Məhkəmə qərarları › İş №2(102)-3325/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-3325/2021

19.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3325/2021 19.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı «Dalğa» kooperativinin Cavabdeh qarşı zəbt çıxarılma və ziyanın tələbinə dair mülki iş üzrə edilmiş torpaq sahəsindən QƏRARDADİ (Açar sözlər: kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kasasiya şikayətinin məzmununun prosessual qanunvericiliyinə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlu Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(106)-2661/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Hacıqıbul Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(071)-240/2020 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh X1 hüquna dair JN-16xx xxx 91000001 dövlət aktına əsasən iddiaçı «Dalğa» koperativinin daim istifadəinə ayrılmış toraq sahəsindən çıxarlması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(106)-2661/2020 nömrəli qətnaməsi ilə Cavabdeh kassasiya şikayəti təmin olunmamış, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-240/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi cavabdehə münasibətdə dəiyşdirilmədən saxlanmışdır. Cavabdeh oğu kasasiya şikayəti verərək, Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(106)-2661/2020 nömrəli qətnaməsini ləğv edilib, idianın təmin edilməməsinə dair yeni qə rar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kasasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, cavabdehin kasasiya şikayətinin məzmunu Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasi ya şikayəti verilə bilər. Həmin Məcəllənin 407.1.4-cü maddəsinə əsasən kasasiya şikayətində şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Məcəllənin 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 408.1.1-ci maddəsinə əsasən kasasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışa; Məcəllənin 408.1.5-ci maddəsinə əsasən kasasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kasasiya şikayəti qaytarılır. Kasasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh apelyasiya instansiya məhkəməsinin hansı maddi hüquq normalarının pozulmasını göstərməmişdir. Kasasiya şikayətində Mülki Prosesual Məcəllənin 77.1, 88, 217.2.3, 218.1, 220-ci maddələrinə istinad etmişdir. Kasator hüquq normalarının pozulmasının nədən ibarət olmasını, hazırki mübahisədə hansı normaların tətbiq edilməli olmasını göstərməmiş və bununla da, Azərbaycan Respublikası MPM-in 407.1.4-cü maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-in 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzər də tutulmuş hallarda kasasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kasasiya şikayəti kasasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kasasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apelyasiya və kasasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi kasasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kasasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kasasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kasasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq apelyasiya instansiya məhkəməsi kasasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kasasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kasasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(106)-2661/2020 nömrəli nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Əhməd o ğlu tərəfindən verilmiş kasasiya şikayəti icraata qəbul edilməsin. Kasasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apelyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar