Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3307/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3307/2022 (Açar sözlər: mənzildən çıxarılma, reyestr qeydiyyatının tamlığı və həqiqiliyi prezumpsiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3307/2022 nömrəli, 08 fevral 2022-ci il tar ixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 21 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Bakı şəhəri, M(yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil) "xxxx" MTK-dan əldə etmiş və mənzilin üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınaraq, RX seriyalı, ******* saylı çıxarışla rəsmiləşdirilmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-2063/2021 saylı qərardadı ilə iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (İddiaçı üçüncü şəxs qismində işə cəlb olunmaqla) mübahisəli mənzilin mülkiyyət hüququnu təsdiq edən ******* saylı çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkünsüz sayılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin övladları X7 və X6 ilə birlikdə ona məxsus mübahisəli mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə belə əsaslandırılmışdır ki, hazırda iddiaçıya məxsus olan mübahisəli mənzildən cavabdehlər və onların övladları qanunsuz istifadə edirlər. Həmin şəxslərlə iddiaçı arasında heç bir müqavilə bağlanmamış, yalnız şifahi razılıq əsasında müəyyən haqq müqabilində həmin mənzildə qalmalarına icazə verilmişdir. Lakin hazırda cavabdehlərin iddiaçıya məxsus mənzildən çıxarılması zərurəti yaranmışdır. Cavabdehlər iddiaçının ailə üzvləri deyil, qohumluq əlaqələri yoxdur, aralarında heç bir hüquq münasibəti yaranmamış və heç bir müqavilə bağlamamışlar. İddiaçı dəfələrlə cavabdehlərdən mənzili tərk etmələrini və mənzili təhvil vermələrini xahiş etsə də, onlar imtina etmiş və mənzili tərk etməyəcəklərini bildirmişlər. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. İddiaçı cavbadehlərə ünvanladığı pretenziya məktubuna da həmçinin cavab ala bilməmişdir.
5. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim E. Mustafayev) 2(001)478/2021 nömrəli, 11 avqust 2021-ci i l tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, Cavabdeh2, Cavabdeh1 və onların övladları X2, X1 Bakı şəhəri M(yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli mənzil üzərində mülkiyyət hüququnun İddiaçı məxsus olmasını məhkəmə işin mübahisələndirilməyən halı kimi qiymətləndirir. Məhkəmə mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi barədə iddiasını əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Cavabdeh2 və onun ailə üzvlərinin mübahisəli mənzildən istifadələri həmin mənzilin mülkiyyətçisi olan iddiaçının mülkiyyət hüquqlarını pozduğuna görə onlar mənzildən çıx arılmalı və həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5, 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil "xxxx" MTK tərəfindən 2002-ci ilin ortalarında korporativə üzv qəbul edilməklə anası X5 verilmişdir. Cavabdehin anası, ümumi sahəsi 215.11 kv.m olan həmin mənzilə görə 47,324 manat məbləğində pul vəsaiti ödəməli olduğu halda, 5000 manat borcu qal maqla, həmin vəsaitin 42,324 manatını ödədikdən sonra MTK-nın üzvlərinin ümumi iclasının protokolundan çıxarış və qəbz də ona təqdim edilmişdir. Sonradan tərəflərindən xeyli məbləğdə pul vəsaiti sərf etməklə mənzildə təmir işləri aparılaraq, təqribən 2003-cü ilin ortalarında Cavabdeh2, anası x 1, arvadı Cavabdeh1, övladları x 1 və x2 ilə birlikdə həmin mənzilə köçmüşlər və orada yaşayırlar. 19 il ərzində fasiləsiz olaraq həmin mənzildə yaşayırlar, bütün kommunal xərcləri ödəyirlər, nə iddiaçı, nə də MTK tərəfindən mənzillə bağlı onlara hər hansı irad bildirilməmişdir. Lakin 2020-ci ilin əvvəllərində həmin mənzili rəsmiləşdirmək qərarına gəldikdə, MTK üzvlərinin ümumi iclasının protokolundan çıxarışın və qəbzlərin itirildiyini aşkar etdikdə o, Bakı şəhəri Baş Polis İdarəsinə müraciət etmişd ir. Sənədlər tapılmadığına görə onların dublikatının alınması üçün "xxxx" MTK-nın müraciətinə mübahisəli mənzilə dair heç bir sənədin onda olmadığı bildirilmişdir. Bununla da MTK sənədlərin itirilməsindən xəbər tutduqdan sonra mənzili ikinci dəfə satıb qanunsuz yolla qazanc əldə etmək qərarına gəlmişdir. Belə ki, cavabdehlərə sonradan məlum olmuşdur ki, MTK tərəfindən onlara məxsus olan və qanuni əsasla yaşadıqları mənzil üzərində hüquqların qeydiyyatı üçün İddiaçı adlı şəxsə saxta sənədlər, yəni eyni gündə 11 may 2018-ci il tarixli kooperativ üzvlərinin ümumi iclasının protokolundan çıxarış, maliyyə arayışı, Forma 2 arayışı verilmişdir. Həmin saxta sənədlərə əsasən mübahisəli mənzil üzərində İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq bu barədə ona çıxarış verilmişdir. MKT əvvəl lər, yəni 2018-ci ildə mübahisəli mənzili satmışdırsa, onda İddiaçı onu nə alan zaman, nə də ki, 3 il ərzində mənzilə baxış keçirməmişdir. MTK ümumi iddia müddətini ötürdüyünə görə saxta sənədlər tərtib etmək yolu ilə mənzili başqasına satmışdır. Hazırki mübahisəyə Azərbaycan SSR-in 1982-ci il 8 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, X8 23 dekabr 2002-ci il tarixdə mübahisəli mənzilə köçən zaman 1982-ci ilin Mənzil Məcəlləsi hələ qüvvədə idi. Apellyasiya baxışında "xxxx" MTK mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişdir. 10. "xxxx" MTK məhkəməyə təqdim etdiyi arayışda bildirmişdir ki, MTK tərəfindən mübahisəli mənzil və ya həmin binada hər hansı başqa mənzil X5, Cavabd eh1 və Cavabdeh2 satılmamışdır, onlarla heç bir müqavilə bağlanmamışdır, maliyyə arayışı verilməmişdir. Hər hansı mənzillə bağlı X8 və ya onun ailə üzvləri tərəfindən "xxxx" MTKya heç bir ödəniş olunmamışdır. Mənzil "xxxx" MTK tərəfindən İddiaçı satılmışdır, həmin mənzil hazırda İddiaçı mülkiyyətindədir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-984/2022 saylı, 08 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və X.Ə.Sarıyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya m əhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, apellyasiya şikayətinə əlavə edilmiş kommunal ödənişlərə dair kserosurətdən ibarət olan qəbzlər mübahisəli mənzilin iddiaçının mülkiyyətində olmaması və ya əksinə, X3ya məxsus olması anlamına gəlmir. Cavabdeh2 apellyasiya şikayətində anası X3 2002-ci ilin ortalarında "xxxx" MTK tərəfindən kooperativə üzv qəbul edilməsini, ümumi sahəsi 215,11 kv.m olan həmin mənzilə görə 47324 manat məbləğində pul vəsaiti ödəməli olduğu halda, 5000 manat borcu qalmaqla, həmin vəsaitin 42324 manatını ödədikdən sonra MTK-nın üzvlərinin ümumi iclas ının protokolundan çıxarış və qəbzin ona təqdim edildiyini bildirsə də, həmin dəlilləri təsdiq edən heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş "xxxx" MTK məhkəməyə ünvanladığı məktubunda göstərmişdir ki, "xxxx" MTK-nın məktubuna əsasən, Mənzil "xxxx" MTK tərəfindən İddiaçı satılmışdır, həmin mənzil hazırda İddiaçı mülkiyyətindədir.
14. Məhkəmə kollegiyası cavabdehin hazırki mübahisəyə əvvəllər qüvvədə olmuş Mənzil Məcəllənin müddəalarının tətbiq edilməsi barədə mövqeyinə münasibətdə qeyd etmişdir ki, 2009-cu ilin sentyabrın 1-dək qüvvədə olmuş əvvəlki Mənzil Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvlüyünə qəbul edilmiş şəxsə kooperativ üzvlərinin ümumi yığ ıncağının rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq olunan qərarı əsasında ailə üzvlərinin sayına, onun verdiyi pay haqqının məbləğinə və mənzil-tikinti kooperativinin Nümunəvi nizamnaməsində nəzərdə tutulmuş ən yüksək mənzil sahəsi həddinə uyğun olaraq bir və ya bir neçə otaqdan ibarət ayrıca mənzil verilir. Mülki Məcəllənin 109-3-cü maddəsinə görə kooperativin üzvlüyünə qəbul, üzv olmaq istəyən şəxsin kooperativə rəsmi müraciəti əsasında nizamnamə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Mülki Məcəllənin 178.8-ci maddəsinin əvvəlki redaksiyasına əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
15. Göründüyü kimi cavabdehin mübahisəli mənzilin anası tərəfindən 2002-ci ildə əldə edilməsini göstərdiyi tarixdə qüvvədə olmuş hüquq normalarına əsasən mənzil tikinti kooperativində mənzil əldə edən şəxsin kooperativ üzvlüyünə qəbul edilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının qərarı, mənzilə görə pay haqqının ödənilməsi tələb olunurdu. Lakin cavabdeh tərəf həmin sənədləri təqdim edə bilməmiş, iş üzrə üçüncü şəxs kimi cəlb edilmiş "xxxx" MTK isə məhkəməyə məktub ünvanlayaraq bildirmişdir ki, cavabdehlərlə mübahisəli mənzilə dair hər hansı müqavilə bağlanmamış və onlar tərəfindən həmin mənzilə dair pay haqqı ödənilməmişdir.
16. Bundan əlavə, məhkəmə kollegiyası "xxxx" MTK tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin mövqeyin i anlaşılmaz hesab edərək bildirmişdir ki, iddia müddəti hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müəyyən edilmiş müddətdir, hazırda isə iddiaçı "xxxx" MTK deyil, İddiaçıdur və mülkiyyətçinin hüququnun hər cür pozuntuların aradan qaldırılması haqqında tələblərinə (bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə) iddia müddəti şamil edilmir.
17. Bundan başqa, cavabdeh apellyasiya şikayətində iddiaçıya verilmiş kooperativ üzvlərinin ümumi iclasının protokolundan çıxarışın, maliyyə arayışının, “Forma 2 arayışı”nın saxta olduğunu bildirsə də, bu dəlilini təsdiq edəcək mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırda iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir və daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyridəqiq liyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1391.1.6, 140, 152.5, 157.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi qətnamə çıxararkən, 20 il ərzində cavabdehlərin mənzilə köçüb yaşadıqlarını, həmin mənzilin Cavabdeh2 ana sı X5 məxsus olmasını, həmin faktı təsdiq edən 2002-ci ildən bəri kommunal xidmətlərin ödəniş qəbzlərini, mədaxil orderlərini, müqavilələri, akt və digər sənədləri nəzərə almadığına görə cavabdehlərin mənzildən çıxarılmalarına dair əsassız və qərəzli qətnamə qəbul etməklə onları yaşadıqları mənzildən qanunsuz məhrum etmişdir. Apellyasiya məhkəməsi mübahisənin həlli üçün Azərbaycan Respublikasının qüvvədən düşmüş Mülki Məcəlləsinin 179-cu maddəsini tətbiq etməli idi. Bu maddəyə əsasən, daşınmaz əmlakın mülkiyyətçisi olmayan, lakin on il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edən fiziki və ya hüquqi şəxs bu əmlaka mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Mülki Məcəllə 2000-ci il sentyabrın 1-dən qüvvəyə mindiyinə görə, həmin tarixdən sonra yaranan hüquq münas ibətlərinə tətbiq olunmalıdır. Cavabdehlər isə 20 fasiləsiz həmin mənzildə yaşadıqlarına görə ona mülkiyyət hüququ əldə etmişlər.
21. Kassator qeyd etmişdir ki, Qızıl Açar MTK tərəfindən tərtib edilmiş uydurma protokola əsasən mübahisəli mənzilin 3-cü şəxs İddiaçı verilməsi görüntü üçün bağlanmış, həmin mənzilin boşaldılaraq başqasına satmaq niyyəti güdən mübahisəli əqddir. Hal-hazırda Binəqədi Rayon Məhkəməsində cavabdehin anası X3 "xxxx" MTK-ya və 3-cü şəxs İddiaçı qarşı mübahisəli mənzilə dair Kooperativin üzvlərinin ümumi iclasının 11 may 2018-ci il tarixli protokolunun mübahisəli mənzilə aid hissəsinin etibarsız hesab edilməsi və İddiaçı həmin mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının ləğv edilməsi barədə mülki işə baxılır. Məhkəmə isə həmin maddəni tətbiq etmədiyinə gö rə cavabdehlərin məhkəmə müdafiəsi hüquqlarını pozmuşdur.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası MPM-nin 385.1.1.maddəsinin tələbini pozaraq, iddia tələbi iddiaya cavab verməli olmayan şəxslərə qarşı verildiyi üçün, cavabdehlər Cavabdeh2 və onun ailə üzvlərini əsl cavabdeh X8 ilə əvəz etmədiyinə görə prosessual hüquq normalarının pozuntusuna yol vermiş və birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməli olduğu halda bunu etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, mübahisəli iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, yəni İddiaçı heç vaxt həmin mənzili görməməsini, ona baxış belə keçirməməsini, həmin mənzilin texniki pasportunu məhkəməyə təqdim etməməsni, mənzilin dəyəri cavabdeh tərəfindən ödənilmədiyinə g örə, "xxxx" Mənzil Tikinti Kooperativinə və yaxud banka ödənilməsini təsdiq edən kassa mədaxil orderini məhkəməyə təqdim etməməsini, kooperativ üzvlərinin ümumi iclasının protokolunun, maliyyə arayışının və F2 arayışının verilməsinin eyni günə, yəni 11 may 2018-ci il tarixə təsadüf etdiyini araşdırmadığına görə həmin maddənin tələblərini pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdur. İddiaçı etirazda kassasiya şikayətinin əsassız və qanunsuz olduğu üçün təmin olunmaması xahiş edilmişdir. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələ diyyə mülkiyyəti növündə ola bilər. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139-1.1.6. Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşın maz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sə rəncam verə bilər, həmin əmlakı başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarand ığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilm ədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində qətnamə qismən-cavabdehə aid hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası mə hkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. İddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 152.2-ci maddəsi təşkil edir və işə baxmış məhkəmələr də işin hallarını həmin normanın dispozisiya şərtləri əsasında yoxlamış, iddianın təmin olunması barədə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə ko llegiyası həmin əsaslandırılma ilə razılaşır.
31. Kassatorun apellyasiya instansiyası məhkəməsinin 20 il ərzində cavabdehlərin mənzilə köçüb yaşadıqlarını, həmin mənzilin Cavabdeh2 anası X5 məxsus olmasını, həmin faktı təsdiq edən 2002-ci ildən bəri kommunal xidmətlərin ödəniş qəbzlərini, mədaxil orderlərini, müqavilələri, akt və digər sənədləri nəzərə almadığı, “"xxxx" MTK tərəfindən mübahisəli mənzilin İddiaçı verilməsinin görüntü üçün bağlanması, mənzilin boşaldılaraq başqasına satmaq niyyəti güdən mübahisəli əqd olması, iddia tələbinin iddiaya cavab verməli olmayan şəxslərə qarşı verilməsi, iddiaçının heç vaxt həmin mənzili görməməsini, ona baxış belə keçirməməsi, mənzilin texniki pasportunun məhkəməyə təqdim edilməməsi, mənzilin dəyərinin cavabdeh tərəfindən ödənilməsini təsdiq edən k assa mədaxil orderinin məhkəməyə təqdim edilməməsi, kooperativ üzvlərinin ümumi iclasının protokolunun, maliyyə arayışının və F2 arayışının verilməsinin eyni günə, yəni 11 may 2018-ci il tarixə təsadüf etdiyinin araşdırılmaması barədə dəlilləri qətnamənin ləğvinə əsas vermir.
32. Çünki Mülki Məcəllənin 140-cı maddəsində nəzərdə tutulan daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasıhttp://eqanun.az/framework/46944 iddiaçıya münasibətdə qüvvədədir. Bu halda kassatorun qeyd olunan dəlilləri məhkəmənin iş üzrə gəldiyi nəticəyə hər hansı şəkildə hüquqi təsir etmir.
33. Kassatorun Azərbaycan Respublikasının qüvvədən düşmüş Mülki Məcəlləsinin 179-cu maddəsinə istinadla irəli sürülmüş dəlili də əsassızdır. Belə ki, həmin norma kassatorun özünün də qeyd etdiyi kimi qüvvədən düşmüşdür və bu norma qüvvədə olduğu müddətdə onun tətbiqi üçün zəruri olan dispozisiya şərtləri yox idi.
34. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıl malıdır.
36. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-984/2022 nömrəli, 08 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.