Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-333/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ləyaqətsiz vərəsə hesab olunmaqla vərəsəlik hüququndan məhrum etmə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 oktyabr 2023-cü il tarixli, 2(103)5751/2023 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 30 yanvar 2024cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. 26 saylı M KİS tərəfindən verilmiş 01 mart 2023-cü il tarixli, 62 saylı arayışa əsasən İddiaçı ünvan 1i rayonu, B.Nuriyev küçəsi, 33 saylı evin 55 saylı mənzilində arvadı X1 və oğlu Cavabdeh ilə birlikdə qeydiyyatdadırlar.
2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-382/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində sadələşdirilmiş icraat materialının icraatına xitam verilmişdir.
3. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1957/2022 saylı, xx.xx.2022ci il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində cərimə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə a ktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləyaqətsiz vərəsə hesab olunaraq vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1i rayonu, B.Nuriyev küçəsi, ev 33, 55 saylı mənzil onun mülkiyyətindədir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş seriya ÖM 185859 №-li qeydiyyat vəsiqəsinə əsasən ünvan 1i rayonu, B.Nuriyev küçəsi 33 saylı evin 30,50 kv.m yaşayış sahəsindən ibarət 2 (iki) otaqlı 55 saylı mənzil adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə müvafiq qeydiyyat aparılmışdır. Həmin mənzildə Cavabdeh Hüriyət oğlu formal olaraq müvəqqəti qeydiyyatdadır. Bu isə onun mülkiyyət hüquqlarını həyata keçirməyinə maneəçilik törədir. Onu da bildirmək istəyir ki, bir müddət öncə Cavabdeh yaşadığı ünvanı tərk edərək ona məxsus ünvan 1i rayonu, B.Nuriyev küçəsi, 33, 55 saylı mənzilində himayəsinə sığınmışdır. Lakin hazırda o, Cavabdeh ilə münaqişə vəziyyətində yaşayırlar. Belə ki, o, özünü nalayiq aparmaqla təhqiramiz ifadələr işlədir. Ona məxsus mənzildə birgə yaşayış üçün dözülməz şərait yaradır. Buna misal olaraq qeyd etmək istəyir ki, 2022-ci ilin avqustun 23-də onunla növbəti dəfə münaqişə yaratdı və o, polisə müraciət etmək məcburiyyətində qaldı. Buna görə də Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1957/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində cərimə ilə tənbeh edilmişdir. Daha sonra Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 1(007)-382/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilmişdir. Belə ki, o, zərərçəkmiş şəxs olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs olan Cavabdeh bağışladı.
6. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini və rədd olunmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı içki aludəçisidir. İçki içir evə gəlib onu və arvadını təhqir edir. Qeyri-qanuni işlər görür. Məhkəmə qərarı olmadan onu mənzildən qeydiyy atdan çıxarıb onunla bağlı məhkəməyə müraciət edəcək. Halhazırda kirayədə yaşayır iddiaçıdan və evdən uzaqdır, lakin yenə də iddiaçı onu rahat buraxmır.
7. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1231/2023 saylı, 05 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ü.Yusifova) iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı iddiasını əsaslı hesab edən müvafiq sübutları məhkəməyə təqdim etmiş və həmin sübutlar məhkəmədə araşdırılmış, lakin əsaslar olmadığı üçün iddia rədd olunmuşdur.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1137, 1139, 1203.1, 1203.2, 1203.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. İddiaçı (Nümayəndə) apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5751/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), F.Ş.Talışınski və A.N.İmanov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında mübahisələr baş vermiş və cavabdeh inzibati məsuliyyətə cəlb edilmişdir. İş üzrə tə rəflər arasında tez-tez mübahisələr baş verir və bu səbəbdən iddiaçı cavabdehin ləyaqətsiz vərəsə hesab edilməklə vərəsəlik hüququndan məhrum edilməsini xahiş edir.
14. Apellyasiya instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
15. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 1137, 1139, 1203.1, 1203.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh öz atası olan iddiaçıya nalayiq və təhqiramiz ifadələr işlətməklə iddiaçının həmin mənzildə rahat yaşaması üçün dözülməz şərait yaradır. Tərəflər arasında dəfələrlə münaqişələr yaranmış və iddiaçı polisə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla bağlı aidiyyəti polis bölməsində dəfələrlə araşdırma aparılmış və cavabdeh inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Apellyasiya instansiyasının mövqeyi qərəzli hesab olunmalı və qətnamə ləğv edilməlidir. Məhkəmə tərəfindən iddiaçının əsaslandırdığı xüsusatlar lazımı qaydada araşdırılmamışdır. Belə ki, cavabdehlə iddiaçının hə yat cavabdehin müqavilə öhdəliklərini lazimi qaydada yetirə bilməməsi üçün əsas olmuş hallar lazimi qaydada araşdırılmamışdır. Belə ki, iddiaçı onunla bir evdə məskunlaşan cavabdehin hərəkətlərindən uzun illərdir əziyyət çəkir. Cavabdeh ona qarşı nalayiq və təhqiramiz ifadələr işlətməsindən əlavə hətta bir neçə dəfə iddiaçıya xəsarətlər də yetirmişdir. İddiaçı polis orqanlarına müraciətlər etmiş, lakin sonradan övladı olduğu üçün şikayətlərini geri götürdüyündən cavabdeh yalnız inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Cavabdeh heç bir zaman iddiaçıya valideyn kimi hörmət göstərməmiş, heç bir maddi və mənəvi dəstək göstərməmiş, ortamdan və məkanından asılı olmayaraq hər vəchlə cavabdehə xəsarətlər yetirmiş və təhqiramiz ifadələr işlətmişdir. Buna səbəb isə cavabdehin iddiaçını özünü öldürmək həddinə çatdırmaq və sonuncuya məxsus əmlakı ələ keçirmək olmuşdur. Belə ki, cavabdeh ailə həyata qurmuş və sonradan ayrılmışdır. Ayrıldıqdan sonra iddiaçıya məxsus mənzildə məcburi şəkildə məskunlaşmışdır. Bir müddət sonra isə əvvəlki nikahda olduğu şəxslə yenidən nikaha daxil olmuş və bundan sonra sonuncuya məxsus mənzildə məskunlaşmışdır. Bir müddət bir yerdə yaşadıqdan sonra nikahda olduğu şəxslə də şiddətli keçimsizliklə əlaqədar yenidən ayrılmış və bundan sonra yaşamaq üçün mənzil imkanları məhdud olduğundan, məcburi şəkildə iddiaçıya məxsus mənzildə məskunlaşmışdır. Görünür ki, cavabdehin məqsədləri bundan sonra daha qabarıq şəkildə formalaşmış və gələcəkdə də məskunlaşdığı mənzildə davamlı olaraq yaşaması üçün iddiaçıya qarşı belə mövqe seçmişdir. Hazırda iddiaçı özünə məx sus olan və mülkiyyətində olan mənzildə təhlükəsiz və rahat yaşaması üçün öz övladının ləyaqətsiz vərəsə elan olunmasına və mirasdan məhrum edilməsinə çalışmasına məcburdur. Mülki qanunvericiliyin tələblərinə əsasən şəxs vəsiyyətnamədə istədiyi şəxsi öz mirasından məhrum edə bilər. Qanunvericilikdə vərəsəlik hüququndan məhrum edilmənin anlayışı verilsə də, əsasları birbaşa olaraq göstərilməmiş və ləyaqətsiz vərəsə ilə bağlı müddəlar əsasında həyata keçirilməsi ehtiva olunmuşdur. Belə ki, Mülki Məcəllənin 11-ci maddəsinə əsasən hüququn və qanunun analogiyası anlayışı verilmişdir. Məhkəmə həmin müddəanın tələblərini nəzərə alaraq, iddiaçının subyektiv hüquqlarının həyata keçirilməsini təmin etməmişdir. Çünki, mirasdan və məcburi pay almaq hüququndan məhrum etmə iddiaçının özünə məxsus olan s ubyektiv hüquqdur və məhrum etmək istədiyi şəxs onun övladı, məhrum etmək istədiyi əmlak da öz mülkiyyətində olan əmlakdır. Məhkəmənin hazırki mövqeyi ilə şəxsə məxsus olan subyektiv hüquqların məhdudlaşdırılmasına yönəldilmişdir. Məhkəmə qətnaməsindən görünür ki, məhkəmə yalnız ləyaqətsiz vərəsə anlayışı ilə bağlı məsələdə məhkəmə predmeti hissəsini araşdırmışdır. Mülki qanunvericiliyin ləyaqətsiz vərəsə ilə bağlı məhkəmə predmeti hissəsinin anlayışı birbaşa olaraq şəxsin vəfat etdikdən sonra mirasla bağlı vərəsənin hərəkətləri nəticəsində ləyaqətsiz vərəsə hesab olunmasından ibarətdir. Ona görə də, məhkəmə yalnız bu hissəni əsas tutaraq iddiaçının iddiasını təmin etməmiş, bir sözlə iddiaçıya dolayı yolla bildirməyə çalışmışdır ki, yaşadığı müddətdə bu kimi iddianın verilməsi əsasızdır və iddiaçı vəfat etdikdən sonra digər vərəsələri tərəfindən belə bir iddia verilə bilər. Bu tamamilə absurd bir yanaşmadır və iddiaçının subyektiv hüquqlarının pozulmasıdır. Mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı öz mülkiyyətində olan əmlakını istədiyi şəxsə vəsiyyət edə bilər və ya istəmədiyi şəxsi vərəsəlik hüququndan da məhrum edə bilər. İddiaçı iddia tələbini də ləyaqətsiz vərəsə hesab olunması və vərəsəlik hüququndan məhrum edilmə ilə bağlı qaldırsa da, məhkəmə yalnız ləyaqətsiz vərəsə elan olunma hissəsinə qiymət vermiş, vərəsəlik hüququndan məhrum etmə ilə bağlı hissəyə heç bir münasibət də göstərməmişdir. Beləliklə, məhkəmə tətbiq edilməli olan müddəaları tətbiq etməmiş və tətbiq edilməli olmayan, hazırki mübahisəyə heç bir aidiyyəti olmayan və həmin mübahisəni təznimləməl i olmayan normaları tətbiq etməklə qərəzli və birtərəfli qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
20. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
21. Maddə 1137.Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırı lmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.
22. Maddə 1139. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir.
23. Maddə1203.1. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür.
24. Maddə 1203.2. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək y olu ilə həyata keçirə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istina d etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
31. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiy ası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
35. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
36. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, sözügedən mən zil iddiaçının mülkiyyətindədir və bu barədə “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata müvafiq qeydiyyat aparılmışdır. İş üzrə cavabdehin iddiaçının övladı olmaqla həmin mənzildə yaşayış yeri üzrə müvəqqəti qeydiyyatdadır. Bu hal Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 26 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 62 nömrəli arayışla təsdiq olunur.
37. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-382/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, hazırki iş üzrə cavabdeh, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilmişdir. Cinayət təqibinin başlanmasına əsas cavabdehin öz atası olan iddiaçının sağlamlığına qəsdən yüngül zərər vurması faktı olmuşdur. İş üzrə icraata xitam verilməsinə əsas isə iddiaçı ilə cavabdehin barışması olmuşdur.
38. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1957/2022 saylı, xx.xx.2022ci il tarixli qərarından görünür ki, hazırki iş üzrə cavabdeh, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan görünür ki, cavabdehin inzibati məsuliyyətə cəlb edilməsinə əsas onun tərəfindən polisin qanuni tələbinə qəsdən tabe olmaması olmuşdur. Qərardan həmçinin görünür ki, cavabdehin ünvan 1i Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə dəvət olunması üçün əsas hazırki iş üzrə iddiaçının cavabdeh tərəf indən döyülməsi barədə polisə verdiyi məlumat olmuşdur.
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb qeyd etmişdir ki, tərəflər arasında mübahisələr baş vermiş və cavabdeh inzibati məsuliyyətə cəlb edilmişdir. İş üzrə tərəflər arasında teztez mübahisələr baş verir və bu səbəbdən iddiaçı cavabdehin ləyaqətsiz vərəsə hesab edilməklə vərəsəlik hüququndan məhrum edilməsini xahiş etmişdir.
40. İşin hallarını nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli və kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə görə, miras qoyanın son iradəsini həyata k eçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin (Mülki Məcəllənin 1137-ci maddəsi).
41. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 1139-ci maddəsi).
42. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəs əlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür (Mülki Məcəllənin 1203.1-ci maddəsi).
43. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər (Mülki Məcəllənin 1203.2-ci maddəsi).
44. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir (Mülki Məcəllənin 1203.3-ci maddəsi).
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1203.1-c i maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür.
46. Göründüyü kimi, məcburi pay almaq hüququndan məhrumetmə, ümumi qaydada vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallarda həyata keçirilə bilər.
47. Vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəs iyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.
48. Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir.
49. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir.
50. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər.
51. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir.
52. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrd ən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər.
53. Apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddələrin tələblərini hazırkı mülki mübahahisəyə tətbiq edib, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunması üçün qeyd olunan hərəkətlər miras qoyanın vəfatından sonra törədilən zaman mübahisələndirilə bilər və bu zaman Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törədilməsi, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törədilməsinin əsasları mövcud olmalıdır.
54. Apellyasiya instansiyası məhkəməsi, işin hallarını düzgün mü əyyən edərək haqlı olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur.
55. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti ilə e yni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq onlara düzgün hüquqi qiymət verdiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 oktyabr 2023-cü il tarixli, 2(103)-5751/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.