Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3306/2019 17.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Sarıyev Musa Kahov oğlunun iştirakı ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli, 2(107)-18/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Sarıyev Musa Kahov oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Qəbələ rayon məhkəməsinin 21 iyun 2017-c i il tarixli, 2(025)-1311/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim F.N.Abbasov) İddiaçı1 və digərlərinin Cavabdeh3 və digərlərinə qarşı “torpaq sahələri üzərində payların müəyyən edilməsi” barədə iddiası təmin edilərək, Qəbələ rayon AİK-nın 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarı ilə “Torpağa mülkiyyət hüququna dair” JN-0721 saylı Dövlət Aktına əsasən X2, İddiaçı1, Cavabdeh3, İddiaçı2, Cavabdeh4 və Cavabdeh1 ümumi birgə mülkiyyətinə verilmiş 1,23 ha torpaq sahəsində onların hər birinin payının 1/6 hissədə, eləcə də Qəbələ rayon AİK-nın 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-101A saylı Şəhadətnaməyə əsasən onların, o cümlədən Cavabdeh2 və Cavabdeh5 ümumi birgə mülkiyyətinə verilmiş 0,15 ha torpaq sahəsində onların hər birinin p ayının 1/8 hissədə müəyyən edilməsi qət olunmuşdur. İddiaçılar qətnamədən apellyasiya şikayəti vermişlər. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli, 2(107)-18/2019 saylı qətnaməsi ilə (hakimlər G.Q.Abbasov sədrlik edən, məruzəçi, R.R.Rəfiyev və M.R.Hüseynov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Qəbələ rayon məhkəməsinin 21 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia ərizəsi rədd olunmuşdur. İddiaçılar və onların vəkili Musa Sarıyev qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçılar məhkəmədə cavabdehlərə qarşı “torpaq sahələri üzərində payların müəyyən edilməsi” barədə iddia qaldıraraq, Qəbələ rayon AİK-nın 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarı əsasında JN- 0721 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə verilmiş 1,23 ha, JN-101A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə verilmiş 0,15 ha torpaq sahələri üzərində payların müəyyən edilməsi və 24 fevral 2006-cı il tarixli alqı-satqı müqavilələri üzrə alınmış 0,41 ha və 0,59 ha torpaq sahələri üzərində payların müəyyən edilməsi barədə iddia qaldırmışlar. Sonradan iddiaçılar iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə verərək, Qəbələ rayon AİK-nın 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarı əsasında JN-0721 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə verilmiş 1,23 ha və JN-101A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə verilmiş 0,15 ha torpaq sahələri üzərində payların müəyyən edilməsi barədə qətnamənin çıxarılmasın ı xahiş etmiş və tələblərini onunla əsaslandırmışlar ki, torpaq islahatı keçirilən zaman Qəbələ rayon AİK-ın 22 noyabr 1997-ci il tarixli 25 saylı qərarı ilə ümumi paylı mülkiyyətlərinə JN-0721 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə 1,23 ha və JN-101A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 0,15 ha torpaq sahəsi verilmişdir. Bundan başqa mərhum əri xxx 23 fevral 2006-cı il tarixdə xxxdan 0,41 ha torpaq sahəsini 600 manata, eləcə də 24 fevral 2006-cı il tarixdə 0,59 ha torpaq sahəsini xxxdan 400 manata almışdır. Torpaq sahələrinin alqı-satqısı ilə bağlı tərəflər arasında 23 fevral 2006-cı il və 24 fevral 2006cı il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi bağlanmışdır. Hər iki torpaq sahəsi Qanıx-Türyançay adlanan ərazidə yerləşir. Cavabdeh3 ümumi paylı mülkiyyətlərində olan JN-0721 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə verilmiş 1,23 ha və JN-101A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə verilmiş 0,15 ha torpaq sahəsindən, həmçinin alqı-satqı yolu ilə alınmış xx adlanan ərazidə yerləşən 0,41 ha və 0,59 ha torpaq sahəsindən istifadələrinə imkan vermir. Cavabdeh3 paylı mülkiyyətdə olan torpaq sahələrindən istifadə etmələrinə mütəmadi olaraq maneələr törətməsinin qarşısının alınması xahişi ilə dəfələrlə müvafiq təşkilatlara müraciətlər etsələr də bunun heç bir nəticəsi olmamışdır. Cavabdeh3 maneələri səbəbindən ümumi paylı mülkiyyətdə olan 0,41 ha + 1,23 ha =1,64 ha torpaq sahəsinin və alqı-satqı yolu ilə əldə olunmuş 0,41 ha+0,59 ha= 1 ha torpaq sahəsinin payçılar və vərəsələr arasında bölgüsünün aparılması mümkün olmamışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLAR İ Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və x İddiaçı2 vəkili xkassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat vermişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinin tələbinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili xx izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Belə ki, işdən görünür ki, JN-0721 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Qəbələ rayonu, xxx kəndində yerləşən 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xxx, İddiaçı1, Cavabdeh3, İddiaçı2, Cavabdeh4 və Cavabdeh1, eləcə də JN-101 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Qəbələ rayonu, xxx kəndində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi xxx, İddiaçı1, Cavabdeh3, İddiaçı2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 birgə mülkiyyətlə rindədir. Birgə mülkiyyətçilərdən xxx 13 dekabr 2013-cü il tarixdə ölüb. İddia ərizəsindən, apellyasiya, kassasiya şikayətlərinin dəlillərindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlərlə birgə mülkiyyətlərində olan 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən, həmçinin 0,15 ha həyətyanı torpaq sahəsindən onlara düşən paylarının naturada ayrılmasını iddia edirlər. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 fevral 2018-ci il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, kənd təsərrüfatı təyinatlı 1,23 ha torpaq sahəsindən hər bir mülkiyyətçisinin 1/8 payına düşən sahə 0,15375 ha, eləcə də 0,15 ha həyətyanı torpaq sahəsindən hər bir mülkiyyətçinin 1/6 payına düşən sahə 0,025 ha təşkil edir. Lakin, 0,15 ha həyətyanı torpa q sahəsinin faktiki (mövcud) vəziyyətini, planlı yerləşməsini, naturada ölçülərinin, sərhədlərinin və digər texniki parametrlərinin müvafiq şəhədətnaməyə uyğun olmadığı, həmsərhəddə yerləşən pay torpaqlarına qatılaraq ilkin olan 0,15 ha sahəsindən artıq təşkil etdiyini nəzərə alaraq, tərəflərin paylı mülkiyyətində olan 0,15 ha həyətyanı torpaq sahəsinin naturada bölünməsinin texniki cəhətdən mümkün olub-olmamasının müəyyən edilməsinə dair təhqiqat aparılmadı. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin digər 19 noyabr 2018-ci il tarixli ekspert rəyindən isə görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq JN-101A saylı Şəhadətnamədə mülkiyyətə verilmiş torpaq sahəsinin cizgiləri ilə tərəflərin naturada göstərdikləri torpaq s ahəsi arasında uyğunsuzluq olduğundan JN-101A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə tərəflərin mülkiyyətinə verilmiş 0,15 ha həyətyanı torpaq sahəsində hər bir mülkiyyətçinin payı 1/8 hissədə olmaqla, torpaq paylarının naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı, eyni zamanda faktiki olaraq naturada göstərilən torpaq sahəsində yaşayış evinin olduğu müəyyən edilir. Daha sonra həmin rəydən görünür ki, JN-0721 saylı Dövlət Aktının 0721A planşetinə əsasən mülkiyyətə verilmiş torpaq sahəsi ilə naturada ölçülmüş torpaq sahəsi coğrafi cəhətdən fərqli ərazilərdə yerləşdiyindən, JN-0721A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə tərəflərin mülkiyyətinə verilmiş 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində hər bir mülkiyyətçinin payı 1/6 hi ssədə olmaqla, torpaq paylarının naturada bölünməsi texniki cəhətdən JN-0721 saylı Dövlət Aktının 0721A, 0721E planşetlərinə əsasən mülkiyyətə verilmiş torpaq sahələrində mümkün olmadığı müəyyən edilir. Eyni zamanda JN-0721 saylı Dövlət Aktının 0721E planşetinə əsasən mülkiyyətə verilmiş torpaq sahəsi ilə naturada ölçülmüş torpaq sahəsinin cizgiləri arasında konfiqurasiya fərqinin olduğu, JN-0721 saylı Dövlət Aktının digər 0721B, 0721C, 0721D planşetlərinə əsasən naturada ölçülmüş torpaq sahələrinin bölünməsi texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Belə ki, JN-0721 saylı Dövlət Aktının 0721B, 0721C, 0721D planşetlərində göstərilən, mülkiyyətə verilmiş torpaq sahələrinin yola çıxışı nəzərə alınmaqla JN- 0721 saylı Dövlət Aktında göstərilən mülkiyyətçilərə ardıcıl olaraq bölünmə sinin mümkün oluduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin edərkən, Qəbələ rayonu, xxx kəndində yerləşən 1,23 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin İddiaçı1, Cavabdeh3, İddiaçı2, Cavabdeh4 və Cavabdeh1 birgə mülkiyyətlərindən olmaqla, onların hər birinin həmin torpaq sahəsində 1/6 hissədə, 0,15 ha həyətyanı torpaq sahəsinin xxx, İddiaçı1, Cavabdeh3, İddiaçı2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 birgə mülkiyyətlərində olmaqla, onların hər birinin həmin torpaq sahəsində 1/8 hissədə paylarının olmasına istinad etmişdir. İddaiçılar torpaq sahələrində olan paylarının naturada ayrılmasını tələb etsələr də bu tələblərinə hüquqi qiymət verilməməsini, birgə mülkiyyətçilərdən xxxun 17 dekabr 2013-cü il tarixdə ölməsi ilə ondan miras qalmış paya da və rəsəliyin açılmasını, sonuncunun öz payını qızı İddiaçı2 vəsiyyət etməsini, lakin torpaq sahəsinin naturada bölügüsü zamanı bu halın nəzərə alınmamasını və sair göstərib qətnamədən apellyasiya şikayəti vermişlər. Apellyasiya instansiyası məhkəməsi isə yalnız ekspertin rəylərinə əsaslanaraq sözügedən torpaq sahələrindən tərəflərə çatan paylarınnaturada bölünməsinin texniki cəhətdən mümkün olmamasını əsas tutub birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddia ərizəsini rədd etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 213.5-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apel lyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işə əlavə edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün qiymət verməmişdir. Kassasiya instansiyası məhkəməsi ilk öncə qeyd edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr m övcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsi və ya iş üzrə əlavə, təkrar ekspertizaların keçirilməsidir (Azərbaycan Respublikası MPM-nin 77.3, 102.1, 102.2-ci maddələri). Həmin Məcəllənin 97.1-ci maddəsində göstərilir ki, ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilə bilər. Göründüyü kimi qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməmişdir. Lakin, mülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən sualların aydınlaşdırılması üçün iş üzrə ekspertiza təyin oluna bilər. Ekspertin rəyi də iş üzrə digər sübutlar kimi məhkəmə tərəfindən obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq yoxlanılmalı və qiymətləndirilməlidir (Azərbaycan Respublikası MPMnin 103.1-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi hesab edir ki, ekspertin rəyi də mülki iş üzrə sübut növlərindən biridir və hüquqi baxımından hər hansı digər sübu t növünə nisbətdə heç bir üstünlüyə malik deyil. Ekspertin rəyinin məhkəmə üçün məcburi olmaması dedikdə, rəydə gəlinmiş nəticələrin, rəyin məzmununun məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununu qiymətləndirmək hüququnun olması başa düşülür. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Belə ki, əvvəla sözügedən ekspert rəylərində JN-0721 saylı Dövlət Aktının 0721E planşetinə əsasən mülkiyyətə verilmiş 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə naturada ölçülmüş torpaq sahəsinin cizgiləri arasında konfiqurasiya fərqinin və həmin Dövlət Aktının digər 0721B, 0721C, 0721D planşetlərinə əsasən naturada ölçülmüş torpaq sahələrinin texniki cəhətdən bölünməsinin mümkün olduğu müəyyən edilmişdir. Eyni zamanda JN-0721 saylı Dövlət Aktının 0721B, 0721C, 0721D planşetlərində göstərilən, mülkiyyətə verilmiş 1.23 ha torpaq sahəsinin yola çıxışı nəzərə alınmaqla JN-0721 saylı Dövlət Aktında göstərilən mülkiyyətçilərə ardıcıl olaraq bölünməsinin mümkün olması istisna edilməmişdir. Digər tərəfdən ekspert rəyində JN-101A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə Qəbələ rayonu, xxx kəndində tərəflərin mülkiyyətinə verilmiş 0,15 ha həyətyanı torpaq sahəsində hər bir mülkiyyətçinin payı 1/8 həssədə olmaqla, torpaq paylarının naturada bölünməsinin texniki cəhətdən mümkün olmaması, həmçinin JN-101A saylı Şəhadətnamədə mülk iyyətə verilmiş torpaq sahəsinin cizgiləri ilə tərəflərin naturada göstərdikləri torpaq sahəsi arasında uyğunsuzluq olduğu göstərilsə də, bu uyğunsuzluğun nədən ibarət olması rəydə əsaslandırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi ekspertin rəyindəki bu ziddiyyətlərə aydınlıq gətirmədən, faktiki olaraq naturada göstərilən torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hüquqi vəziyyətinə aydınlıq gətirmədən, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi yalnız ekspertin rəyinə əsaslanaraq JN-0721 saylı Dövlət Aktının 0721A planşetinə əsasən mülkiyyətə verilmiş torpaq sahəsi ilə naturada ölçülmüş torpaq sahəsinin coğrafi cəhətdən fərqli ərazilərdə yerləşməsi, eləcə də JN-0721 saylı Dövlət Aktının 0721E planşetinə əsasən mülkiyyətə veril miş torpaq sahəsi ilə naturada ölçülmüş torpaq sahəsinin cizgiləri arasında konfiqurasiya fərqinin olması qənaətinə gəlsə də, işdə, bu barədə heç bir mötəbər yazılı sübut yoxdur. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilməmişdir. Eyni zamanda JN-0721 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsinin mümkün olmaması mülki iş materialları, o cümlədən ekspertin rəyləri ilə istisna olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutlmay ıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsində göstərilir ki, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəlarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsində göstərilir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Maddənin mənasına görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında o, vaxt tələb edə bilər ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın b ölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməsinlər. Apellyasiya instansiyası məhkəməsi yaxın qohumluq münasibətində olan tərəflərin mübahisəli torpaq sahələrinin bölünməsi və ya onlardan paylarının naturada ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmələri istiqamətində kifayət qədər araşdırma aparmamış, hazırkı məhkəmə icraatı üzrə həqiqətin müəyyən edilməsi üçün onların prosssual hüquqlarının həyata keçməsinə kömək göstərməmişdir. Halubki, Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsində də təsbit edilib göstərilib. Həmin maddənin mənasına görə, məhkəmə həqiqətə nail ol maq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 77.3-cü maddəsində göstərilir ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri də əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutl ara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə əsasən düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili xxx oğlunun kassasiya şikayəti təmin edilsin, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli, 2(107)-18/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3306/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3306/2019
17.05.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver