Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3323/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: işin kassasiya baxışından çıxarılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-285/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Saatlı rayonunun Şirinbəy kəndində yerləşən 40 ha ölçüdə torpaq sahəsi Saatlı Rayon İcra Hakimiyyəti başçısının 16 iyun 1997-ci il tarixli sərəncamı ilə qoyunçuluğun inkişaf etdirilməsi üçün “Elbrus” kəndli (fermer) təsərrüfatına icarə hüququ əsasında uzunmüddətli istifadəyə verilmişdir. Təsərrüfatın həmin torpaq sahəsi üzərində icarə hüququ 20 avqust 1999-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. 27 sentyabr 2016-cı il tarixdə təsərrüfatın üzvü X1 vəfat etmiş və 06 fevral 2020-ci il tarixdə onun vərəsəsi kimi arvadı İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 28 fevral 2020-ci il tarixdə İddiaçı icarə hüququ dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkə məsindəki icraat 2020-ci ilin mart ayında İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 40 ha torpaq sahəsinin 06 fevral 2020-ci il tarixdən müddətsiz olaraq ona icarəyə verilməsini, lakin cavabdehin həmin torpaq sahəsini özbaşına zəbt etməklə öz məqsədləri üçün istifadə etməsini və dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq oranı boşaltmaqdan boyun qaçırmasını əsas göstərməklə Cavabdeh həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh qarşılıqlı iddia verərək fermer təsərrüfatının 7 nəfərin iştirakı ilə yaradılmasını və onun təsərrüfatın rəhbəri olmasını, İbrahim Səfərov, Coşqun Səfərov və İddiaçı heç vaxt təsərrüfatın rəhbəri olmamalarını, qanun üzrə vərəsəlik hüququ ha qqında şəhadətnamənin və Reyestrdən Çıxarışın saxta sənədlər əsasında verilməsini əsas göstərməklə onların ləğv edilməsini xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 2(055)-541/2020 saylı, 27 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakim: F.N.Pənahov) ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia isə qismən təmin edilərək İddiaçı adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin maddi və prosessual hüququ normalarının pozulması ilə çıxarılmasını əsas göstərərək ləğv edilib, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-285/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.B.Babayev (sədrlik edən və məruzəçi), Q.B.Kərimov və N.F.Mirzəyev) Saatlı Rayon Məhkəməsinin 2(055)-541/2020 saylı, 27 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilərək İddiaçı iddia tələbinin təmin edilib Cavabdeh torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılması, qarşılıqlı iddianın isə təmin olunmaması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə Cavabdeh nümayəndəsi Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və i ş üzrə yeni qərar verilməsi barədə kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 403.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Həmin Məcəllənin 417.1.7-ci maddəsinə görə kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərard adını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya hesab edir ki, aşağıdakı səbəblərdən kassasiya şikayəti baxışdan çıxarılmalı və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh 30 mart 2021-ci il tarixdə vəfat etmiş, onun nümayəndəsi olan oğlu Nümayəndə tərəfindən imzalanmış kassasiya şikayəti isə apellyasiya instansiyası məhkəməsinə 31 mart 2021-ci il tarixdə təqdim olunmuşdur. Kassasiya şikayətində onun imzaladığı tarix nümayəndə tərəfindən göstərilməmişdir. Həmin kassasiya şikayəti Ali Məhkəməyə 15 aprel 2021-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, hazırkı mülki iş ölmüş şəxsin şikayəti əsasında kassasiya instansiyası məhk əməsinin baxışına çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 58.1-ci maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Kollegiya hesab edir ki, göstərilən vəziyyətdə işə həmin kassasiya şikayəti əsasında baxıla bilməz və bununla əlaqədar iş Cavabdeh hüquqi varisinin müəyyən olunması və ümumiyyətlə mübahisəli hüquq münasibətinin hüquq varisliyinə yol verməsi məsələsinin yoxlanılması üçün iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-285/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 16 aprel 2021-ci il tarixli qərardadı ləğv edilsin. Kassasiya şikayəti baxışdan çıxarılsın və iş prosessual hüquq varisliyi məsələsinin həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3323/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3323/2021
26.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver