Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3313/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək fəaliyyəti barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-754/2022 nömrəli, 07 fevral 2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş kassasiya şikayətinə 14 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.AA 221783 №-li Məcburi Köçkün vəsiqəsinə əsasən ərizəçi Ağdam rayonundan məcburi köçkün olmaqla Suraxanı rayonu ünvanında müvəqqəti məskunlaşmışdır. 2.BA-02392-2021 №-li 4 iyun 2021-ci il tarixli Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin məktubuna əsasən Ərizəçi 1992-ci ilin noyabr ayından Bakı Tikiş Fabrikində işə qəbul olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 3.Ərizəçi (bundan sonra - ərizəçi) “əmək fəaliyyəti barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 1970-ci ildən 1993-cü ilə qədər Ağdam rayonun Şıxbabalı kəndində M.Əsədov adına sovxozda fəhlə işləməyi faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.Ərizəçi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1954-cü il tarixində Ağdam rayonun Şıxbabalı kəndində anadan olmuşdur. 1970-ci ildən 1993-cü ilə qədər Ağdam rayonu Şıxbabalı kəndində M.Əsədov adına üzümçülük sovxozunda fəhlə kimi çalışmışdır. Məcburi köçkün düşəndən sonra həmin faktı təsdiq edən sənədləri işğal altında olan Ağdam rayonu Şıxba balı kəndindən gətirə bilməmişdir. Hazırda həmin faktı yalnız şahidlər təsdiq edə bilər. O, əmək pensiyasının təyin olunması üçün müraciət edərkən ona 1970-ci ildən 1993-cü ilə qədər Ağdam rayonu Şıxbabalı kəndində M.Əsədov adına üzümçülük sovxozunda fəhlə vəzifəsində işləməsi barədə heç bir sənəd təqdim etmədiyi üçün əməyə görə əmək pensiyasının təyin edilməsinin mümkün olmamasını bildirmişlər. 5.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri iş üzrə Mərkəzi Filialı (bundan sonra – maraqlı şəxs) tərəfindən etiraz ərizəsi daxil olmuş, ərizəçinin ərizəsinin əsassız olması onunla əsaslandırılmışdır ki, ərizəçinin M.Əsədov adına üzümçülük sovxozunda işləməsi faktının sübuta yetirilməsi üçün azı 2 nəfər şah id mövcud olmalı, ərizəçi ilə şahidlərin sovxozda işlədiyi illər üst-üstə düşməli, şahidlər ərizəçi ilə eyni sovxozda əmək fəaliyyəti ilə məşğul olmalı və hər birinin əmək fəaliyyətini təsdiq edən hüquq müəyyənedici sənədləri mövcud olmalıdır. Ərizəçinin müvafiq sovxozda işləməsi faktının sübuta yetirilməsi məqsədi ilə məhkəmə iclasında dindirilən 3 şahiddən heç biri yuxarıda qeyd edilən şərtlərə cavab verməmişdir. 6.Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadə verərək göstərmişdir ki, o, 01 dekabr 1959-cu tarixdə Ağdam rayonunun Şıxbabalı kəndində anadan olmuşdur. Ərizəçi da həmin kənddə doğulduğundan onu uşaqlıqdan tanıyır. Həmçinin, 70-ci illərdən onunla birlikdə Şıxbabalı kəndində yerləşən M.Əsədov adına sovxozda işləmişdir. 7.Birinci instansiya məhkəməsində şa hid qismində dindirilmiş X3 və X4 ifadələrində şahid X5 göstərdiyi xüsusatları bildirərək ərizəçinin onlarla birlikdə Şıxbabalı kəndində yerləşən M.Əsədov adına sovxozda işlədiyini təsdiq etmişlər. 8.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim A.Qasımov) (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-4126/2021 nömrəli 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, ərizəçinin 1970-ci il tarixdən 1992-ci ilin noyabr ayına qədər Ağdam rayonu, Şıxbabalı kəndində M.Əsədov adına sovxozda fəhlə işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. 9.Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçinin həmin sovxozda fəhlə işləməsini həmin illərdə onunla birlikdə işləmiş şahidlər təsdiq etmişlər. Şahid ifadələrinin təkzib edilməsi, başqa söz lə, qeyd edilən faktın mövcud olmaması ilə bağlı maraqlı şəxs isə hər hansı dəlil irəli sürməmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin məktubundan ərizəçinin 1992-ci ilin noyabr ayından Bakı Tikiş Fabrikində işə qəbul olunduğuna dair məlumatını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, ərizəçinin 1970-ci ildən məhz həmin tarixə qədər (1992-ci ilin noyabr ayı) Ağdam rayonu, Şıxbabalı kəndində M.Əsədov adına sovxozda fəhlə işləməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. 10.Məhkəmə öz mövqeyini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsind əki icraat 11.Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-754/2022 nömrəli mülki iş üzrə 07 fevral 2022-ci il tarixli qətnaməsi ilə maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 13.Apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd etmişdir ki, ərizəçi öz tələbini əsaslandıra bilmişdir. Ərizəçi üzürlü səbəbdən əmək kitabçasını təqdim edə bilməmişdir. İş materiallarından və birinci instansiya məhkəməsində, həmçinin apellyasiya baxışı zamanı dindirilmiş şahid ifadələrindən, həmçinin qeyd olunan sorğuya cavab məktubundan da ərizəçinin 1970-cı il tarixdən Ağdam rayonu, Şıxbabalı kəndində M.Əsədov adına sovxozda fəhlə işləməsi faktı təsdiq edilmişdir. 14.Məhkəmə kollegiyası həmin halı təsdiq edən sübutlar qismində iş materiallarında olan Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Şıxbabalı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin sorğuya cavab məktubunda göstərilmiş “M.Əsədov adına sovxozun arxiv sənədləri işğalda qaldığı üçün Şıxbabalı kənd sakinləri M.Əsədov adına sovxozda işləmiş X6, X7 və X1 şahidliyi ilə məlum olmuşdur ki, Ərizəçi 1970-cı il tarixdən 1993-cü il tarixədək M.Əsədov adına sovxozda fəhlə kimi işləmişdir.” məlumatlara istinad etmişdir. 15.Məhkəmə kollegiyası qeyd etmişdir ki, maraqlı şəxsin apellyasiya şikayətində ərizənin təmin edilməməsinə əsas verəcək hər hansı bir konkret dəlil göstərilməmişdir, apellyasiya şikayəti əsassızdır. 16.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 308-ci maddələrinə, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 3.4-cü bəndinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri 17.Maraqlı şəxs (vəkil X2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apelly asiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 18.Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsində istinad edilən Ağdam rayonu Şixbabalı kənd M.Əsədov adına sovxozun direktoru tərəfindən imzalanmış və şahidlərin ifadələrinə əsasən tərtib olunmuş 5 dekabr 2019-cu il tarixli 197 saylı arayış ərizəçinin 1970-1993-cü il tarixlərdə Ağdam rayonu Şixbabalı kənd M.Əsədov adına sovxozda işləməsi faktını sübuta yetirən sənəd kimi nəzərə alınmışdır. Belə ki, qeyd edilən sovxoz arayışı əlyazma formasında olmaqla qanunvericilikdə staj təsdiqedici sənədlərin siyahısında yer almır, dövlət arxivinin arayışı deyildir. 19.Kassator qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə müvafiq olaraq ərizəçi ilə birgə işlədiklərini iddia edən və məhkəmə iclasında şahid qismində dindirilmiş şahidlərin sovxozda əmək fəaliyyətini təsdiq edən hüquq müəyyəneddici sənədləri tələb etməmiş, iş üzrə əhəmiyyət kəsb edən əlavə sübutların təqdim edilməsini təmin etməmişdir. 20.Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajın ın təsdiq edilməsi qaydası barədə» Əsasnamənin İ bölməsinin 1-ci, İİİ bölməsinin 17-ci bəndlərinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 21.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 22.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 23.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 24.Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 25.Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibət inin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 26.Maddə 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 27.Maddə
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 28.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 29.Maddə 416.
1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları” 30.Bənd 3.4. Yalnız əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o, cümlədən qaçqın və məcburi köçkünlərin) sosial stajı məhkəmə qaydasında müəyyən olunur. 31.“Əmək pensiyaları haqqında” Qanun Sosial sığorta stajı əmək pensiyası hü ququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2) 32.“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun 12 aprel 2019-c il tarixli Qərarının 13.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyi n edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərp a etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin Qərarın 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin qərarın 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Kassasiya baxışının hədləri 33.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 34.Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiy a instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 35.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 36.Kassasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, MPM-nin 76.1 və 76.2-ci maddələrinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 37.Həmin Məcəllənin 62.1-ci maddəsinə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Maraqlı şəxs kassasiya şikayətində məhkəmənin şahid ifadələrinə və müəssisənin verdiyi arayışa istinad etməklə düzgün nəticəyə gəlmədiyini qeyd etmiş, lakin məhkəmənin bu halla bağlı qənaətinin düzgün olmaması, məhkəmənin şahid ifadələrinə istinad etməklə hansı maddi və ya prosessaul pozuntuya yol verməsini əsaslandırmamış, şahid ifadələrinin hansı səbəbdən mötəbər sübut olmamasını göstərməmişdir. 38.Digər tərəfdən məhkəmə iş üzrə nəticəyə gələrkən yalnız şahid ifadələrinə istinad etməmiş, şahid ifadələrini iş materiallarına əlavə edilmiş digər sübutlara yanaşı qiymətləndirmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi maraqlı şəxsin apellyasiya şikayətində göstərilən dəlilləri ilə bağlı Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Şıxbabalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə sorğu vermiş və cavab məktubunda göstərilmişdir ki, M.Əsədov adına sovxozun arxiv sənədləri işğalda qaldığı üçün Şıxbabalı kənd sakinləri M.Əsədov adına sovxozda işləmiş X6, X7 və X1 şahidliyi ilə məlum olmuşdur ki, Ərizəçi 1970-cı il tarixdən 1993-cü il tarixədək M. Əsədov adına sovxozda fəhlə işləmişdir. 39.Bununla yanaşı qeyd edilməlidir ki, şahid ifadələrinin təkzib edilməsi, başqa sözlə, qeyd edilən faktın mövcud olmaması ilə bağlı maraqlı şəxs isə hər hansı dəlil irəli sürməmişdir. 40.Eyni zamanda ərizəçinin həmin sovxozda işləməsi məhz həmin sovxoz tərəfindən verilmiş arayışla da təsdiq olunur. Ağdam rayonu Şixbabalı kənd M.Əsədov adına sovxozun direktoru tərəfindən imzalanmış və şahidlərin ifadələrinə əsasən tərtib olunmuş 5 dekabr 2019-cu il tarixli 197 saylı arayışla müəyyən olunur ki, ərizəçi 19701993-cü il tarixlərdə Ağdam rayonu Şixbabalı kənd M.Əsədov adına sovxozda işləmişdir. 41.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. 42.Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-754/2022 nömrəli iş üzrə 07 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.