Məhkəmə qərarları › İş №2(102)-3315/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3315/2025

18.11.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3315/2025 18.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması, vindikasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı “mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair m ülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)-3839/2025 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 18 noyabr 2025-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzilinin açıq hərracdan satılması, mənzilin satışından əldə olunan pul vəsaitinin paylı mülkiyyətçilərin payına mütənasib, yəni 1/2 (ikidə bir) hissədə Cavabdeh5, 1/2 (ikidə bir) hissədə Cavabdeh3 verilməsi, ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzilinin ilkin satış qi ymətinin 56700 manat müəyyən olunması qət edilmişdir. 2. “X1” nəzdində "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli “Açıq Hərracın yekunları barədə” 1167/23 saylı protokoluna əsasən Cavabdeh3 məxsus ½ hissədə və Cavabdeh5 Abdulovnaya məxsus ½ hissədə ünvan 1ənzil təkrar hərracdan alış qıyməti 51550 manat olmaqla İddiaçı tərəfindən əldə olunmuşdur. 3. ünvan 1ənzil xx.xx.2023-cü il tarixli çıxarışa əsasən, tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.

4. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 Abdulovna, X5 və X4 ünvan 1ənzil ünvanında qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi (iddianın həcminin azaldılması barədə ərizə) ilə məhkəməyə müraciət edərək, cavabdeh lər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 Abdulovnanın (azyaşlılar X5 və X4 ilə birlikdə) mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzilinə istifadə hüququnun olmamasının müəyyən edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 Abdulovnanın (azyaşlılar X5 və X4 ilə birlikdə ) ünvan 1ənzilindən mənzildən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzili (bundan sonra “mübahisəli mənzil”) mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin mənzil Qaradağ rayon məhkəməsinin 2(002)-106/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Qaradağ rayon İcra şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sifarişlə hərraca çıxarılmışdır. 14 iyul 2023-cü il tarixli “Açıq Hərracın yekunları barədə” 1167/23 saylı protokola əsasən həmin mənzili iddiaçı hərracdan almışdır. Mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixdə iddiaçının adına qeydiyyatdan keçmişdir. Cavabdehlər evin köhnə sakinləri olmaqla hazırda iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olmaqla yaşayır və mənzildən çıxmaq istəmirlər. Cavabdehlərin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması iddiaçı üçün bir sıra problemlər yaradır. Belə ki, iddiaçı mülkiyyətində olan evdə yaşayıb istifadə edə bilmir.

7. Məhkəmə baxışında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 əlavə olaraq qeyd etmişdir ki, mübahis əli mənzil cavabdehlər arasında paylı mülkiyyət olub və mənzilin məhkəmə qətnaməsi ilə açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin tərəflər arasında bölünməsi qət edilmişdir. Məhz həmin qətnamənin icra vərəqəsinə əsasən əmlak açıq hərraca çıxarılmış və iddiaçı tərəfindən satın alınmışdır. Hazırda iddiaçı əmlak üzərində mülkiyyətçidir. Cavabdeh4 ata, Cavabdeh5 ana, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 isə uşaqlarıdır. Cavabdeh2 isə Cavabdeh3 qızıdır. Cavabdeh4 vəfat etdiyindən iddia tələbinin həcminin azaldılmasına sair ərizə də təqdim etmişdir. Mübahisəli mənzil hərəsinə 1/2 olmaqla Cavabdeh5 və Cavabdeh3 paylı mülkiyyətində olmuşdur. Hazırda cavabdehlər evin köhnə sakinləridir. Cavabdehlər iddiaçının mülkiyyətində qeydiyyatda olmaqla bərabər həmçinin həmin mənzildə faktiki olaraq yaşayır lar. Cavabdeh5 tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 2(002)-106/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 2(002)-106/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırda həmin şikayət 2(103)5943/2024 saylı,xx.xx.2024-cü il tarixli qərardad ilə ləğv edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 2(002)-106/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldığından və tərəflər arasında mübahisələndirilmədiyindən iddiaçının pozulmuş mülkiyyət hüquqları bərpa edilməlidir.

8. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Sahil qəsəbə inzibati nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda qe yd olunmuşdur ki, ünvan 1ənzil qeydiyyatında olan Cavabdeh3 və Cavabdeh2 harada yaşamaları barədə məlumat yoxdur, Cavabdeh4 vəfat etmişdir, Cavabdeh5 və Cavabdeh1 isə qeyd olunana evdə yaşayırlar və məhkəmə bildirişi Cavabdeh1 təqdim olunmuşdur.

9. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-544/2024 nömrəli, 23 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 Abdulovnanın (azyaşlılar X5 və X4 ilə birlikdə) istifadə hüququnun olmaması, bu qətnamənin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 Abdulovnanın (azyaşlılar X5 və X4 ilə birlikdə) Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi 4 saylı ev in 2 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 Abdulovna (azyaşlılar X5 və X4 ilə birlikdə) Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzilindən əmlakları ilə birlikdə çıxarılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. (hakim Qamət Əbilov)

10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli mənzil hazırda iddiaçının mülkiyyətindədir. İddiaçı mübahisənin predmeti olan mənzilə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmişdir. Lakin evin köhnə sakinləri olan cavabdehlər qeydiyyatdan və mənzildən çıxmamışdırlar.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki iddia tələbi cavabdehlərin mənzilə istifadə hüququnun olmamasının müəyyən edilmə si, cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılması olmaqla üçi hissədən ibarətdir.

12. Birinci instansiya məhkəməsi iddia tələbinin birinci hissəsi ilə bağlı olaraq qeyd etmişdir ki, cavabdehlər evin köhnə sakinləri olmaqla mənzil artıq iddiaçının xeyrinə özgəninkiləşdirilmiş və hazırda cavabdehlərin həmin mənzildən istifadə hüquqlarının heç bir qanuni əsasları mövcud deyildir. Beləliklə, hazırki vəziyyətdə cavabdehlər özgənin mülkiyyətindən istifadə etməklə iddiaçının mülkiyyət hüquqlarını pozmuş olurlar. Bu səbəbdən iddia tələbi əsaslı olmaqla təmin edilməli və cavabdehlərin mənzilə istifadə hüquqlarının olmaması müəyyən edilməklə mənzildən çıxarılmalıdırlar.

13. Birinci instansiya məhkəməsi onu da diqqətə çatdırıb ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Az ərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Bundan başqa, cavabdehlərin mənzildən çıxarılması ilə bağlı qeyd edilməlidir ki, mülkiyyəçinin hüquqları qanunla qorunmalı, cavabdehlər həmin mənzildən çıxarılmalıdırlar.

14. Birinci instansiya məhkəməsi həmçinin göstərmişdir ki, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Sahil qəsəbə inzibati nümayəndəliyindən daxil olmuş xx.xx.2024cü il tarixli məktuba əsasən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzilində qeydiyyatında olan Cavabdeh3 və Cavabdeh2 harada yaşamaları barədə məlumat yoxdur. Belə ola n halda Cavabdeh3 mənzilin əvvəlki mülkiyyətçisi olub, eyni zamanda Cavabdeh2 da həmin mənzildə yaşadığından, onların harada yaşaması barədə məlumatın olmaması barədə Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Sahil qəsəbə inzibati nümayəndəliyindən daxil olmuş məktub heç də o demək deyil ki, onlar həmin mənzili birdəfəlik tərk ediblər. Belə olan halda onlara da münasibətdə iddia tələbi təmin olunmalı, çünki məhkəmə qətnaməsinin qət etdi hissəsi qeyri-müəyyənlik yaratmamalıdır.

15. Bundan başqa həmin mənzilin boşaldılması barədə tələbə münasibətdə də birinci instansiya məhkəməsi bildirmişdir ki, həmin tələbə aydınlıq gətirilmiş və iddiaçının nümayəndəsinin (vəkilinin) bildirdiyən görə iddiaçı mənzili alsa da heç vaxt həmin mənzildə yaşamamışdır, iddiaçının hər hansı bir əmlakı da həmin mə nzildə yoxdur və iddiaçının həmin mənzildə hər hansı bir əşyaya iddiası da yoxur. Cavabdehlərin isə hansı əmlaklarının olması onlara da bəlli deyil. Bu səbəbdən də cavabdehlərə məxsus əmlaklar yalnız icra mərhələsində təmin oluna bilər.

16. Birinci instansiya məhkəməsi iddiaçının həmin mənzili aldıqdan sonra ora daxil ola bilməməsini nəzərə alaraq hesab etmişdir ki, mənzildə yerləşən əmlaklar məhkəməyə məlum olmasa da, eləcə də cavabdehlər məhkəmə iclası barədə məlumatlı olmalarına baxmayaraq məhkəməyə gəlməyərək həmin əmlaklara aydınlıq gətirməmələri ona əsas vermir ki, iddiaçının öz mənzilindən istifadə etməyə maneə yaransın. Bu səbəbdən də iddia həmin hissədə də təmin olunaraq cavabdehlərə məxsus əmlaklar həmin mənzildən boşaldılmalıdırlar.

17. Birinci instansiya məhkəməsi gəldiyi nətic əni Mülki Məcəllənin 152, 157-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, Mülki Prosessual Məcllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh5 tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 2(002)-106/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 2(002)- 106/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırda həmin şikayət 2(103)5943/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardad ilə ləğv edilmişdir. Cavabdeh anası və bacısının səmimiyyətinə inanaraq vaxtı ilə notariusda sənədləşmə aparılan zaman qeyriqanuni olaraq onun konustitusiya ilə qorunan hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdeh hələ də indiyə kimi anlaya bilmir ki, dövlətin rəsmi notariat orqanlarında və digər rəsmi qurumlarda bir ailənin 3 (üç) üzvü ola-ola mənzlinin qanunla üç hissəyə mütanasib bölünməli olduğu halda necə olub ki, 2 (iki) hissəyə bölünüb. Əvvəla, bu əməldə cinayyət tərkibi mövcuddur. Bütün bu nöqsanların araşdırılması birbaşa məhkəmənin yurisdiksiyasına aid olduğu halda məhkəmə bunu etməmişdir. Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq qeyd edilməlidir ki, Qaradağ rayon Məhkəməsnin gəldiyi bu nəticə qeyri-obyektiv olduğunda n onunla heç cür razılaşmaq olmaz Belə ki, Qaradağ rayon Məhkəməsi işi obyektiv araşdırmadan formal olaraq qərar qəbul etmişdir. Bununla da cavabdehin konustutsiya ilə qorunan hüquqları kobud şəkildə pozulmuşdur. Hesab edir ki, əvvəla həm qanun, həm ədalət baxımından cavabdehin atasından miras qalmış mənzilə qanun üzrə üç nəfər vərəsələrə münasibətdə ½ hissədə deyil, məhz vərəslərin hər birinə, yəni Cavabdeh1, anası Cavabdeh5 və bacısı Tatyana Vyaçeslavovnaya münasibətdə 1/3 hissədə olmaqla, bərabər pay hüququ müəyyən edilməliydi. Cavabdehin atası mərhum atası X2 miras qalmış mübahisəli mənzil qanun üzrə vərəsələri olan üç nəfərdən ibarət ailə üzvüləri arasında, yəni Cavabdeh1 anası Cavabdeh5 və bacısı Cavabdeh3 münasibətdə bərabər paylara yəni 1/3 hissədə bölünməli olduğu halda Qaradağ ra yon məhkəməsi anası Cavabdeh5 və bacısı Cavabdeh3 arasında 1\2 hissədə olmaqla bərabər pay hüququ müəyyən etmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışa əlavə edilən sənədlərdən görünür ki, 1997-ci il tarixli forma-2 üzrə arayışa əsasən müqavilə üzrə icarədar cavabdehin atası Cavabdeh4y, habelə onun ailə üzvləri, yəni o, anası və bacısının həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmuş, mənzil onların razılığı ilə atasının, yəni Cavabdeh4 adına özəlləşdirilmişdir. Sübutlardan da göründüyü kimi sözügüdən mənzil mərhum atası X3 mülkiyyətinə xx.xx.1997-ci il tarixdə həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan ailə üzvlərinin raz ılığı ilə özəlləşdirmə qaydasında keçmişdir. Hazırda o, özəlləşmədən əvvəl və indi də yaşayış yeri üzrə qeydiyyatda olduğu, atasından miras qalmış mənzilə dair qanun üzrə vərəsəlik hüququnun pozulduğunu və verilən sənədlərin qanunsuz olduğunu iddia etməklə, həmin miras əmlaka dair qanun üzrə vərəsələrin bərabər həcmdə (hər birinə 1/3 hissədə) paylarının müəyyən edilməsini tələb edir. Mərhum atasından miras qalmış ümumi paylı mülkiyyətdə olan mənzilə faktiki qanun üzrə üç nəfər vərəsəyə münasibətdə, vərəsələrin hər birinə 1/3 hissədə bərabər pay hüququ müəyyən edilməli olduğu halda məhkəmə ədalətsiz və qanunsuz olaraq ½ hissədə olmaqla bərabər pay hüququ müəyyən edilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3839/2025 nömrəli, 7 iyul 2025-ci il tarixli qətnaməsi i lə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Azad İmanov)

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, apellyasiya şikayətinin dəlilləri üzrə iş materiallarının qarşılıqlı təhlilindən belə nəticəyə gəlmişdir ki, cavabdeh artıq qanuni qüvvəyə minmiş məhkəmə aktını mübahisələndirmişdir. Belə ki, cavabdehin mərhum atası X2 miras qalmış ünvan 1ənzil qanun üzrə vərəsələri olan üç nəfərdən ibarət ailə üzvüləri arasında, yəni Cavabdeh1, anası Cavabdeh5 və bacısı Cavabdeh3 münasibətdə bərabər paylara, yəni 1/3 hissədə bölünməli olduğu halda Qaradağ rayon məhkəməsinin anası Cavabdeh5 və bacısı Cavab deh3 arasında 1\2 hissədə olmaqla bərabər pay hüququ müəyyən edildiyini qeyd etmiş, əmlakda payların müəyyən edilməsi isə başqa icraatın predmeti olmuş və artıq bu paylı mülkiyyət hərracda yüklü olmayaraq satılmış, iddiaçı tam mümkiyyət hüququ ilə sərəncam hüququnu əldə etmiş, cavabdehlərin mümkün istifadə hüquqlarının mövcudluğuna hərracda satılan zaman son qoyulmuşdur. Hazırkı məhkəmə aktı məhkəmə tərəfindən qəbul edilərkən hansı maddi və prosessual hüquq normalarının pozulmasını cavabdeh əsaslandıra bilməmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 146.1, 146.2, 152, 157.2, 425.1, 572.1 və 572.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər

23. Cavabdeh (Vəkil) kassasiya şika yəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə rəsmi qaydada elektron vəsatət təqdim edilmişdir. Həmin vəsatətdə məhkəmə prosesinin təxirə salınması ilə bağlı rəsmi olaraq vəsatət yerləşdirilsə də, məhkəmə buna məhəl qoymamışdır. Hansı ki, vəsatət elektron məhkəmə kabineti vasitəsilə təqdim edilmiş və məhkəmə tərəfindən qəbul edildiyi sistemdə təsdiqlənmişdir. Vəkil məhkəmə prosesində iştirak edə bilməməsinə baxmayaraq, işə qiyabi baxılmış və vəsatət təmin edilməmişdir. Kassator Bakı şəhəri Qaradağ rayon Məhk əməsinin 2(002)-106/2023-cü il tarixli qətnaməsində cavabdeh kimi işə cəlb edilmədiyi halda, hazırkı qətnamə ilə cavabdeh kimi istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzilindən qeydiyyatdan çıxarılması baradə qanunsuz olaraq qərar qəbul etmişdir.

25. Bundan əlavə, apellyasiya məhkəməsi bildirmişdir ki, əmlakın bölünməsi məsələsi artıq qanuni qüvvəyə minmiş qərarda həll olunub. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "V.Q. Teryoxin işi" üzrə xx.xx.2009-cu il tarixli qərarında qeyd olunur ki: “Əgər mülkiyyət hüququnun əldə edilməsinə dair prosedurlar qanuni deyilsə və şəxsin konstitusion mülkiyyət hüququ pozulubsa, bu qərarın qüvvədə olması hüquqi əsas sayılmamalıdır”. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz təq dim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestr ində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyət dən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qə tnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Apellyasiya məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

32. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.

33. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

34. Qeyd edilən normanın tələbinə görə əmlakın qanunsuz sahiblikdən geri istənilməsi barədə iddianın təmin edilməsinin əsas şərti ondan ibarətdir ki, geri istənilən əmlak tələb edənin mülkiyyətində olmalı, həmin əmlak onun sahibliyindən çıxmalı və əmlaka sahibliyə yiyələnənin sahibliyə dair heç bir hüquqi əsası olmamaldır.

35. İşin müəyyən edilən hallarına görə də iddiaçıya məxsus mənzildən cavabdeh heç bir hüquqi əsas olmadan istifadə edir və mənzildən çıxmır.

36. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər hüquq nor maları ilə yanaşı, Mülki Məcəllənin 157.2-ci maddəsini düzgün tətbiq etmişdir.

37. Buna görə də məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşır və əlavə şərhə zərurət görmür.

38. Belə ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

39. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər iddiaya etirazın və apellyasiya şikayətinin də dəlilləri olmuş, hər iki instansiya məhkəməsi həmin dəlillərə işdəki sübutlar əsasında qiymət verməklə, onları əsassız saymışlar.

40. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.

41. Məh kəmə kollegiyası cavabdehin əmlak üzərində pay hüqunun pozulması barədə dəlillərini də əsassız sayır. Əvvəla, qeyd edildiyi kimi bu dəlilə apellyasiya instansiyası məhkəməsi qiymət verib. Bundan əlavə, məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, hazırki iddia tələbi qeydə alınmış əşya hüququna söykənir. İddiaçının mülkiyyət hüquqları qeydə alınıb. Əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir.

42. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)3839/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar