Məhkəmə qərarları › İş №2(102)-3310/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3310/2023

03.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3310/2023 03.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Müseyib qızının Cavabdeh qarşı ilk iddia (Nəcəfova Mehriban Həsən qızı, X8, Bakı şəhəri İcra Hakimiyyəti və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti cavabdeh tərəfdən 3-cü şəxs qismində cəlb edilməklə) iddia tələbi və Cavabdeh İddiaçı Müseyb qızına qarşı qarşılıqlı iddia tələbi iş üzrə QƏRARİ İş № 2(102)-3310/23 (Açar sözlər: mənzildən çıxarılma və həmin mənzilə köçürülmə, yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd o ğlundan ibarət tərkibdə, İddiaçı Müseyib qızının Cavabdeh qarşı (Nəcəfova Mehriban Həsən qızı, X9, Bakı şəhəri İcra Hakimiyyəti və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 3-cü şəxs qismində cəlb edildiyi) mənzildən çıxarılma və onun həmin mənzilə köçürülməsi tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı Müseyb qızına qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-5204/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən 3-cü şəxs Nəcəfova Mehriban Həsən qızı tərəfindən verilmiş kassasiya şikayətinə 03 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı 1988-ci ildə ailə üzvləri ilə birlikdə E rmənistan Respublikasından qaçqın düşərək Bakı şəhərində məskunlaşmış, mübahisəli mənzil ona ilk əvvəl sığınacaq kimi verilmişdir.

2. Səbail Rayon İcra Hakimiyyətinin 23 dekabr 1992-ci il tarixli, 5535 saylı sərəncamı ilə İddiaçı 4 nəfər ailə üzvü ilə (özü və 3 oğlu) Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi (keçmiş Petrov), 12 saylı evin 31/32 saylı mənzilinə qeydiyyata alınması qərara alınmışdır.

3. Səbail Rayon İcra Hakimiyyətinin 25 mart 1998-ci il tarixli, 410 saylı sərəncamına əsasən verilmiş 14 aprel 1998-ci il tarixli 047907 saylı orderlə qeyd edilən mənzil 4 nəfər ailə üzvü ilə (özü və 3 oğlu) Vailidə Aşimovanın istifadəsinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı – Cavabdeh qarşı (Nəcəfova Mehriban Həsən q ızı, X8, Bakı şəhəri İcra Hakimiyyəti və Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti cavabdeh tərəfdən üçüncü şəxs kimi cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilinə Cavabdeh istifadə hüququnun olmamasının müəyyən edilməsi, bunun cavabdehin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması və X4, X6, X1, Nəcəfova Mehriban Həsən qızının, X3 və qeyrilərinin mənzildən çıxarılmaları, İddiaçı Müseyib qızının həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, İddiaçı 1988-ci ildə ailə üzvləri ilə birlikdə Ermənistandan qaçqın düşərək Bakı şəhərində məskunlaşmış, Bakı şəhər Səbail Rayon İcra Hakimiyyəti Başçısının 23 dekabr 1992-ci il tarixli, 5535 nömrəli sərəncamı ilə o, uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə pasport qeydiyyatına alınmışdır. Səbail Rayon İcra Hakimiyyəti Başçısının 25 mart 1998-ci il tarixli 410 nömrəli sərəncamı ilə İddiaçı adına 3 nəfər ailə üzvləri ilə birlikdə Fərman Qurbanov küçəsi, 12 saylı evin, 31/32 saylı mənzilinə order verilmişdir. 2009-cu ilin sonlarında mənzilin yerləşdiyi Fərman Qurbanov küçəsi, 12 saylı evdə qəza baş verdiyi üçün Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən evə baxış keçirilmiş, mənzil sahiblərindən mənzillərin boşaldılması tələb olunmuş, mənzildə təmir-bərpa işləri görüləcəyi bildirilmişdir. Validə Aşumova oğlunun Yunanıstanda vəfat etməsi səbəbindən Yunanıstana getmişdir. İddiaçı Bakı şəhər ində olmadığını bilən Cavabdeh qeydiyyat üçün əsas ola biləcək sənədlər olmadan mənzilə pasport qeydiyyatına alınmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh iddiaçıya məxsus olan Fərman Qurbanov küçəsi, ev 12, mənzil 31/32 ünvanında yerləşən mənzili mişar daşı iəl iki hissəyə bölərək Nəcəfova Mehriban Həsən qızına və X5 yaşamaq üçün vermişdir.

6. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı onun ünvan 3 ünvanına yerləşən mənzilinə yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən mənzil onun faktiki mülkiyyətindədir. Hazırkı mübahisələndirilən mənzilin altında olan mənzili 2007-ci il tarixdə Viktor adlı şəxsdən etibarnamə əsasında satın almışdır. Həmin etibarnamədə də mənzilin ünvanı 31/32 kimi qeyd edilmişdir. Mənzili Viktordan alanda təmirsiz və baxımsız olmuşdur. Ona görə də, o, həmin mənzili 2007-2008-ci illərdə təmir etdirmişdir. Daha sonra, yuxarıda qeyd edilən mənzil Bakı şəhərində baş vermiş güclü zəlzələnin təsirindən uçaraq dağılmışdır. Bu səbəbdən həmin mənzil fondundan çıxarılmışdır. Bundan sonra dağılmış mənzilin qalıqlarını Səbail Rayon İcra Hakimiyyəti, Bələdiyyə və ərazi üzrə MKİS sökərək təmizləmişlər. O, icra hakimiyyətinə müraciət edərək, səhhəti ilə əlaqədar Viktordan aldığı alt mənzildə yaşaya bilmədiyini göstərib üstdəki mənzili tikimək üçün icazə istəmişdir. Həmin qurumun əməkdaşları əraziyə baxış keçirmiş və bildirmişlər ki, bura zəlzələ vaxtı u çduğu üçün mənzil fondundan çıxarılmışdır, amma tikintiyə bir şərtlə icazə veriləcəkdir ki, tikinti işlərini öz vəsaiti hesabına aparmalıdır. İcra hakimiyyəti əməkdaşları ilə razılaşmış, 2008-2013-cü illərdə həmin yerdə mənzil tikmişdir. 2013-cü il tarixdə mənzilə qeydiyyata alınmışdır. Sahə müvəkkilinin dediklərindən bilmişdir ki, həmin ev hazırda Yunanıstan Respublikasında yaşayan Validə adlı bir qadının olub, həmin vaxtdan təxminən 3 il yarım sonra o, müraciət edərək Vaildə Aşimovanı mənzildə pasport qeydiyyatından çıxarmış, bir müddət sonra özü qeydiyyata düşmüşdür. Validə 21 ildən çox müddətə Azərbaycan Respublikasından çıxıb getmiş, adına olan mənzillə əlaqəsi olmamışdır. Hesab edir ki, cavabdeh İddiaçı Müseyib qızının ünvan 4 ünvanında yerləşən mənzilə olan yaşayış sahəsinə istifa də hüquqları itirilmiş hesab edilməlidir. Onun formal olaraq qeydiyyatda qalması tamamilə əsassız və qeyri-qanunidir, onun mənzilə hüquqları kobud surətdə pozulur, məhdudlaşdırılır.

8. İlk iddia üzrə cavabdehin vəkili və nümayəndəsi birinci instansiya məhkəməsindəki icraatda iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir.

9. Azərbaycan Respublikiası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/3423 saylı ekspert rəyinə əsasən X2 adına Səbail Rayon İcra Hakimiyyəti Başçısının 25 mart 1998-ci il tarixli 410 nömrəli sərəncamı ilə verilmiş Fərman Qurbanov küçəsi, 12 saylı evin 31/32 saylı mənzilinə dair orderdə nəzərdə tutulmuş 31,0 kv metr 2 yaşayış otağından ibarət mənzilin faktiki olaraq ünvan 4 ünvanda aid layihəyə və cizgiyə uyğun gəlmədiyini nəzərə alaraq həmin mənzilin mövcud olmadığı müəyyən edilmişdir.

10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim R.N.Qafarova) 29 aprel 2021-ci il tarixli, 2(009)-74/2021 nömrəli qətnaməsi ilə ilk və qarşılıqlı iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi araşdırılmış sübutlar əsasında hesab etmişdir ki, ilk iddiaçının orderlə ona verilmiş mənzildə uzun müddət yaşamaması, əvvəllər yaşadığı mənzilin 2000-ci ildə zəlzələ nəticəsində dağılmaya məruz qalmasının sübuta yetirilməsi, ilk iddiaçının adına orderdə qeyd edilən mənzilin faktiki mövcud olmaması, hazırda orada cavabdehin tikdiyi mənzil özbaşına tikili olması və iddiaçının adına olan orderdəki mənzilin texniki göstəricilərini əks etdirməməsi nəzərə alınmaqla ilk iddia tələbləri əsaslı sayıla bilməz və buna görə də rədd edil məlidir.

12. Məhkəmə qarşılıqlı iddia tələblərinə qiymət verərək hesab etmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh ünvan 3 ünvanda yerləşən mənzildə qeydiyyatı olmasına baxmayaraq, faktiki yaşadığı mənzillə (yaşayış sahəsi) bağlı hüquqi əsaslar müəyyən edilmədiyindən onun İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia tələbləri əsaslı sayıla bilməz.

13. Belə ki, qeydiyyat yaşayış sahəsinə istifadə hüququnun tanınması kimi qiymətləndirilmir. Bundan başqa, İddiaçı hazırda mövcud olan mübahisəli yaşayış sahəsinə istifadə hüququnun olmamasına ilk iddia tələbləri üzrə hüquqi qiymət verilmişdir.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, hüquqi sənədlər əsasında mövcud olmayan mənzilə (yaşayış sahəsinə) istifadə hüququndan, eləcə də olmayan hüququn itirilmiş hes ab edilməsindən söhbət gedə bilməz.

15. Məhkəmə ilk və qarşılıqlı iddia tələblərini rədd edərkən Mülki Məcəllənin özbaşına tikinti və onun nəticələrinə dair 180-ci maddəsinin tətbiq etmişdir.

16. Məhkəmə ilkin iddia üzrə cavabdeh tərəfin iddia müddətinin tətbiqinə dair ərizəsi ilə bağlı Mülki Məcəllənin 372.1 və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə istinad etmişdir.

17. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, şikayətində qarşılıqlı iddianın rədd olunması hissədə qətnaməni mübahisələndirməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər: T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və A.V.Tanrıverdiyev) 25 noyabr 2021-ci il tarixli, 2(103)-8333/21 nömrəli q ətnaməsi ilə ilk iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın rədd olunması hissədə dəyişdirilmədən saxlanılmışdır.

19. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiya məhkəməsində birinci icraat

20. İddiaçı Müseyib qızı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi ilk iddianın rədd olunması barədə qətnaməni dəyişdirmədən saxlayarkən rədd olunmasının heç mötəbər sübuta əsaslanmadığını, heç bir maddi hüquq normasına istinad olunmadığını nəz ərə almamış, mənzilə “gözlənilən mülkiyyət hüququ”nun olduğunu diqqətdən qaçırmış, nəticədə əsassız qətnamə qəbul etmişdir. Məhkəmələr heç bir möhtəbərliliyi olmayan, Səbail rayon MKTB-nin 45 saylı Mənzil-Kommunal İstismar Sahəsinin vəzifə və səlahiyyətlərinə aid olmayan məsələ barədə, yəni 2000-ci ildə Bakı şəhərində baş vermiş zəlzələnin təsiri nəticəsində mənzildə baş vermiş dağıntıya dair 10 ildən sonra, yəni 11 iyul 2011-ci il tarixdə verdiyi arayışa əsaslanmışdır. Məhkəmə baxışı zamanı Cavabdeh iddiaçının müvafiq dövlət orqanlarına və məhkəməyə müraciət etməsindən xəbər tutduqdan sonra mənzili 2 ayrı şəxsə müxtəlif məbləğdə pul qarşılığında satmasına da münasibət bildirilməmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)1978/2022 saylı 11 may 2022-ci il t arixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 2(103)-8333/21 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

23. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işə baxan məhkəmələr tərəfindən işin müəyyən edilmiş hallarına düzgün qiymət verilməmiş, iş materiallarında olan sübutlar tam, hərtərəfli və obyektiv tədqiq edilməyərək iş üzrə səhv nəticəyə gəlinmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

24. Məhkəmə iclasında iştirak edən İddiaçı Müseyib qızının nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.

25. Məhkəmə iclasında iştirak edə n Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5204/22 nömrəli iş üzrə 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov və Fuad Talışınski) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-74/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi qismən, ilkin iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilərək, ilkin iddia tələbinin təmin olunması barədə iş üzrə yeni qətnamə qəbul edilmiş. Cavabdeh ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilindən istifadə hüququnun olmaması müəyyən edilmiş, cavabdehlər Cavabdeh, X10, X11, X7, Nəcəfova Mehriban Həsən qızı, X8 həmin mənzildən çıxarılmış, İddiaçı Müseyib qızının həmin mənzilə köçürülməsi qət edilmişdir.

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, İddiaçı mübahisəli mənzildən istifadə hüququ 14 aprel 1998-ci il tarixdə həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq əmələ gəlmişdir. Lakin, ilkin iddianı rədd edən birinci instansiya məhkəməsi iddiaçının mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi üçün həmin Məcəllədə göstərilən şərtlərin olub-olmamasını müəyyən etməmişdir.

28. Birinci instansiya məhkəməsinin istinad etdiyi ekspert rəyindən görünür ki, 25 mart 1998-ci il tarixdə İddiaçı Müseyib qızının istifadəsinə verilmiş mənzillə hazırda mübahisə olunan mənzil eyni ünvanda yerləşir, mülki iş materiallarına əlavə olunmuş plansxemlərə gö rə əsaslı dəyişikliklər aparılmamış, mənzilin əvvəlki və sonrakı ümumi sahəsi arasında cəmi 6,2 kv metr fərq vardır. 2000-ci ilədə baş verimiş zəlzələdən sonra təmir- bərpa işlərinin aparıldığı nəzərə alındıqda həmin fərqin, mövcud tikililərin sayının və təyinatlarının cizgilərdə göstərilənlərə uyğun gəlməməsinin mümkünlüyü məhkəmə tərəfindən nəzərə alınmamışdır.

29. Həmçinin işə baxan birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sübutlara düzgün qiymət verməyərək səhv nəticəyə gəlmiş, maddi hüquq normalarını səhv tətbiq etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehlər mübahisəli mənzili icraiyyə komitəsinin icazəsi ilə tikilməsini iddia etsələr də, bu barədə hər hansı bir sübut təqdim etməmişlər, əksinə hazırki işin materialları, həmçi nin qanuni qüvvədə olan digər məhkəmə aktları ilə cavabdehlərin mübahisəli yaşayış sahəsinə sahiblik və istifadələrinin qanunsuz olması təsdiq olunmuşdur.

30. Məhkəmə kollegiyası qeyd edilən mənzil qanunvericiliyinin tələblərini hazırki mübahisəyə tətbiq edib hesab etmişdir ki, mübahisəli mənzil üzərində iddiaçının hüququ 1998- ci il tarixdən qanuni əsaslarla yaranmış, iddiaçı qanuni əsaslarla əldə etdiyi yaşayış sahəsindən istifadə etmiş, onun həmin yaşayış sahəsinə olan hüquqları hər hansı bir hüquqi əsasla məhdudlaşdırılmadığından, həmçinin mənzilin qanuni sahibi və istifadəçisi kimi hazırki iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. Bu baxımdan işə baxan birinci instansiya məhkəməsinin mənzilin məhv olması barədə gəldiyi qənaət mötəbər sübutlarla təsdiq olunmadığından, əsaslı olmamı şdır. Cavabdehlərin mübahisəli mənzi üzərində qanuni əsaslarla hər hansı hüququ olmamış və bu xüsusat iş materialları ilə təsdiq olunduğundan, cavabdehlərin mübahisəli mənzildən istifadəsi qanunsuz olmuşdur.

31. Məhkəmə kollegiyası iddia tələbinin Cavabdeh mübahisəli mənzildən qeydiyyatdan çıxarılması tələbinə münasibətdə qeyd etmişdir ki, həmin məsələ inzibati icraat qaydasında araşdırılıb öz həllini tapdığından, hazırda həmin tələbin müzakirəsinə zərurət qalmamışdır.

32. Apellyasiya instansiyası məhkəməsi iddia ərizəsində mənzildən çıxarılmalı olan şəxslərdən əlavə qeyri şəxslərin də çıxarılması tələbinin təmin olunması üçün əsaslar görməmişdir. Çünki həmin tələb konkret deyil və çıxarılmalı olan şəxslərin kimlər olması göstərilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. Üçüncü şəxs Nəcəfova Mehriban Həsən qızı kassasiya şikayəti verərək qətnamənin iddianın təmin olunması hissəsində ləğv edilməsi həmin hissədə iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi Mülki Prosessual Məcəlləsinin 218.1 maddəsinin və 218.3 maddəsinin tələbini kobud surətdə pozaraq Cavabdeh mənzilə istifadə hüququnun tanınmaması barədə iddia verilmədiyi halda iddia tələblərindən kənara çıxaraq bu barədə qətnamə çıxarmışdır və gəldiyi nəticəni müzakirə etməmişdir. Məhkəmənin iddia tələblərindən kənara çıxması Mehriban Nəcəfovanın hüquqlarının pozulması ilə nəticələnmişdir. İşin halları ilə sübut olunub ki, Mehriban Nəcəfova evi Cavabdeh satın alıb. Vicdanlı sahib olduğu halda onun evdən çıxarılması qanunsuzdur. Maddi hüquq normalarının düzgün tətbiq olunmadığı qətnamə qanunu və əsaslı sayıla bilməz. İşin hallarından görünür ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Qətnamə məhkəmə iclasında tədqiq olunan sübutlara uyğun deyil. Obyektiv nəticəyə gəlmək üçün sübutlara qiymət verilməmişdir. Birinci instansiya məhkəməsinin hansı maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməsinə düzgün qiymət verilməmişdir.

35. Məhkəmə kollegiyası hüquq normaların tələbini kobud surətdə pozaraq Cavabdeh mənzilə istifadə hüququnun tanınmaması barədə iddia verilmədiyi halda iddia tələblərindən kənara çıxaraq bu barədə qətnamə çıxarmışdır və gəldiyi nəticəni müzakirə etməmiş dir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası:

37. Maddə 40 İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi:

38. Maddə

48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.

39. Maddə

87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı iləistənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya h əmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinə icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

40. Maddə

90. Vətəndaşlara başqa abad yaşayış sahəsi verilməklə dövlət və ya ictimai mənzil fondunun yaşayış sahəsindən aşağıdakı hallarda çıxarılırlar: yaşayış sahəsinin yerləşdiyi ev sökülməli olduqda; ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda; ev (yaşayış sahəsi) yenidən qurulub qeyri yaşayış evinə çevrilməli olduqda; Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

41. Maddə 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılı r.

42. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlər ə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmi ş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə hissəvi mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Mübahisəyə ma hiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, İddiaçı mübahisəli mənzildən istifadə hüququ 14 aprel 1998-ci il tarixdə həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq əmələ gəlmişdir. 25 mart 1998-ci il tarixdə İddiaçı Müseyib qızının istifadəsinə verilmiş mənzillə hazırda mübahisə olunan mənzil eyni ünvanda yerləşir. 2000-ci ilədə baş verimiş zəlzələdən sonra təmir-bərpa işlərinin aparıldığı nəzərə alındıqda həmin fərqin, mövcud tikililərin sayının və təyinatlarının cizgilərdə göstərilənlərə uyğun gəlməməsinin mümkünlüyü məhkəmə tərəfindən nəzərə alınmamışdır. Mübahisəli mənzili icraiyyə komitəsinin icazəsi ilə tikilməsi iddia edilsə də bu barədə hər hansı bir sübut təqdim edilməmişdir, əksinə hazırki işin materialları, həmçinin qanuni qüvvədə olan digər məhkəmə aktları ilə kassasiya şikayəti verən şəxsin mübahisəli yaşayış sahəsinə sahiblik və istifadəsinin qanunsuz olması təsdiq olunmuşdur.

52. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlmişdir ki, mövcud vəziyyət kassasiya şikayəti verən 3-cü şəxsin mübahisəli mənzildən istifadə hüququna malik olmasını istisna edir.

53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

54. Məhkəmə kollegyiası kassas iya şikayətinin dəlilləri ilə razılaşmır, ona görə ki, üçüncü şəxsin mənzilə sahibliyi üçün qanuni əsaslar yoxdur.

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

56. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2( 103)-5204/2022 saylı iş üzrə 11 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar