Məhkəmə qərarları › İş №2(102)-333/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-333/2021

15.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-333/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar X1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlu və Cavabdeh3 qarşı “torpaq sahəsindən çıxarılması” tələblərinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: torpaq mübahisəsi, torpaq sahəsinin boşaldılması, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)24/2020 nömrəli qətnaməsindən Cavabdeh3 tərə findən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Beyləqan şəhər Ərazi Nümayəndəliyinin xx xxxxxx 1993-cü il tarixli 14 saylı qərarı ilə İddiaçı2 ünvan 1 kvartaldan (“xxx” sovxozunun örüş sahəsi) fərdi yaşayış evinin tikilməsi üçün 0,06 ha torpaq sahəsi ayrılmışdır. Beyləqan şəhər ərazi nümayəndəliyinin xx xxxxxxxx 1994-cü il tarixli 6 saylı qərarı ilə X2 ünvan 1 kvartaldan (“xxx” sovxozunun örüş sahəsi) fərdi yaşayış evinin tikilməsi üçün 0,06 ha torpaq sahəsi ayrılmışdır. Beyləqan şəhər Bələdiyyəsinin xx xxxxxx 2014-cü il tarixli, 01/01 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə Cavabdeh1 satılması ilə bağlı ünvan 2məhəllə ərazisindən 0,06 ha torpaq sah əsi ayrılmışdır. Beyləqan şəhər Bələdiyyəsinin xx xxxxxxxx 2014-cü il tarixli, 01 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh2 oğluna satılması ilə bağlı ünvan 2məhəllə ərazisindən 0,06 ha torpaq sahəsi ayrılmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2017-ci il tarixli 21404 nömrəli rəyinə əsasən Beyləqan rayonunda yerləşən, iddiaçılar X1 və İddiaçı2 xxxının tələb etdikləri torpaq sahələrinin sxemləri “Torpaq qanunvericiliyinə“ uyğun tərtib olunmadığına, torpaq sahələrinin ayrılması barədə təhkim aktları və ayrılmış torpaq sahələrinin keçmiş DTXKnin Beyləqan rayon şöbəsi tərəfindən təsdiq edilmədiyinə görə cavabdehlər Cavabdeh1 xxxının və Cavabdeh2 oğlunun istifadə etdikləri torpaq sa hələri ilə üst-üstə düşməsini müəyyən etmək olmamışdır. İddiaçı X2 Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Beyləqan şəhər ərazi nümayəndəliyinin xx xxxxxxxx 1994-cü il tarixli 6 nömrəli sərəncamı ilə 0,06 ha və İddiaçı2 xxxına Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Beyləqan şəhər ərazi nümayəndəliyinin xx xxxxxx 1993-cü il tarixli 14 nömrəli sərəncamı ilə 0,06 ha ayrılmış torpaq sahələrinin yerləşmə sxemlərinin (cizgilərinin) miqyası və ölçüləri qeyd olunmamışdır. Bu səbəbdən də, onların iddia etdikləri sahələrinin sərhədlərini təyin etmək mumun olmadı. Mübahisəli torpaq sahələri hazırda cavabdehlərin istifadəsindədir və yaşayış binası inşa edilmişdir. Mübahisəli torpaq sahəsindən Beyləqan bələdiyyəsinin xx xxxxxxxx 2014-cü il tarixli 01 saylı qərarı ilə Cavabdeh2 oğluna 0,06 ha və Beyləqan bələdiyyəsinin xx xxxxxx 2014-cü il tarixli 01 saylı qərarı ilə Cavabdeh1 da 0,06 ha torpaq sahəsi ayrılmışdır. Bu səbəbdən qeyd olunan torpaq sahəsinin tutulması faktı müəyyən olunmamışdır. İş üzrə apelyasiya instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 10/448 saylı rəyinə əsasən “xxxx” MMC-nin mühəndisi xxxun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçılar X2 və İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna məxsus hərəsi 0,06 ha torpaq sahəsi faktiki və sənəd üzrə üst-üstə düşmür. Mübahisəli torpaq sahələrinin naturada faktiki yerləşməsi mütəxəssis tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. İddiaçılar X2 və İddiaçı2 məxsus torpaq sahələrinin yerləşməsi mütəxəssis tə rəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. İddiaçı2 sənəd üzrə məxsus olan torpaq sahəsi halhazırda X5 tərəfindən zəbt edilərək qanunsuz tikinti işləri aparılmışdır. X2 məxsus torpaq sahəsi hal-hazırda Cavabdeh3 qanunsuz istifadəsindədir. Mütəxəssis rəyində göstərilmişdir ki, Cavabdeh1 DT və XK-nin tərtib etdiyi torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlar üzrə ayrılmış torpaq sahəsinin yerləşməsi mütəxəssis tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. Hal-hazırda sözügedən torpaq sahəsi digər şəxslər tərəfindən istifadə olunur. Cavabdehlər tərəfindən inşa edilmiş tikililər iddiaçılara aid torpaq sahələrində yerləşir. İddiaçı2 məxsus torpaq sahəsində Cavabdeh2 oğlu tərəfindən bir mərtəbəli fərdi yaşayış evi, talvar və əl damı tikilmişdir. İş üzrə qəbul edilmiş məhk əmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar X3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlu və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılara fərdi yaşayış evi tikmək üçün verilmiş torpaq sahəsinin Cavabdeh3 tərəfindən boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Beyləqan şəhər ərazi nümayəndəliyi xx xxxxxxxx 1994-cü il tarixdə 6 saylı və xx xxxxxx 1993-cü il tarixli, 14 saylı sərəncamları ilə iddiaçıların hər birinə 0,6 ha torpaq sahəsi verilmişdir. Yaxın qohumları olan Cavabdeh3 torpaq sahəsindən istifadə edir. İddiaçılar dəfələrlə torpaq sahəsini boşaldılmasını tələb etsələr də, cavabdeh bundan imtina etmişdir. Beyləqan Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(020 )-01/2018 nömrəli qətnaməsi ilə (hakim N.İ.Əliyev) iddiaçı rədd olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırılması və ekspert rəylərindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlu və Cavabdeh3 torpaq sahəsini zəbt etməmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçılar X3 və İddiaçı2 qətnamədən apelyasiya şikayəti verərək, Beyləqan Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(020)-01/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)24/2020 nömrəli qətnaməsi ilə (hakim Z.B.Babayevin sədrliyi və məruzəsi ilə, hakimlər Q.B.Kərimovdan və N.F.Mirzəyevdən ibarət tərkibdə) iddiaçıların a pelyasiya şikayəti təmin edilmiş, Beyləqan Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi, 2(020)01/2018 nömrəli qətnaməsi iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçılar X1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğluna və Cavabdeh3 qarşı “torpaq sahəsindən çıxarılma tələbinə dair” iddialarının Cavabdeh3 münasibətdə qismən təmin edilməsi, Cavabdeh3 iddiaçı X2 məxsus Beyləqan şəhəriünvan 2n örüş sahəsi) fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 0,06 ha torpaq sahəsindən çıxarılması, iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna münasibətdə təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisə predmeti təşkil edən iddiaçılar X3 və İddiaçı2, cavabd ehlər Cavabdeh1 və Cavabdeh2 oğluna məxsus hərəsi 0,06 ha torpaq sahələrinin faktiki və sənəd üzrə üst-üstə düşməməsi, İddiaçı2 sənəd üzrə məxsus olan torpaq sahəsinin hal-hazırda X5 tərəfindən zəbt edilərək qanunsuz tikinti işləri aparılması, X2 məxsus torpaq sahəsinin isə hal-hazırda Cavabdeh3 qanunsuz istifadəsində olması, cavabdehlər tərəfindən inşa edilmiş tikililərin iddiaçılara aid torpaq sahələrində yerləşməsi, İddiaçı2 məxsus torpaq sahəsində Cavabdeh2 oğlu tərəfindən bir mərtəbəli fərdi yaşayış evi, talvar və əl damının tikilməsi sübuta yetirilməmişdir. İddiaçılar X3 və İddiaçı2 həmin torpaq sahələri üzərində hüquqları qeydiyyatdan keçməsə də, mübahisəli torpaq sahələrinin rəsmi olaraq onlara ayrılması gələcəkdə torpaq sahələrini adlarına rəsmiləşdirmək imkanına malik olmaqla göz lənilən mülkiyyət hüququnun, hazırda isə torpaq sahələrinə sahiblik hüquqlarının olmasına dəlalət edir. Yuxarıda qeyd olunanlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əlavə məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 10/448 saylı rəyi ilə sübuta yetirilsə də, iddiaçılar X3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğluna və Cavabdeh3 qarşı iddia ərizəsinin məzmununda və tələb hissəsində yalnız Cavabdeh3 onlara məxsus torpaq sahəsinin tutulması göstərilərək, Cavabdeh3 fərdi yaşayış evi tikmək üçün verilmiş torpaq sahəsinin boşaldılmasına dair qətnamə çıxarılması xahiş olunmuş, digər cavabdehlərin torpaqdan çıxarılmaları və tikililərin sökülməsinə dair tələb göstərilməmişdir. Odur ki, iddiada yalnız Cavabdeh3 fərdi yaşayış evi tikmək üçün verilmiş torpaq sahəsinin boşaldılmasına dair qətnamə çıxarılması xahiş olunduğundan iddia həmin cavabdehə aid hissədə qismən təmin edilməli, qalan cavabdehlərə qarşı tələb olmadığından onlara münasibətdə təmin olunmamalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh3 kasasiya şikayəti verərək, Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-24/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən mahiyyəti üzrə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual qan unvericiliyinin tələbləri pozulmuşdur. Məhkəmə Cavabdeh3 əslində iş üzrə cavabdeh olmadığını nəzərə almamışdır. Belə ki, ünvan 4, 5-ci kvartalda fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 0,06 ha torpaq sahəsində o deyil, qardaşı X6 yaşayır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçılar X3 və İddiaçı2 kasasiya şikayətinə yazılı etiraz verərək göstərmişlər ki, cavabdeh evlə təmin olunmuş, lakin iddiaçılara məxsus torpaq sahəsindən də istifadə etməkdə davam edir. Bu səbəbdən iddiaçılar kasasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, vəkillərinin iştiraklarını təmin etməmi ş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndir ilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddia apelyasiya instansiyası məhkəməsi tərəfindən qismən təmin edilsə də, iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. Kasasiya şikayətini Cavabdeh3 verdiyindən, hazırki kasasiya baxışının predmetini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin iddianın təmin olunmuş hissəsində kasasiya şikayətinin dəlillərinə uyğun yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsa sən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra ha kimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. 66-cı maddəsinin 1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 66-cı maddəsinin 2-ci hissəsin ə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67-ci maddəsinin 3-cü hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 67-ci maddəsinin 4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquq ların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 81-ci maddəsinə əsasən torpaqdan təyinatı üzrə istifadə etmək torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarından biridir. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilə rinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 2-ci hissəsinə əsasən qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən t anınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.4-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 238.1 və 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2003-cü il tarixli qərarının 3-cü bəndində əsasən məhkəmələrə izah olunmuşdur ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə b axıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatla, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn formasını (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə y alnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsi z, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya instan siyası məhkəməsi mübahisəli torpaq sahəsinin iddiaçı X2 verilməsinə dair Beyləqan rayon İcra hakimiyyətinin qərarının mövcud olmasını nəzərə alaraq, əsaslı olaraq sonuncunun həmin sahəyə sahiblik hüququnun və gözlənilən mülkiyyət hüququnun mövcud olmasına dair qənaətə gəlmiş və torpaq sahəsinin Cavabdeh3 tərəfindən zəbt edilməsi müəyyən olunduğundan, iddianı ona münasibətdə təmin etmişdir. Kasasiya şikayətinin dəlilləri ilə bağlı ilk olaraq qeyd olunmalıdır ki, Cavabdeh3 birinci instansiya məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, xx xxxxxx 2016-cı il tarixli və xx xxxx 2017-ci il tarixli iclaslarında iştirak etmiş və məhkəmə iclas protokollarına əsasən digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun izahatları ilə eyni məzmunda izahat verərək, iddianın rədd olunmasını xahiş etmişdir. Gö stərilən cavabdehlər isə izahatlarında istifadələrinə olan torpaq sahələrinin iddiaçılara aidiyyətinin olmamasını göstərmişlər. Apelyasiya instansiyası məhkəməsinin iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunsa da, Cavabdeh3 həmin məhkəməyə gəlməmiş, torpaq sahəsinin onun tərəfindən zəbt edilməməsinə dair etirazını təqdim etməmişdir. Beləliklə, müəyyən olunur ki, Cavabdeh3 torpaq sahəsinin onun deyil, qardaşının istifadəsində və sahibliyində olmasını işin faktiki hallarını araşdıran məhkəmələrə bildirməmişdir. Digər tərəfdən qeyd olunmalıdır ki, cavabdeh mübahisələndirilən torpaq sahəsinin onun (və ya qardaşının) istifadəsində qanuni əsaslarla olmasına dair hər hansı sübutu aşağı instansiyası məhkəmələrinə təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası, apelyasiya ins tansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)24/2020 nömrəli qətnaməsi mübahisələ ndirilən, yəni iddianın Cavabdeh3 münasibətdə qismən təmin edilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar