Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3318/2025 27.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARDADI (Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi, bu əsasla iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "torpaq sahəsi nin ilkin vəziyyətinin bərpa edilməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 iyun 2025-ci il tarixli, 2(103)-2506/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilən kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi sədrinin xx.xx.1997-ci il tarixli, 997 nömrəli sərəncamına əsasən, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na, “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası “Xalq üçün mallar” Dövlət Konserninin ləğv edilməsi h aqqında” xx.xx.1997-ci il tarixli sərəncamına uyğun olaraq keçmiş “Xalq üçün mallar” Dövlət Konserninin Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə 47 ünvanında yerləşən "xxxx" fabriki əsasında "xxxx" açıq tipli səhmdar cəmiyyətinin yaradılması qərara alınmışdır. 2. ünvan 3 ünvanında "xxxx" QSC-yə məxsus əmlak kompleksi yerləşir. Bu kompleksin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir.
3. Həmin ərazidə yerləşən tikililərə dair cavabdeh "xxxx" QSC-yə xx.xx.1998-ci il tarixli texniki pasport verilmişdir.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət əmlakının registrindən çıxarışa əsasən, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 3000 kv.m olan torpaq sahəsi cavabdeh QSC-nin istifadəsindədir. 5. 24.06.2021-ci il tarixli aktda göstəri lir ki, iddiaçı Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları tərəfindən aparılmış monitorinq zamanı ünvan 6 ünvanında (39T 412752; ******* saylı koordinatlar) cavabdeh QSC-nin istifadəsində olan 10519.6 kv.m dövlət mülkiyyətində olan torpaq sahəsinin təxminən 400 kv.m-də hər birinin sahəsi təxminən 70-80 kv.m olmaqla 4 ədəd qeyri-yaşayış obyektinin (anbar binaları) inşa edilməsi faktı aşkar edilmiş və araşdırma zamanı cavbdeh QSC tərəfindən istifadəsində olan torpaq sahəsinin təxminən 400 kv.metrində müvafiq qurumların icazə sənədləri olmadan əlavə tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bu ndan sonra - iddiaçı və ya ixtisarla Dövlət Xidməti yazılacaq) cavabdeh "xxxx" QSC-yə (bundan sonra mətndə - cavabdeh və ya ixtisarla QSC yazılacaq) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, ünvan 7 ünvanında yerləşən, cavabdeh QSC-nin istifadəsində və dövlət mülkiyyətində olan 3000 kv.m torpaq sahəsinin xx.xx.1998-ci il tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, həmçinin iddiaçı tərəfindən mediasiya sessiyası ilə bağlı mediatora ödənilmiş 20 manat məbləğində vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3639/2023 nömrəli qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Bakı şə həri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinadla belə əsaslandırılıb ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 997 nömrəli sərəncamı ilə keçmiş “Xalq üçün mallar” Dövlət Konserninin "xxxx" fabrikinin bazasında cavabdeh QSC yaradılmış və onun səhmləri xx.xx.2013-cü il tarixdə tam özəlləşdirilmişdir. Cəmiyyətin səhmləri tam özəlləşdirilsə də, onun yerləşdiyi torpaq sahəsi hazırkı vaxtadək özəlləşdirilməmiş və dövlət mülkiyyətində qalmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə, dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Cavabdeh QSC tərəfindən tikinti işləri xx.xx.1998-ci il tarixli texniki pasportda göstərilmiş hüdudlar daxilində aparılmışdır. Beləliklə, qanunvericiliyə əsasən, cavabdeh tərəfindən dövlət mülkiyyətində və onun istifadəsində olan torpaq sahəsində müvafiq tikinti işlərinin aparılması üçün iddiaçı Dövlət Xidmətindən razılıq alınmalı olduğu halda, cavabdeh belə bir razılıq almadan tikinti işlərini aparmışdır ki, bununla da qanunveri ciliyin tələblərini pozmuşdur.
9. Cavabdehin nümayəndəsi Qanuni nümayəndə1 iddianı qəbul etməyərək bildirmişdir ki, həmin ərazi ilə bağlı özəlləşdirmə prosesi hələ davam edir və bu prosesin gedişində bir neçə orqanın razılığı qalmışdır. Əgər müəyyən vaxt verilərsə, həmin ərazi bütövlükdə sənədləşdiriləcək. Bununla belə, ekspert rəyində qeyd edilənlərlə razılaşır. Belə ki, ərazidə müəyyən tikinti işləri aparılmışdır. Lakin bu işlərin hamısının elektron sənədləri var, həmin sənədlərə baxıla bilər.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində göstərilir ki, ünvan 8 ünvanında yerləşən əmlaka dair cavabdeh QSC-yə verilmi ş texniki pasportun baş planına əsasən, torpaq sahəsi 1.46085 ha olsa da, faktiki olaraq hasardaxili sahə 1.70765 ha təşkil edir. Əlavə 0.2468 ha torpaq sahəsi və üzərində olan tikililər arxiv texniki pasportunda göstərilən torpaq sahəsinin sərhədindən kənara düşür. Həmin torpaq sahəsinə və üzərində yerləşən tikililərə dair sənəd təqdim edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən, göstərilən sahədə cavabdeh QSC-nin adına dövlət əmlakı kimi məlumat mövcuddur. Arxiv texniki pasportunda göstərilən torpaq sahəsinin sərhədindən kənara düşən 0.2468 ha torpaq sahəsinin 0.0146 ha hissəsinə və ümumi ərazinin hüdudları daxilində olan 1.1549 ha hissəyə digər şəxsin müraciət olmuşdur. Bundan əlavə, ərazinin 0.0045 ha hissəsi dəmir yolunun mühafizəsinə düşür. Ərazinin cənub tərəfdən 3 metr məsafədən 325 mm-lik, 6.5 metr məsafədən 219 mm-lik orta təzyiqli yerüstü qaz xətləri keçir. Texniki pasportda qeyd olunan tikililərdən əlavə sahələr inşa edilmişdir. Belə ki, cavabdeh QSC-nin texniki pasportunun baş planında göstərilən 1.46085 ha torpaq sahəsinin daxilində iki ədəd ayrıca 452.85 kv.m və 379.2 kv.m tikintialtı sahəsi olan tikililər inşa edilmişdir. Həmçinin, texniki pasportda göstərilən tikililərin bir hissəsi sökülərək yerində əlavə tikililər inşa edilmişdir. Əlavə inşa edilmiş tikililərə dair sənəd təqdim edilməmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3328 nömrəli ekspert rəyi də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəss isi tərəfindən verilən rəy əsasında verilmişdir və mütəxəssis rəyində göstərilən hallar təkrarlanmışdır.
12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) e-2(010)-41/2025 saylı, 31 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, ünvan 9 ünvanında yerləşən, cavabdeh QSC-nin istifadəsində olan torpaq sahəsində inşa edilmiş tikililərin həmin tikililərlə bağlı verilmiş xx.xx.1998-ci il tarixli texniki pasportdakı ilkin vəziyyətə gətirilməsinin cavabdeh QSC tərəfindən təmin edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdeh QSC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim S.Miriyeva).
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, məhkəmə tərəfindən ərazidə yerində baxı ş keçirilməsi zamanı ekspert rəyində istinad edilmiş tikililər ərazidə aşkar edilmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi də ərazidə ekspert rəyində qeyd edilmiş tikililərin tikildiyini qəbul etmiş, lakin həmin tikililərlə bağlı sənədlərin olduğunu bildirmişdir. Bununla belə, sözügedən sənədlər məhkəmə araşdırması gedişində məhkəməyə təqdim edilməmiş, yuxarıda istinad edilmiş ekspert rəyində də həmin torpaq sahəsinə və üzərində yerləşən tikililərə dair sənəd təqdim edilməmişdir. Həmçinin ekspert rəyindən görünür ki, texniki pasportda göstərilən tikililərin bir hissəsi sökülərək yerində əlavə tikililər inşa edilmişdir. Əlavə inşa edilmiş tikililərə dair sənədlər də təqdim edilməmişdir.
14. Məhkəmə hesab edib ki, cavabdeh tərəfindən ərazidə tikilmiş və xx.xx.1998-ci i l tarixli texniki pasportda nəzərdə tutulmayan iki ədəd ayrıca 452.85 kv.m və 379.2 kv.m tikintialtı sahəsi olan tikililər, eləcə də texniki pasportda göstərilən tikililərin bir hissəsinin sökülməsi ilə yerində inşa edilmiş əlavə tikililər torpaq sahəsinin mülkiyyətçisinin (mülkiyyətçi dövlət olduğundan iddiaçı Dövlət Xidmətinin) icazəsi olmadan tikildiyindən özbaşına tikilidir.
15. Odur ki, iddiaçı həmin ərazinin xx.xx.1998-ci il tarixli texniki pasportdakı vəziyyətə gətirilməsini tələb etməkdə haqlı olmuşdur.
16. Birinci instansiya məhkəməsi öz mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 155.1, 157.4, 180.1, 180.2 və 180.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58.1 və 82-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2, 9.1.1 4 və 9.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 185.5, 214, 217.3, 217.4, 216220, 222.2, 233, 357 və 360-cı maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.36 və 3.0.46-cı maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh QSC apelyasiya şikayəti verərək, birinci instansiya qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin halla rına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, həmin ərazi ilə bağlı özəlləşdirmə prosesi hələ davam edir və bu proses gedişində bir neçə orqanının razılığı qalmışdır. İşə baxmış birinci instansiya məhkəməsi isə cavabdeh QSC-nin sözügedən tikinti obyektlərinə istismara icazə sənədi alınması üzrə müraciəti əsasında aparılan icraata məhəl qoymamış və əsassız qətnamə qəbul etmişdir. “İnzibati icraat haqqında” Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. QSC, inzibati orqana müraciət edərək inşa etdiyi tikinti obyektinə sadələşdirilmiş icraat çərçivəsində istismara icazə ala bildiyi halda birinci instansiya məhk əməsi bu kimi qətnaməni qəbul etməklə cavabdeh QSC-ni bu cür hüquqdan məhrum etmişdir. Ən azından cavabdeh QSC-nin müraciəti üzrə icraat yekunlaşdıqdan sonra və həmin tikinti obyektlərinin hüquqi statusu müəyyən edildikdən sonra məhkəmə işə baxa və qərar qəbul edə bilərdi. Əgər müəyyən vaxt verilərsə, həmin ərazi bütövlükdə sənədləşdiriləcək. Belə olan halda həmin tikililərin sökülməsinə ehtiyac qalmır.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyası (bundan sonra-apellyasiya instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixi, 2(103)-2506/2025 nömrəli qətnamə ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin e2(010)-41/2025 saylı, 31 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər - M.Məmmədov (sədrlik edən və məruzəçi), F.Ş.Talış inski və A.N.İmanov).
20. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırıb ki, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən torpaq sahəsinin dövlətin mülkiyyətində, lakin cavabdeh QSC-nin istifadəsində olması, sahənin cavabdeh tərəfindən hələ ki özəlləşdirilməməsi, ancaq bununla bağlı cavabdehin dövlətin aidiyyətı qurumlarına artıq müraciət etməsi, torpaq sahəsinin özəlləşdirilməməsinə baxmayaraq cavabdeh QSC tərəfindən həmin sahədə mülkiyyətçinin - dövlətin buna razılığı və icazəsi olmadan 4 ədəd anbar inşa etməsi işin mübahisəsiz halıdır.
21. İşin mübahisəli halı ondan ibarətdir ki, həmin anbarlar sökülməlidir, ya yox, sökülməlidirsə, apellyasiya şikayətində qeyd edilən əsasa görə sükülməsi dayandırıla və ya təxirə salına bilərmi?.
22. Məhkəmə kollegiyası bildirib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinin mənasına görə, buna lazımi icazələr almadan tikilmiş daşınmaz əmlak özbaşına tikinti sayılır (maddə 180.1). Bu kimi tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (maddə 180.4).
23. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbinin mənasına görə, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi, orada inşa edilmiş tikililərin sökülməsi də daxil olmaqla, tikilini inşa etmiş şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
24. Qeyd edilən maddi hüquq normaların tələblərindən işin hallarına yanaşdıqda müəyyən edilib ki, mübahisəli tikililər sökülməlidir.
25. Bu baxımdan qəbul edilməlidir ki, iddia əsaslıdır və birinci instansiya məhkəməsi iddianı əsaslı hesab edərək, iddianı təm in etməkdə haqlı olmuşdur. apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızdır.
26. Həmin tikililərin apellyasiya şikayətində qeyd edilən əsasa görə sökülməsinin dayandırılması və ya təxirə salınması imkanı ilə bağlı məhkəmə qeyd edib ki, Mülki Məcəllədə və Torpaq Məcəlləsində bu kimi qayda nəzərdə tutulmamışdır.
27. Lakin Mülki Məcəllənin 152 və 157-ci maddələrin tələblərindən başa düşülür ki, həmin tikililərin sökülməsindən imtina edilməsi, onların sökülməsinin dayandırılması və ya təxirə salınması, həmin tikililərin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin iradəsindən asılıdır. Bunun üçün cavabdeh QSC mülkiyyətçini təmsil edən iddiaçı Dövlət Xidməti ilə razılığa gəlməli və iddiaçı iddia tələbindən ya imtina etməli və ya iddiasını geri götürməlidir. İşin hallarından isə görünür ki, torpaq sahəsinin mülkiyyətçisini təmsil edən Dövlət Xidməti bu kimi iradə ifadəsini bildirmir. Dövlət Xidməti iddiasını müdafiə edir və tikililərin sökülməsini tələb edir.
28. Belə olan halda qəbul edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızdır.
29. Bununla yanaşı məhkəmə cavabdeh QSC-nin diqqətinə çatdırıb ki, mübahisəli tikililərin sökülməsi ilə bağlı məhkəmə qətnaməsi qüvvəyə minib icraya yönəldilərsə, cavabdeh QSC, qətnamənin icrasının dayandırılması və ya qətnamənin icrasına möhlət verilməsi ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada müvafiq məhkəməyə müraciət edə bilər.
30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 180.1, və 180.4-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 384, 385.2, 392, 393, 402 və 405-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. Qətnamədən narazı qalan cavabdeh QSC (onun vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-2506/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
32. Kassasiya şikayəti apellyasiya şikayətində irəli sürülmüş dəlilləri təkrar etməklə yanaşı, əlavə olaraq onunla əsaslandırılır ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh QSC-nin xx.xx.1998-ci il tarixli texniki pasport əsasında qanu ni istifadəsində olan torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış tikililərinə istismara icazə alınması üçün aidiyyəti orqanlara müraciət etdiyini və həmin müraciət üzrə inzibati icraatın hazırda davam etdiyini nəzərə almamışdır. Tikinti-quraşdırma işləri xx.xx.2023-cü il tarixinədək tam başa çatmışdır və Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanı ilə qeyri-yaşayış obyektlərinin istismarına icazə verilməsi üçün sadələşdirilmiş icraat nəzərdə tutulmuşdur. Cavabdeh QSC bu Fərmanın tələblərinə uyğun olaraq müraciət etmiş və qanuni gözləntiyə malik olmuşdur. Buna baxmayaraq, məhkəmələr mövcud tikililərə özbaşına tikinti statusu verərək onların sökülməsi barədə qərar qəbul etmiş, davam edən inzibati icraatın nəticəsini gözləməmiş və bununla da cavabde hin istismara icazə, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq, habelə gələcəkdə torpaq sahəsinin özəlləşdirilməsi imkanlarını faktiki olaraq aradan qaldırmışdır. Həmçinin, apellyasiya instansiyası məhkəməsi cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnamənin tələblərinə, xüsusilə özəlləşdirilmiş müəssisələrin yerləşdiyi torpaq sahələrinin ilk növbədə həmin müəssisələrin mülkiyyətçilərinə təklif edilməsi prinsipinə hüquqi qiymət verməmişdir. Qeyd edilir ki, cavabdeh QSC torpaq sahəsini qanunsuz zəbt etməmiş, onu təxminən 30 ildir qanuni əsaslarla istifadə etmiş və bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi ilə bağlı ağlabatan və qanuni gözləntiyə malik olmuşdur. b) Kass asiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
35. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublika sının Mülki Prosessual Məcəlləsi
36. Maddə
47. İşdə iştirak edən şəxslərin hüquq və vəzifələri... 47.2. İşdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etm ək hüququna malikdirlər.
37. Maddə
52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
38. Maddə
191. İ ddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etmə sini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.... 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.
39. Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş ü zrə icraata aşağıdakı hallarda xitam verir:... 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə.
40. Maddə
262. İcraata xitam verilmə qaydası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.... 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
41. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya baxışının hədləri
42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin möv qeyi 44.
27. Məhkəmə kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən tərəflərin təqdim etdiyi barışıq sazişi təsdiq olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.
45. Belə ki, tərəflər iş üzrə barışıq sazişi bağlamış və həmin barışıq sazişini təqdim edərək, sazişin təsdiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər.
46. Barışıq sazişində göstərilir ki: «Tərəflər hazırkı sazişi imzalamaqla, hazırkı mübahisənin məhkəmədən kənar qaydada həllinə dair razılığa gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həll edilməsini öz öhdəsinə götürürlər:
1. Borclu "xxxx" QSC-nin öhdəlikləri: 1.1. Borclu "xxxx" QSC Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış 24 sentyabr 2025- ci il tarixli, 13986 nömrəli icarə müqaviləsi üzrə ödənilməli olan aylıq icarə haqqının müqavilədə göstərilən qaydada hər ay davamlı olaraq ödənilməsi; 1.2. Əmlak Məsələləri Dövlət Xidmətinin razılığı olmadan icarə predmeti olan torpaq sahəsində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmaması ilə bağlı öz üzərinə öhdəlik götürür.
2. Tələbkar Əmlak Məsələləri Dövlət Xidmətinin öhdəlikləri: 2.1. Tələbkar Əmlak Məsələləri Dövlət Xidməti "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "ünvan 9 ünvanında yerləşən "xxxx" Səhmdar Cəmiyyətinin istifadəsində və dövlət mülkiyyətində olan 3000,0 kv.m torpaq sahəsinin xx.xx.1998-ci il tarixli texniki pasportunda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiadan imtina edir.
3. Tərəflərə “İcr a haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.2-ci maddəsinin tələbləri tam aydındır.
4. Tərəflər öhdəliyini bu sazişə uyğun icra etmədikdə, bu saziş üzrə qəbul olunmuş məhkəmə qərardadı əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” qanuna əsasən icra edilir».
47. Məhkəmə kollegiyası barışıq sazişinin məzmununu tərəflər arasında yaranmış hüquq münasibətləri və işin faktiki halları əsasında təhlil edərək hesab edir ki, sazişin müddəaları qanuna zidd deyil, üçüncü şəxslərin mənafelərinə toxunmur.
48. Barışıq sazişini imzalayan şəxslər, barışıq sazişinin təsdiqlənməsi ilə bağlı prosessual nəticələrin onlara aydın olduğunu sazişdə yazılı şəkildə ifadə etmişlər.
49. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, kass asiya məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tamamilə ləğv edib iş üzrə icraata xitam vermək səlahiyyəti vardır (MPM-nin 261.0.5 və 417.1.5-ci maddələri).
50. Tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi əsası ilə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
51. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 3 iyun tarixli 2(103)2506/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti ilə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında aşa ğıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin.
1. «Borclu "xxxx" QSC-nin öhdəlikləri: 1.1. Borclu "xxxx" QSC Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış 24 sentyabr 2025-ci il tarixli, 13986 nömrəli icarə müqaviləsi üzrə ödənilməli olan aylıq icarə haqqının müqavilədə göstərilən qaydada hər ay davamlı olaraq ödənilməsi; 1.2. Əmlak Məsələləri Dövlət Xidmətinin razılığı olmadan icarə predmeti olan torpaq sahəsində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmaması ilə bağlı öz üzərinə öhdəlik götürür.
2. Tələbkar Əmlak Məsələləri Dövlət Xidmətinin öhdəlikləri: 2.1. Tələbkar Əmlak Məsələləri Dövlət Xidməti "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "ünvan 9 ünvanında yerləşən "xxxx" Səhmdar Cəmiyyətinin istifadəsində və dövlət mülkiyyətində olan 3000,0 kv.m torpaq sahəsini n xx.xx.1998-ci il tarixli texniki pasportunda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiadan imtina edir.» İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "torpaq sahəsinin ilkin vəziyyətinin bərpa edilməsi" tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.