Məhkəmə qərarları › İş №2(102)-3305/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-3305/2024

23.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3305/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyünün yoxlanılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2(106)113/2024 saylı qətnaməsindən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə M ərkəzi Filialının verdiyi kassasiya şikayəti üzrə kassasiyanın mümkünlüyünü yoxlayaraq müəyyən etdi İşin halları Birinci instansiya məhkəməsində icraat 1.İddiaçı (bundan sonra- iddiaçı) məhkəmədə cavabdeh "xxxx" ASC-nə (bundan sonracavabdeh) qarşı iddia qaldıraraq, cavabdehdən “qaynaqçı” işində çalışdığı vaxt aldığı xəsarətlə əlaqədar olaraq 1 sentyabr 2019-cu ildən 1 iyun 2021-ci il tarixədək ona əskik ödənilmiş 1.280 manat; 1 iyun 2021-ci ildən 1 yanvar 2022-ci il tarixədək ödənilməli olan 1.680 manat; mediasiya xərcinə görə 55 manat; habelə 1 yanvar 2023-cü ildən hesablanmalı olan 276 manat aylıq ödəncin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Lənkəran rayon məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(049)-1980/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

3. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 dekabr 2023-cü il tarixli, 2(106)1620/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra- üçüncü şəxs) hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2(106)113/2024 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Lənkəran Rayon məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(049)-1980/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində icraat

6. Üçüncü şəxs kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddiaçının cavabdehə qarşı “istehsalatda alınan xəsarətlə əlaqədar əskik ödənilmiş pulun tutulması və aylıq ödəncin hesablanaraq tutulması” tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

8. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 may 2024-cü il tarixli, 2(106)113/20 24 saylı qərardadı ilə iddiaçının iş üzrə həmin məhkəmənin 28 fevral 2024-cü il tarixli, 2(106)-113/2024 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılmışdır.

9. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, mülki işin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 7 iyun 2024-cü il tarixli, 2(106)113/2024 saylı qərardadı ilə iddiaçının iş üzrə həmin məhkəmənin 28 fevral 2024-cü il tarixli, 2(106)-113/2024 saylı qətnaməsindən (iddiaçı qətnamədən deyil, 20 may 2024-cü il tarixli, 2(106)-113/2024 saylı qərardaddan kassasiya şikayəti vermişdir) verdiyi kassasiya şikayəti geri qaytarılmışdır.

11. Bundan sonra Şirvan Apellyasiya Məhkəməsinin 2 7 iyun 2024-cü il tarixli məktubu ilə üçüncü şəxsin iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2(106)-113/2024 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərilmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 12 iyul 2024-cü il tarixli, 2(102)-2632/2024 saylı qərardadı ilə iddiaçının iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2(106)-113/2024 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilmiş və kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin Mülki kollegiyasında yazılı icraat qaydasında baxılası qərara alınmışdır.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 18 iyul 2024-cü il tarixli, 2(1 02)-2632/2024 saylı qərardadı ilə iş üzrə həmin məhkəmənin 12 iyul 2024-cü il tarixli, 2(102)-2632/2024 saylı qərardadında buraxılmış yanlışlıq düzəldilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2(106)-113/2024 saylı qətnaməsindən kassasiya şikayətinin iddiaçı tərəfindən deyil, üçüncü şəxs tərəfindən verilməsi kimi oxunmuş, üçüncü şəxsin iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2(106)-113/2024 saylı qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Mülki kollegiyasının 12 iyul 2024-cü il tarixli, 2(102)-2632/2024 saylı qərardadı ləğv olunmuş, kassasiya şikayəti üzrə kassasiya qeyri-mümkün hesab edilmiş, üçüncü şəxsin kassasiya şikayəti kassasiya baxışından çıxarıl mış və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Üçüncü şəxsin təkrar verdiyi kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması

14. Əvvəla, işdən görünür ki, kassasiya instansiyası məhkəməsinin sözügedən qərarı ilə üçüncü şəxsin kassasiya şikayəti üzrə kassasiya qeyri-mümkün hesab edilərək, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarıldığı halda, apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan, kassasiya şikayətini təkrar mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərmişdir. Halbuki, kassasiya instansiyası məhkəməsinin sözügedən qərarında şərh edi lən məcburi göstərişdən görünür ki, iddiaçının cavabdehə qarşı iddia tələbləri birinci instansiya məhkəməsinin qətnaməsi ilə rədd edildiyi və onun qətnamədən verdiyi apellyasiya şikayəti isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə təmin edilmədiyi halda, üçüncü şəxs apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir.

15. Azərbaycan Respublikası MPM-in 403.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

16. Mülki prosessual qanunvericilikdə isə tərəflərin, o cümlədən üçüncü şəxslərin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsasla ndırıcı hissəsindən kassasiya şikayəti verə bilmələri nəzərdə tutulmamışdır və həmin normaların mənasına görə tərəflər, üçüncü şəxslər o halda iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verə bilərlər ki, iddiaçının tələbləri təmin olunmamış (və ya qismən təmin olunmuş) və ya cavabdehə, üçüncü şəxsə qarşı verilmiş tələblər təmin olunmuş (və ya qismən təmin olunmuş) olsun.

17. Hazırkı halda iddiaçının tələbləri yalnız cavabdehə qarşı yönəlib və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə üçüncü şəxsin hüquq və vəzifələrinə dair hər hansı məsələ həll olunmayıb.

18. Göründüyü kimi, üçüncü şəxsin kassasiya şikayətinə kassasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur.

19. Azərbaycan Respublikası MPM-in 404-1.1-ci maddəsində göstərilir ki,...kassasiyanın mümkünlüyünün yoxlanılmasına işə kassasiya qaydasında baxılması üçün prosessual əsasların olması daxildir.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417.1.7, 419.1, 419.4-cü maddəsinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2(106)-113/2024 saylı qətnaməsindən təkrar verdiyi kassasiya şikayəti üzrə kassasiya qeyri-mümkün hesab edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar