Məhkəmə qərarları › İş №2(102)-3329/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3329/2021

01.06.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3329/2021 01.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı “işə bərpa” tələbi üzrə QƏRARİ (Açar sözlər: ƏM-nin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən çıxarma) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili X13 oğlunun iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa” tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1058/2020 nömrəli, 11 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiy a şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 14 noyabr 2008-ci il tarixdə Cavabdeh-ın Təhlükəsizlik İdarəsində qaravul rəisi vəzifəsinə keçirilmişdir. Həmin tarixdən 13 avqust 2019-cu il tarixədək Təhlükəsizlik İdarəsinin 25 saylı komandasında qaravul rəisi vəzifəsində xidmət göstərmişdir. Daha sonra Təhlükəsizlik İdarəsinin rəisinin əmrinə əsasən 14 avqust 2009cu ildən 31 saylı komandaya köçürülərək qaravul rəisi kimi xidmət aparmışdır. Cavabdehın Təhlükəsizlik İdarəsinin rəisi Füzuli Hacıyev tərəfindən imzalanmış 22 iyul 2020-ci il tarixli əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı həmin əmri qanunsuz hesab edərək hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdehnə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 iyul 2020-ci il tarixdə tərtib olunmuş əmrin ləğv edilməsi və onun əvvəlki iş yerinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, H.Əliyev adına N.E.Z-də işlədiyi müddət ərzində fəaliyyətində nöqsanları olmamış, öz əmək funksiyasını düzgün yerinə yetirməyən işçilər həmişə onun tərəfindən müəyyənləşdirilmiş, izahatları alınmış və rəhbərliyə bu barədə məruzələr edilmişdir. 28 iyun 2020-ci il tarixdə (qeyri iş günü) xidmətdə olduğu zaman atıcı R.Ə. Mahmudovu 24 saylı posta təhkim etmiş, postu saa t 11:40-da və 13:50-də yoxlamış, saat 14:15-də isə postu tərk etmişdir. Təhkim olunduğu ərazinin sahəsi böyük, postların sayı isə 32-dir. Yuxarıda göstərilən tarixdə saat 16:10-da 24 saylı postdan rəis müavininə zavod əməkdaşı tərəfindən zavodun ərazisindən qeyriqanuni mal-materialın çıxarıldığı barədə məlumat verilmiş, rəis müavini isə öz növbəsində onun 24 saylı posta gəlməsini tələb etmişdir. O, dərhal 24 saylı posta gəlmiş və gələrkən onunla paralel digər qaravuldan Kərimli İlhamın orada olduğunu və oğurluq etdiyini aşkar etmiş, bu barədə idarəyə və komanda rəhbərliyinə müraciət etmişlər. İlham Kərimli karavul rəisi X4 tərəfindən onun nəzarət etdiyi ərazidən təxminən 3-4 km aralı posta təhkim etmişdir. X14 postu tərk edib 24 saylı posta oğurluq etmək üçün getmişdir. Qaravul rəisi X1 İl hamın postunu yoxlamamış, cəmi 1 dəfə rabitə əlaqəsi saxlamışdır. Qeyd olunan xüsusatlarla bağlı idarə rəhbərliyi tərəfindən araşdırılma aparılmış və bu proses iyulun 22nə qədər davam etmişdir. O, 22 iyul 2020-ci il tarixdə növbəti dəfə 1-ci növbədə xidmətdə olmuş, saat 14:30-da komanda rəisinin müavini ona onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə məlumat vermişdir. Cavabdeh təşkilatda işlədiyi bütün müddət ərzində həmişə işinə məsuliyyətlə yanaşmış, daim intizamlı olmuş, əmək funksiyasını da vaxtında və vicdanla yerinə yetirmişdir. Rəhbərlik tərəfindən cəzalandırılaraq intizam məsuliyyətinə cəlb olunmamış, əksinə, bacarıq və qabiliyyətinə uyğun olaraq vəzifədə yüksəlmişdir. Daim kollektivin hörmət və etiramını qazanmışdır. Barəsində 22 iyul 2020-ci il tarixdə tərtib olunm uş əmrlə tanış olarkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini öyrənmişdir.

4. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4579/2020 saylı 24 sentyabr 2020-ci il tarixli qətnaməsi (hakim.İ.Abbasova) ilə İddiaçı Cavabdehnə qarşı “işə bərpa” tələbinə dair iddiаsı təmin edilməmişdir.

5. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi, 72, 186-cı maddələrinə, MPM-nin 14, 77-ci maddələrinə istinad etmişdir.

6. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apelyasiya Məhkəməsi MK-nın 11 fev ral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş; Bakı şəhəri Xətai rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsin i xahiş etmişdir.

11. Kassasiya şikayəti iddia tələbində qeyd olunan faktiki hallarla əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, işə baxılarkən məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, gəldiyi nəticə işin hallarına uyğun deyildir. Əlavə olaraq kassasiya şikayətində qeyd edilmişdir ki, onun işdən azad olunması üçün həmkarlar komitəsinin iclası real olaraq keçirilməmiş və o, dəvət edilməmişdir. Onun hərəkətləri nəticəsində idarəyə heç bir ziyan dəyməyib. Oğurluğa cəhd edən şəxslər barəsində dəfələrlə rəhbərliyə məlumat vermiş və buna dair iş materiallarında olan sübutlara məhkəmə tərəfindən qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının iza hatları

13. İddiaçı və onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

14. Cavabdehin nümayəndəsi və vəkili X13 oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

22. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən isə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. 2

3. Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu məcəllənin 70-ci maddəsinin ”ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, ehtiyatsızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvülərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hası formada ziyan dəymiş olsun.

24. Məcəllənin 72-ci maddəsinə əsasən işçinin a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələ r və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması, c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni o afeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğ una görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

25. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci bəndinə əsəasən bu Məcəllənin 70ci maddəsinin “b” və ”ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci hissəsinə əsaəsn həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddəninin 1-ci hissəsində nəzərdə tutulan hal lardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlaq ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci 10 gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassa siya instansiyası qiymətləndirilməməlidir. məhkəməsinin faktiki halları araşdırması kimi Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

31. Apelyasiya Məhkəməsi müəyyən etmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında 22 iyul 2020-ci il tarixli, Cavabdeh**********00070020B00183 nömrəli əmrlə üzərilərinə götürdükləri öhdəlikləri qəsdən tam yerinə yetirmədiklərinə görə, 31 saylı komandanın qarovul rəisi İddiaçı, atıcıları X5 və X7 ilə bağlanmış əmək müqavilələrinə 22 iyul 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əmr edilmişdir. Qarovul rəisi İddiaçı öz izahatında 28.06.2020-ci il tarixdə 24 saylı postu saat 11:40 və 13:50 radələrində yoxlayaraq qeydlər aparmaqla xidmətin təşkili və aparılmasına nəzarəti həyata keçirmək vəzifəsində kifayətləndiyini qeyd etmişdir. Qarovul rəisi İddiaçı 24 saylı postun ərazisindəki pərakəndə şəkildə açıq yığılmış mal-materialların “Sifarişçi" təşkilat və komanda arasında, komandanın qarovulları arasında təhvil-təslim olunmadığını və bu barədə hər-hansı bir komanda daxili qeydiyyat kitabının da olmadığını izahatında bildirmiş, atıcılar R.Ə.Mahmudovun və İ.R.Kərimlinin etdikləri əməldən məlumatsız olduğunu və sonradan bildiyini, baş vermiş hadisə ilə əlaqədar xidməti düzgün təşkil etməyərək səhlənkarlığa yol verdiyini göstərmişdir. 32. 07 iyul 2020-ci il tarixli Aktın surətindən görünür ki, aktı imza edən şəxslər bu aktı ondan ötrü tərtib etmişlə r ki, 28 iyun 2020-ci il tarixində atıcılar R.Ə.Mahmudov və İ.R.Kərimli tərəfindən 24 saylı (H.Əliyev adına NEZ-nin 7 saylı istehsalatın yeraltı tutumları ərazisinin girişi) postun ərazisindən oğurlanmış 24 ədəd 6 metr uzunluğunda 150 diametrlik boru atıcıların özləri tərəfindən geri qaytarılaraq əraziyə boşaldılmışdır.

33. Kassatorun dəlillərindən biri onun işdən çıxarılması məsələsinin reallıqda həmkarlar təşkilatında müzakirə edilməməsi barədədir.

