Məhkəmə qərarları › İş №2(102)-330/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-330/2024

20.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-330/2024 20.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X8 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1060/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 fevral 2024-cü il tarixdə Ali Məhkəməni n binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. X11 ilə X2 xx.xx.2003-cü il tarixdə nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra arvada Bağırova soyadı verilmiş, Elşən Bağırov xx.xx.2020-ci il tarixdə ölmüşdür.

2. Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 25/24 saylı qərarı ilə, Xocəsən Bələdiyyəsinin ərazisində, Sulutəpə qəsəbəsində 600 kv metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə hər kv metr üçün 80 qəpik olmaqla cəmi 480 manata X6 mülkiyyətinə verilmişdir.

3. İddiaçı Xocəsən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 25/24 saylı qərarı ilə ərinə satılmış Sulutəpə qəsəbəsində 600 kv metr torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evində qeydiyyatsız yaşayır və bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.

4. Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin sədri X1, Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin üzvü X9 və Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin üzvü X4 tərəfindən tərtib edilmiş xx.xx.2008-ci il tarixli akta görə Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 25/24 nömrəli qərarına əsasən X6 mülkiyyətinə verilmiş 600 kv metr torpaq sahəsi Bakı Metropoliteninin Xocəsən deposunun tikintisi üçün ayrılmış sahənin hüdudları daxilində yerləşdiyinə görə əvəzləşdirilmiş, ona başqa ərazidə akta əlavə edilmiş cizgi-sxemlə ölçü və sahəsi müəyyən edilən 600 kv metr torpaq sahəsini naturada ölçüb künc nöqtələrini müəyyən etməklə təhvil verilmişdir.

5. X11 tərəfindən Xocasən Bələdiyyəsinin hesabına 240 manat ödəniş edilmişdir.

6. Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06/01 saylı qərarı ilə, Xocəsən Bələdiyyəsinin ərazisində 500 kv metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə hər kv metr üçün 2 manat olmaqla cəmi 1120 manata Cavabdeh2 Firuddin oğlunun mülkiyyətinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri Sulutəpə qəsəbəsində yerləşən, ona məxsus 600 kv metr torpaq sahəsinə yerləşdirdikləri inşaat materiallarının götürülməsi vəzifəsinin həvalə edilməsi və həmin torpaq sahəsinə özbaşına daxil olmalarının qadağan edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X10 Binəqə di rayonu Xocəsən Bələdiyyəsinin 25/24 nömrəli, xx.xx.2006-cı il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 600 kv metr torpaq sahəsi ayrılmışıdr. İddiaçı Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində ayrılmış həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edib ailəsi ilə birlikdə orada yaşayır, faktiki olaraq 600 kv metr torpaq sahəsini hasara alıb istifadə edir, torpaq və əmlak vergisi ödəyicisi kimi qeydiyyata alınmışdır, hesablanmış vergiləri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin hesabına ödəyir. İddiaçının inşa etdiyi yaşayış evi bütün komunal xidmətlərlə təmin edilmişdir. İddiaçının həyat yoldaşı vəfat etdikdən sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının istifadə etdiyi torpaq sahəsini əlindən almaq üçün müxtəlif üsullarla cəhdlər etmişlər. Bir müddət bundan əvvəl isə cavabdehlər iddiaçının istifadəsində olan torpaq sahəsinə daxil olub bir hissəsini qanunsuz zəbt etməyə çalışmışlar. İddiaçıya məxsus torpaq sahəsinə inşaat materialları gətirən cavabdehlər iddiaçının qanuni tələblərinə əməl etmirlər. Bu səbəbdən iddiaçının istifadəsində olan torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasına, cavabdehlərin iddiaçının sahibliyində olan torpaq sahəsinə daxil olmalarına qadağa qoyulmasına zərurəti yaranmışdır. Torpaq sahəsindən 14 ildir istifadə edir. İddiaçıya ilkin ayrılan torpaq sahəsi metro stansiyasının inşası üçün ayrılmış torpaq sahəsinin hüdudlarında oloduğuna görə ilkin ayrılan torpaq sahəsi iddiaçının hazırda istifadə etdiyi torpaq sahəsi ilə əvəzləşdirilmişdir. İddiaçının istifadə etdiyi torpaq sa həsinin dövlət mülkiyyətində olması müəyyən edilsə də, iddiaçı uzun müddət bu torpaq sahəsindən istifadə etdiyindən cavabdehlərə qarşı hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malikdir.

9. Məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi və Cavabdeh2 vəkili Vəkil1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06/01 saylı qərarına əsasən Xocəsən Bələdiyyəsinin ərazisində 500 kv metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə hər kv metr üçün 2 manat olmaqla cəmi 1120 manata Cavabdeh2 Firuddin oğlunun mülkiyyətinə verilmişdir. Cavabdeh2 etibarnaməsi əsasında Cavabdeh1 həmin torpaq sahəsindan istifadə edir. İddiaçının təqdim etdiyi sənədlərdən ona ayrılan torpaq sahəs inin 600 kv metr deyil, 300 kv metr olması müəyyən olur. Bundan başqa iddiaçıya ilkin olaraq ayrılan torpaq sahəsinin hazırda istifadə etdiyi torpaq sahəsi ilə əvəz edilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. İş üzrə keçirilən ekspertiza tədqiqatı ilə iddiaçının iddia etdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olması müəyyən olunmuşdur. Bu hal isə iddiaçının cavabdehlərə qarşı hazırkı iddia tələblərini irəli sürmək üçün subyektiv hüquqa malik olmadığını təsdiq edir. Ona görə də iddia ərizəsinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş edir.

10. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayo nu Xocəsən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 25/24 saylı qərarı ilə X10 ayrılan 600 kv metr torpaq sahəsinin cizgisində miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilməmişdir. İddiaçının iddia etdiyi naturada faktiki ölçülmüş torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən dövlət mülkiyyətinə aid ərazidə yerləşir, “X15” Şirkətinin istifadəsinə verilən torpaq sahələrinə aiddir. İddiaçının iddia etdiyi naturada faktiki ölçülmüş 644 kv metr torpaq sahəsində Cavabdeh2 tərəfindən inşa edilmiş yarımtikili mövcuddur.

11. Mütəxəssis rəyinə görə Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06/01 saylı qərarı ilə Cavabdeh2 ayrılan 500 kv metr torpaq sahəsinə dair miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilmiş cizg i təqdim edilməmişdir. Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2006 cı il tarixli 25/24 saylı qərarı ilə X10 ayrılan 600 kv metr torpaq sahəsinin cizgisində miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilmədiyindən sözügedən cavabdehə verilmiş 500 kv metr torpaq sahəsinin iddiaçıya verilmiş 600 kv metr torpaq sahəsinin sərhədləri daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır.

12. Rəydən daha sonra müəyyən olunur ki, iddiaçının iddia etdiyi naturada faktiki ölçülmüş 644 kv metr torpaq sahəsində Cavabdeh2 tərəfindən inşa edilmiş yarımtikili mövcuddur.

13. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5252 saylı rəyindən müəyyən olunur ki, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 25/24 saylı qərarı ilə X10 ayrılan 600 kv metr torpaq sahəsinin cizgisində miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilmədiyinə görə, həmin 600 kv metr torpaq sahəsinin harda yerləşməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçının iddia etdiyi naturada faktiki ölçülmüş torpaq sahəsinin elektron kadastr məlumat bazasına əsasən “X15” Şirkətinin istifadəsinə verilən dövlət mülkiyyətinə aid ərazidə yerləşdiyi müəyyən edilmişdir.

14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) e-2(001)-347/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri Sulutəpə qəsəbəsində yerləşən 600 kv metr torpaq sahəsinə yerləşdirdikləri inşaat materiallarının götürülməsi vəzifəsinin həvalə edilməsinə və həmin torpaq sahəsinə özbaşına daxil olmalarının qadağan edilməsinə dair iddia ərizəsinin təmin edilməməsi, İddiaçı mütəxəsis rəyinin alınması üçün ödənilən 156 manat Cavabdeh1 xeyrinə tutulması, İddiaçı iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulması qət edilmişdir.

15. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı mərhum ərinə torpaq sahəsinin ayrılmasına dair cizgidə miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilmədiyinə görə ayrılan torpaq sahəsinin harda yerləşməsini müəyyən etmək mümkün deyildir.

16. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, idd iaçının faktiki olaraq istifadəsində olmasını iddia etdiyi torpaq sahəsi “X17 Bi.Vi.” şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında xx.xx.2004-cü il tarixdə “Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmai, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında» Sazişə əsasən, “X15” şirkətinə ayrılan, dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir.

17. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının iddia etdiyi dövlət mülkiyyətində olan, sənaye təyinatlı torpaq sahəsinə hər hansı bir hüququ yaranmadığından, mövcud olmayan hüququn pozulması da mümkün olmadığından cavabdehlərə qarşı həmin torpaq sahəsinə dair iddia irəli sürməyə subyektiv hüquqları yoxdur. Ona görə də iddia ərizəsi təmin edilə bilməz.

18. M əhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsi, 71-ci maddəsinin 1-ci hissəsi və 127-ci maddəsinin 2-ci hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1, 238.3 və 240.1-ci maddələrinə, Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilm iş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Müdaxilə edilmiş torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş daş hasar cavabdehlər tərəfindən zor gücünüə sökülmüşdür. Məhkəmə bu hala hüquqi qiymət verməmişdir. Nəticədə norma tətbiq ediməmişdir. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Cavabdehlər tərəfindən özbaşına olaraq iddiaçıının istifadə etdiyi yaşayış sahəsindən və yerləşdiriyi torpaq sahəsindən istifadə məhdudlaşdırılmışdır. Məhkəmə qanunun normalarını tətbiq etməmi şdir. Torpaq sahəsinin 14 ildən çoxdur ki, iddiaçının istifadə olunması faktı məhkəmə tərəfindən müəyyən edilsə də, həmin torpaq sahəsinə cavabdehlərin zorla müdaxiləsinə heç bir hüquqi qiymət verilməmişdir. Məhkəmə tərəfindən torpaq sahəsinin iddiaçının istifadəsində olmasına heç bir dövlət orqanın etirazı və ya geri alınma tələbinin mövcud olmamasına qiymət verilməmişdir.

21. Apellyasiya şikayətinin dəlilləri baxımından Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir və rəy alınana kimi işin icraatı dayandırılmışdır.

22. Lakin Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2023-ci il tarixli məktubu ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs in 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinin verilməsi təmin edilmədiyindən ekspertizanın aparılmasından imtina edilmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli məktubuna əsasən müraciətdə qeyd olunan sualların cavablandırılması idarənin səlahiyyətləri xaricində olduğundan mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. Bundan sonra işin icraatı təzələnmişdir.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1060/2023 nömrəli iş üzrə 26 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Yusifov və Pərviz Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, iddiaçının iddia etdiyi, dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinə hər hansı bir hüququ yaranmadığından, mövcud olmayan hüququn pozulması da mümkün olmadığından iddiaçının cavabdehlərə qarşı həmin torpaq sahəsinə dair iddia irəli sürməyə subyektiv hüququ yoxdur. Ona görə də iddia ərizəsi təmin edilə bilməz.

25. Apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlillərindən başqa, müdaxilə edilmiş torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş daş hasar cavabdehlər tərəfindən zor tətbiq edilməklə sökülməsinə qiymət verilməməsi dəlilinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı hasarın qanunsuz sökülməsi, vurulmuş ziyanın ödənilməsi ilə bağlı ayrıca iddia qaldıra bilə r. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin apellyasiya baxışına göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, müdaxilə edilmiş torpaq sahəsinin iddiaçı tərəfindən inşa edilmiş daş hasar cavabdehlər tərəfindən zor tətbiq edilməklə sökülmüşdür. Məhkəmə bu hala Mülki Məcəllənin 180.4-cü maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmişdir.

28. Cavabdehlər tərəfindən özbaşına olaraq iddiaçının istifadə etdiyi yaşayış sahəsindən və yerləşdiriyi torpaq sahəsindən istifadəni məhdudlaşdırılmışdır. Bu hərəkətlərin Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə zidd olmasını məhkəmə nəzərə almamışdır.

29. Məhkəmə tərəfindən qərar qəbul edilərkən iddiaçı tərəfindən torpaq və əmlak vergi ödənilməsi barədə təsdiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv tədqiq etməmiş, torpaq sahəsinin 14 ildən çoxdur ki, iddiaçının istifadə olunması faktı məhkəmə tərəfindən müəyyən edilsə də, həmin torpaq sahəsinə zorla müdaxiləyə heç bir hüquqi qiymət verilməmişdir. Həmçinin nəzərə alınmamışdır ki, torpaq sahəsi uzun müddətdir ki, iddiaçının içtifadəsindədir, heç bir dövlət orqanı buna etiraz etməmiş və torpaq sahəsinin geri alınması barədə tələb irəli sürməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsi düzgün tətbiq etməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

31. Maddə 60.1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

32. Maddə 71.1. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi

33. Maddə

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

34. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

35. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. S ahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

36. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

37. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.

38. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

39. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Mülk i Prosessual Məcəllə

40. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.3. Qətnam ə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hal lara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası məruzəçini dinləyb, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, İddiaçı kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.

53. Belə ki, iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya məhkəməsinin qənaətinə görə iddiaçının iddia etdiyi torpaq sahəsi dövl ət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsidir, bələdiyyənin həmin torpaq sahəsini satmaq səlahiyyəti olmamışdır, bələdiyyə ilə alqı-satqı müqavliəsinə əsasən iddiaçının həmin sahəsinə hər hansı bir hüququ yaranmamışdır ki, bu baxımdan da iddiaçının mövcud olmayan hüququn pozulması da mümkün deyildir, iddiaçının cavabdehlərə qarşı həmin torpaq sahəsinə dair iddia irəli sürməyə subyektiv hüququ olmamışdır.

54. İşin müəyyən edilmiş hallarına görə Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə iddiaçının xx.xx.2020-ci il tarixdə ölən əri X10 fərdi yaşayış evinin tikintisi üçün Sulutəpə qəsəbəsində 600 kv metr torpaq sahəsi satılmış, sonradan torpaq sahəsi həmin qəsəbədə başqa ərazidə 600 kv metr torpaq sahəsi ilə əvəzləşdirilmiş, xx.xx.2008-ci il tarixli a kta əvəzləşdirilmiş torpaq sahəsi Elşən Bağırova təhvil verilmişdir. Torpaq sahəsində yaşayış evi inşa edilmiş, iddiaçı həmin evdə qeydiyyatsız yaşayır və bələdiyyədə torpaq vergiçi ödəyicisi kimi qeydiyyata alınmışdır. 600 kv metr torpaq sahəsi 2008-ci il tarixdən iddiaçının faktiki sahibliyindədir.

55. Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06/01 saylı qərarına əsasən Xocəsən Bələdiyyəsinin ərazisindən 500 kv metr torpaq sahəsini alan cavabdehlər iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsinin onlara məxsus olduğunu əsas gətirərək orada tikinti işlərini aparmağa başlamışlar.

56. İddiaçının faktiki sahibliyində 600 kv metr torpaq sahəsinin elektron kadastr məlumat bazasına əsasən “X15” Şirkətinin istifadəsinə verilən dövlət mülkiyyətinə aid t orpaqlar addir, bələdiyyənin həmin torpaq sahəsini satmağa hüququnun olmaması və bələdiyyə tərəindən verilmiş sənədlərin əhəmiyyətsiz olmasını əsas gətirərək məhkəmə iddiaçının torpaq sahəsinə subyektiv hüququnun olmaması qənaətinə gəlmiş və iddianın rədd etmişdir.

57. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi 2008-ci ildən iddiaçının faktiki istifadəsində olan, dövlət mülkiyyətində olan torpaq sahəsinə onun subyektiv hüququnun olmaması qənaətinə gələrkən, aidiyyatı dövlət orqanlarının, o cümldən torpaq sahəsi istifadəsinə verilmiş “X15” Şirkətinin buna etirazının olmadığını nəzərə almamış, üçün şəxslər, habelə cavabbehlər tərəfindən torpaq sahəsinə müdaxiləsi nəticəsində iddiaçının torpaq sahəsindən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barə də iddia qaldırmaq hüququnun yaranmasını diqqqətdən qaçırmış, məhkəmə cavabdehlərin həmin hərəkətlərinin qadağan edilmiş özbaşınalıq olub-olmadığını müəyyən etməmiş, bununla da maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir

58. İş üzrə alınmış mütəxəssis rəyinə görə Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06/01 saylı qərarı ilə Cavabdeh2 Firuddin oğluna satılmış 500 kv metr torpaq sahəsinə dair miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilmiş cizgi təqdim edilmədiyindən sərhədlərini müəyyən etmək mümkün olmamış, Cavabdeh2 verilmiş torpaq sahəsinin harada yerləşməsi müəyyən deyildir. Bundan başqa iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi dövlət mülkiyyətinə aid torpaqlara aiddir, cavabdehlərə satılan torpa q sahəsi bələdiyyənin mülkiyyətində olduğundan onların iddia etdikləri torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi olması da istisna olunur.

59. İddiaçının 600 kv metr torpaq sahəsinə faktiki sahibliyi hər hansı dövlət orqanı və “X15” Şirkəti mübahisələndirilmir, bununla əlaqədar etirazın olması müəyyən edilmir.

60. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla olmamış, məhkəmə təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hə rtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1060/2023 nömrəli iş üzrə 26 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar