Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3317/2023 23.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri N saylı Notariat Ofisi və N qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3317/2023 (Açar sözlər: mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri N saylı Notariat Ofisi və N qarşı (N mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməkl ə) tutulmuş sadələşdirilmiş verginin qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3228/2023 nömrəli, 16 may 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 11 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixində Abşeron rayonu, Digah qəsəbəsi, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 202.1 kv.m olan fərdi yaşayış evinin alqı-satqısı zamanı tutduğu 3097,80 manat məbləğində sadələşdirilmiş vergi məbləğinin və onun hazırki məhkəmə iddiasını n verilməsi ilə əlaqədar çəkdiyi bütün xərclərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçının nümayəndəsinin ərizəsi əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əlavə cavabdeh, Azərbaycan Respublikası Maliyyə Nazirliyi isə cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 mart 2023-cü il tarixli 2(001)-1021/2023 saylı qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia qismən təmin edilmiş, iddiaçının Abşeron rayonu, Digah qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 202.1 kv.m olan fərdi yaşayış evinin alqısatqısına görə ödədiyi 3097,80 manat məbləğində sadələ şdirilmiş verginin cavabdeh Bakı şəhəri 11 saylı Notariat Ofisi tərəfindən iddiaçıya qaytarılması, cavabdeh Bakı şəhəri N saylı Notariat Ofisindən 54 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Qətnamədən cavabdehlər Bakı şəhəri 11 saylı notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayəti verilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3228/2023 nömrəli, 16 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və M.Ə.Rüstəmli) cavabdehlərin apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(001)1021/2023 saylı qətnaməsi qismən – 3097,80 manat məbləğində sadələşdirilmiş verginin cavabdeh Bakı şəhəri 11 saylı Notariat Ofisi tərəfindən iddiaçıya qaytarılması hissəsində ləğv edilmiş, və iddiaçının Bakı şəhəri 11 saylı Notariat Ofisinə qarşı iddiası rədd edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3228/2023 nömrəli, 16 may 2023-cü il tarixli qərardadı ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və M.Ə.Rüstəmli) cavabdehlərin apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(001)1021/2023 saylı qətnaməsi qismən – cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə aid h issədə ləğv edilməsi və işin icraatına həmin hissədə işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməsi və İddiaçı aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah olunması qərara alınmışdır.
7. Apellyasiya instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin İddiaçı ünvanlanmış 10 noyabr 2022-ci il tarixli, **********010000 nömrəli məktubunda daşınmaz əmlakın alqı-satqısı əməliyyatı keçirilmiş notariat ofisinə müraciət edilməsi tövsiyə olunmuş, vergi orqanının müvafiq rəyi təqdim edildikdən sonra onlar tərəfindən büdcəyə artıq ödənilmiş vəsaitin dövlət büdcəsindən geri qaytarılması təmin ediləcəyi bildirilmişdir.
8. İddiaçı ha zırki tələbində cavabdeh qismində Bakı şəhəri 11 saylı Notariat Ofisini və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini göstərməklə ondan tutulmuş sadələşdirilmiş vergi məbləğinin ona qaytarılmasını tələb etmişdir.
9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Nazirlər Kabinetinin xx.xx.2019cu il tarixli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na görə vergi orqanı səhvən ödənilən vergi məbləğini notariusun depozit hesabına qaytarmalı, notarius isə bu məbləği iddiaçıya ödəməli idi.
10. Bu səbəbdən apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, mülki işin icraatına cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirl iyi yanında Dövlət Vergi Xidmətinə aid hissədə xitam verilməli və iddiaçıya bu tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
11. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1, 2.2.3-cü və «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına istinad etmişdir.
12. İddiaçı apellyasiya insta nsiya məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3228/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3228/2023 nömrəli, 16 may 2023-cü il tarixli qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
14. Kassasiya şikayəti Vergi Məcəlləsinin 150.1.9, 150.3-1-ci, Mülki Prosessual Məcəllənin 2.1, 2.2.3, 8.1, 9.1, 76.1, 77.1-Cİ maddələrinə istinad edilərək belə əsaslandırılmışdır ki, apellyasiya şikayəti normativ hüquqi aktların tələbləri əsasında yazıldığı halda, məhkəmə tərəfindən əsassız olaraq şikayət olunan qərardad qəbul edilmiş, ona qarşı ədalətsiz mövqe tutulmuşdur. Bu səbəbdən şikayəti hərtərəfli araşdırılmalıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsi ilk əvvəl nəzərə almalı idi ki, vətəndaş tərəfindən hər iki cavabdehə ayrı-ayrılıqda müraciət edilmiş və hər iki təşkilat məsuliyyəti bir-birinin üzərinə atmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən Vergi ödəyicisi artıq ödənilmiş vergilərin qaytarılması üçün vergi orqanına müraciət etməlidir. Sual olunur ki, bu iş üzrə vergi ödəyicisi kimdir? Qanunsuz vergini kim hesablayaraq vətəndaşdan tutmuşdur? Binəqədi rayon Məhkəməsi vergi agenti kimi 11 saylı Notariat ofisinin məsuliyyətini düzgün müəyyən etmişdir. Vergi ödəyicisi 11 saylı Notariat orqanıdır. Bu orqanda müvafiq qaydada Dö vlət Vergi Xidmətinə müraciət etməli və qanunsuz ödənilmiş verginin onun depozit hesabına geri qaytarılmasını təmin etməli idi. Lakin Bakı Apellyasiya Məhkəməsi süründürməçiliyə yol verməklə qanunun düzgün tətbiq etməmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi hesab etmişdir ki, bu iş inzibati işdir və İnzibati Məhkəmələrdə baxılmalıdır. Lakin işin mahiyyətində də göründüyü kimi tələb qanunsuz hesablanaraq tutulmuş verginin qaytarılması barədədir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi
17. Maddə 2.2.3 İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia ) dair tələblərə inzibati məhkəmə icraatı qaydasında baxılır. 18. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 19. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 20. 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını m üəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. 21. 387.2.9-cu maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. 22. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 23. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsini n mövqeyi
26. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə aid hissədə iddia tələbi üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.
27. Belə ki, cavabdeh inzibati orqandır, iddiaçı artıq ödənilmiş verginin qaytarılmasını tələb edir. Azərbaycan Respublikası İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
28. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konsti tusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır.
29. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3228/2023 nömrəli, 16 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdı r.
30. Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3228/2023 nömrəli, 16 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.