34. Cavabdeh Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyəti tərəfindən qəbul edilmiş 104№-li qərarın təsdiq edilmiş surətindən görünür ki, Təhlükəsizlik İdarəsinin Operativ şöbəsinin rəisi A.Məmmədovun 16 iyul 2020-ci il tarixli Cavabdeh **********10030990X00885 saylı xidmət yazısına baxılmış, 31 saylı komandanın qarovul rəisi İddiaçı və digərləri nin barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiq edilməsinə etiraz etmədikləri qərara alınmışdır.

35. Bundan başqa, Apelyasiya Məhkəməsi iddiaçının onun barəsində ƏM-nin 70-ci maddəsinin “ç” bəndinin tətbiqinə əsas verən hərəkətlərə yol verməməsi barədə dəlilini də yoxlamışdır. Beləki, 31 saylı komandanın qarovul rəisi İddiaçı tərəfindən verilmiş izahatın təsdiq edilmiş surətindən görünür ki, o, atıcı Mahmudov Ramilin törətdiyi oğurluq hadisəsi ilə əlaqədar bildirmişdir ki, bu işdə xidmətini düzgün təşkil etməmiş, səhlənkarlığa yol vermiş, belə ki, hadisəni vaxtından əvvəl aşkar etməmişdir.

36. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, 28.06.2020-ci il tarixdə 31 saylı komandanın mühafizəsində olan H.Əliyev adına X11 obyektləri üzrə təyin edilmiş postlardan 24 saylı postun mühafizə ərazisindən dövlət nömrə nişanı məlum olmayan evakuator tipli avtonəqliyyat vasitəsi ilə 24 ədəd 150 mm diametrli boruların saat 16:40 radələrində ərazidən qeyri-qanuni çıxarılması faktı baş vermiş və müəyyən edilmişdir ki, boruların mühafizə ərazisindən qeyri-qanuni kənara çıxarılması, həmin tarixdə 24 və 41 saylı postların mühafizəsinə təhkim olunmuş 31 saylı komandanın atıcıları X8 və X6 tərəfindən həyata keçirilmişdir. Həmin tarixdə obyektin mühafizəsini həyata keçirən qarovulların qarovul rəisləri X2 və İddiaçı da izahatları alınmışdır. 31 saylı komandanın atıcıları İ.R.Kərimli və R.Ə.Mahmudov öz izahatlarında 28.06.2020-ci il tarixdə yol verdikləri əməllərini etiraf etmişlər. Qarovul rəisi İddiaçı 24 saylı postun ərazisindəki pərakənd ə şəkildə açıq yığılmış mal-materialların “Sifarişçi" təşkilat və komanda arasında, komandanın qarovulları arasında təhvil-təslim olunmadığını və bu barədə hər-hansı bir komanda daxili qeydiyyat kitabının da olmadığını izahatında bildirmiş, atıcılar R.Ə.Mahmudovun və İ.R.Kərimlinin etdikləri əməldən məlumatsız olduğunu və sonradan bildiyini, baş vermiş hadisə ilə əlaqədar xidməti düzgün təşkil etməyərək səhlənkarlığa yol verdiyini göstərmişdir.

37. İddiaçı Cavabdeh-ın Təhlükəsizlik İdarəsində tutduğu vəzifədə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, bununla bağlı izahat yazaraq nöqsanlarını etiraf etmişdir. Məhkəmə baş vermiş hadisəni (oğurluq hadisəsi) Cavabdeh-ın Təhlükəsizlik İdarəsinin qanuni mənafeyinə ciddi xələl gətirən pozuntu olmaqla ƏM-nin 72-ci maddəsinidə nəzərd ə tutulan kobud pozuntu kimi dəyərləndirməkdə haqlı olmuşdur.

38. Beləki, həyati əhəmiyyətə malik olan strateji obyektin (X11) qorunmasını üzərinə götürən təşkilatın öz əməkdaşları tərəfindən günün günorta vaxtında (saat 16.40da) qorunan obyektin ərazisindən 24 ədəd 150 mm diametrli boruların evakuatora yüklənərək oğurlanması təhlükəsizlik idarəsinin nüfuzuna çox ciddi ziyan vuran hadisədir.

39. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1058/2020 nömrəli, 11 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar