Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3308/2025 14.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2025-ci il tarixli, 2(106)-833/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər arasında şərtləri şifahi şəkildə razılaşdırılmış öhdəlik münasibətləri yaranmış, iddiaçı özünə məxsus avtomarşrut vasitəsini gəlir əldə edilməsi üçün cavabdehin istifadəsinə vermişdir. Cavabdeh həmin avtomarşrutu 1 yanvar 2023-cü il tarixdən 9 oktyabr 2023-cü il tarixədək, yəni 9 ay 9 gün, gün hesabı ilə 282 gün müddətdə idarə etmiş və günlük xərcləri çıxdıqdan sonra gündəlik 58.5 manat təmiz qazanc əldə etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16344 manat pulun, keçirdiyi psixoloji gərginliklərin və sarsıntının əvəzi kimi mənəvi ziyana görə 3000 manat pulun və ödənilmiş 150 manat dövlət rüsumuna görə pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xah iş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun bacısı oğludur. 2015-ci il tarixdə ev alan zaman evi yaxın qohumu kimi Zaurun adına sənədləşdirmişdir. Həmin vaxtı onun Vaz 2106 markalı avtomobili var idi və Zaur ona avtomobili satsa, həmin avtomobili ona satmağını demişdir. O da həmin avtomobili satmaq istəmiş və Zaura satacağını bildirmişdir. Zaur da avtomobili almağa razılaşmış. Ona ayda 500 manat verəcəyini desə də, o razılaşmamış və sonra razılaşdılar ki, o öz adına 7000 manat kredit götürsün və hər ay krediti Zaur ödəsin. O avtomarşrutu Zaura 2022-ci ilin noyabr ayında satmışdır. Zaur ilk 2 ay 500 manat kredit pulunu ödəsə də, sonradan kreditin pulunu ödəmədi. Zaur işdən çıxdıqdan sonra krediti ödəyə bilmədi. 2023-cü ilin yanvar ayında iş yeri olmadığı üçün Za uru Masallı-Lənkaran xətti üzrə onun sərnişin mikroavtobusunu idarə etməyini demişdir. Zaurla danışıb razılaşıblar ki, onun mikroavtousunu idarə etsin və öz qazancını krediti ödəsin ki, adına gecikmə olmasın, ilk gün işə başlayanda Zaur ona 103 manat qazandığını demişdir. O, Zaura hər gün yanına gəlməməyini, bir siyahı tutub hər ay qazandığını və xərclərini yazmasını bildirmişdir. Birinci ay hesablaşma aparan zaman Zaur ona dediyi yerlərə ümumilikdə 550 manat pul xərclədiyini və 700 manat kreditini də ödədiyini bildirdi. O, Zaura belə qazanc olmadığını və qazandığı pulun çox olduğunu dedikdə Zaur ona ayda 200 ya da 300 manat verməyi, bir il ərzində ona dəyməməyini, kreditini ödəyib gələn ildə ayda 200-300 manat götürüb qalan pulu ona verəcəyini bildirdi. O Zaurla razılaşmamış və ona ayda 5 00 və ya 600 manat pul verməsini, qalan pulla da kreditini ödəməyini bildirdi. İknci ay Zaur ona zəng edərək müəyyən yerlərə yəni vergi, sosial, sığorta, kassa aparatına və s. pul atılmasını istədikdə Zaur aradabir dediyini etsə də, sərnişin daşınması ilə əlaqədar digər xərclərini ödəmədi. Beləliklə, ümumilikdə Zaur onun sərnişin mikroavtobusunu 10 ay idarə etdi və 10 ay ərzində Zaur ona ümumilikdə cəmi 1206 manat pul ödədi. Qalan pulları isə özü xərclədi. Sadəcə evi Zaurun adında olduğu üçün ehtiyat edib ondan pul istəməmişdir. Qorxurdu ki, evini geri qaytarmaz. O, Zaur üçün iki ay ümumillikdə 1000 manat kredit ödəmişdir. İstintaq araşdırılması zamanı ona verəcəyi pulu onun dükanına gətirdiyi ərzaq məhsullarının əvəzində “Viləş” marketə verdiyini bildirsə də, bununla bağlı araşdırılma apa rılmamışdır. Şifahi sorğu zamanı “Viləş” marketə pul vermədiyi aşkar olunmuşdur. Onun adına sənədləşdirilən bank borcunu ayrıayrı aylarda verməyərək ona ödətdirmiş, sonra pulu qaytaracağına söz versə də, sonradan onun üçün banka ödədiyi pulunu qaytarmamışdır. Onun Cavabdeh idarə etmək üçün verdiyi mikroavtobusun qazancını Zaur ondan gizlədərək kənar yerlərə xərcləmişdir. Avtovağzalda lotoreya deyilən oyun oynamaqla götürüb. Sonda ona verəcəyi 600 manat pulu ona verməyib itirdiyini bəhanə etmişdir. İki ayrı-ayrı banka özü krediti ödədiyi halda, eləcə də atası da iki banka kredit ödədiyi halda ona verəcəyi pulları həyətində bulaq inşa etdirmiş və həyətinə qiymətli darvaza düzəltdirmişdir. Xərclənən pullar marşrutdan qazanılmış, lakin ona veriləsi halda ondan gizlədərək xərclənilmiş pullard ır. 2023-cü ilin yanvar oktyabr ayları ərzində onun marşrut avtobusu ilə hər gün üçün 60 manat qazandığını (kənar xərclərdən başqa təmiz qazancın) ilə bağlı yazdığı qrafiki tərəfindən məhkəməyə təqdim ediləcəkdir. Cavabdeh yanvar oktyabr aylarında onun MasallıLənkəran Marşrut xətti üzrə mikroavtobusunu idarə etməklə ümumilikdə ona 20000 manat zərər vurmuşdur. Belə ki, hər ayda (özünün əlyazmasında göstərdiyi kimi bir günə 58.50 manat təmiz qazanc olmaqla) 1800 manata yaxın pul qazanmışdır ki, buda 10 aya hesablanmış olsa 18000 manata yaxın pul edir (təmiz qazanc). Həmin qazancdan ona 10 ay ərzində cəmi 1206 manat pul vermişdir. Qalan pulları isə özünə xərcləmiş, yəni evində tikinti aparmış, bank kreditlərini ödəmiş, ailəsindən kənarda qadın saxlayır ona xərcləmiş və eyni zamanda ailəsinə x ərcləmişdir. O, Zaurla dəfələrlə bu barədə danışıb pulunu tələb etsə də, Zaur ya onun telefonlarını açmamış, yada qazancının olmadığını bildirmişdir. O, Cavabdeh bildirəndə ki, narazıdır, maşını saxla, adına olan krediti atanın adına keçir, Zaur ona acıqlı olduğunu bildirirdi. Onun yanından getdikdən sonrada o dəfələrlə ona zəng etsə də, telefonunu açmadı. Beləliklə, o Zaurla ciddi söhbət edə bilməmişdir. Çünki onun Zaurun adına 60000 manat dəyərində evi var idi və öz adına 7000 manat Zaur üçün pul kreditə götürmüşdür. Cavabdeh satdığı Vaz 2106 markalı maşının pulunu ödəməmiş maşını onun adından çıxarıb atasının adına keçirmişdir. Adına götürdüyü bank krediti olan 7000 manat pulu ödəməyəcəyi halda onun üzərində qalacağını, yəni onun məcbur qalıb ödəyəcəyini dərk edərək Zaurla mülayim davra nmağa məcbur idi. Qeyd etdiklərini Cavabdeh dolayısı ilə təsdiq etmişdir. Cavabdeh polis şöbəsində izahat verərəkən onun üçün götürülmüş malların pulunu ödəməsi yalandır. Həmin malların pullarını o özü ödəmiş, Zaur sadəcə həmin malları ona məxsus olan mikroavtobusa yükləyərək onun Güllütəpə kəndində yerləşən mağazasına gətirmişdir. Qeyd etdiyi bu halları malları götürdüyü mağazanın mühasibi təsdiq edə bilər və həmin şəxs məhkəmədə şahid qismində iştirak edəcəkdir. Eləcə də o dəfələrlə cavabdehdən Masallı-Lənkəran marşrut xətti üzrə mikroavtobusunu idarə etməklə gündəlik nə qədər qazanc əldə etməsi ilə bağlı cədvəl tutmasını tələb etsə də, cavabdeh bunu etmirdi, hər dəfədə bir bəhanə edib gecikdirirdi. Ən nəhayət bir gün cavabdeh bir günlük qazancı, etmiş olduğu xərcləri və yükündən bütün x ərcləri çıxdıqdan sonra gündəlik nə qədər təmiz qazanc əldə etdiyi ilə bağlı öz əlyazısı ilə bir cədvəl tutub ona göndərmişdir. Həmin cədvəldə bir günlük qazanc olaraq bütün xərcləri çıxdıqdan sonra 58 manat 50 qəpik göstərmişdir. Düzdür o, günlük qazancını gizlədib az göstərmiş olsa da, həmin 58.50 manatı 30 günə vurduqda 1755 manat edir, 10 aya isə 17550 manat təşkil edir. Həmin məbləğdən isə cavabdehin ona vermiş olduğu 1206 manat çıxılsa, 16344 manat qalmış olur. Bu da o deməkdir ki, bu gün cavabdehin ona məxsus mikroavtobusu ilə işləyib qazandığı və mənimsəyərək ona vermədiyi 16344 manat ziyan pulu vardır. Həmçinin cavabdehin yalanlar deyərək onu aldatması, yuxarıda qeyd etdiyi və onun vurmuş olduğu ziyanları ödəməyərək onu süründürməsi, bankdan onun adına kredit götürüb sonra ödəməmə si və sair hallarla bağlı o, güclü əsəb gərginliyi, stres keçirmişdir. Bunun nəticəsi olaraq səhhətində müxtəlif narahatlıqlar yaranmışdır. Ona görə də cavabdehin ona vurduğu mənəvi ziyanla bağlı cavabdehdən 3000 manat mənəvi ziyan ödənilməsini tələb edir.
4. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı X1 ona qarşı pul tələbinə dair iddia ərizəsi məhkəmə icraatındadır. İddiaçının iddia tələbi tam əsassız və böhtan olmaqla, iddiasını qəbul etmir. Belə ki, iddiaçı onun dayısı olmaqla bərabər ona məxsus olan mikroavtomarşrutunu ona özünün şəxsi ehtiyacları üçün qeyri-rəsmi şəkildə sürməyinə vermiş və o da 2023-cü il mart ayından sentyabr ayının 9-10-a kimi idarə edib onun sifarişlərini icra etmişdir. Buna görə də əldə olunan pulundan müəyyən xərclər çıxıldıqdan sonra 6 ay müddətində dəqiq bilmədiyi məbləği ona vermişdir. Lakin onunla bu barədə hec bir narazılıqları olmamışdır. İddiaçı sahibkar olmasına baxmayaraq mülkiyyətində olan nəqliyyatı idarə etmək üçün ona etibarnamə verməmiş, nə də işçi kimi işə qəbul etməmiş, nə də ki, aralarında heç bir icarə müqaviləsi bağlanmamışdır. Ümumiyyətlə iddiaçı ilə aralarında olan mübahisə onun evindən və maşınından pul oğurlamağını bəhanə edərək Masallı rayon polis şöbəsinə vermiş olduğu şikayət ərizəsi olmuşdur. Onun yalan məlumat verməyinə görə cinayət məsuliyyəti daşıdığına görə ondan şikayət edəcəyini ona xatırlatmışdır. Ona görə də iddiaçının iddiası əsassız və hec bir əsaslı subutu yoxdur, iddia ərizəsi təmin edilməməli və rədd edilməlidir.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildi rmişdir ki, tərəflərlə qohumluğu yoxdur. Hacıəli ondan borc istəmişdir. Hacıəliyə verdiyi 500 manat pulu marşruta vermişdir. Soruşmuşdur ki, niyə verdin pulu marşruta, bildirmişdir ki, onun adına krediti var.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Hacıəli alver edirdi. O, telefonla lazım olanların siyahısını yazdırırdı və deyirdi maşın gəlib götürəcək. O, siyahıya uyğun malları yığdırırmış və Hacıəlinin dediyi maşın gəlib aparırdı. Alınan malların pulunu sonra Hacıəli şəxsən gətirib ona verirdi.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Hacıəli ona bildirmişdir ki, Zaur kredit pulunu ödəyə bilmir. Ondan pul istədi. 475 manat hesaba atmışdır. Verdiyi pulu qaytarmadılar. Hacıəli ilə Zaurun evinə getmişlər. Zaur ona bildirmişdir ki, ona pul verilməyib, kimə verilibsə ondan istəsin.
8. Cavabdeh tərəfindən tərtib edilmiş cədvəldən görünür ki, 15 sentyabr 2023-cü il tarixdə 82 manat qazanc olmuş, ondan 16 manat dizelə və 7.50 manat dayanacağa olmaqla, cəmi 23.50 manat xərclənmişdir. 58.50 manat pul qalmışdır.
9. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-112/2025 saylı qətnaməsi (hakim - Z.Zeynalov) ilə iddia qismən təmin edilmiş, Cavabdeh 11196 manat məbləğində pul vəsaiti və 123.59 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında şərtləri şifahi şəkildə razılaşdırılmış öhdəlik münasibətləri yaranmış, iddiaçı özünə məx sus marşrut avtomarşrut vasitəsini gəlir əldə edilməsi üçün cavabdehin istifadəsinə vermişdir. Cavabdeh həmin avtomarşrutu 1 yanvar 2023-cü il tarixdən 9 oktyabr 2023- cü il tarixədək, yəni 9 ay 9 gün, gün hesabı ilə 282 gün müddətdə idarə etmiş və günlük xərcləri çıxdıqdan sonra gündəlik 58.5 manat təmiz qazanc əldə etmişdir. Cavabdeh işlədiyi müddət ərzində 79 manat vergi ödəmiş, avtomarşrutun sığorta edilməsi ilə bağlı 134 manat ödəniş etmiş, eləcədə 1206 manat məbləğində pulu müxtəlif üsullarla iddiaçıya ödəmişdir. Eləcə də cavabdeh işlədiyi müddət ərzində iddiaçının adına olan özünün kredit borcu ilə bağlı 8 aya olmaqla hər ay 500 manat ödəmişdir ki, bu da 4000 manat edir. Odur ki, həmin məbləğdən cavabdeh tərəfindən iddiaçıya müxtəlif üsullarla ödənilmiş ödənişləri, ödəmiş olduğu kre diti və cavabdehin qazandığı şəxsi ehtiyaclarına sərf etdiyi və marşrut mikroavtobusunun xərcləri nəzərə alınaraq çıxıldıqdan sonra iddiaçıya ödənilməli pul 11196 manat təşkil etməklə cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə bu nəticəyə gələrkən hüquqi mövqeyini onunla əsaslandırır ki, məhkəmə araşdırmaları zamanı cavabdehin iddiaçının marşrut avtomarşrut vasitəsini idarə etməsi nəticəsində qazanc əldə etməsi müəyyən edildiyindən, hazırki vəziyyətdə sübutetmə vəzifəsinin bölgüsü baxımından sübut etmək vəzifəsini cavabdeh daşıyır. Lakin cavabdeh iddiaçının tələb etdiyi pulun verilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsində qeyd edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlar ının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddianın 3000 manat məbləğində mənəvi zərər tələbinə münasibətdə qeyd etmişdir ki, həmin məbləğdə hər hansı zərərin iddiaçıya dəyməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia mənəvi ziyan tələbi hissəsində təmin edilməməlidir.
11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 21.1, 21.2, 21.3, 442, 443.1, 443.2, 443.3, 443.7-cü maddələri, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli, 141 nömrəli Qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.20 02-ci il tarixli Qərarı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2008-ci il tarixli 7 saylı Plenum qərarı, N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, Masallı Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 2(050)-112/2025 saylı qətnaməsinin qismən ləğv edilib, iddianın 1794 manat hissəsinin təmin edilməsi və qalan hissədə isə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırıl mışdır ki, İddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclasında verdiyi izahatında Cavabdeh ona hər ay 200-300 manat verəcəyini bildirdiyini, lakin onun bu məbləğlə razı olmadığını, hər ay 500-600 manat pulun avtomarşrutin istifadəsi (icarəsi) üçün ona verilməsinə razı olduğunu bildirmişdir. Lakin məhkəmə tərəfindən məbləğ əsassız olaraq hər ay 1119,6 manat olmaqla 10 ay üçün hesablanmışdır. Əgər mikroavtobusların istifadəsi zamanı gəlirlər hər ay 1800 manat olsaydı, onda Azərbaycanda əksər insanlar bu işlə məşğul olardı. Cavabdeh idarəsində olan “Mercedes” markalı 44-BZ 212 dövlət qeydiyyat nişanlı mikroavtobusun Lənkəran-Masallı marşrutu üzrə hansı tarixdən etibarən fərqlənmə nişanı verilərək xətdə buraxılması və hansı tarixədək həmin mikroavtobusun xətdə qalması, həmçinin mikroavtobus un xətdə olduğu dövrdə LənkəranMasallı marşrutu üzrə gediş-gəliş haqqının məbləğinin nə qədər olması barədə tərəfindən Azərbaycan Yerüstü Nəqliyyat X3 şöbəsinə sorğu ilə müraciət edilmişdir. Həmin sorğuya cavab gəldikdən sonra cavabdehin 10 ay deyil, 6 ay mikroavtobusu idarə etməsi öz təsdiqini tapacaqdır. Belə ki, cavabdeh təxminən xx.xx.2023-cü ildən 2023-cü ilin sentyabr ayına kimi “Mercedes” markalı, **-BZ*** dövlət qeydiyyat nişanlı mikroavtobusu idarə etmiş və mikroavtobus Lənkəran-Masallı marşrutu üzrə xətdə olmuşdur. Həmin vaxt Lənkəran-Masallı marşrutu üzrə gediş-gəliş haqqı 1,03 manat olmuşdur. Cavabdeh iddiaçının avtomarşrutunu idarə etdiyi 6 ay müddətində əksər vaxtlarda avtomarşrutu günün birinci yarısınadək idarə etmiş, günün ikinci yarısında isə iddiaçıya məxsus dükanda onun işlərinə köməklik etmiş, satıcı kimi fəaliyyət göstərmişdir. Bundan başqa hər ay 79 manat vergi idarəsinə, 30 manat kassa aparatına, 60 manat departamentə və 134 manat sığortaya pul köçürmüşdür. İddiaçı özü izahatında və iddia ərizəsində qeyd etmişdir ki, o, mikroavtobusun istifadəsi ilə bağlı hər ay 500-600 manat pulun ona verilməsinə razı olmuşdur. Mikroavtobus Cavabdeh tərəfindən 6 ay, yəni xx.xx.2023-cü ildən 2023-cü ilin sentyabr ayına kimi idarə edilmişdir. Məhkəmə isə həmin müddəti 9 ay 9 gün olmaqla hesablamışdır. Halbuki bununla əlaqədar heç bir quruma sorğu da verilməmişdir. İddiaçı cavabdehin ona 1206 manat da pul verməsini təsdiq etmişdir. Belə olan vəziyyətdə hər ay 500 manatdan hesablanmaqla iddiaçıya 3000 manat pul verilməli idi ki, həmin pulun da 1206 manatı ödənilmişdir. Odur ki, cavabdeh tərəfindən iddiaçıya 1794 manat pul verilməlidir. Cavabdeh əlyazmasında yalnız bir günlük qazancı hesablamış, məhkəmə isə həmin məbləği əsassız olaraq 9 ay 9 günə vurulmaqla hesablayaraq qətnamədə qeyd etmişdir. Nəticədə isə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir.
14. İddiaçı apellyasiya şikayəti verərək, Masallı Rayon Məhkəməsinin 2(050)112/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilməsini və onun Cavabdeh qarşı pul tələbinə dair iddiasının tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları tam və hərtərəfli araşdırmamış, sübutları hərtərəfli təhlil etmədən iddianı əsassız olaraq qismən təmin etmişdir. Halbuki, cavabdehə qarşı olan pul tələbinə dair iddiası tam təmin olunmalı idi. Bununla da, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 77-ci maddələrinin tələblərini pozmuşdur.
16. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-833/2025 nömrəli, 16 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Sadıqov (sədrlik edən və məruzəçi), İ.Əsədov və T.Heydərov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş,Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-112/2025 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Cavabdeh 7100 (yeddi min yüz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, qətnamənin mübahisələndirilən digər hissələrə münasibətdə dəyişdirilmədə n saxlanılması qət edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından aydın olur ki, tərəflər arasında mikroavtobusun icarəsinə dair şifahi razılaşma olmuşdur. Cavabdeh bir müddət nəqliyyat vasitəsini idarə etmiş, gündəlik qazancı bölüşdürmüş və tərəflər arasında qarşılıqlı öhdəliklər yaranmışdır. Həmin dövr ərzində cavabdeh tərəfindən müəyyən dövrlərdə pul ödənişləri edilmiş, lakin sonrakı aylar üzrə icarə haqqı ödənilməmişdir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri baxımından, ilk növbədə, marşrut xəttinin cavabdeh tərəfindən istifadə olunduğu müddətə aydınlıq gətirilməlidir.
19. Belə ki, iddiaçı marşrut xəttinin cavabdeh tərəfindən istifadə olunduğu 10 aya görə icarə haqqı qismində 16344 manat pulun cavabdehdən alınıb ona verilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi isə cavabdehin həmin avtomarşrutu 9 ay 9 gün, gün hesabı ilə 282 gün müddətdə idarə etdiyi qənaətinə gəlmişdir. Cavabdeh isə avtobusun 6 ay müddətində onun istifadəsində olduğunu göstərir. Lakin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin 02 aprel 2025-ci il tarixli məktubundan aydın olur ki, sözügedən mikroavtobus 2023-cü ilin mart-sentyabr ayları (7ay) ərzində daşıyıcı İddiaçı müraciəti əsasında İdarə tərəfindən “Lənkəran-Masallı” şəhərlərarası marşrut xətti üzrə fərqlənmə nişanı ilə təmin edilmişdir.
20. Yuxarıda qeyd olunan məktubdan açıq şəkildə görünür ki, avtomarşrut məhz 2023-cü ilin m art ayından başlayaraq sentyabr ayının sonuna qədər - 7 ay, yəni 214 gün ərzində marşrut xəttində fəaliyyət göstərmişdir. Bu dövr icarə münasibətlərinin faktiki müddətini təsbit edir. Qeyd olunan faktiki istifadə dövrü rəsmən təsdiqləndiyi üçün həmin 7 ay üzrə icarə haqqının tutulması hüquqi cəhətdən tam əsaslı və qanunauyğundur. Bu müddət ərzində cavabdeh avtomarşrutdən istifadə etməklə gəlir əldə etmiş, lakin razılaşdırılmış öhdəliklərini yerinə yetirməmişdir. Odur ki, avtobusun cavabdehin istifadəsində olduğu müddət olaraq 214 gün qəbul edilməlidir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri baxımından hüquqi qiymət verilməli olan digər məsələ icarə haqqının məbləği ilə bağlıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, günlük xərcləri çıxdıqdan sonra gündəlik 58.5 (əlli səkkiz manat, 50 qəpik) manat təmiz qazanc əldə olunduğu müəyyən edilmişdir. Cavabdeh isə günlük qazancın 58.5 manat deyil, daha aşağı olduğunu göstərir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarında cavabdehin özünün yazdığı əlyazmada təmiz qazancın 58.5 manat olduğu, eyni zamanda, cavabdehin apellyasiya baxışı zamanı ziddiyyətli izahatlar verərək gah günlük məbləğin təxminən 20 manat civarında olması, gah da iddiaçıya məxsus avtobusla ancaq iddiaçının işlərini görməsi, yəni iddiaçı dayısı olduğuna görə ona təmənnasız köməklik e tməsi, iddiaçı ilə avtobusun istifadəsinə dair hər hansı razılaşma olmaması, hər hansı gəlir əldə etməməsini göstərdiyi şəraitdə, günlük qazancın daha aşağı məbləğdə olmasını sübut etmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh isə bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Əksinə, ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, Cavabdeh tərəfindən tərtib edilmiş cədvəldən görünür ki, 15 sentyabr 2023-cü il tarixdə 82 manat qazanc olmuş, ondan 16 manat dizelə və 7.50 manat dayanacağa olmaqla, cəmi 23.50 manat xərclənmiş, 58.50 manat pul qalmışdır. Bu məlumat iş üzrə gündəlik gəlir potensialını və icarə haqqının hesablanması üçün əsas rəqəmi müəyyən etməyə imkan verir. Əgər avtomarşrut 2023-cü ilin mart ayından sentyabr a yınadək istifadə olunubsa və bu dövrdə təmiz qazanc gündə 58.50 manat olmuşdursa, icarə haqqı bu göstəricilərə əsasən hesablanmalıdır (58,5x214=12519).
22. İddiaçının özünün etirafından görünür ki, cavabdeh aşağıdakı ödənişləri etmişdir: - Vergi ödənişi: 79 manat - Sığorta ödənişi: 134 manat - Birbaşa iddiaçıya nağd ödəniş: 1206 manat - Kredit ödənişləri: (8 ay × 500 manat = 4000 manat)
23. Ona görə də bu məbləğlər əldə edilmiş ümumi gəlirdən çıxılmalı və çıxıldıqdan sonra müəyyən olunmuş məbləğ cavabdehdən alınaraq iddiaçıya verilməlidir. (79+134+1,206+4,000 =5,419 manat; 12519-5419=7100). Çünki tərəflərin razılaşmasına əsasən cavabdeh avtobusun icarəsindən əldə edilmiş gəlirdən iddiaçının adına olan və özü üçün götürülmüş krediti ödəməli idi. Cavabdeh də aylıq 500 manat olmaqla 8 ay ərzi ndə cəmi 4000 manat kredit ödəmişdir. Beləliklə, iddiaçıya ödənilməli məbləğ cəmi 7100 manat təşkil edir.
24. Məhkəmə tərkibi iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər formal xarakterli olmaqla heç bir araşdırma zərurətini ortaya çıxarmır və işin baxılmasının uzadılmasına xidmət edir. Belə ki, apellyasiya şikayəti faktlara deyil, fərziyyələrə əsaslanmışdır.
25. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddia tələbini mənəvi zərərə aid hissədə təmin etməməkdə düzgün qənaətə gəlmişdir.
26. İddiaçı tərəf mənəvi zərərin dəyməsini yalnız ümumi və iddia xarakterli formada bildirmiş, lakin bu zərərin nədən ibarət olduğu, hansı hərəkətlər nəticəsində meydana gəldiyi, onun cəmiyyət içindəki nüfuzu na, psixoloji vəziyyətinə, həyat keyfiyyətinə necə təsir göstərdiyi barədə heç bir konkret sübut, tibbi sənəd, şahid izahatı və ya digər hüquqi əsaslandırılmış məlumat təqdim etməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, mənəvi zərər əvəzi yalnız real əsaslandırılmış, konkretləşdirilmiş və sübutlarla təsdiqlənmiş hallarda təyin oluna bilər, subyektiv yanaşmalar kompensasiya təyin olunması üçün yetərli hesab edilmir. Həmçinin tərəflər arasında yaranmış münasibətlərin xarakteri, mübahisənin predmeti və tərəflərin davranışı şəxsi qeyri-əmlak hüquqların pozulması ilə bağlı aşkar və sübutlu halların mövcudluğunu ortaya qoymur. Ona görə də iddia tələbi bu hissədə təmin edilə bilməz.
27. Beləliklə, məhkəmə tərkibi hesab etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Cavabdeh 111 96 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamışdır.
28. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 390.1, 425.1, 442, 443.2, 443.3, 443.7, 448.1,, 700.1, 700.2, 1097.1, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 88, 217.1, 217.3, ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Mü lki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)-833/2025 nömrəli qətnaməsinin ləğv edilərək işə yenidən qanunvericiliyin tələblərinə uyğun olaraq baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası qətnaməsində tərəflər arasında olan münasibətə icarə münasibətləri mövqeyindən yanaşmışdır. Praktikadan və cəmiyyətimizdə hazırda mövcud olan ictimai münasibətlərin xarakterinə nəzər salsaq görə bilərik ki, icarəyə avtomobil götürüb sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslərlə həmin avtomobili icarəyə verən şəxslər arasında olan razılaşmalardan irəli gələn ödənişlər, adətən həmin razılaşmaya əsasən gündəlik və ya aylıq müəyyən məbləğlərin icarəçi tə rəfindən icarəyə verənə ödənilməsi yolu ilə həyata keçirilir. Baxılan iş üzrə tərəflərin razılaşmasına əsasən iddiaçıya ödənilməli məbləğin miqdarı iddaçının ərizəsində özü tərəfindən göstərilmişdir. X5 məhkəməsi məsələyə doğru yanaşmamış və ödənişlərin müəyyənləşdirilməsində mövcud işgüzar normaları nəzərə almadan yanlış hüquqi mövqedən çıxış etmişdir.
31. İddiaçının iddia ərizəsindən də məlum olduğu kimi tərəflər arasında müəyyənləşdirilmiş icarə haqqı aylıq 500 manat olmuşdur. Lakin apellyasiya məhkəməsi qətnaməsində tərəflər arasında olan razılaşmaya maddi hüquq norması kimi icarə müqaviləsini tənzimləyən AR MM-də olan normaları tətbiq etməsinə baxmayaraq, normaları düzgün tətbiq etməmiş və əssasız olaraq razılaşma nəticəsində iddiaçıya ödənilməli olan məbləği mikroavtobusun cavabdehin istifadəsində olduğu müddətdə əldə edilən gəlirlərin ümumi məbləğinə uyğun hesablamışdır. Bundan başqa apellyasiya instansiyasının qətnaməsindən göründüyü kimi icarəçinin icarəyə götürdüyü obyektdən bəhər (gəlir) əldə etmək hüququ, yəni cavabdehin mikroavtobusun istifadəsindən gəlir əldə etmək hüququ iddiaçı ilə aralarında olan razılaşmaya zidd və əsassız olaraq məhdudlaşdırılmışdır. Apellyasiya məhkəməsi iddiaçıya dəyən ziyanı ümumi gəlirdən hesablamış və bu ümumi gəlirdən cavabdehin hüququ olan gəlirlərə düzgün münasibət bildirməmişdir. Odur ki, Apellyasiya İnstasiya Məhkəməsi AR MM-in 700.1-ci maddəsinin tələblərini qətnamə çıxararkən kobud surətdə pozmuşdur.
32. İddiaçı sərnişin mikroavtobusunun 500 manat qarşılığında və kreditin vaxtında ödənilməsi şərtilə cavabdehin istifadəsində ol masına razılığın şifahi bildirmiş və bunu da öz iddia ərizəsində göstərimişdir. Onu da qeyd edək ki, tərəflər arasında münasibətlərin pozulmaması və Cavabdeh iddaçıya mikroavtobusu idarə etdiyi müddətdə müəyyən ödənişlər etməsi tərəflərin bu razılaşmaya uyğun davrandığını və həmin razılaşmanın hüquqi qüvvəsini təsdiqləyir. Lakin birinci və ikinci instansiya məhkəmələri məsələyə doğru aspektdən yanşmamışdır. Belə ki, iddiaçının öz yazılı iddia ərizəsinə əsasən Cavabdehla danışıb razılaşdıqlarını və öhdəlik kimi cavabdehin onun mikroavtobusunun istifadəsindən əldə edilən gəlirlə krediti vaxtında ödəməsi şərtilə əlavə olaraq mikroavtobusun istifadəsi üçün cavabdehdən aylıq 500 AZN pul tələb etməsini göstərməsinə baxmayaraq, ikinci instansiya məhkəməsi mikroavtobusdan əldə edilən bir günlük gə liri (58.50 AZN) mikroavtobusun Cavabdeh ümumi istifadəsində olduğu müddətdə (7 ay) günlərin sayına vurmaqla ümumi qazancın (gəlirin) hamısının tərəflərin razılaşdığı ödənişlərin əksinə iddiaçıya aid olduğu qənaətinə gəlmişdir. Lakin qeyd edilən halda 7 ay ərzində Cavabdeh iddiaçının özünə ödəməli olduğu məbləğ yalnız 3500 manat miqdarında olmalı idi. Bundan başqa iddiaçının adına olan kredit ödənişlərinin cavabdeh tərəfindən tam ödənildiyi sübuta yetiriləcəyi halda, iddaçının yalnız icarə münasibətlərindən irəli gələn və cavabdehin mikroavtobusun 7 ay istifadəsi nəticəsində ona ödəməli olduğu aylıq 500 manata münasibətdə ümumilikdə (7x500=3500) 3500 manat məbləğində tələb hüquq vardır. Bu məbləğdən aşağıda göstərilən məbləğlər: - vergi ödənişi aylıq 79 manat olmaqla ümumilikdə (7x79=553) 553 manat; - kassa aparatına ödəniş aylıq 30 manat olmaqla ümumilikdə (7x30=210) 210 manat; - sığorta ödənişi 134 manat; - Birbaşa iddiaçıya nağd ödəniş 1206 manat çıxılmaqla təmin edilməli məbləğ (3500-553-210-134-1206=1397) 1397 manatdan yuxarı ola bilməz. X5 Məhkəməsi Qətnaməsi ilə cavabdehdən 7100 manat (5703 manat artıq olmaqla) pulun alınaraq iddiaçıya verilməsini qət etmişdir. İddiaçının iddia ərizəsində özünündə qeyd etdiyi kimi tərəflər razılaşmanın qiymətini cavabdehin mikroavtobusun istifadəsi nəticəsində əldə etdiyi gəlirlərdən iddiaçının adına götürülmüş 7000 manat məbləğində krediti vaxtında ödəməsi şərtilə əlavə olaraq aylıq 500 azn iddiaçıya ödəniş etməsi təşkil edir. Onu da qeyd edək ki, Şirvan Apellyasiya Məhkəməsinin sübut kimi istinad etdiyi Cavabdeh əlyazması ilə tərti b olunan mikroavtobusdan əldə edilən qazanc cədvəlində Zaur və Hacı bölmələri ayrılıqda qeyd edilmişdir. Bu hal sübut edir ki, əldə edilən qazancdan həm cavabdehin, həm də iddiaçının qazancdan pay əldə etmək hüququ olmuşdur. Odur ki, Apellyasiya Məhkəməsi mikroavtobusdan əldə edilən bir günlük gəliri (58.50 AZN) mikroavtobusun Cavabdeh ümumi istifadəsində olduğu müddətdə (7 ay) günlərin sayına vurmaqla ümumi qazancın (gəlirin) hamısının tərəflərin razılaşdığı ödənişlərin əksinə iddiaçıya aid etməsi tamamilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd edilən normalarının tələblərinə zidd olmaqla əsassızdır.
33. Apellyasiya instansiya iddiaçının öz yazılı ərizəsində qeyd etdiyi ifadələri nəzərə almamış və nəticədə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının öz yazılı iddia ə rizəsində Cavabdehla danışıb razılaşdıqlarını və öhdəlik kimi cavabdehin onun mikroavtobusunun istifadəsindən əldə edilən gəlirlə krediti vaxtında ödəməsi şərtilə əlavə olaraq mikroavtobusun istifadəsi üçün cavabdehdən aylıq 500 AZN pul tələb etməsini göstərməsinə baxmayaraq, ikinci instansiya məhkəməsi mikroavtobusdan əldə edilən bir günlük gəliri (58.50 AZN) mikroavtobusun Cavabdeh ümumi istifadəsində olduğu müddətdə (7 ay) günlərin sayına vurmaqla ümumi qazancın (gəlirin) hamısının tərəflərin razılaşdığı ödənişlərin əksinə iddiaçıya aid olduğu qənaətinə gəlmişdir. Onu da qeyd edək ki, cavabdeh apellyasiya şikayətində vergi ödənişlərini hər ay 79 manat olmaqla ödədiyini qeyd etmişdir. Lakin Apellyasiya Məhkəməsi yalnız bir aya münasibətdə vergi ödənişləri hesabladığı əsasız məbləğdən çıx armışdır.
34. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(106)-833/2025 nömrəli Qətnaməsi tərəflər arasında olan icarə münasibətlərinin müəyyən edilmiş şərtlərinə və xarakterinə uyğun olmamaqla yanaşı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd edilən maddələrinə zidd qəbul edilmişdir.
35. Cavabdeh həmçinin üzərinə götürdüyü kredit öhdəliklərini tam həcmdə yerinə yetirdiyini və bununla əlaqədar sübutların bankın özündən əldə edilə biləcəyini məhkəmənin diqqətinə çatdırmışdır. Bununla bağlı iş materiallarından da görünür ki, "xxxx" ASC-nin Masallı Filialına sorğu təqdim edilmişdir. Lakin sorğulanan məlumatlar rəsmi olaraq təqdim edilmədiyindən iş materiallarına əlavə edilməsi mümkün olmamışdır. Belə ki, kredit ödənişləri hər ay cavabdeh və ya onun ailə üzvləri tərəfi ndən adı çəkilən bankın fəaliyyət göstərdiyi binanın içərisində olan “Milli Ön” aparatı vasitəsilə həyata keçirilmişdir. Bu halı sübut edəcək görütülər həmin binanın içərisində olan banka məxsus müşahidə kameralarında əks olunmuşdur. Cavabdeh tərəfindən həmin görüntülər Bankdan tələb edildikdə isə bununla bağlıməhkəmə qərarının olması zəruri hesab edilmişdir. Apellyasiya instansiyasında bu sübutların əldə olunması ilə bağlı müraciət nəticəsiz qalmışdır. Şirvan Apellyasiya Məhkəməsi Qətnaməsində bu məsələyə münasibət bildirməmişdir. Hazırki situasiyada qeyd edilən sübutların əldə edilməsi ödənişlərin cavabdeh və ya onun ailə üzvü, atası tərəfindən ödənilməsini təsdiq edən hissədə zəruri olmasına baxmayaraq məhkəmə həmin görüntülərin əldə edilməsini təmin etməmişdir. Bununla da Apellyasiya i nstansiyası cavabdehin məhkəmə baxışında ödənişlə bağlı iddialarını əsaslandırması hüquqlarının həyata keçirilməsinə dolayı yolla maneə yaratmışdır. Nəticədə qətnamədə cavabdehin mənafeyinə zidd hesablanma aparılmışdır.
36. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 10.1, 21.1, 329.2, 329.3, 398.1, 439.1, 443.2, 700.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 78.2, 217.1 və 217.3-cü maddələrinə istinad edilməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəllləsi
38. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bi lər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
39. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
40. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
41. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
42. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
43. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
44. Maddə 4
42. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
45. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
46. Maddə 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır.
47. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzəri nə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.
48. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
49. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
50. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
51. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəti cəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
52. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlid ir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
58. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
61. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tə tbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
63. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə sübutlara düzgün hüquqi qiymət verilməmiş və cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin miqdarı kifayət qədər əsaslandırılmamışdır.
66. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, 2023-cü ilin yanvar ayında iş yeri olmadığı üçün Zauru Masallı-Lənkəran xətti üzrə onun sərnişin mikroavtobusunu idarə etməyini demişdir. Zaurla danışıb razılaşıblar ki, onun mikroavtousunu idarə etsin və öz qazancını krediti ödəsin ki, adına gecikmə olmasın, ilk gün işə başlayanda Zaur ona 103 manat qazandığını demişdir. O, Zaura hər gün yanına gəlməməyini, bir siyahı tutub hər ay qazandığını və xərclərini yazmasını bildirmişdir. Birinci ay hesablaşma aparan zaman Zaur ona dediyi yerlərə ümumilikdə 550 manat pul xərclədiyini və 700 manat kreditini də ödədiyini bildirmişdir. O, Zaura belə qazanc olmadığını və qazandığı pulun çox olduğunu dedikdə Zaur ona ayda 200 ya da 300 manat verməyi, bir il ərzində ona dəyməməyini, kreditini ödəyib gələn ildə ayda 200-300 manat götürüb qalan pulu ona verəcəyini bildirdi. O Zaurla razılaşmamış və ona ayda 500 və ya 600 manat pul verməsini, qalan pulla da kreditini ödəməyini bildirmişdir.
67. Göründüyü kimi iddiaçı cavabdehə hər ay ona 500-600 manat ödəməsini bildirmişdir.Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus mikroavtobusun icarə haqqını günlük təmiz qazanc kimi 58.50 manata uyğun hesablamış, lakin bu məbləğin iddiaçı ilə cavabdeh arasındakı razılaşmanın şərtlərinə uyğun olmasını əsaslandıra bilməmişdir.
68. Digər tərəfədən apellyasiya məhkəməsinin iddiaçının özünün etirafına əsasən müəyyən etdiyi cavabdehin vergi ödənişi kimi etdiyi 79 manatlıq ödənişin icarənin əhatə etdiyi bütün aylarımı, yoxsa bir ayımı əhatə etdiyini-yəni hər ay 79 manatmı ödənildiyi, yoxsa vergi kimi cəmi 79 manatmı ödənildiyi halını kifayət qədər araşdırıb hüquqi qiymət verməmişdir.
69. Göründüyü kimi apelyasiya məhkəməsi işin araşdırılması və sübutların qiymətləndirilməsi ilə əlaqədar prosessual hüquq normalarının tələbini pozmuş, bu isə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir.
70. Yuxarıda göstərilən məsələləri araşdırıb prosessual hüquq normalarının tələbinə uyğun hüquqi qiymətləndirmə aparılmadan qanuni və əsaslı məhkəmə aktı qəbul edilməsi mümkün deyil.
71. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
72. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdı r.
73. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
74. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaq la kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
75. Ona görə də kassasiya şikayəti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-833/2025 nömrəli, 16 iyul 2025-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya məhkəməsi tərəfindən işə həmin hissədə yenidən baxılarkən şərh edilən nöqsanlar aradan qaldırılmalı, maddi və prosessual hüquq normalarının tələbinə uyğun, qanuni və ə saslı məhkəmə aktı qəbul edilməlidir.
76. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-833/2025 nömrəli, 16 iyul 2025-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.