyd edilən hesabatın, alqı-satqı müqaviləsinin və protokolun etibarsızlığı ilə bağlı iddia irəli sürülməmişdir. Qanunvericiliyin tələbləri baxımından hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. (28)
33. Bundan başqa nəzərə alınmalıdır ki, hazırkı işdə hərraca çıxarılan əmlakın ilkin satış qiyməti qanuni qüvvədə olan qətnamə ilə müəyyən edildiyindən həmin əmlakın ilkin satış qiymətinin yenidən müəyyənləşdirilməsi və ya həmin qiymətin başqa bir icraatda mübahisələndirilməsi mümkü n deyildir. (27)
34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: X və X tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-309/2020 nömrəli iş üzrə 08 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.