Məhkəmə qərarları › İş №2(102)-3301/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3301/2025

18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3301/2025 18.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr, müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, öhdəliyin icra edilməməsi, əsassız varlanma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 30 iyul 2025-ci il tarixli 2(106)-993/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərba ycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 10 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətinə əsasən, Cavabdeh izahat verərək iddiaçıya borcunun olduğunu və hissəhissə qayataracağını etiraf etmişdir.

2. Cavabdeh öz xətti və öz imzası ilə qəbz yazaraq iddiaçıya borclu olduğu 29000 manat pulun 1500 manatını 9 avqust 2021-ci il tarixədək, qalan pulu isə hər il 3000 manat olmaqla 10 il müddətə ödəyəcəyini söz vermişdir. 3. 26.08.2024-cü il tarixli qəbzə əsasən, İddiaçı tərəfindən 177 manat dövlət rüsumu ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciə t edərək, cavabdehdən 29000 məbləğində borcun və ödənilmiş 177 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ona və onun mərhum əri X2 torpaq almaqla köməklik edəcəyini vəd etməklə 14000 manat və 3 ha torpaq sahəsinin pulu olan 15000 manat pulu alaraq heç bir iş görməmiş və ödənilmiş pulu geri qaytarmamışdır. Dəfələrlə pulu tələb etməyinə baxmayaraq heç bir ödəniş etməmişdir. Bununla bağlı o, xx.xx.2021-ci il tarixdə Ağcabədi rayon PŞ-nə ərizə ilə müraciət edərək həmkəndlisi cavabdehin ona 14000 manat pul və 3 ha torpaq sahəsinin pulu olan 15000 manat pul borclu olduğunu, lakin borclu olduğu pulu vermədiyini bildirməklə barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı cavabdeh 29000 m anat pul borclu olduğunu bildirmiş, 15000 manatı xx.xx.2021-ci il tarixədək, qalan pulu isə hər il 3000 manat olmaqla 10 il müddətinə həmin pulu ödəməyə hazır olduğunu bildirmişdir. Bu barədə hətda öz xətti və imzası ilə qəbz yazıb ona vermişdir. Lakin hal-hazıradək cavabdeh tərəfindən öhdəlik icra edilməmiş və pul qaytarılmamışdır. Ağcabədi RPŞ-də araşdırma zamanı cavabdeh izahat verərək, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu Şənlik kəndində yerləşən özlərinə məxsus fərdi yaşayış evində yaşadığını və fərdi əməklə məşğul olduğunu, X4 tanıdığını, aralarında isə heç vaxt ədavət və ya düşmənçilik olmadığını, onun və mərhum əri Rəsul Nuriyevin 2014-cü ildən tanıdıqldarını, iddiaçının və mərhum X1 ona şərikli xırda buynuzlu heyvan alıb saxlamağı təklif etdiklərini, onlarla razılaşdığını, bu ndan sonra isə onların hissə-hissə ona ümumilikdə 51000 ABŞ dolları pul göndərdiklərini, həmin vaxt isə ABŞ dollarının kursunun 0,78 manat olduğunu, onun da özünə məxsus yaşadığı Şənlik kəndi ərazisində yerləşən 10 ha torpaq sahəsini şərikli yaratdıqları təsərrüfat sahəsinə daxil etdiyni, sonra onların göndərmiş olduqları pula hissəhissə təxminən 200 baş xırdabuynuzlu heyvanlar və həmin heyvanların otlaması üçün ona məxsus torpaq sahəsi kifayət etmədiyi üçün əlavə olaraq təxminən 20 ha torpaq sahəsini 5 il müddətinə icarəyə aldığını, daha sonra isə onun heyvanları özünün saxladığını və əldə olaraq təxminən 50 ha torpaq sahəsini 5 il müddətinə icarəyə aldığını, daha sonra isə onun heyvanları özünün saxladığını və əldə edilən gəlirləri isə Rəsul Nuriyevlə bölüşdüyünü, 2018-ci ildə isə Rəsul Nuriyevin vəfat etdiyini, bundan sonra onun Rəsul Nuriyevin ferma təsərrüfatının yaradılması üçün göndərmiş olduğu pulu geri tələb etməyə başladığını, bu zaman onun qardaşı Zaur Ağayevlə və Rəsul Nuriyevin qardaşı Rəşid Nuriyevlə birlikdə oturub hesablaşdığı və onun mərhum Rəsul Nuriyevin torpaq və heyvanları almaq üçün göndərdiyi 44600 manat pulu Rəşid Nuriyevə qaytarıb verməsi barədə nəticəyə gəldiklərini, həmin puldan sonra isə 14 ha torpaq sahəsi ilə iki hissəyə, yəni cavabdehlə və onun arasında bölünməli olması barədə razılaşdıqlarını, həmin vaxtdan sonra cavabdehin Rəşid Nuriyevə ümumillikdə 30500 manat pul ödədiyini, lakin onun qalan 14 ha torpaq sahəsindən 4,7 ha torpaq sahəsini satdığı üçün və onun maddi imkanının olmadığı üçün 44600 manat pulun qalan hissəsi olan 14100 manat pulu ödəyə bilmədiyini, buna görə də həmin torpaqdan və alınan zaman öz adına sənədləşdirdiyi 3 ha torpaq sahəsini 15000 manat pula satdığını, həmin vaxtdan onun iddiaçını və ya Zaur Ağayevi görmədiyini, yalniz Zaur Ağayevlə mobil telefonda aralarında mübahisə yarandığını, mübahisə zamanı isə sərxoş olduğu üçün səhvən Zaur Ağayevin ünvanına nalayiq sözlər işlətdiyini, onun idddiaçıya borclu olduğu 14000 manat pulu və satmış olduğu torpaq sahəsinin 15000 manat pulunu hər il 3000 manat olmaqla 10 il müddətə ödəməyə hazır olduğunu etiraf etmişdir. Cavabdehdən borcunu dəfələrlə istəmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmışdır.

6. Cavabdeh iddianı qismən qəbul etmiş və izahat verərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu Şənlik kəndində yerləşən, öz lərinə məxsus fərdi yaşayış evində yaşayır və fərdi əməklə məşğuldur. X4 tanıyır və aralarında heç vaxt ədavət və ya düşmənçilik olmayıbdır. İddiaçı və mərhum əri Rəsul Nuriyev 2014-cü il tarixdə Rusiya Federasiyası ərazisində yaşayırdılar. Həmin vaxt iddiaçı və mərhum X3 ona şərikli xırdabuynuzlu heyvan alıb saxlamağı təklif etmişlər və o da razılaşmışdır. Bundan sonra isə hissə-hissə ona ümumilikdə 51000 ABŞ dolları pul göndərilmiş, həmin vaxt isə ABŞ dollarının kursunun 0,78 manat idi. O da Şənlik kəndi ərazisində yerləşən özünə məxsus 10 ha torpaq sahəsini şərikli yaratdıqları təsərrüfat sahəsinə daxil etmiş, sonra onların göndərmiş olduqları pula hissə-hissə təxminən 200 baş xırda buynuzlu heyvan və həmin heyvanların otlaması üçün ona məxsus torpaq sahəsi kifayət etmədiyi üçün əlavə o laraq təxminən 20 ha torpaq sahəsini 5 il müddətinə icarəyə almışdır. Heyvanları özü saxlamış və əldə olan təxminən 50 ha torpaq sahəsini 5 il müddətinə icarəyə almış və əldə edilən gəlirləri isə Rəsul Nuriyevlə bölmüşdür. 2018-ci il tarixdə isə Rəsul Nuriyevin vəfat etmiş, bundan sonra iddiaçı əri Rəsul Nuriyevin ferma təsərrüfatının yaradılması üçün göndərmiş olduğu pulu geri tələb etmiş, bu zaman o, iddiaçının qardaşı Zaur Ağayevlə və Rəsul Nuriyevin qardaşı Rəşid Nuriyevlə birlikdə oturub hesablaşmış, onun mərhum Rəsul Nuriyevin torpaq və heyvanları almaq üçün göndərdiyi 44600 manat pulu Rəşid Nuriyevə qaytarıb verməsi barədə nəticəyə gəlmişlər. Həmin puldan sonra isə 14 ha torpaq sahəsi ilə iki hissəyə, yəni cavabdehlə və onun arasında bölünməli olması barədə razılaşmış, həmin vaxtdan sonra o, Rəşid Nuriyevə ümumillikdə 30500 manat pul ödəmişdir. İddiaçıya 29000 manat borca görə iki dəfəyə ümumilikdə 3000 manat pul vermiş, qalan borcu torpaqdan istifadə edərək hissə-hissə tam ödəyəcəkdir. Lakin ondan torpağı aldıqları üçün qalan borcu ödəyə bilməmişdir. Odur ki göstərdiklərini nəzərə alınmasını xahiş etdi.

7. Ağcabədi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsinin) 14 mart 2025-ci il tarixli e-2(017)-547/2025 nömrəli qətnaməsi ilə (hakim S.P.Ləzimov) iddia tələbi qismən təmin edilərək, cavabdehdən 26000 (iyirmi altı min) manat məbləğində pul və ödənilmiş 168 (yüz altmış səkkiz) manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməsi və iddianın qalan hissədə isə iddianın rədd olunması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq olunmuş sübutlara və cavabdehin iddia tələbini qismən qəbul etməsinə qiymət verərək belə nəticəyə gəlmişdir ki, cavabdehin iddiaçıya 29000 manat borcu olmuş, həmin borcdan cavabdeh tərəfindən ümumilikdə 3000 manat qaytarılmış, lakin qalan 26000 manat puldan cavabdeh tərəfindən iddiaçıya heç bir ödəniş olunmamışdır. Ona görə iddia qismən təmin olunaraq cavabdehdən 26000 manat məbləğdə pul tutularaq iddiaçıya ödənilməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 739.1, 740.1 və 740.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14,2, 77.1, 88, 213-214, 217.4, 216-220, 233.1 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

10. Qətnamədən narazı qalan cavabdeh apelly asiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2(017)-547/2025 saylı qətnaməsinin tam ləğv edilməsini, iddia müddətinin tətbiq olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanun norması aydın şəkildə bəyan edir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə bağlanır. Qətnamədə qeyd olunan halı təsdiq edən və istinad olunan sübuta əsaslanılmamışdır. Qətnamədə cavabdehin adından verilmiş və Ağcabədi rayon Polis Şöbəsində təzyiq altında tərtib olunmuş cavabdehin iddiaçıya borclu olmasını təsdiq edən qəbz vardır ki, məhkəmə bu qəbzi müqavilə qüvvəsinə bərabər tutmuş, lakin yazılı müqaviləni tərəflərin sərbəst iradə ifadəsi bildirməklə bağlamalı olduql arı halda, bu müqaviləni niyə polis şöbəsində bağlamalı olmuşlar nüansına nədənsə hüquqi qiymət verməmiş, iddiaçının üstün mövqeyini əsas götürmüşdür ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Qanunvericiliyin tələbinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Yəni əgər məhkəmə həmin qəbzi iddianın qanuni əsası kimi götürüb iddia tələbini qismən təmin edirsə, həmin qəbzin həqiqi məzmununu təşkil edən, cavabdehin iddiaçıya borclu olduğu “29000 manat pulun bir min beş yüz manatını 09 avqust 2021-ci il tarixinədək, qalan pulu isə hər il 3000 manat olmaqla 10 il müddətinə ödəyəcəyinə söz verirəm” kimi iradə ifadəsini nəzərə almamış, öhdəliyin icra müddətinin 2031-ci il tarixdə başa çata cağını nədənsə görməzdən gəlmişdir. Axı iddia tələbinin qanuni əsası kimi həmin qəbz çıxış edir. Lakin məhkəmə icra müddəti başa çatmamış öhdəliyin, heç bir əsas olmadan vaxtından əvvəl ödənilməsi qənaətinə gəlmiş və qanunsuz qətnamə qəbul etmişdir. Bundan başqa, qeyd olunmalıdır ki, əgər məhkəmə tərəflər arasındakı hüquq və vəzifələrin həmin “müqavilə” (əslində həmin yazılı qəbz müqavilə deyildir, yəni bir nəfərin iradə ifadəsi vardır) üzrə yarandığını qənaətinə gəlirsə, bu zaman həmin tələb üzrə iddia müddəti keçmişdir. Yəni cavabdeh tərəfindən Polis Şöbəsində yazdırılmış 01 avqust 2021-ci il tarixli həmin qəbzdə ümumi borcdan “bir min beş yüz” manatını (qəbzdə rəqəmlə 15.000 manat qeyd olunsa da, sözlə “bir min beş yüz” manat yazılmış və əslində, düzgün ifadə bu cürdür) 09 avqust 2021-c i il tarixə qədər, qalan pulu isə hər il 3.000 manat olmaqla 10 il müddətinə ödəyəcəyinə söz vermişdir. İddiaçı, iddia ərizəsində də qalan pulun hər il 3.000 manat olmaqla, cavabdeh tərəfindən 10 il müddətinə ödəməli öhdəliyinin olduğunu etiraf edir. Başqa sözlə, əgər məhkəmə öhdəliyin icra müddətinin 2031-ci il tarixdə başa çatacağını nəzərə almırsa, yəni öhdəliyin icra müddəti 09 avqust 2021-ci il tarixdən başlayıb, 09 avqust 2024-cü ildə bitirsə (müqavilə tələbləri üzrə iddia müddəti üç ildir), bu zaman izah verilməlidir. Qanunvericiliyin tələbinə görə həmin tələb üzrə iddia müddəti keçmiş və iddia tələbi keçdiyindən iddia tələbi rədd olunmalıdır. Çünki iddiaçı tərəfindən həmin iddia tələbiylə bağlı 09 avqust 2024-cü il tarixdən sonra məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iş üzrə qətna mə qəbul edərkən nəinki sübutları düzgün qiymətləndirməmiş, hətta yazılı sübutları təhrif etmiş və bununla da iddiaçının üstün mövqeyini əsas götürmüşdür. Belə ki, qətnamənin 2ci səhifəsinin 4-cü abzasında göstərilir: “İş materiallarına əlavə edilmiş 10 avqust 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarın surətindən görünür ki, cavabdeh izahat verərək iddiaçıya borcunun olduğunu və hissə-hissə qaytaracağını etiraf etmişdir”. Lakin iş materiallarında 10 avqust 2022-ci il tarixli qərar yoxdur, işdə 10 avqust 2021-ci il tarixli qərar vardır. Göründüyü kimi, məhkəmə həm işdə olmayan sübuta əsaslanmaqla əsasız və qanunsuz qətnamə çıxarmış, bununla yanaşı, yəqin ki, həmin qərarın tarixini bir il geri çəkməklə, iddia müddətini keçmədiyi görünütüsü yaratmağa çalışm ışdır. Bundan başqa, məhkəmə qətnamədə cavabdeh tərəfindən verilmiş qəbzin verilmə tarixini də göstərməməklə, iddia müddətinin keçməsini ört-basdır etməyə çalışmışır. Qeyd olunanların təsadüfən və ya bilməyərəkdən olması ağlabatan görünmür. Həmçinin qeyd olunmalıdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia ərizəsində göstərir ki, cavabdeh satmış olduğu torpaq sahəsinin 15000 manat pulun hər il 3000 manat olmaqla 10 il müddətinə ödəyəcəyini etiraf etmişdir. Lakin onun satmış olduğu torpaq sahəsinin qiyməti 5000 manat olmuşdur və bu barədə təqdim etdiyi torpaq sahəsinin notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsini, yəni təqdim etdiyi sübutu məhkəmə qəbul etməkdən imtina etdi. İddiaçının iddia etdiyi, onun g uya 15000 manata torpaq sahəsi satmağı tamamilə əsassız və yalan iddiadır. O, torpaq sahəsini 5000 manata satmış, qəbzdə 15.000 manat borclu olmağının qeyd etməyinin səbəbi isə o, iddiaçıya arvadına məxsus telefondan zəng vurduğu üçün arvadının nömrəsini iddiaçı polisə vermişdir və polis şöbəsində arvadını polisə çağıracaqlarını, polisdə saxlayacaqlarıyla bağlı ona təzyiq edib hədələdilər və arvadının polisdə saxlanılmasından qorxaraq 15.000 manat borclu olmağı haqqında qəbz yazmışdır. Məhkəmə iddia tələbini qismən təmin edərkən, iş materiallarında olmayan və məhkəmədə araşdırılmayan sübutlara istinad etmiş, cavabdeh tərəfindən yazılmış qəbzin polis şöbəsində təzyiq altında verilməsini nəzərə almamış, birtərəfli iradə ifadəsi olan qəbzə iddiaçının marağına uyğun olaraq müqavilə kimi qiym ət vermiş, lakin həmin qəbzdən yaranmış münasibətlərə əsasən iddia müddətinin keçməsini nəzərə almamışdır. Lakin cavabdehə münasibətdə isə qəbzin məzmunundan irəli gələn öhdəlik münasibətlərini nədənsə görməzdən gəlmiş, öhdəliyin 2031-ci il də başa çatacağına hüquqi qiymət verməmişdir. Odur ki, həmin sübutlar araşdırılmalı və iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməli, ədalətli, qanuni və əsaslı qətnamə qəbul edilməlidir.

12. İddiaçı tərəf apellyasiya şikayətinə etiraz verərək təmin olunmamasını xahiş etmişdir.

13. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) xx.xx.2025-ci il, 2(106)-993/2025 nömrəli qətnaməsi ilə (hakimlər – M.S.Sadıqov (sədrlik edən və məruzəçi), A.N.Novruzova, T.X.Heydərov), cava bdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(017)-547/2025 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin çıxarılması, iddiaçının cavabdehə qarşı “pul” tələbinə dair iddiasının qismən təmin olunması və cavabdehdən 26000 manat pul vəsaiti və 168 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət etmişdir.

14. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, işin faktiki halları tərəflərin qarşılıqlı münasibətlərinə uyğun düzgün əsaslandırılmamış, bununla əlaqədar maddi və prosessual hüquq normaları səhv təfsir və tətbiq etmiş, bununla da qətnamənin apel lyasiya qaydasında ləğv edilməsi üçün əsas yaratmışdır.

15. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, qətnamədə cavabdehin adından verilmiş və Ağcabədi rayon Polis Şöbəsində təzyiq altında tərtib olunmuş cavabdehin iddiaçıya borclu olmasını təsdiq edən qəbz vardır ki, məhkəmə bu qəbzi müqavilə qüvvəsinə bərabər tutmuş, lakin yazılı müqaviləni tərəflərin sərbəst iradə ifadəsi bildirməklə bağlamalı olduqları halda bu müqaviləni niyə polis şöbəsində bağlamalı olmuşlar nüansına nədənsə hüquqi qiymət verməmiş, iddiaçının üstün mövqeyini əsas götürmüşdür ki, bu da qanunvericiliyin tələblərinə ziddir.

16. Məhkəmə cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlili ilə əlaqədar qeyd edib ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Apellyasi ya baxışı zamanı cavabdeh təzyiq altında və qorxduğu üçün həmin qəbzi imzaladığını göstərsə də, bu barədə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.

17. Bundan əlavə, Ağcabədi RPŞ-də, həm də birinci instansiya məhkəməsində verdiyi izahatında iddiaçıya 29000 manat borcu olmasını etiraf etmişdir. Odur ki, məhkəmə apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab edir.

18. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, əgər məhkəmə həmin qəbzi iddianın qanuni əsası kimi götürüb iddia tələbini qismən təmin edirsə, həmin qəbzin həqiqi məzmumunu təşkil edən, cavabdehin iddiaçıya borclu olduğu “29000 manat pulun bir min beş yüz manatını 09 avqust 2021-ci il tarixinədək, qalan pulu isə hər il 3000 manat olmaqla 10 il müddətinə ödəyəcəyinə söz verirəm” kimi iradə ifadəsini nəzərə almamış, öhdəliyin icra müddətinin 2031-ci il tarixdə başa çatacağını nədənsə görməzdən gəlmişdir. Axı iddia tələbinin qanuni əsası kimi həmin qəbz çıxış edir. Məhkəmə icra müddəti başa çatmamış öhdəliyin, heç bir əsas olmadan vaxtından əvvəl ödənilməsi qənaətinə gəlmiş və qanunsuz qətnamə qəbul etmişdir.

19. Bundan başqa, qeyd olunmalıdır ki, əgər məhkəmə tərəflər arasındakı hüquq və vəzifələrin həmin “müqavilə” (əslində həmin yazılı qəbz müqavilə deyildir, yəni bir nəfərin iradə ifadəsi vardır) üzrə yarandığını qənaətinə gəlirsə, bu zaman həmin tələb üzrə iddia müddəti keçmişdir. Yəni cavabdeh tərəfindən Polis Şöbəsində yazdırılmış 01 avqust 2021-ci il tarixli həmin qəbzdə ümumi borcdan “bir min beş yüz” manatını (qəbzdə rəqəmlə 15000 manat qeyd olunsa da, sözlə “bir m in beş yüz” manat yazılmış və əslində, düzgün ifadə bu cürdür) 09 avqust 2021-ci il tarixə qədər, qalan pulu isə hər il 3000 manat olmaqla 10 il müddətinə ödəyəcəyinə söz vermişdir. İddiaçı, iddia ərizəsində də qalan pulun hər il 3000 manat olmaqla, cavabdeh tərəfindən 10 il müddətinə ödəməli öhdəliyinin olduğunu etiraf edir.

20. Başqa sözlə, əgər məhkəmə öhdəliyin icra müddətinin 2031-ci il tarixdə başa çatacağını nəzərə almırsa, yəni öhdəliyin icra müddəti 09 avqust 2021-ci il tarixdən başlayıb, 09 avqust 2024-cü ildə bitirsə (müqavilə tələbləri üzrə iddia müddəti üç ildir), bu zaman izah verilməlidir. qanunvericiliyin tələbinə görə həmin tələb üzrə iddia müddəti keçmiş və iddia tələbi keçdiyindən iddia tələbi rədd olunmalıdır. Çünki iddiaçı tərəfindən həmin iddia tələbiylə bağlı 09 avqu st 2024-cü il tarixdən sonra məhkəməyə müraciət olunmuşdur.

21. Məhkəmə apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor, qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa dərhal icranı tələb edə bilər.

22. Məhkəmə apellyasiya şikayətinin iddia müddətinin ötürüldüyü halda məhkəmənin iddia müddətini tətbiq etmədiyi hissəsinə münasibət bildirərək qeyd edib ki, qanunvericilik iddia müddətinin tətbiq olunması üçün cavabdehin bu barədə ərizə ilə məhkəməyə müraciət etməsini im perativ norma kimi nəzərdə tutmuşdur.

23. Hazırkı halda iddiaçının həqiqətən də iddia müddətini ötürüb-ötürməməsinə qiymət vermədən hesab edib ki, cavabdeh bu barədə ərizə təqdim etmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddia müddətinə münasibət bildirməmişdir.

24. Göstərilənlərlə yanaşı, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli hüquq münasibəti yaranan zaman həmin hüquq münasibətinə tətbiq edilməli maddi hüquq norması kimi MM-nin 740.1 və 740.2-ci maddələrinə uyğun deyil, MM-nin əsassız varlanmanı tənzimləyən maddi hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir.

25. Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan Mülki Məcəllənin 740.2-ci maddəsinin birbaşa göstərişi 3000 manatdan yuxarı olan borc müqaviləsinin yazılı formada bağlanmas ı tələb olunurdu.

26. Qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası göstərmişdir ki, varlanmaq hüququ əsassız əmlak dəyişikliklərini kompensasiya etmək məqsədinə xidmət edir. Məhrum olan kreditorun əmlak itkisinin əvəzini ödəməklə bağlı zərərin ödənilməsi hüququndan fərqli olaraq, varlanma hüququnun məqsədi yalnız varlanmış borclunun hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü borclunun əmlak əldə etməsi, həmin əmlakı kreditorun əmlakı hesabına əldə etməsi və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış borcludan əmlakın dəyəri alınaraq kreditora verilməlidir. Hazırkı işdən də göründüyü kimi, cavabdehin pulu iddiaçıdan al ması, daha sonra həmin pulları tam qaytarmaqdan imtina etməsi və əsassız varlanması faktı təsdiq olunur.

27. Hazırda həmin pulun cavabdeh tərəfindən əldə edilməsi, cavabdehin iddiaçının hesabına pulu əldə etməsinə və bunun nəticəsində də əsassız varlanmaqla iddiaçını əlverişsiz vəziyyətə düşməsinə səbəb olmuşdur. Belə olan halda da həmin pul məbləğinin alınaraq iddiaçıya verilməsi barədə tələb əsaslı və yolverilən hesab edilməlidir.

28. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitutsiyasının 127-ci maddənin İİ hissəsi və 127-ci maddənin Vİİ hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.1, 375.2, 385.1, 428.4, 442, 448.1, 739, 740.1, 740.2, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2, 77.1, 88, 217.1, 217.2, 217.4, 372.1, 372,6, 372.7, 382, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4, 385.2, 392, 393 və 405-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh (Vəkil2 Əbduləli oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)-993/2025 saylı qətnaməsinin əsassız olduğundan tam ləğv edilməsini və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Cavabdehin kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə Azərbay can Respublikası Mülki Məcəlləsinin tərəflər arasında borc münasibətlərini tənzimləyən borc müqaviləsi ilə bağlı normalara istinad etsə də, əslində həmin normanın tələblərini pozmuş, iddia tələbini qismən təmin edərkən iddiaçının üstün mövqeyini əsas götürmüş və qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, qanun norması aydın şəkildə bəyan edir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə bağlanır. Qətnamədə qeyd olunan halı təsdiq edən və istinad olunan sübuta əsaslanılmamışdır. Qətnamədə cavabdehin adından verilmiş və Ağcabədi rayon Polis Şöbəsində təzyiq altında tərtib olunmuş cavabdehin iddiaçıya borclu olmasını təsdiq edən qəbz vardır ki, məhkəmə bu qəbzi müqavilə qüvvəsinə bərabər tutmuş, lakin yazılı müqaviləni tərəflərin sərbəst iradə ifadəsi bildirməklə bağlamalı olduqları h alda, bu müqaviləni niyə polis şöbəsində bağlamalı olmuşlar nüansına nədənsə, hüquqi qiymət verməmiş, iddiaçının üstün mövqeyini əsas götürmüşdür ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Əgər məhkəmə həmin qəbzi iddianın qanuni əsası kimi götürüb iddia tələbini qismən təmin edirsə, həmin qəbzin həqiqi məzmumunu təşkil edən, cavabdehin iddiaçıya borclu olduğu “29000 manat pulun bir min beş yüz manatını 09 avqust 2021-ci il tarixinədək, qalan pulu isə hər il 3000 manat olmaqla 10 il müddətinə ödəyəcəyinə söz verirəm” kimi iradə ifadəsini nəzərə almamış, öhdəliyin icra müddətinin 2031-ci il tarixdə başa çatacağını nədənsə, görməzdən gəlmişdir. Axı iddia tələbinin qanuni əsası kimi həmin qəbz çıxış edir. Lakin məhkəmə icra müddəti başa çatmamış öhdəliyin, heç bir əsas olmadan vaxtından ə vvəl ödənilməsi qənaətinə gəlmiş və hər iki məhkəmə qanunsuz qətnamələr qəbul etmişlər. Bundan başqa, qeyd olunmalıdır ki, əgər məhkəmə tərəflər arasındakı hüquq və vəzifələrin həmin “müqavilə” (əslində həmin yazılı qəbz müqavilə deyildir, yən bir nəfərin iradə ifadəsi vardır) üzrə yarandığını qənaətinə gəlirsə, bu zaman həmin tələb üzrə iddia müddəti keçmişdir. Yəni, cavabdeh tərəfindən Polis Şöbəsində yazdırılmış 01 avqust 2021-ci il tarixli həmin qəbzdə ümumi borcdan “bir min beş yüz” manatını (qəbzdə rəqəmlə 15.000 manat qeyd olunsa da, sözlə “bir min beş yüz” manat yazılmış və əslində, düzgün ifadə bu cürdür) 09 avqust 2021-ci il tarixə qədər, qalan pulu isə hər il 3.000 manat olmaqla 10 il müddətinə ödəyəcəyinə söz vermişdir. İddiaçı, iddia ərizəsində də qalan pulun hər il 3.000 mana t olmaqla, cavabdeh tərəfindən 10 il müddətinə ödəməli öhdəliyinin olduğunu etiraf edir. Başqa sözlə, əgər məhkəmə öhdəliyin icra müddətinin 2031-ci il tarixdə başa çatacağını nəzərə almırsa, yəni öhdəliyin icra müddəti 09 avqust 2021-ci il tarixdən başlayıb, 09 avqust 2024-cü ildə bitirsə(müqavilə tələbləri üzrə iddia müddəti üç ildir), bu zaman qanunvericiliyin tələbinə görə həmin tələb üzrə iddia müddəti keçmiş və iddia tələbi keçdiyindən iddia tələbi rədd olunmalıdır. Çünki, iddiaçı tərəfindən həmin iddia tələbiylə bağlı 09 avqust 2024-cü il tarixdən sonra məhkəməyə müraciət olunmuşdur. Məhkəmələr iş üzrə qətnamə qəbul edərkən nəinki sübutları düzgün qiymətləndirməmiş, hətta yazılı sübutları təhrif etmiş və bununla da, iddiaçının üstün mövqeyini əsas götürmüşdür. Belə ki, qətnamənin 2-ci səhifəsinin 4-cü abzasında göstərilir: ”İş materiallarına əlavə edilmiş 10 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, cavabdeh izahat verərək iddiaçıya borcunun olduğunu və hissə-hissə qaytaracağını etiraf etmişdir. Lakin iş materiallarında “10 avqust 2022-ci il tarixli” qərar yoxdur, işdə “10 avqust 2021-ci il tarixli” qərar vardır. Göründüyü kimi, məhkəmə həm işdə olmayan sübuta əsaslanmaqla əsasız və qanunsuz qətnamə çıxarmış, bununla yanaşı, yəqin ki, həmin qərarın tarixini bir il geri çəkməklə, iddia müddətini keçmədiyi görünütüsü yaratmağa çalışmışdır. Həmçinin, qeyd olunmalıdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia ərizəsində göstərir ki, cavabdeh satmış olduğu torpaq sahəsinin 15000 manat pulun hər il 3000 manat olmaqla 10 il müddətinə ödəyəcəyini etiraf etmişdir. Lakin cavabdehin satmış olduğu torpaq sahəsinin qiyməti 5.000 manat olmuşdur və bu barədə təqdim etdiyi torpaq sahəsinin notarial qaydada təsdiq olunmuş alqısatqı müqaviləsini, yəni, təqdim etdiyim sübutu məhkəmə qəbul etməkdən imtina etdi. İddiaçının, iddia etdiyi, cavabdehin guya 15.000 manata torpaq sahəsi satmağım tamailə əsassız və yalan iddiadır. Cavabdeh torpaq sahəsini 5.000 manata satmış, qəbzdə 15.000 manat borclu olmasının qeyd etməsinin səbəbi isə onun iddiaçıya arvadına məxsus telefondan zəng vurduğu üçün arvadının nömrəsini iddiaçı polisə vermişdir və polis şöbəsində arvadını polisə çağıracaqlarını, polisdə saxlayacaqlarıyla bağlı cavabdehə təzyiq edib hədələdilər və arvadının polisdə saxlanılmasından qorxaraq 15 000 manat borclu olması haqqında qəbz yazmışdır. Qanunvericiliyin tələbinə görə, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipini rəhbər tutulmalıdır. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallardan irəli gələ bilər. Bir qayda olaraq əsaslı şübhələrdən kənar standartlar tətbiq edilir. Lakin məhkəmələr qətnamə qəbul edərkən özünün əsaslandırmasının ziddinə qərar qəbul etmiş, nədənsə iddiaçının marağını üstün tutmuş, işin həqiqi halını görməzdən gəlmişdir. Apellyasiya məhkəməsi işin qeyd olunan hallarına düzgün qiymət verməmiş, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş əsassız qətnaməni pulun tutulması hissəsində dəyişdirilmədən saxlamış, qanunsuz qətnamə qəbul etmişdir.

31. Kassasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.3, 324.4, 324.5, 324.6, 373.2, 375.2 və 740.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 106.1, 218.1 və 220.4-cü maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

32. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kr editorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

34. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

35. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

36. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

37. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə ə sası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

38. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

39. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. M addə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur

42. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.

43. Maddə 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətl i olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əl avə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəm əsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

49. Cavabdeh kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

50. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki h alların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir

51. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-993/2025 nömrəli iş üzrə 30 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar