Məhkəmə qərarları › İş №2(102)-3329/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-3329/2024

29.08.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3329/2024 29.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən cavabdehlər Cavabdeh1nə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə (üçüncü şəxslər Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin ləğv edilməsi, mənzilin ipoteka yüklülüyündən azad edilməsi, həmin mənzilin satışı üçün hərracın keç irilməsi, özgəninkiləşdirilməsi və digər hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması;) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2024-cü il tarixli, 2(103)1655/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinin mümkünlüyünü Ali Məhkəmənin inzibati binasında yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin ləğv edilməsi, mənzilin ipoteka yüklülüyündən azad edilməsi, həmin mənzilin satışı üçün hərracın keçirilməsi, özgəninkiləşdirilməsi və digər hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1823/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin ləğv edilməsi, mənzilin ipoteka yüklülüyündən azad edilməsi, həmin mənzilin satışı üçün hərracın keçirilməsi, özgəninkiləşdirilməsi və digər hərəkətlərin qanunsuz hesab edilm əsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

3. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(007)-1823/2023 saylı qətnaməsinin ləğv olunması, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və təqdim olunmuş sübutlar əsasında cavabdehlər Cavabdeh2 QSC, Cavabdeh3 və Cavabdeh4 arasında ondan xəbərsiz, onun adından tərtib edilmiş xx.xx.2015-ci il tarixli 011M**********01 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin hüquqi nəticələrinin ləğv edilərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 39 saylı evin, 14 saylı mənzilinin ipoteka yüklülüyündən azad edilməsi, cavabdeh Nizami rayon icra şöbəsinin həmin mənzilin satışı üçün hərrac ın keçirilməsi, özgəninkiləşdirilməsi və bununla bağlı digər hərəkətlərin qanunsuz hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər G.T. Axundova (sədrlik edən və məruzəçi), C.C. Musayeva, F.F. Babayev) xx.xx.2024-cü il tarixli, 2(103)-1655/2024 nömrəli qətnaməsi ilə, iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1823/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-1655/2024 saylı qətnaməsini tamamilə ləğv edib, mülki iş materiallarının yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilm əsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər G.T. Axundova (sədrlik edən və məruzəçi), C.C. Musayeva, F.F. Babayev) xx.xx.2024-cü il tarixli, 2(103)-1655/2024 saylı qərardadı ilə, iddiaçının kassasiya şikayətinin (şikayətin prosessual müddətin ötürülməsi ilə verilməsi əsası ilə) qaytarılması qərara alınmışdır.

7. Həmin qərardaddan İddiaçı şikayət verərək, apelyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-1655/2024 saylı qərardadını ləğv edilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər M. A. Məmmədov (sədrlik edən və məruzəçi), F.Ş. Talışınski, A.N.İmanov) xx.xx.2024-cü il tarixli, 2(103)-1655/2024 saylı qərardadı ilə, iddiaçının kassasiya şikayətinin qaytarılması qərara alınmışdır.

9. Həmin qərardadda kassasiya şikayətinin qaytarıl masının əsası kimi kassasiya şikayətinin MPM-in 407.1-ci maddəsinin tələblərinə və “MPM-ə əlavə 3”-də müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməməsi və şikayət Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə verilsə də, şikayətin elektron formatda deyil, kağız daşıyıcıda tərtib edilmiş kassasiya şikayətin fotosurətinin (“PDF” formatda) elektron kabinetə yerləşdirilməsi qaydasında verildiyi göstərilmişdir.

10. Hazırda İddiaçı (vəkil Nümayəndə) həmin qərardaddan kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-1655/2024 saylı qərardadının ləğv edilməsini, tərəfindən təqdim edilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Qərardad çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsin:

11. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

12. Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

13. Maddə 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:... 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414. 1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması;

14. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;

15. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müd dəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq belə hesab edir ki, İddiaçı kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

17. Belə ki, İddiaçı tərəfindən kassasiya şikayəti verilərkən prosessual normaların tələbinə tam əməl olunmamış, kassasiya şikayəti Azərbaycan Respublikasının MPM-in 407.1-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki mübahisələndirilən qərardadda, yəni Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(103)1655/2024 saylı qərardadında maddi və yaxud prosessual hüquq normala rının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını göstərməmişdir.Halbuki Azərbaycan Respublikasının MPM-in 407.1.4-ci maddəsinin tələbinə əsasən kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir.

18. Beləliklə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(103)-1655/2024 saylı qərardadından kassasiya şikayəti verilərkən MPM-in 407.1.4-cü maddəsinin tələbinə əməl olunmamışdır. Lakin apellyasiya instansiyası məhkəməsi, iddiaçı tərəfindən kassasiya şikayətləri verilərkən MPM-in 407-ci maddəsinin tələblərinə uyğun olmayan kassasiya şikayətini Azərbaycan Respublikasının MPM-in 409cu maddəsinin tələbinə riayət etməyərək baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndər mişdir.

19. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-1655/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

20. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-1655/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və müvafiq prosessual hərəkətlər edilməsi üçün mülk i işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar