Məhkəmə qərarları › İş №2(102)-3304/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3304/2022

13.06.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3304/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-3304/22 (açar sözlər: ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması) Bakı şəhəri, 13 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki iş üzrə Ba kı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9443/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 13 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X3 mülkiyyətində olmaqla 09 yanvar 2017-ci il tarixdə "xxxx" ASC-də sığortalanmış və onun tərəfində idarə edilən “Nissan Qashqai” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətində olmaqla "xxxx" ASC-də sığortalanmış və X9 tərəfindən idarə edilən “İveco Crealis” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuşdur. 2. "xxxx" MMC tərəfindən tərtib olunmuş qüsur aktına əsasən “İveco Crealis” markalı, 99-JH118 dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı zərər 36.272,61 ma nat məbləğində müəyyən edilmiş və bu məbləğ iddiaçı "xxxx" ASC tərəfindən ödənilmişdir. Eyni zamanda təmir zamanı aşkar edilmiş və 962,97 manat təşkil edən əlavə xərc məbləği də iddiaçı tərəfindən qarşılanmışdır.

3. X3 mülkiyyətində olan “Nissan Qashqaı” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığından "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 5.000 manat məbləğində icbari sığorta məbləği ödənilmişdir

4. Hadisə nəticəsində “Nissan Qashqaı” markalı avtomobili idarə edən X7 ölmüşdür. Faktla bağlı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanmış və istintaq zamanı X3 h ərəkətlərində “Yol hərəkəti haqqında” Qanununun 36-cı maddəsinin və 69-cu maddəsinin tələblərinə uyğunsuzluğun olduğu müəyyən edilmiş, eyni zamanda “İveco Crealis” avtobus markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X6 əməlində cinayət tərkibinin olmadığı müəyyən edilmişdir.

5. İstintaq şöbəsinin 02 avqust 2017-ci il tarixli qərarı ilə sürücü X6 əməlində cinayət tərkibi olmadığından, həmçinin “Nissan Qashqai” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X7 hadisə nəticəsində öldüyündən cinayət işi üzrə icraata xitam verilmişdir.

6. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 avtomobil qəzası nəticəsində ölən X3 övladlarıdır.

7. Cavabdeh1 2017-ci ildə həm də Cavabdeh3 qəyyumu təyin edilib.

8. Cavabdeh1 və Abbasov X1 Sevda Eynal qızından miras qalan avtomobil i vərəsəlik qaydasında qəbul ediblər.

9. Mübahisə dəymiş zərərin vərəsələr tərəfindən ödənilməsi ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat 10. "xxxx" ASC (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 subroqasiya qaydasında iddiaçının xeyrinə 32.235,58 manat məbləğində sığorta ödənişinin, 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Sonradan iddiaçı Cavabdeh3 (onun qanuni nümayəndəsi qismində Cavabdeh1) və Cavabdeh2 da cavabdeh qismində cəlb edilməsi barədə ərizə vermişdir.

12. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" MMC-yə məxsus ** HJ *** dövlət qeydiyyat nişanlı “İveco Crealis” markalı avtonəqliyyat vas itəsi iddiaçı tərəfindən 01 aprel 2016-cı il tarixdə “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2017-ci il tarixində X7 idarə etdiyi ** MG *** dövlət qeydiyyat nişanlı “Nissan Qashqai” markalı avtonəqliyyat vasitəsi ilə iddiaçı tərəfindən sığortalanmış həmin avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində sürücü X7 aldığı xəsarətlərdən vəfat etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar 02 avqust 2017-ci il tarixində cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmuşdur. Qərarın təsviri hissəsində qeyd olunmuşdur ki, yol-nəqliyyat hadisəsində sürücü, vəfat etmiş X7 təqsirli olmuşdur. 13. "xxxx" MMC tərəfindən verilmiş 29 mart 2017-ci il tarixli zərər aktına, iddi açının 24 may 2017-ci il tarixli və 18 iyul 2019-cu il tarixli sığorta aktlarına iddiaçı tərəfindən dəymiş ziyana görə ümumilikdə 37.235,58 manat məbləğində sığorta ödənişinin "xxxx" MMC-nin hesabına ödənilməsi qərara alınmış və köçürülmə həyata keçirilmişdir.

14. X3 idarə etdiyi ** MG *** dövlət qeydiyyat nişanlı, “Nissan Qashqai” markalı avtonəqliyyat vasitəsinin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalamış sığortaçı "xxxx" sığorta şirkəti 5000 manat məbləği iddiaçıya ödəmişdir.

15. Təqsirli şəxs olan sürücü X7 vəfat etdiyindən sonuncunun vərəsələri olan cavabdehlərə dəymiş zərər məbləğinin sığorta şirkətinə ödənilməmiş hissəsi olan 32.235,58 manatın "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə bildiriş göndərilmiş, lakin tələb olun an vəsait ödənilməmişdir.

16. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 21.1, 936.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1108.1 və 1114-cü maddələrinə istinad etmişdir.

17. Məhkəmə iclasında Cavabdeh3 qanunin nümayəndəsi və eyni zamanda Cavabdeh1 iddiaya etiraz edib. Etirazın dəlilləri: qeyd edilən yol-nəqliyyat hadisəsində X3 təqsirli olması sübuta yetməmişdir. Belə ki, hadisənin anasının halının pisləşməsi və idarəetməni itirməsi nəticəsində baş verməsi ehtimal olunur. Onun anasının idarə etdiyi avtomobil faktiki olaraq avtobusa çırpılmışdır ki, bu da mümkün deyil. Əks halda, avtomobili saxlamaq və ya hər hansı istiqamətə çəkmək cəhdləri olardı. Hadisədən sonra da anası tibb müasisəsinə yerləşdirilmiş, onun əməliyyatına xeyli məbləğdə vəsait sərf edilmiş, lakin onun həyatını x ilas etmək mümkün olmamışdır. - O, və qardaşı Cavabdeh3 anasının vərəsəsi kimi tanınmışlar və analarından miras qalmış 2007-ci il buraxılışlı, ** VF *** dövlət nömrə nişanlı, “Hyundai Sonata” markalı avtomobil qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən hər birinə ½ hissə ayrılmaqla onların paylı mülkiyyətinə verilmişdir. Həmin avtomobil də artıq özgəninkiləşdirilmişdir. Anasından onlara miras olaraq hər hansı başqa əmlak qalmamışdır.

18. Birinci instansiya məhkəməsi zərər məbləğinin müəyyən edilməsi məqsədilə 10 mart 2020-ci il tarixli qərardadla əmtəəşünaslıq ekspertizası təyin etmişdir.

19. Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyul 2020-ci il tarixli, 9/1618 nömrəli ekspert rəyə əsasən "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “İveco Crealis” minik markalı ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 28.282 manatdır.

20. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1145/2021 nömrəli, 2 noyabr 2020-ci il tarixli, qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" MMC-yə məxsus “İveco Crealis” markalı, ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi qismində cavabdehlər Cavabdeh1 və Cavabdeh3 (onun qanuni nümayəndəsi Cavabdeh1) müştərək qaydada 24.244,97 (iyirmi dörd min iki yüz qırx dörd manat, doxsan yeddi qəpik) manat məbləğində pul vəsaitinin, 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul vəsaitinin 30 (otuz) manat hissəsinin iddiaçı "xxxx" ASC-dən, 70 (yetmiş) manat hissəsinin isə müştərək qaydada Cavabdeh1 və Cavabdeh3 (onun qanuni nümayəndəsi Cavabdeh1) tutulub dövlət gəlirlərinə alınması qət edilmişdir. (hakim Fuad Abdıyev)

21. Birinci instansiya məhkəməsi işdəki sübutlarla müəyyən etmişdir ki, 09 yanvar 2017-ci il tarixdə X3 mülkiyyətində olmaqla "xxxx" ASC-də sığortalanmış və onun tərəfində idarə edilən “Nissan Qashqaı” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətində olmaqla "xxxx" ASC-də sığortalanmış və X9 tərəfindən idarə edilən “İveco Crealis” minik markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuşdu r. Nəticədə “İveco Crealis” markalı nəqliyyat vasitəsinə zərər dəymişdir. Hadisə zamanı X7 xəsarət aldığından X14 yerləşdirilmiş, lakin aldığı xəsarətlərdən həmin gün xəstəxanada ölmüşdür. Faktla bağlı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanmış və istintaq zamanı X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Qanununun 36-cı maddəsinin və 69-cu maddəsinin tələblərinə uyğunsuzluğun olduğu bu müddəaların tələblərinin onun tərəfindən pozulduğu, onun hadisənin qarşısını almağa texniki imkanının olduğu, eyni zamanda, “İveco Crealis” avtobus markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X6 əməlində cinayət tərkibinin olmadığı müəyyən edilmiş və şöbənin 02 avqust 20 17-ci il tarixli qərarı ilə sürücü X6 əməlində cinayət tərkibi olmadığından, həmçinin “Nissan Qashqaı” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X7 hadisə nəticəsində öldüyündən cinayət işi üzrə icraata xitam verilmişdir. "xxxx" MMC-nin qüsur aktına əsasən “İveco Crealis” avtobus markalı, 99-JH118 dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı zərər 36.272,61 manat məbləğində müəyyən edilmiş və bu məbləğ iddiaçı "xxxx" ASC tərəfindən ödənilmişdir. Eyni zamanda, təmir zamanı aşkar edilmiş və 962,97 manat təşkil edən əlavə xərc məbləği də iddiaçı tərəfindən qarşılanmışdır. “Nissan Qashqaı” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığından "xxxx" ASC tərəfindən iddiaçıya 5.000 manat məbləğində icbari sığorta məbləği ödənilmişdir. X3 ölümündən sonra Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli Sərəncamı ilə onun oğlu Cavabdeh1 qardaşı (X3 digər oğlu) Cavabdeh3 qəyyumu təyin edilmiş və hər iki uşaq X3 vərəsəsi kimi tanınmaqla bununla bağlı verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onların X2 miras qalmış “Hyundai Sonata” minik markalı, ** VF *** dövlət nömrə nişanlı avtomobilə bərabər payları tanınmışdır. X3 digər uşağı X8 onun vərəsəsi kimi tanınmamışdır. Bundan əlavə X3 ölüm anına Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 91 saylı evin, 30 saylı mənzili, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, 12 saylı evin, 76 saylı mənzili və Bakı şəhəri, Nərim anov rayonu, X15 prospekti, 110 saylı evin, 141 saylı mənzili, habelə “Nissan Qashqai” minik markalı, ** MG *** dövlət nömrə nişanlı avtomobil də X3 mülkiyyətində olmuş və hazırda da onun mülkiyyəti kimi keçir.

22. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən qeyd edib ki, yol nəqliyyat hadisəsinin törədilməsində məhz X3 təqsirli olması Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin 02 avqust 2017-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi” barədə qərarı ilə təsdiq olunur. Belə ki, həmin qərarla X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Qanununun 36-cı maddəsinin və 69- cu maddəsinin tələblərinə uyğunsuzluğun olduğu bu müddəaların tələblərinin onun tərəfindən pozulduğu, onun hadisənin qarşısını almağa texniki imkanının olduğu müəyyən edilm işdir. Lakin bu şəxs hadisə nəticəsində ölmüş və onun vərəsələri qismində cavabdehlər (uşaqları) Cavabdeh1 və Cavabdeh3 tanınmaqla ondan miras qalmış avtomobili hər birinin ½ hissədə payı tanınmaqla qəbul etmişlər. Bu səbəbdən, “Nissan Qashqaı” markalı, **MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurduğu zərərlə bağlı sığorta ödənişi vermiş sığortaçı "xxxx" ASC-nin hadisəni törətmiş X3 vərəsələri olan Cavabdeh1na və Cavabdeh3 (onun qanuni nümayəndəsi Cavabdeh1) qarşı subroqasiya hüququ yaranmışdır.

23. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “Nissan Qashqai” markalı, ** MG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X7 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi baş verməsi və bununla da mülki hüquq pozuntusunun (delikt) onun tərəfindən törədilməsi, bu nun nəticəsində iddiaçı tərəfindən zərərçəkənə sığorta ödənişi ödənilməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi öz təsdiqini tapdığından iddiaçının X3 qanun üzrə vərəsələri olan cavabdehlər Cavabdeh1 və Cavabdeh3 (onun qanuni nümayəndəsi Cavabdeh1) qarşı tələbi əsaslıdır və zərər məbləği bu cavabdehlərdən tutulmalı, Cavabdeh2 X3 vərəsəsi kimi tanınmadığından və ondan miras qalmış əmlakı hər hansı hissədə qəbul etmədiyindən iddia tələbi Cavabdeh2 aid hissədə əsassızdır və rədd edilməlidir.

24. Tutulmalı olan zərərlə məbləği ilə bağlı hissədə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlər X3 vurduğu zərərin əvəzini qəbul etdikləri mirasda hər birinin payına mü tənasib surətdə birgə borclu kimi tam ödənilməsi öhdəliyini daşıyırlar. Cavabdehlər də miras qismində yalnız ** VF *** dövlət nömrə nişanlı, “Hyundai Sonata” minik markalı avtomobili qəbul etmişlər və həmin avtomobilin də artıq satıldığını bildirmişlər. Lakin araşdırma zamanı hadisəni törətmiş X3 öldüyü məqamadək mülkiyyətində müxtəlif ünvanlarda yerləşən 3 ədəd mənzilin də olduğu müəyyən edilmişdir. Hadisədə iştirak edən “Nissan Qashqai” markalı avtomobil də X3 mülkiyyətində olmuşdur. Hüquqi nəticə etibarı ilə cavabdehlər “Hyundai Sonata” minik markalı avtomobilə sahiblik etməyə faktik başlamaqla həmin mənzilləri və qeyd edilən avtomobili də miras əmlak kimi qəbul etmişlər. Bütün bu əmlakların dəyəri iddiaçının verdiyi sığorta ödənişinin əvəzinin tam şəkildə cavabdehlərdən tutulmasını müm kün edir.

25. Birinci instansiya məhkəməsi vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən ekspert rəyini, zərərin 5000 manat hissəsinin "xxxx" Sığorta Şirkəti ASC tərəfindən iddiaçıya ödnilməsini nərəzər alaraq (28.282+962,97=29.244,97 – 5.000 = 24.244,97) 24.244,97 manat məbləğində müəyyən etmiş və həmin pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 (onun qanuni nümayəndəsi Cavabdeh1) tutulmalı olması qənaətinə gəlmişdir.

26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 936.1, 936.2, 936.5, 1096, 1097, 1108, 1114, 1133.1, 1151.1, 1243.2, 1243.3, 1255, 1306-cı, Mülki Prosessual Məcəllənin 14 və 77-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin on a və qardaşı Cavabdeh3 aid hissədə ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

28. Apellyasiya şikayətinin dəlilləri: - anasından miras qaldığı göstərilən mənzillər barədə məlumatı olmamışdır və həmin mənzillərin mövcudluğu barədə məhkəmədə məlumat əldə etmişdir. Bundan sonra araşdırmış və həmin mənzillərin qohumlarıma məxsus olduğu və rayonda qeydiyyatda olduqları üçün mənzillərin formal olaraq anasının adına qeydiyyata alındığı məlum olmuşdur; - bununla da müəyyən olunur ki, onun tərəfindən və qardaşı Cavabdeh3 tərəfindən 10.000 manat dəyərində miras əmlak qəbul edilmişdir. Lakin anasının müalicəsi, dəfni və daş salınması üçün 20.000 manat, mərhumun ipoteka qoyulmuş kredit borcu üçün 27.000 manat, azyaşlı qardaşının təhsili üçün 12.450 manat vəsait xərc lənmişdir və bundan sonra da yetkinlik yaşına çatmamış qardaşının saxlanması və təhsili üçün vəsait xərclənməlidir. Beləliklə də, işin faktiki halına və göstərilən qanunvericiliyə müvafiq olaraq verilmiş iddianın hüquqi və faktiki əsası yoxdur.

29. İddiaçı da apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

30. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələblərinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin müəyyən edilməsi sığortaçının müstəsna hüququdur. Məhkəmə iddia tələblərini qismən təmin edən zaman yalnız məhkəmə araşdırması zamanı keçirilmiş xx.xx.2020-ci il tarixli 9/1618 saylı ekspertiza rəyinə istinad etmişdir. Bu zaman qanunv ericiliyin imperativ normaları və sığortaçı kimi "xxxx" ASC-nin preyudisial hüququ olan sığorta hadisəsi zamanı zərərin müəyyən edilməsi hüququ məhkəmə tərəfindən təhrif edilmişdir.

31. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9443/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh və iddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1145/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Vahid Sadıqov)

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, iddiaçının apellyasiya şikayətinin dəlillərinə münaisbətdə qeyd etmişdir ki, iddiaçı məhkəmə tərəfindən sübut hesab edilən ekspert rəyi ilə razı olmadığını və cavabdehlərdən tutulmalı məbləğ hissəsində birinci instansiya məhkəməsinin qənaəti ilə razılşmadığını bildirsə də, iddiaçı tərəfindən təqdim edilən qüsur aktında göstərilmiş ehtiyat hissələrinin və təmir-bərpa işlərinin qiymətlərinin hansı mənbələrdən götürüldüyü, hansı məlumatlara əsasən müəyyən edildiyi, habelə real bazar qiymətlərinə uyğun olubolmaması aşkar olunmur.

33. Cavabdehin apellyasiya şikayəti ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olub ki, cavabdehlər mərhum anaları tərəfindən onlara yalnız “Hyundai Sonata” minik markalı avtomobil miras qaldığını və analarının adlarına olan mənzillərin formal olaraq onun adına rəsmiləşdirildiyini qeyd etsələr də, bu halı təsdiq edəcək hər hansı süb ut təqdim etməmiş, əksinə, iş materialları ilə cavabdehlərin apellyasiya şikayətində qeyd etdiyi dəlillər təkzib olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. Cavabdeh1 (vəkil X4) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayətinin dəlilləri: cavabdeh və onun qardaşı tərəfindən 10 min manat dəyərində miras əmlak qəbul edildiyi üçün Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən cavabdehlərin borcu bu məbləğdən artıq olmamamılıdır; mərhum anasından miras qaldığı göstərilən 2 mənzil barədə onların məlumatı yoxdur, bu barədə məlumatı məhkəmədə əldə ediblər. Sonra da məlum olub ki, bu mənzillər faktiki olaraq rayonda yaşayan qohumlarına məxsusdur, sadəcə rayonda qeydiyyatda olduqları üçün mənzillər anasının adına rəsmiləşib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək təl əbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5 Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvaiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hü quq məsulliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülki yyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 1 4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsin in faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

38. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.

39. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımd an, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verməklə qanuni nəticəyə gəlmişdir.

42. Cavabdehin iddiaya etirazının yeganə dəlilləri ondan ibarədir ki, miras olaraq 10 min manat dəyərində avtomobil qəbul edildiyi üçün onların öhdəliyi həmin məbləğ həddində olmalıdır, mərhum anasından miras qaldığı göstərilən 2 mənzil faktiki olaraq qohumlarına məxsusdur.

43. İşin müəyyən edilən halları isə ondan ibarətdir ki, X3 öldüyü məqamadək mülkiyyətində müxtəlif ünvanlarda yerləşən 3 ədəd mənzili var, cavabdehlər mərhuma məxsus olmuş “Hyundai Sonata” minik markalı avtomobilə sahiblik etməyə faktik başlamaqla həmin mənzilləri də mira s əmlak kimi qəbul etmişlər. Miras əmlak olan mənzillərin faktiki olaraq başqa şəxslərə məxusus olması barədə cavabdehlərin iddiaya etirazının və apellyasiya şikayətinin dəlilləri isə işə mahiyyəti üzrə baxan məhkəmələrdə təsdiqini tapmayıb.

44. Nəzərə alınsa ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar, belə olan halda gəlinən nəticə işin hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur.

45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9443/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar