Məhkəmə qərarları › İş №2(102)-332/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-332/2020

22.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-332/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Vəkil qızının, Cavabdeh və vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 avqust 2019-cu il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu Rayon şöbəsinin və vəkili Vəkil qızının kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1840/2019 saylı 07 mart 2019cu il tarixli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinin Cavabdeh qarşı pulun qaytarılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), İ.Xəlilov və V.Sadıqov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1840/2019 saylı 07 mart 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir liyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsi Cavabdeh qızma qarşı pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2313.08 (iki min üç yüz on üç manat səkkiz qəpik) manat pul məbləğinin cavabdeh X1 alınaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin hesabına bərpa edilərək qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu Rayon şöbəsinin müdiri X və vəkili Vəkil qızı kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışdırlar ki, cavabdehə ödənilən ÜSY dayandırılmış və ona ödənilmiş 2313.08 manat pulun geri ödənilməsi tələb olunmuşdur ancaq cavabdeh buna əhəmiyyət verməmiş və ödənilmiş pulu geri qaytarmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 14 avqust 2019-cu il tarixli 2(103)-10507/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil qızı Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 avqust 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini, Cavabdeh və vəkili X6 iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razı olmadıqlarını bildirərək şi kayətin təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 avqust 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçı tərəfə lazımi qaydada bildiriş göndərilmiş olsa da, iddiaçının səlahiyyətli nümayəndəsi üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyərək kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyas iya Məhkəməsinin MK-nin qəbul etdiyi 14 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanıl-masa da, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual normaların düzgün tətbiq edilib-edilməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və on lara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən Cavabdeh ünvanlanmış 16/01-5602 saylı, 12.10.2018-ci il tarixli xəbərdalıq məktubuna əsasən müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən 2313.08 (iki min üç yüz on üç manat səkkiz qəpik) manat pul məbləğinin geri qaytarılması tələb olunmuşdur. Həmçinin, iş materiallarında olan 27.09.2 018-ci il tarixli, **********6 saylı məktubun surətinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarına siyahıda qeyd edilmiş ailələrə təyin olunmuş ünvanlı dövlət sosial yardımın verilməsi maddi-məişət şəraitinin müayinəsinin nəticələrindən asılı olaraq dayandırılmışdır. “Ünvanlı dövlət sosial yardım haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə uyğun olaraq, həmin ailələrə artıq ödənilmiş vəsaitini bərpa edilməsi ilə bağlı müvafiq tədbirlər görülməsi və nəticəsi barədə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna məlumat verilməsi onlara tap şırılır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən təqdim edilən “xxxx” ASC tərəfindən ona verilmiş qəbz əsasında müəyyən etmişdir ki, cavabdehə gələn su xəttinin ayrı olması və onun yaşadığı evə istehlakçı olaraq ayrıca sayğac quraşdırılması öz təsdiqqini tapmışdır. Apellyasiya instansiyası məhkəməsinin iş materialları əsasında gəldiyi nəticədən görünür ki, iddiaçı tərəfindən iddia tələbində qeyd edilən halın olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamış və belə olan halda iddiaçının iddia ərizəsində tələb etdiyi pulun cavabdehdən tutulması əsassız olmaqla iddia rədd edilməlidir. Ona görə də, apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddiaçı sübutetmə vəzifəsini yerinə yetirə bilmə diyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinin cavabdeh X2 qarşı pulun qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir” qənaətini qanuni və əsaslı saymışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları və sübutlarına düzgün hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı tərəfindən iddia tələbində qeyd edilən 2313.08 manat pulun cavabdehdən tutularaq iddiaçıya qaytarılmalı olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamış və belə olan halda iddiaçını n iddia ərizəsində tələb etdiyi pulun cavabdehdən tutulması əsassız olduğundan iddia rədd edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq olunmur, iddia tələbinin həqiqi olmasına dair də heç bir mötəbər sübut növü təqdim edilməmişdir, eyni zamanda bu dəlillərlə işin faktiki halları mübahisələndirilərək kassasiya şikayətində göstərilən maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması əsaslandırılmadığından həmin dəlillər əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin mənt iqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməl i hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu Rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 14 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar